«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu


Maddə 22. Bu konvensiyaya düzəlişlər edilməsi proseduru



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix25.12.2016
ölçüsü61,3 Kb.
#3174
1   ...   9   10   11   12   13   14   15   16   17
Maddə 22. Bu konvensiyaya düzəlişlər edilməsi proseduru

1.  Bu  maddədə  müəyyən  edilmiş  prosedurlara uyğun olaraq  Razılaşmış hər

bir tərəf bu Konvensiyaya, o cümlədən əlavələrə düzəliş irəli sürə bilər.



2.  Bu  Konvensiyaya  təklif  olunan  hər  bir  düzəliş  əlavə  7-də  göstərilən

prosedurlar  qaydasına  uyğun  olaraq,  Razılaşmış  tərəflərdən  ibarət  olan

İnzibati  komitə  tərəfindən  nəzərdən  keçiriləcək.  Bu  Konvensiyaya  təklif

olunan hər bir  düzəliş  Razılaşmış  tərəflərdən  ibarət  olan İnzibati komitənin

sessiyası tərəfindən nəzərdən keçirildikdən, hazırlandıqdan və bəyənildikdən

sonra,  qəbul  edilmək  üçün  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə

təqdim edilir.

3. Əgər təklif olunmuş düzəliş haqqında Razılaşmış tərəf olan hər hansı bir

ölkə  və  ya  Konvensiyanın  Razılaşmış  tərəfi  olan  iqtisadi  inteqrasiya

sahəsində  regional  təşkilat  tərəfindən  Birləşmiş  Millətlər  Təşkilatının  Baş

katibinə  etiraz  irəli  sürülməzsə,  bütün  Razılaşmış  tərəflər  üçün,  təklif

olunmuş  düzəliş  haqqında  məlumat  verildiyi  gündən  on  iki  aylıq  müddət

başa  çatdıqdan  sonra  üç  ayın  tamamında,  yuxarıdakı  bəndə  uyğun  olaraq

göndərilən irəli sürülmüş düzəlişlər qüvvəyə minir.

4. Əgər  bu  maddənin  3-cü  bəndin  müddəalarına  uyğun  olaraq  təqdim

olunmuş  düzəlişə  qarşı  etiraz  irəli  sürülərsə,  düzəliş  qəbul  olunmur  və

onunla əlaqədar heç bir tədbir görülmür.


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin