Şiəliyin gizli tərəfləri Ön söz


- Şiə Mehdisi bütöv Quranı gətirəcəkdir



Yüklə 1,08 Mb.
səhifə11/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   7   8   9   10   11   12   13   14   ...   70
4. Əhli Sünnətin mallarının mübah olması.
Bu məsələdə nəql etdiklərimiz sitatlara əlavə olaraq,Əbu Abdullahdan rəvayyət edilən bu hədisi də qeyd etmək olar: “Tapdığın yerdə nasibinin malını al və onun xümünü bizə ödə.”
Bu rəvayyəti şiənin böyük alimi Əbu Cəfər ət Tusi “Təhzibul əhkam” (4/122)-da,Feyz əl Kəşani “əl Vafi”(6/43)-də və bir çox alimləri kitablarında nəql etmişlər.

Bu rəvayyəti Muhsin əl Muallim “ən Nasb vən Nəvasib” adlı kitabında Nasibilərin (Əhli Sünnətin) mallarının alınmasının caiz olduğu məsələsində dəlil olaraq gətirmişdir. (“ən Nasb vən Nəvasib” səh 615, “Darul Hadi”Beyrut)

Bu rəvayyətin təsiri ilə şiələrin ən böyük müctəhidlərindən olan Ruhullah Xomeyni kitabında belə fətva verir: “Ən mötəbər rəyə görə özlərindən alınan qənimət və bu qənimətdən alınacaq xümsə görə nasibilərin hərb əhli hökmündə olmasıdır.Hətta,zahir olan budur ki,harada və necə olurlarsa olsunlar mallarının alınması caiz,xümslərinin ödənilməsi isə vacibdir.” (“Təhrirul vəsilə” c.1,səh 352)

Hiylə,oğurluq,aldatma,düşmənçilik və digər haram olan əməlləri Xomeyni “harada və necə olurlarsa olsunlar” sözləri ilə Əhli Sünnətə qarşı caiz hesab edir.Bəzi sünni zavallılar Xomeynini təbrik etmək üçün İrana getmişdilər.Digər qismi isə o öləndə təziyyə üçün ora getmişdilər.Bu adamlar təəsüf ki,Xomeyninin nə yazdığını oxuyur,nədə nasibi və nasibilər kimi ifadələri ilə kimləri qəsd etdiyini bilmir,onun Tusinin əməllərini İslam və müsəlmanların zəfəri kimi dəyərləndirdiyindən və onu ucaltığından xəbərsizdirlər.Bunlar bu zavallıların bilmədikləri çox az şeylərdən bəziləridir.

Sanki,cahilliyə doğru yarış içərsindədirlər.Bunlardan Allaha sığınırıq!

Bəli.Bunlar zavallı adamlardır.Şiəliyə görə nasibi olan sünninin qanı və malı onlara görə icma ilə mübahdır. Şiə fəqihi və mühəddisi şeyx Yusif əl Bəhrani məşhur kitabında yazır: “Nasibi haqqında müsəlman sözünün istifadə edilməsi,müsəlman olduqlarına görə mallarının alınmasının caiz olmaması fikri, haqq tayfanın icma etdiyi “Nasibinin kafir və nəcis olduğu,mallarının alınmasının caiz,hətta öldürülə biləcəkləri” hökmünə müxalifdir.” (“əl Hədaiqun nadira” 12/323-324)


Nemətullah Cəzairi yazır: “Onların (Nasibilərin) öldürülməsi və mallarının mübah hesab edilməsi caizdir.” ("əl-Ənvar ən-Numəniyyə"c. 2,səh 307)
Mühəddis Yusif əl Bəhrani kitabında bunları qeyd edir: “Əbu Saleh,ibn İdris və Səllar bu fikirdə olmuşlar.Zahir olan haqq da budur.Çox saylı xəbərlərə görə müxaliflərin kafir və nasibi olmaları,şirkə düşmələri,mallarının və qanlarının halal olduğu məsələsi sərih olaraq başa düşülməkdədir.Beləki,bir başqa kitabda biz bu məsələni heç bir şübhə yeri olmadan açıqlamışıq.” (“əl Hədaiqun nadira”10/360)



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin