Şiəliyin gizli tərəfləri Ön söz



Yüklə 1,08 Mb.
səhifə14/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   10   11   12   13   14   15   16   17   ...   70
7. Əhli Sünnətin ölülərinə cənazə namazı zamanı lənət oxumaları
Şeyx Mufid “əl Muğniyyə”kitabında yazır: “Möminlərdən heç kəsə vilayət məsələsində haqqa müxalif olanların cənazələrinin yuyulmasında və namazlarında iştirak etmələrinə icazə verilmir.Bunu yalnız zərurət halında təqiyyə edərək etmək olar.....Cənazə namazında ona lənət oxumaq və onun üçün dua etməmək lazımdır.” (səh 85,Muəsəsat nəşri İslami,Qum)
Şeyxut-taifə ləqəbli Əbu Cəfər ət Tusi “Təhzibul əhkam” kitabında yazır: “Bu məsələnin izahı belədir: “Əhli haqqa müxalif olan kimsə kafirdir.Deməli,hökm etibarı ilə kafir ilə eyni səviyyədə olmalıdır.Kafirin yuyulması caiz olmadığına görə eyni şəkildə müxaliflərin də yuyulması caiz deyildir.Cənazə namazının qılınması məsələsi isə Peyğəmbər (s.a.s) və imamların münafiqlərin cənazə namazlarını qılmaları çərçivəsində dəyərləndirilir.Müxaliflərin cənazə namazlarının necə qılınacağı və kafirin yuyulmasının caiz olmadığının dəlilini isə sonrakı səhifələrdə izah edəcəyik.” (“Təhzibul əhkam” c.1,səh 335, 3-cü nəşr,Tehran)
Kuleyni yazır: “Əbu Abdullahın dediyinə görə Abdullah ibn Ubey ibn Səlul öləndə Peyğəmbər (s.a.s) onun dəfnində iştirak edirdi. Ömər Rəsulullah (s.a.s)-a dedi: “Məgər Allah sənə onun qəbri üstündə dayanmağı qadağan etməmişdir?” Peyğəmbər (s.a.s) cavab vermədi. Ömər yenə soruşdu: “Ya Rəsuullah! Məgər Allah sənə onun qəbri üzərində dayanmağı qadağan etməmişdir?” Belə olduqda Peyğəmbər (s.a.s) dedi: “Heyıf ki,sən mənim nə dediyimi anlamırsan.Mən dedim ki,ilahi onun içinə od sal,qəbrini odla doldur,onu Cəhənnəmə vasil elə” (“Kafi-furu” “Kitab əl cənaiz” fəsli c.3,səh 188,İran)
Bu rəvayyəti Tusi “Təhzib”(3/196)-də,Hurr Amili “Vəsailuş şia” (2/770)-da “Müxaliflərin cənazələrinin necə qılınacağı” fəslində nəql etmişlər.
Kuleyni özünün “Kafi” kitabında Əbu Abdullahdan belə rəvayət edir ki, münafiqlərdən bir kişi ölürmüş, Hüseyn ibn Əli cənazə ilə birlikdə yola çıxır.Onun qarşısına bir mövlası çıxır, imam Hüseyn ondan soruşur: “Hara gedirsən?” O deyir: “Bu münafiqin cənazəsindən qaçıram ki, onun üçün namaz qılmayım.” İmam ona deyir: “Sən namaz zamanı mənim sağımda dayan və məndən nə eşitsən, sən də elə de.” Hüseyn təkbir duasında belə söyləyir: “Allahü əkbər! Allah, sən bu qulun filankəsə min dəfə eyni, bir-birindən fərqlənməyən lənətlər yağdır. Qullarından birini cəzalandır, onu Cəhənnəm odunun qızmarına at, ona Özünün ən şiddətli əzabını daddır.Çünki, o sənin düşmənlərinə dost, övliyalarına düşmən olmuşdur. O, sənin Peyğəmbərinin ailəsinə nifrət etmişdir.” (“Kafi” “Kitab əl-cənaiz” , “Düşmənçilik edənlər” fəsli, c.3,səh 189, İran)

Bu hədisi həmçinin, Tusi “Təhzib”,Şeyx Səduq “Mən lə yəhduruhul fəqih”,Hurr Amili “Vəsailuş şia” kitablarında nəql etmişlər.


Muhəmməd ibn Həsən ət Tusi “Təhzib”(3/316)-də yazır: “Cənazə namazı içərsində olan dörd təkbir təqiyyə ilədir.Çünki,bu qayda müxaliflərin məzhəbidir...”

Bu sözlər ilə Əhli Sünnətin qəsd olunduğu aşkardır.Çünki,sünnilər cənazə namazında dörd təkbir gətirirlər.

Hurr Amili “Vəsailuş şia” kitabında “Müxalifə (sünniyə) cənazə namazı qılmaq” fəslində yazır: “Muhəmməd ibn Muslimdən nəql olunur ki,imam dedi: “Əgər mərhum haqqı inkar edənlərdən idisə onda de: “Ey Allah! Onun qarnını və qəbrini odla doldur.Ona əqrəb və ilanları müsallat elə!” (“Vəsailuş şia” 2/771)

Bu rəvayyəti Yusif əl Bəhrani “Hədaiq” (10/414)-də və Muhəmməd Həsən ən Nəcəfi “Cəvahirul kəlam” (12/48)-da nəql etmişlər.


Şeyx Səduq kitabında Əbu Abdullahdan hədis rəvayyət edir: “Allahın düşməninin cənazə namazını qılarkən belə de: “Allahım!Biz bunun sənə və Rəsuluna düşmən olduğundan başqa bir şey bilmirik.Allahım onun qəbrini,qarnını odla doldur!Onu tezliklə Cəhənnəmə göndər!Çünki,sənin düşmənlərinə dost,dostlarına isə düşmən olardı.Peyğəmbər (s.a.s)-in Əhli beytinə də düşmən idi.Allahım! Onun qəbrini daralt,onu ucaltma,onu təmizləmə de.” (“Mən la yəhduruhu əl-fəqih” 1/105)

Bu rəvayyəti Hurr Amili “Vəsailuş şia”(2/77)-da “Müxaliflərin cənazə namazı necə qılınar” fəsli altında Bəhrani “əl Hədaiq”(c.10,səh 414)-də,ən Nəcəfi isə “Cəvahir”-də (c.12,səh 49)-də qeyd etmişlər.


Yusif əl Bəhrani bu rəvayyəti zikr etdikdən sonra (səh 415) demişdir: “Bu rəvayyətlərin hamısı görüldüyü kimi Əhli Sünnədən olan müxaliflər haqqındadır…”
Həmçinin,o eyni kitabın başqa yerində yazır: “On iki imama inanan möminin cənazə namazının qılınmasının vacib olması baradə heç bir fikir ayrılığı yoxdur.Eyni şəkildə xarici,nasibi,qulat və zeydi olan dindən zəruri olan etiqadlardan birinin əksinə etiqad edən adamın cənazə namazlarının təqiyyə xaricində qılınmasının caiz olmadığı xüsusunda da heç bir fikir ayrılığı yoxdur.” (“əl Hədaiq” 10/359)
Bəhrani başqa bir kitabında yazır: “Dördüncü təkbirdən sonra mömin üçün dua ediləcəyi bilinməlidir.Mömin deyil və haqqa müxalif olandırsa, bəddua olaraq belə deyilir: “Allahım! Onun qarnını və qəbrini odla doldur.İlanları,əqrəbləri ona müsəllat elə.” (“Risalətus salətiyyə” səh 328)
Əbu Əhməd əl-Usfur əl-Bəhrani “Risalətus salətiyyə” kitabına yazdığı şərhdə (333-cü qeyd) Mufidin sözlərini qeyd etdikdən sonra yazır: “Təhzib”də şeyx bununla razılaşmışdır.Sözlərinin sonuna qədər müxaliflərin kafir,hökmlərinin kafirlərin hökmü ilə eyni olması baradəki sözlərini davam etdirir.Əbu Saleh müxalifin cənazə namazının təqiyyə xaricində qılınmasının caiz olmadığını qəbul etmişdir.İbn İdris də inanclı bir adamın bu hökmdə olanların cənazə namazının qılınmaması rəyini qəbul etmişdir. Seyyid Murtəzanın da müxaliflər haqqındakı hökmü bəllidir.Yəni,o onların küfrünə hökm etmişdir.”
Bilindiyi kimi inanclı insan dedikdə onlar on iki imama etiqad edən şəxsi nəzərdə tuturlar.

Mirzə Həsən Hairi əl Əhkaqi “Əhkamu fiş şia”adlı kitabında yazır:

Kitabı olsun,ya olmasın kafirlərin bütün qisimlərinin cənazə namazının qılınması caiz deyildir.Təqiyyə və zərurət xaricində bu müxaliflər üçün də keçərlidir.Dördüncü təkbirdən sonra cənazəyə lənət oxunar.Beşinci təkbir edilməz…..Cənazə namazı mömin birinə aiddirsə,beş təkbir almaq vacibdir.Əgər namaz müxalif və ya münafiq birinə məxsusdursa dörd təkbir alınar və dördüncü təkbirdən sonra cənazəyə bəd dua edilir.” (“Əhkamu fiş şia”c.1,səh 186-187; “Məktəbətu Cafər Sadiq” Kuveyt,1997 il)

Buna bənzər fətvanı Ayətullah Mirzə Əbdurrasul əl İhqaqi “Əhkəmuş şəria” (1/229) kitabında vermişdir.

Həmin bu Hairi əl Əhkaqi digər kitabında İranı fəth edən səhabələri vəsf edərək,yazır: “Fars qadınlarının iffətinə göz dikən, quldur və şəhvət düşgünü olan bədəvi ərəblər"(“Risalətul İman”səh 232)

Nuri ət Təbərsi yazır: “Şeyx Tusinin “Tibyan” əsəri araşdırıldığında bu əsərin tamamilə müxalifləri idarə etmək və onlarla yaxşı keçinmək niyyəti ilə yazıldığı məlum olacaqdır....Nuri Təbərsi davam edərək yazır: “Əli ibn Tavus “Sadus Səud” adlı əsərində bunları yazır: “Atam Əbu Cəfər ət Tusi “Tibyan” adlı kitabında yazdıqları ilə bizdə razıyıq.Onu bu fikirləri yazmağa təqiyyə qəsdi olmuşdur.” (“Fəsl əl-xitab”səh 38)




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin