«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix25.12.2016
ölçüsü61,3 Kb.
#3174
1   ...   9   10   11   12   13   14   15   16   17
Maddə 18. Ləğv etmə

1. Razılaşmış hər bir tərəf bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatının

Baş katibinə ünvanlanmış nota vasitəsilə ləğv edə bilər.

Maddə 19. Fəaliyyətin dayandırılması

Əgər  bu  Konvensiya  qüvvəyə  mindikdən  sonra  Razılaşmış  tərəflər  olan

dövlətlərin  sayı  ardıcıl  olaraq  on  iki  aydan  ibarət  bir  müddət  ərzində  beş

nəfərdən  az  olarsa,  bu  on  iki  ay  keçdikdən  sonra  həmin  Konvensiya  öz

qüvvəsini itirir.

Maddə 20. Mübahisələrin həlli

1. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və ya

tətbiqinə münasibətdə meydana çıxan istənilən mübahisələr, imkan daxilində

mübahisə edən tərəflər arasında danışıqlar yolu ilə həll olunur.

2. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və ya

tətbiqinə  münasibətdə  meydana  çıxan  istənilən  mübahisələr  1-ci  bənddə

göstərilən  üsullarla  həll  olunmadıqda,  bütün  mübahisələr  aşağıda  tərtib

olunmuş  şəkildə  Razılaşmış  tərəflərdən  birinin  ərizəsi  ilə  arbitraj

məhkəməsinə verilir. Hər bir tərəf bir arbitr və ya bu arbitrlər digər bir arbitr

təyin  edir,  o  isə  sədr  olur.  Əgər  mübahisə  edən  tərəflər  arbitraj  haqqında




məlumat  verildiyi  gündən  üç  ay  keçdikdən  sonra  arbitr  və  ya  arbitrlər  sədr

təyin  etməzsə,  tərəflərdən  hər  biri,  mübahisənin  həll  olunması  tapşırılacaq,

arbitr  və  ya  arbitraj  məhkəməsinin  sədrinin  təyin  olunması  xahişi  ilə

Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edə bilər.

3.  2-ci  bəndin  müddəalarına  uyğun  olaraq  təyin  olunmuş  arbitraj

məhkəməsinin qərarı mübahisə edən tərəflər üçün məcburidir.

4. Arbitraj məhkəməsi öz prosedur qaydalarını müəyyən edir.

5.  Arbitraj  məhkəməsi  mübahisə  edən  tərəflər  arasında  qüvvədə  olan

müqavilələrə  və  ümumi  beynəlxalq  hüquqa  əsasən  öz  qərarlarını əksər  səs

çoxluğu ilə qəbul edir.

6.  Razılaşmış  iki  və  ya  bir  neçə  tərəf  arasında  bu  Konvensiyanın  şərhi  və

arbitraj  qərarının  yerinə  yetirilməsinə  münasibətdə  meydana  çıxan

mübahisələri  tərəflərdən  biri,  bu  qərarı  qəbul  etmiş  arbitraj  məhkəməsinə

baxılmaq üçün təqdim edə bilər.

7.  Hər  bir  tərəf  arbitraj  təhqiqatı  ilə  əlaqədar,  təyin  etdiyi  arbitrin  və  öz

nümayəndələrinin xidmətlərindən istifadə ilə əlaqədar xərcləri ödəyir: sədrin

xidmətləri ilə əlaqədar xərcləri və digər xərcləri bərabər şəkildə ödəyir.


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin