Şamil Vəliyev – 50


CƏNUBİ AZƏRBAYCAN LİRİKASINDA İCTİMAİ MOTİVLƏR



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   2   3   4   5   6   7   8   9   10   ...   63
Müqəddimə


62
Son  illərdə  Milli  Konservatoriyamızın    rektoru,  xalq  artisti  Şəyavuş  Kəriminin
xalq  musiqimiz  sahəsindəki    işləri  təqdirəlayiqdir.  O,  Norveç –Azərbaycan  musiqi
əlaqələri  sahəsində  beynəlxalq  aləmdə şöhrət  tapmaqla  dünya  musiqi  ictimaiyyətinin
diqqətini cəlb edir.
Ötən  illərdə  sənətşünaslıq  namizədi  Rafiq  Musazadənin  “Dügah”  muğamı  ilə
bağlı  qiymətli elmi araşdırması muğamsevərlərə ərmağan edilmişdir.
Xalq  artisti  Alim  Qasımovun  muğamı  dünya  səhnələrində  sevdirməsi  bu
möhtəşəm  mədəniyyət abidəsinin şöhrətlənməsinə əyani sübutdur.
Xalq  artisti  Ağaxan  Abdullayevin  də  muğam  ifaçılıq  sahəsində  xidmətləri
sevindiricidir.
Muğamın  son  illərdə dahd  geniş şöhrət  tapması,  genişlənməsi “H.Əliyev”
fondunun  prezidenti,  ölkənin  birinci  xanımı,  YUNESKO-nun  xoşməramlı  səfiri
Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın təəssübkeşliyi sayəsində
keçirilən  muğam  konsertləri,  ifaçılara  qayğı,  beynəlxalq  aləmdə  respublikamızda
muğamın  təbliği  ilə  bağlı  gördüyü  işlərin  analoqu  yoxdur. Şübhəsiz,  bütün  bunlar
hörmətli  prezidentimiz  İlham Əliyevin  bütün  sahələrə  olduğu  kimi,  mədəniyyətimizə,
milli-mənəvi dəyərlərimizə qayğı və məhəbbətinin təzahürüdür.
2
X                              X                            X
Muğam xalqın bütövlüyünü , mənəvi böyüklüyünü, tarix boyu nəsil-nəsil özünə
çatdırır. Nizamini, Xaqanini, Xətaini, Sabiri, Vahidi bizə muğam verib. Muğam onların
canında, qanında olub. Onlar muğamı öz istedadları ilə birləşdirib hikmət xəzinələri,
söz inciləri yaradıblar. Və nəhayət, muğam sevgi, məhəbbət sədasıdır.
Muğam bütün musiqi növlərinin sintezidir. Muğam  Ana Musiqidir. Bütövlükdə
Şərq musiqisinin və ərazicə Avropada yerləşən Yunanıstan muciqisinin deyil, o, Afrika-
Amerika  mənşəli  caz  musiqisinin  də  kökündə  duran  ən  qədim  tarixi  reallıqdır.  Buna
görə də  Muğamın  yaşca əlahiddə qoca olduğunu deməyə  tam  haqqımız  var. O,  bəşər
tarixi  ilə  birgə  yaranıb. Heç  şübhəsiz  dünyaya  yeni  gəlmiş  və  bilavasitə  biz  Azəri
türklərinin şaquli  istiqamətdə  birbaşa  babası  olmuş  Adam  muğam  oxumurdu.  Amma


63
Muğamın  yaşı  barədəki  fikirlərimiz  yazılı  tarixi  mənbəələrə  əsaslandığımdan
dediklərimizdə böyük həqiqət var. (T.V.Nüvədili. Əcdad. Sietl. ABŞ. 1997. səh5.)
Bu mənbələrə kezməzdən əvvəl Muğam Ana musiqisi kimi bütün Şərqdə mövcud
olduğunu vurğulayaq. Bu mənada son illərdə çap olunmuş məşhur muğam bilicisi prof.
Rafiq  İmraninin əsərlərinə  müraciət  edək. ”Muğam  tarixi“ (Bakı, Elm,  1998, 280s)  I
cild əsərinin  31-ci  səhifəsində  tərtib  etdiyi  1-ci  cədvəldə  müəllif  muğam janrlarının
yayıldığı əraziləri  göstərmişdir.  Orada  barəsində  heç  zaman  eşitmədiyimiz    Uyğur
makamına rast gələndə təəccübümüzü  heç cürə gizlədə bilməyən bu kitabın müəllifi,
Hind  makamlarının  cədvələ  salınmasına  da  təəccüblənməyə  bilmədim.  Əslində  Çin
Türküstanında  muğamın  mövcud  olduğu xəbərini  ilk  dəfədir  ki,  bu  əsərdən alırıq.
Bununla  belə,  Hind muğamlarının  cədvələ  salınmaması  görünür onların  ümumiləşmiş
məxsusi  adı  ilə  əlaqədardır.  Yəni  prof. İmrani, yalnız  muğam  və  ya  makan  adlanan
musiqi ərazilərini əhatə etməyə səy göstərib. Bildiyimiz kimi, hindlilər öz muğamlarını
Raq  adlandırırdılar.  Fəqət  Hind  raqlan  da  heç şübhəsiz  qərbdən  (Şumerdən) Şərqə -
Hindistan yarımadasma miqrasiyanın məhsulu olub, muğamın kökündən rişə almış özəl
musiqi  formasıdır.  Muğamın  Hinducə  tam  və  qəti  transfprmasiyasıdır  və  biz  Muğam
dünyasından danışanda bu nəhəng Muğam ərazisini nəzərə  almaya  bilmərik.  Bununla
belə cədvəl  muğamı ərazicə öyrənmək işində çox yaxşı vəsaitdir, kompasdır. R.İmran:
Muğam Şumerdən başlanır. Bakı, Elm 200, səh35.
Müəllif  yazır:  “Əvvəlki  bəhsdə  sxem şəklində  göstərilmiş  muğam  cədvəlində
Azərbaycan, fars, özbək, ərəb,türk xalqlarının ərazilərində inkişaf tapmış muğam sənəti
müstəqil şaxəni təmsil edir. Müstəqil şaxə əsrlər ərzində artıq bir növ özəlləşmiş sənət
nümunəsidir ki,  burada  milli  özünüdərketmə,  milli  çalar  daha  güclü  və  daha  realdır.
Buna  görə  də  Azərbaycan fars, ərəb,  özbək  muğam  (makan)  sənət  nümunələrini
eşidərkən  adi dinləyici  o  saat  onun  hansı  xalqın  musiqisi  olduğunu  asanlıqla
müəyyənləşdirir”. (R.İmrani. Muğam Şumerdən başlanır. Elm, 2000, səh35).
Hər  hansı  xalqın  mənəviyyatına  bələd  olmaq  istəyən,  onun  folkloruna  nəzər
salmaq və musiqisinə qulaq asmaq kifayətdir. Xalqımızın bədii təfəkkürünün qiymətli


64
məhsulu  olan  musiqi  folklorumuzda  torpağımızın  müqəddəsliyi,  namus  və  azadlıq
uğrunda  mübarizəmiz,    heyrətamiz  igidliklərimiz,  sevincimiz,  kədərimiz  öz  parlaq
əksini tapmışdır. Vətən məhəbbətindən, ağsaqqal-ağbirçək hörmətindən ürək dolusu söz
açan  bu  misilsiz  təranələr,  sözün  əsl  mənasında,  elimizin  mənəviyyat  pasportu  sayıla
bilər. Bu tükənməz xəzinəyə bələd olmaq vətən övladı kimi şərəfli ad daşıyan hər bir
elsevərin  ümdə  borcudur.  Azərbaycan şifahi-professional  musiqisinin  aparıcı janrı
nuğamatdır.  Qəliz  sturukturuna  ,  həcm  və  əhatə  dairəsinə,  fəlsəfi  mahiyyətinə  görə
muğamlar monumental və möhtəşəm sənət abidələridir.
Bəşər  tarixinin  müxtəlif  taleli şəxsiyyətləri  iki şeyə - ədəbiyyata  və  musiqiyə
böyük  maraq  göstərmiş,  ona  mənəvi  qaynaq  kimi  baxmışlar.  J.J.Russoya  görə,
musiqidəki “harmoniya təbiətin özündə bir prinsipdir”: buna görə də o, bütün xalqlar
üçün ümumidir.
Dünya ədəbiyyatı salnaməsində qiymətli sənət inciləri ilə xüsusi yer tutmuş Höte,
Balzak,Tolstoy və başqaları musiqini ilham mənbəyi, qüssə və kədəri dağıdan qüdrətli
vasitə kimi yüksək qiymətləndirmişlər.
Əbdi  bəy Şirazi  yazmışdır: ”Musiqi  cana  səfa və ürəyə şəfa bəxş  edəndir. Hey
ruha təsir edən, dəf dini-imanı aparan, ərqanun könüllərini qarət edən, cəng şur salan, ud
atəş  vuran,  tənbur  aşiq  oxşayan...  bərbat  bir  Babil  səhridir. Bax,  budur  musiqinin
qüdrəti”.
Musiqi  insanın  hiss  və  duyğularının  harmonik  ladlarda  ifadəsidir.  Çoxjanrlı,
müxtəlif  formalı  musiqi əsərləri  həyat,  təbiət  və  cəmiyyət  hadisələri  haqqında  insan
duyğularıdır. Bu duyğular insana əxlaqi gözəllik,  mənəvi saflıq; həyat eşqi bəxş edir,
insanı düşündürür, onu həyata bağlayır, humanizm və ədalətin təntənəsinə sonsuz inam
oyadır. Zəmanəmizin qüdrətli qəzəlxanı Ə.Vahid yazırdı:
Musiqi qəm dağıdır, zövq v erir insana,
Dərk etməz bunu onlar ki, səfalətləri var.


65
Musiqimiz çoxjanrlı, müxtəlif formalıdır. Fərəhli milli qürur hissi doğuran budur
ki, Azərbaycan musiqisi “bir çox xalqların qəlbinə yol aça bilir. Bu musiqi, xüsusilə,
Zaqafqaziya və Orta Asiya xalqlarına daha yaxındır. (Ü.Hacıbəyov).
Xalqın  mənəvi  sərvəti  olan  musiqimizin  yaşaması,  təbliği  və  inkişafında
musiqiçilərimizin əməyi böyük, rolu misilsizdir. Onların həyatı bir sıra məziyyətləri ilə
qeyri-adidir, hisslərin axarında söz və hərəkət musiqidən bir özgə qüvvət alaraq günəş
kimi hərarət verir. Bu yanğını, sevinci, kədəri, xalqın tarixini, eşqini, amalını yaşaya-
yaşaya çatdirmaq özü yanğınlardan salamat çıxmaq deməkdir.
Əhsən yqaradana...   (esse).
Muğam bir xəzinədir,açarıdır duyğular,
Muğamda sevinc də var, muğamda kədər də var.
Muğam mənim xalqımın misilsiz kamalıdır,
Tarixidir, eşqidir, arzusu, amalıdır.
B.Vahabzadə.
“ Musiqi ilə muğam dinləyirəm mən”
Musiqi ilə muğam dinləyirəm mən,
Muğamat nəğmələr xəzinəsidir.
Təmiz məhəbbətlə sevən, sevilən
Odlu ürəklərin vurğun səsidir.
“Rast”inda məna var göylərdən dərin,
“Şahnaz”sədasıdır düşüncələrin.
“Şur” Xəstə Qasımın, böyük Mirzənin,
Aşıq Ələsgərin zənguləsidir.
“Zabul”yada salır hicran qəmini,
“Qatar” xatırladır vüsal dəmini.


66
“Mahur”arzuların silsiləsini,
Məcnunlar, Kərəmlər nəşidəsidir.
“Bayatı-İsfahan”, “Bayatı-Şiraz”,
“Hicaz”dəsgahından heç doymaq olmaz.
Diqqətlə, həvəslə qulaq as bir az,
Ürək tellərinin dəfinəsidir.
“Segah”ı nə zaman dinləyirəm mən,
Duyğular karvanı keçir qəlbimdən.
Gözəl “heyratı”nı elə bil ki, sən,
Qoç Koroğlumuzun cəngi səsidir.
Çıxıb seyrəngaha bir al səhərdə,
Qulağını bir ver “Bayatı kürdə”.
Dayan “Səmayi-Şəms” oxunan yerdə,
Gör: Necə kamanın inləməsidir?
Bu yurdun kamança, qaval səsi də,
Çoban tütəyinin gur nəfəsi də.
Şirin “Gəraylı”sı, “Şikəstə”si də,
Coşğun bir musiqi şəlaləsidir.
Səs  salmayın,  bacılar,sakit  olun,  qardaşlar, əl  saxlayın,  uşaqlar... musiqi  ilə
muğam  dinləyirəm  mən.  Maraqlı,  təsirli, mənalı  bir  hekayət  dinləyirəm  mən, muğam
dinləyəndə...  lazım  deyil, yazmayın  Dədəm  Qorqudun  tarixini, yanıla  bilərsiz,  yalnış
yazarsınız.  O  vaxt  yaşamamışsız, ancaq  muğam  yaşayıb.  O  mənə  hər şeyi  söyləyir,


67
nurani aşıq sazını öz doğma balası kimi  bağrına basıb simlərin dillərilə mənə Dədəm
Qorquddan  danışır. Qəm  karvanı  Fizulinin  qürbətdə  keçmiş  həyatından  danışmayın,
çünki bir az öncə qoca xanəndə Fizulinin məhəbbət və kədər dolu qəzəlini muğam üstə
oxuya-oxuya ulu şairin özünü buraya “gətirmişdi”.
Mən  o  müdrik  insanı  lap  yaxından  gördüm, əlçatmaz  sevgisi  önündə  səcdə
elədim,  ətəyindən  öpdüm. O sanki  bahar  günəşi  idi.  Hərarəti  məni yandırmadı,  odlu
nəfəsi qəlbimi, varlığımı isindirdi və..... məni birdə sevmək üçün məhəbbətin qucağına
atdı.
Hər şeyi,  hər  sirri  mənə  muğam  öyrədib  və  muğam  öyrədir:  Vətəni,  xalqı
sevməyi, böyüyə hörməti, Allaha tapınmağı, ədəbi-ərkanı, bu böyük dünyanı....
Beşiyimiz başında analar muğam üstə layla dedilər. Hər gün müəzzin bizi Allah
yoluna – həqiqətə  muğam  üstə  səsləyir,  bizi  ulu  yaradanla  musiqinin  gücü  ilə
qovuşdurur. Toylarımız da muğamla başlayır, muğamla yaşayır, muğamla sona yetir.
Muğam  təmizlikdir,  muğam  haqq  və  ədalətdir.  Muğam  saflıqdır, paklıqdır,
qeyrətdir,  namusdur.  Muğam    vətənin  keşikçisidir,  muğam  xalqın  özüdür.  Muğam
olsaydı  xalqımız  öz  tarixini,  türklüyünü, əqidəsini,  dinini,  dilini  itirib  kim  bilir  nəyə
çevriləcəkdi....
Muğam  xalqın  bütövlüyünü,  mənəvi  böyüklüyünü  tarix  boyu  nəsil-nəsil  özünə
çatdırır.  Nizamini,  Fizulini, Nəsimini,  Xəqanini,  Xətaini,  Seyid  Əzimi,  Sabiri,  Vahidi
bizə muğam verib. Muğam onların canında, qanında olub. Onlar muğamı öz istedadları
ilə  birləşdirib  hikmət  xəzinələri,  söz inciləri  yaradıblar  və  nəhayət,  muğam
sevgi,məhəbbət sədasıdır.
Ah,  muğam  sədası  gəldi,  hər şey  gözəlləşdi,  çiçəklər  boy  atıb  pöhrələndi,  dağ
şəlaləsi  axıb  çağladı,bülbüllər  cəh-cəh  vurdu,  səhrada  çiçək  açdı,  qurumuş  düzənlərə
göy  dolu  su  çiləndi,  göydən  zər  səpələndi.  Muğam  sədası  gəldi,  mələk  kimi  ucaboy,
incəbel qızlar qızılgüllərin, çiçəklərin arasıyla, üstlərinə zər səpələnərkən, yağış onları
islada-islada    gülüşərək  qaçışdılar,  səsləri  bülbüllərin  cəh-cəhinə  qarışdı.  Donları
yağışdan  islanıb  bədənlərinə  yapışdı.  Qızılı  saçlardan  süzülən  yağış  damlaları  qönçə


68
qızılgüllərin  ləçəklərində  mirvariləşdi,qönçələr  körpə  dodaqları  tək  açıldı....  Muğam
sədası  gəldi.  Müqəddəs    torpağımıza  göz  dikənlər  musiqinin  gücü,  sehri  qarşısında
məğlub  olurlar.  Muğam  yenilməz  bir  ordu  kimi  hücum  çəkir;  muğam  bir  torpağın
təkindən  çıxır  və  düşmənlərə  qarşı  bir  qəzəb  seli  kimi  axıb  gurlayır.  Muğam  şimşək
saçan qılınc kimi onları kəsir.
Muğam    sədası  gəldi.  Azərbaycanın  tarixini  nəyin  bahasına  olur-olsun  İslam
dininə qarşı çevirən, onu mərkəzə yarınmaq məqsədi ilə türkü türklərin düşməni kimi
göstərmək  istəyən  üzdəniraq  tarixçilərin  bağrı  çatladı.  Muğam    sədası  gəldi,  hər şeyi
rüşvətlə ölçən, pulu kilolarla rüşvət alanların əli qurudu. Muğam sədası gəldi, özündən
vəzifəcə  kiçiklərə  ağalıq  eləmək  istəyən,  vəzifəcə  böyüklərə  yeddi  qat  əyilən
simasızların sifəti dəyişib daha qorxulu oldu.
....Sakit  olun  qardaşlar,  bacılar, əl  saxlayın cavanlar,  uşaqlar,  muğama  qulaq
asıram, siz də qulaq asın. Qulaq asmaq azdır, sevin muğamı və bu sevgidən dostlarınıza,
özünüzdən kiçiklərə,  övladlarınıza  pay  ayırın. Inanın mənə, hamımız  muğamı  sevsək,
torpaqlarımızda  humanizm  və  ədalət  bərqərar  olacaq,  xəbislik  ürəklərdən    silinəcək,
daşlar da gül bitirəcək.
Muğam ən yaxşı əxlaq dərsidir, muğam bir-birimizə hörmət etməyi, bir-birimizin
qədrini  bilməyi,  alicənablığı,  müdrikliyi  öyrədəcək.  Çünki  muğam  məhəbbətdən
yaranıb.  Məhəbbəti,  eşqi  ulu Tanrı  hələ  həyat  yox  ikən  Aləmdə  icad  edib, muğamı
sevmək Tanrını sevməkdi, sevin muğamı.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin