Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə63/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   55   56   57   58   59   60   61   62   63
Mirjəfər Pişəvəri
(1892-1947)
Güney Azərbayjanı ədəbiyyatında ijtimai-siyasi, ədəbi-bədii, publisitik və
tərjüməçilik fəaliyyətinin miqyası, genişliyi, rəngarəng və zənginliyi ilə seçilən böyük
şəxsiyyətlərdən biri Mir Jəfər Pişəvəridir /Javadzadə Xalxali/. Güney Azərbayjanda
dünyaya göz açan Mir Jəfər 13 yaşında olarkən dövrün iqtisadi, ijtimai bəlaları onun
ailəsini də Bakıya köçməyə məjbur etmişdir. O, Quzey Azərbayjanında təhsilini davam
etdirməklə yanaşı işləməyə başlamış, siyasi fəaliyyət meydanına atılmışdır. İran Sosial
Demokrat Partiyasının Qafqazdakı təşkilatlarında fəaliyyət göstərən M.J.Pişəvəri elə
burada mətbuat aləminə qədəm qoymuş,  «Azərbayjan jüzi layənfəkki İran»,
«Hürriyyət» qəzetlərində müxbir və redaktor kimi çalışmışdır. O, eyni zamanda
iranlıların «İttihad» mədrəsəsində müəllimlik etmişdir.  1920-ji ildə İrana qayıdan
Pişəvəri demokratik hərəkatın genişlənməsində fəallıq göstərmiş, Gilan Respublikasının
xariji işlər naziri işləmiş, İran Kommunist Partiyasının qurultayında iştirak etmiş,
«Həqiqət» qəzetinin nəşrinə də nail olmuşdur. İrana qayıtdıqdan sonra həbs edilərək on
bir il Qəsri-Qajar zindanında yatmış, 1941-ji ildə Rza xan diktatorluğu süqut etdikdən
sonra həbsdən azad edilmişdir. Bundan sonra daha əzm və qətiyyətlə siyasi mübarizə
meydanına atılmış, «Acir» qəzetinin nəşrinə başlamış, «Mətbuatın azadlıq jəbhəsi» adlı
leqal təşkilatın işini janlandırmış, Azərbayjan Demokrat Firqəsini yaradaraq ona
rəhbərlik etmiş, Azərbayjan Milli hökümətinin baş naziri olmuşdur. Bütün bunlarla
yanaşı, M.J.Pişəvəri tənqidlə məşğul olmuş, hekayələr yazmış, ijtimai-siyasi
publisistikanın gözəl nümunələrini qələmə almış, tərjüməçilik bajarığını nümayiş
etdirmişdir. Azərbayjanda inqilabi hərəkət tarixinin salnaməsi üçün mənbə, qaynaq rolu


330
oynayan məqalə və xatirələr yazmış, tarixi məruzə və nitqlər söyləmişdir. Qısa, lakin
Azərbayjan xalqının mübarizələr və dövlət qurujuluğu tarixi, mədəniyyətinin inkişafı
salnaməsi ilə sıx bağlı olan bir ömür yaşamış, bütün varlığı ilə Azərbayjana, onun
sabahı və gələjəyinə bağlı olmuşdur. M.J.Pişəvəri 1947-ji ildə müəmmalı şəkildə
avtomobil qəzasına düşüb dünyasını dəyişmişdir. Onun adı və fəaliyyəti bir neçə il
diqqətdən kənarda qalmışdır. 80-jı illərdən etibarən onun əsərləri toplanmağa, tərjümə
və nəşr olunmağa başlamışdır. Azərbayjanda demokratik hərəkat tarixinin araşdırılma
prosesində M.J.Pişəvərinin xidmətləri qeyd olunmuşdur.
M.J.Pişəvərinin adı vəfatından sonrakı illərdə müəyyən dərəjədə kölgədə
qalmışdır. Doğrudur, İ.V.Stalinin ölümü və M.J.Bağırovun məhkəmə prosesindən sonra
Mir Jəfər Pişəvərinin ədəbi-bədii, publisistik irsi, ijtimai-siyasi fəaliyyəti barədə yazılar
mətbuatda görünməyə başlayır. Bu sahədə ilk sistemli iş filologiya elmləri doktoru,
prof. Həmid Məmmədzadəyə məxsusdur. Müəllif 1955-ji ildə müdafiə etdiyi «İnqilabçı,
curnalist, yazıçı Pişəvəri» adlı namizədlik dissertasiyasında M.J.Pişəvərini bir inqilabçı,
bir curnalist və yazıçı kimi tədqiq etmişdir. H.Məmmədzadə görkəmli şəxsiyyətin
bioqrafiyası ilə bağlı ilkin olaraq məlumat vermiş, daha çox onun publisistik yazılarını
araşdırmış, «Zindan xatirələri dəftərindən» adlı povestini təhlilə jəlb etmişdir. Əlbəttə,
H. Məmmədzadənin bu sahədəki xidmətlərinə kölgə salmaq niyyətində olmadan
obyektivlik naminə deyək ki, müəllif Pişəvərinin «Müsavat» hakimiyyətinə tənqidi
münasibətlərini tədqiqatın aparıldığı illərin ideoloci çərçivəsindən bir qədər
«dərinləşdirilmiş», Pişəvərinin əsərlərində olmayan fikirləri də «Musavat»ı pisləmək
naminə montaclar edərək musavatçıları dilimizi təhqir etməkdə, kəndliləri ağır həyata
sövq etməkdə, milli ədəbiyyatımıza maneələr törətməkdə günahlandırmışdır. Lakin bu
və ya digər ideoloci təhlil qüsurlarına baxmayaraq həmin əsər M.J.Pişəvərinin həyatı və
şəxsiyyəti, yaradıjılığı haqqında yazılmış ilk tədqiqat kimi dəyərlidir. Sonrakı illərdə
M.J.Pişəvərinin anadan olmasının 90, 100 illiyi münasibətilə, Azərbayjan Demokratik
firqəsinin yaranması və fəaliyyəti mövzusunda araşdırmalar aparılmış, qəzet və
curnallar vasitəsilə geniş oxuju kütləsinə çatdırılmışdır. Bu baxımdan M.İbrahimov,


331
J.X.Hajıyev, Ə.Əminzadə, T.Musəvi, H.Jiddi, M. Çeşmazər və başqalarının qələm
məhsulları təqdirəlayiqdir.  1984-jü ildə «Azərnəşr» Azərbayjan Demokrat firqəsinin
banisi və rəhbəri M.J.Pişəvərinin «Seçilmiş əsərləri»ni çapdan buraxdı. Təxminən 24
çap vərəqi həjmində olan əsərin əvvəlində «Redaktordan» başlıqlı hissədə M.J.Pişəvəri
«Görkəmli siyasi və ijtimai xadim olmaqla yanaşı, həm də gözəl alim, qüdrətli publisist,
istedadlı yazıçı» kimi təqdim olunmuşdur. Kitabda Mir Jəfər Pişəvərinin həyat və
fəaliyyəti haqqında bir çap vərəqi yarım həjmində bəhs olunmuşdur. Burada əsas yer
Pişəvərinin İranda və Azərbayjandakı inqilabi fəalyyətinin təhlil və təsvirinə verilsə də,
Mir Jəfər Javadzadənin ijtimai fəaliyyəti ilə sıx bağlı olan publisistik və ədəbi
yaradıjılığı sahəsinə də toxunulmuşdur. Lakin burada da onun ədəbi-bədii yaradıjılığı,
tərjümələri, publisistikası, ümumiyyətlə əsərlərinin dil-üslub xüsusiyyətləri geniş
işıqlandırılmamışdır.  «Azərbayjan klassik irsi» seriyasından «Elm» nəşriyyatı
tərəfindən buraxılmış 4 jildlik «Jənubi Azərbayjan ədəbiyyatı antalogiya»sında Güney
Azərbayjanı şair və yazıçılarının, o jümlədən M.J.Pişəvərinin şeyrləri, hekayələri və s.
nəşr olunmuşdur.
M.J.Pişəvərinin həyatı onun ijtimai fəaliyyəti ilə daha çox əlaqəlidir. Həmin
fəaliyyət isə Azərbayjan xalqının muxtariyyət qazanmaq uğrunda mübarizəsi salnaməsi
ilə sıx bağlıdır.  1906-1946-jı illərdə İranda milli azadlıq və demokratik hərəkat
məsələləri müxtəlif dövrlərdə H.Həsənov, İ.İbrahimi, Ş.Javidi, Ə.Əmidi-Nuri,
V.Duqlas, V.İqelton, J.Lençovski, R.Fray, S.Zəbih və başqaları İranda demokratik
hərəkat tarixindən yazarkən Azərbayjan Demokratik Partiyasının fəaliyyətinə işıq salır,
xalq hakimiyyətini obyektiv dəyərləndirirlər. Azərbayjan Milli Hökümətinin tarixi isə,
bəllidir ki, M.J.Pişəvərinin həyat və fəaliyyəti ilə yaxından əlaqəlidir. Bu baxımdan
mövjud tədqiqatları təhlil süzgəjindən keçirən, Azərbayjan Demokrat Partiyasının
yaranması, azadlıq hərəkatının qələbəsi və xalq hakimiyyəti tədbirlərinin həyata
keçirilməsi uğrunda mübarizəsi məsələlərini şərh edən M.M.Çeşmazərin kitabı tarixi
dəyərinə görə seçilir.


332
Son illərdə filologiya elmləri doktoru, professor Vüqar Əhməd «M.J.Pişəvərinin
həyatı, mühiti və yaradıjılığı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və
eyni adlı monoqrafiya (1998) çap etdirmişdir. Adından da göründüyü kimi ilk dəfə
yundamental şəkildə Pişəvərinin siyasi, tarixi fəaliyyəti və ədəbi-bədii yaradıjılığı
tədqiqata jəlb olunmuşdur. Daha sonra bu tədqiqat işi «Cizn procitaya v borbe» (2002)
adı altında rusdilli oxujulara təqdim olunmuşdur.
Bu yaxınlarda çap olunan jənubşunas alim, tarix elmləri namizədi Əkrəm
Rəhimlinin (Bice)  «Mübarizə burulğanlarında keçən ömür: S.J.Pişəvəri»  (2009) adlı
monoqrafiyasında Pişəvərinin tarixi və siyasi fəaliyyəti geniş şəkildə öz əksini tapıb.
* * *
Mir Jəfər Seyid Javad oğlu Javadzadə Xalxali (Mir Jəfər Pişəvəri) 1892-ji ildə
Güney Azərbayjanının Xalxal mahalındakı Zivə obasında /Zaviyə-sadat/ anadan
olmuşdur. Yoxsul ruhani atasından oxuyub yazmağı öyrənmiş, kənddə ilkin təhsil
almışdı. Zaviyədə ağaların özbaşınalığı, feodalların zülmü Seyid Javadın da ailəsindən
yan ötüşmürdü. Kəndlilərin məşəqqətli həyatı hələ uşaqlıq çağlarından Pişəvərinin
xatirində dərin iz buraxmış, onu düşündürmüşdür. Bu ajı uşaqlıq xatirələri sonralar
Javadzadə yaradıjılığında özünün bədii əksini tapmışdır. Belə ki, görkəmli ijtimai
xadim, böyük ədib uşaq vaxtlarında müşahidə etdiyi hadisələri – soyuq qış günlərində
kəndlilərin bir parça çörək dalınja şəhərlərə getmələrini, ərbabların və xanların zülmü
nətijəsində onların tərki-vətən olmalarını, bir çox həmvətənlərinin Bakı mədənlərinə
pənah aparmalarını və fajiəli, ajınajaqlı həyat səhnələrini sonralar əsərlərində tez-tez
yad etmişdir.
1905-ji ildə Javadzadələr ailəsi Bakıya köçməyə məjbur olur. Onda Mir Jəfər
Javadzadənin 13 yaşı vardı. Bakının Bülbülə kəndində məskunlaşan Seyid Javad
oğlunun təhsilinə xüsusi diqqət vermişdir. Bakıda «İttihad» məktəbinə daxil olan Mir
Jəfər 1913-jü ildə təhsilini başa vurub, 21 yaşında ilk əmək fəaliyyətinə başlamışdır.
O dövrün başlıja maarifçilik şüarlarndan biri dünyəvi təhsil verən məktəb
şəbəkəsinin genişləndirilməsi idi. Bunu Aəzrbayjan xalqının maariflənməsi kimi tarixi


333
zərurət tələb edirdi. Uşaqlıq və gənjlik illərini geniş bilik və mükəmməl savada malik
olmaq naminə sərf etmiş Mir Jəfər N.Nərimanovun «Məktəb. Məktəb! Bizi anjaq o
xilas edər!» - fikrini-ideyasını bir növ həyata keçirmək niyyətilə 1913-jü ildə indi
qəsəbəyə çevrilmiş Xırdalan kəndində məktəb təşkil etmişdir. S.M.Qənizadə,
H.Mahmudov, S.S.Axundov, M.Mahmudbəyov, N.Nərimanov kimi xalqın balalarına
dünyəvi təhsil, özü də ana dilində təhsil vermək istəyən sələfləri tək M.J.Pişəvəri də
uşaqlara «təhsil etməyə» böyük həvəsi olduğunu qeyd edirdi:  «Məktəbi bitirdikdən
sonra müəllim oldum. Təhsil etməyə, kitab oxumağa olan böyük həvəsim sayəsində
iyirmi yaşa çatanadək bütün boş vaxtlarımı kitabxanalarda keçirərdim. Tarix, ədəbiyyat
və fəlsəfə sahələrinə aid kitablara daha çox meyl göstərərdim. Belə bir mövqedə birinji
dünya müharibəsi və onun ardınja böyük Rusiya inqilabı baş verdi». Birinji dünya
müharibəsi illərinin hadisələri, daha sonra 1917-ji ildə Rusiyada baş verən inqilabi
hərəkat «vətəninin və millətinin nijat və səadətini Rusiya inqilabçılarının istədikləri
quruluşun əldə edilməsinə bağlı» olduğunu söyləyən Mir Jəfəri yerindən tərpədərək
siyasi mübarizə meydanına atır.
Özünün inqilabi mübarizə meydanına daxil olmasının səbəbini Pişəvəri iki faktorla
əlaqələndirirdi. Özünü «Rusiyada yaşayan millətlərin azadlıq mübarizəsində yaxından
iştirak etmiş İran gənjlərindən» biri hesab edən Xalxalini «bu şərəfli fəaliyyətə jəlb
edən» başlıja amil onun: «azadlıq uğrunda mübarizə işinə böyük rəğbət» idi. Mənsub
olduğu milləti haqqında düşünjələri «Mir Jəfər Seyid Javadzadə» imzası ilə dərj
olunmuş məlumatın müəllifini sistemli, şüurlu və ardıjıl mübarizə meydanına təhrik
edirdi. Az sonra 1918-ji ilin yanvarında Mir Jəfər Pişəvəri artıq İran Demokrat Partiyası
Bakı təşkilatının «Azərbayjan jüzi layənfəkki İran» qəzetində əməkdaşlığa başlayır. «Bu
dövrdə ən çox fəaliyyət göstərən mühərrirlərdən» biri kimi səjiyyələndirilən
M.J.Pişəvəri qəzetin ilk nömrələrindən başlayaraq qələm məhsullarında İran mütərəqqi
ijtimai qüvvələrinin fəaliyyəti, Rusiyada yaradılan fəhlə-kəndli höküməti, Avropa
müstəmləkəçilərinin, xüsusən İngiltərə hökümətinin həyata keçirdiyi jinayət
faktlarından söhbət açır, fikir və mülahizələrini əsaslandırmağa çalışırdı. Hələlik


334
mətbuat aləmində ilkin addımlarını atan mühərririn yazılarında diqqəti jəlb edən başlıja
tərəflər aşağıdakılar idi:
1. Müəllif İranda yaşayan xalqların düşdükləri ağır vəziyyətin ijtimai-siyasi səbəb
və amillərini aydın görür, yanılmadan göstərirdi, o, həqiqəti söyləyirdi.
2. Pişəvəri «vaxtın çatdığı, yatmaq zamanı deyil, iş görmək lazım olduğu» fikrini
qətiyyətlə irəli sürür, irtija və imperializm, müstəmləkəçilik və despotizm əleyhinə
mübarizədə İran xalqlarının ittihad və ittifaqının təmin olunmasını başlıja şərt hesab
edirdi.
1919-ju ilin ortalarında Məhəmməd Fətullazadə, Yusif Yəqub və Bəhram
Ağazadənin zəmanəti ilə İran Ədalət Partiyasının Bakı təşkilatı sıralarına daxil olan
Pişəvəri eyni zamanda tərəqqipərvər iranlıların açdıqları «İttihad» mədrəsəsində
müəllimlik edir, partiyanın tapşırıqlarını yerinə yetirir, üstəlik «Hümmət» sosial-
demokrat qrupu ilə əlaqə saxlayırdı. Onun N.Nərimanovla əməkdaşlıq etməsi ijtimai
şüurunun genişləndirməsinə güjlü təsir göstərirdi.
Pişəvəri bioqrafiyası ilə tanışlıq göstərir ki, o, qəlbinin və ağlının hökmü ilə
mübarizə meydanına atıldığı ilk dövrlərdən başlayaraq hadisələrə qiymət vermək, xalqı
azadlığa çıxarmaq yolunda əsl fədai kimi çarpışmaq istəyirdi. Bu mübarizədə o, ilkin
vasitə olaraq mətbuatı götürmüş, müəllimlik fəaliyyəti ilə yanaşı, publisistika aləminə
daxil olmuşdu. Əslində bu, tarixi bir forma idi, dünya miqyaslı inqilabçıların
fəaliyyətində özünü təjrübədə təsdiq etmiş bir vasitə sayılırdı. Dövrünün fəlsəfi, tarixi
və ədəbi mənbələrini öyrənməyə böyük marağı olmuş M.J.Pişəvəri «Açıq söz»
qəzetindən sonra İran Sosial Demokrat Partiyasının orqanı olan «Azərbayjan» və
«Hümmət» qəzetlərində yazılar dərj etdirir.
İranda Rza şah və əlaltılarının recimlərinin dağıdılması ikiqat zülm altında
yaşayan Azərbayjan xalqının mübarizəsinə şərait yaratdı, xalq ayağa qalxıb mübarizəyə
başladı.


335
Rza şahın qanlı recimi süqut etdikdən sonra, Təbriz azadxahları tərəfindən bu
şəhərdə «Azərbayjan jəmiyyəti» adlı bir qrup yarandı, jəmiyyətin «Azərbayjan» adlı
orqanı nəşrə başladı /naşirləri Əli Şəbustəri və İsmayıl Şəms idi/. Xalqın haqq səsi olan
bu qəzet Azərbayjan və fars dillərində çıxırdı.  «Azərbayjan» qəzetinin nəşri Rza şah
reciminin tör-töküntülərini və şovinist dairələri bərk qorxuya saldı. Onlar «Azərbayjan
jəmiyyəti»nin ünvanına minlərlə töhmət deyib, ona qara yaxmağa başladılar. Jəmiyyətin
üzvlərini araqarışdıran, ayrılıq salan… adlandırırdılar. Tehranda və İranın digər
şəhərlərində qəzetin yayılmasının qabağını alırdılar.
1945-ji il dekabrın 12-də Təbriz şəhərində Azərbayjan Milli Məjlisi açıldı və
həmin gün Azərbayjan Milli höküməti təşkil oldu.  12-13 dekabr günlərində görülən
bütün mühüm inqilabi əhəmiyyətli işlər – Təbrizi mühasirə etmiş fədai qüvvələrinin
Təbrizə daxil olması; Azərbayjan Milli Məjlisinin açılışı, məjlisin daxili
nizamnaməsinin yazılması və qəbul edilməsi; Azərbayjan Milli Hökümətinin tərkibi və
iş proqramının hazırlanaraq Milli Məjlisin müzakirəsinə verilib təsdiqinin təklif
olunması; İran hökümətinin Təbriz şəhərindəki candarm, polis və qoşun qüvvələrinin
təslim olması haqqında onun komandanları ilə danışıq ADP MK tərəfindən, Pişəvərinin
bilavasitə rəhbərliyi ilə aparılmışdır. Beləliklə, İranda yaranmış vəziyyət Azərbayjan
Demokrat Firqəsini qəti hərəkət etməyə məjbur etdi. Silahlı hərəkatın nətijəsi olaraq şah
qoşunlarından təmizlənmiş Azərbayjan özünün milli hökümətini yaratmalı oldu.
Pişəvəri sədr /baş nazir/ olmaqla, daxili işlər, xalq qoşunları, kənd təsərrüfatı, maarif,
səhiyyə, maliyyə, ədliyyə, yol, poçt, teleqraf və telefon, tijarət, iqtisad, iş və zəhmət
nazirliklərindən ibarət Nazirlər Şurası yaradıldı.  /İran daxilində Azərbayjan
muxtariyyəti prinsipinə və Azərbayjan Milli Məjlisinin həmin prinsipi gözləyən daxili
nizamnaməsinə uyğun olaraq Azərbayjan Milli hökuməti tərkibində hərbi və xariji işlər
nazirlikləri yaradılmadı/. Milli Məjlis Z.Qiyamini Azərbayjan Ali məhkəməsinin rəisi
və F. İbrahimini Azərbayjanın baş prokuroru seçdi.
Milli hökümət ADF-nin 12 bənddən ibarət Azərbayjan və rus dillərində yaydığı


336
mürajiətnaməni – xalqın istəkləri, arzu və ehtiyajları aydın bir şəkildə göstərilmiş
şüarları reallaşdırmağı başlıja vəzifəsi hesab edirdi.
Demokrat Firqəsinin əsas vəzifəsi Azərbayjan xalqının milli azadlığı idi, İranın
daxilində onun milli muxtariyyəti idi. M.J.Pişəvəri ADP-nin və Azərbayjan Milli
hökümətinin yaranması uğrunda mübarizədə son dərəjə mühüm rol oynamış, partiyanın
Mərkəzi Komitəsinin sədri və Milli hökümətin baş naziri olaraq partiya proqramının və
Milli hökümətin iş proqramının həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir.
Tədqiqatlar göstərir ki, Azərbayjan Milli höküməti çox qısa müddətdə fəaliyyət
göstərməsinə baxmayaraq böyük və vajib işlər görməyə müvəffəq olmuşdur: xalq
ordusu yaranmış, Təbriz darülfünu açılmış, Azərbayjan dili rəsmi dövlət dili elan
edilmiş, Təbriz radiosu, filarmoniyası təsis edilmiş, torpaq kəndlilər arasında bölünmüş
və s.
Azərbayjan Demokrat partiyasının fəaliyyəti, milli hökümətin uğurları İranın
mərkəzi hökümətini haldan çıxarırdı. Hazırlanan gizli plan üzrə demokratiyaya qarşı
qanlı jinayətlər hazırlanırdı. Kiçik güzəştlərlə, müxtəlif danışıqlıqlarla İran höküməti
Azərbayjan Demokrat partiyasının sayıqlığının itirilməsinə və vaxt qazanmağa
müvəffəq oldu. Qəvamüs-səltənə başda olmaqla ABŞ-dan silah və döyüş sürsatı alan
İran İngiltərənin sərhəddə yeritdiyi, limanlara gətirdiyi qüvvələrə arxalanaraq, İranın
qatı irtijaçılardan ibarət yeni höküməti bütün demokratik qurumlara və ilk növbədə
Azərbayjanın Milli hökümətinə qarşı hüjuma başladı.
Azərbayjan Əyalət Ənjüməni imperializmin avantürası altına düşməmək və İran
daxilində qardaş qırğınlarının qarşısını almaq kimi humanist bir qərar qəbul edib, İran
silahlı qüvvələrinə müqavimət göstərməmək barədə göstəriş verdi.
Beləliklə, Demokrat Partiyasının Milli hökümətinin rəhbərliyi altında yeni bir
dövr başlamış Azərbayjanda bir il ərzində görülmüş bütün işlər məhv edildi: minlərlə
adam sorğu – sualsız küçələrdə öldürüldü: fədai başçıları, zabitlər, partiya üzvləri edam


337
olundular. İran hökümətinin qoşunları tərəfindən Azərbayjanda 25 minə yaxın adam
məhv edildi. Noyabr ayının axırlarından başlayaraq 50 mindən artıq nəfəri olan qoşun,
50-yə qədər təyyarə,  174 top,  3 minə yaxın ağır pulemyot və başqa silahlarla üç
istiqamətdə Azərbayjan üzərinə hüjuma başladı.
Pişəvəri belə bir vaxtda İran qüvvələrinə təslim olmaqdan imtina etdi, lakin
doktor Javid və Əli Şəbustəri Tehrana göndərdikləri teleqramla təslim olduqlarını
bildirdilər. M.J.Pişəvəri Təbrizi tərk etməli oldu. Azərbayjan Demokrat Partiyasının 19
yanvar 1947-ji il tarixli ijlasında Məhəmməd Biriya Mərkəzi Komitənin I katibi seçildi.
8 mindən artıq azərbayjanlı sovet səfirliyinə mürajiət edərək siyasi sığınajaq aldı və
Sovet Azərbayjanına pənah apardı.
Quzey Azərbayjanına üz
tütan soydaşlarımızın həyatı burada da xoş
keçməmişdir. Onlar toplu halda Azərbayjanın ayrı-ayrı bölgələrində yerləşdirildilər. Bu
məskunlaşma məntəqələrində DTK-nın və daxili işlər orqanlarının nəzarəti altında
yaşamalı oldular. Onların bir qismi sonralar müxtəlif siyasi ittihamlarla Rusiyanın
soyuq nöqtələrinə sürgünə göndərildilər.  1946-jı ilin əvvəllərində Qəvamüssəltənə
İranın baş naziri Bəkilsül Mülkün yerinə keçdi. O, baş nazir olduqdan sonra Moskvaya
gedib Stalinlə görüşdü. İranın Şimal neftinin 49 faizi İranın, 51 faizi Sovetlərin olmaqla
Azərbayjan hərəkatını yatırmaq şərtilə müqavilə bağladı. Amma bu müqavilə İran
məjlisində qəbul ediləndən sonra qüvvəyə minməli idi. Məjlis müqaviləni təsdiq etmədi,
anjaq Stalin vasitəsilə /Azərbayjan xalqının qəddar düşməni/ Azərbayjanın milli
hökümətini dağıtdı. Stalinin xəyanəti nətijəsində şah jəlladları Azərbayjana hüjum etdi,
milli hökümət başçıları müqavimət göstərmədən 1946-jı il 12 dekabrda /  «21 Azər»/
«Təbrizi tərk edib xalqı qırğına verdilər. 50 mindən artıq adam öldürüldü, yüzlərlə evlər
dağıdıldı, saysız-hesabsız adamlar didərgin düşdü, İranın jənub jəhənnəminə həbsə
göndərildi,  1947-ji ildə ADF birinji katibi kimi hökümətin başçısı Mir Jəfər Pişəvəri
Javadzadəni Goranboyla Gənjə arasında erməni Melikyan /sürüjü/ vasitəsilə maşında
qəzaya salıb öldürdülər».


338
Bütün ömrünü xalqın azadlığı, vətənin demokratik yolla inkişafı naminə sərf
etmiş Mir Jəfər Seyid Javad oğlu Pişəvəri Javadzadə Xalxalinin həyatı müəmmalı
şəkildə bitdi.
Pişəvəri ijtimai fikir tariximizdə M.F.Axundov, J. Məmmədquluzadə,
N.Nərimanov, J.Jabbarlı, S.Vurğun, M.Hüseyn, M.İbrahimov kimi erudisiyalı, geniş
dünyagörüşlü, ədəbi növ və canr baxımından yaradıjılığı rəngarəng və zəngin olan bir
sənətkar kimi yer tutmuşdur. O, ədəbi yaradıjılığın şer, nəsr kimi növlərində qələmini
sınamış, bədii tərjümə ilə məşğul olmuşdur.
Məlum olduğu kimi, şer bədii yaradıjılığın daha çətin və məsuliyyətli sahəsidir. O
insanın hiss və duyğularını oxşamalı, onun mənəvi dünyasına daha güjlü, emosional-
estetik təsir göstərməlidir. Şer epik və dramatik canrlara nisbətən daha dinamik, yığjam
və operativ sənət sahəsidir, bir növ improvizasiyalı sənətdir. Daha çox emosional-
hissiyyat zəminində yaranan şerlər sonralar bədii yaradıjılığın müxtəlif sahəsinə keçmiş
şəxslərin həyatının daha çox ilk dövrlərində yaradılır.
M.J.Pişəvəri də belə bir yaradıjılıq yolu keçmişdir. Bədii nümunələr yaradan hər
bir yaradıjı şəxs kimi gələjəyin görkəmli dövlət xadimi, yazıçı-curnalisti də uşaqlıq
çağlarında çoxlu şerlər qələmə almışdır. Lakin o, bu ilk qələm təjrübələrini çapa
verməmişdir. Sonralar, 1919-ju ildə «M.J.» imzaları ilə yazdığı şerləri çap etdirməklə
ədəbiyyata gəlmişdir. Pişəvərinin bədii yaradıjılığı haqqında azlıq təşkil edən
araşdırmalarda gələjək ədibin ilk poetik qələm məhsulları bədii səviyyəsinə görə tənqid
edilmişdir. Həqiqətən də, Pişəvəri sosial bəlaları şer dili ilə söyləyərkən bu poetik
nümunələrin sənətkarlığının bir o qədər də fərqinə varmamışdır.
Ədəbiyyat tariximizə nəzər saldıqda açıq-aşkar görürük ki, görkəmli ədiblər,
yaradıjılığın əksər sahələrində qələmlərini sınamışlar. Siyasi xadimlər, məsələn,
N.Nərimanov və S.Pişəvəri ijtimai-siyasi fikirlərini daha kəsərli söyləmək üçün bədii
yaradıjılıqdan mühüm vasitə kimi istifalə etmişlər. Şübhəsiz, hər bir yazıçı məfkurəsinə
xas olan fikirləri bədii şəkildə ifadə edir. Məsələn, N.Nərimanov, S.M.Qənizadə,


339
S.S.Axundov, A.Şaiq, Q.Əfəndiyev və b. öz pedaqoci fikirlərini bədii yaradıjılığın
müxtəlif canrlarında təsvir və təbliğ edirdilər. Pişəvəri də sələfləri kimi ilk dövrlərdə
gördüyü ijtimai bəlaları ifadə etmək üçün Sabir poeziyasına üz tutmuşdur.
Pişəvərinin yazdığı şerlərdə bir milli təəssübkeş, Vətən fədaisi, xalqını müstəqil
və birləşmiş görmək istəyən vətəndaş obrazı ilə rastlaşırıq. Pişəvərinin şerləri onun
bədii yaradıjılığında azlıq təşkil etməsinə baxmayaraq, o dövrki ijtimai çatışmazlıqlar və
nöqsanlara toxunmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir.
O, yaradıjılığa başlayarkən uzun illər müstəmləkə, çarizm zülmü görmüş
Azərbayjan 1919-ju ildə müstəqilliyə təzəjə qədəm qoymuşdu. Hələ də Azərbayjan
zəhmətkeşlərinin həyatı ağır vəziyyətdə idi. Xalqa mətbuat və söz azadlığı, müstəqillik
hüququ verən Azərbayjan Xalq Jumhuriyyəti dövründə gənj Mir Jəfər «Hurriyyət»
qəzetini buraxır, bu mətbuat orqanında könlünə yatan yazıları, məqalə və bədii
parçaları, hətta öz şerlərini də çap edirdi. Həmin illərdə Azərbayjanda demokratiya
hökm sürürdü. Müsavat hakimiyyətini quranlar elə bir demokratik quruluşla
Azərbayjanı idarə edirdilər ki, siyasi və milli mənsubiyyətinə görə heç kim təzyiqə
məruz qalmırdı.
Pişəvərinin bədii yaradıjılığa gəldiyi illərdə Azərbayjanda poeziya sahəsində iki
aparıjı üslub vardı: M.Ə.Sabir ədəbi məktəbinin davamçıları olan Ə.Nəzmi,
Ə.Qəmgüsar, J.Jabbarlı və başqalarının yaradıb davam etdirdikləri satira; H.Javid, A.
Şaiq, M.Hadi kimi sənətkarların yaratdığı romantik poeziya. Zamanın tələbləri ilə satira
daha geniş yayılmışdı. O, zamanın güzgüsü idi. Çünki Sabir tərəfindən əsrin aparıjı
üslubuna çevrilən «satira şəxsi nifrəti ifadə etmək səviyyəsində qalmayıb, siyasi, ijtimai
və inqilabi bir mahiyyət daşıyırdı. Ona görə də Sabirdən sonra satirik üsluba üz tutanlar
fitnəkarlığı, yoxsulluğu, ijtimai eybləri ifşa etmək üçün onun satiralarından istifadə
edirdilər».


340
Güney Azərbayjanı ədəbiyyatının bir sıra şairləri – Əli Fitrət, Mir Mehdi Çavuşi,
İbrahim Zakir kimi satirik şairləri də Sabirin sənətindən çox şey öyrənmişlər. Bu
siyahıya M.J.Pişəvərinin də adını daxil etmək olar.
M.Ə. Sabir Bakı fəhlələrinin ağır vəziyyətini, kəndlilərin məşəqqətli həyatını
görür, həmin ajıları əsərlərində yaşayırdı. Ümumilikdə Azərbayjan ədəbiyyatına güjlü
təsir etmiş böyük şairin irsinin üslub-mövzu, forma-estetik qayə xüsusiyyətləri
M.J.Pişəvəriyə də təsir etmişdir. O, öz şerlərində Azərbayjan zəhmətkeşlərinin ağır
həyatını, kapitalistlər tərəfindən istismarını, ehtiyaj və yoxsulluq keçirmələrini təsvir
edirdi.  «Nadi» imzası ilə yazdığı bir şerində kəndlilərin yoxsul həyatını, onların
əməyinin məhsulunun mənimsənildiyini xatırlayan, uşaqlıq illərinin ajı xatirələrini yada
salan gənj şair onu düşündürən sualları qələmə alaraq yazırdı:
Niyə biçarə kəndlilər möhtaj,
Niyə aj? Ey xuda, neçün yalavaj?
Nədən ötrü gərək verə dehqan
Hasili-rənjini yesin bəy-xan?
Kəndli, ey zəhmətindən aləm şad,
Öz ajlığından eyləyən fəryad!
Yatma, dur. Dur da eyləyib hümmət,
Səy edib qoyma fövt ola fürsət.
M.J.Pişəvərinin ədəbiyyatşünaslığa jəmi bir neçə şeiri bəllidir. Yaradıjılığının ilk
dövrlərinə təsadüf edən bu satirik şeirlər «Hürriyyət» qəzeti səhifələrində «O yan bu
yandan»  /Üzeyir Hajıbəyovun «Ordan-burdan» ümumi başlığını xatırladır/ adlı
publisistik qeyddən sonra dərj olunmuş «Deyirlər ki, gərək zülmdən azad ola kəndli!»
misrası ilə başlanan şeir özünün dil-üslub və forma xüsusiyyətləri ilə Sabirin «Fəhlə,
özünü sən də bir insanmı sanırsan?», «Əkinçi» adlı şerləri ilə səsləşir:
Derlər ki, gərək zülmdən azad ola kəndli!
Hürriyyət ala, xürrəmü dilşad ola kəndli!


341
Zənnimjə, bu sözlər hamı bihudə yalandır,
Hürriyəti kəndli nə edir? Çün o çobandır.
Sarsaqdır, avamdır, dəlidir, gijdir, qabandır.
Heyvan kimi qoy ömr edə, heyvan ola kəndli!
Kim der ki, gərək zülmdən azad ola kəndli! və s…
Şeirin mövzu və formaja, ideya-məzmunja Sabirin fəhlə və kəndli mövzusunda
əsərləri ilə səsləşməsini əsaslandırmağa lüzum yoxdur. Müəllif bir tərəfdən kəndlinin
ağır həyatını təsvir edirsə, o biri tərəfdən onun xürrəm, dilşad olmasını arzulayır.
Pişəvəri digər satirik şerlərində də öz həyat idealına, ijtimai qayəsinə sadiq
qalmışdır. İroniyalı deyim, məjazlar və ideyalarla fikrin lakonik və fəlsəfi-ekspressiv
verilməsi bu şerlərin əsas məziyyətlərindəndir.
Bu baxımdan bütövlükdə təqdim olunan «Gedər» rədifli şer də maraq doğurur:
Tutsa jahanı şurişü qoja keçər, gedər,
Etsə rəyasət ərləri dəva keçər, gedər.
Axşam lokantə, sonra da bulvar səyahəti,
Həmrahin işdə bir özü rəna keçər, gedər.
Göz dəyməsin heyifdir, müsəlman ziyalısı,
Məxmur, məst, valehü-şeyda keçər, gedər,
Asudəlik gər olmasa da fəhlə sinfinə,
Eyb eyləməz bu zəhməti bija keçər, gedər.
Qarnıyoğunla, injə boyunlar savaşması -
Qurtarmaz, əlbət, onda var iman keçər, gedər.
Keçsin, jəhənnəm olsun, əbəs yerdə çırpınız,
Yoxsul, fəqirü-müflisü bina keçər, gedər.
Səhv eyləməz əfəndi, ağa, qaspadin, əmu!
Hər növ tutsan, axırı dünya keçər, gedər.


342
Bu sətirlərdə isə Pişəvərinin fəhlə sinfinin ağır həyatına, məşəqqətli məişətinə
münasibəti öz əksini tapmışdır.
Pişəvərinin satirik şeirləri onun poetik duyumu, həyata tənqidi münasibətinin
bədii etikası haqqında dolğun təsəvvür yaradır. Şerlərin dil-üslub xüsusiyyətləri böyük
Sabirin poetikasını xatırladır. Danışıq dilindən alınmış «Qarnıyoğunlar»;  «Jəhənnəm
olsun»;  «Göz dəyməsin»;  «Sonyaları oynadırıq»;  «Əziyyətlə dolansın» kimi ifadələr
Javadzadə poetikası barədə xeyli informasiya əks etdirir.
Pişəvərinin bədii yaradıjılığında həbsdə olduğu vaxt qələmə aldığı «Zindan
xatirələri dəftərindən» əsəri mühüm yer tutur. Əsər müəllifin gördüyü, şahidi olduğu,
şəxsən iştirak etdiyi hadisələr haqqında xatirələrindən ibarətdir.
Pişəvərinin «Zindan xatirələri dəftərindən» əsərini bədii memuar da adlandırmaq
olar. Əsər bədiiliyinə görə Mirzə Jəlil, A.Şaiq, Y.Vəzirin xatirələri ilə yanaşı durur.
Müəllifin başına gələn müsibət və bəlaların bədii təjəssümüdür.  «Zindan xatirələri»
kompozisiya və dil xüsusiyyətlərinə görə xatirə-povestdir. Doğrudur, hadisələrin
genişliyinə, iştirakçıların çoxluğuna, əhatə etdiyi dövrün hadisələrinin mürəkkəbliyinə
görə roman canrının çalarları da müşahidə olunmaqdadır. Anjaq əsəri bütün ədəbi və
bədii xüsusiyyətlərinə görə xatirə-povest hesab edirik və tədqiqatda ondan «povest»
kimi danışajağıq. «Zindan xatirələri» dolğunluğu ilə povestin canr tələblərinə tam javab
verir.
Tədqiqatçıların fikrinjə,  «Zindan xatirələri dəftərindən» əsəri İranın 20-40-jı
illərdəki ijtimai quruluşunun ifşası, polis və məmurlarının özbaşınalığının təsviri
nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Bu xatirələrdə hakim dairələrə mənsub
olan şəxslərin xəyanəti, qorxaqlığı, ikiüzlülüyü və tamahkarlığı da kəskin qələmlə ifşa
edilir».
Qeyd edildiyi kimi, polisin, daha doğrusu Rza şah xəfiyyəsinin jinayət və terror
əməlləri məmləkətdə geniş yayılmışdı. Rza şahın dəhşətli, xalqın gedər-gəlməz
adlandırdığı «Qəsri-Qajar» zindanında bir çox ziyalılar, ijtimai xadimlər, qələm
sahibləri, bir sözlə, şahın nəzərində siyasi məhbus hesab edilənlər İran jəlladlarının ağır


343
fiziki jəzalarına məruz qalırdılar. Bu məhbuslar öz şərəf və ləyaqətlərini qorumaq, belə
bir mühitdən saf və təmiz çıxmaq üçün bir çox çətin sınaqlardan keçməli olurdular.
Əsərin baş qəhrəmanı - Mir Jəfər Pişəvəri özüdür. Ədib digər surətlərlə yanaşı öz
bədii xarakterini də povestin qəhrəmanı kimi dolğun, müsbət bir obraz səviyyəsində
oxujunun nəzərlərində janlandırır.
Povestin dəyərini artıran jəhətlərdən biri də orada tarixi şəxsiyyət olan obrazlar
haqqında məlumatın verilməsidir. Əsərdə oxuju siyasi idarənin vaxtilə rəisi olmuş
Müşir Hümayun, Rza şahın sağ əli olub sonra şahənşahın qəzəbinə düçar olmuş
Teymurtaş, Xanbaba Əsəd, ərdəbilli İzzət, Seyid Fərhad, Əli Rövşən, çörəkçi
Əbülqasım və s. şəxslərin zindan dövründəki günlərinin, düşdükləri vəziyyətlərin
xarakterik məqamları ilə tanış olur. Adlarını çəkdiyimiz şəxslərdən bəziləri əsərdə bədii
obraz kimi bir qədər geniş «fəaliyyət» göstərsələr də, bəziləri epizodik məqamlarda
qələmə alınır. Lakin yazıçı qələminin ustalığı nətijəsində surətlərdən bir çoxu yadda
qalandır.
«Kürdlər və lorlar»,  «Ajlıq elanı»,  «İlk qurbanlar»,  «Seyid Fərhadın zindandan
qaçması» və s. başlıqlı yazılar öz yığjamlığı, bədiiliyi və dolğunluğu ilə fərqlənir.
Ümumi məzmun və mövzuya xidmət edən bu yazılar eyni zamanda dərin ifşa ruhunda
qələmə alınmış gözəl bədii parçalardır.
«Zindan xatirələri dəftərindən»də yoxsul bir ailədə böyümüş, kiçik bajı və
qardaşlarını dolandırmaq üçün səhərdən axşamadək çalışan, müəllimlik edən,
məqalələr, şerlər yazan, kasıb müəllim və yazıçı Məmməd Ənzabinin həbsxanada fajiəli
şəkildə öldürülməsindən bəhs edən sətirlər də ürək ağrısı ilə oxunur.
* * *
Mir Jəfər Pişəvəri realist ədəbiyyatın nəzəri problemləri ilə də məşğul olmuşdur.
Onun ədəbi irsində bu baxımdan olan problemlər də mühüm yer tutur. S.J.Pişəvərinin
ədəbiyyata, maarifə, teatra, operaya, ümumən mədəniyyətə, siyasi-ijtimai hadisələrə aid
fikirləri Quzey və Güney Azərbayjanın ədəbiyyatında inqilabi-demokratik və bədii
estetik prinsiplərin inkişafına az təsir göstərməmişdir.


344
S.J.Pişəvəri bədii, eləjə də ədəbi-tənqidi əsərlərində ədəbiyyata, sənətə və mətbuata
xalqın ijtimai-mədəni və əxlaqi-tərbiyəvi yüksəlişinə təsir göstərən vasitələr kimi
yanaşırdı.
Maraqlı jəhət budur ki, Pişəvəri ədəbi tənqidlə yaradıjılığının ilk çağlarından
məşğul olmuş, hələ gənjlik illərindən ədəbiyyatın bir sıra məsələləri haqqında bu gün də
öz əhəmiyyətini saxlayan fikirlər söyləmişdir. Diqqəti çəkən ikinji bir tərəf budur ki,
onun ədəbi-tənqidi görüşlərinin formalaşmasında nəinki Azərbayjan, ümumiyyətlə,
dünya ədəbiyyatı klassiklərinin zəngin ədəbi-tənqidi və estetik irsinin böyük rolu
olmuşdur.
M.J.Pişəvərinin elmi-ədəbi yaradıjılığa başladığı illər Azərbayjan mətbuatı
tarixinin ən zəngin, ən mürəkkəb və ziddiyyətli dövrü olmuşdur. Bununla belə
mütərəqqi, demokratik mətbuat sahəsində örnək mövjud idi. Xalxali ədəbi-tənqidi
görüşlərinin formalaşmasında o dövrün F.Köçərli, Seyid Hüseyn, Ü.Hajıbəyov,
N.Nərimanov, Ə.Haqverdiyev kimi ədəbiyyatşünas, tənqidçi və ədiblərinin qələm
məhsulları böyük təjrübə məktəbi olmuşdur. Zəngin mütaliəsi olan gənj Mir Jəfər
Pişəvəri M.F.Axundov, F.Köçərli, S.Hüseyn, N.Nərimanov, Ü.Hajıbəyov və b. ədəbi
şəxsiyyətlərin əsərlərini öyrənmiş, ədəbi, estetik fikirlərini davam və inkişaf etdirmişdir.
Ədəbi tənqid onun əlində dövrün estetik məsələlərinin həllindən əlavə, eyni zamanda
mütərəqqi ideyaları təbliğ, jəmiyyətdə hökm sürən mənfi jəhətləri ifşa etmək və yeni
jəmiyyət qurmaq yollarını göstərmək vasitəsi idi.
Çağdaş ədəbiyyatın düzgün tərəqqi və inkişaf yolunu Pişəvəri ədəbi irsə nihilist
münasibət bəsləməkdə deyil, əksinə, həmin irsin gözəl ənənələri və zəngin təjrübələri
əsasında irəliləməsində görürdü. Bu müddəanın doğruluğunu o, Azərbayjan
injəsənətinin müvəffəqiyyətləri ilə izah edirdi, göstərirdi ki, həmin injəsənət keçmiş
irsin gözəl jəhətlərindən istifadə etməklə sağlam və düzgün yol ilə gedir.
Azərbayjanda sovet hakimiyyəti qurulmasının 25-ji ildönümü münasibətilə 1945-ji
ilin aprelində Bakıya dəvət olunan Pişəvəri Azərbayjan ədəbiyyatı və injəsənətilə daha
yaxından tanış olur. Tehrana qayıtdıqdan sonra «Bakı sovqatı» adlı oçerkini yazır.


345
Tənqidçi «Vaqif», «Dumanlı Təbriz» dramları və «Vətən» operası haqqında qeydlərində
bir daha keçmiş irsə münasibət məsələsinə qayıdır.  «Vaqif» və «Dumanlı Təbriz»
dramlarına yüksək qiymət verdiyi halda, «Vətən» operasını, bir qədər üstü örtülü olsa
da, tənqid edərək yazırdı:  «Vətən» operasının musiqisini yüzdə-yüz qərbləşdirməyə
çalışıblar. Bununla Qərb musiqisinin gurultulu orkestri arasından müxtəlif fasilələrdə
Şərq havalarının injəlikləri də eşidilir. Bunlar Şərq gözəlləri kimi tamaşaçıların ürəyini
yerindən oynadır, sonra yenə də naz və işvə ilə Qərb musiqisinin dalğaları arasında itib
gedir».
Bu üstüörtülü ifadələrdə milli musiqiyə ümumiyyətlə az yer verilməsindən və onun
yalnız müxtəlif fasilələrdə eşidilib tezliklə başqa səslərin arasında itməsindən narazı
qaldığı öz əksini tapmışdır.
Öz atəşin qələmilə publisistikanın gözəl nümunələrini yaratmış Pişəvərinin bu
sahədəki fəaliyyətinin də tədqiqi çox faydalıdır. M.J.Pişəvərinin publisistik yazıları
mövzu genişliyi, qələm məhsullarının obrazlılığını təmin etmək üçün istifadə etdiyi
ədəbi materialların çoxmotivliyi, zəngin epizodluluğu ilə seçilir.
Pişəvərinin publisistikası Azərbayjan ədəbiyyatının mütərəqqi ənənələrinin
bünövrəsi üzərində yüksəlirdi. İjtimai həyat həqiqətlərini əks etdirmək, çağdaş həyatın
tələbləri səviyyəsində durmaq onun fəaliyyətinin əsasını təşkil edirdi. Dövrünün elə bir
tarixi-siyasi hadisəsi olmamışdır ki, Pişəvəri yaradıjılığında öz əksini tapmasın,
M.J.Pişəvəri publisistik qələm məhsullarında humanizmin, azadlığın, demokratiyanın
böyük müdafiəçisi kimi çıxış edirdi. İstedadlı publisist xalq azadlığını, özü də ijtimai-
siyasi-mənəvi azadlığı yüksək qiymətləndirir, zülm və istibdad altında yaşayan, torpaq
həsrəti çəkən xalqın məşəqqətli həyatını, onun mənəvi-əxlaqi paklığını, əqidə saflığını
oricinal ifadə və formalarda ifadə edirdi.
M.J.Pişəvərinin ilk publisist yazısı 3 iyul 1917-ji ildən Bakıda nəşr olunan
«Hümmət» qəzetində dərj edilmişdir. Həmin qəzetin 14 və 16-jı nömrələrində «Qarabağ
övzai» başlığı altında yazdığı məqalələrində o, xanların, bəylərin və bir para ruhanilərin


346
jinayəti nətijəsində Qarabağın «bir parça qan dəryasına dönməsindən» bəhs edirdi. Bu
yazılarda zəhmətkeşlərin qanını axıdan jəlladlara qarşı qızğın etiraz hissi duyulur.
Bundan sonra Pişəvəri «Azərbayjan jüzi layənfəkki İran» qəzetində fəaliyyət
göstərmişdir.
«Azərbayjan jüzi layənfəkki İran» qəzeti özünün birinji nömrəsinin baş
məqaləsində indi «7 noyabr çevrilişi» adlandırdığımız Oktyabr inqilabından vahiməyə
düşərək «Əbnən bəşər bir-birinə rəhmsiz, amansız bir jəllad kəsilmişdir» yazdığı halda,
Pişəvəri Oktyabr inqilabının başlanmasilə Şərqdə, o jümlədən İranda inqilabi hərəkatın
genişlənməsini və bunun nətijəsində İranın tamamilə müstəmləkəyə çevrilməsi
jəhdlərinin qarşısının alınmasını göstərirdi:
«İran satılmış, yanmış, ayaqlar altında getmiş, daha doğrusu, münqəriz olmaqda idi
ki, Rusiya inqilabi-kəbiri başlandı. O qüvvəyi-məxfiyyə də (Jənubi Azərbayjanda və
İrandakı milli azadlıq hərəkatına işarə edir – V.Ə.) yavaş-yavaş aşkara çıxmağa
başladı». O, böyük ruh yüksəkliyi ilə yeni yaranmış Sovet hökumətinin tədbirlərini
alqışlayırdı:  «Rusiyanın azad hökuməti həqiqətin üzündən pərdəni götürüb gizli
müahidənamələri kəşf və elan etdi» – deyə imperialist dövlətlərin müstəmləkəçilik
siyasətinin aşkara çıxarılmasına müsbət yanaşırdı ki, bu da ədəbi ijtimai-siyasi
görüşlərindəki məhdudiyyətdən, onun sovet reciminə, sosialist həyat tərzinə sadəlövh
inamdan irəli gəlirdi.
Pişəvərinin «Azərbayjan» qəzetində dərj edilmiş məqalələri özünün ideyası,
müəllifə görə aydın məqsədi, səlis dili, bədiiliyi ilə başqa məqalələrindən seçilir.
Pişəvərinin publisistikasından söhbət açdıqda bu jəhəti xatırlatmalıyıq ki, biz
burada adi curnal və qəzet məqaləsindən deyil, öz bədiiliyi, canrın tələblərinə
uyğunluğu ilə sənət əsəri səviyyəsinə yüksəlmiş publisistikanı nəzərdə tuturuq. Bu
xüsusiyyət mühərririn «Azərbayjan» qəzetindəki məqalələrinə də aiddir.
Ümumiyyətlə, Pişəvərinin publisistik yaradıjılıq fəaliyyəti haqqında onu demək
lazımdır ki, bu canrda olan əsərlərində Azərbayjan xalqının milli azadlıq və İranın
istiqlaliyyət mübarizəsi daha geniş və mühüm yer tutur.


347
M.J.Pişəvəri publisistik və ədəbi-bədii yaradıjılığı ijtimai fəaliyyəti ilə sıx bağlı
olan bir şəxsiyyət olmuşdur. Müasirlərinin də təsdiq etdiyi kimi, o, inqilabi fəaliyyətə
əsasən curnalistliklə başlamış və bu işi ömrünün axırına qədər davam etdirmişdir.
«…Onun əsərləri içərisində ilk qələm təjrübəsi hesab edilən sadə məqalələrdən tutmuş
yüksək səviyyəli fəlsəfi-ijtimai-iqtisadi, ədəbi, tənqidi yazılara, xatirə, hekayə və hətta
şer və felyetonlara rast gəlmək olur».
M.J.Pişəvəri irsinin böyük əksəriyyətini onun publisist əsərləri təşkil edir. O,
publisistika canrının bütün növlərindən istifadə etmiş, o jümlədən felyeton, oçerk,
məqalə, resenziya və s. əsərlər yazmışdır. Bu əsərlərin hamısının ən başlıja xüsusiyyəti
özündən əvvəlki təjrübəyə, ənənəyə əməl etmək, folklordan və klassik ədəbiyyatdan
nümunələri bajarıqla işlətmək, fikri yığjam, lakonik və kəsərli sözlə ifadə etməkdir.
M.J.Pişəvərinin Azərbayjan dilində yazdığı məqalələrinin böyük bir qisminin
başlığı çox yığjam, konkret və az qala aforistik səjiyyəlidir:  «O yan bu yandan»,
«Ayılıbdır»,  «Karlar eşitsin, korlar da görsün»,  «Qardaş qanı tökülməsin»,  «Daldan
atılan daş topuğa dəyər»,  «Nədən narazıyıq»,  «Ayı dostluğu»,  «Azərbayjan
yatmamışdır», «Biz də bunu deyirik», «Jüjəni payızda sayarlar», «Uşaq tovlayırlar» və
s.
Göründüyü kimi, bu məqalələrin bəzisinin sərlövhəsi elə atalar sözü və ya
məsəldir. Bu yığjam başlıq xalqın diqqətini daim jəlb etmişdir. Pişəvəri publisistika
tariximizdəki bu ənənəni davam və inkişaf yolu ilə getmişdir.
Pişəvəri publisistik məqalə və felyetonlarının məzmununda da atalar sözü və
məsəllərdən geniş istifadə etmişdir. Məsələn, möhtəkirlər əleyhinə yazdığı məqaləsində
«İlanın ağına da lənət, qarasına da», «İranda islahat» sərlövhəli məqaləsində «Qaraçının
kəndxudası da qaraçı olar…», İranın mürtəjlə qəzetləri haqqında «Dərə xəlvət tülkü
bəy», Azərbayjan inqilab ərəfəsində olarkən «Haqq verilməz, alınar», inqilabi
situasiyadan düzgün istifadə etməyənlərə xitabən «Daldan atılan daş topuğa dəyər»,
Jənubi Azərbayjan xalqının milli azadlıq hərəkatına böhtan atanların javabında «İt hürər
karvan keçər» və onlarja bu kimi atalar sözü və məsəldən yerində istifadə edilmişdir.


348
Atalar sözlərini olduğu kimi işlətməkdən əlavə o, bəzən onları parçalamış və ifadə
etmək istədiyi fikrin içərisində əritməklə sözün təsir qüvvəsini daha da artırmışdır.
Məsələnbaşqa bir məqaləsində «Yağışdan çıxdıq yağmura düşdük» məsəlini –
«İmtiyazçılar… yağışdan çıxmış füqərayi-kasıbəni bir daha yağmura salmaq
fikrindədirlər» tərzində, xainlərə qarşı yönəlmiş başqa bir məqaləsində «Əski hamam
əski tas» məsəlini, - «Hər gah füqərayi-kasibə özü öz hakimi olmazsa, əski hamam əski
tas qəbilindən olaraq, əski şallaq, əski fəlakətdən başqa bir mənfəət, bir şey
görməyəjəkdir» şəklində işlətmişdir. İranda İngiltərə təjavüzkarlarının yerini Amerika
imperializmi tutmağa başladığı dövrdə o yazırdı:  «İran üçün jəllad jəlladdır. İstər
amerikalı olsun, ya ingilis, heç təfavütü yoxdur (keçəl Həsən və ya Həsən keçəl), ikisi
də bir sözdür». Maraqlı və örnək olası xüsusiyyətlərdən biri budur ki, Pişəvəri
nitqlərində də folklordan bəhrələnmişdir. Məsələn, Təbriz radiosu ilə nitqində
kəndlilərin torpaq məsələsi ilə bağlı Tehranın narazılığını Molla Nəsrəddinin yorğanının
oğurlanması məsələsi ilə müqayisə etmişdir. Bu misalların sayını xeyli artırmaq olar.
Pişəvəri öz publisistikasında təşbih, təkrir, mübaliğə, müqayisə və bu kimi bədii
ifadə vasitələrindən də geniş istifadə etmişdir. Məsələn, o, İranda xanların
hökmranlığına dəymədən zahiri islahata əl atanların işini əsası çürümüş evin divar və
qapılarını rəngləməyə oxşadır. Yaxud İranda müxtəlif mənafeyi olan şəxslərdən təşkil
olunmuş hökumət haqqında – «Bu kabinə Krılovun məruf balıq, ördək və xərçəngin
araba çəkmək hekayəsini xatirə gətirir» sətirlərini yazmışdır.
Felyetonlarının dil və üslub xüsusiyyətlərinə gəldikdə, demək lazımdır ki, Pişəvəri
Jəlil Məmmədquluzadənin yolu ilə getmiş və onun uzun illər boyu yaradıjılıq fəaliyyəti
nətijəsində əldə etdiyi zəngin sənətkarlıq təjrübəsindən istifadə etmişdir.
* * *
Azərbayjan tarixində, istiqlal mübarizəsində, Güney ədəbiyyatında siyasi və ədəbi
fəaliyyətinin zənginliyi və genişliyi ilə görkəmli yer tutan M.J.Pişəvərinin adı, xatirəsi
əziz tutularaq əbədiləşdirilərək adına küçə verilmiş, humanitar fənlər gimnaziyası uzun
illərdir onun adını daşıyır. Qəbri «Fəxri Xiyaban»dadır.


349

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin