Şamil Vəliyev – 50


Çağdaş Tehran  mətbuatında  haqqında xatirələr



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   2   3   4   5   6   7   8   9   ...   63
Vaqif Qurbanov,
Pedaqoji elmlər namizədi, dosent
Şamil  Vəliyev – 50
Hələ bunlar nədir ki...
Mən Şamillə  tələbəlik  dostuyam.  Pedoqoji  universitetin  filologiya  fakültəsində
eyni  dövrdə  oxumuşuq.  Şamil  məndən  yuxarı  kursda  idi.  Amma  3  illik  yaş  və  kurs
fərqinə baxmayaraq, dostlaşmışdıq. Şamilin 50 yaşı olur, dostluğumuzun 30. Bu 30 ildə
bədnəzərdən  uzaq,göz  dəyməsin  bir  dəfə  də  bir-birindən  inciməmişik,yəqin  inşallah
Allah verən ömrün qalan payında da incimərik.


5
Eyni  dövrdə  aspiranturada  oxuyurduq, mən  rəhmətlik  Xeyrulla  Məmmədovun
aspirantı idim, Şamil – Kamal Talıbzadənin. Indi istəməsin, Xeyrulla müəllim də, hamı
kimi, Şamilin  xətrini  çox  istəyirdi.  Çünki, Şamil  istəməli  oğlandır.  Bu  istəyi  o, öz
mədəniyyəti, kübarlığı, elmi, savadı, mərhəməti və mehribanlığı ilə qazanıb.
Səhərdən  axşamacan  Axundov  kitabxanasında  dissertasiyamız  üçün  material
toplayırdıq.  Kitabxana  açılanda  ora  girir, bağlananda  oradan  çıxırdıq.  Yay  ayları
bulvarda ədəbi söhbətlər eləyə-eləyə dənizkənarı parkı o baş, bu baş eləyəndən sonra
masa ətrafında dincimizi alaraq çay nuş edərdik.
Şamil elə həmin söhbətlərdə öz intellekti, bədii təfəkkürü, poetik düşüncələri ilə
diqqəti cəlb eləyirdi.
Elə  beləcə  elm  yollarında  qədəmlərini  atan  Şamil  akademik  Kamal  Talıbzadə
məktəbində yetişərək peşəkar, nüfuzlu, istedadlı ədəbiyyatşünas alim kimi özünü elmi-
ədəbi ictimaiyyətə tanıtdırdı.
Şamilin  məndə  üç  kitabı  var: ”XX əsr  Azərbaycan  ədəbi  tənqidində  poeziya
problemləri(1895-1917)”, “Fyuzat ədəbi məktəbi” və “Nizaməddin Şəmsizadə haqında
– Azərbaycanşünas  alim”. Hər  üç  əsər  elmi-nəzəri  kamilliyi,problemin  həlli, orijinal
üslubu ilə diqqəti cəlb edir. Şamil Vəliyev faktoqrar alimdir. Bütün elmi müddəalarda
faktlara  söykənir. Onun  araşdırmalarında  sözcülük  və  çürükçülük  yoxdur. Şamil  ildə
say  artırmaq  üçün  kitab  sərgiləyən  müəlliflərdən  deyil.  Müasir  aforizimlə  desək: ”Az
yazır, saz yazır”. Sadaladığımız üç əsərdən birincisində Azərbaycan ictimai-mədəni və
bədii fikrinin inkişafında əhəmiyyətli mərhələ təşkil edən XX əsin əvvəlləri haqqında
mükəmməl  elmi-nəzəri  təsəvvür  yaradılması  üçün  həmin  dövr  ədəbi  tənqidinin
sənətkarlıq xüsusiyyətlərini araşdırır. Istedadlı alim bu monaqrafiyqada ədəbi tənqidin
axtarışları, klassik ədəbi irs və müasirlik, bədii sənətkarlıq, novatorluq meyİlləri, klassik
poeziyada qəhrəman, bədii dil və uslub məsələləri, yeni şeirin ideya prinsipləri, satirik
və  lirik  qəhrəman  tipinin  yüksəlişi, forma  və  məzmun  axtarışı, romantik  qəhrəman
haqqında  düşüncənin  meydana  gəlməsi, dünya  poeziyasından  bəhrələnmə  səpgisində
işıqlandırır.


6
Əsərin  redaktoru  akademik  Kamal  Talıbzadə  “Ön  söz”də  monoqrafiyanın  elmi
məziyyətləri  haqqında  fikirlərini  belə  yekunlaşdırır: ”Ümumiyyətlə, tənqid  tarixi  və
nəzəriyyəsi  ilə  bağlı  yazılan əsərlərdə  fikir  aydınlığı, intuiktiv  dərk  gücü, subyektiv
mülahizələr, poetika  doğuracaq  məntiq  məqamları, obrazlı  düşüncə  tərzi, aydın,
anlaşıqlı  təhkiyə  və  sakit, mülayim  intonasiya  və  s.çox  qiymətləndirilir. Bütün  bu
cəhətlərin Şamil Vəliyevin əsərində olması onun istedadına dəlalət edir və Azərbaycan
ədəbiyyatşünaslığına,  elmi-nəzəri  fikir  dünyasına  zəhmətkeş  bir  alimin  gəldiyini
təsdiqləyir. Onun gələcəkdə də diqqətəlayiq əsərlər yazacağına böyük ümidlər bəsləyir,
imzasının ümumxalq rəğbəti və elmi şöhrət qazanacağına inaniram”.
Ustadının, böyük  alimin  Şamilə,  onun  yaradıcılığına  verdiyi  qiymət,  arzuladığı
yol özünü doğrultdu. Şamil Vəliyev ustadının xeyir-duasındakı məqamlara yetişdi; elmi
şöhrət də tapdı, ümumxalq rəğbəti də.
Uzun illər televiziyada “Qaynaqlar” verilişinin müəllifi və aparıcısı oldu. Ədəbi
irsimizinn təbliğində qələmi ilə bərabər, ekrandakı çıxışları ilə də xalqa xidmət göstərdi
və göstərir də.
Oxuculara  məlumdur  ki,  bədii  yaradıcılığım, elmi  fəaliyyətimlə  bərabər, uzun
illər  televiziyada    çalışmışam.  Həmin  illərdə  elə  gün  yox  idi  ki, Şamil  mənə  baş
çəkməsin. Mütəmadi olaraq  televiziyaya gələn dostum mütləq məni “yoluxurdu”. Artıq
redaksiya işçiləri onu öz həmkarları hesab edirdi. Mehribanlığı, səmimiyyəti, söhbətləri
ilə  hamının  məhəbbətini  qazanmışdı.  Mən  həmişə  deyirdim  ki, Şamil,  bax, yaddan
çıxartma ha,təxəllüsünü mən vermişəm. Gülüşürdük. Həqiqətən bir gün mən ona dedim
ki,  bu  “ovu”  at, qurtar  rus  familyasından.  Şamil  dedi  bəs  nə  eləyim?  “Vəlili” yaxşı
çıxmır  axı.  Dedim,  kəndinizin  adı  nədir?  Dedi: - Körpülü.    Dedim əla: Şamil  Vəli
Körpülü. Türkiyədə alim var, Köprülü, sən də ol Körpülü. İki türk alimi bir təxəllüslə.
Bir səsdəyişməsi var. Eləcə qardaşım mənim sözümlə oldu Körpülü.
Bir gün mənə utana-utana dedi ki, şeirlər yazıram, bir bax. Heç kimə demə. Alıb
oxudum.  Dedim, əla  yazırsan.  Bunlara  musiqi  bəstələnməlidir. Şamili  apardım
Mirməmmədlilərgilə.  Rəhmətlik  Hikmət  və  xanımı  Nailə  Mirməmmədli  də şamil


7
Körpülünün sözlərinə  bir neçə nəğmə  qoşdular.  Populyar  müğənnilərimiz  ifa  elədilər.
Mən də həmin mahnıları bir yerə yığıb bir konsert çəkdirdim və adıni qoydum: “Musiqi
proqramı, sözləri Şamil Körpülünündür”. Alim qardaşım oldu həm də nəğməkar şair.
Yenə  qayıtmaq  istəyirəm,musiqi  dili  ilə  desək  modulyasiya  edirəm  onun
yaradıcılığına. Şamilin  şah əsəri  “Fyuzat  ədəbi  məktəbi”dir.  70  il  haqsız  lənətlənən,
pantürkist  bir  mətbu  orqan, ədəbi  məktəb  kimi  tənqid  olunan  bir  mövzunu Şamil
diriltdi”.  Şamil  Vəliyevin  bu  əsəri  ərsəyə  gətirməsi  həm  mövzunun  ədəbi  bəraət
almasına,həm də türkçülüyə, milli idealogiyamıza, Azərbaycançılığa böyük xidmətdir.
Əsərdə  Fyuzat  ədəbi  məktəbinin  təşəkkülü  və  inkişaf  mənzərəsi
mollanəsrəddinçilərlə  qarşılıqlı  münasibətdə, həmçinin  ümumilli  inkişaf  çərçivəsində
işıqlandırılır.  Fyuzatçıların  ideya-estetik  konsepsiya  formalaşdırması, klassik  irs  və
çağdaş ədəbi  proseslə  əlaqədar  tədqiqatları, bədii  poetika  xüsusiyyətləri  araşdırlır.
Onların mövqeyi və ictimai-siyasi mücadiləsi Türkiyə, İran, Rusiya, Almaniya, Fransa
və s. məmləkətlərlə ədəbi ilişgilər əhatəsində, səhnəsində aydınlaşdırılır. Fyuzatçıların
dünya romantizmi, demokratik tənzimatçılıq, məşrutə hərəkatından bəhrələnərək AXC-
nin ideoloji  kursunu  müəyyənləşdirməsi  arxiv  materialları, ədəbi-tarixi  fakt  və
məsələlərə  söykənərək  araşdırmaya  cəlb  olunub.  “İnamla  deyirəm  ki, Şamilin əsəri
ölkəmizdə  sivil  xalq,  bütöv  Vətən, müstəqil  dövlət, azad  cəmiyyət  uğrunda  mübarizə
aparan həmvətənlərimiz və intellektual çevrənin adamları üçün qiymətli mənbə rolunu
oynayacaqdır” (akad.K.Talıbzadə).
Fevral  ayının  22-si əziz  dostumun  50  yaşı  tamam  olur.  Ömrünün    yetginlik
çağında olan alim qardaşım balaları Turalla Günelin toyunu görsün! Övladları Vətənə
layiq övlad olsunlar inşaallah!
Şamil  Vəliyev  filologiya  elmləri  doktoru, professordur.  BDU-da  “Mətbuat
tarixi”kafedrasının  müdiri,  Nizamı  adına Ədəbiyyat İnstitunda  baş  elmi  işçidir.  Bu
yaxınlarda  BDU-nun  yubileyi  ilə  əlaqədar  “Əməkdar jurnalist” adına  layiq  görülüb.
Müşfiq demişkən: “Hələ bunlar nədir ki...”


8
Şamil, arzu da real olsun gərək, sənə yüz yox,hələlik 80 il ömür arzulayıram! O
gün olsun, yubileylərini həm doğma Qarabağımızda, həm də Qərbi Azərbaycanda, sənin
doğma Körpülündə qeyd eləyək!
03.02.2010

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin