SəRBƏst iŞ № normal və anormal iNKİŞafin əsas qanunauyğunluqlari


SƏRBƏST İŞ № 9. AZƏRBAYCANDA XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLAR ÜÇÜN MÜƏSSİSƏLƏR



Yüklə 42,1 Kb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü42,1 Kb.
#41140
1   2   3   4   5   6   7   8   9   10
7464 2

SƏRBƏST İŞ № 9. AZƏRBAYCANDA XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLAR ÜÇÜN MÜƏSSİSƏLƏR

Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların kompleks şəkildə tibbi, sosial reabilitasiyasının aparılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir.

Müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmr, sərəncam və göstərişlərini, digər normativ hüquqi aktları və öz Nizamnaməsini rəhbər tutur.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan və tabeliyindəki qurum olan Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin vahid sisteminə daxildir. Müəssisə qeyri-kommersiya xarakterli hüquqi şəxsdir və müvafiq xəzinə hesabı, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştampı, digər rekvizitləri vardır.

Müəssisəyə uşaqların qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında həyata keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın olduğu Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. Bina 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda məktəbdə 306 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi olaraq qalır. Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində məktəbdə uşaqlar üçün xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinfə Fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış kompüterlər hədiyyə edilib. Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür.

Qeyd edək ki, layihə çərçivəsində Nərimanov rayonundakı Psixonevroloji uşaq evi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi məktəb, beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Şamaxı internat məktəbi və bir sıra digər uşaq müəssisələri təmir olunub və yenidən qurulub.

Eləcə də Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin, Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşası, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin, Mərdəkan qəsəbəsində Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi misilsiz layihələrdir.





Yüklə 42,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin