Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   52   53   54   55   56   57   58   59   ...   63
«Qəribin nəsihətləri»
Dərsliklərdə və dövri mətbuatda tərcümə əsərlərinin mövzularına nəzər saldıqda
dərhal nəzərə çarpır ki, mütərcimlər tipoloji yaxınlığa böyük diqqət yetirmişlər.
Tərcümə olunan əsərlərin romantik xüsusiyyəti, emosional gərginliklə zngin olmasına,
ahəngdarlığına xüsusi əhəmiyyət vermişlər. Mütərcimlər tərcümə olunan nümunələrin
əksəriyyətini mövzusunun, yaxud ideyasının şərq üslubuna uyğun olmasına çalışmışlar.
Ona görə də bir çox tərcümələrdə müəlliələr bəzən nəinki Şərq atalar sözlərini,
aforizmlərini artırmışlar, eyni zamanda orijinalda çox da qabarıq, nəzərə sarpmayan
didaktikliyin üzə çıxmasına çalışmışlar. Rus dilindən tərcümə olunan əsərlərin bir
çoxunda mütərcimlərin rus-şərq tipoloji ümumiliyini, genetik əlaqələrini dərindən
duyması tərcümələrin xeyrinə olmuşdur.
Tolstoyun «Bərabər irs»  («Məktəb» jurnalı,  №5,  1913, mütərcim Ə.Əliyev)
hekayəsinin tərcüməsində kiçik oğluna necə kömək edəcəyini bilməyən anaya «qərib»
öz nəsihətlərini verərək gedir. Hadisələrin sonrakı inkişafı isə «qəribin» dediyi kimi olur
və L.Tolstoy, bir növ, onun sözünün düz çıxdığını oxucuya özü inandırır. Lakin
Ə.Əliyevin tərcüməsində mövzunun rus ədəbiyyatına Şərqdən keçdiyi nəzərə alınaraq
mütərcim tipoloji uyğunluq tapmış, Şərq nağıl və rəvayətlərində olduğu kimi hadisələrin
inkişafını kəsmiş, baş verəcəkləri «qəribin» dili ilə söyləmiş, beləliklə, Tolstoyda adi
yol keçən «qərib» tərcümədə nəsihət verən, müdrik, xeyirxah obraza çevrilmişdir.
Tolstoyda janrına görə təmsil-hekayə məhz tipoloji xüsusiyyəti nəzərə alınaraq,
Şərq üslubuna uyğun tərcümələr hesabına nağıllaşır. Bu isə nəticədə tərcümənin
məqsədi üçün xeyirli olur.


308
Məktəbyaşlı uşaqların mütaliəsi üçün nağıl janrının uğurlu olduğunu pedaqoji
prizmadan görən tərcüməçilər, eyni zamanda didaktik ənənəyə məhz bu cəhətə görə
sadiq qala bilmişlər. L.Tolstoydan digər tərcümədə («Kirpi və dovşan»,  «Məktəb»
jurnalı №2, 1913, çevirəni Ə.Qasımov) mütərcim Şərq folklorundan bəhrələnərək milli
koloriti saxlamağa nail olmuşdur. Kirpi ilə bəhsə girən dovşan rəqabət apara
bilməyəcəyini duyur. Orijinal belə bitir: «Za i pokorilsə i skazal, çto vpered nikoqda ne
budet sporit». Tərcümədə isə «dovşan bu tərəfdən o tərəfə yüyürdüyü üçün çox bərk
yorulmuşdu. Əhvalı böylə gördükdə yüzü (üzü – V.Ə.) qızarıb utana-utana dedi:
-Tövbə olsun bən (mən – V.Ə.) bundan sonra bir də qabaqca heç kəs ilə bəhs
etmərəm…»
Tərcümədə «yüzü qızarıb» və «tövbə» ifadələri təkcə tərcümənin bədiiliyi naminə
deyil, eyni zamanda milli koloriti, Şərq ənənələrini gücləndirmək məqsədi güdür.
Əslində Şərqdən Rusiyaya, Rusiyadan isə yenidən Şərqə qayıdan mövzu yenidən öz
qafiyəsinə girir. Şərq ədəbiyyatına məxsus didaktika öz əksini əksər tərcümələrdə tapır.
Bəzi tərcümələrdə mütərcimlər bu xüsusiyyəti bir neçə detalla ifadə etməyə
müvəffəq olmuşlar. Əli Fəhminin L.Tolstoydan çevirdiyi «Cavan bayquş və dovşan»
(«Məktəb» jurnalı, №7, 1912) əsəri buna ən yaxşı misaldır. Tərcüməçi orijinaldan fərqli
olaraq əsərin adına «cavan» ifadəsini əlavə etməklə Şərq ədəbiyatına məxsus cavan
təcrübəsizliyi, tələskənliyi, özündən yaşlılara qulaq asmadıqda fəlakətə düçar olmasını
ifadə etmək istəmişdir. Mövzu və ideya, nəsihətamiz ruh Şərq nağılları ilə səsləşir.
Əsərdə qoca bayquşa qulaq asmaq istəməyən cavan bayquş öz həyatından keçməli olur.
Tərcüməçilərin Şərq ənənəsinə sadiqliyi məhz onların orijinaldan kənara
çıxmasına səbəb olmuş, lakin dilin inkişafından bacarıqla istifadə etmək mətnin əslində
daxilən yaxınlaşmışlar. Qeyd edək ki, orijinalın üslub ahəngdarlığının pozulmasının
səbəbləri yalnız tərcüməçilərin subyektiv münasibətlərindən deyil, həm də dilin
obyektiv inkişafından, tərcümənin məqsəd və məramından asılı olmuşdur.


309

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin