Şahin Mustafayev



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix03.02.2017
ölçüsü2,99 Mb.
#7592
1   2   3   4   5   6   7   8   9

 
 
 
 
56 
yetirilm
əsi üçün yenə  də  Qreyt  Leymşir  körfəzində  yerləşən  Sent-Djons  adaları 
yaxınlığı  seçildi. Dərinlik də  əvvəlki kimi 12,5 metr idi. Proqram 1970-ci  ilin 
aprel-noyabr 
aylarını  əhatə  edərək, 8 ay davam etdi. 10 heyət  bu müddət  ərzində 
bir-birini 
əvəz  edərək, müxtəlif  eksperimentləri  həyata keçirir, okeanologiyaya aid 
informasiyalar 
toplayır, tibbi-psixoloji təcrübələr və müşahidələr aparırdı. 
 
İlk qadın akvanavt heyəti 
Əgər  «Tektite-1»  proqramında  bir heyətin maksimum mümkün müddətdə 
qapalı  mühitdə  yaşaması  həyata keçirilirdisə,  «Tektite-11»  proqramında  müxtəlif 
hey
ətlərin (eksperiment  müddətində  48  akvanavt  iştirak  etmişdir)  eyni  şəraitdə 
yaşamaları  həyata keçirilirdi. Birinci halda dəyişməz heyətin  ekstremal 
v
əziyyətlərdə, ikinci halda isə  müxtəlif heyətlərin  eyni ekstremal  vəziyyətlərdə 
özl
ərini  necə  aparmaları,  tapşırıqları  necə  yerinə  yetirmələri və  s.  müşahidə 
edilirdi. 
Dünyada ilk d
əfə olaraq, ixtisasca geoloq olan xanım Silvie İrlenin başçılığı ilə  
tam qadın heyəti iki həftə müddətində dənizin dibində «sualtı ev»də yaşadılar. 
Apa
rılmış  tibbi-psixoloji tədqiqatların  nəticəsində  NASA  təcrübədə  bir çox 
elmi-n
əzəri nəticələrini, o cümlədən  uzunmüddətli  kosmik stansiyalarda heyətlərin 
deyişdirilməsi prinsiplərini  yoxlamağa  nail  oldu.  Proqram  çərçivəsində  çalışan 

 
 
 
 
57 
psixoloqlar hey
ət üzvlərinin «uyğunlaşmama»lan şəraitini öyrənərkən, çox maraqlı bir 
n
əticəyə  gəlmişlər  -  «uyğunlaşmama»  hər  hansı  heyət üzvünün kollektivi arzu 
etm
əməsi səbəbindən deyil, kollektivin həmin şəxsi arzu etməməsi səbəbindən baş 
verir. 
Bütövlükd
ə «Tektite» proqramı nəhəng bir proqram olmaqla, suyun altında və 
kosm
osda  işlər yerinə  yetirilərkən  nəzərə  alınması  vacib  olan  sadədən  mürəkkəbə 
q
ədər bir çox parlaq nəticələr bəxş etmişdir. 
Ümumiyy
ətlə,  hansı  ölkədə  həyata keçirilməsindən  asılı  olmayaraq,  insanın 
suyun  altında  yaşaması  ilə  bağlı  bütün  proqramlar  hədsiz dərəcədə  maraqlı  və 
s
ərgüzəştlərlə dolu hadisələrlə zəngindir. Lakin bu kitab başqa məqsədlə yazıldığı 
üçün dig
ər proqramların    yalnız adlarını çəkməklə kifayətlənəcəyik: 
«Bubble»  -  Böyük Britaniya, 1965  -  Pro
qramın  məqsədi  saturasiya 
dalmaların dan sonra akvanavtın 10 metrlik dərinlikdən dekompressiya olunmadan 
qalxmasını müəyyənləşdirmək olmuşdur və bu, müvəffəqiyyətlə başa çatmışdır; 
 
«Tektite» proqramının romantik dəqiqələri!!
 
-
 
«BAH»  -  AFR, 1968  -  Soyuq Baltik d
ənizi  suların  da  həyata keçirilən bu 
proqram uğursuz olmuşdur. 
-
 
«Helqoland»  -  AFR, 1968 -   
Sualtı laboratoriya      «Draeger» kompaniyası 

 
 
 
 
58 
t
ərəfindən  inşa  edilmiş,  əsasən, çox sərt  hava  şəraitinə  malik  Şimal  və  Baltik 
d
ənizlərində istifadə üçün planlaşdırılmışdı. Ümumən, əgər növbəti təcrübələrdən 
biri zamanı akvanavt Djokim Vendlerin faciəli ölümü və «sualtı ev»in ABŞ-a nəqli 
zamanı ciddi dağıntılara məruz qalması istisna olmaqla, proqramı müvəffəqiyyətli 
başa çatmış hesab etmək olar; 
-
 
«Çernomor»  - 
SSRİ, 1968. - Bu, keçmiş SSRİ məkanında ən müvəffəqiyyətli 
proqram  olaraq,  SSRİ  EA-nın  P.P.Şirşov  adına  Okeanologiya  İnstitutu  tərəfindən 
t
əşkil edilmiş və 1974-cü ilə gedər  fəaliyyətdə olmuşdur. Bu müddət ərzində 40 
n
əfərdən  çox akvanavt-okeanoloqun  təşkil  etdiyi  32  heyət  760 gündən çox bir 
vaxtda 10 -30 metr d
ərinliklərdə elmi-təcrübi işlər yerinə yetirmişlər. 
-
 
«Edelhab» - 1968; «Miniat» - 1970; «La Chalupa» -
1972, ABŞ; 
-
 
HUNUC, CAR, 1972 
Ballast 
sistemind
əki  nasazlıq  nəticəsində 
müv
əffəqiyyətsizliklə nəticələnmişdir; 
-
 
«Seatopiya» - Yaponiya, 1973 
yalnız bir təcrübə 30 metr dərinlikdə, 4 nəfər 
akvanavt t
ərəfindən 68 saat müddətində yerinə yetirilmişdir; 
-
 
«Neritica»
, İsrail, 1977 - Digər proqramlardan fərqi olaraq,  «sualtı ev»in ona 
birl
əşdirilmiş şarla qaldırılıb endirilməsi idi. 
İnsan  təbiəti  elədir  ki, o, heç vaxt əldə  edilmiş  nailiyyətlərlə  kifayətlenməyib 
daha böyük k
əşflər etmək marağında olur və bu zaman bir çox hallarda bilərəkdən 
öz h
əyatmı  təhlükəyə  məruz qoyur. «Sualtı  ev»lərlə  əlaqədar  yazılmışlarla 
kifay
ətlənmək  olardı.  Lakin  bir  amil    insanın  qalın,  bəzi hallarda 1 metrdən çox 
qalın  buzun  altında  suda  yaşamaq  istəyi  olmasaydı.  Suyun  altında  yaşamağın  nə 
q
ədər təhlükəli bir hal olduğunu bilən insan, bundan da təhlükəli olan bir arzunu 

 
 
 
 
59 
da  bu
zun altındakı suda yaşamaq arzusunu da həyata keçirdi. 
İlk  dəfə  1967-ci ildə  Braxtanya  (ABŞ)  su  hövzəsində  10  metr dərinlikdə 
buzaltı  suda  «Szesh Permon-III»  «sualtı  ev»indən istifadə  olunmuşdur.  Daha 
sonra  «Malter-1»  (AFR,  1968),  «Sub-
İqloo»  (Kanada,1972),  «LORA»  (ABŞ, 
1973-1974) v
ə  nəhayət,  buzun  altında  istifadə  olunan  sonuncu  «sualtı  ev»  (bu 
«
sualtı  ev»  SSRİ-nin  Şimal  Qütbü-23  «Arktik»  stansiyasında  istifadə  edilmişdir) 
«SPRUT-U» 
(1977) SSRİ-yə məxsus olmuşdur. 
«
Sualtı  ev»lərin istifadə  olunduğu  hövzələrdə  buzun  qalınlığı  bəzən 2 metrə 
yaxın  olmuşdur.  Bəzi hallarda daim sərt  soyuq  olan  sualtı  dünyada  çox  maraqlı 
müşahidələr edilirdi. Məsələn, Nyüfaulend sularında 8 metr dərinlikdə («LORA») 
akvanavtlar müşahidə etmişlər ki, hədsiz soyuq suda balıqlar yarıyuxulu üzürlər və 
onları  asanlıqla  əllə  tutmaq  olur.  Əgər  bu  balıqlar  buza  yapışarlarsa,  onlar 
kristallaşaraq  buzlaşırlar,  lakin  onları  buzdan  qopararaq,  adi  suya  buraxdıqda 
canlanır və yenidən üzməyə başlayırlar. 
«
Sualtı  ev»lərin istər isti tropik, istərsə  də  buzaltı  soyuq  sularda 
yerl
əşdirilməsinə baxmayaraq, hər yerin özünəməxsus hədsiz maraqlı cəhətləri və 
xüsusiyy
ətləri vardır. Suyun altında uzunmüddətli yerləşən obyekt və akvanavtlar 

əyyən müddətdən sonra sanki həmin mühitin sakini olur və ətraf sualtı canlı 
dünya t
ərəfindən doğma kimi qarşılanırlar. İlk əvvəl onlardan qorxan, kənar gəzən, 
y
əqin ki, daha dəqiq desək, üzən canlılar artıq onlara isinişir, çəkinmirlər. 
«
Sualtı  ev»in daxili həyatı  da  bir  çox  maraqlı  hadisələrlə  yaddaqalandır. 
M
əsələn,  «sualtı  ev»in içərisində  su daha yüksək  temperaturda  qaynayır,  xəmir 
şişmir,  qazlı  suların  içərisindəki  qaz  qovuqcuqları  yuxarı  qalxmaq  əvəzinə 

 
 
 
 
60 
butulk
anın  dibinə  çökürlər,  «qızartma»  xörəkləri  hazırlamaq  mümkün  deyil, 
bişirilmiş  xörəklər soyuq olur, siqaret yandırmaq  mümkün  olmur,  akvanavtlar 
dodaqların ı bir yerə yığaraq fit çala bilmirlər və s., və i., 
... Bel
ə güman edirəm ki, «sualtı ev» mövzusuna bu kitab həcmində burada son 
qoymaq olar v
ə yenidən qayıdaq saturasiya suyadalmaların a və belə suyadalmaları 
mümkün ed
ən Dərinlik Dalğıc Komplekslərinə (DDK). 
Yuxarıda  qeyd  etdiyim  kimi,  bu  işlərin də  başlanğıcında  fransızlar  dayanır.  İlk 
d
əfə  «sualtı  ev»i gəminin göyərtəsində  yerləşdirən  «Komeks»  kompaniyasının 
yaradıcısı Anri Deloz olmuşdur. Bir qədər bu şəxs haqqında... 
1952-1955-ci ill
ərdə  J.İ.Kusto  ilə  birlikdə  çalışan  Anri  Deloz  1955-ci ildən 
s
ərbəst olaraq, dalğıc və hidronavt (sualtı aparatlarda suya dalan şəxs) peşələrinin 
inc
əliklərinə  yiyəlenməyə  başlayır.  «Arximed»  və  «FNRS-3»  fransız  batiskafların 
da 50-d
ən çox 5-9 min metr dərinliklərə dalma həyata keçirən A.Deloz «Dünyada 
ən dərin  fransız»  fəxri adına  layiq  görülür.  Bundan  başqa,  belə  dalmalar  zamanı 
sualtı  dünya  haqqında  çəkdiyi filmlərə  və  müxtəlif Beynəlxalq  konfransda 
etdiyi maraqlı məruzələrə görə ona elmi derəce də verilir. 
1961-ci ild
ə  A.Deloz Dəniz  Ekspertizası  üzrə  kompaniya  yaradır.  «Komeks» 
(«COMEX») adlanan bu kompani
yanın ştatı yaradılanda cəmi 12 nəfərdən ibarət 
idi.  «Komeks»  yu
xarıda  qeyd  olunduğu  kimi,  saturasiya  (doyma)  üsulu  ilə  
su
yadalmaların    təcrübi cəhətdən həllini təmin edən kəşfin,  yəni bir növ «sualtı 
ev»  prinsipi il
ə  işləyən kompleksin gəminin  göyərtəsində  yerləşdirilməsini, 
akvanavtların    bu  kompleksdə  yaşamaqların  m  təmin edilməsi və  iş  müddətində 
n
əql aparatı ilə iş yerinə enmələri, dərinliyə uyğun müəyyənləşdirilmiş müddətdə iş 

 
 
 
 
61 
yerin
ə yetirildikdən sonra yenidən kompleksə qayıtmaqları və bu proseslərin dövri 
olaraq  tapşırıq  üzrə  işlər  başa  çatana  qədər  təkrarlanması  və  yalnız  bundan  sonra 
akvanavtların    dekompressiya  edilməsi və  bütün bu müddət  ərzində  onların   
peşəkar tibb və  mühəndis-texniki  işçilərin  nəzarəti  altında  olmaların  m  təminini 
mümkün ed
ən kəşfin  müəllifidir. Bu kəşf  böyük  dərinliklərdə  dalğıc  işlərinin 
s
ənaye  üsulu ilə  yerinə  yetirilməsini  mümkün  etmişdir  və  bunun  da  nəticəsində 
60-
cı  illərdə  dənizdə  neftqazçıxarma  ilə  məşğul  olan kompaniyalar tez-tez 
sualtı-texniki  işlərin  layihələndirilməsi  və  həyata keçirilməsi üçün «Komeks» 
kompaniyasına müraciət edirdilər. 
«Komeks» 
kompaniyası  neft-qazçıxarma  şirkətlərinin sifarişi  ilə  işləri yerinə 
yetirm
əklə  bərabər, insan üçün suyadalmanın  dərinlik həddini  müəyyənləşdirmək 
üçün  elmi-t
əcrübi fəaliyyəti də təşkil edir və bu məqsədlə 1964-cü ildə Fransanın 
c
ənubunda Marsel şəhərində Eksperimental Hiperbarik Mərkəz (EHM) yaradır. 
EHM-d
ə  uzun müddət  ərzində  aparılan  gərgin elmi-təcrübi  işlər  nəticəsində 
dalğıc işlərində dünyəvi əhəmiyyəti olan bir çox müsbət nəticələr əldə edilmişdir. 
H
əkim-fizioloq  K.Fryuktuza ilə  birlikdə  A.Deloz təcrübi olaraq sübut etdi ki
akvanavtlar uzun müdd
ət 45 metr dərinlikdə «yaşadıqdan» sonra 100 metr dərinliyə 
qısamüddətli (1-2 saatlıq), dekompressiyasız enmələr (belə dalmalara peşəkar dalğıc 

əyyənləşmələrində «səyahət dalmaları» deyilir) edə bilərlər. 
Akvanavtlar üçün helium 
qazından istifadə etməklə hazırlanmış tənəffüs qaz qarışığı 
(helium-oksigen) 200 metr
ə  qədər  dərinliklərdə  yararlıdır  və  artıq  200-220 metr 
d
ərinliklərdə «helium tremoru» (əzələlərin titrəməsi və ya YTƏS - yüksək təzyiqin 
əsəb  sindromu) adlanan hadisə  müşahidə  olunmağa  başlayır.  «Komeks»  tənəffüs 

 
 
 
 
62 
qaz  qarışığı  təzyiqinin dəyişmə  sürətini dəyişməklə  və  optimal tərkib və  sıxlığı 
tapmaqla bel
ə qarışıqlardan istifadə etməklə saturasiya dalğıc işlərinin 300 metrə 
q
ədər dərinliklərdə  yerinə  yetirilməsinə  nail oldular və  müəyyənləşdirdilə  r ki, 
daha böyük d
ərinliklərdə işləmək üçün helium qazını xüsusi çəkisi daha yüngül olan 
dig
ər  qazla  əvəz etmək  lazımdır.  Belə  qaz isə  hidrogen  idi. Lakin 
«hidrogen-oksigen»  birl
əşməsinin müəyyən nisbətdə partlayış təhlükəli olduğu bu 
sah
ədə  məşğul  olan bütün tədqiqatçılar  (o zamanlar tədqiqat  işləri  ABŞ,  SSRİ, 
AFR v
ə digər ölkələrdə də aparılırdı) üçün böyük çətinliklər yaradırdı. 
«Komeks» 
bir  sıra  sahil  və  dəniz  eksperimentləri  -  «Lyüdion»  (1966-1968), 
«Fizali»  (1968-1972),  «Sajiter»  (1972-1974),  «
Ağ  balıq»  (1970-1971),  «Koraz» 
(1975-1976),  «Yanus»  (1970-1982),  «Enteks»  (1970-1980) v
ə  «Hidro»  (1968-ci 
ild
ən  başlayıb,  indi  də  davam edir) -  təşkil  edərək, bu Məsələnin parlaq həllinə 
nail olmuşdur. 
Ümumiyy
ətlə,  hidrogendən  aşağı  sıxlıqlı  nəfəsalma qazı  kimi istifadə  ideyası 
ilk  d
əfə  olaraq,  məşhur  fransız  fiziki  Lavuaze tərəfindən XVlll əsrdə  irəli 
sürülmüşdür. Hidrogendən nəfəsalma qazı kimi istifadə etməyə cəsarət etmiş ilk 
insan  is
ə  İsveç  mühəndisi  A.Zetterstrem  olmuşdur.  O,  1945-ci ildə  İsveç  Hərbi 
D
əniz Qüvvələri  tərəfindən  aparılan  növbəti  eksperiment  zamanı  dekompressiya 
prosesinin düzgün aparılmaması nəticəsində həlak olmuşdur. 
Bu faci
əli hadisədən sonra 1967-ci ildə  «Komeks»  tərəfindən  başlanan  bu 
sah
ədə  tədqiqat  işlərinə  qədər, demək olar ki,  heç bir ciddi elmi-təcrübi  işlər 
aparılmamışdır. 
1968-ci ild
ə  «Komeks»  açıq  dənizdə  250 metr dərinlikdə  «Hidro-1»  proqramı 

 
 
 
 
63 
ç
ərçivəsində  akvanavtın  hidrogenlə  nəfəsalmaya keçməsini həyata keçirir, lakin 
istifad
ə  olunan avadanlıq  və  vasitələrin mükəmməl olmaması  nəticəsində 
eksperiment 
akvanavtın  güclü soyuq hiss etməsi  səbəbindən müvəffəqiyyətlə 
n
əticələnmir. 
1972-ci ild
ə  «Komeks»  kompaniyasının  iki  akvanavtı  sahil  baromərkəzdə 
yerl
əşən hidrotankda təzyiqi 610 metr dərinliyə  uyğun  səviyyəyə  qaldıraraq,  50 
saata q
ədər bu təzyiq altında yaşamışlar. O dövr üçün bu, dünya rekordu idi və bu 
hadis
ə  o  qədər  əhəmiyyətli  idi  ki,  barokameradan  çıxan  akvanavtları  təntənəli 
şəkildə Fransa dövlətinin sənaye naziri qarşılamışdı. 
İstifadə olunan avadanlıq və vasitələrin təkmilləşdirilməsi və insan həyatı üçün 
t
əhlükənin minimuma endirilməsi məqsədi ilə, «Komeks» uzun müddət siçanlar və 
meymunlar üz
ərində təcrübə aparır. 
1982-ci ild
ə  (eksperiment  «Hidro-3») yüksək təzyiq (61 atm!)  altında 
yerl
əşdirilmiş canlı orqanizmə hidrogen qazının toksik təsirini öyrənmək məqsədilə  
40 siçan 600 metr d
ərinliyə  endirilərək, orada təqribən, 30 saat müddətində 
helium  v
ə  oksigen  qazların  m  qarışığından  hazırlanmış  nəfəsalma qaz qarışığı  - 
helioksla n
əfəs alaraq yaşamışlar. 
1983-cü il -  «Hidro-3»  eksperimentinin 
davamı.  Kompaniyanın  prezidenti 
A.Delozun birbaşa rəhbərliyi və iştirakı ilə 16 nəfərdən ibarət akvanavt qrupu açıq 
d
ənizdə  bir  neçə  dəfə  70 və  91 metr dərinliklərə  nəfəsalmada  qısamüddətli 
helioksdan istifad
əyə  keçməklə  dalmaları  həyata keçirirlər.  A.Deloz  başa 
düşürdü ki, akvanavtların    hidrogenlə nəfəsalmaya keçmələrindən ötrü psixoloji 
mane
ə  həddini  aşmaq  lazımdır  və  bu halda ən  yaxşı  vasitə  şəxsi nümunə 

 
 
 
 
64 
göst
ərməkdir. 1983-cü ildə  daha  bir  addım  irəli  atılır  -  sahil hidrotankında  300 
metr «d
ərinlik»də 6 nəfər akvanavt 31 atm təzyiq altında ilk dəfə olaraq «Hidro-4» 
eksperiment
i zamanı hidrogenlə nəfəs alırlar. 
 
«Komeks» kompaniyasının Marsel şəhərində yerləşən   
bazasındakı baromərkəzin idarəetmə məntəqəsi 
 
1985-ci il... «Komeks»  ilk  d
əfə olaraq, 6 akvanavtdan ibarət qrupla «Hidro-5» 
eksperiment
i  zamanı  450  metr  «dərinlik»də  hidrogen, helium və  oksigen  qazların 
dan hazırlanmış nəfəsalma qaz qarışığı - hidroleoksdan istifadə edir. Eksperimentin 
n
əticələri 400-600 metr dərinliklərdə  nəfəsalmada  hidroleoksdan istifadə  etməklə 
suyadalmaları həyata keçirməyin mümkünlüyü ümidini yaradır. 
Lakin  hidrogend
ən istifadənin sənaye  dalğıc  işlərində  mümkünlüyünü sübut 
etm
ək üçün daha dərindən tədqiqat işlərinin aparılması tələb olunurdu. Bu məqsədlə 
1986-
cı  ildə  100-ə  qədər  siçanla 1300-2000 metr dərinliklərə  11 dalma  həyata 
keçirirl
ər.  Bu təcrübələr zamanı  nəfəsalma  üçün hidroks üçün dərinlik  həddinə 
1500 metr, hidroleoks üçün is
ə 2000 metrə çatmaq olur. 
Bütün bu apa
rılmış  təcrübələr zamanı   müəyyənləşdirildi ki, hidrogendən 
istifad
ə etməklə nəfəsalma zamanı;   

 
 
 
 
65 
1. Yüks
ək Təzyiqin Əsəb Sindromu zəifləyir və bezi  hallarda  demək olar yox 
olur;   
2. 
Dalğıcın hiss olunacaq dərəcədə nəfəs alması yüngülləşir və nəticədə onun 
əmək qabiliyyəti artır. 
 
531 metr d
ərinlikdə akvanavtın dalğıc «zəngi»ndən çıxışı 
Ümidverici  n
əticələr  «Komeks»! o dövr üçün çox cəsarətli  sayılan  daha  bir 
addım atmağa - açıq dənizdə real iş şəraitində  tədqiqat işlərini davam etdirmək 
q
ərarını  verməyə  sövq edir və  o, 1988-ci il 22 fevraldan 23 marta qədər davam 
ed
ən müddət  ərzində  «Hidro-8»  eksperimentini həyata keçirir.  Aralıq  dənizində 
«Komeks» 
kompaniyasına məxsus «Oreliya» gəmisində yerləşən Saturasiya Dalğıc 
Kompleksind
ən  istifadə  etməklə, 6 nəfər  akvanavtdan (onlardan 4 nəfəri 
«Komeks»d
ən, 2 nəfəri isə HDQ-dən idi) ibarət qrup 520 və 534 metr dərinliklərdə 
6 sutka müdd
ətində  dalğıc  işlərini yerinə  yetirir.  Akvanavtların    dərinliyə 
uyğunlaşması prosesi 
  (kompressiya) 5 sutka, d
ərinlikdəki  6  sutkalıq  işdən sonra normal vəziyyətə 
uyğunlaşma  prosesi  (dekompressiya)  isə  18  sutka təşkil  edir.  Nəfəsalma üçün 
kompressiya  zamanı  250  metrə  qədər helioksdan, qalan müddətdə  isə 
hidroleoksdan  istifad
ə  edilir.  Eksperiment  müddətində  akvanavtların    su  mühitinə 

 
 
 
 
66 
çıxışı  6  dəfə  olmaqla 27 saat təşkil  etmiş,  akvanavtlardan bir nəfəri 531 metr 
d
ərinlikdə  4 saat su mühitində  işləməklə  o dövr üçün rekord müəyyənləşdirmiş, 
dekompressiya 50 d
əqiqəyə 1 metr olmaqla 250 metrə qədər hidroleoksdan, daha 
sonra is
ə helioksdan istifadə etməklə həyata keçirilmişdir. 
Layih
ənin həyata keçirilməsindən ötrü 33 milyon Fransa frankı xərclənmiş, 50 
n
əfərdən çox heyət cəlb edilmiş, 20000 kub metr sıxılmış qazdan, çəkisi 200 tondan 
artıq  sualtı  avadanlıqdan,  sualtı  proseslərin fasiləsiz  müşahidə  edilməsi üçün 
hey
ətsiz sualtı aparatdan istifadə edilmişdir. 
«Komeks» 
əldə  olunmuş  nailiyyətlərlə  kifayətlenməyərək, bu sahədə 
t
ədqiqatların ı daha da dərinləşdirir və 2 noyabr - 15 dekabr 1992-ci ildə Marsel 
şehlərindəki  baro-mərkəzdə  «Hidro-10»  eksperimenti  çərçivəsində  insanın 
hidrogenl
ə nəfəs almaqla dalma həddini müəyyənləşdirir. Baro-mərkəzdə yerləşən 
hidrotankda 2 noyabr 1992-ci il tarixd
ə  3  nəfərdən  ibarət akvanavt qrupu ilə 
eksperiment  h
əyata keçirilməyə  başlandı.  19  noyabr  1992-ci il tarixdə  650 metr 
«d
ərinlik»də  akvanavtlardan  ikisi yuxusuzluqdan və  iştahalarının  itməsindən 
şikayətləndikləri üçün bu «dərinlik»də qalmalı olurlar, 3-cü akvanavt isə 20 noyabr 
1992-ci il tarixd
ə 701 metr(ü!) «dərinliyə» çatır və bu «dərinlik»də 3 saat işləyir. 
Bu, dünya rekordu idi v
ə bu rekord bu gün də qüvvədədir. 
«Komeks» 
kompaniyası 1991-ci ildə özünün 30 illiyini qeyd edən zaman Anri 
Deloz  «
Qabaqcıl nailiyyətlər insanı» adına layiq görülür. Bu kompaniya mövcud 
olduğu  dövr  ərzində  tədqiqat işləri ilə yanaşı, geniş  istehsal  fəaliyyəti ilə  də 
m
əşğul olmuşdur. 
 

 
 
 
 
67 
 
«Əli Əmirov» gəmisi 
Dün
yanın  20-dən çox ölkəsinə, o  cümlədən  Azərbaycan  Respublikasına  da 
(Az
ərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus «Əli Əmirov» gəmisində, 
«Kaspmorneft»,  «
Şelf-1»  və  «Şelf-2»  Yarımdalma  Qazma  Qurğuların  da  yerləşən 
kompleksl
ər), ixrac edilmiş 50-dən çox Dərinlik Dalğıc Komplekslərini, 100-dən çox 
hey
ətsiz sualtı aparat, bir neçə sualtı qaynaq kompleksi, sualtı qayıqlar («Komeks» 
dünyada kommersiya reysl
əri edən yeganə 43 sərnişin götürən və 50 metr dərinliyə 
en
ə bilən şəffaf akril gövdəyə malik sualtı qayığı inşa etmişdir.   
Sualtı  qayıq  «Sibas»  bu gün də  Nitsa yaxınlığında  istismardadır),  monobarik 
aparatlar, atom s
ənayesində  istifadə  olunan robotlar, tibb sənayesində  istifadə 
olunan barom
ərkəzlər, dalğıc geyim dəstləri və s. digər avadanlıq və ləvazimatları 
istehsal etmiş və etməkdədir. «Komeks» kompaniyasının istehsalı olan «Əli Əmirov» 
g
əmisində yerləşdirilmiş 200 metrə qədər  dərinlikdə dalğıc işlərini  yerinə yetirən 
DDK,  60 metr
ə  qədər  dərinlikdə  sualtı-texniki  işləri  yerinə  yetirmə  qabiliyyətli 
Mobil Dalğıc Kompleksi və bir çox digər suyaenmə vasitələri, dalğıc avadanlıq və 
l
əvazimatları,  geyim  dəstləri Xəzər Dəniz  Dalğıc  Qəza Xilasetmə  İşləri  İdarəsi 
t
ərəfindən bu gün də istifadə olunmaqdadır. 
Bel
əliklə, biz  saturasiya (doyma) üsulu ilə  sənaye  dalğıc  işlərinin yerinə 
yetirilm
əsini və  bu  işlərin  iqtisadi  baxımdan  səmərəliliyinin təminatmı  verən 

 
 
 
 
68 
müh
əndis həllini taparaq, DDK-ların    istehsalı ilə məşğul olan «Komeks» (Fransa) 
kom
paniyası  haqqında  yazdıqlarımızı  yekunlaşdırıb  yenidən  dalğıc  dalmalarına 
qayıdırıq. Lakin öncə qeyd etməliyəm ki, hal-hazırda «Komeks»lə yanaşı dünyanın 
bir  çox  kompaniyaları  DDK-ların    və  digər  sualtı  aparat  və  avadanlıqların   
istehsalı  ilə  məşğuldur.  «Dayveks»  (Böyük Britaniya), «Dreyqer»  (Almaniya), 
«Drass» 
(İtaliya),  «Ouşenirinq»  (ABŞ),  «Teylor  dayvinq  end selvec kompani» 
(ABŞ) və s. belə kompaniyalardandır. 
Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin