«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu


Maddə 23. Tələb, məlumat və etirazlar



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix25.12.2016
ölçüsü61,3 Kb.
#3174
1   ...   9   10   11   12   13   14   15   16   17
Maddə 23. Tələb, məlumat və etirazlar

Baş  katib  tezliklə  bu  maddənin  22-ci  bəndinə  uyğun  olaraq  irəli  sürülmüş

tələb, məlumat və etirazlar haqqında Razılaşmış tərəfləri və bütün dövlətləri

xəbərdar edir.



Maddə 24. Yenidən baxılma haqqında konfrans

Razılaşmış hər bir tərəf bu Konvensiyanın beş illik fəaliyyətindən sonra, bu

Konvensiyaya  yenidən  baxılması  məqsədilə  nəzərdən  keçirilməli  təklifləri

göstərməklə  konfrans  çağırılması  haqqında  xahişi  Birləşmiş  Millətlər

Təşkilatının Baş katibinə nota ilə təqdim edə bilər. Bu halda:

i)  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  bu  xahiş  haqqında

Razılaşmış  tərəflərin  hamısına  məlumat  verir  və  bu  məlumat

verildikdən  sonra  üç  ay  ərzində  Razılaşmış  tərəflər  ilkin  təkliflər

haqqında öz qeydlərini irəli sürməlidir;

ii)  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  Razılaşmış  tərəflərin

hamısına  irəli  sürülən  hər  bir  başqa  təklifin  mətnini  göndərir  və  bu

məlumat verildikdən sonra altı ay ərzində Razılaşmış tərəflərin ən azı

üçdə  biri  belə  konfransın  keçirilməsinə  razılığını  bildirdikdən  sonra,

təkliflərə yenidən baxmaq üçün konfrans çağırır;




iii)  lakin  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  yenidən  baxılma

təklifinə 22-ci maddənin 1-ci bəndinə uyğun olaraq düzəliş irəli sürmə

təklifi kimi baxarsa, onda təklifi irəli sürən Razılaşmış tərəflə razılığa

əsasən,  o,  yenidən  baxma  proseduru  əvəzinə,  maddə  22-də  nəzərdə

tutulan düzəliş etmə prosedurunu tətbiq edə bilər.


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin