SƏQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə



Yüklə 330 Kb.
səhifə4/5
tarix07.01.2017
ölçüsü330 Kb.
#4723
1   2   3   4   5

7. Safvan ibn Yəhya: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 933-dür. Yalançı və lənətlənmiş bir ravidir. (Ricalul-Kəşşi səh.553, Məməqani “Tənqihul-məqal” 2/100)

8. Abdurrəhman ibn əl-Həccac: 419 hədis rəvayət etmiş bu şiə ravisi, imamlar tərəfindən lənətlənmiş bir ravidir. (Ricalul-Xoi 15/132 və 21/37)

9. Əli ibn Əbi Həmzə: 499 hədis rəvayət etmiş bu şiə ravisi, lənətlənmişdir. (Ricalul-Hilli səh.232)

Xülasə, bu cür yalançı və əhli-beyt tərəfindən lənətlənmiş şiə raviləri həddən artıq çoxdur. Bu ravilərdən bəzilərinin adını qeyd edirəm: Yunus ibn Zabyan (Ricəlul-Xoi 21/204), Muhəmməd ibn Musa (Ricalul-Xoi 18/301), Yunus ibn Abdurrəhman əl-Qummi (Ricəlul-Kəşşi səh.544), Mufəddəl ibn Ömər (Ricəlul-Kəşşi səh.390), Əhməd ibn Hilal (Ricalul-Hilli səh.274), İshaq ibn Muhəmməd (Ricalu İbn Davud səh.425), Salih ibn Uqbə (Ricalul-Hilli səh.230), Əli ibn Əhməd əl-Kufi (Ricalul-Hillisəh.233), Abdullah ibn Abdurrəhman (Ricəlul-Ğadairi səh.76-77), Əbul-Abbas (Ricəlu İbn Davud səh.567), Muhəmməd ibn Musa ibn İsa (Ricəlu İbn Davud səh.511) və.s. Şiə məzhəbinin ən mötəbər dörd hədis kitabında məlun (yəni imamlar tərəfindən lənələnətlənmiş) ravilər tərəfindən 5765, kəzzab (yəni yalançı) ravilər tərəfindən isə 5654 hədis rəvayət olunmuşdur. Bunun cəmi; 11419 hədis edir. Deməli, Kutubul-ərba`ada olan 44 min hədisdən 11419-u məlun və kəzzab ravilərin uydurmasıdır.

İkincisi – Vaqifi olan şiə raviləri: Bunlar, Musa əl-Kazımın imaməti üzərində duran və sonrakı imamların imamətini qəbul etməyənlərdir. Kutubul-ərba`ada Vaqifi şiələrindən rəvayət olunmuş hədislərin sayı 2198-dir. Şiə alimlərinin əksəriyyəti Vaqifi ravilərə etimad göstərmiş və onların rəvayətlərini qəbul etmişlər. Çox qəribədir!!! Axı şiələrin “məsum”lardan nəql etdikləri hədislərə əsasən və onların bir çox alimlərinin etirafına görə on iki imamdan birini inkar edən kafir sayılır. (Bax! Ricalul-Kəşşi səh.456)

Şiələrin dahi alimi Məməqani demişdir: “Hədislərdən belə nəticə çıxır ki, on iki imamçı olmayan hər bir kəs axirətdə kafir və müşrik hökmündədir.” (“Tənqihul-məqal” 1/207).



Üçüncüsü – Əftahi olan şiə raviləri: Bunlar, Musa ibn Cəfərin imamətini rədd edib Abdullah ibn Cəfər əs-Sadiqin imamətini qəbul edənlərdir. (Ricalul-Kəşşi səh.219) Bunlara əl-Fəthiyyə də deyilmişdir. Kutubul-ərba`ada Fəthi şiələrindən rəva-yət olunmuş hədislərin sayı 4705-dir. Şiə alimləri Fəthi ravilərə və onların rəvayətlərinə etimad göstərmişlər. Çox qəribədir, şiələr Musa ibn Cəfərin və onun övladlarının imamətini qəbul etməyən Fəthilərə necə güvənirlər, onların rəvayətlərini necə qəbul edirlər? Bu yerdə maraqlı bir sual ortaya çıxır: Şiələrin iddia etdikləri kimi “on iki imamçılıq” əqidəsi Peyğəmbərdən və əhli-beytdən gələn bir əqidə idisə, Cəfər və digərləri özlərinin ilahi imam olduqlarını irəli sürürdülərsə, nə üçün şiələr imamların sayı və onların təyini barəsində ixtilafa düşüb, yüzə yaxın firqəyə ayrıldılar??? (Bu firqələr barəsində məlumat almaq istəyən, şiə alimi Novbəxtinin “Firəquş-şiə” kitabına müraciət edə bilər.)

Səhabələr (şiələrin zənnincə) Peyğəmbərin vəfatından sonra xilafəti Əliyə vermədikləri və Əlini xilafətə layiq bilmədikləri üçün, şiələr onlara etimad göstərmir və onların rəvayətlərini qəbul etmirlər. Bəs nə üçün şiələr, İmam Cəfərin vəfatından sonra ima-məti Musa ibn Cəfər üçün layiq bilməyən Fəthilərə etimad göstərir və onların rəvayətlərini qəbul edirlər? Məgər, Əlinin imaməti ilə Musanın imaməti arasında fərq var? Təəccüblüdür, elə deyilmi?!



Dördüncüsü – Nəvusi olan şiə raviləri: Bunlar, Cəfər ibn Muhəmməd ölməyib, o sağdır və gözlənilən Mehdi odur, deyən şiələrdir. (Cəfər Sübhani “Kulliyətu fi ilmir-rical” səh.408-409, əl-Qummi “əl-Məqalət” səh.80, Novbəxti “Firəquş-şiə” səh.67) Kutubul-ərba`ada Nəvusi şiələrindən rəvayət olunmuş hədislərin sayı 663-dür.

Beşincisi – Şərabxor şiə raviləri:

1. Ouf əl-Uqeyli: Kəşşi onun barəsində belə nəql edir: “Şərab içən idi, ancaq hədisləri eşitdiyi kimi nəql edirdi.” (Ricalul-Kəşşi səh.90, “Mucəmu ricəlil-hədis” 11/160)

2. Muhəmməd ibn Əbi Abbad: Xoi onun barəsində demiş-dir: “Hədis rəvayəti və şərab içməyi ilə məhşurlaşmışdır.” (“Mucə-mu ricəlil-hədis” 15/278)

3. Əbu Həmzə Sabit ibn Dinar: Abdulhüseyn əl-Musəvi “əl-Müraciət” kitabında onun barəsində demişdir: “Əbu Həmzə ibn Dinar, bizim gəlib-keşmiş salehlərimizin ən güvənilir və ən bilikli olanlarındandır. O elmini üç imamdan; əs-Sadiqdən, əl-Bəqirdən və Zeynulabidindən almışdır...” (əl-Müraciət səh. 309)

Əli ibn Həsən ibn Fəddal onun barəsində demişdir: “Əbu Həmzə şərab içənin biri idi.” (“Tənqihul-Məqal” 1/191, Xoi “Mucəmu ricəlil-hədis”3/389)

Kutubul-ərba`a da bu şərabxor ravidən 326 hədis rəvayət olunmuşdur. Şiənin bütün alimləri bu şərəbxoru etibarlı və dəyərli ravi saymışdılar. Onlar bu şərabxora güvəndikləri və onu sevdik-ləri halda, canlarını və mallarını İslam uğrunda fəda edən səhabələrə nifrət edir və onları söyürlər. Onu mədh edən şiə kitab-ları: Tusi “əl-Fihrist” səh.70, Ərdəbili “Cəmiur-ruvat”1/134, Rica-lul-Kəşşi səh.176, Hurr Amili “Vəsailuş-şiə”20/149, Abbas əl-Qummi “əl-Kunə vəl-Əlqab” 1/118, Məməqani “Tənqihul-məqal”1/189, Ricəlul-Hilli səh.59 və.s.

4. Abdullah ibn Əbi Yafur: Bu şərəbxor ravi də digər həmkarları kimi şiələrin ən dəyərli ravilərindən sayılır. Şiələr İmam Cəfərin onun haqqında belə dediyini rəvayət edirlər: “Bir nəfərdən – Abdullah ibn Əbi Yafurdan başqa mənim sözümü qəbul edib mənə itaət edən olmadı...” (Ricalul-Kəşşi səh.215, Tənqihul-məqal 2/166, Cəmiur-ruvat 1/467)

Ey şiələr! Harada qaldı sizin ağız dolusu iddialarınız? Haradadır Cəfərin iddia etdiyiniz yüzminlərlə sadiq tələbəsi? Haradadır sizin imama tabe olan keçmiş salehləriniz? İmamın sözünü dinləyib, ona itaət edən bir şiəniz tapıldı, o da şərabxor çıxdı. Onun şərabxor olduğunu isbat edən şiənin rical kitabları: Ricalul-Kəşşi səh.214, Tənqihul-məqal 2/166, Mucəmu ricəlil-hədis 10/98.

Kutubul-ərba`ada bu cür ravilərdən rəvayət olunmuş hədis-lərin sayı 398-dir. Görün, əhli-beytin hədislərini kimlər rəvayət edib!



Altıncısı – Məçhul şiə raviləri: Bütün bu qəribə ravilərdən əlavə şiə kitablarında, adı zikr olunmayan və kimliyi də bilin-məyən naməlum ravilərdən çox sayda hədislər rəvayət olun-muşdur. Məsələn:

“Bəzi küfəlilərdən nəql olunduğuna görə...” (Usulu-Kəfi 2/352);

“Bəzi iraqlılardan nəql olunduğuna görə...” (Usulu-Kəfi 2/78);

“Bizim məzhəbdən olan bəzi kəslərdən...” (Usulu-Kəfi 2/13);

“Filankəsdən nəql olunduğuna görə...” (Usulu-Kəfi 1/86);

“Bir kişidən nəql olunduğuna görə...” və.s.

Hədis elmində bu cür rəvayətlər məqbul sayılmır. Çünki bilinmir ki, o küfəli və ya o iraqlı kimdir? O filankəs və ya o bir kişi kimdir? Bəlkə o hədis uyduran olub və ya lənətlənmiş bir ravi olub və ya heç belə bir şəxs ümumiyyətlə olmayıb. Hədislərin məqbul sayılması üçün o hədisi rəvayət edən ravilərin kimliyi mütləq bilinməlidir. Buna görə İslam dinində hədislərin səhih-zəifliyini bir-birindən ayırd edən hədis elmi vardır. (Bu barədə növbəti bölümlərdə ətraflı məlumat veriləcəkdir.)

Şiə məzhəbinin ən güclü hədis kitabı əl-Kəfinin demək olar ki, yarısı bu cür məçhul ravilərin hədisləri ilə doludur.



1. Sənədində “Bir kişidən rəvayət olundu ki,..” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 1508 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 209 hədis nəql olunmuşdur.

2. Sənədində “Bunu nəql edən birindən...” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 1446 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 255 hədis nəql olunmuşdur.

3. Sənədində “Bizə bir dəstə adam xəbər verdi ki,..” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 343 ədəddir.

4. Sənədində “Onun bəzi dostlarından nəql olundu ki,..” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 1310 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 330 hədis nəql olunmuşdur.

5. Sənədində “bir neçə nəfərdən nəql olunduğuna görə...” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 457 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 117 hədis nəql olunmuşdur. İnşallah şiənin hədis kitab-larını açıb orada olan hədislərin sənədinə nəzər yetirən hər kəs, mənim bu yazdıqlarımın həqiqət olduğunu mütləq görəcəkdir.

Şiələr, daima SƏQƏLEYN hədisini dəlil gətirərək məzhəblə-rinin əhli-beyt məzhəbi olduğunu irəli sürürlər. Dinlərini əhli-beyt vasitəsi ilə öyrəndiklərini iddia edirlər. Budurmu əhli-beytin məz-həbi? Siz dininizi əhli-beytdən yox, yalançı, lənətlənmiş, şərabxor və kimliyi bilinməyən naməlum insanlardan, əhli-beyt adından hədislər uyduran şəxslərdən götürmüsünüz.

Nə üçün əlinizdə əhli-beytdən olan bir səhih kitabınız yoxdur?

Nə üçün Cəfər və onun tələbələri bir dənə də olsa hədis və ya fiqh kitabı qələmə almayıblar?

İddia etdiyiniz Mehdi uzun müddət kiçik “qeybət dövründə” olarkən, nə üçün öz şiələri üçün bir kitab yazmadı?

Onunla eyni dövrdə yaşamış Kuleyni əhli-beytin adından hədisləri bir kitabın içərisinə topladığı halda, nə üçün bu işi Mehdi etmədi? Məgər, dininizi qorumaq Kuleyniyə qalıb?

Sizə görə dini bütün nöqsanlardan qorumaq üçün məsum imamın varlığına ehtiyac yoxdurmu?

Bəs nə üçün onlar öz sözlərinin nəqlini məsum olmayan ravilərə, yalançı və şərabxor insanlara həvalə etdilər?

Nə üçün onlar dinin əhkamlarını toplamağı Kuleyni, Qummi, Tusi, Məclisi kimi xəta edə bilən və məsum olmayan bəşərə tapşır-dılar?

Əgər dininizin bütün əhkamlarını məsum olmayanların vasitəsi ilə öyrənəcəkdinizsə, məsumlara nə ehtiyac var idi?

Nə üçün məsum olmayan Xomeynini, Sistanini təqlid edir-siniz?

Məsum olmayanı təqlid edəcəkdinizsə, nə üçün məsum imama tabe olmaq vacibdir, deyirsiniz?

Haradadır Fatimənin müshəfi?

Haradadır Əlinin tərtib etdiyi Quran? – Mehdidə? Bəs Mehdiniz haradadır? – Qeybdə? Bəs nə vaxt gələcək? – Bilmirsiniz?



Sübhənallah!!! Əlinizdə iddia etdiyiniz Fatimənin Müshəfi yoxdur. Mehdiniz də yoxdur. Cəfərin fiqhi də yoxdur. Bəs nəyiniz var???.. Yalanlarla dolu boş iddialarınızdan başqa heç nə!!!

Yeddincisi – Uzunqulaq ravilər: “Usulu-kəfi” də olan bu hədisə diqqət yetirin!

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) uzunqulağı Ufeyr ona deyir: “Atam-anam sənə fəda olsun, ey Peyğəmbər! Atam mənə dedi, o da öz atasından rəvayət etdi, o da babasından, o da öz atasından eşitdi ki, o, Nuh peyğəmbər ilə birlikdə gəmidə idi. Nuh əlini onun belinə çəkib, dedi: Bu uzunqulağın zürriyyətindən bir uzunqulaq gələcək, sonuncu peyğəmbər onu minəcək...” ( “Usulu-Kəfi 1/237).



Sənədin ərəbcəsi:

... فَقَالَ بِأَبِي أَنْتَ وَ أُمِّي إِنَّ أَبِي حَدَّثَنِي عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنْ أَبِيهِ أَنَّهُ كَانَ مَعَ نُوحٍ ِ

Kuleyni, bu hədisi yaxşı ki isnad ilə (yəni sənədlə) gətirir. Bu yaxşı bir haldır. Çünki hər bir hədisin sənədi olmalıdır. Ancaq təəssüflər olsun ki, bu hədisin sənədində olan ravilər uzunqulaqlar-dır. Hədis uzunqulaqlar silsiləsi ilə nəql olunmuşdur. Ancaq mən bu hədisi qəbul etməyə bir az tərəddüd edirəm. Çünki bu hədisi rəvayət edən uzunqulaq ravilər məçhul ravilərdir. Mən bilmirəm bu ravilər siqadır (etibarlıdır), yoxsa kəzzab (yalançı). Bu ravilərin tərcümeyi-halını tapmaqda da çətinlik çəkirəm. Bəlkə şiələr özləri-nin rical kitablarında bu ravilərin bioqrafiyalarına rast gəliblər?

Şiə məzhəbində hədis elmi

Ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar, hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırma-dan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı.

Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan Hurr əl-Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydaları-na müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” (“Vəsailuş-şiə” 20/100 və ya 30/260).

Həmçinin o demişdir: “Məlum olduğu kimi, bu istilahlar Alləmənin (yəni ibn Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn Tavusun zamanında ortaya çıxmışdır.” (“Vəsailuş-şiə” 20/102 və ya 30/262)

Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun ustadı ibn Tavus olmuşdur. (“əl-Hədaiqun-Nədira”1/53)

Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da əhli-sünnətdən öyrənmişdir.

Şiə alimi əl-Hairi demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən Şəhidus-sənidən qabaq dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydalarından bəhs edən bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də əhli-sünnətin elmlərindəndir.” (“Muqtəbisul-əsər” 3/73)

Bəs, nə üçün şiələr də hədis elminə girişdilər?

Cavab: Əhli-sünnət hədisin sənədinə və doğruluğuna fikir verirdi. Bu səbəbdən də şiələr daima əhli-sünnətin yanında gözü kölgəli idi. Çünki onlar da hədis elmi mövcud deyildi və hədisləri necə gəldi qəbul edirdilər. Bu səbəbdən də onlar, əhli-sünnətin qınağından qurtulmaq üçün bu elmə girişdilər. Ancaq heç bir faydası olmadı. (Bax! “Vəsailuş-şiə! 20/100 və ya 30/258)

Faydası ona görə olmadı ki, onların rəvayətləri əhli-beytdən nəql olunmayıb. Yuxarıda da qeyd etdiyim kimi, raviləri yalançı və hədis uyduranlardır. Bu səbəbdən də onların “rical” kitabları ixtilaf və ziddiyətlərlə doludur. Bunu onların böyük alimi olan Feyz əl-Kaşani də etiraf etmişdir. (Bax! “əl-Vafi” 1/11-12)

Hurr əl-Amili özü də etiraf edir ki, şiə alimlərinin əhli-sün-nətə baxaraq hədisləri zəif-səhihə ayırmaları boş və əbəs bir şeydir: “Şeyx (ət-Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır...Ancaq Şeyxin hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-həqiqi bir şeydir... Məsələn, (Tusi) deyir ki: “Bu ravi zəif olduğuna görə, onun rəvayət etdiyi hədis də zəifdir”. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi Mürsəl olduğuna görə (yəni: sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa bir yerdə) Mürsəl hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq (mürsəl) və zəif rəvayətləri qəbul edir, amma Müsnəd (sənədi tam) və raviləri güclü olan hədisləri isə rədd edir.” (Bax! “Vəsailuş-şiə! 20/111 və ya 30/279).

Hurr əl-Amili şiənin hədisləri barədə demişdir: “Əgər hədis-lərimiz (hədis elminin qaydaları əsasında) araşdırılsa, hamısı zəif çıxacaqdır.” (Bax! “Vəsailuş-şiə 30/260)



Nə üçün?

Cavab: Çünki bir hədisin səhih ola bilməsi üçün ilk növbədə o hədisi rəvayət edən ravilərin adil olmaları şərtdir. Şiənin hədis-lərini isə yuxarıda da qeyd etdiyim kimi məlun (lənətlənmiş) və kəzzab (yalançı) ravilər rəvayət etmişdir. Hurr əl-Amili deyir: “Yeni istilahların (yəni hədis elminin) əhli, hədisin ravisinin adil olmasını şərt qoşmuşdur. Elə bu şərtə görə də bizim bütün hədislə-rimiz zəyif çıxır. Çünki nadir hallarda ravinin adil olub-olmaması bilinir.” (Bax! “Vəsailuş-şiə 30/260) Bu, böyük bir şiə aliminin öz hədislərinə verdiyi şəhadətidir.

Bu günümüzdə də vəziyyət fərqli deyil. Bunu əhli-sünnətin və şiələrin (daha doğrusu müsəlmanların və şiələrin) kitablarını oxuyan hər kəs görə bilər. Əhli-sünnətə məxsus kiçik həcmli bir kitabça da olsa, orada qeyd olunan bütün hədislərin mənbələri, etibarlılığı (səhih olub-olmaması) mütləq göstərilir. Ancaq belə şeylərə şiə kitablarında rast gəlmək çox çətindir.


Nəticə

Sonda bu risaləni, yaşadığım iki hadisəni qeyd etməklə bitir-mək istəyirəm. Mən şiələrdən birinə belə bir sual vermişdim: “Əhli-beytdən ən çox hədis nəql edən raviniz kimdir?” O dedi: “Zurarə ibn Əyun və başqaları...” Mən dedim: “Mən nə bilim ki, Zurarə hədis uyduran olub, yoxsa doğru danışan?” O isə: “Bunun üçün rical kitablarına baxmaq kifayətdir” dedi. Mən dedim: “Mən artıq şiənin ən əsas rical kitabına – Ricalul-Kəşşiyə baxmışam. Orada imamlar Zurarəni gah tərifləyir və bir çox yerdə isə lənətləyir.” Şiə dedi: “O sözlər təqiyyə ilə deyilib.” Mən təəccüb edərək dedim: “Sizin rical kitablarınıza da təqiyyə (yalan) giribsə, sizə deyəcəyim başqa sözüm yoxdur.”

İkinci bir hadisə, yenə də bu şiə ilə aramda olan söhbət zamanı baş verdi. Belə ki, mən ona “Muhəmmədə nazil olan Quran, 17 min ayə idi” hədisini deyəndə, o, bu hədisin uydurma olduğunu söylədi. Mən dedim: “Hədislərin səhih və zəif olmasını kim ayırd edir?” O dedi: “Hədis alimləri.” Mən də ondan soruşdum ki: “Şiə məzhəbinin əsas və mötəbər hədisçiləri kimlərdir?” O, Məclisinin adını çəkdi. Mən də: “Axı Məclisi “Miratul-Uqul”da bu hədisi doğru sayıb” deyəndə, o cavab verdi ki: “Məclisi bu hədisi səhih saysa da, bu hədis Qurana ziddir.” Bu zaman mənim ona cavabım belə oldu: “Axı bu hədisi rəvayət edən ravilərin hamısı sizin rical kitablarınızda təriflənmiş ravilərdir. Bəs necə oldu ki, ən sağlam raviləriniz İmam Cəfərin dilindən Qurana zidd olan belə bir şeyi nəql ediblər.”

Bir sözlə şiələr üçün hədisin səhihliyi və ravilərin doğruluğu önəmli deyil. Onlar üçün önəmli olan hədisin öz istəklərinə uyğun olmasıdır. Bütün bunlardan sonra, onlar SƏQƏLEYN hədisini necə dəlil olaraq irəli sürə bilərlər?



abuzeyd-selefi@mail.ru

1 H.1111-ci ildə vəfat etmişdir. “Biharul-Ənvər”, “Miratul-Uqul fi-şərhi əxbərir-Rəsul”, Cilə-ul-Uyun”, “Əl-Ərbəin”, “Haq-qul-Yəqin” və başqa bir çox əsərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili “Cəmiur-Rəvat”2/78-79, Məməqani “Tənqihul-Məqal”2/85, Hurr Amili “Əməlul-Amil”2/248.

2 Şiələrin əhli-beytdən saydıqları on dörd nəfər: Peyğəmbər, qızı Fatimə, Əli, Həsən, Hüseyn, Əli əz-Zeynulabidin, Muhəmməd əl-Bəqir, Cəfər əs-Sadiq, Musa əl-Kazım, Əli ər-Rda, Muhəmməd əl-Cəvad, Əli əl-Hədi, Həsən əl-Əskəri və Muhəmməd əl-Mehdi.

3 Yəni: Əbu Bəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun!).

4 4 şəzz qiraət məqbul qiraət sayılmır. Bu qiraətlər ilə namazda Quran oxuna bilməz. Qiraətin məqbul sayılması üçün bu üç şərtin bir yerdə olması labüddür:

a. Ayə və surənin Peyğəmbərə qədər çatan sənədinin səhih və mütəvatir (çoxsaylı) olması;

b. Osman (r.a) tərəfindən çoxaldılan və ümmətin icma etdiyi Quran nüsxələ-rinə uyğun olması;

c. Ərəb dilinə uyğun olması.

On qiraət bütün bu şərtləri özündə cəm etdiyi üçün səhih (doğru) və məqbul qiraət adlanmışdır. Bu on qiraətdən hər biri ilə Quran oxumaq olar.



5 Yuxarıda da qeyd etdiyim kimi Quranın ilk dəfə yazıb çoxaldılması Osmanın xilafəti zamanı baş vermişdir. Bu nüsxələr Osman (r.a) tərəfindən hər biri bir Quran ustadı ilə birlikdə Küfə, Bəsrə və Şam şəhərlərinə göndərildi. Bir nüsxədə Mədinədə saxlanıldı. Çoxaldılan bu Quran nüsxələrində hərflərin nöqtə və hərəkələri yox idi. Bəs o zaman insanlar nöqtəsiz və hərəkəsiz Quranı necə oxuyurdular? Yer üzərində barmaqla sayılacaq bu qədər az Quran nüsxəsi olduğu halda insanlar necə Quranı uxuyur və necə onu əzbərləyirdilər? Quranı tam olaraq əzbər bilən minlərlə hafiz necə əmələ gəlirdi? Bütün bu sualların cavabı belədir: Peyğəmbər (saləllahu aleyhi və səlləm) zamanında Quranın nazil olan hər ayəsi onun əshabı tərəfindən əzbərlənirdi. Onların övladlarıda Quranı öz böyüklərinin dilindən əzbərləyirdilər. Yəni, Quran müshəflərdən (Quran nüsxələrindən) yox, dillərdən götürülürdü. Bu cür əzbərləmə metoduna “əl-Müşafəhə” və ya “əs-Səma” deyilir. Beləcə Quranın on müxtəlif oxunuş forması əmələ gəldi ki, bu formaların hamısı da Peyğəmbər (saləllahu aleyhi və səlləm) tərəfindən əshabına öyrədilmişdir. Bu on qarinin hər biri bir qiraət formasını tabiinlərdən (səhabələrin tələbələrindən) və tabiinlər də Peyğəmbərin əshabından öyrənmişdirlər. Daha sonralar bu qiraətlər bu on qarinin vasitəsi ilə gələcək nəsillərə ötürüldüyündən, bu on qarinin adı ilə məhşurlaşmış və onların adları ilə adlandırılmışdır. Quranı bu on qarinin hər birisindən də iki tələbəsi nəql etmişdir. Bu gün yer üzərində ən çox oxunan qiraət, Həfsin öz ustadı İmam Asimdən nəql etdiyi qiraətdir. Demək olar ki, Quran-i Kərim dünyanın hər yerində bu qiraətlə oxunur. İmam Asim də Quran qiraətini Abdullah ibn Həbib əs-Süləmidən və Zirr ibn Hubeyşdən, onlar isə Osman, Əli, ibn Məsud, Ubey ibn Kəb və Zeyd ibn Sabitdən, bu beş səhabə isə Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) rəvayət etmişlər. Bu gün Quran nüsxələrinin əksəriyyəti Asim qiraətinə görə hərəkələnir. Ancaq digər qiraətlərdə də Quran nüsxələri çap olunmaqdadır.


6 Hicri 307-ci ildə vəfat etmişdir. “Təfsirul-Qummi” adı ilə məhşurlaşan təfsirin müəllifidir. Məclisi onun haqqında belə deyir: “Əli ibn İbrahim ibn Həşim Əbul-Həsən əl-Qummi imamilərin ən dəyərli ravilərindən və ən böyük şeyxlərindəndir. Bütün tərcümeyi-hallar onun dəyəri və etibarlılığı üzərində ittifaq halındadır.” Rical alimi Nəcaşi “əl-Fihrist”də demişdir: “Hədisdə doğrucul, nüfuzu təstiqlənmiş və düzgün məzhəbli birisidir.” (Bax! “Müqəd-dimətul-Bihar” səh.128.) Həmçinin onun təfsiri haqqında belə deyilmişdir: “Əli ibn İbrahim əl-Qummi Kuleyninin ən dəyərli şeyxlərindən birisidir. Heç şübhəsiz ki, onun əlimizdə olan təfsiri bizə çatan ən qədim təfsirlərdəndir. Bu təfsir iki doğrucul adamın (Bəqir və Cəfər) əleyhissəlamın təfsiridir.” (İxtisarla nəql etdim. Bax! “Tabaqatu əaləmuş-şiə” (4-cü əsr) səh.167. “Əz-Zəria” 4/302. “Muqəddimətu Təfsiril-Qummi” Şeyx Musəvi əl-Cəzairinin qələmi ilə səh.14-16.)

7 H.328-ci ildə vəfat etmişdir. Şiə məzhəbinin ən dəyərli kitabı olan “Kitabul-Kafi”nin müəllifidir. Onun barəsində Şeyx Tusi demişdir: “Hədisdə alim idi...” (“Ricəl ət-Tusi”səh.495.) Ərdəbili demişdir: “Hədisdə insanların ən doğruculu idi. Kitabul-Kafini iyirmi ilə yazmışdır.” (“Cəmiur-Ruvat” 2/218. Hilli səh.145). Ağabozork ət-Tehrani demişdir: “Əl-Kafi, hədisdə etimad olunan əsas dörd kitabın ən dəyərlisidir. Rəsulullahın ailəsindən nəql olunmuş rəvayətləri onun kimi yazan olmamışdır.” (“Əz-Zəria”17/245) Onun bu kitabı haqqında həmçinin belə deyilmişdir: “O, İslami kitabların ən dəyərlisi, imamilərin əsərlərinin ən əzəmətlisidir. Əl-Əstərabadi deyir ki, biz, şeyx və alimlərimizdən eşitdik ki, İslamda bu kitaba bərabər bir kitab yazılmamışdır.” (Bax!Abbas əl-Qummi “əl-Kunə vəl-əlqab” 3/98. “Mustədrəkul-Vəsail”3/532).

8 H.620-ci ildə vəfat etmişdir. “əl-İhticac” kitabının müəllifidir. Məclisi onun barəsində demişdir: “Şeyx Əbu Mənsur Əhməd ibn Əbi Talib ət-Təbərsi bizim dəyərli, qədim və doğrucul mühəddis olan fəzilətli alimlərimizdəndir və “Kitabul-İhticac”ın sahibidir.” (Müqəddimətu Biharil-Ənvər səh.140). Hur Amili də onun barəsində: “Fəzilət sahibi bir alim və doğrucul olan fəqih bir mühəddis idi” deyir. (Əməlul-Amil 2/17 və Məməqani “Tənqihul-Məqal”1/69).

9 H.1111-ci ildə vəfat etmişdir. “Biharul-Ənvər”, “Miratul-Uqul fi-şərhi əxbərir-Rəsul”, “Ciləul-Uyun”, “Əl-Ərbəin”, “Haqqul-Yəqin” və bir çox əsərlərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili “Cəmiur-Rəvat”2/78-79, Məməqani “Tənqihul-Məqal”2/85, Hur Amili “Əməlul-Amil”2/248.

10 Yəni, təhrif barədə olan hədisləri inkar etdikləri halda imamət barəsində olan hədisləri necə qəbul edirlər?Axı təhrif barəsində olan hədislər heçdə imamət haqqında olan xəbərlərdən az deyil!!!

11 Şiə alimlərinin bioqrafiyalarının yer aldığı “Ravdatul-Cənnət” əsərində Əbul-Həsən Amilinin ən böyük şiə fəqihlərindən olduğu qeyd edilir. Bütün şiə alimləri onu övmüş, onun elmini təqdir etmişdir. Həqiqətən də, o, şiənin fəxridir. (Onun bioqrafiyası üçün bu əsərlərə müraciət edin! Ağabozork ət-Tehrani “Əz-Zəria” 20/264. Yusuf Bəhrani “Lulutul-Bəhreyn” səh.107.)

12 “Məşariquş-Şumus əd-Durriyyə” kitabının müəllifidir. Ağabozorq ət-Tehrani onun barəsində belə deyir: “Mahir olan elm əhlindən və fəziləti kamil olanlardan biri idi...” (əz- Zəria 3/1265: ixtisarla nəql etdim.)

13 “Luluətul-Bəhreyn” və “əd-Durarun-Nəcəfiyyə” adlı kitabların müəllifidir. Hədisdə və fiqihdə mahir bir alim idi. Onun bioqrafiyası üçün bax! “Əyanuş-şiə” 10/317.

14 Şiənin böyük bir mühəddisi və kəlamçısıdır. “Nəhcul-Bələğa”nı şərh et-mişdir. Onun bioqrafiyası üçün bax! Ravdatul-Cənnə 7/204.

15 Quranın təhrifinə dair etiqad, əslində şiələrin əsas etiqadlarından biridir. Ancaq onlar bu etiqada sahib olduqlarından ötrü tarix boyu müsəlmanlar tərəfindən təhqir edildiklərinə görə “Bu, bizə qarşı böhtan və yalandır” deməyə məcbur oldular.

16 Şiələrin qədim ən mötəbər dörd hədis kitabı:

Yüklə 330 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin