«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu


Maddə 16. İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix25.12.2016
ölçüsü61,3 Kb.
#3174
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Maddə 16. İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma

1.  Birləşmiş  Millətlər  Təşkilatının  baş  katibinə  saxlanmaq  üçün  təhvil

verilən  bu  Konvensiya  bütün  dövlətlərin  və  danışıqlar  aparan,  bu

Konvensiyada  nəzərdə  tutulan  məsələlərə  aid  danışıqlar  aparmağa,

beynəlxalq  sazişlər  bağlamağa  və  tətbiq  etməyə  səlahiyyəti  olan  suveren

dövlətlərdən  ibarət,  iqtisadi  inteqrasiya  sahəsində  regional  təşkilatların

iştirakı üçün açıqdır.

2. 1-ci bənddə göstərilən iqtisadi inteqrasiya sahəsində regional təşkilatların

səlahiyyətinə aid məsələlərdə, onlar bu Konvensiyanın Razılaşmış tərəfi olan

dövlətlər-üzvlər  üçün  bu  Konvensiya  ilə  nəzərdə  tutulan  hüquqları  və

öhdəlikləri öz adından həyata keçirə bilər. Belə hallarda həmin təşkilatların

dövlətləri-üzvləri müstəqil səsvermə hüququna malikdir.

3.  Dövlətlər  və  yuxarıda  göstərilən  iqtisadi  inteqrasiya  sahəsində  regional

təşkilatlar bu Konvensiyanın Razılaşmış tərəfi ola bilər:

a) qoşulma haqqında sənədi təhvil vermək yolu ilə və ya

b) qoşulma haqqında sənədi saxlamaq üçün təhvil vermək yolu ilə.

4.  Bu  Konvensiya  bütün  dövlətlər  və  1-ci  bənddə  göstərilən  iqtisadi

inteqrasiya  sahəsində  regional  təşkilatlar  tərəfindən  Cenevrədə  Birləşmiş

Millətlər Təşkilatının Şöbəsində imzalanmaq üçün 1 aprel 1983-cü ildən 31

mart 1984-cü il, bu tarix də daxil olmaqla, tarixinə qədər açıq qalır.

5. Konvensiya 1 aprel 1984-cü il tarixində qoşulmaq üçün açıq qalacaq.

6.  Ratifikasiya,  qəbul  etmə,  təsdiq və  qoşulma  haqqında  sənədlər  Birləşmiş

Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün təhvil verilir.




Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin