Şiəliyin gizli tərəfləri Ön söz



Yüklə 1,08 Mb.
səhifə8/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   4   5   6   7   8   9   10   11   ...   70
Ayənin təvili belədir.Bu ayə xüsusi ilə bizim şiələrdən olan günahkarlar haqqındadır.” (“əl Ərbainə hadisən” səh 510-511,Beyrut,1991-ci il)
Xomeyni bu rəvayyətin şərhində yazır: “Məlumdur ki,bu yalnız Əhli beyt şiəsinə məxsusdur.Digər insanlar bundan məhrumdurlar.Çünki,iman ancaq Əli və onun məsum,pak vəsiləri vasitəsi ilə mövcud ola bilər.Hətta,bir sonrakı yerdə qeyd edəcəyimiz kimi Allah və Rəsulu vilayətsiz imanı qəbul etməzlər.”
Xomeyni 512-ci səhifədə yazır: “Vilayət və onu qəbul etməyənin imanının qəbul edilməyəcəyi məsələsi müqəddəs şiə məzhəbinin zəruriyyətlərindəndir.Bu mövzu ilə bağlı xəbərlər mütəvatir səviyyəsindən də üstün dərəcədədir.Bu kitab bu xəbərlərdən bəzilərini açıqlayır.”
Kitabın 513-cü səhifəsində isə Xomeyni bunu belə açıqlayır: “Bu məna ilə bağlı xəbərlər çoxsaylıdır.Ümumi çıxan nəticəyə görə Əhli beytə vilayət Allah Təala qatında əməllərin qəbul edilməsi üçün şərtdir.Hətta,bu Allah və Elçisinə imanın qəbul edilməsi üçün də əsas şərtdir.”
Ayətullah Əbul Qasim əl Xoyi yazır: “Onların (müxaliflərin) küfründə heç bir şübhə yoxdur. Çünki,vilayətin və imamların birinin belə inkar edilməsi,imamlardan başqasının xilafətinə inanılması və s.bunlar küfrü və zındıq olmağı zəruri edən amillərdir.Vilayəti inkar edənin küfrü barasində ki, zahiri mütəvatir xəbərlər buna dəlalət edir.” ( “Misbahul fuqəha” 2/11,Beyrut)

Bir sonrakı səhifədə Xoyi yazır: “Bizimlə müxaliflər arasında nə qardaşlıq nə də ismət ola bilməz.”


Şeyxləri Kamil Süleyman kitabında Peyğəmbər (s.a.s)-in guya belə dediyini nəql edir: “Mənim Əhli beytimdən olan 12 nəfərə Allah mənim fəhmimi vermişdir....Onlar mənim xəlifələrim, vasilərim, övladlarım və itrətimdir.Kim onlara itaət edərsə mənə itaət etmiş,kim də onlara asi olarsa,mənə asi olmuş olar. Kim onları vəya onlardan birini inkar edərsə,məni inkar etmiş olar...” (“Yəvmul ixlas fi zillil qaimil Mehdi” səh 45,Beyrut)

Müasir bu şiə müəllifi bir öncəki səhifədə Peyğəmbər (s.a.s)-in belə buyurduğunu nəql edir: “Onları yəni,12 imamı təsdiq edən mömin,inkar edən isə kafirdir.”


Yusif əl Bəhrani yazır: “əş Şihabus saqib” kitabında tədqiq etdiyimiz kimi müxaliflərin kafir olmasını və onların İslamdan heç bir nəsibi olmamasını öyrənmiş oldun.” (“Həqaiq ən nadira fi əhkamu itrəti təhira” c.18,səh 53)
Məşhur alimləri şeyx Abdullah Şübbar kitabında yazır: “İnad və təəsüb göstərməyən digər müxaliflər haqqında isə seyyid Murtəza kimi bütün İmamiyyə alimləri onların dünya və axirətdə kafir olduğu fikrindədirlər.Əksəriyyətin üzərində ittifaq etdiyi ən məşhur rəyə görə onlar axirətdə əbədiyyən kafir olan kimsələrdir.” (“Haqqul Yəqin” 2/188,Beyrut)
Şeyx Mufid deyir: “Şiələr imamlardan hər hansı birini inkar edən və ya onlardan birinə itaət etməyi qəbul etməyənin kafir olacağı və cəhənnəmdə əbədi qalacağı məsələsində icma etmişlər.” (Mufid “Məsail”; Məclisi “Biharul ənvar” c.23,səh 390-391)
Şeyx Musa Carullah Türkistani kitabında belə yazır: “Şiə kitablarını oxuduğum zaman onların ən böyük düşməninin Əhli Sünnət olduğunu görür,buna heyrət və təəsüf edirdim.Bütün şiə təbəqələrinin düşmənçilik ruhu ilə yetişməsini öz gözlərimlə gördüm.”(“əl Vəsia fi nəqdi əqaiduş şia” səh 227,Lahor)
Bu sözlər onların kitablarını oxumuş,onların arasında yaşamış şeyx Carullaha aiddir.Bu sözləri şeyxləri Muhəmməd Həsən ən Nəcəfi kitabında bu şəkildə təsdiqləyir:

Məlumdur ki,Allah “möminlər bir-birilərinə ancaq qardaşdırlar.” buyurmaqla yalnız möminlər arasında qardaşlıq qurmuşdur.Buna görə də onlara müxalifət etmənin və onlardan uzaq olmanın vacibliyinə dair mütəvatir xəbərlər və bu qədər ayələr olarkən,mömin ilə müxalif arasında qardaşlıq münasibətinin olmasını necə təsəvvür etmək olar?!” (“Cəvahirul kəlam” 22/62-63)


Şiələrin sünnilərə qarşı düşmənçilik bəsləyib,onlardan uzaq olmağın vacibliyi və bunun da mütəvatir rəvayyətlərə əsaslandığını dediklərinə diqqət edin!
Nəhayət,söhbət heç onların imamətinə inanıb-inanmamaqdan getmir.Biz onlara görə yalnız Əbu Bəkr və Öməri sevdiyimizə görə cəhənnəmdə olacağıq.
Muhəmməd Həsən Musəvi Kəşani kitabında Cəfər Sadiqdən rəvayyət edir: “Muhəmmədi haqqla göndərən Allaha and olsun ki,əgər Cəbrayıl və Mikayılın qəlblərində onlara (Əbu Bəkr və Ömər) bağlılıq olsa idi Allah onları oda atardı.” (“Qiyamlar” səh 60,”Əndişei Hadi” nəşr; 2005 il)
Məclisi imam Zeynəlabiddinin köləsinin imama belə dediyini nəql edir: “Mənim sizdən bir şeyi soruşmaq haqqım vardır.Mənə Əbu Bəkr və Ömər haqqında danışın.” İmam cavab verdi: “Bu ikisi və onları sevənlər kafirdilər.” (“Biharul ənvar” 69/137-138; “Haqqul Yəqin” səh 522)
Onlar peyğəmbərlərin imamları qəbul etmədiyini və buna görə də Allahın onları sınağa çəkdiyini deyirlər.
Əbu Həmzə Suməli rəvayyət edir ki,Abdullah ibn Ömər İmam Zeynəlabdiddinin yanına gələrək dedi: “Siz iddia edirsiz ki,Yunus sizin babanızın imamətini qəbul etmədiyinə görə balığın qarnında həbs edilmişdi?

İmam Səccad dedi: “Bəli,bu belədir.”

İbn Ömər dedi: “Əgər bu belədirsə bunu sübut edə bilərsiz?”

İmam Səccad dedi: “Bəli.Ey Əbu Həmzə! İbn Ömərin və öz gözünü dəsmalla bağla.”

Bir neçə dəqiqədən sonra imam dedi: “Gözlərinizi açın.”

Ravi deyir: “Gözlərimizi açanda biz özümüzü sıldırımlı dəryanın kənarında gördük.

İbn Ömər dedi: “Ağa!Mənim qanım sənin boynundadır.Birdən siz məni öldürmək istədiz.”

İmam dedi: “Sakit ol.Sən özün istədin ki,sübut edək və göstərək.”

Sonra imam dəryaya işarə edərək dedi: “Ey balıq!”

Bu zaman dəryadan dağ boyda başı olan balıq boylandı və dedi: “Mən sənin qarşındayam ey Allahın dostu!”

İmam balıqdan soruşdu: “Sən kimsən?”

Balıq dedi: “Mən Yunusun balığıyam.”

İmam dedi: “Bu hekayəni mənə ətraflı danış.”

Balıq dedi: “Allah Təala Adəmdən tutmuş Muhəmməd (s.a.s)-ə qədər bütün peyğəmbərlərə sizin ailənizin vilayətini qəbul etməyi buyurdu.Hər kim ki,qəbul edirdi o əmin amanlıqda olurdu.Hər kim ki,qəbul etmədə az da olsa tərəddüd edirdi,çətinliyə düşürdü.Misal olaraq Adəm günaha batdı,Nuh tufanla,İbrahim odla,Yusif quyu ilə,Əyyub qəm-qüssə ilə,Davud səhvlərlə bağlı çətinliyə düşdülər.Nəhayət Yunisin növbəsi də çatdı. Uca Allah Yunisə üz tutaraq: “Möminlərin Əmiri Əlini və onun pak ailəsindən olan məsum imamları sev!” dedi.

Yunus isə dedi: “Mən görmədiyim və tanımadığım adamı necə sevim?”

Allah Təala mənə Yunusu udmağı,amma bununla belə ona zərər vurmamağı əmr etdi.40 gün o mənim qarnımda qaldı.Mən dəryalarda üzürdüm,o isə mənim qarnımda Allaha dua edərək deyirdi: “Ey Rəbbim!Sən bütün nöqsanlardan uzaqsan.Həqiqətən mən özümə zülm etdim.”

Yunus sizin vilayətinizi qəbul etdikdən sonra Allah Təala onu bir sahilə atmağı mənə əmr elədi.”

İmam Səccad nəhayət balığa öz yerinə qayıtmağı buyurdu” (“Qiyamlar” səh 73-74,Əndişei Hadi nəşr; 2005 il)

Buna bənzər hədis imam Əlidən digər kitablarda nəql olunur.(“Bəsair əd-dərəcat",c.2, səh10, Tehran çapı)

Onların iddiaları və düşkünlüyünə baxın ki,onlar peyğəmbərləri Allaha asilikdə ittiham etmişlər!




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin