Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix28.04.2017
ölçüsü2,76 Kb.
#16010
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
- Əla. Amma gecə saat bir olduğundan, mən sabah gələcəyəm. 
Mənim ancaq bir sualım var: necə düşünürsünüz, içində çiyinlik 
olduğundan, qolunu geyinmək mümkün olmayan kürkü qarı-
şıq salmaq olar? –Təkidlə irəli sürülən və həqiqətə qətiyyən bən-
zəməyən versiyanı qəbul etmək xoşuma gəlmirdi. 
Mən xudahafizləşdim.

154
Ertəsi gün səhər səfirliyə getdikdə, iqamətgahı qoruyan rus 
milis nəfərinə içəri keçmək üçün soyadımı dedikdə, o, ucadan 
soruşdu:
- Demək, sizin kürkünüz itibmiş?
- Bəli. Siz bilirsiniz, o necə itib və kim qaytarıb?
- Yox, bizə demirlər, - o, cavab verdi. Amma qadının gözündə 
mebelin  yanında  qoyulmuş  müqəvva  kimi  görünməmək  üçün 
əlavə  etdi:  -  Ümumiyyətlə,  bilirsiniz,  bu  Yeltsinin  deputatları 
əliəyri camaatdır: gah tualetdə kağızı oğurlayırlar, gah da nəyisə 
burub açıb aparırlar. Hərdən eşidəndə hətta utanırsan. Mən belə 
bilirəm ki, - o, mövzunu inkişaf etdirdi, - kiminsə arvadı, axmaq, 
qərara gəlib ki, guya dəyişik salaraq, başqasının kürkündə get-
sin. Əri isə yəqin görən kimi ona deyib: “Nə etmisən, gicbəsər! 
Geri qaytar, çalış, nə isə uydurasan. Onlarda kamera var...” Və 
sizin  kürkünüzü  tez  bir  zamanda  qaytarıblar,  -  o,  özünün  de-
duktiv təhlilini başa çatdırdı.
Mən iddia edə bilmərəm ki, məhz belə olub. Amma mənə də 
maraqlı idi ki, kürkü kim gətirib. Artıq orada, içəridə bu barədə 
səfirliyin əməkdaşından soruşdum:
- Kürkü geri qaytaran kim idi?
Mənə belə cavab verdilər:
- Missis Puşkova, mən sizə ancaq onu deyə bilərəm ki, bu, si-
zin kürkünüzdür. Biz hadisəyə görə sizdən çox-çox üzr istəyirik.
Başqa bir izahım olmadığından, mən asanlıqla milis nəfərinin 
versiyasına inandım.
Bilirsiniz,  hələ  hakimiyyət  dəyişikliyi  zamanı,  Yeltsin  Qor-
baçovu əvəzləyəndə, ac insanlar hakimiyyəti ələ alarkən, sakit 
soyğunçuluq var idi. Həmin insanlar qısa müddətdə varlanmaq 
istəyirdilər. Varlanmaq üçün bəziləri hətta 1-ci poliklinikanın tu-
alet kağızı rulonundan da vaz keçmirdilər. 
Qorbaçov dövründə ərim MK-nın beynəlxalq şöbəsinin məs-
ləhətçisi olduğundan, biz SSRİ Səhiyyə Nazirliyi yanında dör-
düncü  baş  idarənin  1-ci  poliklinikasına  gedib-gəlirdik.  Rusiya 
Federasiyası Ali Sovetinin ilk deputatları ora gələndə mən tez-
tez  orada  işləyən  xadimələrin,  sanitarların  replikalarını  eşidir-
dim:
- Bu oğru-əyrilik necə artıb! Necə əliəyrilikdir? Bax, yenə qul-

155
Prezident Yeltsinin administrasiyasının rəhbəri Yuri Petrovla

156
pu burub, açıb aparıblar! Get, baş tibb bacısını çağır! Kimsə yenə 
dəstəyi burub, açıb aparıb! 
Növbəti gün isə başqa bir fəryad eşidilirdi:
- Bu nə əliəyrilikdir, necə insanlar var! Bir baxın: burada dəs-
mal üçün latun qarmaqlar vardı – hamısını burub, açıb aparıblar! 
Onlar dırnaqları ilə açıblar?! Bunu axı təsəvvür etmək belə çətin-
dir ki, insanlar poliklinikaya vintaçanla gəliblər...
Bəli, biz ərimlə bir çox hadisə və proseslərin təfərrüatının as-
tar üzünü çox tez gördük. İslahatçılar və tarixi yaradanların isla-
hatlarının füsunkarlığına inamı qorumaq mümkün deyildi. Yeri 
gəlmişkən, baş verənlərin əsil qiymətini yalnız biz görmürdük. 
Yeltsinin yaxın ətrafındakı namuslu insanlar daxildə baş verən-
lərdən dəhşət hissi ilə uzaqlaşırdılar. 
Yaltaq ətrafının “çar Boris” adlandırdığı Yeltsinin administ-
rasiyasının rəhbəri vəzifəsində Yuri Petrov çalışırdı. Yeltsin onu 
hələ  Sverdlovskdan  tanıyırdı.  Prezident  olanda  isə  onu  Mosk-
vaya “dartıb gətirdi”. Görünür, çox namuslu və vicdanlı insan 
olan Yuri Vladimiroviç üçün Boris Nikolayeviçlə Moskvada gö-
rüşmək və işləmək gözlənilməz və ağır sınaq idi. 
Biz Zalsburqda regional iqtisadi forumda cənab Petrovla və 
onun həyat yoldaşı ilə tanış olanda, söhbət qarşıdakı prezident 
seçkilərindən düşdü. Onun arvadı emosionallıqla ucadan söylə-
di:
- İlahi, hərdən küçəyə çıxmaq və qışqırmaq istəyirsən – insan-
lar, insanlar! – Bir bilsəydiniz, kimi seçirsiniz!
Əri onun sözünü ağzında qoydu:
- Lazım deyil, Lida, bu, yaxşı deyil!
- Nə yaxşı deyil? Onsuz da hamı nə vaxtsa həqiqəti biləndə 
dəhşətə gəlir!
- Qoy bilsinlər, amma bizdən yox, - Yuri Vladimiroviç təkid 
edirdi.
Tezliklə Petrov istefa ərizəsi yazdı və Yeltsin qəbul etdi. Sonra-
lar onun neçə-neçə silahdaşı və tərəfdarı onların gözləri qarşısın-
da baş verənlərə laqeyd qala bilmədilər. Amma mənim kitabım 
siyasət haqqında olmadığından, həyatdan əhvalatlar danışacam.
Biz uzun illər ərzində “Qırmızı daşlar” sanatoriyasında dincəl-
mişik. Bu sanatoriyanı bolşeviklər tikmişdilər. Onların əksəriyyəti 

157
sağlamlığı korlanmış insanlar idi. İnqilabi mübarizə bu adamları 
üzmüşdü. Buna görə də “Qırmızı daşlar” sanatoriyasını tikmiş-
dilər. Kislovodskda, öz sanatoriyalarını. Çar imperiyası dövrün-
dən insanlar ora dincəlməyə və müalicə olunmağa gedirdilər. Rus 
zadəganlarının orada tikdirdikləri mülklər hələ  də durur. Onlar 
şəhərə yaraşıq verir. Dağların yaxınlığı, zəngin və gözəl park bü-
tün Rusiyadan insanların bu şəhərə axınını təmin edir. Rusiyanın 
birinci prezidenti də bu sanatoriyanı seçmişdi. O, tez-tez sağlamlı-
ğını bərpa etmək və tennis oynamaq üçün oraya gəlirdi. 
“Qırmızı  daşlar”  sanatoriyasında  Yeltsinin  həkimi  mənə  da-
nışırdı ki, həkimlərə, şaxtaçılara maaşlarını verməyəndə və tətil-
lər başlayanda, xalq və demokratiya oyunu oynamağı sevən Bo-
ris Nikolayeviç bir dəfə ondan soruşur: “Lüdmila Nikolayevna, 
siz burada necə yaşayırsınız? Maaşınız nə qədərdir?” – “Belə də 
Boris Nikolayeviç, bütün əlavələrlə, mənim baş həkim vəzifəm, 
35 illik iş təcrübəmlə dörd min beş yüz rubl alıram. Onu da qey-
ri-müntəzəm”, - o, kədərlə cavab verib. O isə cavabında: “Çox pul 
sizin nəyinizə lazımdır? Sizin ki, burada bostanınız var, əyalətdə 
yaşayırsınız. Sizə çox pul heç lazım da deyil. Torpaqdan, yerdən 
ayrılmamağı  öyrənin.  Sizi  burada  torpaq  yedizdirməlidir.  Dörd 
min beş yüz rubl! Gör nə qədər çox puldur!”
Aradan xeyli müddət keçməyinə baxmayaraq, o, göz yaşlarını 
boğaraq, mənə deyirdi: 
- O vaxt ona hər şeyi deyə bilməməyim, indiyə kimi məni ağrı-
dır. Mən bütün sanatoriyaya cavabdeh olan həkiməm. Siz bütün 
sutka boyu buradasınızsa, mən də sutka boyu burada olmalıyam. 
Mən bostana qaçıb, orada özümə ərzaq yetişdirə bilmərəm.
Yəni mən kartof yetişdirməli, onu belləməli, cərgələr arasında 
alağını çıxartmalıyam ki, öz ərazimdə bitən məhsulla ərzağa olan 
tələbatımı  ödəyim?  Onun  insanların  həyatından  xəbəri  yoxdur. 
Mənə toxunan odur ki, bu adam dörd min beş yüzü az pul hesab 
etdiyimə görə məni məzəmmət edir. Həm də ona görə acıyıram 
ki, ümid edirdim: indi şikayət edərəm, o da maaşları qaldırmağı 
tapşırar. Ya da təəccüblənər: belə ola bilməz! Nə danışırsınız! Nə 
dörd min beş yüz! – Heç nə, bir az qaşqabağını tökdü və heç bir 
söz demədi.

158
* * *
P.S. Həmin kürk əhvalatını mən sonralar Albert Qora danış-
dım. Biz onunla kifayət qədər tez-tez görüşürdük: həm Davos-
da, həm də Moskvada. Bir dəfə Amerikada, məşhur Amerika 
konqresmeni  və  onun  dostu,  Qorun  şərəfinə  təşkil  etdiyi  qə-
bulda  mən  vitse-prezidenti  kürkün  itməsi  ilə  bağlı  əhvalatla 
şənləndirdim. O isə cavabında mənə xatırlatdı ki, 2000-ci ildə 
prezident kürsüsü uğrunda Corc Buşla mübarizə aparıb:
-  Orada  heç  olmasa,  oğurlananı  qaytardılar.  Mənim  isə 
yaxınlarda  seçicilərimin  səslərini  oğurladılar  və  elə  görüntü 
yaratdılar ki, belə də olub. Nəticədə mən ABŞ prezidenti seç-
kilərini uduzdum... 

159
ABŞ vitse-prezidenti Albert Qorla. 2003-cü ildə Qor seçicilərin 
səs çoxluğu ilə Buşa qalib gəldi, amma prezident ola bilmədi. 
Demokratiya bax, belədir 

160
YENİ ZƏNGİNLƏR VƏ YENİ SƏFİLLƏR
Amma  məhz  bu  zəmanə  üçün  yaranmış  adamlar  da  az 
deyildi. Onlar bir göz qırpımında uğur mücəssəməsinə çev-
rildilər, üstəlik hamıya həyat dərsi keçməyə başladılar. İndi 
dəbdə  olan  tərzdə  desək  yeni  trend  belə  yarandı.  “Pulun 
yoxdur – oğurla!” – oliqarxlardan birinin bütün ölkəyə ya-
yımlanan  müsahibəsində  səsləndirdiyi  “məsləhət”  belə  idi. 
Üstəlik, bu heyranlıqla göstərilirdi: öyrənin avamlar, həyatın 
yeni qanunu budur! Öyrən, “dünyadan baş çıxara bilməyən 
kütbeyinlər ölkəsi!” “Həyat müəllimləri” öz aralarında həm-
vətənlərini belə adlandırırdılar.
Bizə o vaxt elə gəlirdi ki, tezliklə bu əxlaqsızlıq məzhəkəsi 
dayandırılacaq, əliəyrilər isə həbs ediləcəklər.
- Nina, sən nə danışırsan? Doğrudan? Kimi həbs edəcəklər? 
Sən axı həyatı bilmirsən... Bu, həmişə belə olacaq, - Kamil zə-
manəyə hökm çıxarırdı.
Kamil  bizim  qonşumuz  idi.  O,  həyatı  yaxşı  başa  düşür-
dü  və  pərakəndə  ticarətlə  məşğul  ola-ola  kəşflərini  hər  gün 
həvəslə nümayiş etdirirdi. Qapıbir qonşularını harasa köçür-
düb, mənzilləri birləşdirmişdi. Mənzilində memarlıq inciləri 
yaradırdı. Bu səsli-küylü prosesin bütün qonşuların gününün 
göy əskiyə bükülməsi demək olduğunu xüsusi qeyd etməyə 
dəyərmi?
- Qulaq as, Kamil, - bir dəfə onu saxladım, - sənin mağa-
zandan aldığım bu şokolad İsveçrənin deyil, hərçənd ki, üzə-
rində “Tobleron” yazılıb! Şampun da Almaniyanın deyil...
- Nina, nə danışırsan? Əlbəttə, İsveçrənin deyil, əlbəttə, Al-
maniyanın deyil, -  Kamil özünü o yerə qoymadan dedi. – Biz 
ancaq qabları onlardan alırıq. İçindəki isə polyak, ya çex malı 
olsa,  yaxşıdır.  Əslində  isə  hər  şey  sexlərdə  istehsal  olunur. 
Heç kəsin başı çıxmır axı. Camaat razıdır, - o, məmnun halda 
əlavə etdi.
-  Bəs  məhkəmələr?  Axı  həmin  “Prokter  ənd  Gembl”  sizi 

161
məhkəməyə verə bilər. Siz onun brendindən istifadə edirsiniz, 
içində isə zir-zibil satırsınız.
- Yox, heç nə olmaz. Bu axı bizim biznesimizdir, biz fikir-
ləşmişik.
Məni heyrətləndirən bu adamların həmişə bütün təhlükələ-
rin sovuşacağına inanmaları idi. Onların belə tostu da vardı: 
“Bizim hər şeyimiz olsun, amma buna görə başımız ağrıma-
sın”.
Bir  dəfə  Davos  forumunda  bizim  oliqarxlardan  birinə, 
məncə, Oleq Potaninə xarici jurnalistlərdən biri tənə etmişdi:
- Siz ki, soyğunçu-baronlarsınız... – Potanin gülümsəyərək, 
demək olar ki, Kamil kimi cavab vermişdi:
- Bəli, belə də demək olar. Amma axı bizi heç kəs tutmur.
Bu  arada  Kamilin  xarici  görünüşü  sürətlə  dəyişilirdi.  O 
varlandıqca üzündən məyus ifadə əksik olmurdu: gözlərinin 
altında göyərtilər, şişkinlik vardı, hətta sıx və qara saçları da 
tökülməyə başlamışdı.
- Sən saçlarını öz şampunlarınla yuyursan? Ümumiyyətlə, 
özünü necə hiss edirsən? – növbəti dəfə alaqapıda onunla qar-
şılaşanda maraqlandım.
- Pis deyiləm. Həyat yoldaşım oğlumla İsveçrəyə gediblər. 
Həmişəlik.  Arxalarınca  qaynanam  getdi.  Öz  xromosomumu 
yeddi arxa dönəninə kimi təmin etmişəm.
- Bəs niyə sevinmirsən?
- İndi sevinc hardadır? Kim sevinir?
- Kamil, gəl bir az aralanaq. Sənə vəd edirəm – on dəqiqə 
sonra sevinc də olmasa, normal insan hissləri sənə qayıdacaq.
Mən onu küçəyə çıxartdım. 
- Mənimlə olacaqsan? – nəhəng cipinin qapısını nəzakətlə 
açaraq, zarafat etdi.
- Əyləş, testosteron. – Mənim başımda artıq hazır plan var 
idi.
İki  dəqiqə  sonra  biz  artıq  metro  dayanacağının  yanında 
idik.
- Sənin nəğd pulun var? – gedə-gedə maraqlandım.
- Metronu alacağıq? – Gördüm ki, Kamil mənim ona nə tək-
lif edəcəyimi maraqla gözləyir. 

162
Kaş ki, yeraltı keçiddəki qoca nənə yerində olaydı. Adətən 
mənə  lazım  olmayan  əldə  tikilmə  salfetləri  aldığım  nənə. 
Uzaqdan gördüm – dayanmışdı. 
- Bax, Kamil, o qarını görürsən? Ağ yaxalıqlı qoca nənəni 
deyirəm. Get, onun bütün salfetlərini al. 
- Nina, nə danışırsan, onlar mənim nəyimə lazımdır?
- Al, Kamil, sənin biznesin daha yaxşı gedəcək! - əminliklə 
söylədim.
O, nənəyə yaxınlaşdı. Onun qarşısındakı çamadanın üstünə 
ağ parça salınmış, müxtəlif ölçüdə tikilmiş salfetlər qoyulmuşdu. 
Tikişlər bərabər deyildi, şəkillər bəzi yerlərdə itirdi, ümu-
miyyətlə, bu salfetlər kimə lazım ola bilərdi? 
Amma qarının siması!..
İnqilab  dövründə  zadəganlar  nəsildən-nəslə  keçən  əşyala-
rını küçədə satırdılar. Bu nənəni gördükdə, gözlərim önündə 
məhz həmin obraz yaranırdı. Onun qırışlı, xəstəhal siması, də-
rinliyə batmış, yaşaran gözləri ləyaqət hissi ilə dop-dolu idi.
O, heç kimi səsləmir, heç kimi çağırmırdı. Başdan-başa qara 
geyinmişdi. Bu sadəcə kədər və əlacsızlıq rəmzi idi. Sanki ar-
tıq başqa dünyadandı. Yalnız qara paltarda kəskin seçilən qar 
kimi ağ yaxalığı onu bu günə bağlayırdı. O, tamamilə fərqli 
bir adam idi və heç kimdən heç nə xahiş etmirdi.
Görünür,  bunu  Kamil  də  hiss  etdi.  O,  artıq  ciblərindəki 
pulu axtarırdı.
-  Anacan,  bütün  malı  mənə  ver,  -  o,  pulu  uzadaraq,  ko-
budvari  dedi.  Pul  kifayət  qədər  idi.  –  Taranı  da  götürürəm, 
- deyərək, çamadanı göstərdi. 
- Yox, cavan oğlan. Əgər salfetlərə görədirsə, siz çox verir-
siniz. Əgər sakvoyaja görədirsə, o satılmır. 
- Əlavə etsək, onda necə? – Yəqin Kamilin rublları qurtar-
dığından o, yüz dollarlıq əskinası çıxartdı.
Nənə qətiyyən karıxmadan, əminliklə təkrar etdi:
- Lazım deyil, cavan oğlan. Sövdələşməyə ehtiyac yoxdur. 
Mən sakvoyajı sata bilmərəm.
- Nənəcan, axı hər şey satılır. Hər şeyin qiyməti var, - Kamil 
əminliklə başladı. – Yaxşı, beş yüzə. Mən bu pullara sənə beş 
yeni təptəzə sakvoyaj ala bilərəm. 

163
Mitropolit Kiril “Postskriptum” müəllifinə  rus pravoslav kilsəsinin 
fəxri fərmanını təqdim edir

164
- Xahiş edirəm, özünüzü qızışdırmayın. Bu tibbi sakvo-
yajdır. O sizin nəyinizə lazımdır axı, - o, mülayimliklə izah 
etdi.
-  Mən  həkiməm,  lazımım  olar,  -  Kamil  artıq  qızışaraq, 
nənəni sıxışdırmağa başlamışdı.
- Əgər həkimsinizsə, asanlıqla başa düşərsiniz, nə üçün 
heç  vaxt  bu  portfeli  satmayacam.  Hətta  ancaq  çörək  və  su 
ilə dolansam da. Hətta müalicəyə pul tapmasam da. – Onun 
səsi həyəcandan titrədi və yüngülcə qırıldı, amma özünü tez 
ələ aldı.
-  Bu  sakvoyaj  akademik  Amosov  Nikolay  Mixayloviçin 
idi.  Siz  əlbəttə,  bu  dahi  həkimi  tanıyırsınız.  Belələri  daha 
uzun müddət olmayacaq. O, minlərlə insanı xilas edib. Mən 
isə onun baş cərrahiyyə tibb bacısı idim. Bu, mənə onun bəx-
şişi... mükafatı... və xatirəsidir...
Onun “bəxşiş” (hədiyyə yox, məhz bəxşiş) söyləməsi ay-
rıca hisslərini, xüsusi iftixarını göstərirdi.
-  Hə,  yaxşı,  ana.  Bax,  veteranlar  öz  medallarını  satırlar, 
elə bilirsən onların heyifləri gəlmir? Satırlar ki. Al, sənə min 
dollar, mən artıq getməliyəm. – O,  beş yüz dollara beş yüz 
də əlavə edərək, onları yaşlı qadına uzatdı. Min dollar cəlbe-
dici yaşıl yelpik kimi Kamilin əlində açılır, bağlanırdı. Mən 
əmin idim ki, bu zənginlik qarşısında qadın təslim olacaq. 
Amma baş cərrahiyyə tibb bacısı hətta əlini də uzatmadı, 
yalnız astadan dedi:
- Onlar medallarını yaxşı yaşadıqlarına görə satmırlar ki. 
Çox vaxt bundan sonra özləri də tezliklə ölürlər... Çünki ya-
şamaq... Çünki yaşamaq istəmirlər. Sən get, oğlum. Axı mən 
görürəm ki, sənə heç nə lazım deyil. Amma məncə sən çox-
dandır ev yeməyi yeməmisən. Yola götür.
O,  sakvoyajdan  ağappaq  parça  salfetə  bükülmüş  nəsə 
çıxardı.
- Bu ev piroqudur, yumurta və kələmlə.
Amma iştah açan iydən onsuz salfetin içindəkinin əsl ku-
linariya incisi olduğu sezilirdi. 
- Təmizliyinə şübhə etmə. Məndə hər şey sterildir, avtok-
lavdan sonrakı kimi. Ye, nuş olsun. 

165
Kamil  gözlənilməz  hadisədən  donub  qalmışdı.  Amma 
özünü ələ ala bildi. Üstəlik, pis də alınmadı. 
-  Qonaq  etdiyinizə  görə,  sağ  olun. Amma  işiniz  mənim 
xoşuma gəldi, ona görə də salfetləri mən götürürəm, alıram, 
- o, dəqiqləşdirdi. – Əl işini necə qiymətləndirmək isə mə-
nim işimdir. Bu pulları götürün, siz onları qazanmısınız. Xa-
hiş edirəm, bu dəfə imtina etməyin.
-  Sağ  ol,  oğlum,  -  o,  qıyıqgöz  Kamilin  əlinə  toxunaraq 
təşəkkür etdi. – İmtina etmərəm. Sən mənə çox kömək etdin, 
bunu bil. Mən sənin üçün dua edəcəyəm.
- Yaxşı, ana. Sən də sağ ol. Sən də mənə kömək etdin. Mə-
nim üçün dua et. Deyirlər, tanrı birdir.

166
PREZİDENT MÖHÜRÜ AYAQLAR ALTINDA
(FORDUN EVİNDƏ)
Təxminən  iki  il  öncə,  qarlı  meşədə,  Qayalıq  dağların 
əhatəsində, Koloradoda bütün dünyaya səpələnmiş həmkar-
ları  kimi  çox  işgüzar  olan  amerikalı  rieltorlar  min  kvadrat 
metrlik evlə tanış olurdular. Ev satışa çıxarılmışdı. Və sahib-
ləri evi 13 milyon dollara satmaq istəyirdilər. Bu köhnə ev 
Hollivud ulduzlarının imarətlərinə baxanda kiçik görünür-
dü. Əlbəttə, xüsusi tarixçəyə malik olmasaydı, bu tikilini heç 
kim belə baha qiymətə satmaq fikrinə düşə bilməzdi. Amma 
Amerika  prezidenti  tərəfindən  inşa  edilmiş  bina  ucuz  qiy-
mətə satıla bilməz. Üstəlik, elə həmin prezident bu evin ilk 
sakini olubsa. 
Rieltorlar yataq otaqlarına (evdə yeddi yataq otağı vardı), 
yemək otağına, kitabxanaya, basseynə baxdıqdan sonra çıxıb 
getdilər.  Əlbəttə,  evi  əhatə  edən  qeyri-adi  gözəllik  onların 
yaddaşına  həmişəlik  həkk  olunmuşdu...  Evə  daxil  olursan, 
insanı  heyrətə  salan  mənzərə  arxada  qalır.  Bayıra  çıxdıqda 
isə möcüzə təkrarlanır. Təbiət – dağlıq ərazinin təkrarsızlığı 
səni  ağuşuna  alır,  ruhunu  fəth  edir.  Hər  halda  mən  orada 
olanda  bu  hisləri  keçirdim.  ABŞ-ın  38-ci  prezidenti  Cerald 
Rudolf Fordun ölümünə on iki il qalmış. Biz onda tamamilə 
gözlənilmədən Fordun qonağı olmuşduq. Yaxşısı budur, hər 
şey barədə ardıcıllıqla danışım. 
Bu,  1994-cü  ildə  baş  vermişdi.  Həmin  il Alekseyin  say-
sız-hesabsız  səfərləri,    ən  müxtəlif  beynəlxalq  forumlarda 
çıxışları  olmuşdu.  İyunda,  məzuniyyətlər  başlananda,  o, 
Amerika Sahibkarlıq İnstitutunun təşkil etdiyi Ümumdün-
ya forumuna dəvət edildi. Bu, bir çox tanınmış siyasətçilə-
rin, iqtisadçıların, maliyyəçi və bankirlərin çalışdığı böyük 
intellektual  mərkəz  idi.  Bu  mərkəzdə  işlənib  hazırlanan 
sənədlər  bir  çox  hallarda  ABŞ  prezidentinin  qərarlarını 
müəyyənləşdirirdi.  Keçmiş  Amerika  prezidenti  Ford  isə 

167
Prezident Fordun qonağı olarkən. Ərim və qızım Daşa ilə onun 
rançosunda

168
İnstitutun hamilər şurasının rəhbəri idi. 
Yeri gəlmişkən, Amerika elə bir ölkədir ki, burada “keçmiş” 
müraciəti qəbul olunmur. Hər halda təqaüdə çıxmış səfirlərə, 
siyasi karyerasını başa vurmuş prezidentlərə, artıq çoxdan na-
zir olmayan şəxslərə yenə də “cənab səfir”, “cənab prezident”, 
“cənab nazir” deyə müraciət edirlər. O zaman bu məni çox hey-
rətləndirmişdi. Yəni millət öz seçimini təsdiq edir və xatırlayır.
Prezident Cerald Ford 90-cı illərdə öz rançosunun yaxınlı-
ğındakı kiçik, füsunkar Biver-Krik şəhərciyində  məşhur Avro-
pa Davosunun Amerika variantını yaratmaq fikrinə düşdü. 
Birinci foruma hazırki və sabiq hökumət rəhbərləri, nazir-
lər,  böyük  biznes  kapitanları,  ekspertlər  və  analitiklər  dəvət 
olunmuşdular.  “New  York  Times”,  “Wall  Street  Journal”dakı 
məqalələri,  NATO  üçün  məruzələri  ilə  ABŞ-da  analitik  kimi 
yaxşı tanınan Aleksey Puşkov bu tədbirdə faktiki olaraq Rusi-
yadan yeganə nümayəndə idi. 
Həmin ilədək biz Avropanın hər yerində olmuşduq. Amma 
Pan  American  transatlantik  reysi  ilə  ilk  dəfə  uçurdum!  Bizi 
Amerika gözləyirdi... Yeni dünya ilə görüş gözləntisinin həyə-
canını hələ də unutmamışam. 
Dəvət kifayət qədər gözlənilməz oldu. Hər halda mənimlə 
qızım  üçün.  Biz  çox  tez  hazırlaşmalı  olduq.  Vizalar  bir  günə 
alındı və dərhal da biletləri əldə etdik. 
Elə həmin gün mən qızımın ardınca getdim. Həmin axşam 
tətildə olan Daşa babasının bağının hasarını rəngləyirdi, səhər 
isə biz hamımız birlikdə o vaxt məşhur olan Pan American təy-
yarəsində oturmuşduq.
Nyu-Yorka biz gecə endik. Mehmanxanada yerləşdik, əşya-
larımızı qoyan kimi, mən səbirsizliklə Alekseyi gəzintiyə çıx-
mağa səslədim:
- Gedək! Şəhər bizi gözləyir! Gedək! Bu, Amerikadır! Get-
mək lazımdır!
Üçümüz də işıqların parladığı küçəyə çıxdıq. Təxminən bir 
neçə addım atandan sonra başa düşdüm ki, küçədə hərəkət et-
mək çox çətindir. Gecə Nyu-Yorku bizi dənizdən əsən çox şid-
dətli  küləklə  qarşıladı.  Külək  adamı  yıxırdı.  Bizə  doğru  han-
sısa  plakatlar,  paketlər,  ayaqqabı  qutuları,  сır-cındır  uçurdu: 

169
yaxınlıqdakı zibil qutusu aşmışdı. Biz qızımla hər iki tərəfdən 
Alekseydən yapışaraq, kürəyimizi küləyə tərəf çevirdik. Bizim 
dəstədən yalnız o, irəli baxırdı. 
Alyoşa!  –  küləyin  səsini  batırmaq  üçün  qışqırdım,  ərimin 
biləyindən tutdum. – Bu dəhşətdir! Biz axı güclə hərəkət edi-
rik! Burada nədənsə yapışmalısan! Mən elə bilirdim ki, onlar 
öz tufanları, tornadoları, öz yolundakı hər şeyi yuyub aparan 
leysanları haqqında danışanda mübaliğəyə varırlar. Heç demə 
belə deyilmiş. 
Həqiqətən də bütün bunlar Hollivudun fəlakət filmlərində-
ki kadrları xatırladırdı. Təcili bu pis havadan gizlənmək, hətta 
mehmanxanaya qayıtmaq istəyirdim.
Biz küləyin o qədər də güclü olmadığı küçəyə dönmək qə-
rarına gəldik və təxminən yüz metr aralıdakı işıqları sayrışan 
yapon restoranını gördük. Demək olar ki, girişə çatanda, başına 
plaş bürüyərək tələsik yolu keçən tənha kişini gördük. 
- Alyoşa, bir bax, Aksyonov gəlir! – öz gözlərimə inanmadan 
çığırdım.
-  Aksyonov  burada  hardandır?  Biz  ki,  Moskvada  deyilik, 
- ərim etiraz etdi. Biz onda hələ bilmirdik ki, o vaxt populyar 
olan yazıçı artıq Amerikaya köçüb.
Lakin bu, doğrudan da Vasili Aksyonov idi. Və o da bizim 
kimi, yapon restoranına tərəf gedirdi. 
Şiddətli  küləkdən  restoranda  gizləndikdən  sonra,  küçədə-
ki dəhşəti xatırlamaq çox əyləncəli gəlirdi. Aksyonov da həm-

Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin