Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə31/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   27   28   29   30   31   32   33   34   ...   147
 

III 

 

Həmin avqust günü axşamçağı idi. 



Kərim müəllim şüşəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən 

durub bazara, dükana yox, əlaqədar idarələrə getməlidir ki, Paris səfərinin kağız-

kuğaz işlərini həll etsin və  məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu 

Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət, doğrusu, 

Kərim müəllimin xoşuna gəlirdi. 

Zəhra mətbəxdə qabları yuyurdu və yuya-yuya da fikirləşirdi ki, səhər durub 

halva çalmaq lazımdı və kişinin yoluna halva qoymaq lazımdı, çünki halva elə şeydi 

ki, heç vaxt xarab olmur, özü də adam doyuzduran şeydi, yoxsa ki, qərib ölkədi, nə 

bilirsən nə verəcəklər yeməyə, deyirlər ki, Fransada ilbiz yeyirlər, hələ deyirlər ki, 

eşşək əti də yeyirlər. 

Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını 

götürəcək və ümumiyyətlə, bu evdən biryolluq gedəcək, amma hamı yaxşı bilirdi ki, 

bir azdan Hamlet gəlib mətbəxdə oturacaqdı  və axşam yeməyini yeyəcəkdi, çünki 

Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı. 

Züleyxa yenə də böyük otaqda, divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və 

indi tamamilə  həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi və o yerdə ki, 

Züleyxa səliqə ilə gündəliyin səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü 

saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı, çünki rəfiqəsi sevdiyi o vəfasız 

oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin 

məhəbbətin sonuncu yadigarı idi. 

Şərqiyyə bayaq yarpaq dolması yedikləri mizin üstünə şal salıb uşağın əsgilərini 

ütüləyirdi. 

Uşaq balaca taxta çarpayısında uzanmışdı  və yenə  də  əllərini gözlərinin 

qabağında oynadırdı. 

Bu vaxt qapının zəngi çalındı. 

Kərim müəllim gəlib qapını açdı. 

Poçtalyon idi, Kərim müəllimə teleqram verdi və kağızına qol çəkdirib getdi. 

Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu. 

Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və 

heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu. 

Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və 

Kərim müəllimdən heç nə soruşmadı, teleqramı alıb özü oxudu və dedi: 

 – Axmaq Salman! Mən onun yerinə olsaydım, indi hamınızı  gətirtmişdim 

Parisə! 


Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi 

ki, Parisə Nuridə getsin, amma qanadına baxmamışdı ki, nə biləydi ki, axırı belə 

olacaq; sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı. 

Uşaq gözlərinin qabağında oynatdığı  əllərinə baxırdı, sonra Kərim müəllimə 

baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı. 

Kərim müəllim qalın qaşlarını çatdı: 

 – Hə, başladı yenə çığırmağa... – dedi. 

Züleyxa: 

 – Etiraz edir də! – dedi. 

Kərim müəllim qalın qaşlarını çatdı: 




 

215


 – Nə etiraz? Kimə etiraz edir? 

Züleyxa: 

 – Elə bizim hamımıza! – dedi. Sonra güldü: – Protest eləyir bizə! – Sonra da 

böyük otağa qayıtdı ki, o nakam məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə 

də tamaşa eləsin. 

Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi, gəlib pəncərənin 

qabağında dayandı  və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və  nərd 

oynayırdılar və  xəbərləri yox idi ki, bu gün səhərin gözü açılmamış sanitarlar bu 

bağdan neçə sahibsiz it apardılar, sonra Kərim müəllimin yadına düşdü ki, şəhər 

Sovetinə məktub yazmalıdır və bu günün işini sabaha qoymaq lazım deyil; qələm-

kağız götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı  və  Kərim 

müəllimin fikirlərini dağıdırdı. 

Uşağı kiritmək mümkün olmadı, gecə yorulub yatana qədər ağladı. 

 

 Avqust, 1983.  



Şüvəlan. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin