Şahin Mustafayev



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix03.02.2017
ölçüsü2,99 Mb.
#7592
1   2   3   4   5   6   7   8   9

 
 
 
 
105 
davam etdirir. 
Ola bilsin ki, dig
ər ixtisaslaşdırılmış müəssisələr də mövcud olsun, təəssüf ki, bu 
haqda m
əlumatsızam və  ümumiyyətlə, hesab edirəm ki, bu sahənin  ölkəmizdə 
tarixi uzun müdd
ət  tərkibinə  daxil  olduğumuz  Rusiyadakı  mənbələrdən 
araşdırılmalıdır. 
Rusiyada 
saxlanılan qədim tarixi sənədlərdə artıq XVII əsrdən dalğıc peşəsinin 
mövcudluğu (bu haqda P.A.Orabellinin «İssledovanie i izıskanie» 1947 q. əsərində 
göst
ərilmişdir)  qeyd  edilirdi.  Dalğıc  texnikasının  inkişafında  isə  1882-ci ildə 
Kronştatda  dalğıc  məktəbinin  yaradılması  böyük  rol  oynamışdır.  1892-ci ildə  bu 
m
əktəb tərəfindən ilk dalğıc qaydaları və 1896-cı ildə isə «Dalğıc xidməti haqqında 
qaydalar»  t
ərtib olunaraq nəşr  etdirilir.  Kronştat  dalğıc  məktəbi  tərəfindən 
hazırlanmış  dalğıc  avadanlıq  və  ləvazimatları  eksponatları  dünyanın  müxtəlif 
s
ərgilərində  nümayiş  etdirilir və  hətta,  1893-cü ildə  Çikaqo sərgisində  mükafata 
layiq görülür. 
Sovet  Rusiyasında  dalğıc  və  sualtı-texniki  işlər  sahəsində  əsaslı  şəkildə 
sisteml
əşdirmə və təşkilatlanma 1923-cü ildə F.E.Derjinskinin təşəbbüsü ilə Qara 
d
əniz hövzəsində  Xüsusi  Təyinatlı  Sualtı  İşlər  Ekspedisiyasının  (Эспедиция 
подводных  работ  особого  назначения  (GPRON))  yaradılması  ilə  başlanmışdır. 
Bu t
əşkilat keçmiş SSRİ-də dalğıc və sualtı-texniki işlər sahəsində bütün İttifaq üzrə 
elmi, istehsalat v
ə hərbi istiqamətləri özündə birləşdirməklə nəhəng bir struktur idi 
v
ə  bu  günə  qədər  də  mövcuddur.  EPRON  mövcudluğu  dövründə  bir çox 
nailiyy
ətlər  qazanmışdır.  2003-cü ildə  Moskvada  80 illiyini qeyd edən təşkilatın 
t
ədbirində «Azneft» İB-nin dalğıc və Sualtı-Texniki İşlər üzrə İstehsalat Şöbəsinin 

 
 
 
 
106 
r
əisi P.P.Qurtovenko və  XDDQXİİ-nin  baş  mühəndisi  F.X.Bünyatov  dəvət 
oluna
raq,  iştirak  etmişlər.  Bu  kitabın  müəllifi  isə  dalğıc  və  sualtı-texniki  işlər 
sah
əsindəki nailiyyətlər gör (konfrans materialların da son illərdə XDDQXİİ-nin 
bu sah
ədə  qazandığı  uğurlar  öz  əksini  tapmışdır)  «Yubiley  nişanı»  ilə  təltif 
olunmuşdur. 
İttifaq  daxilində  gedən proseslər çərçivəsində  Xəzərdə, xüsusən  de, Azərbaycan 
sektorunda iqlimin mülayimliyi, dig
ər  Xəzəryanı  respublikalara nisbətən  sənayenin 
daha çox inkişaf etməsi və digər səbəblərdən bu sahə intensiv inkişaf edirdi. 
Xüsus
ən də,  bu  inkişaf  XX  əsrin  ikinci  yarısından  başlayaraq,  Xəzər  dənizində 
neft-
qazçıxarmanın  başlanması  və  70-ci illərdən etibarən  dəniz  işlərinin 
coğrafiyasının  böyük  dərinliklərə  doğru  dəyişməsi  ilə  özünü daha parlaq büruzə 
verirdi. 
Z
ənnimcə, dənizdə  neft-qazçıxarmanın  tarixinə  aid çox maraqlı  bir  faktı 
diqq
ətinizə  çatdırmaq  yerinə  düşərdi. XIX əsrin  əvvəllərində  dənizdən neft 
çıxarılmasına ilk cəhd Bakıda Bibi Heybət buxtasında azərbaycanlı sənayeçi Qasım 
b
əy tərəfindən  edilmişdir.  O, sahildən  bir  az  aralıda  bir-birinə  kip  geydirilmiş 
taxtalardan, nec
ə deyərlər, ilk dayanıqlı özül quraşdırır və quyu qazaraq sutkada 3-4 
vedr
ə  neft hasilatına  nail  olmuş  və  təqribən  15 il müddətində  bu quyunu istismar 
et
mişdir. Gələcək dəniz özüllərinin oxşarı və ilki olan bu qurğu 1825-ci ildə güclü 
qasırğa  zamanı  dağılır.  Bu  hadisədən,  təqribən, bir əsr  yarım  sonra  yeni  dəniz 
özüll
əri inşa edilməyə başlayır və bu özüllər formaca ilk özülə çox oxşayırdı. 
Ümumiyy
ətlə XX əsrin ikinci yarısında dənizdə neft-qazçıxarmanın geniş vüsət 
alması  ilə  əlaqədar, təbii olaraq sənaye  maraqlı  suyadalmalar  və  onun texniki 

 
 
 
 
107 
t
əminatı böyük inkişaf yolu keçmişdir. Dünyada ilk olaraq dənizdə neft-qazçıxarma 
il
ə məşğul olan ölkəmizdə də, təbii ki, bu sahəyə diqqət yetirilmiş və bu sahə inkişaf 
etdirilmişdir.  Dalğıc  və  sualtı-texniki  işlərin neft-qaz sənayesində  bir sahə  kimi 
inkişaf etdirilməsinin başlanğıcı XX əsrin 70-ci illərinə təsadüf edir. 1975-ci ildə o 
zamanki 
SSRİ  neft  sənayesi  naziri  V.D.  Şaşinin  imzaladığı  əmrlə 
«X
əzərdənizneftqazsənaye»  İB-nin tərkibində  «Sualtı-Texniki  İşlər və  Dənizin 
Neftl
ə  Çirklənməsindən  Mühafizəsi  üzrə  İxtisaslaşdırılmış  İdarə»  yaradılır. 
Sonralar birliyin tabeçiliyind
ə  olan  «Qəzaxilasetmə  dəstəsi»  ilə  birləşən  STİ  və 
DNÇMİİ Xəzər Dəniz Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsi adlandırılır. Və bu 
gün  dem
ək olar  ki, bütün dünyada XDDQXİİ və ya CODERO adı altında tanınan 

əssisə, respublikada və  eləcə  de, bütövlükdə  Xəzər  dənizi  hövzəsində 
sualtı-texniki və dalğıc işləri üzrə ixtisaslaşdırılmış yeganə təşkilatdır. Müəssisənin 
mümkün iş diapazonu  «0»  metrdən 1050 metrə  qədər  dərinliklərdə  yerləşməklə 
praktiki olaraq, X
əzər dənizinin bütün dərinliklərini  əhatə  edir. Dənizdə 
sualtı-tikinti  quraşdırma  işlərində, dəniz  obyektlərinin  (hidrotexniki  qurğuların  , 
sualtı  kommunikasiyaların  )  istismarında,  su  altında  baş  vermiş  qəza hadisələrinin 
aradan 
qaldırılmasında neft-qaz yataqların da ekoloji təhlükəsizlik proqramların da 
v
ə  dənizdə  neft-qazçıxarmanın  sabitliyinin təminatında  XDDQXİİ-nin rolu 
əvəzsizdir. 
30 illik Yubileyini qeyd ed
ən müəssisə taleyinin müəyyən dövrlərində yüksəliş 
v
ə  tənəzzül illərini  yaşamışdır.  Şərti  olaraq, 1975-1990-cı  və  1996-2005-ci  illəri 
«yüks
əliş illəri» adlandırmaq olar. 
Tarixd
ə şəxsiyyətlərin rolu danılmazdır. Sahənin yüksəliş illəri həmin dövrlərdə 

 
 
 
 
108 
ölk
əyə rəhbərlik etmiş ümummilli lider, mərhum prezidentimiz H.Əliyev cənabların 
m adı ilə bağlıdır. O, neft-qaz sənayesinin inkişafına xüsusi diqqət yetirir. Təbii ki, 
d
ənizdə neftqazçıxarmanın xidmət sahələrindən biri kimi, bizim sahə də diqqətdən 
k
ənarda  qalmamışdır.  1975-1990-cı  illərdə  müxtəlif  çeşidli  dalğıc  avadanlıqları, 
geyim l
əvazimatları, içərisində dalğıc kompleksləri olan müxtəlif layihəli gəmilər və 
üz
ən qazma qurğuları, heyətsiz sualtı aparatlar və s. alınmış, güclü kadr potensialı 
yetişdirilmişdir. 
ARDNŞ-in  prezidenti  Natiq  Əliyevin,  I  vitse-prezident  Xoşbəxt Yusifzadənin. 
«Azneft» 
İstehsalat  Birliyinin  Baş  direktoru  Yavər  Camalovun,  ayrı-ayrı  illərdə  o 
zamankı  «Xəzər-dənizneftqazsənaye»  İstehsalat  Birliyinə  rəhbərlik  etmiş  Ələkbər 
Süleymanovun, m
əşhur  neftçi  Qurban  Abbasovun,  həmin  birliyin  baş  mühəndisi 
v
əzifəsində  çalışmış  Namiq  Əfəndiyevin, uzun illər  İstehsalat  Birliyində  baş 
direktorun  müavinl
əri vəzifələrində işləmiş  Cümşüd İbrahimovun,  Nazim  Əliyevin, 
uzun ill
ər  ARDNŞ-in  vitse-prezidenti  vəzifələrində  çalışmış  Əhməd Zeynalovun, 
Söhrab Salmanovun, keçmiş Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin Baş 
direktoru R
əhman Qurbanovun, «Azneft» İB-nin baş direktorunun tikinti işləri üzrə 
müavini 
Ağasəf Əliyevin və onlarla digər rəhbər işçilərin gərgin əməyi, işgüzarlığı, 
t
əşəbbüskarlığı  və  yüksək  təşkilatçılıq  qabiliyyəti sayəsində  müəssisənin ahəngdar 
işləməsi  mümkün  olmuş,  verilən dövlət  tapşırıqlarının  vaxtlı-vaxtında  yerinə 
yetirilm
əsi, idarənin  qısa  bir  müddət  ərzində  peşəkar kadrlarla təmin olunması,  ən 
müasir texniki avadanlıqlarla təchiz olunmuş beynəlxalq miqyasda tanınan qabaqcıl 
bir mü
əssisəyə çevrilməsi həyata keçirilmişdir. 
Əvvəllər dalğıc və sualtı-texniki işlərin yerinə yetirilməsi üçün heç də  əlverişli 

 
 
 
 
109 
sayılmayan Xəzər dənizi XX əsrin 50-ci illərində bu işlərin yerinə yetirilməsində 
n
əinki  keçmiş  SSRİ-də  bütün  respublikalar  arasında  irəli  çıxmağa  başladı,  hətta 
yeni 
müasir texnologiyaların    sınaq meydanına belə çevrildi. 1975-ci ilin sonunda 
yaranan mü
əssisə  artıq  1981-ci ilin əvvəllərində  göyərtəsində  200 metrə  qədər 
d
ərinliklərdə saturasiya üsulu ilə dərinlik dalğıc işlərini yerinə yetirə bilən  Fransa 
(«Comex» 
kompaniyası) istehsalı olan «CA-600» adlı Dərinlik Dalğıc Kompleksinə 
malik  d
ə  «Ə.Əmirov»  gəmisində  sınaq  işlərinə  başlayır.  Bir  müddət  sonra  İsveçrə 
istehsalı «SeaHook» tipli 225 metrə qədər dərinliklərdə, daha sonra elə həmin növ, 
lakin 525 metr d
ərinliklərə qədər videoçəkiliş aparmaq, müxtəlif növ təftiş işlərinin 
yerin
ə  yetirilməsini təmin edən  məsafədən  idarə  olunan HSA-nm, ardınca Böyük 
Britaniya istehsalı olan işçi növ HSA «Skorpio-54»-ün (bu heyətsiz aparat haqqında 
əvvəlki bölmələrdə  bəhs edilib), müxtəlif üzən  qazma  qurğuların  da 
(«Kaspmorneft», 
«
Şelf-1»,  «Şelf-2»,  «Şelf-3»,  «Şelf-5»),  kran gəmisi 
«Az
ərbaycan»da quraşdırılmış Böyük Britaniya, Fransa, Almaniya və Polşa istehsalı 
olan D
ərinlik  Dalğıc  Komplekslərinin  sınağı,  texniki  mənimsənilməsi və  istismara 
buraxılması  işləri həyata keçirilir. Nəhayət, İstehsalat Birliyinin sifarişi ilə 1988-ci 
ild
ə, müasir texnologiyanın  ən yüksək tələblərinə  cavab verən  İxtisaslaşdırılmış 
Dalğıc Gəmisi (İDG) «Akademik Tofiq İsınayilov» (müvazinətli dayanıq sisteminə 
malik olan bu g
əmi, dənizin istənilən nöqtəsində, küləyin surəti saniyədə 25 metrə 
çatan  hava 
şəraitində  300 metr dərinliyə  qədər  saturasiya  dalğıc  işlərinin və  1050 
metr d
ərinliyə qədər isə HSA-larla sualtı-texniki işlərin yerinə yetirilməsini təmin 
edir.  Bu  gün,  İDG  «Akademik  Tofiq  İsınayilov»  uzunmüddətli müqavilə  əsasında 
Az
ərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) sifarişi ilə «Əsrin Müqaviləsi» 

 
 
 
 
110 
ç
ərçivəsində  dalğıc  və  sualtı-texniki  işlərin  yerinə  yetirilməsi  ilə  məşğuldur) 
Finlandiya ölk
əsində  inşa  edilərək respublikaya gətirilir.  Yerli  kadrların   
hazırlanması üçün hərbidən bir qrup mütəxəssis tərxis edilərək, xüsusi 
t
əyinatla  Bakıya  «Xəzərdənizneftqazsənaye»  Ümumittifaq  İstehsalat Birliyinin 
s
ərəncamına  göndərilir, istehsalat birliyinin tərkibində  yaradılmış  «Dalğıc  və 
sualtı-texniki  işlər üzrə  istehsalat  şöbəsi»  tərxis  olunmuş  birinci  dərəcəli  kapitan, 
t
əcrübəli dalğıc  mütəxəssisi  P.P.Qurtovenkonun  rəhbərliyi  ilə  fəaliyyət  göstərməyə 
başlayır.  P.P.Qurtovenko bu gün də  «Azneft»  İB-nin  şöbə  rəisi  -  baş  dalğıc 
müt
əxəssisi kimi fəaliyyətini davam etdirir. Respublikada Neft Kəşfiyyatçıların  m 
Birl
əşmiş Xəstəxanasında  hərbi  həkim, təcrübəli  fizioloq  V.P.Kuşnirin  başçılığı  ilə 
h
əkim-fizioloqlar  bölməsi  yaradılır,  30  nəfər  ali təhsilli həkim  fizioloq  ixtisasına 
yiy
ələnmək üçün Leninqrada ezam edilir, xəstəxananın tərkibində Hiperbarik Mərkəz 
yara
dılır. Bu örnək ola biləcək əsl intibah dövrü idi. 
V
ə bütün bunların    məntiqi nəticəsidir ki, ilk əvvəllər yalnız kiçik dərinliklərdə 
işlərin yerinə  yetirilməsi  ilə  məşğul  olan  XDDQXİİ  bu  gün  mürəkkəb 
avadanlıqlara,  dalğıc  ləvazimatların  a,  Heyətsiz  Sualtı  Aparatlar  Parkına,  dalğıc 
kompleksl
ərinə, 100 nəfərdən  çox  dalğıca,  20  nəfərə  yaxın  akvanavta, 50 nəfərə 
yaxın  dərinlik  dalğıc  kompleksləri  mütəxəssisləri, mühəndis-texniki  işçiyə, 14 
n
əfərlik Heyətsiz Sualtı Aparatlar Dəstəsinə və bir çox başqa mütəxəssislərə malik 
olub, 60 metr
ə  qədər dərinliklərdə  hava-dalğıc  işlərini,  300  metrə  qədər 
d
ərinliklərdə  saturasiya-dalğıc  işlərini və  1000 metrə  qədər  dərinliklərdə 
Teleidar
əolunan Heyətsiz  Aparatlar vasitəsi ilə  sualtı-texniki  işlərin yerinə 
yetirilm
əsini həyata keçirir. «Əsrin Müqaviləsi»  üzrə  işlərin  başlanması  və  son 

 
 
 
 
111 
ill
ərdə  neftqazçıxarma  sahəsində  nailiyyətlərin bir-birini  əvəz    etməsi bu 

əssisənin  işinin  müasir  dövrün  tələbinə  uyğun  şəkildə  qurulması  vacibliyini 
yaratmışdır. 
F
əxrlə  demək  lazımdır  ki, bu tələbin  öhdəsindən  müəssisə  müvəffəqiyyətlə 
g
əlir. Belə ki, 1996-cı ildən başlayaraq 
XDDQXİİ  Fransanın  Stolt  Offşor  kompaniyası  ilə  Alyansda  «Dədə  Qorqud», 
«
İstiqlal»  yarımdalma  və  «Qurtuluş»  dayanıqlı  qazma  qurğuların  da,  «Çiraq-1» 
özülünd
ə  Heyətsiz  Sualtı  Aparatlarla  sualtı-texniki  işlərin təminatmı,  1997-ci ildə 
saturasiya  dalğıcları  ilə  120 metr dərinlikdə  «Çiraq-1»  özülü dik borusunun  yeni 
ç
əkilmiş  boru  kəməri  ilə  birləşdirilməsi  işini,  sonrakı  illərdə  və  bu günə  kimi 
müxt
əlif layihələrdə  iştirak etmiş  və  etməkdədir, 1996-2005-ci illər  ərzində  isə  bir 
n
əfər də  olsun xarici mütəxəssis cəlb edilməməklə  55, 87, 94, 112, 120 metr 
d
ərinliklərdə  saturasiya  dalğıc  işlərini yerinə  yetirilməsini həyata  keçirmiş,  öz 
sah
əsində  ölkədə  aparıcı  müəssisə  olaraq, dövlət dilində  normativ sənədlərin və 
ədəbiyyatın yaranması üzrə məqsədyönlü iş aparmış və aparmaqdadır. 
 

 
 
 
 
112 
XX 
əsrin 90-cı illərinin əvvəllərindəki məlum siyasi hadisələr və təbii miqrasiya 
n
əticəsində çoxlu mütəxəssislərini itirən, idarəçilikdə yaranmış müəyyən boşluqlar 
n
əticəsində  çətin günlərini  yaşayan  XDDQXİİ  1996-cı  ildən müstəqil  Azərbaycan 
Respublikasının bu yönümdə çalışan yeganə müəssisəsi kimi ikinci dirçəliş dövrünü 
yaşayır.  Müəssisə  işlərini  beynəlxalq  standartlara  uyğun  aparmaq  üçün 
m
əqsədyönlü  iş  aparır.  XDDQXİİ  2001-ci ildən Beynəlxalq Dəniz 
Kontraktorçuları  Assosiasiyasının üzvüdür hal-hazırda  müəssisədə  çalışan 
hava-
dalğıclarından  19  nəfəri,  NSA  pilotların  dan 6 nəfəri, mühəndis-texniki 
işçilərdən 6 nəfəri  müxtəlif  beynəlxalq  sertifikatlara  malikdirlər.  İdarə  həmçinin 
2004-cü  ild
ə  «Moody  İnternational»  (Böyük  Britaniya)  kompaniyası  tərəfindən 
t
əqdim  edilmiş  İSO  9001:2000  -  Keyfıyyətin  İdarəolunması  Sertifikatına  layiq 
görülmüşdür. 
1996-
cı  ildə  dövlət dilində  heç bir normativ, rəhbəredici  sənədlərə,  ədəbiyyata 
malik  olmayan  XDDQXİİ,  bu  gün  müəssisədə  çalışan  mütəxəssislərin  intuziazmı 
say
əsində bu boşluğun aradan qaldırılmasına nail olmuşdur. Müəssisənin sifarişi və 
müt
əxəssislərin  yaxından  iştirakı  ilə  yaradılmış  normativ və  rəhbəredici  sənədlər 
toplusu v
ə ədəbiyyat nəinki XDDQXİİ, eləcə də respublikamızda bu sahədə çalışan 
dig
ər  müəssisələr  tərəfindən  də  normativ-hüquqi baza kimi əsas götürülür və 
R.N.Qarayev t
ərəfindən hazırlanmış «Dalğıc işləri üzrə praktikum»( Bakı, «ELM» 
1999) kitabı isə dövlət dilində ali məktəblər üçün yeganə dərslikdir. 
Bu gün mü
əssisə, dərinliklərdə  yerinə  yetirilməsi tələb  olunan  işlərin 
mür
əkkəbləşməsi və çeşidlərinin çoxalmasını nəzərə alaraq, hiperbarik təlim-məşq 
m
ərkəzinin  inşa  edilməsi, heyətsiz  sualtı  aparatlar parkının  genişləndirilməsi, 

 
 
 
 
113 
ava
danlıqların    və  ləvazimatların    təmiri  üzrə  müxtəlif  yönümlü 
emalatxanaların    yaradılması və s. bu kimi planların    həyata keçirilməsi üzərində 
işləyir və  burada  çalışan  hər  bir  şəxs ölkəmizdə  dənizdə  neft-qazçıxarmamn  bu 
gününd
ə və sabahında XDDQXİİ-nin yerinin və rolunun vacibliyini başa düşür və 
bu sah
ənin inkişafı üçün var qüvvələrini, bilik və bacarıqların ı əsirgəmirlər. 
30 illik yubile
yini qeyd etdiyimiz XDDQXİ idarəsi ölkədə bu sahədə yarandığı 
günd
ən  bayraqdar  olmuş  və  bu gün də birinciliyi əldən vermək niyyətində deyil. 
Buna s
əbəb isə güclü maddi-texniki baza ilə yanaşı, müəssisənin sərəncamında olan 
yüks
ək səviyyəli mütəxəssislərdən ibarət əməksevər kollektivdir. 
 
 
TARİXDƏ İZ QOYANLAR 
İndi  də  istərdim ki, müəssisə  yarandığı  vaxtdan bu günə  kimi bu 
sah
ədə böyük zəhməti olmuş öz mənalı ömürlərini dalğıc və sualtı-texniki 
işlərə həsr etmiş insanlar haqqında söhbət açaq. 
 
 
ADUROV LƏTİF HACI OĞLU 

 
 
 
 
114 
Adurov L
ətif  Hacı  oğlu  22  mart  1936-cı  ildə  Ermənistan SSR-nin  Vedi 
rayonunun Vedi k
əndində  anadan  olmuşdur.  O,  1957-ci ildə  M.Əzizbəyov  adına 
Az
ərbaycan Sənaye İnstitutunu dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirmiş və öz 
pe
şəsi üzrə bir çox idarə və müəssisələrdə çalışmışdır. 
O, 1 yanvar 1976-
cı  ildə  köçürmə  yolu ilə  Sov.İKP-nin  XXII  qurultayı  adına 
Neftqazçıxarma  İdarəsindən  «Xezərdənizneftsənaye»  İstehsalat  Birliyinin 
Sualtı-Texniki  İşlər və  Dənizin Neftlə  Çirklənməsindən  Mühafizəsi  üzrə 
İxtisaslaşdırılmış  İdarəsinə  (indiki Xəzər Dəniz  Dalğıc  Qəza Xilasetmə  İşləri 
İdarəsi) rəis vəzifəsinə təyin edilmişdir. L.Adurov idarəyə rəhbərlik etdiyi müddət 
ərzində  idarənin  formalaşması,  texniki-təşkilati  işlərin yüksək səviyyəyə 
çatd
ırılması istiqamətində bacarığım əsirgəməmiş, az 
müdd
ətdə  müəyyən nailiyyətlərə  müvəffəq  olmuşdur.  O,  idarənin maddi-texniki 
bazasının möhkəmləndirilməsi, dövrün istehsalat tələblərinə  uyğun  yeni  avadanlıq 
v
ə  texnika ilə  təmin  edilməsi,  işçilərin maddi-sosial  rifahının  yaxşılaşdırılması 
üçün öz bilik v
ə bacarığım əsirgəməmişdir. 
ƏLİYEV KNYAZ HÜSEYN OĞLU 
Əliyev  Knyaz  Hüseyn  oğlu  1  sentyabr    1935-ci ildə 
Az
ərbaycan  Respublikasının  Füzuli  rayonunda  anadan 
olmuşdur.  O,1958-ci ildə  M.Əzizbəyov  adına  Azərbaycan 
S
ənaye  İnstitutunu  dağ-mədən mühəndisi  ixtisası  üzrə 
bitirdikd
ən sonra «Orconikidze» 
adına 
(indiki 
«Suraxa
nıneft») Neft Mədənləri İdarəsində operator kimi ilk 
əmək  fəaliyyətinə  başlamış,  1962-ci ildə  həmin idarədə  texniki təhlükəsizlik üzrə 
 

 
 
 
 
115 
müh
əndis vəzifəsinə  keçirilmişdir.  Təşkilatçılıq  və  zəngin istehsalat təcrübəsi 
say
əsində  «Xəzərdənizneftqazsənaye»  İstehsalat Birliyində  Əməyin  Mühafizəsi  və 
Texniki T
əhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinədək yüksələn K.Əliyev 1976-cı ildə 
Sualtı-Texniki  İşlər və  Dənizin Neftlə  Çirklənməsindən  Mühafizəsi  üzrə 
İxtisaslaşdırılmış  İdarəsinə  Baş  mühəndis, 1977-ci ildə  isə  rəis  vəzifəsinə  teyin 
edilmişdir. İdarənin ilk rəisi olan L.Adurovun iş prinsiplərinin, dəst-xəttinin davamı 
olaraq, o da öz növb
əsində  müəssisənin strukturunun daha da təkmilləşdirilməsi 
üçün  bir  sıra  tədbirlərin  işlənib  hazırlanmasında  yaxından  iştirak  etmişdir. 
NQÇİ-lərin tərkibində ayrı-ayrılıqda fəaliyyət göstərən dalğıcların    idarəyə dəvət 
olunma
sı  və  onların  səmərəli yerləşdirilməsi,  eləcə  də  Murmansk  şəhərindən 
ixtisaslı  dalğıc  kadrlarının  idarəyə  cəlb edilməsi istiqamətində  də  xeyli  iş 
görülmüşdür. Bununla kifayətlənməyən  K.Əliyev  eyni  zamanda  Murmansk  və 
Odessa  şəhərlərindən  təcrübəli  dalğıc  mütəxəssislərini  və  bilavasitə  dalğıcların   
tibbi müayin
əsi,  sağlamlığı  ilə  məşğul  olan  həkim-fizioloqları  Bakıya  dəvət 
ed
ərək, mütəxəssislərimizin onların    bilik və bacarıqların dan bəhrələnmələri üçün 
h
ər cür şərait yaratmışdır. 
AŞUMZADƏ AZƏR ŞAMİR OĞLU 
Aşumzadə Azər Şamir oğlu 27 iyun 1931-ci ildə Türkmənistan SSİ-nin Aşqabad 
şəhərində    anadan  olmuşdur.  O,  1951-ci ildə  Bakı  Dənizçilik Məktəbini uzaq 
s
əfərlər gəmi sürücülüyü üzrə, 1964-cü ildə  isə  Odessa Dəniz Mühəndislər 
İnstitutunu su nəqliyyatının istismarı ixtisası üzrə bitirmişdir. 
1951-1954-cü ill
ərdə  Xəzər Dəniz  Donanmasına  məxsus  gəmilərdə  kapitan 
köm
əkçisi, 1954-1956-cı illərdə 1 №li Texniki Peşə Məktəbinin gəmi sürücülüyü 

 
 
 
 
116 
qrupunda istehsalat t
əlimi  ustası,  1956-1965-ci illərdə  yenidən kapitan köməkçisi 
v
əzifələrində çalışan A.Aşumzadə bir müddət metodist kimi də fəaliyyətini davam 
etdir
ərək Bakı Dənizçilik Məktəbində direktor müavini vəzifəsində işləmişdir. 
1984-1986-
cı illərdə SSRİ Qaz Sənayesi Nazirliyinin sifarişi ilə  Finlandiyaya 
xidm
əti ezam olunan  A.Aşumzadə  12  iyun 1986-cı  ildə  Sualtı-Texniki  İşlər və 
D
ənizin Neftlə  Çirklənməsindən  Mühafizəsi  üzrə  İxtisaslaşdırılmış  İdarəsinə  rəis 
v
əzifəsinə təyin edilir. 
STİ  və  DNÇMİİ-də  əmək fəaliyyəti göstərdiyi müddət elə  də  böyük zaman 
k
əsiyini  əhatə etməsə də, A.Aşumov idarənin rentabelli işləməsi, dalğıc işlərinin 
qüsursuz,  keyfiyy
ətli  başa çatdırılması, işçilərin  əmək şəraitinin yaxşılaşdırılması, 
maddi-texniki baz
anın  möhkəmləndirilməsi  istiqamətində  səy  və  bacarığını 
əsirgəməmişdir. 
ORUCOV SƏFQULU ƏZİZ OĞLU 
Orucov S
əfqulu  Əziz  oğlu  5  sentyabr    1930-cu ildə  Bərdə  rayonunun 
Qaradırnaq  kəndində  anadan  olmuşdur.  O,  1955-ci ildə  Azərbaycan  Sənaye 
İnstitutunu (indiki Neft Akademiyası)  dağ-mədən mühəndisliyi  ixtisası  üzrə 
bitirdikd
ən  sonra  «Xəzərdənizneftkəşfiyyat»  trestinin 1 №-li  Qazma Kontorunda 
əmək fəaliyyətinə başlamışdır. O,1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə 
çalışmış,  qazmaçı  köməkçisindən  tutmuş,  Baş  mexanik  vəzifəsinədək 
yüks
əlmişdir. 
S.Orucov  çalışdığı  hər  bir  müəssisdə  tutduğu  vəzifədən  asılı  olmayaraq 
əməksevərliyi, qərəzsiz mövqeyi və yüksək təşkilatçıhq qabiliyyətini daim nümayiş 
etdirmiş və bunun müqabilində rəhbərlik tərəfindən mükafatlandırılmışdır. 

 
 
 
 
117 
O, 1970-ci ild
ə V.İ.Leninin anadan olmasının «100 illiyi» münasibətilə əməkdə 
f
ərqlənməyə görə medalla təltif olunmuşdur. 
1967-ci ild
ə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə 
Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuş S.Ə.Orucov 1988-ci ildə 
Sualtı-Texniki  İşlər və  Dənizin Neftlə  Çirklənməsindən  Mühafizəsi  üzrə 
İxtisaslaşdırılmış  İdarəsinə  (indiki  XDDQXİİ)  rəis teyin edilmişdir.  İdarədə  az 
işləməsinə  baxmayaraq  işgüzarlığı,  səmimi münasibəti sayəsində  ünsiyyətdə 
olduğu insanların    dərin hörmət və rəğbətini qazanmışdır. 
 
 
ZÜLFÜQAROV 
ABUSƏTTAR ABUZƏR OĞLU 
Zülfiiqarov Abus
əttar Abuzər  oğlu  17 avqust 1945-ci ildə  Bakı  şəhərində  fəhlə 
ail
əsində  anadan  olmuşdur.  Maddi ehtiyac içində  yaşadıqların  dan  ailəsinə  kömək 
m
əqsədilə  oxuduğu  məktəbin  axşam  şöbəsinə  keçməyə  məcbur  olmuş 
A.A.Zülfüqarov Keşlə Maşınqayırma Zavodunda cilalayıcı kimi ilk əmək fəaliyyətinə 
başlamışdır. O, 1981-ci ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun dağ-mədən 
müh
əndisliyi ixtisasına  yiyələndikdən  sonra  NQÇİ-lərdə  demək  fəaliyyətini davam 
etdirmişdir.  A.A.Zülfüqarov  1986-cı  ildə  Sualtı-Texniki  İşlər və  Dənizin  Neftlə 
Çirkl
ənməsindən  Mühafızesi  üzrə  İxtisaslaşdırılmış  İdarəsinə  (indiki  XDDQXİİ) 

 
 
 
 
118 
ümumi m
əsəlelər üzrə  reis müavini, 1991-ci ildə  isə  həmin  idarəyə  reis vəzifəsinə 
t
əyin edilmişdir. İdarəyə rəhbərlik etdiyi dövr ərzində sualtı-texniki və dalğıc işləri 
üzr
ə  dövlət plan və  tapşırıqların  m  yerinə  yetirilməsini daim diqqət  mərkəzində 
saxlayan A.A.Zülfüqarov h
əmçinin «Neft Daşları» ilə «Bahar» yatağı arasında sualtı 
qaz k
əmərinin çəkilməsi  işinin  vaxtında  başa  çatdırılması,  «Günəşli»  və  «28 May» 
yataqların  da  200  metr  dərinlikdə  dalğıc  işlərinin,  «Şelf»  tipli  üzən  qurğularda isə 
maksimum  d
ərinlik  dalğıc  işlərinin müvəffəqiyyətlə  yerinə  yetirilməsində  səy  və 
baca
rığını  əsirgəməmişdir. Eyni zamanda «Akademik Tofiq İsmayılov»  dalğıc 
g
əmisinin dərinlik dalğıc işləri üçün texniki cəhətdən istismara verilməsi, yararlığının 
tam t
əmin edilməsi,  «Krab»  markalı  heyətsiz  sualtı  aparat  vasitəsilə  «Günəşli» 
yatağında yerləşən Dərinlik Dalğıc Özüllərinin texniki baxışdan keçirilməsi və s. bu 
kimi işlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. 
 
   
IBRAHIMOV A G A L A R 
ALLAHVERDİ OĞLU 
Ağalar Allahverdi oğlu İbrahimov 5 oktyabr 1956-cı ildə Qutqaşen rayonunda (indiki 
Q
əbələ) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1973-cü ildə Ç.İldırım 
adına Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat fakültəsinin mülki 

 
 
 
 
119 
tikinti v
ə  sənaye  şöbəsinə  daxil  olmuş,  lakin  bir  müddət sonra ailə  vəziyyəti ilə 
əlaqədar təhsilini yarımçıq qoyaraq, istehsalata üz tutmuşdur. Matros şagirdi kimi 
ilk 
əmək fəaliyyətinə  başlayan  A.A.İbrahimov  1978-ci ildə  istehsalatdan 
ayrılmamaqla Odessa Ali Dənizçilik Məktəbinin gəmi idarəetmə fakültəsinin dəniz 
yolların da  gəmi idarəetmə  şöbəsinə  qəbul olur və  1985-ci ildə  həmin  məktəbi 
müv
əffəqiyyətlə  bitirir.  «Xəzərdənizneftdonanma»  İdarəsində  uzun illər  müxtəlif 
v
əzifələrdə - matros şagirdi, matros, botsman, kapitanın 3-cü, 2-ci, böyük köməkçisi, 
kapitan, idar
ə  rəisinin müavini və  nəhayət idarə  rəisi  vəzifələrində  çalışan 
A.A.İbrahimov  1996-cı  ildən bu günədək  Xəzər  Dəniz  Dalğıc  Qəza  Xilasetmə 
İşləri  İdarəsinin  rəisi  kimi  əmək  fəaliyyətini  davam  etdirir.  O,  başçılıq  etdiyi 
XDDQXİ İdarəsinin rentabelli işləməsi, verilən tapşırıqların    vaxtlı-vaxtında yerinə 
yetirilm
əsi,  işçilərin maddi rifahının  yaxşılaşdırılması,  ən önəmlisi isə  alternativi 
olmayan bu mü
əssisənin  yüksək  reytinqinin  qorunub  saxlanması  istiqamətində 
s
əmərəli fəaliyyətinə görə 1999-cu ildə ARDNŞ-m Fəxri Fərmanı ilə təltif edilib. 
Bundan başqa, A.A.İbrahimov 2003-cü ildə Rusiya Federasiyasının Dövlət Dəniz 
v
ə  Xilasetmə  Koordinasiya Xidməti tərəfindən Xüsusi Təyinatlı  Sualtı  İşlər 
Ekspe
disiyasının  80  illik  yubileyi münasibətilə  «Yubiley  nişanı»na  da layiq 
görülüb. 
A.A.tbrahimov d
əniz neft sənayesi  sistemində  çalışdığı  illər  ərzində  Norveç, 
Hollandiya, Yuqoslaviya, Vyetnam, Sin
qapur,  İngiltərə, Fransa və  s. ölkələrdə 
ezamiyy
ətlərdə olmuşdur. O, rus, ingilis və türk dillərində sərbəst danışır. 
T
əcrübəli dənizçi və rəhbər işçi kimi A.A.İbrahimov müntəzəm olaraq dəniz neft 
s
ənayesi ilə bağlı Kütləvi İnformasiya Vasitələrində çıxış edir. 

 
 
 
 
120 
Ail
əlidir, 2 övlad atasıdır. 
 
KUŞNİR VİTALİY PAVLOVİÇ 
Kuşnir  Vitali  Pavloviç  1939-cu ildə  Ukrayna 
Respublikasının  Xmelnitski  şəhərində  qulluqçu ailəsində 
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra N.İ.Piroqov 
ad
ına Vinnisk  Tibb  İnstitutuna  daxil  olmuş  və  1962-ci ildə 
müalic
ə həkimi ixtisası üzrə həmin təhsil ocağım bitirmişdir. 
|T
əhsilini başa vurduqdan sonra o, SSRİ Silahlı Qüvvələrinə 
çağırılmış və İkiqat Qırmızı Bayraqlı Baltik Donanmasının sərəncamına verilmişdir. 
V.P.Kuşnir  hərbi  xidmətdə  ikən  həkim-fizioloq,  «Pulkov»,  «CC-87»  xilasetmə 
g
əmilərində tibb xidmətinin rəisi vəzifələrində qulluq etmişdir. 
O,1968-1972-ci ill
ərdə  Latviya SSR-nin  Lianaya  şehlərində  həkim-fizioloq, 
kiçik müt
əxəssislər  üçün  İQBD  elektromexanika məktəbində  yüngüldalğıc  işi 
kabinetind
ə  müəllim  işləmiş,  1972-ci ilin sentyabrından 1974-cü ilin iyul ayına 
q
ədər isə  Leninqrad  şəhərində  S.M.Kirov  adına  Hərbi  Tibb  Akademiyasında 
h
əkimlərin təkmilləşdirilməsi fakültəsində dinləyici olmuşdur. 
V.P.Kuşnir  akademiyam  bitirdikdən sonra Vladivostok şəhərində    hərbi  Dəniz 
Donanmasında  dalğıc  və  dərinlik  dalğıc  işlərinin  təhlükəsizliyi  üzrə  Baş  müfəttiş 
v
əzifəsinə  təyin  edilmişdir.  Sonra  elə  orada Sakit Okean Donanmasının 
q
əza-xilasetmə şöbəsində Baş həkim-fizioloq vəzifəsində çalışmışdır. 1978-ci ildə o, 
Petropavlovsk-Kamçatka 
şəhərinə  göndərilmiş  və  1983-cü ilə  qədər orada 
Kamçatka Donanmasının tibb şöbəsinin Baş zabiti vəzifəsində qulluq etmişdir. 

 
 
 
 
121 
SSRİ Müdafiə nazirinin əmri ilə V.P.Kuşnir 1983-cü ildə Azərbaycan SSR-nin 
Bakı  şəhərinə  göndərilmiş  və  o, Ümumittifaq «Xezərdənizneftqazsənaye» 
Birliyind
ə  Dalğıc  və  Sualtı-Texniki  İşlər  Şöbəsində  dalğıcların    suyaenmə 
fiziolo
giyası üzrə Baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 1988-ci ildə Neft 
K
əşfiyyatçıları  Xəstəxanasına  həkim-fizioloq  vəzifəsinə  göndərilə  n  V.P.Kuşnir 
dalğıcların    suyaenmə  işlərinin dəqiq təşkil  olunmasına,  onların    sağlamlığına 
n
əzarət edirdi. Tibb  xidməti  polkovniki,  sualtı  üzmənin  fiziologiyası  barədə  altı 
kitabın müəllifi V.P.Kuşnir özünü bilikli mütəxəssis, işinin incəliklərinə yaxından 
b
ələd olan bir insan kimi tanıdıb. Xidmət etdiyi vaxt ərzində o, bir çox medallarla 
t
əltif olunub.   
 
QURTOVENKO PYOTR PET
ROVİÇ 
Pyotr Petroviç Qurtovenko  1 yanvar 1946-
cı  ildə 
Ukraynada  anadan  olmuşdur.  O,  1964-cü ildə  orta  məktəbi 
bitirdikd
ən sonra 1965-ci ildə  Hərbi Dəniz  Donanmasına 
h
ərbi xidmətə  çağırılmış  və  Sevastopol  şəhərində  yerləşən 
dalğıc  məktəbinə  göndərilmişdir. Hərbi xidmət  zamanı  Ali 
h
ərbi Dənizçilik Mühəndisi məktəbinə daxil olmuş və dalğıc mütəxəssisi ixtisasına 
yiy
ələnmişdir.  P.P.Qurtovenko  1983-cü ilə  qədər  ikiqat  Qırmızı  Bayraqlı  Baltik 
Donanmasının  gəmilərində  xidmət  etmişdir.  Dalğıc,  manqa  komandiri,  tağım 
komandirinin müavini, dal
ğıc  qrupunun  komandiri,  döyüş  hissəsinin komandiri və 
divizion 
dalğıc mütəxəssisindən flaqman dalğıc mütəxəssisinə qədər xidməti pillələri 
keçmişdir.  O,  1983-cü ilin dekabr ayında  SSRİ  Nazirlər Sovetinin qərarı  ilə 

 
 
 
 
122 
müdafi
ə  Nazirliyindən Neft-Qaz Sənayesi Nazirliyinə  ezam  olunmuş  və 
«Xez
ərdənizneftqazsənaye» Ümumittifaq İstehsalat Birliyinə Baş dalğıc mütəxəssisi, 
dalğıc və Sualtı-Texniki İşlər üzrə İstehsalat Şöbəsinin rəisi vəzifəsinə göndərilmiş 
v
ə hal-hazırda da həmin vəzifədə işləyir. Onun rəhbərliyi altında 1984-1985-ci illər 
ərzində  «Şelf-1»,  «Şelf-2»,  «Şelf-3»,  «Kaspmorneft»  yarımdalma  qazma  qurğuları 
v
ə  «Azərbaycan»  kran gəmisində  yerləşən dərinlik  dalğıc  kompleksləri və 
«
Akademik  Tofiq  İsmayılov»  ixtisaslaşdırılmış  dalğıc  gəmisi sənaye istismarına 
buraxılmışdır.  P.Qurtovenko  Xəzərin Azərbaycan sektorunun dərin hissəsində 
yerl
əşən yataqların    istismarı zamanı bugünkü günə qədər yerinə yetirilən bütün 
dalğıc işlərinə demək 
olar ki, r
əhbərlik etmişdir. O, yeni dalğıc texnikasının tətbiqi və dalğıc kadrların m 
hazırlanmasında fəal iştirak edir. Ailəlidir, 3 övlad atasıdır. 
 
 
BÜNYATOV    FƏXRƏDDİN XANKİŞİ OĞLU 
F
əxrəddin  Xankişi  oğlu  Bünyatov  2  yanvar  1950-ci ildə 
Naxçıvan  şəhərində  anadan  olmuşdur.  O,  1967-ci ildə 
M.Əzizbəyov  adına  Neft-Kimya  İnstitutunu  neft  və  qaz 
quyuların  m  qazılması  ixtisası  üzrə  bitirdikdən  sonra elə 
h
əmin il təyinatı  üzrə  «Xəzərdənizneftsənaye»  İstehsalat 
Birliyinin  «
Qum  adası»  Qazma  İşləri  İdarəsinə  qazmaçı  köməkçisi  vəzifəsinə 
gönd
ərilmişdir.  1974-cü  ildə  «Xezərdənizneftsənaye»  İstehsalat  Birliyinin  Ətraf 
Mühitin  Mühafiz
əsi  şöbəsinə  köçürmə  yolu ilə  mühəndis təyin  edilən 

 
 
 
 
123 
F.X.Bünyatov  savadı,  işə  münasibətdə  dəqiqliyi, məsuliyyəti sayəsində  1975-ci 
ild
ən 1976-cı  ilədək həmin  şöbədə  böyük mühəndis  kimi fəaliyyətini davam 
etdirmişdir. 
F.X.Bünyatov 1976-
cı  ildə  «Xəzərdənizneftsənaye»  İstehsalat Birliyinin 
Sualtı-Texniki  İşlər və  Dənizin Neftlə  Çirklənməsindən  Mühafizəsi  üzrə 
İxtisaslaşdırılmış  İdarəsinə  usta  keçirilmiş  və  həmin il daxil olmaqla 1983-cü ilə 
q
ədər  idarədə  müxtəlif vəzifələrdə  -  usta,  iş  icraçısı,  Texniki-İstehsalat  şöbəsində 
böyük müh
əndis,  sualtı-texniki  işlər sahəsində  iş  icraçısı,  Texniki-İstehsalat 
şöbəsində  rəis, kran gəmisi  «Azərbaycan»da  yerləşdirilmiş  Dərinlik  Dalğıc 
Kompleksind
ə  rəis vəzifələrində  çalışmış  və  1983-cü ildə  STİ  və  DNÇMİİ-yə 
(indiki XDDQXİİ)      Baş mühəndis təyin edilmişdir. 
O, 1987-ci ild
ən 1992-ci ilədək Vyetnam Sosialist Respublikasında  xidməti 
ezamiyy
ətdə  olmuş,  dalğıc  işləri üzrə  ən  bacarıqlı  mütəxəssislərdən  biri kimi 
sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsində yaxından iştirak etmişdir. 
F.X.Bünyatov d
əniz neft sənayesində  göstərdiyi yüksək  əmək  göstəricilərinə 
gör
ə  2000-ci ildə  ARDNŞ-m Fəxri Fərmanı,  2004-cü ildə  isə  Azərbaycan 
Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur. 
Ail
əlidir,      2 övlad atasıdır. 

 
 
 
 
124 
  
NƏSİROV ƏBÜLFƏZ ƏBİL OĞLU 
Əbülfez Əbil oğlu Nəsirov 11 noyabr 1963-cü ildə Cəlilabad rayonunda anadan 
olmuşdur.  O,  1985-ci ildə  M.Əzizbəyov  adına  Neft-Kimya  İnstitutunu 
müh
əndis-mexanik ixtisası üzrə bitirdikdən sonra «Xəzərdənizneftsənaye» İstehsalat 
Birliyinin 
Sualtı-Texniki  İşlər və  Dənizin  Neftlə  Çirklənməsindən  mühafizəsi 
üzr
ə  İxtisaslaşdırılmış  İdarəsində  (indiki  XDDQXİİ)  «Kaspmorneft»  (indiki 
«D
ədə Qorqud») Yarım Dalma Qazma Qurğusunda (YDQQ) quraşdırılmış Dərinlik 
Dalğıc Kompleksində (DDK) mexanik kimi ilk əmək fəaliyyətinə başlamışdır. 
O, 1988-ci ild
ə keçmiş SSRİ-nin Murmansk vilayətində «Arktikneftqazkəşfıyyat» 
İstehsalat Birliyinin nəzdindəki dalğıc məktəbində bu şərəfli və çətin peşənin bütün 
inc
əliklərini mənimsəmiş  və  ona  SSRİ  Neft-Qaz Sənayesi Nazirliyinin Dövlət 
Komissiyasının qərarı ilə dalğıc mütəxəssisi kvalifikasiyası verilmişdir. 
Ə.Ə.Nesirov «Əsrin Müqaviləsi» çərçivəsində 1997-ci ildə «Çıraq-1» özülünün 
tikintisi v
ə «Günəşli» yatağı özüllərarası sualtı boru kəmərlərinin çəkilişi, həmçinin 
«
İsrafıl  Hüseynov»  ixtisaslaşdmlmış  boradüzən gemisində  dərinlik  dalğıc 
kompleksinin quraşdmlması və istisınara verilməsi zamanı dalğıc suyaenmə rəhbəri 
v
ə dalğıc işləri rəhbəri kimi yüksek peşəkarlıq nümayiş etdirmişdir. 
O, 1999-cu ild
ə  Azərbaycan dəniz neft sənayesində  əldə  etdiyi nailiyyət və 

 
 
 
 
125 
yüks
ək əmək göstericilərinə görə ARDNŞ-m Fexri Fərmam ilə təltif edilmişdir. 
Ail
əlidir, 3 övlad atasıdır. 
 
 
ƏLİYEV TƏRLAN NAZİM OĞLU 
Əliyev Tərlan  Nazim  oğlu  1962-ci ildə  Bakı  şəhərində  qulluqçu ailəsində 
anadan  olmuşdur.  O,  1979-cu  ildə  isə  orta  məktəbi  müvəffəqiyyətlə  bitirərək 
birbaşa  istehsalata  gəlmiş  və  Azərbaycan Dövlət Dəmir  Yolu  İdarəsinin 
lokomotiv deposunda çiling
ər ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1980-ci 
ild
ə   Xəzər Dəniz Dalğıc Qəza Xilasetmə İşləri İdarəsinə II dərəcəli fəhlə kimi 
işə  qəbul edilən  T.Əliyev  elə  həmin il Azərbaycan  Dövlət  Neft-Kimya 
İnstitutunun dağ-mədən mühəndisi fakültəsinə daxil olmuşdur. 
1981-1983-cü ill
ərdə  Ordu  Sıralarında xidmət etdikdən  sonra o, doğma 
kollektiv
ə qayıdaraq Texniki İstehsalat Şöbəsində mühəndis kimi əmək fəaliyyətini 
davam etdirmişdir. 
1988-ci ild
ə  «Sviyaqa»  gəmisində  yerləşən  dərinlik  dalğıc  kompleksinə 
müh
əndis vəzifəsinə təyin olunan T.Əliyev 1996-cı ildə Heyətsiz Sualtı Aparatlar 
Sah
əsinin rəisi vəzifəsinə təyin edilmişdir. 

 
 
 
 
126 
O, Hey
ətsiz  Sualtı  Aparatlar  Sahəsinin  rəisi    kimi qazma işləri  zamanı  sualtı 
t
əminat işlərinin yerinə yetirilməsində öz bilik və bacarığını əsirgəməmişdir. 
T
ərlan  Əliyevin  yaxından  iştirakı  ilə  «Çıraq-l»-də  və  «İstiqlal»  qurğuların  da 
hey
ətsiz sualtı aparatlarla təftiş işləri layihələri həyata keçirilmişdir. 
Ail
əlidir,      3 övlad atasıdır. 
 
 
DADAŞOV ƏHƏD DADAŞ-BALA OĞLU 
Əhəd  Dadaşbala  oğlu  Dadaşov  1939-cu ildə  Bakı  şəhərində  fəhlə  ailəsində 
anadan olmuşdur. 1948-ci ildə  orta məktəbi müvəffəqiyyətlə  bitirən  Ə.D.Dadaşov 
Bakı  İnşaat  Texnikumuna  daxil  olmuş,  1959-cu ildə  texnikumu bitirdikdən sonra 
t
əyinatla  «Artyomneft»  Neft  Mədənləri  İdarəsində  usta kimi əmək  fəaliyyətinə 
başlamışdır. 
Ali t
əhsil almaq məqsədilə  1962-ci ildə  Ç.İldırım  adına  Azərbaycan  Dövlət 
Politexnik  İnstitutuna  daxil  olan  Ə.D.Dadaşov  1969-cu ildə  həmin  institutu 
bitirdikd
ən sonra «Artyomneft»  Neft Mədənləri  İdarəsinin  Mənzil Kommunal 
Kontorunun 
Baş  mühəndisi vəzifəsinə, 1971-ci ildə  isə  Tikinti-Quraşdırma 
İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 

 
 
 
 
127 
O, 1976-
cı  ildən Xəzər Dəniz  Dalğıc Qəza  Xilasetmə  İşləri  İdarəsində  çalışır. 
İdarədə əmək fəaliyyəti göstərdiyi bu illər ərzində müxtəlif vəzifələrdə çalışaraq, 
Texniki  İstehsalat  Şöbəsi  kimi  aparıcı  bir  şöbənin  rəisi    vəzifəsinədək 
yüks
əlmişdir. 
Ə.D.Dadaşov 1994-1996-cı illərdə Əzizbəyov rayon İcra Hakimiyyətinin Pirallahı 
q
əsəbəsi üzrə  nümayəndəsi vəzifəsinə  seçilmişdir.  Səlahiyyət  müddəti  başa 
çatdıqdan  sonra  o,  1996-cı  ildə  yenidən  doğma kollektivə  qayıtmış,  bir  müddət 
müxt
əlif  vəzifələrdə  çalışdıqdan  sonra  2000-ci ildə  yenidən  idarənin Texniki 
İstehsalat Şöbəsinin rəisi    vəzifəsinə irəli çəkilmişdir. 
İşlədiyi müddət  ərzində  ona  tapşırılan  vəzifələrin  öhdəsindən  bacarıqla  gələrək 
dalğıc  və  Qəza  xilasetmə  işləri sahələrinin ahəngdar  işləməsi, neftçilər tərəfindən 
veril
ən sifarişlərin  vaxtlı-vaxtında  yerinə  yetirilməsi və  hər  növ  sualtı-texniki 
dalğıc  işlərinin  müvəffəqiyyətlə  həyata keçirilməsi üçün öz bilik və  bacarığım 
əsirgəməmişdir. 
Onun 
əmək  fəaliyyəti  ARDNŞ  və  «Azneft»  İstehsalat  Birliyinin rəhbərliyi 
t
ərəfindən yüksək qiymətləndirilmiş  və  o,  ayrı-ayrı  illərdə  müxtəlif mükafatlara, 
1999-cu ild
ə isə ARDNŞ-m Fəxri Fərmanı ilə  təltif edilmişdir. 
Ail
əlidir,      2 övlad atasıdır. 
 

 
 
 
 
128 
    
SULTANOV PAŞA QULU OĞLU 
Sultanov  Paşa  Qulu  oğlu  1936-cü  ildə  Bakı  şehlərində  anadan  olmuşdur. O, 
1963-cü ild
ə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunu neft və qaz yataqların m 
işlənməsi üzrə mühəndislik ixtisası üzrə bitirmişdir. 
İstehsalata  tələbəlik illərindən üz tutan P.Q.Sultanov öncə  1959-cu ildə  Lenin 
(indiki Sabunçu) rayonun
dakı  Neft  Mədənləri  İdarəsində,  1961-ci ildə  isə 
«Orconikidze»  M
ədənləri  İdarəsində  operator  vəzifələrində  çalışmış,  sənətinə, 
peşəsinə bağlılığını elə ilk günlərdən nümayiş etdirmişdir. 
P.Q.Sultanov 1965-ci ild
ən 1977-ci  ilədək Ümumittifaq Elmi-Tədqiqat 
T
əhlükəsizlik  Texnikası  İnstitutunda  mühəndis  vəzifəsində  fəaliyyətini  davam 
etdirmiş  və  elə  1977-ci ildən  də  Sualtı-Texniki  İşlər və  Dənizin Neftlə 
Çirkl
ənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə təhlükəsizlik texnikası 
üzr
ə  böyük mühəndis  vəzifəsinə  qəbul  olunmuşdur.  P.Q.Sultanovun bu idarədə 
t
əcrübəli bir mütəxəssis kimi əməyi danılmazdır. 
H
əddən artıq mülayim, xoşrəftar, kollektiv üzvləri ilə münasibətdə səmimiyyətə, 
düzgünlüy
ə, dürüstlüyə  üstünlük verən  onun idarədə  çalışdığı  bu  dövr  ərzində 
gördüyü  işləri və  yerinə  yetirdiyi vəzifələr daim qənaətbəxş  və  təqdirəlayiq 
olmuşdur. 

 
 
 
 
129 
O,      savadlı,      peşəkar,   bacarıqlı      mütəxəssis   kimi   gənc  kadrlardan 
köm
əyini  əsirgəmir, onlara sənətə,  peşəyə  daim  vicdanla və  məsuliyyətlə 
yanaşmağı tövsiyə edir. Ailəlidir, 2 övlad atasıdır. 
   
   
ZEYNÄLOV ARİF HACIƏMİ OĞLU 
Zeynalov Arif Hacıəmi oğlu 15 avqust 1931-ci ildə   
Bakı    şəhərində neftçi ailəsində anadan olmuşdur. 
O, 1947-ci ild
ə səkkizillik təhsili başa vurduqdan   
sonra meşəbəyi ixtisası üzrə Bakı Meşə Təsərrüfatı   
Texnikumuna daxil olmuşdur. 
Müxt
əlif illərdə  bir çox vəzifələrdə  çalışmasına  baxmayaraq  A.H.Zeynalov 
1954-cü ild
ə  -  dəniz  neft  sənayesinə  üz tutaraq «Artyomneft»  trestində  əmək 
f
əaliyyətinə başlamışdır. 
1955-ci ild
ən  «Xezərdənizneftdonanma»  İdarəsinin  Qəza-xilasetmə  İşləri 
D
əstəsində xilasedən-matros vəzifəsində çalışan A.H.Zeynalov yüksək təşkilatçılıq 
qabiliyy
əti və  işgüzarlığı  sayəsində  texnik və  Baş  texnik  vəzifələrinə  irəli 
ç
əkilmişdir. 
A.H.Zeynalov X
əzər dənizində  neft və  qaz  yataqlarının  istismarı  prosesində, 
hidrotexniki  qurğuların    tikintisində, təmirində  və  onlara  sualtı-texniki  xidmət 
göst
ərilməsində  fəal  iştirak  etmiş  və  müxtəlif dövrlərdə  yüksək  əmək 
göst
əricilərinə  nail  olmuşdur.  O,1992-ci ildə  Xəzər  Dəniz  Dalğıc  Qəza  Xilasetmə 
İşləri İdarəsinin 2 saylı istehsalat sahəsinə rəis müavini vəzifəsinə təyin edilmişdir. 
Az
ərbaycan  Respublikasının  Neft və  Qaz Sənayesindəki  xidmətləri yüksək 

 
 
 
 
130 
qiym
ətləndirilən  A.H.Zeynalov 1981-ci ildə  «Əməkdə  fərqlənməyə  görə»  medalı, 
1999-cu ild
ə  isə  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  Fəxri  Fərmanı  ilə  təltif 
o
lunmuşdur. 
O, 25 mart   2005-ci ild
ə vəfat etmişdir. 
 
 
 
 
 
A
LEKSANDR MİXAYLOVİÇ LİPİN 
A.M.Lipin 1954-cü ild
ə  Bakı  şəhərində    anadan  olmuşdur.  Orta  məktəbi 
bitirdikd
ən sonra o, Odessa Dəniz Mühəndisləri  İnstitutunun  gəmi  mexanikası 
fakült
əsinə daxil olmuş, 1976-cı ildə həmin institutu gəmi maşınları və mexanizmi 
ixt
isası  üzrə  bitirdikdən sonra 1976-1980-ci  illərdə  gənc mütəxəssis  kimi  SSRİ 
D
əniz Donanmasının müəssisələrində mühəndis-mexanik vəzifələrində çalışmışdır. 
O, 1980-ci ild
ə  «Xəzərdənizneftdonanma»  İdarəsi  Sualtı-Texniki  İşlər və 
D
ənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsində «Əli 
Əmirov»  gəmisində  quraşdırılmış  dərinlik  dalğıc  kompleksinə  mexanik  vəzifəsinə 
işə qəbul edilmişdir. Sonralar A.M.Lipin elə həmin DDK-da rəis müavini, Böyük 
dalğıc mütəxəssisi və kompleks rəisi vəzifələrində çalışmışdır. 
İdarədə çalışdığı ilk günlərdən Dərinlik Dalğıc Kompleksinin təkmilləşdirilməsi, 
yeni  texnika v
ə  texnologiyanın  mənimsənilməsi  üçün öz bilik və  bacarığını 
əsirgəməmişdir.  Bundan  başqa,  A.M.Lipin  dərinlik  sualtı  dalğıc  işlərinin rəhbəri 

 
 
 
 
131 
kimi  «Gün
əşli»,  «Çıraq»  və  digər  sahələrdə  aparılan  müxtəlif təyinatlı  dalğıc 
işlərinə rəhbərlik etmişdir. 
Yüks
ək təşkilatçılıq  qabiliyyəti,  savadı,  məsuliyyəti nəzərə  alınan  A.M.Lipin 
1994-cü ild
ə  «Azneft»  İstehsalat  Birliyinin  Dalğıc  və  Sualtı-Texniki  İşlər üzrə 
İstehsalat  Şöbəsinin  rəis  müavini vəzifəsinə  irəli çəkilmiş  və  hal-hazırkı  dövrə 
q
ədər o, bu vəzifədə çalışmaqda davam edir. 
A.M.Lipin dalğıc kadrların m hazırlanması və ixtisasların m 
artırılmasında  fəal  iştirak  edərək, bu istiqamətdə  aparılan  bütün  işlərdə  səy və 
bacarığım əsirgəmir.   
Ail
əlidir, 2 övlad atasıdır. 
 
VAQİF AĞAKİŞİ OĞLU ŞƏRBƏTOV 
Şerbətov  Vaqif  Ağakişi  oğlu  1960-cı  ildə  Bakı  şəhərində  anadan  olmuşdur.  O, 
1976-
cı  ildə  orta məktəbi bitirdikdən  sonra  2  saylı  texniki-peşə  məktəbində 
t
əmirçi-çilingər ixtisasına yiyələnmiş və birbaşa istehsalata gələrək çilingər peşəsində 
əmək fəaliyyətinə başlamışdır. 
1980-1983-cü ill
ərdə  Sovet Ordusu  sıraların  da  xidməti borcunu yerinə  yetirən 
V.A.Şərbətov ordu sıraların dan tərxis olunduqdan sonra - 1985-ci ildən Xəzər Dəniz 

 
 
 
 
132 
Dalğıc Qəza Xilasetmə İşləri İdarəsində əmək fəaliyyətini davam etdirərək, əvvəlcə 
t
əmirçi-çilingər, sonra isə 3-cü dərəcəli dalğıc peşəsinə keçirilmişdir. 
Dalğıc  vəzifəsində  işləyərkən  V.A.Şərbətov az müddət  ərzində  bu çətin  peşənin 
bütün inc
əliklərinə mükəmməl yiyələnmiş və özünü bacarıqlı bir dalğıc kimi göstərə 
bilmişdir. 
V.A.Şərbətovun  iştirakı  ilə  dəfələrlə  «Əli  Əmirov»  ,  «Akademik  Tofiq 
İsmayılov»  dalğıc  gəmilərində  yerləşdirilmiş  mürəkkəb  dərinlik  dalğıc 
kompleksl
ərindən istifadə  etməklə  150-200 metr dərinliklərdə  saturasiya üsulu ilə 
dalğıc işləri həyata keçirilmişdir. 
O, xarici şirkətlər tərəfindən təşkil edilən bir neçə ixtisasartırma və təkmilləşdirmə 
kursların da təhsil alaraq, öz peşəsinin ustasına çevrilmişdir. 
Sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsində xüsusilə fərqləndiyinə və neft 
s
ənayesində  uzunmüddətli vicdanlı  əməyinə  görə  V.A.Şərbətov 2002-ci ildə 
ümummilli liderimiz Heyd
ər Əliyev tərəfindən «Tərəqqi» medalına layiq görülmüşdür. 
Ail
əlidir,   2 övlad atasıdır. 

 
 
 
 
133 
Epiloq 
əvəzi 
*** 
Budur, g
əldik, gedirik, 
xoşca qal, qardaşım dəniz, 
bir az qumundan götürdük, 
bir az da sonsuzluğundan, 
bir azacıq da işığından, 
bir azacıq da kədərindən, 
n
ələr anlatmadın bizə 
d
əniz olmağın 
q
əzavü - qədərindən. 
Bir az da ümidliyik, 
bir az daha adam olduq, 
budur, g
əldik, gedirik, 
xoşca qal, qardaşım dəniz... 
NAZIM HİKMƏT 

 
 
 
 
134 
ABREVİATURALAR 
1.
 
ABƏŞ - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 
2.
 
ARDNŞ - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 
3.
 
BDKA - Beyn
əlxalq Dəniz Kontraktorçuları Assosiasiyası 
4.
 
CODERO - Caspian Offis
ə for Diving and Emergənsy Rescue Operations 
5.
 
DDK - D
ərinlik Dalğıc Kompleksi 
6.
 
DTS - D
ərinlik Təmir Stansiyası 
7.
 
EHM - Eksperimental Hiperbarik M
ərkəz 
8.
 
HSA - Hey
ətsiz Sualtı Aparat 
9.
 
HDQ - H
ərbi Dəniz Qüvvələri 
10.
 
İDG - İxtisaslaşdırılmış Dalğıc Gəmisi 
11.
 
XDDQXİİ - Xəzər Dəniz Dalğıc Qəza Xilasetmə İşləri İdarəsi 
12.
 
KOMEKS (DEK) - D
əniz Ekspertizası Kompaniyası 
13.
 
KİSQV - Kabellə İdarə Olunan Sualtı Qaldırıcı Vasitə 
14.
 
NASA (MAA) - Milli Aerokosmik Agentlik 
15.
 
NOAA (OATMİ) - Okean və Atmosferin Tədqiqi üzrə Milli İdarə 
16.
 
SDK - 
Saturasiya Dalğıc Kompleksi 
17.
 
STİİ - Sualtı - Texniki İşlər İdarəsi 
18.
 
YTƏS - Yüksək Təzyiqin Əsəb Sindromu 
19.
 
ÜFDK (SPİD) - Üfürülən Fərdi Dalma Kamerası 
 
 

 
 
 
 
135 
TERMİN VƏ BƏZİ MÜRƏKKƏB SÖZLƏRİN İZAHI 
Akvanavt  -  Uzun  müdd
ətli dalma (saturasiya) metodu ilə  sualtı  işləri yerinə 
yetirm
ək üçün xüsusi hazırlıqlı və sağlamlıq göstəricilərinə görə seçilmiş dalğıc 
Akvalanq  -  1944-cü ild
ə  fransız  İ.İ.Kusto  tərəfindən avtonom hava balonu 
varian
tında yaradılmış tənəffüs aparatına verilmiş ad 
Osminoq - D
əniz heyvam 
Aerostat 
Hava balonu (şarı) 
Anod -   Müsb
ət yüklənmiş elektrod 
Akril  -  Yüks
ək təzyiqə  davam gətirən  şəffaf,  süni  hazırlanmış  material.  Bu 
materiallardan barokameraların , sualtı aparatların    illüminatorları hazırlanır 
Antropomorf  skafandr - 
İbtidai skafandr 
Buraz - G
əmilərin bağlanması üçün istifadə olunan kəndir 
Barokamera 
Dalğıcların    (akvanavtların ) qaz mühitinin yüksək təzyiqi altında 
yerl
əşməsi üçün nəzərdə  tutulan, öz konstruksiyasında  olan  daxili  (yaşayış) 
bölm
ələri və  əhatə  mühitinin arasındakı  təzyiq fərqlərini tənzimləmək  üçün 
vasit
ələrlə, habelə  həyat təminedici və  digər  sistem,  qurğularla  təchiz  edilmiş 
möhk
əm (davamlı) hermetik tutumdur (həcmdir) 
Buy - D
ənizdəe, göldə və çaylarda lövbər salınan yeri və ya təhlükəli yerləri 
göst
ərən üzücü nişan 
Batiskaf - Böyük d
ərinliklərə enmək üçün heyətli avtonom aparat 
Ballast 
Tarazlığı saxlamaq üçün yük 
Barom
ərkəz  -  Təzyiq  altında  dalğıcların  məşq,  müalicə,  eksperiment, elmi 
t
əcrübə apardığı mərkəz 

 
 
 
 
136 
Batisfera - D
əniz dibini tədqiq etmək üçün heyətli kamera 
Dekompressiya  
Dalğıc barokameralarında təzyiqin azaldılması və ya dalğıcın 
d
ərinlikdən  qaldırılması  zamanı  orqanizmin  indiferent  qazlardan təmizlənməsi 
prosesidir. Dekompressiya müxt
əlif  dərinliklərdə  təzyiqin  azaldılması  sürətini 
(d
ərinliklərdən  qaldırma  sürəti),  dayanacaqların    dərinliklərini və  miqdarım, 
dayanacaqlarda qalma müdd
ətini, qaz qarışıqlarından  (qazlardan) istifadə 
qayda
larını  və  onlarla dalğıcların    nəfəsalma müddətini özündə  əks  etdirən 
rejiml
ərlə 
aparılır 
«
Dalğıc  zəngi»  -  Dalğıc  barokamerasının  bölməsi ilə  birləşmək  üçün  qurğusu 
olan  dalğıcları  (akvanavtları)  dərinliyə  çatdırmaq,  dərinlikdə  onların  işini  təmin 
etm
ək,  yuxarı  səthə  qaldırmaq,  habelə  dərinlik  dalğıc  kompleksində  qəza  şəraiti 
olduqda onları xilas etmək üçün xüsusi konstruksiyalı barokameradır 
Qaleon - Avarla h
ərəkət etdirilən qədim gəmi növü 
İnert qazlar - Təsirsiz, bir atomlu qazlar. Hidrogen, helium, arqon, kripton və 
s. 
Hava  dalğıcı  -  Yalnız  hava  ilə  tənəffüs etməklə  su altında  işləyən  dalğıc. 
Ad
ətən hava dalğıcları 55-60 m dərinliyə qədər suya enirlər 
Hidrolokator  -  Özl
ərindən  elektromaqnit  dalğaları  şüalandırmaq  və 
obyektl
ərdən  əks olunaraq geriyə  qayıdan  exosiqnalları  qəbul etməklə  sualtı 
obyektl
ərin yerini müəyyənləşdirməkdə istifadə olunan elektronaviqasiya aləti 
Hidrotank - Sahil hiperbarik kompleksl
ərin tərkibinə daxil olan, yüksək təzyiqə 
hesablanmış  böyük  həcmli hermetik həcm. Bu həcmlərdə  su doldurmaq və 

 
 
 
 
137 
h
əcmdaxili təzyiqi  qaldırmaqla  müxtəlif dərinlikləri imitasiya etmək mümkündür. 
Akvanavtların öyrədilməsi, təlim keçmələri və müxtəlif dalğıc texnikasının sınağını 
keçirm
ək üçün istifadə edilir. Bunun üçün hidrotankın 3/4 hissəsi su ilə doldurulur, 
qalan hava hiss
əsi  lazım  olan  təzyiqə  (dərinliyə) qədər  artırılır.  Hidrotanka daxil 
olma ad
ətən nəzərdə  tutulmuş  birləşdirici  kamera və  hidrotank  arasında  təzyiqlər 
b
ərabərləşdirildikdən sonra mümkün olur. 
Hidrokompas 
(dalğıc kompası) - Su altında dalğıcın istiqamət təyin etməsi üçün 
sualtı  cihaz  ən  geniş  yayılmış  maqnit  qol  kompaslarıdır  ki,  əsas  işləmə  prinsipi 
cihazın  maqnit  əqrəbinin Yerin maqnit xəttinə  istiqamətlənməsidir. Bu tip 
kompasların ölçüləri kiçik, çəkisi azdır. Qol saatı formasında hazırlanır və dalğıcın 
qoluna bağlanır. 
Hermetik - 
qapalı 
Hidrotexniki  qurğular  -  Dəniz, göl və  çaylarda su içəri-sində  qurulmuş 
(tikilmiş) qurğu 
Hidrostatik  -  Mayenin müvazin
əti, habelə  maye içərisinə  salınmış  cisimlərin 
tarazlıq qanunlarından bəhs edən elm 
Hidrodinamik - 
Mexanikanın mayelərin hərəkət qanunlarını öyrənən şöbəsi 
Hidoks - Hidrogen v
ə oksigen qazlarından hazırlanmış süni tənəffüs qaz qarışığı 
Hidroleoks - Hidrogen, helium v
ə oksigen qazlarından hazırlanmış süni tənəffüs 
qaz qarışığı 
Hidronavt - 
Hidrotankda işləyən dalğıc 
Helioks - Helium v
ə oksigen qazlarından hazırlanmış süni tənəffüs qaz qarışığı 
Helium tremoru - 
əzələ zəifliyi 

 
 
 
 
138 
Kompressiya  - 
Dalğıcın  dalğıc  ləvazimatında  və  ya qazlı  şəraitdə 
barokamerada qalması zamanı təzyiqin qalxması prosesinə deyilir 
Kesson x
əstəliyi (Dekompressiya xəstəliyi)  -  Dekompressiya rejiminin 
pozulması  zamanı  və  ya sonra qanda  və  toxumalarda qalan sərbəst qaz, qaz 
qabarcıqlarından yaranan kompleks patoloji dəyişiklik zamanı qan damarlarında qaz 
qabarcıqları  qalaraq,  orqanizmdə  normal  qan  dövranmı  pozur,  nəticədə, orqan və 
toxumalarda  hipoksiya  yaranır.  Təzyiq  altında  tənəffüs qazı  qanda  həll olur. Həll 
olma  miqdarı  təzyiq-dən (dərinlikdən) və  təzyiq  altında  olma  müddətindən və 
to
xumaların  qazı  həll etmə  əmsalından  asılıdır.  Düzgün  dekompressiya rejimində
qanda h
əll olmuş indiferent  qazlar ağ ciyər və dəri vasitəsi ilə orqanizmdən xaric 
olur, qan da
marlarında və toxumalarda qaz qabarcıqları qalmır. Xəstəliyin yüngül, 
orta ağır və ağır formaları var. Kesson xəstəliyinin radikal müalicəsi, xüsusi rejimli 
müalic
ə rekompressiyasının aparılmasıdır. Müalicə rekompressiyası zamanı dərman 
müalic
əsindən istifadə olunur 
Korroziya - 
Metalın turşular və ya atmosfer təsirindən yeyilib dağılması 
Manipulyator - 
Sualtı aparatlarda müəyyən işləri (burğu, tutucu, qayka açan 
v
ə  s.) yerinə  yetirə  bilən müxtəlif (3,4,5,7 və  s.) sərbəst hərəkət  imkanı  olan 
mexanizm 
Mezoskaf - Orta d
ərinliklərdə tədqiqat aparmaq üçün su-altı aparat 
Mundştuk  -  Tənəffüs  aparatının  bir  hissəsi olub tənəffüs  şlanqlarının giriş və 
çıxışım hidrokostyuma və ya ağızlığa birləşdirilir 
 
 

 
 
 
 
139 
Normobarik - Normal atmosfer t
əzyiqli   
Reg
ənerasiya - Qapalı hermetik həcmdə, pozulmuş hava terkibinin bərpa 
olunma prosesi 
Stratonavt - 
Stratosfere uçuş mütəxəssisi 
Sonar - 
Sualtı aparatlarda istifadə olunan hidrolokator 
Stratostat - Stratosfere qalxmaq üçün aerostat 
Şlem  -  Dalğıc  geyim  dəstinin bir hissəsi  olub,  dalğıcın  başını  sudan 
qoruyur. Görünüşü və quruluşu dalğıc geyim dəstinin tipindən asılıdır. 
 
 

 
 
 
 
140 
Ədəbiyyat 
1.
 
Qarayev        R.N.    Dalğıc işləri üzrə praktikum. Bakı, 
«ELM», 1999-cu il 
2.
 
Əliyev N, Qarayev R, Marin V. Dərin  sular  dalğıc  komplekslərinin  
texniki    istisınarı      qaydaları    Bakı, «ELM», 
1999-cu il 
3.
 
Годжаев М.О., Р.Э.Агаев Экстренная медицинская помощь при 
заболеваниях водолазов в экспедиционных условиях Баку, "Ширваннешр", 2000 
г. 
4.
 
Меренов И.В., Смирнов А.И., Смолин В.В.    Водолазное дело, 
(терминологический словарь) Ленинград, "Судостроение", 1997 г. 
5.
 
Занин В.Ю., Малюзенко Н.Н., Кокоша В.В., Чебыкин О.В.   
Снаряъение подводного пловца.    Санкт-Петербург, "Культурная 
инициатива", 2000 г. 
6.
 
Боровиков П.А., Самарский В.Н. Подводная техника морских     
нефтепромыслов.      Ленинград,      "Судостроение", 1980 г. 
7.
 
Гольдин Э.Р., Козлов В.П., Челышев Ф.П. Подводно-технические, 
судоподжемные и аварийно-спасательные работы. Москва "Транспорт", 1990 г. 
8.
 
Нессирио Б.А. Рождение метода "Насыщенных погружений".   
9.
 
Санкт-Петербург, "ИПК БИОНТ" 2004 г. 
10.
 
Меренов И.В., Смолин В.В. Справочник водолаза вопросы и ответы. 
Ленинград, "Судостроение", 1990 г. 
11.
 
"Октопус" журналы, Москва, 2001 - 2004 г.г. 

 
 
 
 
141 
12.
 
Малов В. Подводные исследования. Москва, "СЛОВО/8ШУО", 2001 г. 
13.
 
12. 
Arthur Y., Bachrach, Ph.D. Barbara Mowery Desiderati, Mary 
Margaret Matzen. A Pictorial Nictory of Diving USA California Best 
Publishing Comrany San Pedro, 1988 u. 
14.
 
13. 
Большая Советская Энциклопедия. Москва, Государственное     
научное      издательство      "Большая      Советская Энциклопедия", 1970 - 1978 
г.г. 
15.
 
Лившиц Б.И. Газ страны советов. Москва, "Недра" 1989 г. 

 
 
 
 
142 
KİTABIN İÇİNDƏKİLƏR 
Proloq 
əvəzi   .......................................................... 3 
Ön söz   ................................................................ 4-6 
Suyadalmalar: tarixe bir n
əzer ........................... 7-16 
Fasil
əsiz tənəffüs imkam variantı   ................. 17-19 
Avtonom hava-balon t
əneffıis aparatı variantı... 20-25 
Saturasiya üsulu il
ə suyadalma variantı ........... 26-72 
Suyadalmalar: ibtidaid
ən kamilliyə doğru ....... 73-86 
Hey
ətsiz sualtı aparatlar (NSA) .................... 87-108 
X
əzərdə dalğıc və sualtı-texniki işlər ......... 109-118 
Tarixd
ə qalanlar ............................................ 119-137 
Epiloq 
əvəzi ........................................................ 138 
Abbreviaturalar   .................................................. 139 
Termin v
ə bəzi mürekkəb sözlərin izahı   . 140-144 
Ədebiyyat ..................................................... 145 

 
 
 
 
143 

 
 
 
 
144 
 

Document Outline

  • Resenzistlər:  Şahin Mustafayev
  • Azərbaycan Respublikası Dövlət Neft
  • Akif Nərimanov
  • ARDNŞ «Azneft» İstehsalat Birliyinin
  • Redaktor:  Məmməd  Mirzəyev
  • Ağalar İbrahimov.
  • Sualtı dünya.   Bakı, «Ozan», 2005, səh.152
  • Proloq əvəzi
  • ON SÖZ
  • SUYADALMALAR: TARİXƏ BİR NƏZƏR
  • Jon Letsbridjin
  • Dalğıclar
  • Əşyanın həqiqi görünüşü
  • İşıq şüalarının müxtəlif
  • Əşyanın xəyali görünüşü
  • «Sualtı ev»lər
  • Sualtı ev «Medüza»  Polşa, 1966
  • Sualtı ev «Mal Ter-1» ADR 1966
  • Sealab-2
  • Konşelf-III» suya enmədən öncə. 1965-ci il
  • «Konşelf-III»-də nahar fasiləsi, dərinlik 100 metr
  • «Hidrolab», ABŞ, 1966
  • «Aegir» dalma nöqtəsinə yedəkdə nəql edilən zaman
  • Sualtı laboratoriyanın tədqiqat bölməsi
  • İlk qadın akvanavt heyəti
  • Bu faciəli hadisədən sonra 1967-ci ildə «Komeks» tərəfindən başlanan bu sahədə tədqiqat işlərinə qədər, demək olar ki, heç bir ciddi elmi-təcrübi işlər aparılmamışdır.
  • Sualtı aparatlar
  • Batisfer
  • Batiskaf
  • Kabellə idarə olunan HSA-nın prinsipial sxemi
  • İstehsalat istiqaməti
  • «TROV» tipli heyətsiz sualtı aparat
  • Hərbi məqsədli istiqamət
  • Elmi istiqamət
  • HSA-ların  istifadəsinin gələcəyi
  • XƏZƏRDƏ DALĞIC VƏ SUALTI-TEXNİKİ İŞLƏR
  • TARİXDƏ İZ QOYANLAR
  • ADUROV LƏTİF HACI OĞLU
  • ƏLİYEV KNYAZ HÜSEYN OĞLU
  • AŞUMZADƏ AZƏR ŞAMİR OĞLU
  • ORUCOV SƏFQULU ƏZİZ OĞLU
  • KUŞNİR VİTALİY PAVLOVİÇ
  • Ailəlidir, 3 övlad atasıdır.
  • ƏLİYEV TƏRLAN NAZİM OĞLU
  • DADAŞOV ƏHƏD DADAŞ-BALA OĞLU
  • Ailəlidir,   2 övlad atasıdır.
  • SULTANOV PAŞA QULU OĞLU
  • ZEYNÄLOV ARİF HACIƏMİ OĞLU
  • ALEKSANDR MİXAYLOVİÇ LİPİN
  • VAQİF AĞAKİŞİ OĞLU ŞƏRBƏTOV
  • O, xarici şirkətlər tərəfindən təşkil edilən bir neçə ixtisasartırma və təkmilləşdirmə kursların da təhsil alaraq, öz peşəsinin ustasına çevrilmişdir.
  • Epiloq əvəzi
  • ABREVİATURALAR
  • Antropomorf  skafandr - İbtidai skafandr
  • Batisfera - Dəniz dibini tədqiq etmək üçün heyətli kamera
  • Qaleon - Avarla hərəkət etdirilən qədim gəmi növü
  • Hidrotank - Sahil hiperbarik komplekslərin tərkibinə daxil olan, yüksək təzyiqə hesablanmış böyük həcmli hermetik həcm. Bu həcmlərdə su doldurmaq və həcmdaxili təzyiqi qaldırmaqla müxtəlif dərinlikləri imitasiya etmək mümkündür. Akvanavtların öyrədilm...
  • Ədəbiyyat
  • KİTABIN İÇİNDƏKİLƏR

Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin