SəRBƏst iŞ № normal və anormal iNKİŞafin əsas qanunauyğunluqlari


SƏRBƏST İŞ № 2. OLİQOFRENİYANIN TƏSNİFATI



Yüklə 42,1 Kb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü42,1 Kb.
#41140
1   2   3   4   5   6   7   8   9   10
7464 2

SƏRBƏST İŞ № 2. OLİQOFRENİYANIN TƏSNİFATI

Oliqofreniya- kəmağıllıq (oligo yunanca - az, frenicos -ağıl, idrak) deməkdir. Qadınlara nisbətən kişilər arasında 1.5 dəfə çox rast gəlinir.Oliqofreniya dedikdə mərkəzi sinir sisteminin üzvi və zədələnməsi nəticəsində fərdin dərketmə fəaliyyətinin pozulması nəzərdə tutulur. Oliqofreniya üç mərhələdə -- prednatal (bətndaxili), natal (doğuş zamanı), postnatal (doğulduqdan sonra) müəyyən səbəblər nəticəsində mərkəzi sinir sisteminin, ilk növbədə baş beyin qabığının zədələnməsilə fərdin əqli və psixi inkişafının ləngiməsidir.

Oliqofreniya əqli cəhətdən geri qalan uşaqların təlim tərbiyəsini, fiziki inkişaf çatışmazlıqlarını öyrənən sahədir və Kreplen tərəfindən işlənib. Əqli geriliyə səbəb ekzogen və endogen amillərdir. Endogen amillərə anadangəlmə maddələr mübadiləsinin pozulması, xromosom dəstinin pozulması, qan uyğunsuzluğu, valideynlərdən birinin zöhrəvi xəstəlikləri, patoloji irsilik və.s aiddir.

Ekzogen amillərə isə beyin infeksiyası, zədələnməsi və beyin travması, bətndaxili inkişafda ananın hamiləlik dövründə keçirdiyi viruslu xəstəliklər, qızılca, məxmərək, doğuş xəsarətləri və ananın düzgün qidalanmaması aiddir. Oliqofreniyanın 3 növü var

1. İdiot


2. İmbesil

3. Debil


İdiotlar - oliqofreniyanın bu növü imbesil və debillərə nisbətən ağırdır. Bu uşaqlarda qavrama inkişafdan qalmış olur təfəkkür olmur. Mimika eyni olur. Reaksiyalara instinkt olaraq cavab verirlər. İdiot uşaqların müşahidəyə və qulluğa ehtiyacı daim vardır. Təlim - tərbiyə zamanı müəllimlər belə uşaqlara qarşı daim səbirli olmalıdır. İmbesillik - oliqofreniyanın nisbətən zəif formasıdır. Belə uşaqlarda özünə xidmət vərdişləri, yazı, oxu, hesablama prosesləri yüngül formada olur. Bu tip uşaqlara elementar və özünə xidmət vərdişləri aşılamaq mümkündür. Oliqofreniyanın yüngül və geniş yayılmış növü debillərdir. Bu uşaqlar müəyyən qədər iş görmə qabiliyyətinə malikdirlər. Əqli geriliyin yüngül növü olan debilləri təhsilə, oxu, yazı vərdişlərini aşılamaq mümkündür, amma bu tip uşaqlar sadə hesab işi və hər hansı bir şeyi yadda saxlamaqda çətinlik çəkirlər. Əqli cəhətdən geri qalan uşaqların inkişafında ana dili və riyaziyyat fənləri mühümdür. Bu tip uşaqlara bədən tərbiyəsi etdirmək , dayaq - hərəkət çatışmazlıqlarına müsbət təsir edir. Mərkəzi sinir sisteminin zədələnməsi nitqin inkişafına təsir göstərən əsas amillərdən biridir. Nitqin inkişafında geriləmə olması məktəbəqədər dövrdə özünü göstərir.

Əqli gerilikli uşaqlar lüğət ehtiyatının zəif olması, cümlə qurmanın düzgün olmaması ilə xarakterizə olunur. Əqli cəhətdən geri qalan uşaqlarda emosional iradi sfera ya çox olur, ya da az olur .Emosional iradi sfera ( hisslər ) bu zaman məs; sevinc, kədər, hörmət, məsuliyyət, uğur hissi az ifadə olunur. Əqli gerilikli uşaqlar arasında 3 - 4 yaşlı uşaqlar ətrafdakı insanlarla ünsiyyət zamanı səslərdən və jestlərdən istifadə edərək ünsiyyətə girirlər. Əqli gerilikli uşaqlar arasında nitq qüsurlarından, nitqin ümumi inkişafdan qalması, dislaliya, dizartriya, alaliya və . s rast gəlmək olar. Bunlara əsas səbəb baş - beyin xəstəlikləri , mərkəzi sinir sisteminin zədələnməsi, doğuş zamanı və doğuşdan sonra yaranan xəstəliklər aiddir.




Yüklə 42,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin