Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə33/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   29   30   31   32   33   34   35   36   ...   147
 Saat 21.11.  

Hündürlük 10200 m.  

Sürət 870 km.  

Havanın temperaturu: – 510. 

«Tu-154»ün təyyarəçi kabinəsi. 

Ekipaj dörd nəfərdən ibarət idi:  

komandir, mühəndis, 

2-ci təyyarəçi, şturman. 

 

Təyyarə mühəndisi. Generatorların üçü də dayandı, komandir! 

Komandir. Qazı azaldın. Təcili enirik. 

Şturman. Sağa dönmək! Kursu 30 dərəcə artırmaq! 




 

219


2-ci təyyarəçi. Bakı! Bakı! 85 510. Təyyarədə nasazlıq var. Təyyarədə nasazlıq var! Təcili 

enirik. 


 

Birdən-birə sənin qulaqların batdı, elə bil burnun da tutuldu, sən təngnəfəs oldun 

və bütün dəhşəti ilə hiss etdin ki, daha boşluq içində uçmursan, bir daş parçası kimi, 

sürətlə düşürsən, elə bil ki, sıldırım qayadan qopub uçuruma gedirsən və  hər tərəf 

zülmət qaranlıqdır. Sən nə  sərnişinlərin səsini eşidirdin, nə  də stüardessanın 

dediklərini və bu qaranlıq içində elə bil ki, birdən-birə öz gözlərini gördün: gözlərin 

parıldayırdı, böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın və sən başa düşdün ki, artıq 

hər şey bitdi, bir ucuz ölüm səni uçurumun dibinə aparırdı, sonra bir an, cəmi bircə 

an sən özün özünə heyrət etdin, çünki sən bu dərəcədə qorxaq olduğunu bilməzdin 

və bu kəşf səni sarsıtdı, sənə elə gəldi ki, birdən-birə bütün için qanadı, qıpqırmızı 

qanla doldu. Sən yerindən qalxmaq istədin, qışqırmaq istədin, amma nə səsin çıxdı, 

nə də yerindən tərpəndin və birdən-birə atanın sifəti sənin gözlərinin qarşısına gəldi. 

Atan çox cavandı, sənin o uzaq keçmişdə qalmış cavanlığına oxşayırdı və əvvəllər 

sən onu yaxşı xatırlaya bilməzdin, amma indi sifətinin bütün cizgilərini gördün, 

sonra ananı gördün, sonra arvadını, oğlanlarını gördün, sonra müxtəlif simalar 

sürətlə  gəlib gözlərinin qabağından keçdi, uşaq vaxtı  eşitdiyin laylaları, bayatıları, 

nağılları xatırladın və bu dəm sənin beynində elə bir sürət var idi ki, həmin sürət səni 

uçurumun dibinə aparan sürəti də üstələmişdi və  sən indi tamamilə beynindəki 

sürətin ixtiyarında idin. Sənin bütün sinirlərində bir yalvarmaq ehtirası yaranmışdı, 

sən kiməsə, nəyəsə yalvarmaq istəyirdin, sən imdad istəyirdin, aman istəyirdin. Bir 

dəfə Süleyman peyğəmbərin yanına iki arvad gəldi və bu arvadlardan biri dedi: «– 

Ya peyğəmbər! Biz bir kişinin arvadıyıq, eyni vaxtda hərəmiz bir oğlan doğmuşuq. 

Dünən gecə bu arvad yuxulu olub, öz uşağı altında qalıb boğulub, sonra ölü uşağı 

gizlincə mənim yanıma qoyub, oğlumu götürüb. Balamı ondan alıb özümə qaytar». 

Ikinci arvad bu sözlərin hamısına böhtan dedi. Süleyman peyğəmbər göy gözlərini 

qıyıb arvadlara baxdı və elə bil ki, sən də bu dəm Süleyman peyğəmbərin o qıyılmış 

göy gözlərini gördün və bu gözlərin baxışı  sənin bütün içinə  işlədi. Sonra 

peyğəmbər uşağı  gətirtdirdi və  qılıncını hirslə  həmin uşağın başı üzərinə qaldırıb 

dedi: « – Indi uşağı  tən yarı bölüb hərənizə bir tərəfini verəcəyəm. Onda məndən 

razı qalarsınız». Birinci arvad özünü peyğəmbərin ayaqlarına atdı: « – Onu öldürmə! 

– dedi. – Ver bu arvada, kimə verirsən, ver, amma öldürmə!» Ikinci arvad: « – 

Hökmün  ədalətlidi, ya peyğəmbər!» – dedi və bundan sonra peyğəmbər uşağı  əsl 

anasına – birinci arvada verdi. Sən də özünü, bax, beləcə ayaq altına atmaq 

istəyirdin, imdad istəyirdin, amma o arvad ədalət istəyirdi, ədalət umurdu və ədalət 

də qalib gəldi, bəs, sən nə istəyirsən? 

 

 Saat 21.12.  



Hündürlük 9000 m.  

Sürət 870 km.  

  


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin