Şiəliyin gizli tərəfləri Ön söz


Şiə əqidəsinə görə Nasibi Əhli Sünnə vəl Camaatdır



Yüklə 1,08 Mb.
səhifə3/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   2   3   4   5   6   7   8   9   ...   70
Şiələr təqiyyəni nə zaman tərk edirlər?
Müsəlman qardaşım! Şiələr gözlədikləri imamın zühuruna qədər təqiyyəyə bağlıdırlar.

Şiə müfəssiri Əyyaşi “Təfsir”in (2/351)-də,Hurr Amili “Vəsailuş şia”(11/467)-da,Abdullah Şübbar “Usulul asilə” (səh 321)-də Cəfər Sadiqin Kəf 98-ci ayənin təfsirində belə buyurduğunu nəql edirlər: “Kəşf anında o təqiyyəni götürər və Allahın düşmənlərindən intiqam alar.”


Allah düşmənlərindən qəsd olunanlar sünnilərdir.Çünki,şiələr təqiyyə ilə onlara qarşı müamilə edirlər.Kəşf sözündən qəsd olunan isə imamın meydana çıxmasıdır.

Kuleyni və Kəşani kitablarında Əbu Abdullahdan belə nəql edirlər: “Ey Hubeyb! Kimin təqiyyəsi varsa Allah onu ucaldar.Kimin də təqiyyəsi yoxsa, Allah onu alçaldar.Şübhəsiz ki,insanlar bir sükunət halında yaşayırlar.Əgər o olarsa bu biri də olacaqdır.” (Kuleyni “Kafi”c.2,səh 217; Feyz Kəşani “Vafi” c.3,səh 122)

Seyyid Əli Əkbər Qıfari “Kafi” kitabında bu hədisin şərhində yazır: “Əgər o olarsa,yəni Mehdi zühurunu etsəydi bu da olurdu,yəni təqiyyə tərk edilərdi.”
Hurr Amili Həsən ibn Harunun Əbu Abdullahdan belə rəvayyət etdiyini nəql edir: “Əbu Abdullahın yanında oturmuşdum.Mualla ibn Huneys ona Qaimin imam Əlinin yolu ilə hərəkət edib-etməyəcəyi baradə sual ünvanladı. İmam dedi: “Bəli,imam Əlinin yolu nemət və ehsanla dolu idi.Çünki,şiələrinin onlara qarşı qələbə qazanacağını bilirdi.Qaim isə onlar arasında qılınc və əsarətə almaq surəti ilə hərəkət edəcəkdir.Çünki,o da özündən sonra şiələrin onlara qarşı qələbə qazana bilməyəcəyini bilir.” (“Vəsailuş şia” 11/57)
Muhəmməd ibn Muhəmməd ibn Sadiq əs Sədr əl Musəvi kitabında Əbu Cəfərdən bu rəvayyəti nəql edir: “İnsanlar sükunət içərsində olduğu müddətcə biz onlarla nigah bağlayar,onlardan miras aparar,həddləri yerinə yetirib,əmanətlərinə riayyət edərik.Bu Qaimlə bərabər müzayilənin gəlməsinə qədər davam edər.”

Sədr Musəvi müzayilənin mənasını belə izah edir: “Bu haqq əhlinin batil əhlindən ayrılmasıdır.” (“Tarihu mə bəduz-zuhur”səh 726,Beyrut)


Ayətullah Seyyid İbrahim əz Zincani kitabında imam Əlinin belə dediyini nəql edir: “Onların fəqihləri öz istəklərinə görə fətva verir,qaziləri bilmədikləri şeyləri danışır və çoxu da yalançı şahidlik edirlər.Qaim ortaya çıxanda isə fətva əhlindən intiqam alacaqdır.” (“Hədaiqul uns” səh 104,Beyrut)

Müəllif bu rəvayyətin şərhində eyni səhifədə yazır: “Fəqihlərdən qəsd olunan müxaliflərin fəqihləridir.Çünki,onlar Allahın nazil etdiyinin başqası ilə hökm verirlər.Bunun təsdiqi imam Baqirin sözüdür: “İmam Mehdi zühur etdiyi zaman xüsusi ilə fəqihlərdən başqa ortada bir düşmən qalmayacaqdır.O və qılınc bir-birinin qardaşıdır.Qılınc yəni,onun əlində qüvvə olmasaydı fəqihlər onun öldürülməsi üçün fətva verərdilər.Lakin,Allah onu qılıncla qalib edəcəkdir.”


Kuleyninin tələbəsi olan Əbu Zeynəb Muhəmməd ibn İbrahim ibn Numani imam Baqirdən nəql edir: “Əgər insanlar bilsəydilər ki, Qaim (Mehdi) zühur etdikdə nələr törədib neçə-neçə insanları öldürəcək, o zaman onu (Mehdini) görmək istəməzdilər.Mehdi işə Qüreyşdən başlayacaqdır. Qüreyşə qılıncdan başqa bir şey verməyəcəkdir. Beləliklə insanlar deyəcəklər: O (Mehdi) Muhəmmədin ailəsindən deyil. Əgər Muhəmmədin ailəsindən olsaydı o bağışlamağı bacarardı.” (Numani “əl Qeybət”fəsil 13, №18)
Bu rəvayyəti Sadiq əs Sədr “Tarihu mə bəduz-zuhur”(səh 567)-də,şeyx Əli Yəzdi əl Hairi isə “İlzamun nasib fi isbatil huccətul qaib” kitabında (2/283)-də zikr etmişlər.
“İmam dedi: “Rəsulullah (s.a.s) ümməti içərisində bərəkət və mərhəməti ilə hərəkət edirdi.Qaim isə insanlar içərisində öldürmək ilə hərəkət edəcəkdir.Özü ilə bərabər olan kitabda “öldürərək hərəkət etməklə əmr olundum”yazılmışdır.Heç kəsdən də tövbə etməsini istəməyəcəkdir.Ona qarşı gələnlərə vay olsun.” (Numani “əl Qeybət”fəsil 13, №14)
O,yaralıları və qaçanları öldürəcəkdir...” (Numani “əl Qeybət”fəsil 13, №15)

Əbu Abdullahdan rəvayyət edilir: “....Allah hər vadidən külək əsdirər və küləkdən belə nida gələr: “Bu Mehdidir! Heç bir dəlil istəmədən Davudun hökmü ilə hökm edər.” (Numani “əl Qeybət”fəsil 13, №26)

Şiələr imamın zühurundan sonra dünyanın sahibi və ağaları olacaqlar.” (“Mizanul hikmət” №581, səh 87)
Numani “əl Qeybət” adlı əsərində (səh 231) və “Tarihu mə badəz zuhur” kitablarında (səh 566) Zurarənin imam Baqirdən belə bir rəvayyət nəql etdiyi yazılır: “Ona dedim ki,salehlərdən bir saleh.Mənə onun adını söylə.Bununla Qaim (Mehdi)-i nəzərdə tuturdum.İmam dedi: “Adı mənim adımdandır.”


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin