SəRBƏst iŞ № normal və anormal iNKİŞafin əsas qanunauyğunluqlari


SƏRBƏST İŞ № 7. DAYAQ HƏRƏKƏT APARATI POZULMUŞ, DAVRANIŞI VƏ KOMPLEKSİ DEFEKTLİ UŞAQLAR



Yüklə 42,1 Kb.
səhifə7/10
tarix02.01.2022
ölçüsü42,1 Kb.
#41140
1   2   3   4   5   6   7   8   9   10
7464 2

SƏRBƏST İŞ № 7. DAYAQ HƏRƏKƏT APARATI POZULMUŞ, DAVRANIŞI VƏ KOMPLEKSİ DEFEKTLİ UŞAQLAR

İnsanın dayaq-hərəkət aparatı – sümük-əzələ sistemi, bədənin dayağını və məkanda hərəkət etməsini, həmçinin bədənin ayrı-ayrı hissələrinin və orqanlarının (başın, ətrafların və s.) hərəkətini təmin edən sümüklərdən, oynaqlardan, əzələlərdən, onların sinir törəmələrindən ibarət olan vahid kompleksdir. Bu kompleks daim nəhəng yüklənmələrə məruz qalır. Dayaq-hərəkət aparatın hər hansı hissəsinin xəstəliyi və zədəənməsi halında, bütün orqanizmin dinamikası və statikası pozulur, çox vaxt daxili orqanların işi də pozulur.

Dayaq-hərəkət aparatın pozuntuları, yayılma dərəcəsi üzrə yalnız ürək-damar xəstəliklərindən geridə qalır. Əksər insanlar oynaq və ya onurğa problemləri ilə rastlaşır. Bu arada, son onillikər ərzində bu xəstəliklər daha çox cavanlarda müşahidə olunur. Bunun səbəbi – az hərəkətli həyat tərzidir: biz, az piyada gəzirik, vaxtımızın çoxunu kompüter arxasında keçiririk və idmanla məşğul olmuruq. Lakin həddindən artıq fiziki yüklənmələr də sağlamlıq üçün zərərlidir, çünki travmalarla nəticələnə bilər.

Dayaq-hərəkət pozuntuların müalicəsi – hər bir hal üçün fərdi olaraq seçilən bir sıra tədbirlər kompleksidir. Bü günkü gündə dayaq-hərəkət aparatın müalicəsində medikamentlər geniş istifadə olunur. Müalicənin təsirli olması üçün, xəstə, təyin olunmuş rejimiə riayət etməli və xüsusi pəhriz saxlamalıdır.Həmçinin, çox vaxt müxtəlif fizioterapevtik prosedurlar təyin edilir. Zədələnmiş oynaqların hərəkətliliyini bəpra etməli olduqda, müalicəvi gimnastika həmçinin öz nəticələrini göstərir.

Uzun illər ərzində, dərman elektroforezi, qalvanizasiya, elektrostimulyasiya, ultrasəslə müalicə və maqnit terapiyası kimi metodlar özünü təsdiq etmişdir.

İntellektual hazırlıq uşaqın bildiyi şer və nağılın sayı ilə deyil, məktəbəqədər dövrdə müqayisə, təhlil, ümumiləşdirmə, sərbəst nəticə çıxarmaq bacarığına yiyələnməsi ilə müəyyənləşir. İndiki uşaqlar hər tərəfdən informasiya ilə əhatə olunduğundan, onlar yeni söz və ifadələri tez mənimsəyirlər, onların lüğət ehtiyatı müəyyən mənada genişdir. Amma lüğət ehtiyatının sürətlə artması təfəkkürün də eyni sürətlə inkişaf etməsi demək deyil – burada asılılıq yoxdur.

Uşaqların təfəkkürünün fəallaşdırılması aktual inkişaf səviyyəsini nəzərə alıb, gələcək inkişaf zonasına müraciət etməni nəzərdə tutur.Məlumdur ki, aktual inkişaf zonası uşaqın əldə etdiyi bilik və bacarıqların sayı və ehtiyatıdır."Gələcək inkişaf zonası" anlayışını L.S.Vıqotski belə izah edirdi: "Müstəqil bacardığından əməkdaşlıqda bacardığına keçmək imkanı uşaqın inkişafında dinamikanın olmasını xarakterizə edən əsas və ən xəssas simptomdur."Psixi inkişafda ləngiməsi olan uşaqlarda ümumiləşdirici təfəkkür əyanidir, real əşya və real hərəkətlərə əsaslanır. Praktik fəaliyyət əsas rol oynayır; bu fəaliyyətin daxilində əyani – hərəkəti və əyani – abstrakt təfəkkür mühüm yer tutur. Təfəkkürün bu formalarının potensial imkanları məntiqi təfəkkürdən geri qalmır və ümumi əqli inkişafda özünəməxsus yer tutur.Amma qeyd etmək lazımdır ki, psixi inkişafda ləngiməsi olan uşaqlar intellektual cəhətdən passivdirlər, onların intellektual təəssuratları və maraqları məhduddur. Bəzən ən sadə təlim tapşırıqlarını yerinə yetirə bilmirlər; amma məsələ oyun şəklində və ya praktik səthidə keçirilərsə, onlar bu məsələni düzgün həll edirlər.


Yüklə 42,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin