ŞƏFƏq adişİRİN qızı HƏBİbullayeva



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix23.09.2022
ölçüsü0,51 Mb.
#64035
1   2   3   4   5   6   7   8   9   ...   13
tex n hsa 16 11 18

Dissertasiyanın 
birinci 
fəslində 
həmçinin 
neftvermənin 
yüksəldilməsi üçün nanotexnologiyaların tətbiqinin təhlili də verilmişdir. 
Bu gün naqnotexnologiyalar dünya elmində aktual istiqamətlərdən biri 
olaraq qalır və bir çox neft hasil edən ölkələrdə bu sahədə tədqiqatların 
aparılmasına külli miqdarda vəsaitlər ayrılır.  
Bu fəsildə həm də neft yataqlarının işlənməsinin son dövründə tətbiq 
olunan mikrobioloji təsir üsulları da təhlil edilmişdir. Neftvermə əmsalının 
artırılmasının təhlili göstərir ki, müasir dövrdə layların neftvermə 
əmsalının yüksəldilməsi üçün mikrobioloji təsir üsulları geniş tətbiq 
olunmaqdadır. Microbialenhanced Oi lRecovery (MEOR). Bu üsullar çətin 
çıxarılabilən 
ehtiyatlara 
malik 
layların 
neftvermə 
əmsallarının 
yüksəldilməsi ilə yanaşı, həm də neftlə birgə hasil olunan suyun miqdarının 
azalmasına səbəb olur və ekoloji təmiz və təhlükəsizdir. 
Məlumdur ki, karbohidrogenləri metabolize etmək qabiliyyətinə 
malik olan xüsusi karbohidrogen oksidləşdirici mikrooranizmlər qrupu 
vardır ki, onlar səthi fəallıq xüsusiyyətinə malik spirtlər, aldehidlər, yağ 
turşuları kimi üzvü həlledicilər, qazabənzər məhsullar və digər metabolitlər 
istehsal etməklə neftin layda hərəkətliliyini yüksəldir. Qazabənzər 
metabolitlər neftdə həll olaraq, onun özülülüyünü aşağı salır, həmçinin 
neftvermənin yüksəlməsinə səbəb olur. Beləliklə, əgər belə canlı, hərəkətdə 
olan mikroorqanizmlər neft layına yeridilərsə, onlar qalıq neftlərin yığıldığı 
yerdə hərəkət edərək əvvəlcə hərəkətsiz və çıxarıla bilməyən hesab edilən 
nefti hərəkətə gətirər.


10 
Nefti məsaməli mühitdən mikroorqanozmlərlə sıxışdırmaq məqsədi 
ilə istifadə etmək ideyası 1926-cı ildə Bekman (J.W.Beckman); tərəfindən 
deyilmişdir. O təsdiq edirdi ki, bütün dünyada yataqlarda neftin böyük 
hissəsi çıxarılmamış qalır və onun çıxarılmasını artırmaq üçün yeni üsullar 
işləmək lazımdır. Bekman bu problemin həllində mikroorqanizmlərdən 
istifadənin mümkünlüyünü fərz edirdi.
Layların 
neftvermə 
artırılmasının 
mikrobioloji 
üsullarının 
laboratoriyada öyrənilməsi tədqiqatlarının pioneri Zobeldir (S.Е.ZoBell). 
Bu üsulların mədən sınaqları keçən əsrin 50-ci illərində ABŞ, SSRİ, 
Çexoslovakiya, Polşa (60-cı illərdə), Macarıstanda (60-cı illərdə), 
Rumıniyada (70-ci illərin əvvəllərində) həyata keçirilmişdir. Bütün bu 
ölkələrdə tədqiqatlar bu gün də davam etdirilir. 
Neftveriminin mikrobioloji üsullarla artırılmasına zəmin üçün üç 
fakt əsas götürüldü: neft yataqlarında mikroorqanizmlər var ki, onlar həyat 
qabiliyyətli olub lay şəraitində fəaldırlar; mikroorqanizmlər mürəkkəb 
karbohidrogen neftlərini daha sadə və harəkətli üzvü birləşmələrə 
çevirməyə, həmçinin nefti sıxışdırmaq qabiliyyətinə malik müxtəlif 
texnoloji fəal birləşmələr yaratmağa qadirdir; mikroorqanizmlər bilavasitə 
qalıq nefti olab lay zonasında fəal birləşmələr (SFM, turşular, qazlar və s.) 
istehsal etmək qabiliyyətinə malikdirlər. 
Mikroorqanizmlərdən layların neftveriminin yüksəldilməsi və neft 
hasilatının intensivləşdirilməsi üçün istifadənin prinsipial imkanları bir çox 
tədqiqatçılar tərəfindən qeyd edilmiş və uğurlu mədən eksperimentləri ilə 
təsdiq edilmişdir. Beləliklə, biotexnologiyanın istifadəsi üçün kifayıt qədər 
təcrübə vardır.
Gregory J., Mbaba P.E., Rebessa S., Belyayev S.S., Altunina L.K. və 
başqaları bu üsulları laboratoriya və mədən şəraitlərində öyrənərək 
təkmilləşdirmişlər. 
Mikrobioloq-alimlər əsas iki texnologiya növü təklif edirlər: birinci 
– mikroorqanizmləri fermenterlərdə yetişdirərək, onların həyat fəaliyyətinə 
səbəb olan tullantılarla laya vurulması, ikinci – layların özündə 
mikrofloranı müxtəlif maddələrlə, xüsusi halda melasla (tərkibində 40%-ə 
qədər şəkəri olan şəkər istehsalının çıxarı) aktivləşdirməklə.
Dissertasiyanın birinci fəslində neft hasilatının intensivləşdirilməsinə 
yönəlmiş yeni elmi-tədqiqat və laboratoriya işlərinin tədqiqi də 
aparılmışdır. 
Məlumdur ki, neft quyularının istismarının müəyyən dövründə 
quyunun hasilatının azalması baş verir. Bu əsasən neftin tərkibində olan 
ağır komponentlərin quyudibi zonada suxurun səthinə çökərək onun 


11 
keçiriciliyinin azalması hesabına baş verir. Bunun qarşısını almaq üçün isə 
çoxsaylı elmi-tədqiqat işləri aparılmışdır ki, burada məqsəd quyudibi 
zonada neftin süzülmə sahəsini genişləndirmək, bu sahənin ilkin 
keçiriciliyini bərpa etməkdir. Qeyd etmək lazımdır ki, quyudibi zonanın 
süzülmə sahəsinin azalmasına təsir göstərən amillərdən biri də quyunun 
düzgün mənimsənilməməsidir. Odur ki, bu sahədə də bir çox tədqiqat işləri 
aparılmış 
və 
təkliflər 
verilmişdir. 
Digər 
tərəfdən 
neftin 
ağır 
komponentlərinin quyudibi zonada süxurun səthinə çökməsi ilə də 
quyunun neft hasilatı azalmağa başlayır ki, bunun da qarşısının alınması 
üçün çoxsaylı tədqiqat işləri aparılmış və təkliflər verilmişdir. Bu sahədə 
olan məlum işlərin təhlili, bu işlərin müsbət və çatışmayan xüsusiyyətləri 
dissertasiyanın birinci fəslində təhlil olunaraq geniş izahat verilmişdir.
Bundan başqa dissertasiyanın birinci fəslində neft hasilatının 
intensivləşməsinə yönəlmiş mühüm tədbirlər sırasında, hasilatında suyun 
miqdarının artaraq neft hasulatının azalmasına səbəb olan sulaşmanın 
qarşısının alınmasına həsr olunmuş bir çox elmi-tədqiqat işləri də tədqiq 
olunmuş onların müsbət cəhətləri və çatışmamazlıqları göstərilmişdir. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin