Şamil Vəliyev – 50


Bəkir Nəbiyev. «Xəzan vurmasın». Bakı-2006



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   2   3   4   5   6   7   8   9   ...   63
S.C.Pişəvəri haqqında xatirələr
(Kərim Kəşavərz “Buxara” jurnalı , №2000, 1378-ci il (1997))
Cənab Əli Dehbaşi.
Xatirələr kitabından ki, ümid edirəm nəşr olunacaq bir qismi ki, Pişəvəriyə aiddir
nizin üçün göndərirəm. Mərhum Kərim  Kəşavərzin Pişəvəriylə xüsusi əlaqəsi var idi.
Pişəvəri haqqında onun söhbətləri əvvəlcə şadlıqla başlanırdı, vəli axırda qəmlə, kədərlə
qurtarırdı. Sözsüz o düşünürdü ki, Pişəvərinin fərdi şəxsiyyəti - Bəhmən Kəşavərzinin
təbiriylə  desək, bu  səbəbdən  ki,  Azərbaycan  demokrat  firqəsinin  fəaliyyəti  yaxşı
tanınmamışdır.
Bunu  da əlavə  edək  ki,  xatirələr  dördüncü  dəftərdən  sonra  əvvəli  mərhum
Kəşavərz  tərəfindən  lentə  alınır,  sonra  mənim  vasitəmlə,  onun  öz  iştirakı  ilə  dəftərə
qeyd  edilir.  Belə  ki,  buradakı  ibarələr  və  cümlələr  çünki şifahidir.  Bu  cümlələr  və
ibarələr  həmin  dəftərdəkindən  fərqlidir.  Mərhum  Kəşavərz  bir  dəfə  mənə  dedi  ki,
yazmaq mənim üçün danış-maqdan  rahətdir.
Nemət Laneyi.
S.C.Pişəvərini mən Gilan inqilabi dövründən tanıyırdım. O zamandan ki, o ədalət
yolunu  tutdu ədalətsizliyi,  zülmü  rədd  etdi,  dəfələrlə  daş  imarətin  eyvanından və  ya
giləklər  demişkən  daş  imarətdən  insanların  toplaşdıqları  yerdə  irad  etdi  : O,  oradakı


58
ağaların əksinə olaraq ədalətdən danışdı və fars dilini  ordakılardan  yaxşı bilirdi. Yenə
də  mənim  onunla  tanışlıgım  Gilanda  oldu.  O  zamandan  ki,  mən  onlarla  həmkarlıq
etməyi  qəqaqa  aldım  və  sonradan  bu  həmkarlar  aydınlaşdı  və  davam  elədi  ta  Təbriz
məclisinin dördüncü seçkilərinə qədər.
Mən  dedim  ki,  mənim  qəzetçi  (və  ya jurnalist)  təcrübəm  var  idi  və  Gilan
inqilabında da ki, adı Seyid Cəfər Cavadzadə idi və sonralar Pişəvəri kimi məşhurlaşdı,
ondan çox şey öyrəndim.
Biz “Ajir”də həqiqətən çox mülayim bir şəraitdə yaşayır və yuxarıdan getnirdik.
Hətta  müəyyən  qədər  yol gedənlərdən  ehtiyay  edirdik.  Bəzi  cavanlar  ki,  hay-küy
salırdılar, onlardan uzaq gəzirdik. Bəzi ətrafda olan adamlar “Ajir” qəzetini ağıllı qəzet
kimi tanıyırdılar. Bu qəzetin satışı çox deyildi. Səbəbi də bu idi ki, məncə bir həmkarlar
təşkilatı və ya buna bənzər bir dəstə qəzet satanlardan idi, və ya mövcud idi. Onun da
rəisi  ki,  adını  unutmuşam  onun  rəisi  daxili  işlər  idarəsində  Abbas  Məsudi idi  o  da
itilaata  tabe  idi  və  qəzet  ki,  o  deyirdi  onu  satışa  buraxırdılar.  Və  müxtəlif şöbələrə
bölüşdürürdülər.  O qəzet    ki,  Məsudi  onunla  müxalif  idi  necə  deyərlər  başından
vururdu. Biz “Ajir” qəzetçiləri eyni zamanda Hizb Tudeyi İranın bəzi müxtəlif üzvlərinə
ehtiyatla  davranırdıq,  nəinki  Hizbi  Tudənin  yuxarı  məqamlardakı  müxaliflərə  lakin
onların  bəziləri bizə  qarşı  müxalifətdə  idilər. Və  bu  mövzu  hətta  Pişəvərinin
etibarnaməsi  bir  və  ya  iki  səs  çatmırdı  və  məlum  oldu  ki,  o  bir  və  ya  iki  nəfər  Hizb
Tudeyi  İranın  yəni  parlamentinin  iki  üzvü  səs  verməməsi  nəticəsində  olmuşdu.  Hətta
məclisin bitərəf üzvləri də ona səs vermişdilər. Ancaq iki nəfər ona səs vermədi. Mən
bu söhbətə, xəbərə zəmanət vermirəm. Ancaq o iki nəfərdən Eyrəc İsgəndəri olmuşdur.
Və nəticədə də Pişəvərinin etibarnaməsi rədd edilmişdir. Yəni belə hesablaşmışlar ki,
Pişəvəri bir və ya iki səslə seçilərsə bu məsələ əlbətdə onlara aydın idi. Buna görə də
ona səs vermədilər. Səsvermə gizli olduğundan ikinci rəy verməyən şəxs və Pişəvəriylə
zindanda müxalifətdə idi Aradşəs Ovenisyan idi. Bəlkə də necə deyərlər pərdə arxasında
oyun  gedirdi  ki,  mən  və  məmin  kimilərin  bu  barədə  məlumatımız  yox  idi.  Mənim
“Ajir”la həmkarlığım o vaxtdan  başlamışdı ki, mən “Kanpsaks”da idim. O zamandan


59
ki, mən İran və sovet mədəni  və əlaqədar cəmiyyətdə işləməyə başladım. “Ajir”də bir
müddətdən sonra bağlandı. Və Azərbaycan demokrat partiyası təşkil oldu və Pişəvərinin
vasitəsilə hadisələr qarşıya çıxdı ki, hər biri bir tarixdir. Və mənim o hadisələrlə heç bir
əlaqəm yox  idi.  Pişəvəriylə  bizim  dostluğumuz  davam  edirdi.  Ancaq  mən  partiya
işlərinə müdaxilə etmirdim. Əvvəlki kimi İran və sovet mədəni əlaqələr cəmiyyətində
işləyirdim. Ancaq o zaman ki, demokratlar Təbrizdə idilər, Azərbaycanda idilər mənə
elə gəlir ki,iki dəfə işimlə əlaqədar Təbrizə getdim.
Amma “Ajir” qəzeti “dad” mətbəəsində , yəni başqa bir qəzetdə Əmidi Nurinin
başçılığı ilə nəşr olunurdu. Mənə elə gəlir ki, Pişəvəri həbs edilməmişdən və Kaşanda
sürgündə olarkən onunla tanış olmuşdu. Qəzetin mətni Pişəvərinin və mənim vasitəmlə
hazırlanırdı.  Iki  nəfər  korrektorumuz    var  idi.  Birinin  adı Əlmati  və  digərinin  adı  isə
Mati idi. Savadlı cavanlar idi. Qəzetin səhifələrini düzəldirdilər. Mən isə Pişəvəri ilə ta
gecədən xeyli keçənə qədər mətbəədə olurduq. Və qəzetin son sə- hifəsinədək yoxlayır
və düzəlişlər aparırdıq. Ağayi Əlmati həmin şəxs idi ki, sonralar məclis vəkili oldu və
dövlətin fraksiyasının rəisi oldu və nəhayət ən uca mərtəbələrə çatdı.
Amma Mati təbii bir inkişaf yolu keçdi. Belə hesab edirəm ki, bir qədər təhsilini
artırıb bir qədər də irəli getedi, bir məktəb müdiri kimi vəzifəyə yüksələ bildi. Güman
edirəm ki, o zaman ağayi Almati Əmidi Nurinin yeznəsi idi. Yəni Əmidi Nurinin bacısı
ilə  evlənmişdi  və  bu  da  onun  inkişafına  səbəb  oldu.  Əmidi  Nuri  Mazandaranlı  idi.
Mənimlə da tanış idi.
Yəni o zamanlar ki, “Ajir” nəşr olunurdu, o vaxtdan tanış idik. Bu tanışlıq da bir
müddət davam elədi. Gah ümumi məclislərdə və başqa yerlərdə bir- birimizi görürdük.
Ancaq sonralar bu görüşlər bir dəfəlik qət edildi. Mən belə güman edirəm ki, 1976-cı
ildən sonra görməmişəm. Bir iki il bundan öncə radiodan eşitdim ki, onu yaxalayıblar,
ancaq bilmirəm nə günaha onu “Savakda” güllələmişlər. O artıq əldən düşmüş bir qoca
idi.  Mən  gərək  Pişəvəri  haqqında ətraflı  danışam.  O,  çox  hafizəli,  çox  təmiz  və
mütərəqqi adam idi. Güman edirəm ki, bir müddət iranlıların Bakıdakı məktəbində dərs
demişdi. Sonralar –Böyük inqilabdan sonra  baxmayaraq ki, “Ədalət” partiyasının üzvü


60
idi - bir  ali  ictimai  məktəbi  ki,  adını unutmuşam-Moskva  şəhərində  bitirmiş və orada
qəzetçilik peşəsinə də yiyələnmişdir.
Pişəvərinin ömrünün sonuna qədər heç nəyi olmamışdır-deyə bilərəm ki, heç nəyi
olmamışdır. Mühəndis Şəqaqinin  evinin  yaxınlığında, bugünkü  (Zəldə)  Cənubşərq
“Vəliəsr” meydanında kiçik bir evi var idi. Bilmirəm indi qiyməti var, ya yox, 200 metr
sahəsi  var  idi. Və  Pişəvəri  zinbdanda  olanda  mühəndis Şəqaqi  onun  torpağını  onun
qadınının  ondan  istifadə  edib  dərzilik  edirmiş.  Conra  iki ya  üç  otaqdan  ibarət
birmərtəbəli ev tikir. Bunun Pişəvəriyə dəxli yox idi. Pişəvəri zindandan çıxıb Kaşana
gələndə bu evi yenicə görürdü.
Pişəvəri  qələm  adamı  kimi  çox  istedadlı  idi.  Ancaq onun  yaxın  dostlarından
birinin fikrincə və mənim fikrimcə o heç bir ədəbi məktəb bitirməmişdir. Onun zindan
xatirələri ki, “Ajir” qəzetində nəşr edilirdi, onun ən kamil əsəri idi. O da 100 səhifədən
artıq deyildi. Ədalət partiyasının tarixi və habelə 53 nəfər haqqında yazı belə meydana
gəldi.
“Ajir” qəzeti necəki qeyd elədim nəinki mürtəce ünsürlərin hücumlarına məruz
qalırdı.  Bəlkə  Hizbitudənin  bəzi  üzvləri  də  onunla  müxalif  idilər.  Bəzi şayələr  də  o
zaman mövcud idi. O da bundan ibarət idi ki, Pişəvəri Rza şahın (Rza xanın) ölümüylə
əlaqədar “Ajir” qəzetində bir məqaqlə dərc etdirmişdi və yadımdadır ki, o cümlələrdən
biri Rza xana aid idi ki, o yazmışdı. Bu şəxs yəni Rza xan həddindən artıq intiqamçı,
kinli  adamdır.  Deyirlər  ki,  mətbəədə  Tudə  üzvlərindən  (buna  da  zəmanət  verə
bilmərəm) Nuşinbinin göstərişiylə fövqaladə sözünə bir “vav” artıraraq onu fövqüladə
etmişlər.  Sonra    guya  Hizbitudə  Pişəvəriyə  hücum  etmiş  ki,  o  nə  üçün  Rza  xanı
həddindən  artıq  kinli  adam  adlandırırmış.  Pişəvəri  çox  təqribən  fasiləsiz  olaraq
inqilabdan sonra (Gilan inqilabından sonra) yəni bir neçə ay sonra Tehranda “həqiqət”
qəzetini  nəşr  etdi  ki, bununla  da  xalqın  və  fəhlə  sinfinin  oyanmasına  kömək  etdi  və
çoxlu oxucusu var idi. “Həqiqət” qəzetini güman edirəm ki, ya Qəvamülsəltənə və ya
başqası  bağlatdırdı. Sonralar bu qəzetin müdiriyyətiylə həmkarlıq edir. Mərhum Ləsani
“iqtisadi İran” qəzetində məqalələrini nəşr edirdi.


61
Pişəvərinin  ölümü  ilə  əlaqədar  Azərbaycan  demokrat  firqəsindən  sonra,  Bakıya
getməsi şayələri nəinki ağızlarda, hətta bir neçə kitab və jurnallarda da qeyd olunmuşdu
ki,  o  öldürülüb.  Onun  Bağırovlan əlaqəsi,  bir  iclasın  nəticəsi idi  ki,  o  iclasda
Azərbaycan  demokrat  partiyasının  nümayəndələri  ki,  onun  da  başında  M.C.Bağırov
dayanırdı-təşkil  olunurdu  ki,  görsünlər  Azərbaycan  demokrat  partiyasının
məğlubiyyətinin səbəbləri nədən ibarət olmuşdu? M.C.Bağırov beləki sözə başlayır və
qəti şəkildə  bildirir  ki,  bu  məğlubiyyətin  əsas  səbəbi  ondan  ibarətdir  ki,  Azərbaycan
demokrat partiyası lazimi qədər Sovet Azərbaycanına söykənməmişdir.
Pişəvəri çox əsəbi bir adam idi. O ara vurmadan dedi: - Yoldaş M.C.Bağırov səhv
edir. Əsil səbəb bundan ibarət idi ki, Azərbaycan demokrat partiyası İranın fəhlə sinfinə
və  azadxanlarına  söykənmədi. O,  bu  sözüylə  necə  deyərlər  öz  qətlinə  fərman  verdi:
Pişəvəri  bir  az  sonra  Gəncə  səfərinə  çıxarkən  maşını  çevrilərək  aşır. Güya  sürücüsü
gecəni  yatmadığından  onu  yuxu  aparır  və  nəticədə  maşın  çevrilir.  Pişəvəri  ağır
yaralanır.  Və  huşunun  itirmiş  halda  xəstəxanaya  aparılır  və  orada  dünyasını  dəyişir.
Ancaq sürücüsü heç bir zərər çəkmir. Bu da çox qəribə, maraqlı və təəccüblüdür.
M.C.Bağırov  Stalinin  himayəsi  altında  idi.  Nə  təkcə  Azərbaycanda  həm  də
Gürcüstanda və Ermənistanda da böyük hörməti var idi və sözü keçirdi. M.C.Bağırov
Stalinin  ölümündən  sonra,  Xruşşovun  dövründə,  etdiyi  xəyanətlərə  görə  gülləbaran
edildi.  Daryuş  Pişəvərinin  yeganə  oğlu  idi  və  Bakıda  yaşayırdı. Atasının  ölümündən
sonra xəstələnir, illərlə Almanda və Avropada dərman qəbul etməklə yaşayır, xərcini isə
xalaları  göndərir.  Xülasə  bilmirəm  necə  olmuşdu  Pişəvərinin  həyat yoldaşı  bir,  iki  il
inqilabdan öncə (yəni İslam inqilabından söhbət gedir. V.Əhməd) icazə almışdılar ki,
İrana  qayıtsınlar.  Mənə  elə  gəlir  ki,  mühəndis Şəqaqi  və  dostları  lazimi  şərait
yaratmışdılar. O da nədənsə baş tutmadı. Mühəndis Şəqaqi bir neçə il öncə vəfat etdi. O,
çox istedadlı və xeyirxah insan idi.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin