Statistikanın obyekti və predmeti



Yüklə 146,67 Kb.
səhifə1/14
tarix30.05.2022
ölçüsü146,67 Kb.
#60054
  1   2   3   4   5   6   7   8   9   ...   14
Statistika imtahan sualları


  1. Statistikanın obyekti və predmeti

Statistikanın predmeti - digər ictimai elmlərdə olduğu kimi cəmiyyət və cəmiyyətdə baş verən hadisə və proseslərdir. Qeyd etdiyimiz kimi, statistika hadisə və prosesləri araşdıraraq qanunauyğunluqları üzə cıxanr, kəmiyyət və keyfiyyət xarakteristikalarını öyrənir, hadisələrin meydanagəlmə səbəblərini müəyyən edir. Bu araşdırmalar həm statistika, həm də digər elmlərin tədqiqat üsüllarının tədbiq edilməsi ilə aparılır.
Statistikanın obyekti - çoxluqlar, külliyyatlardır. Çoxluqlar və külliyyatlar çoxlu sayda elementlərdən ibarət böyük qruplaşmalardır. Bu elementlər eyni keyfiyyətli və bir-birindən fərqlənən ola bilər.
Beləliklə, statistikanın obyekti olan çoxluqlar 3 meyarla müəyyən edilir:
1) Ümumi hadisələr coxlugu;
2) Eyni xususiyyətli hadisələr coxlugu;
3) Müxtəlif, bir-birindən fərqlənən hadisələr çoxluğu.
Statistikanın əsas məsələsi - cəmiyyətin tarixi inkişafının müxtəlif mərhələlərində baş verən hadisə və proseslərin qanunauyğunluqlarının, əhalinin həyat səviyyəsini xarakterizə edən və bir-biri ilə qarşılıqlı əlaqadə olan statistik göstəricilər sisteminin öyrənilməsindən ibarətdir.



  1. Statistika: onun funksiyaları

Statistik göstərici dedikdə, konkret şəkildə götürülmüş hadisələrin ümumiləşmiş xarakteristikaları başa düşülür. Statistik göstəricilər 4 formada olur:
1) Fərdi statistik göstəricilər - konkret bir hadisəyə aid olunan göstəricilərdir. Məsələn: məhsulun qiymət indeksi, satış həcmi və mal mübadiləsi indeksi və s.
2) Ümumi statistik göstəricilər - ümumi vəziyyəti xarakterizə edir və dövlət səviyyəsində olan statistik göstəricilərdir. Məsələn: ÜDM, ÜMM, Dövlət büdcəsinin gəlirləri və xərcləri, inflyasiya göstəriciləri və s.
3) Sahəvi statistik göstəricilər - konkret bir sahəyə aid olan aqreqativ göstəriciləri xarakterizə edir. Məsələn: elm, təhsil, səhiyyə, idman sahələri üzrə göstəricilər.
4) Regional statistik göstəricilər - regionu sosial-iqtisadi və s. yönümlərdə vəziyyətini xarakretizə edən göstəricilərdir. Məsələn, Azərbaycanın şimal regionunda turizm sektorunun inkişafı ilə bağlı statistik göstəricilər.
Ümumi halda statistika 2 böyük göstəricilər sinfinə bölünür: deskreptiv və inferental.
Statistik göstəricilərin xüsusiyyətləri və parametrləri təhlil olunduqdan sonra ümumi külliyyata cəlb olunmursa bu hal deskreptiv statistika kimi qəbul olunur. Seçmə yolu ilə əldə olunan statistik məlumatlar aqreqat göstəricilərə aid edilirsə müşahidə olunan hal inferental statistikam xarakterizə edir. Statistikanın əsas məsələləri, məqsədləri aşağıdakı funksiyaların yerinə yetirilməsini nəzərdə tutur:

  • statistik göstəricilərin metodologiyasının hazırlanması;

  • dövlət səviyyəsində statistik modellərin hazırlanması;

  • statistik göstəricilərin beynəlxalq standartlara uyğunlaşdırılınası;

  • statistik informasiyanın operativliyinin və adekvatlığının təmin edilməsi;

  • statistik informasiyanın toplanması prosesinin proqramlaşdırılması və informasiya texnologiyalarının tətbiqi məsələlərinin yüksək səviyyəyə çatdırılması.

Bir elm sahəsi kimi statistikanın aşağıdakı tərkib hissələri mövcuddur:

Müasir dövrdə Azərbaycanda həyata keçirilən sosialiqtisadi islahatlar dövlətin müvafiq statistika qurumları qarşısında duran vəzifələri xeyli artırmışdır. Azərbaycan iqtisadiyyatının dünya iqtisadi münasibətlər arenasına inteqrasiyası statistikada tətbiq olunan informasiyanın beynəlxalq göstəricilərlə müqayisə olunmasını və standartlara uyğunlaşdırılmasmı tələb edir.




  1. Yüklə 146,67 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin