ŞƏFƏq adişİRİN qızı HƏBİbullayeva


Dissertasiyanın dördüncü fəslində



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix23.09.2022
ölçüsü0,51 Mb.
#64035
1   ...   5   6   7   8   9   10   11   12   13
tex n hsa 16 11 18

Dissertasiyanın dördüncü fəslində tükənməyə işləyən yataqlarda 
neft hasilatının intensivləşdirilməsi üçün işlənmiş tərkibin mədən sınaq 
işlərinin aparılması üçün təgtbiq texnologiyasının metodikası işlənmişdir. 
Bu metodikada tətbiq obyektinə qoyulan tələbatlar, texnoloji prosesin 
təsviri, texnoloji prosesin tətbiqinə nəzarət, texnoloji prosesin təhlükəsiz 
aparılması qaydaları, ətraf mühitin mühafizəsi və s. kriteriyalar da nəzərə 
alınmaqla, yeni işlənmiş hel və çöküntü əmələ gətirən maye şüşə tərkibli 
kompozisiya ilə lay sularının selektiv təcridi texnologiyasının mədən sınaq 
işlərinin aparılması yolları işlənmişdir.
Bu fəsildə həm də neft hasilatının hazırlanmış yeni tərkib və 
texnologiyaların mədən –sınaqlarının tətbiqlərinin nəticələri də verilmişdir. 
Bu məqsədlə N.Nərimanov adına NQÇİ-nin 1 saylı NQŞS-nin 677 
və 432 saylı quyularında həmin işlənmiş metodikaya uyğun olaraq laydan 


19 
quyuya su axının təcridi aparılmış və yüksək səmərə alınmışdır (akt əlavədə 
verilmişdir). Həmçinin həmin yatağın 1 saylı NQÇS-nin 694 və 696 saylı 
qazlift quyularında asfalt, qətran, parafin çöküntülərinin təmizlənməsi üçün 
dissertasiya işində təklif olunan üsulla qaz xəttinə əvvəlcə bir neçə gün 
xrom anhidridinin 10%-li sulu məhlulu vurulmuş, ardınca isə metil spirti 
(metanol) vurulmuşdur. Nəticədə 10-15 gün müddətində həmin quyunun 
qaldırıcı lift borusunda çökən AQPÇ təmizlənmiş və quyunun neft hasilatı 
artmışdır (bu barədə akt əlavədə təqdim olunmuşdur). 
ƏSAS NƏTİCƏ VƏ TÖVSİYƏLƏR 
 
1. Asfalt, qatran və parafin birləşmələri (AQPB) və duz çöküntüləri 
ilə mübarizə aparmaq üçün yeni kompozisiya işlənmiş və qeyri-nyuton 
xassəli neftlərdə sınaqdan keçirilmişdir. 
2. Qaldırıcı lift borularından asfalt-qatran və paraffin çöküntülərinin 
təmizlənməsi və qarşısının alınması üçün texnologiya işlənmişdir. 
3. Hasilat quyularının sulaşmasının qarşısının alınması üçün yeni 
tərkib və onun tətbiq texnologiyası işlənmişdir. 
4. Təklif olunan texnologiya hasilat quyularında su axınlarının 
selektiv təcridi üçün təklif olunmuşdur. 
5. Çatlı laylardan işləyən hasilat quyularına su axınının qarşısının 
alınması üçün yeni tərkib işlənmişdir. 
6. Təsirlə əhatə sahəsini genişləndirmək yolu ilə termo-kimyəvi 
üsulla layların neftvermə əmsalının artırılması texnologiyası işlənmişdir. 
7. Neftvermə əmsalının yüksəldilməsi üçün laya bioloji fəal 
sistemlərlə yeni təsir üsulu işlənmişdir. 
8. Yatağa biokimyəvi təsirin təhlilinin xüsusiyyətləri öyrənilmişdir. 
9. Layların neftverimini artırmaq üsullarının texnoloji səmərəliliyinin 
qiymətləndirilməsi üsulları təklif edilmişdir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin