Soyqirimlari


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 29,34 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix07.09.2017
ölçüsü29,34 Mb.
#29215
1   ...   8   9   10   11   12   13   14   15   16

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
166
ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. Lakin, 
buna baxmayaraq 1993-cü ilin iyulundan-noyabrınadək Ermənistanın 
hərbi təcavüzünün genişlənməsi və nəticədə yeddi rayonun işğal olun-
du. Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və Ermə-
nistanın hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Yeni 
ordu quruculuğu sahəsində atılan addımlar nəticəsində düşmənə ağır və 
sarsıdıcı zərbələr vurdu, işğal olunmuş bir sıra yaşayış məntəqələri azad 
edildi və o 1994-cü il mayın 12-də atəşkəs imzalama məcbur edildi. 
Ermənistanın 1988-1994-cü illərdə  həyata keçirdiyi işğalı  nəti-
cəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi 6 
min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 mln. 
kv/m olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 
orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntə-
qəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı 44 
məbəd, 9 məscidin məhvinə səbəb olmuşdur. Azərbaycan xalqına qar-
şı edilən hərbi təcavüz nəticəsində vurulan maddi zərərin həcmi 60 
milyard ABŞ dollarından (1994-cü ilin qiyməti ilə – C.B.) çoxdur. 
Hazırda 2011-ci ilin qiymətləri ilə hesabladıqda vurulan zərərin miq-
darı 300 milyard təşkil edir.
1
 
Bundan  əlavə, Ermənistan Respublikası «dövləti»lə  sərhədyanı 
rayonlarında xeyli miqdarda birbaşa maddi zərər vurulmuşdur. Bu 
rəqəmin miqdarı 1994-cü il üçün qiymətlərlə 1389233500 ABŞ dolları 
təşkil edir. Belə ki, bu bölgələrdə yerləşən rayonların icra hakimiyyət-
lərinin verdikləri məlumatlara görə işğal nəticəsində vurulmuş birbaşa 
maddi zərər rayonlar üzrə ABŞ dolları ilə  aşağıdakı kimi olmuşdur. 
Tərtər və keçmiş Ağdərə rayonları üzrə – 799295100$, Qazax rayonu 
- 327529464$, Tovuz rayonu - 189873420$, Ağcabədi rayonu -
22420050$, Ağstafa rayonu - 1998950$, Beyləqan rayonu - 
3812500$, Gədəbəy rayonu - 44303800$.
2
 
Beləliklə, Ermənistan «dövləti»nin hərbi təcavüzü və işğalı nəti-
cəsində Azərbaycan Respublikasına vurulmuş 60 milyarddan artıq 
maddi zərərin 28066 milyard ABŞ dolları keçmiş DQMV ilə qonşu 
olan və hazırda işğal altında olan 7 rayona, 1389233284 ABŞ dolları 
isə cəbhəyanı və Ermənistan Respublikası ilə həmsərhəd olan rayonla-
                                                 
1
 Elxan Süleymanov, Vurğun Süleymanov. Ermənistanın Azərbaycana qaşı silahlı 
təcavüzü və işğalın ağır nəticələri. Bakı, 2012, səh.82. 
2
 Elxan Süleymanov, Vurğun Süleymanov. Ermənistanın Azərbaycana qaşı silahlı 
təcavüzü və işğalın ağır nəticələri. Bakı, 2012, səh.85. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
167
ra vurulmuşdur. Qeyd etmək lazımdır ki, Naxçıvan MK-na vurulması 
maddi zərər buraya daxil edilməmişdir.
1
 
Bütün mövcud təkzibolunmaz faktlar təsdiq edir ki, təkcə XX 
əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən tətbiq edilən 
deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Şimali 
Azərbaycan 1918-1929-cu illərdə 29,8 min km
2
  ərazisini itirmiş, 
1991-1993-cü illərdə 20% ərazisi işğal edilmişdir.
2
  
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti 
seçilən  İlham  Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mü-
naqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycan Respubli-
kasının ərazi bütövlüyün danışıqlar predmeti olmadığını dəfələrlə söy-
ləmiş  və onun mütləq bərpa ediləcəyinin  əsas vəzifə olduğunu qeyd 
etmişdir.  
Bütün  bunları  nəzərə  alan  Azərbaycan  Respublikasının  Milli 
Məclisi 1992-ci il fevralın 25-26-na keçən gecə erməni təcavüzkarları 
tərəfindən  törədilmiş  Xocalı  soyqırımı  haqqında  qərar  qəbul  etdi  və 
fevralın 26-sı «Xocalı soyqırımı günü» elan edildi. AR MM bu qərarı 
əsasında  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin 25 
fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17
00
-
da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının 
xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. 1998-ci il 
martın 26-da  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevi 
«Azərbaycanlıların soyqırımı haqqında» fərman imzaladı və bu fərma-
na  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Milli  məclisi 31 mart 
1998-ci il tarixdə  Azərbaycanlıların soyqırımı  günü  elan  edilməsi  ilə 
əlaqədar bəyanat qəbul etdi. 
Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti İlham Əli-
yevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə XX əsrdə erməni-daş-
nak  quldur  dəstələrinin  Azərbaycan  torpaqlarında  həyata  keçirdikləri 
kütləvi  etnik  təmizləmə  və  təcavüz  siyasəti  nəticəsində  soyqırımı  ci-
nayətinin  xatirəsinin  əbədiləşdirilməsi  məqsədi  ilə  Quba  şəhərində 
«Soyqırımı memorial kompleksi»nin yaradılması qərara alındı.  
Elə həmin ildə Heydər Əliyevi Fondunun vitse-prezidenti, Fon-
dun  rusiya  Federasiyası  Nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyevanın 
təşəbbüsü ilə «Xocalıya ədalət» Beynəlxalq Təbliğat və Məlumatlan-
dırma Kompaniyası təşkil olundu. Leyla xanım Əliyeva təşkil edilmiş 
                                                 
1
 Yenə orada. 
2
 Azərbaycan tarixi VII cild. Bakı, 2003, səh.357 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
168
bu  beynəlxalq  tədbirin  əsas  məqsədi  ilə  bağlı  yazır: «Xocalıda  azər-
baycanlılara qarşı törədilmiş soyqırım Azərbaycan tarixinə ən dəhşətli 
və qara səhifələrindən biri kimi həmişəlik yazılmış faciədir… bu qəs-
dən  törədilmiş  aksiya  Azərbaycan  xalqına  qarşı  əsl soyqırım,  kütləvi 
vahiləndirmə aksiyası idi… Biz, sağ qalanlar, bu faciə haqqında həqi-
qəti bütün dünyaya çatdırmalı, baş vermiş hadisəyə beynəlxalq siyasi və 
hüquqi  qiymət verilməsinə  nail  olmalıyıq.
1
 Leyla  xanım  Əliyevanın 
təşəbbüsü ilə yaradılan «Xocalıya Ədalət» kampaniyasının keçirilməsi 
ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü 
il fevralın 13-də «Xocalıya Ədalət» kampaniyasının keçirilməsi il bağlı 
tədbirlər  haqqında  sərəncam  imzaladı.  Son  altı  ərzində  beynəlxalq 
arenada  aparılan  uğurlu  təbliğat  işləri  nəticəsində  bir  çox  dünya  ölkə-
lərinin  parlamentləri  Xocalıda  dinc  əhaliyə  qarşı  törədilmiş  ci-nayəti 
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayəti kimi tanıdı. 
Bütün tarixi, hüquqi və faktiki sənədlərə əsaslanaraq gəlinən nə-
ticə aşağıdakılardan ibarətdir: Ermənistanın Azərbaycan xalqına qarşı 
yetirdiyi  deportasiya,  etnik  təmizləmə,  soyqırımı  və  işğalçı  siyasət 
nəticəsində  insan  hüquqları  sahəsində  qəbul  edilmiş  çoxsaylı  bey-
nəlxalq  müqavilələrdə  əksini  tapmış  normalar  o  cümlədən  BMT-nin 
Baş Assambleyasının 260 (III)A Qətnaməsi (179-cu plenar iclas, 9 de-
kabr 1948-ci  il)  ilə  qəbul  olunmuş  və 1991-ci  ildə  qüvvəyə  minmiş 
«Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqın-
da»  konvensiyasının  «İnsan  hüquqlarına  dair  Ümumdünya  Bəyanna-
məsi»nin, «Mülki  və  siyasi  hüquqlar  üzrə  Beynəlxalq  Pakt»ın, «İrqi 
ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi  haqqında»  Beynəl-
xalq  konvensiyanın, «İşgəncələr  və  digər  qəddar,  qeyri-insani  və  ya 
insan ləyaqətini alçaldan münasibətlərə qarşı və ona görə cəzalandırma 
haqqında»  konvensiyanın, «Uşaq  hüquqları  haqqında»  konvensiyanın, 
o
 
cümlədən «Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorun-
ması haqqında» Haaqa konvensiyasının (1954-cü il), «Mədəni sərvət-
lərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris konvensiyasının (1970-
ci il) YUNESCO-nun Ümumdünya mədəni və  təbii irsin mühafizəsi 
haqqında konvensiyasının (1972-ci il) və «Arxeoloji irsin mühafizəsi 
haqqında» Avropa Konvensiyasının (1992-ci il) bütün müddəaları po-
zulmuşdur. 
 
                                                 
1
 Васиф  Сямядов,  Рювшян  Вялизадя.  Лейла  Ялийева: «Хоъалыйа  Ядалят» (Бейнял-
халг ермяни терроруна гаршы йени стратежи модел). Бакы, 2014, ЫЫЫ ъилд, сящ.5 

ƏLAVƏLƏR

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
171
SOYQIRIMI CİNAYƏTİNİN QARŞISININ ALINMASI VƏ 
CƏZALANDIRILMASI HAQQINDA KONVENSİYA 
 
(9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III)A 
Qətnaməsi ilə qəbul olunub.  
12 yanvar 1951-ci ildə qüvvəyə minib) 
 
Baş Assambleya soyqırım cinayətinin qarşısının alınması  və 
cəzalandırılmasına dair təqdim olunan Konvensiyanı  təsdiq edir və 
onu imzalamaq və ratifikasiya etməyi və ya XI maddəyə müvafiq 
olaraq ona qoşulmağı təklif edir. 
179-cu plenar iclas, 9 dekabr 1948-ci il 
 
Razılığa gələn Tərəflər, 
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 19 dekabr 
1946-cı il tarixli 96 (I) saylı  qətnaməsində soyqırımın beynəlxalq 
hüquq normalarını pozan və Birləşmiş Millətlər Təşkilatının məqsəd 
və ruhuna zidd olan cinayət olduğunu və sivil dünyanın onu 
pislədiyini, tarix boyu soyqırımın bəşəriyyətə böyük itkilər gətirdiyini 
etiraf edərək, bəşəriyyəti bu çirkin fəlakətdən xilas etmək üçün 
beynəlxalq  əməkdaşlığın vacibliyinə  əmin olduğunu nəzərə alaraq, 
aşağıdakılar barədə razılığa gəlirlər: 
 
Maddə 1 
Razılığa gələn Tərəflər sülh və yaxud müharibə dövründə tö-
rədilməsindən asılı olmayaraq soyqırımm, beynəlxalq hüquq norma-
lannı pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını 
almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. 
 
Maddə 2 
Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, 
irqi və ya dini qrupun qismən və ya bütövlükdə  məhv edilməsi 
məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: 
a) bu cür qrup üzvlərinin öldürülməsi; 
b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli 
qabiliyyətinə ciddi zərər yetirilməsi; 
c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini 
nəzərdə tutan həyat şəraiti yaradılması; 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
172
d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş təd-
birlərin həyata keçirilməsi; 
e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa 
verilməsi. 
Maddə 3 
Aşağıdakı əməl cəzalandırılandır: 
a) soyqırım; 
b) soyqınm törətməyə yönəlmiş gizli sövdələşmə; 
c) soyqırım törətməyə birbaşa və açıq təhrik; 
d) soyqırım törətməyə yönəlmiş qəsd; 
e) soyqırımda iştirak. 
 
Maddə 4 
Soyqırım və yaxud 3-cü maddədə sadalanmış  əməllərdən hər 
hansı birini törətmiş  şəxs konstitusiya ilə  məsul rəhbər, rəsmi və ya 
fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır. 
 
Maddə 5 
Bu Konvensiyanın müddəalarının qüvvəyə minməsi üçün Razılı-
ğa gəlmiş Tərəflərin hər biri xüsusilə soyqırımı və yaxud 3-cü maddə-
də sadalanan digər  əməllərin törədilməsində  təqsirli bilinən  şəxslərin 
cəzalandırılması üçün səmərəli tədbirlər nəzərdə tutan zəruri qanun-
vericiliyi öz konstitusion proseduruna uyğun olaraq qəbul etmək 
öhdəliyini götürürlər.  
 
Maddə 6 
Soyqırım və yaxud 3-cü maddədə sadalanan digər  əməlləri 
törətmiş şəxslər bu əməlin törədildiyi dövlətin ərazisində səlahiyyətli 
məhkəmələr tərəfindən və ya yurisdiksiyasını Konvensiya tərəflərinin 
də  qəbul etdiyi və bu tərəflərə  şamil olunan beynəlxalq cinayət 
məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar. 
 
Maddə 7 
Təqsirlilərin verilməsi (ekstradisiyası) məsələsində soyqırım və 
yaxud 3-cü maddədə sadalanan digər  əməllər siyasi cinayət kimi sa-
yılmır. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
173
Bu kimi hallarda Razılığa gələn Tərəflər təqsirlinin verilməsini 
öz qanunvericiliyinə  və qüvvədə olan müqavilələrə müvafiq olaraq 
həyata keçirmək öhdəliyi daşıyırlar. 
 
Maddə 8 
Bu Konvensiyanın hər bir iştirakçısı soyqırım və yaxud 3-cü 
maddədə sadalanan digər əməllərin qarşısının alınması və aradan qal-
dırılması üçün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müva-
fiq olaraq bütün lazımi tədbirlərin görülməsi tələbi ilə Birləşmiş Mil-
lətlər Təşkilatının müvafiq orqanına müraciət edə bilər. 
 
Maddə 9 
Razılığa gələn Tərəflər arasında bu və ya digər ölkənin soyqırım 
və yaxud 3-cü maddədə sadalanan digər əməlləri törətməyə görə mə-
suliyyətinə dair mübahisələr də daxil olmaqla, bu Konvensiyanın şər-
hi, tətbiqi və yaxud icrası ilə bağlı mübahisələr mübahisə tərəflərindən 
hər hansı birinin tələbi ilə baxılması üçün Beynəlxalq Məhkəməyə 
verilir.  
 
Maddə 10 
Bu Konvensiyanın bərabər autentik hesab edilən ingilis, çin, ispan, 
fransız və rus mətnləri 9 dekabr 1948-ci il tarixdən müəyyən edilir. 
 
Maddə 11 
Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının hər hansı üzvü və 
yaxud Baş Assambleya tərəfindən Konvensiyanı imzalamaq üçün də-
vət almış  Təşkilat üzvü olmayan istənilən dövlət tərəfindən imzalan-
maq üçün 31 dekabr 1949-cu il tarixədək açıq olacaqdır. Bu Konven-
siya ratifikasiya olunmalıdır və ratifikasiya haqqında aktlar Birləşmiş 
Millətlər Təşkilatının Baş Katibi yanında saxlanca qoyulur. 
1 yanvar 1950-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkila-
tının istənilən üzvü və yuxarıda göstərilən dəvəti almış  Təşkilatın 
üzvü olmayan istənilən dövlət bu Konvensiyaya qoşula bilər. 
Qoşulma haqqında aktlar Birləşmiş Millətlər Təşkilatının Baş 
Katibi yanında saxlanca qoyulur. 
 
 
 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
174
Maddə 12 
Razılığa gələn Tərəflərdən hər hansı biri istənilən vaxt Birləşmiş 
Millətlər Təşkilatının Baş Katibinin adına bildiriş göndərməklə xarici 
əlaqələrin həyata keçirilməsinə cavabdehlik daşıdığı bütün ərazilərinə 
və ya onların bir qisminə bu Konvensiyanı tətbiq edə bilər. 
 
Maddə 13 
Ratifikasiya və ya qoşulma haqqında ilk 20 aktın Baş Katib ya-
nında saxlanca qoyulduğu gün Baş Katib surətləri Birləşmiş Millətlər 
Təşkilatının üzvü olan və XI maddədə  nəzərdə tutulmuş  Təşkilatın 
üzvü olmayan bütün dövlətlərə göndərilən Protokolu hazırlayır. Bu 
Konvensiya ratifikasiya və ya qoşulma haqqında 20-ci akt saxlanca 
qoyulduqdan sonra doxsanıncı gün qüvvəyə minir. 
Bu Konvensiyanın qüvvəyə minməsindən sonra alınmış ratifi-
kasiya və qoşulma haqqında aktlar Birləşmiş Millətlər Təşkilatının 
Baş Katibi yanında saxlanca qoyulduqdan sonra doxsanıncı gün qüv-
vəyə minir. 
 
Maddə 14 
Bu Konvensiya qüvvəyə mindiyi gündən etibarən on il müddətinə 
qüvvədədir. 
Bu Konvensiya növbəti beş illikdə o ölkələrə qarşı qüvvədə qalır 
ki, hansılar ki, Konvensiyanın müvafiq qüvvədə olma müddətinin bit-
məsinə ən azı altı ay qalmış onu denonsasiya etməmiş olsunlar. 
Denonsasiya Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı 
bildirişin verilməsi yolu ilə həyata keçirilir. 
 
Maddə 15 
Əgər denonsasiya nəticəsində Konvensiya üzvlərinin sayı on al-
tıdan az olarsa, Konvensiya sonuncu denonsasiyanın qüvvəyə mindiyi 
gün öz qüvvəsini itirir. 
 
Maddə 16 
Bu Konvensiyaya yenidən baxılması tələbi istənilən vaxt Razılığa 
gələn tərəflərdən hər hansı biri tərəfindən Baş Katibin adına yazılı mə-
lumat verilməsi yolu ilə qoyula bilər. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
175
Əgər bu cür tələb hər hansı tədbirlərin görülməsini labüd sayırsa, 
Baş Assambleya bu cür tələb barədə hansı  tədbirlərin görülməsinin 
vacib olduğuna dair qərar verir. 
 
Maddə 17 
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər 
Təşkilatının bütün üzvlərini və XI maddədə nəzərdə tutulmuş Təşkila-
tın üzvü olmayan dövlətləri məlumatlandırır: 
a) XI maddəyə müvafiq olaraq imzalama, ratifikasiya və qoşulma 
haqqında qəbul edilmiş bütün aktlar barədə; 
b) XII maddəyə müvafiq olaraq qəbul edilmiş bütün bəyanatlar 
barədə; 
c) XIII maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə 
mindiyi gün barədə; 
d) XIV maddəyə müvafiq olaraq qəbul edilmiş denonsasiyalar 
barədə; 
e) XV maddəyə müvafiq olaraq Konvensiyanın ləğvi barədə; 
f) XVI maddəyə müvafiq olaraq qəbul edilmiş bəyanatlar barədə. 
 
Maddə 18 
Konvensiyanın  əsli Birləşmiş Millətlər Təşkilatının arxivində 
saxlancdadır. 
Konvensiyanın təsdiq edilmiş surətləri Birləşmiş Millətlər Təşki-
latının bütün üzvlərinə  və XI maddədə  nəzərdə tutulmuş  Təşkilatın 
üzvü olmayan dövlətlərə göndərilir. 
Maddə 19 
Bu Konvensiya qüvvəyə mindiyi gün Birləşmiş Millətlər Təşki-
latının Baş Katibi tərəfindən qeydiyyata alınır.  
 
Soyqırım cinayəti (Beynəlxalq aktlar, normativ sənədlər, 
müraciətlər və şərhlər toplusu).  
Bakı-2010, səh.8-13.  
 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
176
XOCALI SOYQIRIMI (GENOSİDİ) GÜNÜ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
 
 (24 fevral 1994-cü il) 
 
Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları 
tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaç-
qınlar və xaricdə yaşayan soydaşlarla  əlaqə komissiyasının təklifini 
müzakirə edərək qərara alır: 
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən tö-
rədilmiş, Azərbaycan xalqının milli faciələrindən və  bəşər tarixinin 
qanlı  səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da 
«Xocalı soyqırımı günü» elan olunsun və bu barədə beynəlxalq təşki-
latlara məlumat verilsin. 
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdı-
rılması  və «Xocalı soyqırımı günü»nün beynəlxalq miqyasda keçi-
rilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin. 
 
Bakı şəhəri, 24 fevral 1994-cü il 
№ 791 
 
 
XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ SÜKUT 
DƏQİQƏSİ ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN 
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
 
1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri Azər-
baycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımı törətmişlər. 
Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan 
dövlət müstəqilliyini,  ərazi bütövlüyünü hədəf almış  məqsədyönlü 
irticaçı siyasətinin növbəti qanlı  səhifəsi olmaqla, təkcə Azərbaycan 
xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara 
ləkə kimi qalacaqdır. 
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə 
qərara alıram: 
Hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası 
ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti 
olaraq sükut dəqiqəsi elan edilsin. 
Heydər ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 25 fevral 1997-ci il  

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
177
“1948-1953-cü İLLƏRDƏ AZƏRBAYCANLILARIN ERMƏNİSTAN  
SSR ƏRAZİSİNDƏKİ TARİXİ-ETNİK TORPAQLARINDAN 
KÜTLƏVİ SURƏTDƏ DEPORTASİYASİ HAQQINDA” 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI  
(18 dekabr 1997-ci il) 
 
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkil-
də həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində 
xalqımız ağır məhrumiyyətlərə, milli faciə  və  məşəqqətlərə  məruz 
qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət 
nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazidən - 
min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didər-
gin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məx-
sus minlərlə tarixi-mədəni abidə  və yaşayış  məskəni dağıdılıb viran 
edilmişdir. 
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli 
və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına 
qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-
1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR 
ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sür-
gün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası 
zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş 
tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır kö-
çürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mə-
nəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni  şovinist 
dairələrinin və SSRİ rəhbərliyinin siyasəti ilə yanaşı, o dövrkü Azər-
baycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımı-
za qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində işti-
rakı da az rol oynamamışdır. 
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan 
SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımın-
ca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir. 
Yuxarıda göstəriləni nəzərə alaraq  
QƏRARA ALIRAM: 
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazi-
sindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın hər-
tərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində 
keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
178
beynəlxalq ictimaiyyətə çatdırılması  məqsədi ilə  aşağıdakı  tərkibdə 
dövlət komissiyası yaradılsın: 
Dövlət komissiyasının sədri : 
Heydər Əliyev - Azərbaycan Respublikasının prezidenti 
Dövlət komissiyası sədrinin müavini: 
Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri 
Dövlət komissiyasının üzvləri: 
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti İcra Apa-
ratının rəhbəri 
Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 
İzzət Rüstəmov - Azərbaycan Respublikası Baş nazirinin müavini 
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini 
Həsən Həsənov - Azərbaycan Respublikası xarici işlər naziri 
Namiq Abbasov - Azərbaycan Respublikasının milli təhlükəsizlik 
naziri 
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri 
Eldar Həsənov - Azərbaycan Respublikasının Baş prokuroru 
Südabə  Həsənova - Azərbaycan Respublikası  ədliyyə nazirinin 
birinci müavini 
Xanlar Hacıyev - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri  
Sirus Təbrizli - Azərbaycan Respublikasının mətbuat və informa-
siya naziri 
Vəfa Quluzadə - Azərbaycan Respublikasının xarici siyasət mə-
sələləri üzrə dövlət müşaviri 
Hidayət Orucov - Azərbaycan Respublikasının milli siyasət mə-
sələləri üzrə dövlət müşaviri 
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti İcra 
Aparatının humanitar siyasət şöbəsinin müdiri 
Şahin  Əliyev - Azərbaycan Respublikası Prezidenti İcra Apara-
tının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri 
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidenti İcra Apa-
ratının dövlət-hüquq şöbəsinin müdiri 
Yusif Hümbətov - Azərbaycan Respublikası Prezidenti İcra Apa-
ratının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri 
Əli Həsənov - Azərbaycan Respublikası Prezidenti İcra Apara-
tının ictimai-siyasi şöbəsinin müdiri 
Rafael Allahverdiyev - Bakı şəhər icra hakimiyyətinin başçısı 

Yüklə 29,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin