Statistikanın obyekti və predmeti


Statistik məlumat yığımı və qruplaşmalar



Yüklə 146,67 Kb.
səhifə7/14
tarix30.05.2022
ölçüsü146,67 Kb.
#60054
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Statistika imtahan sualları

9. Statistik məlumat yığımı və qruplaşmalar
Sosial - iqtisadi hadisə və proseslərin tədqiq olunmasında əsas və nəticəyə təsir edə bilən mərhələlərdən biri ilkin məlumatların sistemləşdirilməməsi və bunun əsasında bütövlükdə ümumiləşdirici göstəricilərin köməyi ilə obyektin svodka xarakteristikalarının alınmasıdır.
Bu ilkin informasiyanın svodkası və qruplaşdırılması yolu ilə həyata keçirilir.
Ümumiyyətlə, qruplaşma metodu digər statistik metodlarla birgə statistik tədqiqatların mühüm halqası və sosial-iqtisadi hadisələrin öyrənilməsinin əhəmiyyətli vasitəsi hesab olunur. Belə ki, kifayət qədər statistik material toplayıb, onu pis tərtib olunmuş svodka və qruplaşma ilə korlamaq olar.
Statistik qanunauyğunluqlar ümumiləşmiş göstəricilər üzrə daha tez müəyyən olunur. Qruplaşmalar və ümumiləşmiş göstəricilərin bütövlükdə və ayrı-ayrı qruplar üzrə hesablanması qruplaşma metodları adlanır. Qruplaşma ümumi külliyyatdan eyni xüsusiyyətli vahidlərin seçilərək birləşdirilməsini nəzərdə tutan əməliyyatdır.
Qruplaşmalar tədqiqatda qarşıya qoyulan məsələyə uyğun olaraq yerinə yetirilir. Məsələn, əgər əhalinin həyat səviyyəsi analiz olunursa, onda qruplaşma ev təsərrüfatlarının gəlir və xərclərinə görə aparılır və ya əhalinin artım dinamikası tədqiq edilirsə, qruplaşma əhalinin doğum, ölüm göstəriciləri, ailələrin sayı, ailələrdə uşaqların sayı və s. göstəricilər əsasında aparıla bilər.
Qruplaşmalar kəmiyyət və keyfiyyət xüsusiyyətlərin görə formalaşır. Qruplaşmalar bir xüsusiyyət və ya əlamətə görə yaradılırsa sadə, bir neçə əlamətə görə formalaşırsa mürəkkəb və ya kombinə olunmuş adlanır.
Kəmiyyət xüsusiyyətlərinə görə qruplaşmalarda qrup göstəriciləri üçün qəbul olunmuş intervalm ölçüsü əhəmiyyət kəsb edən xarakteristikadır. Interval variasiya edən əlamətin göstəricilərinin müəyyən sərhədlərlə ayrılmasıdır. İntervallarm həcmi, aşağı və yuxan sərhədləri olur. Ən kiçik ölçülü vahid aşağı, ən yüksək ölşülü vahid intervalm yuxarı sərhəddi adlanır. İntervalm həcmi yuxarı və aşağı sərhədlərinin fərqinə bərabərdir. İntervallar sərhədlərinə görə açıq və qapalı ola bilər. Açıq intervallarda ya aşağı, ya da yuxarı sərhəd olur. Həm aşağı, həm də yuxarı sərhədləri olan intervallar qapalı intervallardır.
Qapalı intervallar həcminə görə bərabər və fərqli ölçülü ola bilər. Məsələn, fermer təsərrüfatlarının torpaq sahələrinin ölçüsünə (hektarla) görə aşağıdakı qruplaşmalara nəzər salaq: 3-ə qədər, 4-5, 6-10, 11-20, 21-50, 51-70, 71-100, 101-200, 200-dən yuxarı. Burada həm açıq həm də qapalı intervallara baxılır. Dəqiq desək, birinci və sonuncu intervallar açıq, qalanları qapalıdır. Bu qruplaşmada qapalı intervallar həcminə görə birbirindən fərqlənir.


Yüklə 146,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin