Şiəliyin gizli tərəfləri Ön söz


Şiələrin imamlar haqqındakı həddi aşmaları



Yüklə 1,08 Mb.
səhifə7/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   2   3   4   5   6   7   8   9   10   ...   70
Allah burada açıqlamışdır ki,əgər bundan öncə açıqlasa idi özü üçün daha yaxşı olardı.Fəqət,Rəsul itaətdə oldu,ixtilaflardan qorxub,əlini bu işdən çəkdi.” (“Kafi” c.1,səh 243)

Abdullah Şubbar yazır: “Əgər tövhidə etiqad Vilayətlə bir arada olmazsa Allah bu imanı heç kəsdən qəbul etməz.” (“Şərhul ziyarətul camiə” səh 99)


Yusif əl Bəhrani isə belə yazır: “Vay olsun! Dinin əsaslarından olan imamlara inanmayanın küfrü ilə Allaha və Peyğəmbərlərinə inanmayanların küfrü arasında nə fərq var?” (“Həqaiq ən nadira fi əhkamu itrəti təhira” c.18,səh 153,Beyrut)
Feyz Kəşani adı ilə məşhur olan Muhəmməd Muhsin kitabında yazır: ”İmamlardan birini inkar edən bütün peyğəmbərlərin nübuvvətini inkar etmiş kimidir.” (“Minhəcun nəcat” səh 48, “Darul İslamiyyə nəşr” Beyrut 1987)
Əllamə Məclisi yazır: “Kafir,müşrik termininin möminlərin əmiri və ondan sonra gələn varislərinin imamətinə inanmayan və onların fəzilətini digər insanlardan üstün hesab etməyənlər haqqında varid olması dəlalət edir ki,bu insanlar cəhənnəmdə əbədi qalacaqlar.” (“Biharul ənvar” 23/390)

Şiəliyə qarşı xoş münasibət bəsləyənlər elə bu şiələrin özlərinə görə əbəbi cəhənnəm sakinləridir.İbrət alan varmı?!


Muhəmməd Həsən ən Nəcəfi yazır: “Haqq əhlinə müxalif olan bizim icmamıza görə kafirdir.” (“Cəvahirul kəlam” 6/62 “Darul ihyait turasil ərabi” nəş. Beyrut)
Vilayəti yəni, imaməti qəbul etməyənlərin icma ilə kafir olması iddialarına diqqət edin! Onlara görə Əhli Sünnə icmayla kafir hökmündədir. Hakim ləqəbli Muhsin Təbatəbai müxaliflərin icmayla kafir hökmündə olduğunu qeyd etmişdir.Bu “Mustəmsiqul urvətul vusqa” (1/392) kitabında mövcuddur.
Ayətullah şeyx Abdullah əl Məmqani “Tənqihul məqal” kitabında yazır: “Xəbərlərdən hasil olan son nəticəyə görə 12 imami məzhəbinə aid olmayan hər kəs Qiyamət günü kafir və müşrik qismində olacaqdır.” (c.1,səh 208; ”Babul Fəvaid”,Nəcəf 1952)
Ayətullah Seyyid Muhəmməd Şirazi “əl Fiqh”kitabı “təharət” babında yazır: “ Şiələrin 12 imamilərdən başqa digər firqələrinə gəldikdə isə xəbərlərin əksəriyyəti onların kafir olmasını təsdiq edir.Rəvayyətlər təsdiq edir ki,imamı inkar edən “Allah üçdən biridir” deyən kimidir...”
Mühəddis və böyük alimləri olan Abbas Qummi deyir: “Axirətin dəhşətli mənzillərindən biri də siratdır...Axirətdə ki,bu sirat dünyadakı haqq din,vilayət yolu,möminlərin əmiri və onun pak zürriyyətinə tabe olunmuş “sıratu mustəqim”in bir digər halıdır.Bu yoldan uzaq olub,söz və hərəkətlə batilə meyl edən hər kəsin ayağı sürüşəcək və cəhənnəmə varid olacaqdır.” (“Mənazilul axirə”səh 149)
Eyni kitabda (səh 150) Abbas Qummi əllamə Məclisinin belə dediyini yazır: “Bu maneələrin hər biri siratın üzərindədir.Bunlardan birinin adı da Vilayətdir.Bunun önündə bütün insanlar dayandırılacaq və möminlərin əmiri və ondan sonrakı imamlar baradə sorğu sual olunacaqlar. Vilayəti bu dünyada təsdiq edənlər xilas olacaqlar.Təsdiq etməyənlər isə orada qalar və oda düşər.” “Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar" ayəsində deyildiyi kimi.”
Ayətullah Əbul Qasim əl Xoyi “Kitab əl təhara” kitabında yazır: “Düzgün rəyy bu olardı ki,imami məzhəbinə müxalif olanlar zahirən təmiz və İslamdadırlar.Bu məsələdə onlar ilə müxaliflər arasında heç bir fərq yoxdur.Əslində isə onlar hamısı küfr əhlidirlər.Onlar o kimsələrdir ki,bu dünyada müsəlman,axirətdə isə kafirlər olaraq adlandırır.” (c.2,səh 87)
Ayətullah uzma Ruhullah əl Musəvi Xomeyni Muhəmməd ibn Muslim əs Səqəfinin belə dediyini rəvayyət edir: “İmam Baqirə “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (Furqan 70) ayəsi haqqında sual soruşdum.

İmam dedi: “Günahkar mömin Qiyamət günü haqq-hesab yerinə gətirilər.Hesabını Allah Təala özü aparar və heç kəsi də buna şahid tutmaz.O qula günahları onun bunları etiraf etməsinə qədər göstərilər.Qul bunları etiraf edincə Allah Təala yazı yazanlara “bu günahları yaxşı əməllərlə əvəz edin və insanlara göstərin” deyər. İnsanlar “bu qulun heç bir günahı yoxdur” deyərlər.Sonra Allah Cənnətə əmr edər.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin