Statistikanın obyekti və predmeti


Azərbaycanda statistikanın inkişaf tarixi



Yüklə 146,67 Kb.
səhifə2/14
tarix30.05.2022
ölçüsü146,67 Kb.
#60054
1   2   3   4   5   6   7   8   9   ...   14
Statistika imtahan sualları

Azərbaycanda statistikanın inkişaf tarixi

Azərbaycanın müstəqilliyi, yeni sosial, iqtisadi və siyasi şərait, Azərbaycanın Avropa Şurasına daxil olması və onun beynəlxalq əlaqələrinin genişlənməsi başqa sahələrdə olduğu kimi, statistikaya, statistikanın keyfiyyətinin yüksəldilməsinə, mövcud Azərbaycan ərazisində daha uzun müddətli statistik sıraların yaradılmasına, bununla da son yüzillikdə ölkənin statistika tarixi və tarixi statistik külliyatlarm yaradılmasına tələbat yaratmışdır.
Arxiv materialları, «Azərbaycan tarixi» və bir sıra digər nəşrlərlə tanışlıq göstərir ki, tarixçilər bu kitablarda hələ XIX əsrin əvvəllərində Azərbaycanda əhali, sənaye, kənd təsərrüfatı, ticarət, xarici ticarət və s. haqqında çoxsaylı məlumatlar vermişlər və araşdırmalar aparmışlar. Bu kimi məlumatlara Azərbaycanda qeyri-müntəzəm, az-çox müntəzəm və mərkəzləşdirilmiş statistika fəaliyyəti təşkil edildiyi XIX əsrdə, xüsusilə də, XIX əsrin ortalarından sonra, yəni Azərbaycanın şimal hissəsinin Rus İmperiyasının tərkibində olduğu dövrdə daha çox rast gəlmək olur.
XIX əsrin sonu XX əsrin əvvəlləri imperiya statistikası tarixdə müxtəlif müayinələrin və siyahıya almaların təşkili və keçirilməsi ilə xarakterizə olunur ki, bunlardan da ən əsası Şimali Azərbaycan ərazisi də daxil olmaqla, çar Rusiyasının bütün ərazisində 1897-ci ilin fevral ayının 9-u (yanvarın 28-i) vəziyyətinə birinci ümumi siyahıya almanın keçirilməsi olmuşdur. Bu siyahıya almada əhalinin üç kateqoriyası hesablanmışdır: mövcud, daimi və qeyddə olanlar. Siyahıya almanın proqramı özündə 14 əlaməti birləşdirirdi və siyahıya alma vərəqəsinin üç formasından istifadə edilmişdir.
Azərbaycan İnqilab Şurasının 9 avqust 1920-ci il dekretinə və həmin ilin 17 dekabr tarixli qərarına uyğun olaraq, 1920-ci ilin dekabrında 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradıldı və onun kollegiyası 12 nəfərdən ibarət oldu. Yalnız 1924-cü ildə yerli statistika orqanlarının yaradılmasına başlamaq mümkün oldu və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirildi. Azərbaycanda statistikanın təşkili və statistika orqanlarının yaradılması çətin şəraitdə həyata keçirilirdi, vəsait və ixtisaslı kadrlar çatışmırdı. Həyata keçirilmiş iri statistik işlərdən 1927-ci ildə geniş proqram əsasında aparılmış kəndli ev təsərrüfatlarının dinamik müayinəsini, 1929-cu ildə kiçik sənaye müəsissələrinin siyahıyaalınmasını göstərmək olar. 1939-cuil 17 yanvar vəziyyətinə statistik işlərdən ən mürəkkəb və ağın sayılan mövcud əhalinin siyahıya alınması aparıldı. Əhali tərəfindən hərtərəfli dəstək və milli kadrların inkişafı bu işin Azərbaycanda müvəffəqiyyətlə keçirilməsində əsas amillərdən biri oldu.
Ölkə statistika işinin köklü surətdə yaxşılaşdırılması məsələləri yalnız müasir, dəqiq ifadə olunmuş hüquqi əsasda müvəffəqiyyətlə həll oluna bilər. Statistikanın hüquqi cəhətdən müdafiə olunmasının gücləndirilməsi, dövlət statistika orqanlarının qanunvericilik statusunun daha da dəqiqləşdirilməsi yeni şəraitdə prinsipial əhəmiyyət kəsb edir. Burada tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, uçot və hesabat sahəsində bütün müəssisə və təşkilatların öz vəzifələrini düzgün başa düşmələri də böyük əhəmiyyət kəsb edir.

Yüklə 146,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin