SəRBƏst iŞ № normal və anormal iNKİŞafin əsas qanunauyğunluqlari



Yüklə 42,1 Kb.
səhifə10/10
tarix02.01.2022
ölçüsü42,1 Kb.
#41140
1   2   3   4   5   6   7   8   9   10
7464 2

SƏRBƏST İŞ № 10. NEVROZLAR

Nevrozlara,sinir sisteminin funksional pozuntusu nəticəsində meydana çıxan,müxtəlif sinir-psixi əlamətlərlə, o cümlədən, emosianal davamsızlıq, fiziki və psixi yorğunluq, somatik şikayətlər və s. bu kimi patoloji hallarla təzahür edən xəstəliklər aid edilir. “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir.XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s.xəstəliklər nezrozlar kimi təsvir edilirdi.

F.Pinel karlığı, korluğu, bağırsaq keçilməzliyini,tetanus xəstəliyini də nevroz hesab edirdi.M.Romberq isə hətta iflicləri, beyin sifilisini,mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın,histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi.1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki,sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı,daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır.Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi.

Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.Bəzi müəlliflərin fikrincə nevrozların klassik 3 forması nerasteniya,sarışan hallar nevrozu,isteriya ilə yanaşı digər nevrozlar və nevrotik hallar da mövcuddur.Bunlara ipoxondrik,depressiv nevroz,qorxu nevrozu,vegetanevroz və s.aid edilir.

Nevrozların ən geniş yayılmış forması olan nevrasteniya ilk dəfə olaraq 1869-cu ildə amerika psixiatrı C.Brid tərəfindən təsvir edilmişdir.Müəllifin fikrincə sənayenin sürətli inkişafı ilə əlaqədar yaranan gərginlik bu xəstəliyin meydana çıxmasında mühüm rol oynayan amillərdəndir.Xəstə ən adi iş gördükdə belə tez yorulur,əhval ruhiyyəsi dəyişir,ən cuzi səbəb nəticəsində affektiv partlayış reaksiyaları müşahidə edilir.Müxtəlif formalarda təzahür edən yuxu pozuntuları: gec yuxuya getmə,səthi yuxu,pis məzmunlu yuxugörmələr,yuxudan ayılarkən özünü nasaz hissetmə və s. Bu kimi əlamətlər qeyd edilir.

Xəstəliyin klinikasında diqqəti cəlb edən 3 mərhələni fərqləndirmək mümkündür:

1) hipersteniya

2) qıcıqlandırcı zəiflik

3) hiposteniya

Hipersteniya mərhələsində rast gəlinən başlıca əlamətlər qıcığa qarşı həssaslığın artması, səbirsizlik,dözümsüzlük,tez-tez əsəbləşmək və diqqətin pozulmasıdır. Bir sıra hallarda “astenik mentizm”,yəni fikirlərin dolaşıqlığı qeyd oluna bilər. Bir müddət keçdikdən sonra xəstəliyin klinikası tədricən dəyişir,qıcıqlandırıcı zəiflik əlamətləri:ümumi zəiflik,əhvalın tez-tez enməsi,yuxusuzluq kimi əlamətlər meydana çıxır.

Xəstəliyin sonrakı mərhəlsində -hiposteniya,psixi və fiziki yorğunluğun üstünlüyü ilə cərəyan edir.Xəstənin əmək qabiliyyəti daha da enir,bütün günü əzgin yuxulu və qəmgin görünür.Yuxarıda qeyd olunan mərhələlərin müddəti xəstəliyin ağırlıq dərəcəsindən,orqanizmin fərdi müqavimət qabiliyyətindən,ən başlıcası isə xəstəliyin meydana çıxmasında başlıca yer tutan zərəli amillərin davam etməsindən asılı olur.Bir sıra hallarda xəstəlik aylarla davam edir.Bəzən isə illərlə çəkə bilər.Belə hallarda şəxsiyyətin nevrotik inkişafı haqqında düşünmək lazımdır.O.V.Kerbikov (1958) nevrotik inkişafın başlıca amilini uzun müddət davam edən psixi travma ilə əlaqələndirir və şəxsin bu amilin məngənəsindən çıxa bilməməsində görürdü.Bu zaman nevrotik əlamətlərlə yanaşı xəstənin xasiyyətində baş verən bir sıra dəyişikliklər (həddindən artıq həyəcan reaksiyaları,ümumi yorğunluq,cuzi səbəbdən əsəbiləşmək,affektiv reaksiyalar nümayiş etdirmək və s.)ön plana çıxır cə sanki şəxsin daimi xasiyyət elementlərinə çevrilir.Xəstlər öz hərəkətlərinə tənqidi yanaşsalar da onları narahat edən əlamətlərdən yaxa qurtara bilmirlər.

Vegetativ sinir sisteminin pozulması nəticəsində təzahür edən universal əlamətlərdən biri başağrıları və başgicələnməsidir.Spesifik küt sıxıcı ağrılar şəklində meydana çıxan başağrıları xəstəliyin bütün mərhələsində rast gəlinir.Digər vegetativ əlamətlərdən təngənəfəsliyi,ürəkdöyünməni,ürək nahiyyəsində küt ağrıları, ətrafların keyləşməsini göstərmək olar. Bəzi xəstələrdə həzm sisteminə aid pozntular, məsələn, mədə və bağırsaqlarda xoşagəlməz hisslərin duyulması, iştahanın pozalması,qəbizlik, mədə qıcıqları, gəyirmə və s. əlamətlər təzahür edir.



Göstərilən əlamətlər daimi xarakter daşımır,xəstənin əsəbiləşməsi,emosianal gərginliyin güclənməsilə əlaqədr meydana çıxır.

Nevrasteniya zamanı tez-tez təsadüf edən əlamətlərdən biri də seksualoji pozuntulardandır. Bu kimi əlamətlər son illərdə xüsusən cavanlar arasında geniş yayılmaqdadır.
Yüklə 42,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin