Soyqirimlari


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 29,34 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix07.09.2017
ölçüsü29,34 Mb.
#29215
1   ...   8   9   10   11   12   13   14   15   16

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
140
milli dövlətlərə münasibətdə Böyük Britaniyanın siyasəti məhz bu 
məqsədlərə xidmət edirdi. 
1918-ci ilin mayında Cənubi Qafqazda üç milli dövlətin yaran-
masının ardından labüd olaraq onların sərhədlərinin müəyyənləşdiril-
məsinə və təsbitinə olunmasına başlandı. Yeni, müstəqil respublikala-
rın bəzən əfsanəvi məlumatlara, rəvayətlərə əsaslanan (“Böyük Ermə-
nistan” xülyası və yaxud orta əsr gürcü knyazlıqlarının hüdudları ide-
yası), sərhədlərini bu “əsaslandırmalara” görə  təsbit etmək cəhdləri 
qarşı tərəfin bu və ya digər əraziyə malik olmaya dair iddiaları ilə üz-
ləşirdi. Müxtəlif xalqların əsrlər boyunca təşəkkül tapdığı, məskunlaş-
dığı  Cənubi Qafqazda həmin sərhədləri danışıqlar yolu ilə müəyyən-
ləşdirmək cəhdləri uğursuzluğa dücar oldu. Həmin respublikalar ara-
sındaki sərhədləri yalnız zorakı vasitələrlə  təsbit etmək yolu qalırdı. 
Bir çox hallarda məhz bu yola üstünlük verilirdi. Nəticədə siyasi mü-
naqişələr qızışır, artıb siyasi toqquşmalara, bəzən isə çoxsaylı insan 
tələfatına gətirib cıxaran müharibələrə çevrilirdi. 1918-1920-ci illərdə 
məhz bu cür münaqişələr Cənubi Qafqazın siyasi tarixinin başlıca 
məzmununu təşkil edirdi. 
Üç Cənubi Qafqaz dövləti arasında  ərazi ixtilafları bölgənin 
Böyük Britaniya işğalçı hakimiyyət orqanlarının müxtəlif  ərazilərinə 
“çəkişən tərəfləri sakitləşdirmək” məqsədilə qoşunlar göndərməsinə 
əlverişli  şərait yaratmışdı. Cənubi Qafqazda asayişin təmin olunması 
qayğısına qalan dövlət rolunu öz üzərinə götürmüş Böyük Britaniya 
bölgədə meydana çıxmış təqribən bütün münaqişələrin həllində iştirak 
etmişdi. Münaqişədə iştirak edən tərəflərdən hansını dəstəkləmək haq-
qında qərarı Böyük Britaniya işğal qoşunlarının Tiflisdəki qərargahı, 
ayrı-ayrı hallarda isə  İstanbuldakı “Qara dəniz Ordusu” nun baş ko-
mandanı verirdi. Generallar Q.Forestye-Uoker, V.Tomson və N.Kori 
Cənubi Qafqazda Böyük Britaniya qoşunları qrupunun komandanları 
olmuşlar. İngiltərə hokuməti qoşunlarını cıxardıqdan sonra mənzil qə-
rargahı Tiflisdə yerləşən Cənubi Qafqaz ücün Ali komissar postunu 
təsis etdi. General O.Uordrop ilk Ali komissar təyin olundu. 
Tezliklə Böyuk Britaniyanın rəsmi dairələri Ermənistan rəhbər-
liyinin planlarının tamamilə  ağlasığmaz olduğunu etiraf etməli oldu-
lar. Məsələn, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin siyasi kəş-
fiyyat şöbəsi tərəfindən hazırlanmış 28 oktyabr 1918-ci il tarixli Me-
morandumda göstərilirdi: “Erməni məsələsi həll olunarkən nəzərə 
alınmalıdır ki, onun cazibə mərkəzi Qafqazda deyil, Kiçik Asiyanın 

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
141
cənubundadır. Ermənilər Türkiyədən Qafqaza əsasən qaçqın ki-
mi, son onilliklər ərzində Rusiya hakimiyyəti dövründə gəlmişlər. 
Rusiya hökuməti burada onlardan gürcülər və tatarlar (Azərbay-
can türkləri –N.G.) arasında ixtilafları  qızışdırmaq ücün istifadə 
etmişdir”.

 
Ermənistanın nizamlı silahlı qüvvələri Zəngəzura, Naxçıvana və 
Qarabağa Azərbaycan Respublikasına qarşı  hərbi təcavüzü genişlən-
dirdilər. Böyük Britaniya rəhbərliyi Ermənistanın Azərbaycan Res-
publikasına qarşı  hərbi təcavüzü gedişində  vəziyyəti sabitləşdirmək 
üçün münaqişəyə qarışmalı oldu. Məsələn, 1919-cu ilin yanvar ayının 
əvvəlində Naxcıvanda baş vermiş hadisələr zamanı və

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
142
Nazirliyinin 1919-cu il oktyabr ayının 21-də Böyük Britaniyanın dip-
lomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: “

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
143
təmsilçilərinin mənə çatdırdıqları  məktubda deyilir ki, bundan sonra 
hər cür düşmən əməlləri (müsəlmanlara qarşı – N.G.) erməni məsələ-
sinin həll olunmasına mənfi təsir göstərə bilər”.
1
 
Qeyd edək ki, hələ 1918-ci ilin yayında başda Andronik olmaqla 
qeyri-nizami erməni hərbi dəstəsi Zəngəzurun Azərbaycan türklərin-
dən ibarət olan əhalisinin məhv edilməsi və həmin ərazidən qovulması 
üzrə məqsədyönlü fəaliyyətə başlamışdı. AXC hökumətinin təşkil et-
diyi Fövqəladə istintaq komissiyası üzvü N. Mixaylovun məlumatları-
na görə, yalnız 1918-ci ilin yayında və payızında Zəngəzurda 115 
kənd (əslində Azərbaycan türklərinin yaşadığı bütün yaşayış məntəqə-
ləri –N.G.) məhv edilmişdi.  Tam olmayan məlumatlara görə, həmin 
kəndlərdə 7729 azərbaycanlı öldürülmüş, 50000 azərbaycanlı qaçqın 
kimi Zəngəzur hüdudlarını tərk etmişdi.
2
 
1919-cu ilin yanvarın ortalarında Qarabağda və Zəngəzurda Er-
mənistan-Azərbaycan  ərazi münaqişəsini həll etmək üçün ingilis ko-
mandanlığı burada doktor Xosrov bəy Sultanov başda olmaqla gene-
ral-qubernatorluq yaratmaq, bu yolla ixtilaf bölgəsini  ərazi cəhətdən 
əlahiddələşdirmək modelini seçdi. İngilislər bölgə üzərində  nəzarəti 
general-qubernatorluğa həlledici səs hüququ ilə daxil olmuş  hərbi 
nümayəndəsi vasitəsilı  həyata keçirirdilər. Lakin bu idarəçilik tətbiq 
olunduqdan sonra da Qarabağdan həyəcanlı  xəbərlər alınmaqda idi. 
Salonikidəki Böyük Britaniya qoşunlarının baş komandanı, general 
C.F. Miln 1919-cu ilin fevral ayının 6-da Londona, imperiya Baş Qə-
rargahının rəhbərinə göndərdiyi məlumatında göstərmişdi: “Bakını 
işğal etdiyimiz zaman Şuşanın iki Türkiyə batalyonu Andronikin 
ordusunun hücumlarından müdafiə edirdi. Hal-hazırda ermənilər 
şəhərə doluşmuşlar. Hökumətin asayişi qorumaq üçün mümkün 
olan hər tədbiri görməsinə baxmayaraq, ermənilər tatarları öl-
dürməkdədirlər. Təbiidir ki, tatarlar da qisas alırlar. Asayişi qo-
runması üçün oraya Britaniya əsgərlə    Ú p u 9 Ð °@€Ð %

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
145
danlığı tərəfindən də  həmişə bu cür nəzərdən keçirilmişdi. Sulh kon-
fransının Ali komissarı polkovnik Haskell də bizim Zəngəzur vilayəti-
nə mübahisəsiz hüququmuzu tanımışlar”.
1
 
Uordropun 1919-ci il 8 oktyabr tarixli məlumatından bəlli olur 
ki, Ermənistanın xarici işlər nazirinin notasına cavab olaraq, Azərbay-
can Cümhuriyyətinin xarici işlər naziri özünün Ermənistandakı diplo-
matik nümayəndəsi Ə. Haqverdiyev vasitəsilə qeyd edirdi: “Ermənis-
tan Respublikasının xarici işlər nazirinin diqqətinə çatdırın ki, Zəngə-
zur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bununla əlaqə-
dar olaraq erməni hökumətinin notasında qaldırdığı məsələ Azərbay-
can Cümhuriyyətinin daxili işlərinə müdaxilə deməkdir. Azərbaycan 
Cümhuriyyətinin hökuməti özünü ölkənin müxtəlif bölgələrində haki-
miyyət qurumlarının həyata keçirdiyi tədbirlər haqqında erməni höku-
məti qarşısında hesabat verməyə borclu hesab etmir”.
2
  
Özünün 1919-cu il 3 dekabr tarixli məlumatında Uordrop göstə-
rirdi: “Nəticədə baş nazir Yusifbəyli 23 noyabr sazişinin ziddinə 
olaraq ermənilərin hərbi  əməliyyatlara davam etmələri ilə  əlaqə-
dar narazılığını bildirdi və 9 kəndin məhv edildiyinə dair məlumat 
verdi”.
3
 
Onun ertəsi gün göndərdiyi məlumatda qeyd olunurdu: “Azər-
baycan hökuməti bu yaxınlarda müsəlmanların erməni nizami 
hərbi dəstələri tərəfindən törədilmiş kütləvi qətlləri və 15 kəndin 
məhv edilməsi haqqında məlumatları  Zəngəzur və  Dərələyəzdən 
mənə çatdırmışdır. Mən İrəvana etiraz göndərərək, dərhal təhqi-
qata başlamağı, müqəssirləri cəzalandırmağı və erməni nümayən-
də heyətinin yubanmadan Azərbaycanla görüşməyə göndərməsini 
tələb etdim”.
4
 
Uordropun 15 dekabr 1919-cu il tarixli məlumatında deyilirdi: 
Azərbaycanın baş naziri teleqram göndərərək, erməni nizami 
topçu qoşunlarını ittiham edirdi. Ermənilər Zəngəzurun kəndləri-
ni məhv etməklə qırğın törətmişdilər. O, qeyd edir ki, dekabr ayın 
9-da Gorusdan cənub-şərqdə Kədəkləkli, Əsgərli və Pərçəvan (Ke-
                                                 
1
 Telegram from ‘en clair’ Mr. O. Wardrop to Earl Curzon (November 18, 1919), 
IOR/L/P&S/11/147. 
2
Enclosure in Mr. O. Wardrop’s dispatch № 46 of October 8, 1919, 
IOR/L/P&S/11/159. 
3
 Decipher № 173 from Mr. O. Wardrop (December 3, 1919), IOR/L/P&S/11/161. 
4
 Decipher № 179 from Mr. O. Wardrop (December 4, 1919), IOR/L/P&S/11/161. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
146
declaklu, Askerlu and Perchevan) kəndləri məhv edildi və mühasi-
rəyə alınmış Oxçu ilə  Kığı  dərələrindəki (Ohchi and Kigy Glens
müsəlman kəndləri artilleriya atəşi ilə dağıdıldı. O, Azərbaycanın 
Zəngəzurda bircə  əsgərinin belə olmadığını söylədi. Zati-aliləri 
Zəngəzurdakı erməniləri tərk-silah etmək üçün bitərəf ölkələrdən 
zabitlər göndərməyi xahiş edir; əks təqdirdə Azərbaycan mehri-
ban qonşuluğu təmin etməkdən ötrü tədbirlər almaq məcburiyyə-
tində qalacaq”.
1
 
Uordropun 1919-cu il 30 dekabr tarixində göndərdiyi məlumat-
da göstərilirdi: “Bu gün alınan məlumatlara əsasən, erməni höku-
məti dekabrın 21-də Zəngibasar bölgəsinin müsəlmanlarına qarşı 
hərbi  əməliyyatlara başlamışdır. Həmin tarixdə Qarğabazar, de-
kabrın 22-də isə Uluxanlı kəndləri dağıdılmışdır. Hal-hazırda Ço-
bankər Qaraqışlaq kəndi uğrunda döyüş gedir. Əgər bu məlumat-
lar doğrudursa, onda şübhə yoxdur ki, Ermənistan 23 noyabr sa-
zişini pozmuşdur”.
2
 
Bir başqa ingilis nümayəndəsi Qrandinin 1920-ci 25 yanvar ta-
rixli məlumatında göstərilirdi: “Azərbaycan hökuməti Zəngəzurda 
erməni topçu kolonnası tərəfindən daha 24 kəndin məhv edilməsi 
və kütləvi qırğınlar törətməsi haqqında məlumat verir. Azərbay-
canda ictimai fikir olduqca həyəcanlıdır və hökuməti Müttəfiqlə-
rin fəaliyyətsizliyinə görə ittiham edir”.
3
 
Uordropun 1920-ci il 28 yanvar tarixli məlumatında qeyd olu-
nurdu: “Zəngəzurda erməni təcavüzü haqqında məlumatlar daxil 
olmaqda davam edir ki, bu da əhalinin Azərbaycan hökumətindən 
narazılığını gücləndirir. Əhali hökumətdən yubanmadan tədbirlər 
görməyi tələb edir”.
4
  
Uordropun məlumatlarında Qars vilayətinin müsəlman  əhalisi-
nin faciəvi durumu haqqında da bilgilər ehtiva olunur. Bəlli olduğu 
kimi, ingilislər Cənub-Qərbi Qafqaz Respublikası ləğv etdikdən sonra 
1919-cu ilin mayında sözügedən vilayətdə hakimiyyəti Ermənistana 
vermişdilər. Uordropun 1920-ci il 28 yanvar tarixli məlumatında qeyd 
                                                 
1
 Decipher № 202 from Mr. O. Wardrop (December 15, 1919), IOR/L/P&S/11/161. 
2
Telegram from ‘en clair’ from Mr. O. Wardrop (December 30, 1919), 

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
147
edilirdi: “Burada olan Azərbaycan nümayəndələri martın 5-də öz 
hökumətləri ilə əlaqə saxlayaraq, bildirmişdilər ki, erməni hakimi-
yyət orqanları Çaldır, Zaruşat, Şunalal (Shuuunal el) (söz buraxılıb
bölgələrindən olan müsəlmanlara öz kəndlərini tərk etməyi  əmr 
etmişdilər. Həmçinin (söz buraxılıb) mart ayının 1-də əhali tərksilah 
olmaq haqqında ultimatum almışdır. Mühasirəyə alınmış  kəndlər 
isə dağıdılmışdır. O, xahiş edirdi ki, qaçqınların Azərbaycana 
getmələrinin təmin edilməsi haqqında ərz-halları qəbul edilsin”.
1
  
Britaniya diplomatik missiyasının 1919-cu ilin dekabrından 
1920-ci ilin martınad
õ

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
148
na  əyani  şəkildə  dəlalət edir. İngilislə

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
149
Qrandinin 1920-ci ilin yanvarın 29-da göndərdiyi şifrəli teleqram-
da Uordropa aşağıdakı təlimatlar verilirdi: “Siz Azərbaycan hökuməti-
nin irəli sürdüyü ittihamları cidd-cəhdlə  təhqiq etməlisiniz.  Əgər sizin 
tərəfinizdən xatırlanan faktlara dair dəlillər tapılarsa, erməni hökumə-
tinə ciddi xəbərdarlıq etməniz və hücumlara dərhal son qoyulmasını tə-
ləb etməniz lazım gələcək. Siz həmçinin Azərbaycan hökumətini məlu-
matlandırmalısınız ki, Ermənistan hökumətinə  qəti etiraz göndərmək 
haqqında Əlahəzrət Hökuməti tərəfindən təlimatlandırılmışsınız”.
1
 
Yerində  vəziyy

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
150

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
151
 
XOCALI SOYQIRIMI AZƏRBAYCAN XALQINA QARŞI 
TÖRƏDİLMİŞ  1918-ci il MART SOYQIRIMININ DAVAMIDIR 
 
(XX əsrin 40-90-cı illərində Ermənistanın Azərbaycan xalqına 
qarşı yeritdiyi deportasiya, etnik təmizləmə, soyqırımı və işğalçılıq 
siyasətinin ağır nəticələri)
 
 
Ъəbi Бящрамов  
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
Гasım Щаъыйев 
Tarix elmləri üzrə fəlsəfə doktoru
 
 
II Dünya müharibəsinin qurtarmasına 115 gün qalmış – yəni 
1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu – Baş pat-
riarxın müavini, arxiyepiskop Gevorq Çeorekçiyan SSRİ dövlətinin 
rəhbəri İ.V.Stalinə 11 bənddən ibarət ərizə ilə müraciət edir və onunla 
görüşür. Bu görüş zamanı İ.Stalin katolikosa xarici ölkələrdə yaşayan 
ermənilərin Ermənistan SSR-ə köçməyə  və bundan əlavə Türkiyə 
Cümhuriyyətindən qondarma «Qərbi Ermənistan» adlanan torpaqların 
geri alınacağını söyləyir. Katolikosun ərizəsinin üstünə «Razıyam. 
Xalq Komissarları Sovetinin sədri İosif Stalin. 19.04.45-ci il» dərkə-
narını qoyub.
1
 1945-ci il noyabrın 21-də SSRİ XKS-ti «Sovet Ermə-
nistanına xarici ölkələrdən qaytarılmaları ilə bağlı tədbirlər» haqqında 
2947 saylı  qətnamə  qəbul edir.
2
 Bu  qərarı alan Ermənistan SSR rəh-
bəri G.Arutinov İ.V.Stalinə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermə-
nistan SSR tərkibinə verilməsi ilə bağlı ona məktubla müraciət edir. 
İ.V.Stalin məktubu G.M.Malenkova ünvanlayır və  məsələni Azər-
baycan SSR rəhbəri M.C.Bağırovla müzakirə etməyi tapşırır. 1945-ci 
il noyabrın 28-də UİK (b)P MK-nın katibi G.M.Malenkov Azərbaycan 
KP(b)P MK-nın birinci katibi M.C.Bağırova teleqram vurur.
3
 Qaraba-
                                                 
1
 Azərbaycan Respublikasının Milli Arxivi İdarəsi. Azərbaycanlıların Ermənistan 
SSR-dən deportasiyası (1948-1953-cü illər) (sənədlər toplusu). Bakı, 2013, səh. 73-
74-75. Журнал «Отечественные Архивы» 1995, №3, с.64-66. 
2
 htt//az.azvizion az/news.php? 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
152
ğın Azərbaycan torpağı olması

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
153
22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ən qədim zaman-
lardan yaşadıqları ərazilərdə həyata keçirilmişdi.
1
 
1953-cü ildə İ.V.Stalinin vəfatından sonra SSRİ dövləti rəhbərli-
yində baş verən dəyişikliyə ümid bəsləyən Erməni Qriqoryan Kilsəsi 
və Ermənistan SSR rəhbərliyi yenidən DQMV-ti ərazisinin Ermənis-
tan SSR-ə birləşdirilməsi haqqında N.S.Xruşşova müraciət etdi. 1958-
ci ildə Erməni Qriqoryan Kilsəsinin başçısı II Vazgen Bakıya gəlir və 
o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla 
görüşür. Görüş zamanı II Vazgen Bakı şəhərində yerləşən erməni kil-
səsi nəzdində erməni uşaqları üçün ruhani seminariyasının açılmasına, 
səhər və axşam kilsə  zənginin vurulmasına icazə verilməsini və  ən 
başlıcası Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-
ə birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin razılıq verməsini 
təkliflərini irəli sürür. Azərbaycan SSR Nazirlər Sovetinin sədri S.Rə-
himovdan çox sərt rədd cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şika-
yət edir, lakin mərkəzi hökumət qaldırılan məsələnin nə qədər təhlükə-
li olduğunu anlayaraq onu müzakirə etməkdən çəkinir və Azərbaycan 
SSR rəhbərliyi millətçilikdə ittiham edilərək 1959-cu ildə  dəyişdiril-
di.
2
 V.Y.Axundov Azərbaycan SSR rəhbəri təyin edildi. 
XX  əsrin 60-cı illərinin  əvvəllərindən başlayaraq Ermənistan 
SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa 
başladı. 1960-cı il dekabrın əvvəlində Azərbaycan KP MK-nə ABŞ-
ın Boston şəhərində erməni millətçilərinin nəşr etdikləri «Baykar» 
(«Mübarizə») qəzetində «Sovet Azərbaycanı Prezidentinə» başlığı 
altında çap edilmiş müraciət daxil olur. Riyakarlıqla dolu olan bu 
müraciətdə Azərbaycan SSR-in iki “erməni muxtar qurumu”nun – 
Naxç% nvn bMSR- 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
154
etdirdiyi («Все понять, но не все простить». Баку. 2000 г.) əsərin-
də yazır: «Atam məsələ ilə bağlı tarixçilərin, hüquqşünasların, kar-
toqrafların və MK-nın məsul işçilərinin də daxil olduğu xüsusi bir 
qrup təşkil etmişdi. Bu işdə çox fəal yardımı o zaman AMEA 
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Əlövsət Quliyev 
göstərmişdi. Xüsusi qrupun hazırladığı bu sənəd arxiv sənədləri və 
xəritələrlə birlikdə Sov.İKP MK-nə göndərilmişdi.
1
 İdeologiya üzrə 
MK katibinə Sov.İKP MK-nın II katibi M.A.Suslov ondan Moskva-
ya təcili gəlməyi tələb edir. H.Hacıyev Sov.İKP MK, SSRİ Nazirlər 
Soveti və SSRİ DTK-də  məsul  şəxslərdə görüşür və A.Mikoyanın 
Azərbaycana qarşı təşkil etdiyi təxribatın qarşısını almağa nail olur.
2
 
Lakin bu onun həyatı bahasına başa gəlir. H.Hacıyev müzakirədən 
sonra SSRİ Səhiyyə Nazirliyi 4-cü Baş İdarəsinin xəstəxanasına dü-
şür və ona «bədxassəli şiş» diaqnozu qoyulur. O Kreml xəstəxanası-
nın «işiğı» sayılan Abramyan tərəfindən əməliyyat olunur. Moskva-
ya gələn Nazim Hacıyevin yaxın dostu akademik M. Topçubaşov 
əməliyyatın gedişatı ilə tanış olduqdan sonra, onun doğru aparılma-
dığını müəyyən edir və Nazim Hacıyev 38 yaşında vəfat edir.
3
 Lakin, 
erməni təxribatları davam edir. Azərbaycan SSR DQMV-də yaşayan 
ermənilər Ermənistan SSR rəhbərliyinə çoxsaylı müraciətlər ünvan-
layaraq ondan sözdən işə keçməyi tələb etməyə başladılar. 1968-ci il 
aprelin 23-24-də Ermənistan KP MK-nın birinci katibinə, respublika 
Nazirlər Sovetinin Sədrinə və Ali Sovet Sədrinə ünvanlanmış 100-ə 
qədər anonim məktub aşkar edilmişdi. «Əzəli erməni torpaqları»nın 
Ermənistan SSR-ə qaytarılması  məsələsi bu məktubların  əsas məz-
mununu təşkil edirdi.
4
 1959-1961-ci illərdə Azərbaycan KP MK-nın 
II katibi işləmiş Vladimir Semicastnı rusiyalı jurnalist Andrey Ka-
raulova verdiyi müsahibəsində həmin dövrü belə xatırlaır: «… Qara-
bağ ətrafında müxtəlif şayiələr və dedi-qodular yazırdı, qeyri-sağlam 
hadisələr baş verirdi… Mən onların konfransında çıxış edəndə mənə 
saysız-hesabsız suallar verdilər: bu belə deyil, o belə deyil. Mən on-
lara vəziyyətin nə yerdə olduğunu dedim. Sonradan orada kimi isə 
rəhbərlikdə dəyişdilər, vilayət komitəsinə ikinci katib təyin etdilər və 
                                                 
1
 А.Гаджиев. Все помять, но не все простить. Баку, 2000, стр.170-171. 
2
 Yenə orada. 
3
 Yenə orada. 
4
 Yenə orada. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
155
vəziyyət bir qədər düzəldi».
1
 1960-cı illərin əvvəllərində SSRİ höku-
mətinin xaricdə yaşayan ermənilərə növbəti dəfə Sovet İttifaqına 
köçməyə icazə verməsi, «Daşnaksutyun» partiyasının casusluqla 
məşğul olan bölmələrini xeyli fəallaşdırdı  və onlar repatriasiya ka-
nalları vasitəsilə həmsərhəd olan ölkələrdən Ermənistan SSR ərazisi-
nə müxtəlif təxribatçı qrupların keçirilməsinə çalışırdılar. SSRİ Na-
zirlər Soveti DTK-nin II Baş  İdarəsinin 1962-ci il fevralın 2-də 
Azərbaycan SSR DTK-nın II şöbəsinin rəisi Heydər Əliyevə göndər-
diyi tam məxfi məktubda bu məlumatlar öz əksini tapmışdı. Heydər 
Əliyevin məktuba qoyduğu dərkənarda xarici ölkələrdə  fəaliyyət 
göstərən erməni daşnak təşkilatlarının SSRİ  sərhədlərinin Azərbay-
can SSR sahəsini pozduqları halda yaxalanmaları haqda tapşırıqlar 
verilmişdi.
2
 1962-ci il iyunun 24-də isə Azərbaycan SSR DTK-nə 
daxil olan məlumata görə SSRİ dövlətinin başçısı N.S.Xruşşovun Er-
mənistan SSR-ə  səfəri  ərəfəsində erməni millətçiləri tərəfindən res-
publikada yaydıqları şayiəyə görə Dağlıq Qarabağ Muxtar Vilayəti-
nin Azərbaycan SSR tərkibindən çıxarılırıq Ermənistan SSR tərkibi-
nə veriləcəyi gözlənilir. Bu məqsədlə N.S.Xruşşovun ünvanına 2500 
nəfərin imzaladığı  məktub göndərilmiş  və burada DQMV-nin ya 
Ermənistan SSR, ya da ki, RSFSR tərkibinə verilməsi tələb olunur-
du.
3
 Ermənistan SSR və DQMV-də yaşayan ermənilərin belə fəallaş-
malarının bir səbəbi də xarici ölkələrdə yaşayan erməni diaspora təş-
kilatlarından aldıqları dini-ideoloji və maddi yardımlar idi. Bütün bu 
işlər isə Ermənistan SSR rəhbərliyinin himayəsi və  nəzarəti altında 
həyata keçirilirdi. Buna görə  də onlar 1964-cü il mayın 18-də 
N.S.Xruşşova ünvanladıqları yeni müraciət bu sözlərlə bitirdi: «Biz 
Dağlıq Qarabağ  məsələsinə dair qərarın təcili qəbul olunmasında 
təkid edirik: ya Muxtar Vilayət və ermənilərin yaşadıqları  ətraf ra-
yonlar Ermənistana birləşməlidir, ya da onlar birbaşa SSRİ-nin bir 
hissəsi olmalıdır».
4
 1965-ci ilin iyununda Azərbaycan Yazıçılar  İt-
                                                 
1
 А.Караулов. Вокруг Кремля книга политических диалогов: в 2-х частьях. Ч.1. 
Москва.1990, стр.30. 
2
 Эльмира Ахундова. Гейдар Алиев личность и эпоха. (1923-1969). Баку, 2007, 
стр 357. 
3
 Борьба  армян  за  воссоединение  НКАО  с  Советской  Арменией.  Сборник 
документов и материалов. Ереван.АН Армении.2011г. стр.23. 
4
 Хроника событий Нагорного Карабаха: история и современность (1918-1993). 
Ереван. Составитель Р.Данильянц, 1995, стр.31. 

Yüklə 29,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin