Soyqirimlari


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 29,34 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix07.09.2017
ölçüsü29,34 Mb.
#29215
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
84
rı Sovetinə göndərdiyi məktubunda qeyd edilirdi ki, martın 30-31-də 
və aprelin 1-də Bakı  şəhərində baş vermiş vuruşmada bizim tərəfdən 
sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qır-
mızı donanma və erməni milli hissələri vuruşurdular.
1
 Daha sonra o, 
yazırdı: həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun 
qüvvələrini, hərbi – inqilab komitənin səylərini birləşdirərək 6000 nəfər 
yaxşı silahlı qüvvə  təşkil edə bildik. “Daşnaksütyun”un da 3-4 min 
nəfərlik milli hissələri var idi, onlar da bizim ixtiyarımızda idi. Milli 
hissələrin iştirakı  vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri 
vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən 
buna yol verirdik. Müsəlman yoxsulları böyük zərər görmüşlər.
2
 
St.Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini 
etiraf etsə də, yenə də qırğına sinfi don geydirməyə çalışaraq, öz qanlı 
əməllərinə haqq qazandırmişdı. 1918-ci ilin may ayında St.Şaumyan 
yazırdı: “Düzdür, Bakıda yoxsul müsəlmanlardan ölənlər vardı, lakin 
onlar bəy və xanlar tərəfindən aldatma yolu ilə Sovet hakimiyyətinə, 
fəhlələrə qarşı qaldırılmış qara kütlələr idilər”.
3
  
St.Şaumyan Bakıda erməni-rus bolşevik, menşevik, eser və ka-
det silahlı  dəstələri tərəfindən qəddarlıqla qətlə yetirilən 12 mindən 
çox türk-müsəlman əhalisini qara kütlə adlandırır və bununla da özlə-
rinin cinayətkar  əməllərini ört-basdır etmək istəyirdi. Lakin cinayəti 
gizlətmək mümkün deyildi, çünki minlərlə dinc insanın qanı tökül-
müşdü və şahidlər vardı. Sovet tarixçiləri 70 il sübut etməyə çalışırdı-
lar ki, guya müharibəni müsavatçılar başlayıb, bolşeviklərin, onların 
rəhbərlik etdiyi Bakı Sovetinin heç bir günahı yoxdur. Halbuki, hadi-
sələrin iştirakçılarının xatirələrini oxuyarkən məsələnin tam əksini gö-
rürsən. Düzdür, bütün iştirakçıların xatirələrində reallıq olduğu kimi 
verilmir. Lakin fakt-faktlığında qalır ki, həqiqəti gizlədə bilməyən bir 
çox bolşevik nümayəndələri onu olduğu kimi yazmışdılar. 
1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərxan-
dan  Şaumyana yazdığı  məktubunda qeyd edirdi ki, hazırda Bakıdan 
kütləvi surətdə gələn rusların sosial vəziyyətindən asılı olmayaraq, hər 
                                                 
1
 Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. 
Sənədlər və materiallar. 1917-1918-ci illərZ.İ.İbrahimovun və M.S.İsgəndərovun 
redaktəsi ilə. Bakı: Azərnəşr, 1960, 676 s., s. 333.  
2
 Yenə orada, s.334.  
3
 Шаумян С.Г. В. 2-х т. Т. 2, Москва: Госполитиздат, 1958, 411 с. C.191. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
85
hansı birindən Bakıda Sovet mübarizəsi haqqında soruşduqda, hamısı 
bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və qırğın erməni-
lər tərəfindən törədilib.
1
 
Erməni Milli Şurasının orqanı olan və Bakıda çap edimiş “Naşa 
vremya” (rus dilində) qəzeti yazırdı ki, heç kim inkar edə bilməz ki, 
Bakı şəhərində müsəlman əhalisinə qarşı, ayrı – ayrı erməni qrupları, 
yaxud erməni olmayanlar, vəhşiliklər edilmişdi.
2
 
Beləliklə, çoxsaylı arxiv sənədləri və elmi-tədqiqat  əsərləri sü-
but edir ki, erməniləri silahlandıran, onları dinc müsəlmanların üzərinə 
göndərən St.Şaumyan olmuşdur. 1918-ci ilin martında St.Şaumyanın 
tapşırıqlarını həyata keçirən erməni silahlı dəstələri Bakıda 12 mindən 
çox türk-müsəlman  əhalini qətlə yetirmiş, onlara məxsus  əmlakları 
qarət etmiş və ictimai binaları yandmışdır. 
 
                                                 
1
 Шаумян С.С. Бакинская коммуна. Баку: Красный Восток, 1927, 118 с. C.94-95. 
2
 Газ. «Наша время», Баку, № 60, 1919. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
86
 
ŞAMAXI QƏZASINDA TÜRK-MÜSƏLMAN SOYQIRIMI 
 
Vaqif Abışov 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
Rusiya imperiyasında baş verən 1917-ci il fevral inqilabının nə-
ticəsi olaraq dünyada yeni bir tarixi mərhələ başlamışdır. Rusiya im-
periyasının istər mərkəzi  şəhərlərində, istərsə  də uçqarlarında siyasi 
fəallıq hiss olunmaqda idi. Müharibənin gətirdiyi aclıq və  səfalətlər, 
eləcə  də çarizmin uzun illər böyu yürütdüyü ayrı-seçkilik siyasətin-
dən cana doymuş millətlər azad olmaq arzusu ilə mübarizəyə başla-
mışdılar. 
1917-ci ildə Rusiya imperiyasında siyasi hakimiyyətin bir neçə 
dəfə  dəyişməsi Azərbaycanda da təlatümlərə  gətirib çıxartmışdır. Bu 
təlatümlər içərisində ən çox əziyyət çəkən Azərbaycan xalqı olmuşdur.  
1917-1918-ci illərdə azərbaycanlıların soyqırıma məruz qalma-
larının, onlara məxsus əmlakların qarət olunması və evlərinin yandırıl-
masının  əsas səbəblərindən biri Azərbaycanda qurulan bolşevik reji-
minin azərbayanlılara yad olması, onların yeritdiyi siyasətin kənardan 
gətirilməsi və zorakılığa söykənməsi idi.  
Bolşevik rejimi dövründə (1918-ci ilin mart-iyul ayları) yerlərdə 
Sovet hakimiyyəti qurmaq adı altında yeridilən antiazərbaycan siyasət 
nəticəsində bolşeviklər azərbaycan xalqının dərin nifrətini qazan-
mışdır. 
Məlumdur ki, Türkiyə, daha sonra Azərbaycan ərazisində türk-
müsəlmanların kütləvi surətdə qətlə yetirilməsi və onların doğma tor-
paqlarından qovulmaları erməni siyasi mübarizəsinin ana xəttini təşkil 
etmişdir. Onların bu cinayətkar əməllərinə maddi, siyasi və hərbi dəs-
tək verən dövlət isə Rusiya olmuşdur.  
Bolşeviklər insanları öz ideyalarına inandırma prinsiplərinə de-
yil, özünü doğrultmayan gücə önəm verir, xalqları siniflərə bölərək, 
onların arasında barışmaz düşmənçilik yaradırdılar. Bu insana nifrət 
ideyası, sonralar yüz minlərlə günahsız insanın amansızcasına qətlə 
yetirilməsi və deportasiya olunması ilə nəticələnmişdir.  
Bolşeviklər millətlərə demokratik dəyərlər bəxş etmək əvəzinə
onlar arasında sinifi mübarizəni, silahlı toqquşma və qardaş qanının 
axıdılması siyasətini təbliğ edirdilər.  

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
87
Bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, Azər-
baycan xalqının milli maraqlarına cavab vermirdilər. Bu hərəkatın 
rəhbərliyində ifrat bolşeviklərin və ermənilərin çoxluq təşkil etmələri 
Azərbaycan xalqının milli mənafeyinə qarşı daha kəskin mövqe tut-
masına zəmin yaradırdı. Hadisələrin sonrakı inkişafı bir daha göstərdi 
ki, ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan xal-
qına sonsuz qırğınlar və faciələr gətirmişdir. 
Sovet tarix elmi ermənilərin bolşevik-sovet bayrağı altında 
Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-
basdır etmiş  və problemin tarixşünaslığı uzun müddət Sovet ideolo-
giyasına xidmət göstərmişdir.  
Sovet tarixşünaslığında St.Şaumyanın rəhbərlik etdiyi erməni-
bolşevik rejiminin hərbi qüvvələri tərəfindən  Şamaxıda, sovet haki-
miyyəti qurmaq adı altında, türk-müsəlmanlara qarşı törətdikləri dəh-
şətli qırğınların üstündən sükutla keçmişdir.  
Ermənilərin 1918-ci ildə Azərbaycanın, demək olar ki, bütün 
bölgələrində türk-müsəman əhaliyə qarşı törətdikləri kütləvi qırğınları, 
zorakılıqları  və talanları çoxsaylı  şahid ifadələri və maddi sübutlar 
vasitəsilə  aşkarlayıb üzə  çıxaran Fövqəladə  Təhqiqat Komissiyasının 
topladığı faktiki materiallardır.  
1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət gös-
tərmiş Fövqəladə  Təhqiqat Komissiyasının (FTK) Şamaxı  şəhəri və 
Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında qəbul 
etdiyi 23 qərar layihəsi və 7 cild, 952 vərəqdən ibarət təhqiqat işlərin-
də toplanılmış materiallar ermənilərin vəhşilikləri haqqında ətraflı mə-
lumat verir
1
.  
Erməni silahlı dəstələrinin Bakıda törətdikləri kütləvi qətliamları 
Azərbaycanın başqa bölgələrində  də  həyata keçirmişdilər. St. Şaum-
yan yerlərdə sovet hakimiyyəti qurmaq adı altında erməni silahlı 
dəstələrini dinc insanların üzərinə göndərmişdi. 
Bakıda türk-müsəlmanların soyqırımı hələ başa çatmamış, ermə-
nilər bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar. 
Bununla əlaqədar olaraq N.Nərimanov yazırdı: “Lakin belə bir dəhşət-
li hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam et-
dirmək nəyə lazım idi. Bax, suala 1918-ci ildə Bakıdakı Sovet haki-
miyyəti cavab verməlidir”.
2
 
                                                 
1
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 100, siy.2, iş 791, v.106-107. 
2
 Nərimanov N.Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı:Azərnəşr, 1992,77 s. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
88
Ermənilərin 1918-ci ilin mart və aprel aylarında törətdikləri ci-
nayətləri ifşa edən arxiv sənədləri arasında 1918-ci il noyabr ayının 
22-də Fövqəladə  Təhqiqat Komissiyasının sədri  Ə.Xasməmmədovun 
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ədliyyə Nazirinə Şamaxı şə-
həri və  Şamaxı  qəzasının azərbaycanlı  kəndlərinin talan edilməsi və 
müsəlman  əhalisi üzərində ermənilərin zorakılılqları haqqında məru-
zəsi
1
, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ haqqında 
komissiya sədrinə məruzəsi
2
 və bu işdə günahkar olan şəxslərin cina-
yət məsuliyyətnə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komis-
siyasının 1919-cu il 12 iyul tarixli qərarı
3
 və s. vardır. 
1919-cu il aprel ayının 3-də AXC Daxili İşlər Nazirliyi Şamaxı 
qəza rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbristan, 
Mədrəsə  və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış  kəndlərin 
siyahısı göndərilmişdir. Həmin siyahıya Qəbristan polis sahəsi üzrə 
19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin 
(cəmi 86 kəndin) adı daxil edilmişdir(.
4
 
Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xasməmmədov 
martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndər-
diyi teleqramında yazırdı ki, martın 18-də bolşeviklər tərəfindən Bakı-
dan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi 
Şamaxı  qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 15-dən 
çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın et-
mişdi. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan ke-
çirilmişdi. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini 
aşmışdır. Təcili hökumətin köməyi lazımdı.
5
 Lakin nə Seym, nə də ki, 
Cənubi Qafqaz hökuməti Xasməmmədovun bu həyacan dolu teleqra-
mına cavab verməmişdir.  
1919-cu il martın 30-da Bakıda nəşr olunan “Azərbaycan” qəze-
tində Şamaxı hadisəsi ilə bağlı “Şamaxının son günləri” başlığı altında 
çap olunmuş  məqalədə
6
 ermənilərin  Şamaxıda törətdikləri qırğınların 
                                                 
1
Azərbaycan Respublikası Prezidentinin İşlər  İdarəsi Siyasi Sənədlər Arxivi 
(ARPIISSA), f.277, siy.2, iş 16, v.15-18. 
2
 ARDA, f.1061, siy.1, iş 108, v.8-10. 
3
 ARDA, f.1061, siy.1, iş 105, v.1. 
4
 ARDA, f.1061, siy.1, iş 85, v.1-3. 
5
 Газ. «Известия Кавк. Краев. Центра Сов. Рабоч., Солд. и крест. Деп. и Тифл. 
Совета рабоч. и солд. Деп». № 72, 1918. 
6
 Газ. «Азербайджан», № 67, 1919. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
89
səbəblərı  və bu qırğının törətdiyi faciələr  əks olunmuşdur. Qəzet ya-
zırdı ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah 
gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. 
Qəzetin məlumatına görə 1918-ci ilin yanvarından buraya Bakıdan 
emissarlar gələrək ermənilər arasında müsəlmanların  əleyhinə geniş 
əks-təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında 
deyil, eyni zamanda molokan və  yəhudilər arasında da təbliğat apar-
mışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu 
bir yerdə yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli türk-
müsəlman  əhalisi arasında qarşıdurma yaranmamışdı. Belə bir ağır 
vaxtda, Şamaxını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silah-
larını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda 
türk-müsəlman əhalisinin nə hərbi hissəsi, nə də silahlı dəstəsi var idi. 
Hətta, yerli ziyalılar, xüsusən müsəlman dindarları hər hansı qarşıdur-
manın baş verməməsi üçün bütün qüvvələrini sərf etmişdilər. Lakin 
St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şa-
maxıya göndərərək yerli türk-müsəlman əhaliyə qarşı dəhşətli qırğın-
lar törətməkdən çəkinməmişdir.  
Şəhər sakinləri erməni və malakanların şəhəri mühasirəyə aldıq-
larını görüb, gecə imkan tapan, ayaqyalın, başıaçıq şəhərdən qaçaraq 
didərgin düşmüşdülər. 
Şamaxıya hücum edən erməni quldur dəstələrinin başında Ste-
pan Lalayev (Lalayan) dururdu (“Daşnaksütyun” və Erməni Milli Şu-
rasının üzvi olmuş Lalayev, 1918-ci ilin sonunda Azərbaycan Xalq 
Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sorğu-
suna cavab olaraq, Bakıdakı müttəfiklərin ingilis qoşunları tərəfindən 
həbs edilmiş və 1919-cu il noyabrın sonunda Gəncə həbsxanasında öl-
müşdür). 
Bu həmən Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında min-
lərlə dinc türk-müsəlman əhalisinin amansızcasına qətlə yetirilməsinə 
rəhbərlik etmişdir. FTK tərəfindən Bakıda dindirilən şahidlərin ifadə-
lərində göstərilir ki, Lalayev bu ilin martın 19-da, birinci günü Nikola-
yevski küçəsində erməni  əsgərlərinin hücumuna rəhbərlik etmişdir. 
Onun əsgərləri evlərə soxulmuş və silahsız, dinc müsəlmanları öldür-
müşdülər.
1
 Başqa bir şahidin ifadəsində isə, S.Lalayev erməni silahlı 
dəstəsi yoldaşları Tatevos Əmirov, Sergey Məlikov və Arustam Tar-
                                                 
1
 ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
90
cumanovla birlikdə  Aşağı  Təzəpir küçəsindəki  Şıx Balayevin evini 
qarət edilməsinə əmr verməsi göstərilmişdi.
1
  
Levon Şaumyan öz xatirəsində T.Əmirovu anarxist adlandırmış, 
lakin onun bolşeviklərə böyük köməklik etdiyini göstərmişdir. 
L.Şaumyan bu köməkliyi T.Əmirovun Stepanla (St.Şaumyan nəzərdə 
tutulur – A.V.) yaxşı münasibətin olması ilə  əlaqələndirmişdi. Sonra 
o, Stepanın sayəsində ondan hərbi məsələlərdə yaxşı istifadə olundu-
ğunu vurğulamışdı.
2
 L.Şaumyan T.Əmirovdan “yaxşı istifadə olundu-
ğunu yazsa da”, bu istifadənin mahiyyətini açıb göstərməmişdir. Hal-
buki, L.Şaumyan T.Əmirovla birlikdə Bakıda və  Şamaxıda türk-
müsəlman əhlisinə qarşı kütləvi qırğınlarda aktiv iştirak etmişdir.  
Stepan Lalayevin cinayətlərini araşdıran FTK-nın topladığı fak-
tik materiallar subut etmişdir ki, onun Şamaxıda törətdilən dəhşətli 
qırğınlara rəhbərlik etməsi  şahid ifadələrində  də öz əksini tapmışdır. 
Şahidlərin dediyinə görə Stepan Lalayev özünün cinayətkar silahdaş-
ları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni əs-
gər dəstəsinin başında Şamaxıya gəlmişdir. Onun quldur dəstəsi bura-
da qadın, uşaq və qocaların da gizləndiyi məscidə od vurub yandırmış, 
çıxıb qaçmaq istəyənləri isə güllələmişlər.
3
 On üç məhlə  məscidi və 
məşhur müqəddəs Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlman-
lara həm qibləgah kimi, həm də qədim abidə kimi əziz idi.  
Şamaxıda böyük hörmət sahibi olan Axund Cəfərquluya aman-
sız işgəncələr verilmişdi. Ermənilər axunda pənah gətirmiş saysız-he-
sabsız qadın və uşağı da öldürmüşdür.
4
 
Ermənilər  şəhər başçısı Teymur Xudaverdovu, birinci Dövlət 
Dumasının keçmiş üzvü Məmməd Tağı  Əliyevi, o cümlədən, Hacı-
baba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əb-
dül Hüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İb-
rahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhmədov Əhmədov, Ha-
cı Əbdül-Qasım Qasımov, Əyyübağa Veysov, Zeynəb xanım Veyso-
va, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa 
Ağalarov, Məhiyyəddin  Əfəndizadə, Zəkəriyyə  Əfəndi Mehdi Xəlil 
oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun ar-
                                                 
1
 ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7. 
2
 ARPİİSSA, F.303, siy.1, iş 60., v.15-18.  
3
 ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7. 
4
 Quliyev D.P. Tarix şahiddir ki. 1918-1920-ci illərin hadisələri bu günün gözü ilə: 
faktlar və şərhlər. “Həyat” qəz. Bakı, 1992, 22 may, №100. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
91
vadı, Mahmud Hacıağa oğlu, onun arvadı  və  oğlunu amansızcasına 
qətlə yetirmişdilər.
1
  
Ermənilər dinc insanları təkcə qətlə yetirməklə kifayətlənməmiş, 
eyni zamanda şəhərin ən abad, varlı və tanınmış şəxslərə məxsus ev-
lərə od vurub yandırmışdılar. Abbas Səhhətin, M.Ə.Sabirin, S.M.Qə-
nizadənin, C.Cəbrayılbəylinin, Müslüm bəyin, Hacı Qulamın, Məm-
mədtağı  Əlizadənin, tacir Nurunun, Vahab bəyin, Murad Əfəndinin, 
Məşədi  Əsədin (şair, müəllim Gövhər xanımın atası), Həqqi Veyiso-
vun, Həbib bəy Mahmudbəyovun, Hacı  Məmməd  Əfəndinin, Nəc-
məddin Şirindilbəylinin və başqalarının evləri yandırılmış, dağıdılmış-
dı. Bu evləri, mülkləri yandırmaqla erməni daşnakları Azərbaycan el-
minə, maarifinə,  ədəbiyyatına, incəsənətinə, tarixinə  ağır zərbə vur-
muşdu. Belə ki, o evlərdə elə  sənədlər, elə kitablar, elə  əlyazmaları 
məhv edilmişdir ki, onları nə tapmaq, nə bərpa etmək, nə də yenidən 
yaratmaq mümkün deyildi.
2
 
 
Fövqəladə Təhqiqat Komissiyasının  Şamaxı  qəzasının ayrı-ayrı 
kəndləri üzrə apardığı  təhqiqatların – şahid ifadələri, zərərçəkənləri 
dindirmə protokolları, rəsmi idarələrin  əhalinin sayı  və  əmlaklarının 
dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. əsa-
sında 58 kənd üzrə  tərtib  edilmiş yekun aktlarında ayrı-ayrı  kəndlər 
üzrə ölənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı  və  hər bir kəndə 
dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu kəndlərin bir neçə-
sində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimi-
dir: Nəvahi kəndində cəmi 995 nəfər azərbaycanlı öldürülmüşdü, on-
lardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kən-
də  dəymiş ümumi maddi zərər 60 milyon manat olmuşdur. Yəhyalı 
kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 
nəfəri qadın və 150 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 
22 milyon manat oliuşdur. Bağırlı kəndində 370 nəfər öldürülmüşdür 
ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar ol-
muşdur. Kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur və s. 
Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda 
göstərilən qayda üzrə aparılmışdır. Bütün aktlar Fövqəladə  Təhqiqat 
                                                 
1
 Azərbaycan Respublikası Prezidentinin İşlər  İdarəsi Siyasi Sənədlər Arxivi 
(ARPIISSA), f.277, siy.2, iş 16, v.18. 
2
Seyfəddin Qəndilov.  Şamaxı soyqırımı – təkzibolunmaz faktlar. fact 
info.az›ts_general/azl/aktual_az/aktual-… 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
92
Komissiyasının üzvləri tərəfindən imzalanmış  və möhürlə  təsdiq 
edilmişdir.
1
  
FTK-nın 1919-cu il aprelin 16-da hazırladığı məlumatda 1918-ci 
ilin mart-aprel aylarında ermənilərin  Şamaxı  qəzasının müsəlman 
kəndlərinə hücum zamanı öldürülmüş insanların siyahısı verilmişdir: 
 
v. 4. 1. kənd. Cagirli  
kişi -40,   qadın - 20,   uşaq - 15,   yaralanmış - 4 
v. 14. 2. k. Ərəb-Qədim 
200  
100  
78  
yox 
v. 18. 3. k. Camçamlı ? 
15 


yox 
v. 27. 4. k. Murtı 4 
yox 
yox 
yox 
v. 31. 5. k. Talış-məlik: 11  4 

yox 
v. 36. 6. k. Miri-kənd 8  9 

yox 
v. 41. 7. k. Şərədil 0 5 5  yox 
v. 22. 8. k. Quşi 192 
115 
25 
yox 
v. 45. 9. k. Şıx-məzid 10  5 

yox 
v. 49.10. k. Yuxarı-Çağan   1 
yox 
yox 
yox 
v. 55.11. k. Ağabəyli  
7  3  4 
 
yox 
v. 56. 12. k. Qaravəlli 40  50  30 
yox 
v. 60. 13. k. Borbor-Navahi   15 
10 

yox 
v. 64. 14. k. Təris-Çəpərli 10 
15 
10 
yox 
v. 71. 15. k. Kürdəmir 25  yox  yox 
yox 
v. 75. 16. k. Qonağkənd 25 



v. 80. 17. k. Ovduculı ? 

10 
12 
yox 
v. 81. 18. k. Bağırlı 80 150 
140 yox 
v. 82. 19. k. Tağalı? 360 
412 150  1 
v. 89. 20. k. Hacıman ? 
40 
60 
30 

v. 90. 21. k. Dilman 
300 
235 
50 

v. 93. 22. k. Kəlvə 
250  
150  
100 
yox 
v. 97. 23. k. Xotman 
60 
40 
20 

v. 101. 24. k. Suraxanı 11 
  3 

yox 
v. 99. 25. k. Həsi-dərə ? 
46 
20 
16 
yox 
v. 104. 26. k. Tərcan  
300 
40 
20 
yox 
v. 106. 27. k. Talış nuri ? 
20 

yox  

v. 108. 28. k. Sərdəhar 8 
12 

yox 
v. 110. 29. k. Zərhava 40  4 

yox 
v. 112. 30. k. Xankəndi 12  2 
yox 
 

v. 114. 31. k. Təbiyə 12 3  2 
yox 
v. 116. 32. k. Məhəhi  



yox 
v. 118. 33. k. Təhləbən  

22 

yox 
                                                 
1
 ARDA, f.1061, siy.1, iş 85, v.1-3. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
93
v. 123. 34. k. Kürdivən 10  5 

yox 
v. 121. 35. k. Kələrərəc 1 
yox 
  - 
 

v. 126. 36. k. Bizlən 50 30  20  yox 
v. 128. k. Müci 
150 
55 
25 
yox 
v. 129. 38. k. Qıratan 30  26  21 
yox 
v. 131. 39. k. Pir-Qara-Çuxa  4 


yox 
v. 133. 40. k. Sulut 
38 


yox 
v. 136. 41. k. Zeyvə 30 20  32  yox 
v. 138. 42. k. Nuran 
30 
50 
37 
yox 
v. 140. 43. k. Nuğdı 40 7  10  yox 
 
v. 2. 44. k. Kaşad  
50  
40  
27  

v. 34. 45. k. Sundu 
cəmi 250  
v. 67 46. k. Şixlar 
4  
-  
-  

v. 74 47. k. Beklə (16 
ölü) 
v. 102. 48. k. Axsu 
200 – 300 uşaq və qadın 
v. 106. 49. k. Qəməli 
9 – 1 uşaq və qadın 
v. 112. 50. k. Məlik-Çoban  10  
18  
16  

v. 119. 51. k. Çuxanlı (cəmi 52 ölü) 
v. 122. 52. k. Qurbançı  
(cəmi 93 ölü) 
v. 133. 53. k. Tatar-Mərəzəli (cəmi 300) 
v. 139. 54. k. Nabur 
(cəmi 60 ölü) 
v. 147. 55. k. Qaracuzlu  
    8  
v. 157. 56. k. Arab-Şahverdi      22 
v. 150. 57. k. Çaylı-Vahidbəyli  5 
v. 161. 58. k. Şıxzahirli 
    yox.
1
  
 
Ermənilər 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum za-
manı yeddi min nəfər öldürülmüş, onlardanh 1653 qadın və 965 uşaq 
idi.
2
 Hətta, St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin 
Şamaxıda törətdiyi qırğınları dolayısı ilə etiraf etməyə  məcbur ol-
muşdur. Belə ki, 1918-ci il aprelin 22-də Bakı fəhlə, əsgər və matros 
deputatları Soveti İcraiyyə Komitəsinin iclasında  Şamaxı  qəzasında 
vəziyyət haqqında qətnamə  qəbul olunmuşdur. Həmin qətnamədə 
FTK-ya (Bakı Sovet tərəfindən yaradılan bolşevik komissiyası nəzər-
də tutulur-A.V.) təklif olunmuşdur ki, baş vermiş hadisələr yoxlanılsın 
və müqəssirlər aşkara çıxarılsın.
3
  
                                                 
1
 ARDA, f.1061, siy.1, iş 85, v.1-3. 
2
 ARDA, f.1061, siy.1, iş 105, v.4. 
3
 Газ. «Бакинский рабочий», № 74, 1918. 

Yüklə 29,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin