Şahin Mustafayev



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix03.02.2017
ölçüsü2,99 Mb.
#7592
1   2   3   4   5   6   7   8   9

 
 
 
 
42 
t
əqribən  2,6 metr diametri,  5,6  metr  uzunluğu  olan  silindirvari  formalı  «sualtı 
ev»d
ə 7 gün müddətində suyun səthinə qalxmadan yaşamalı, hər gün «sualtı ev»dən 
çıxaraq,  təqribən 5 saat müddətində  müxtəlif  çeşidli  təcrübi  dalğıc  işləri və  sınaq 
testl
əri yerinə yetirərək yenidən «sualtı ev»ə qayıtmalı idilər. «Dioqenes» adlanan 
uzunmüdd
ətli  yaşayış  üçün  yararlı  olan  bu  «sualtı  ev»  radio, telefon, televizor, 
fonoqraf, işıqlandırma və s. bu kimi yaşayış üçün lazım olan təminatlara malik idi. 
T
əcrübə  proqramı  başa  çatır  və  bütün  dünyaya  ilk  sualtı  yaşayış  sahəsinin 
müv
əffəqiyyətli  sınağı  və  insanın  bu  yaşayış  sahəsində  uzunmüddətli  olması 
mümkünlüyü haqqında məlumat yayımlanır. Bu həqiqətən də, inqilabi bir nailiyyət 
idi v
ə  bu müvəffəqiyyətdən  ruhlanan  J.İ.Kusto  daha  cəsarətli, daha möhtəşəm  bir 
layih
ə işləyərək həyata keçirməyi qərara alır. 
«Konşelf-II», 1963 -  Fransa  -  1963-cü  il,  iyun.  Qırmızı  dəniz  Şaab  -  Ruimi 
korall rifl
ərinin yaxınlığında J.İ.Kusto, əgər belə demək mümkündürsə, bütöv bir 
sualtı qəsəbə yaradır. «Mərkəzi qəsr» dəniz ulduzu (dəniz suların da yaşayan kiçik 
canlı)  formasında  beş  bölməli üç tikintidən ibarət idi. 10,9 metr dərinlikdə 
yerl
əşən bu tikilidə  5 akvanavt və  Klod  adında  bir  tutuquşu  4  həftə  müddətində 
yaşamışlar.  «Mərkəzi qəsr»də  gözəl  yataq, yeməkxana,  yaşayış,  anbar  və 
sanitar-gigiyenik bölm
ələri, dalğıc kamerası, heyətli sualtı aparat üçün qaraj vardı. 
«Dioqenes»d
ən fərqli olaraq, (orada yemək  və su suyun səthindən təchiz edilirdi) 
yem
ək  «Qəsr»in yeməkxanasında  hazırlanırdı.  «Mərkəzi qəsr»dən  bir  az  aralı 
27,4 metr d
ərinlikdə  iki bölməli digər  yaşayış  modulu  yerləşdirilmiş  və  2 nəfər 
akvanavt orada 7 gün 
ərzində  nəfəsalma  üçün helium-azot-oksigen  qarışığından 
istifad
ə  edərək, dövrü olaraq, 109,7 metr dərinliyə  səyahət  suyaenmələrini (yəni, 

 
 
 
 
43 
qısamüddətli 1-2  saatlığa,  27,4  metrdən 109,7 metr dərinliyə  dalma və  yenidən 
dekompressiya keçirm
ədən 27,4 metr dərinliyə qalxma) həyata keçirmişdilər. Jak 
İv Kustonun həyat yoldaşı  xanım  Kusto  proqramın  son 4 günü «Mərkəzi qəsr»də 
akvanavtlarla bir yerd
ə  yaşamış  və  tarixə  ilk  qadın  akvanavt  kimi  düşmüşdür. 
Proqram h
əyata keçirilən bütün müddət  ərzində  sualtı  və  suüstü videoçəkilişlər 
edilirdi. Sonradan göz
əl mətnlə müşayiət edilən bu kadrlar film halına gətirilərək 
dünya  ictimaiyy
ətinin diqqətinə çatdırılmışdır. Bu film dənizdə neft və qazçıxarma 
il
ə  məşğul  olan  zəngin  şirkətlərin də  diqqətindən yan keçməmiş  və  onlar 
J.İ.Kustonun elmi-təcrübi axtarışlarının davam etdirilməsini maliyyələşdirmişlər və 
yorulmaz  J.İ.Kusto  yeni  bir layihə  üzərində  işə  başlamışdır.  Bu haqda bir az 
sonra... El
əlik isə, ABŞ-ın bu sahədəki təcrübələrinə qayıdaq: 
 
Qırmızı dəniz. 1963-cü il,    «sualtı qəsəbə»nin  «Mərkəzi qəsr»i 
«
İnsan  dənizdə-11»,  1964,  ABŞ  -  J.İ.Kustonun  müvəffəqiyyətlərindən 
ruhlanan E.A.Linkin r
əhbərliyi ilə  1964-cü  ilin iyun ayında  Baham  adaları 
yaxınlığında,  akvanavtlar  Robert Stenuit və  Djo Lindberq 131,7 metr dərinlikdə, 
d
ərinliyə  uyğun  təzyiqlə  üfürülmüş  və  ölçüləri təqribən 130x260  sm  olan fərdi 
üfürül
ən dalma kamerasında (SPİD)    48 saat müddətində oldular. 
 

 
 
 
 
44 
 
«İnsan dənizdə - II» eksperimentinin keçirildiyi 
üfürül
ən fərdi dalma kamerası (UFDK) 
Ekstremal d
ərinlik qəza vəziyyətlərində  akvanavtlara kömək edilməsini 
qeyrimümkün edirdi. Akvanavtlar 
əsasən, kameradaxili avadanlıqlara  xidmət etmək, 
ətraf mühitin (dəniz həyatının) müşahidəsini aparmaq və fotoşəkil çəkməklə məşğul 
olurdular.  Eksperimen
t  başa  çatdıqdan  sonra  akvanavtlar  kameranın  içərisində  
t
əchizatçı  gəminin göyərtəsinə  qaldırılaraq, 92 saat ərzində  dekompressiya keçib, 
in
sanın 130 metr dərinlikdə qalıb işləməsi mümkünlüyünü    nümayiş etdirdilər. 
 
«Sealab-
l» kamerası və akvanavtlar dalma vəziyyətində olan   
kamera
nın içərisində eksperiment zamanı 
 
«Sealab - 1»
, 1964, ABŞ - 1964-cü il 20 iyulda Bermud adalarından 26 mil aralıda 
ABŞ  hərbi-dəniz  donanması  özünün  «Sealab-1»  adlı  proqramını  həyata keçirməyə 
başladı.  4  nəfər  akvanavt  üçün  hesablanmış,  ölçüləri təqribən 3,5x13,2  metr olan 
siqaraoxşar  kamera  (  hal-hazırda  bu  kamera  ABŞ-ın  Florida  ştatının  Panama 
şəhərində  yerləşən Beynəlxalq  Dalğıc  Muzeyində  saxlanılır)  58,8  metr  dərinliyə 

 
 
 
 
45 
endirilir v
ə  öncə  bir, daha sonra isə  digər üç akvanavt kameraya enərək,  orada 11 
sutka yaşayırlar. 
Bu eksperiment 21 sutka üçün n
əzərdə  tutulsada,  pis  hava  şəraiti və  digər 
s
əbəblərdən yarımçıq dayandırılır. 
«Sealab-II»
, 1965, ABŞ - Kaliforniya ştatında Lonq Bıç şəhərində yerləşən hərbi 
-d
əniz  donanması  tərsanəsində  10  nəfər akvanavt üçün nəzərdə  tutulan, ölçüləri 
t
əqribən  4x19  metr  olan  silindirvari  dalma  kamerası  layihələndirilərək  inşa  edilir. 
«Sealab-II» adlanan bu kamera 1965-
ci ilin avqust ayında Kalıforniya ştatının La Djola 
şəhərində Skripps Okeanoqrafıya İnstitutunun körpüsünə yaxın məsafədə, 62,5 metr 
d
ərinlikdə  yerləşdirilir  və  açıq  dənizdə  ətraf mühitin öyrənilməsi,  akvanavtların    iş 
qabiliyy
ətlərinə  və  fizioloji  imkanlarına  soyuq  və  qaranlıq  əhatənin təsirinin 

əyyənləşdirilməsi, elmi  və  tibbi  tədqiqatların  aparılması    və  xilasetmə  
t
əlim-məşqlərinin  həyata keçirilməsi  məqsədilə  uzunmüddətli  işə  başlanılır. 
Avqust-oktyabr ayla
rını əhatə edən 45 gün müddətində 28 nəfər 3 nəfərlik qruplara 
bölün
ərək, hər qrup iki həftə olmaqla təqribən 400 adamgündən artıq bir dövrdə 
«Sealab-2»-d
ə  yaşayaraq,  müxtəlif  proqramların    həyata  keçirilməsi  ilə  məşğul 
olmuşlar. 
 
Akvanavtlar Dr.Robert E.Tompson v
ə U.Manninq «Sealab-2»-də iş zamanı 

 
 
 
 
46 
Yerin
ə  yetirilmiş  proqramlardan  ən  maraqlıların  dan biri də  orbitdə  olan 
kosmonavt Qordon Kuperl
ə  «Sealab-ll»-də  qrup  rəhbəri Skot Karpinterin və  daha 
sonra is
ə  akvanavtlar Riçard Qriq və  Robert  Şitsin  Aralıq  dənizində  eyni vaxtda 
d
ənizin dibində «Konşelf-III» «sualtı ev»ində təcrübə aparan fransız okeanoqrafları - 
Kusto v
ə Lebonla rabitə əlaqəsinin yaradılması idi. 
 
Sealab-2 
«Konşelf-III», 1965, Fransa - Artıq məlum olduğu kimi, «Sealab-11» proqramı ilə  
eyni v
axtda  Aralıq  dənizində  J.İ.Kustonun rəhbərliyi ilə  «Konşelf-III»  layihəsi 
h
əyata keçirilirdi. 
Artıq  uzunmüddətli suyadalmalardan sənaye məqsədilə  istifadənin mümkünlüyü 
h
əm bu işlə  məşğul  olan  peşəkarları,  həm də  sənayeçiləri,  əsasən də  dənizdə 
neftqazçıxarma ilə  məşğul  olan  kompaniyaları  ciddi  şəkildə  düşündürməyə 
başlamışdı.  Fransa  sənayeçiləri də  bu  işdə  maraqlı  olduqları  üçün  J.İ.Kustonun 
«Konşelf-III» layihəsini maliyyələşdirməyi öz üzərilərinə götürürlər. 
«Konşelf-II» proqramından təqribən iki il sonra, 21 sentyabr 1965-ci il tarixdə 
Aralıq  dənizində,  Monako  limanına  yaxın  bir məsafədə, 100 metr dərinlikdə 
«Konşelf-III» layihəsinin həyata keçirilməsinə başlanıldı. «Konşelf-III» «sualtı ev»i 
6  metr  diametrli  şaraoxşar  formalı  ikimərtəbəli bir qurğu  idi.  Qurğunun birinci 

 
 
 
 
47 
m
ərtəbəsində  yataq, sanitariya qovşağı  və dalğıc  bölməsi, ikinci mərtəbəsində isə 
yem
əkxana, rabitə və ümumi bölmə yerləşirdi. «Konşelf-III» altı nəfər akvanavt üçün 
hesablanmışdı  və  21 sentyabr  1965-ci il tarixdə  onlarla birlikdə  100 metr dərinliyə 
buraxılmışdı. 
 
Konşelf-III» suya enmədən öncə. 1965-ci il 
 
«Konşelf-III»-də nahar fasiləsi, dərinlik 100 metr 
 
Əgər  «Konşelf-1»  proqramında    J.İ.Kustonun  əsas  ideyası  ümumiyyətlə  insanın 
suyun altında yaşaması mümkünlüyünü sınaqdan keçirmək, «Konşelf-II» proqramında 
is
ə  sualtı  dünyada  yaşamağın  nəinki  mümkün  olduğunu  və  hətta belə  yaşayışın 
əsrarəngiz romantikanı xatırlatdığını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idisə, o, 
«Konşelf-III»  proqramında  insanın  suyun  altında  uzunmüddətli qalması  imkanından 

 
 
 
 
48 
s
ənayedə  istifadə  olunması  mümkünlüyünü  sübuta  yetirmək  məqsədi güdürdü. Bu 
m
əqsədlə  22 gün davam edən eksperiment müddətində  akvanavtlar hər gün «sualtı 
ev»d
ən çıxaraq bir az aralıda quraşdırılmış neft quyusu quyuağzı avadanlığına neftçilər 
t
ərəfindən müəyyənləşdirilmiş  texniki    xidmət  proqramının  həyata  keçirilməsini 
imita
siya etmişlər. 
E k s p e r i m e n t   müv
əffəqiyyətlə  başa  çatmış  və  nəticədə  iki  əsas rəy-çıxarış 
bildirilmişdir: 
 
Quyuağzı avadanhqlara sualtıtexniki xidmət   
göst
ərilməsi üzrə məşq zamanı
 
 
-  T
əcrübədə  sübut edildi ki, insan orqanizmi suyun altında  100  metr  dərinlikdə, 
yüks
ək  təzyiq  altında  uzunmüddətli qalmaqla öz  əqli və  fiziki  imkanlarını  saxlaya 
bil
ər və  kifayət  qədər  mürəkkəb  avadanlıqlardan istifadə  etməklə  ona  tapşırılmış 
işlərin yerinə yetirilməsini həyata keçirə bilər; 

«Konşelf-III»  kimi      sualtı  bazalardan  dalğıc  işlərinin sənayedə  istifadəsi 
m
əqsədəuyğun deyildir. 
Bel
ə nəticəyə gəlinməsi hələ heç də o demək deyildi ki, uzunmüddətli yüksək 
t
əzyiq  altında  qalmaqla  suyun  altında  sənaye  məqsədli  sualtı-texniki  işlərin 
yerin
ə yetirilməsi ideyasının həyata keçirilməsi fikrindən birdəfəlik daşınılmışdır. 

 
 
 
 
49 
Əsla yox! Çünki həmin dövrlərdə ömrünü peşəkar dalğıc işlərinə həsr etmiş digər 
fransız  Anri  Delozun  1961-ci ildə  yaradaraq  rəhbərlik  etdiyi   «KOMEKS»   
(D
əniz    Ekspertizası Kompaniyası) kompaniyası Dərinlik Dalğıc Komplekslərinin 
yaradılmasının  əsasını  qoyan məsələlərin çox vacib və  orijinal bir mühəndis 
h
əllini  tapdı.  «KOMEKS»  kompaniyası  «sualtı  ev»  prinsipi ilə  işləyən yüksək 
t
əzyiq  kamerasını,  yəni  barokameranı,      gəminin göyərtəsində  stasionar olaraq 
quraşdırmaqla,  akvanavtların    dalğıc  işlərinin yerinə  yetiriləcəyi dərinliyə  uyğun 
t
əzyiq  altında  orada  yerləşdirərək,  həmin  dərinliyə  uyğun  təzyiqlə  üfürülmüş 
«
dalğıc zəngi» vasitəsilə iş yerinə endirilməsinə və müəyyənləşdirilmiş müddətdə 
iş  yerinə  yetirildikdən sonra isə  yenidən  «dalğıc  zəngi»nin içərisində  gəminin 
göy
ərtəsinə  qaldırılmasına  və  birləşdirici  bölmə  vasitəsilə  barokamera ilə 
birl
əşdirilərək, onun içərisinə  keçməsinə, orada istirahət etdikdən sonra yenidən 
göst
ərilən ardıcıllıqla    əməliyyatların      təkrar    olunmasına    və  bütövlükdə 
qarşıya qoyulmuş tapşırıq başa çatdıqdan sonra dalğıcların    tədricən   normal   
t
əzyiqə  uyğunlaşdırılmasına,      yəni   dekompressiya edilməsinə  nail 
olmuşdu. 
Bu h
əll akvanavtların    yalnız iş yerinə yetirilən müddətdə suyun altında, digər 
vaxtlarda is
ə gəminin göyərtəsində olmalarını təmin etməklə, dərinlik dalğıc işlərinin 
yerin
ə  yetirilməsinin təbii faktorlardan (hava şəraiti,  sualtı  mühit,  qaranlıq  və  s.) 
asılılığını  minimuma  endirməklə  akvanavtların    maksimum təhlükəsizliyi üçün 
şərait yaratmış oldu və dalğıcların    əməyindən böyük dərinliklərdə sənaye məqsədli 
istifad
ənin  mümkünlüyünü və  iqtisadi  cəhətdən səmərəli  olduğunu  sübut  edərək, 
D
ərinlik  Dalğıc  Komplekslərinin  (DDK)  istehsalı,  istifadə  olunan  texnologiyaların   

 
 
 
 
50 
t
əkmilləşdirilməsi, bu sahədə  elmi  araşdırmaların    aparılması  və  s. istiqamətlərin 
inkişafına  təkan  vermiş  oldu  və  hal-hazırda  da  bu  yönümdə  bəzi ölkələrdə 
elmi-t
əcrübi işlər davam etdirilir. 
Ümumiyy
ətlə,  yeni  bir sahədə  elmi-təcrübi  işlərin  aparılması  zamanı  bəzən  bir 
çox maraqlı mühəndis həllərinin tapılması, tədqiq edilən sahəyə aidiyyatı olmayan 
elmi-t
əcrübi kəşflərin tətbiq edilməsi, tamamilə  başqa  bir  sahəyə  aid  əhəmiyyətli 
n
əticələrin  əldə  olunmasına  gətirib  çıxarır.  «Sualtı  ev»  ideyasının  həyata 
keçirilm
əsi zamanı da belə olmuşdur. Bunlardan artıq biri haqqında, yəni Dərinlik 
Dalğıc  Komplekslərinin  yaradılması  haqqında  səthi  də  olsa,  artıq  bəhs etdik, 
oxucular üçü
n  maraqlı  ola  biləcəyini  nəzərə  alıb,  bəzi elmi-təcrübi  işlərin də 
n
əticələri haqqında məlumat veririk: 
«Hidrolab»
,  ABŞ,  1966  -  «Perri Submarine Builders  İnk.  end Florida Atlantik 
University»  kompaniya
larının birgə müəssisəsi tərəfindən 1966-cı ildə inşa edilmiş 
sualtı  laboratoriya  «Hidrolab»  «sualtı  ev»lərin  arasında  ən kiçik, sadə  və  ucuz 
olmasına baxmayaraq, 1985-ci ilə qədər istismarda olmaqla 700-dən çox akvanavtın 
bu dövr 
ərzində  sualtı  yaşamasını  təmin edərək uzunömürlülüyünə  görə  rekord 
n
əticə göstərmişdir. 
 

 
 
 
 
51 
«Hidrolab»
, ABŞ, 1966 
Uzunluğu  4,8  metr,  diametri  2,4  metr  olan  4  nəfər  üçün  hesablanmış  silindirvari 
formalı  kamera  boru  dayaqlar  vasitəsilə  ağır  beton  plitəyə  bərkidilmişdi. 
Laboratori
yanın üzərində lövbərlə bərkidilmiş buyda dizel-generator, kompressor, 
 
«Aegir» dalma nöqt
əsinə yedəkdə nəql edilən zama
n 
İçməli  su və  yanacaq həcmləri  yerləşdirilmişdi.  «Sualtı  ev»ə  elektrik  enerjisi, su və 
hava buydan verilirdi, hey
ətlə sahil təminatı arasında əlaqə laboratoriyada yerləşdirilmiş 
radiostansiya  vasit
əsilə  həyata keçirilirdi. «Sualtı  ev»in istismarının  sadəliyi və 
ucuzluğu ondan hətta tələbələrin də istifadə etməsinə imkan yaratmışdır. 
«Aegir»  - 
ABŞ, 1969 - Havay adasında Qonololu şəhərində 1969-cu ildə «Makai 
Ranqe  İnk.»  Kompaniyası  tərəfindən  inşa  edilmiş,  Norveç  dəniz allahının  adı  ilə 
adlandırılmış  bu  kompleks 6 nəfər  akvanavt  üçün  hesablanmış  və  akvanavtlarla 
birlikd
ə  ballast  bölmələrindən  istifadə  edərək, sərbəst  şəkildə  suyadalma və  qalxma 
qabiliyy
ətinə malik idi. O, 1971-ci ilə qədər istismar edilmiş, 25 dəfə 24,4 metr, 3 
d
əfə 61 metr və 1 dəfə 57,3 metr dərinliyə qədər dalma həyata keçirmişdir. 
«Tektite» - 
1969, ABŞ -   Yer kürəsinə yağış formasında 
tökül
ən kiçik meteoritlərin şərəfinə «Tektite» adlandırılan «sualtı ev» öz sələflərinin 
ölçül
ərinə  görə  ən  böyüyü olub, 1968-ci ildə General Elektrik (ABŞ) kompaniyası 
 

 
 
 
 
52 
t
ərəfindən  Okean  və  Atmosferin Tədqiqi üzrə  Milli  İdarə  (NOAA) və  Milli 
Aerokosmik Agentliyinin (NASA) birg
ə layihəsi əsasında inşa edilmişdir. «Sualtı 
ev»  «Tektite»  inoplanet  t
ədqiqat  stansiyası  formasında  NASA  mütəxəssisləri 
t
ərəfindən düşünülmüşdü.   
 
Sualtı laboratoriya «Tektite» 
Bel
ə  ki, uzunmüddətli  kosmik  uçuşların  və  ya  kosmonavtların    inoplanet 
kosmik 
stansiyasında  yaşama  şəraitinin Yerdə  imitasiya edilməsi  üçün  sualtı 
lab
oratoriyada yaşayış variantı ideal yarayırdı. 
H
əqiqətən  də, dənizin dibində  sualtı  laboratoriyada  yaşayan heyət üzvlərinin 
insanların    adət etdiyi ətraf mühitdən, yaşayış tərzindən tam və ya qismən təcrid 
edilm
əsi çox asanlıqla mümkündür. Suyun səthindən məlumatların kosmosdakı 
eksperimentl
ərdə  olduğu  kimi,  tam  və  ya  qismən  məhdudlaşdırılması  (məlum 
olduğu  kimi,  kosmik stansiya ilə  günün yalnız  müəyyən vaxtında, yəni stansiya 
əhatə dairəsində olduqda əlaqə yaradılması mümkündür) həyata keçirilirdi. 
  D
əqiqliyi ilə,  kosmosda  olduğu  kimi,  sualtı  laboratoriyada  yaşayan  insanın 
h
əyatı istifadə olunan avadanlıqların    etibarlığından, ondan istifadə edən şəxslərin 
bacarığından  asılı  olub,  yüksək  təzyiq  altında  (kosmosda isə  əksinə  çəkisizlik 
şəraitində) süni nəfəsalma mühitində  (nəfəsalma  üçün  xüsusi  qaz  qarışığından 

 
 
 
 
53 
istifad
ə olunur) yaşadığı üçün    hər hansı bir gözlənilməz hadisə baş verən zaman 
o, laboratoriyadan çıxaraq suyun səthinə qalxmaq imkanına malik olmurdu. 
«Tektite» 
proqramı  üzrə  qarşıya  qoyulmuş  məqsədlərə  nail olmaq üçün 
NASA hey
ətin seçilməsində və gündəliyin formalaşdırılmasında aparıcı rola malik 
idi. NOAA is
ə okeanologiya üzrə tədqiqat işlərinin aparılmasını həyata keçirirdi. 
  Bel
ə əməkdaşlığın nəticəsi olaraq 4 nəfərdən ibarət heyət NOAA-mn tapşırığı 
il
ə  okeanoloji tədqiqat  üzrə, NASA-nm  tapşırığı  ilə  isə  məhdud mühitdə  heyət 
üzvl
ərinin  «dinc mövcudiyyətliliyi»  üzrə  psixoloji-sosioloji  çox gərgin bir 
proqra
mı rekord olaraq - 60 gün müddətində müvəffəqiyyətlə həyata keçirməyə 
nail oldular. 
«Tektite» 
sualtı  aparatdan  daha  çox  yadplanetlilərin  təsəvvür  edilən  kosmik 
stansiyasına  oxşayaraq,  ölçüləri  10,4x4,6x1,8 m olan paralelepipedin üzərində 
quraşdırılmış 3,8 m diametrli, 5,5m hündürlüklü iki qüllədən ibarət, ümumi çəkisi 
145 ton olan n
əhəng bir qurğu idi. NASA-nın planına  əsasən, 4 nəfərlik heyət 60 
gün  müdd
ətində  12,4 metr dərinlikdə  yerləşdirilmiş  «Tektite»də  yaşamalı  və  bu 
müdd
ət  ərzində  yalnız  proqram  çərçivəsində  müəyyənləşdirilmiş  vaxtlar istisna 
olmaqla, suüstü t
əminatla heç bir əlaqədə  olmamalı  idilər.  Qurğunun  bütün daxili 
sah
ələrində  quraşdırılmış  telekameralar  və  mikrofonlar vasitəsilə  gecə  və  gündüz 
bütün sutka 
ərzində  fasilə  siz olaraq, heyət üzvləri  müşahidə  edilirdilər. Heyət 
üzvl
ərinin hər  bir  addımı,  hər  bir hərəkəti,  hər bir sözü nəzarətə  götürülür, qeydə 
almır, təhlil olunur və diqqətlə öyrənilirdi. 
 
 

 
 
 
 
54 
 
Sualtı laboratoriyanın yaşayış bölməsi 
«Tektite-1»  hey
əti tərəfindən yerinə  yetirilmiş  elmi-tədqiqatlar mütəxəssislər 
t
ərəfindən çox yüksək qiymətləndirilmişdir. Sözsüz ki, ən vacib nəticə insanın 60 
sutka (bu eksperiment
ə qədər rekord fransızlara məxsus idi. J.İ.Kustonun komandası 
«
Konşelf-II»  proqramı  çərçivəsində  29 sutka 10 metr dərinlikdə  yaşamışdılar) 
fasil
əsiz olaraq, suyun altında yaşaması mümkünlüyünün sübutu idi. Bundan əlavə, 
4 n
əfərlik  heyət üzvlərindən hər biri hər gün 3-4 saat «sualtı  ev»i tərk  edərək, 
d
ənizin dibində  müəyyənləşdirilmiş  müxtəlif  işləri  yerinə  yetirməklə,  iki  aylıq 
eksperiment 
zamanı 434 saat müddətində ətraf sularda olmuşdular. 
 
Sualtı laboratoriyanın tədqiqat bölməsi 
H
əkim-fizioloqlar ilk dəfə  olaraq, bir neçə  saturasiya dalğıc  işlərində  böyük 
t
əcrübi əhəmiyyətə malik suallara cavab tapmağa nail oldular. İlk öncə fizioloqları 
maraqlandırırdı  ki,  görəsən, suyun səthinə  qalxma prosesi (dekompressiya) 

 
 
 
 
55 
uzunmüdd
ətli təzyiq  altında  yaşamaqdan  və  işləməkdən  yorulmuş  akvanavtların   
s
əhhətinə  necə  təsir edəcək (məlumdur  ki, yaşayış  mühitinin  dəyişilməsi  zamanı 
orqanizm böyük g
ərginliyə  məruz  qalır),  ümumiyyətlə, optimal variant necə 
seçilm
əlidir?  İlkin  hesablamalar  göstərirdi ki, əgər  dekompressiya zamanı 
n
əfəsalma  üçün  sıxılmış  havadan  istifadə  edilərsə, proses 14 saat, əgər  sıxılmış 
hava  oksigenl
ə  zənginləşdirilərsə  isə  8 saat ola bilər. Lakin ilkin hesablamalara 
baxmayaraq, dekompressiya 19 saat müdd
ətində həyata keçirildi. 
Daha bir 
əhəmiyyətli  sual  da  fizioloqları  maraqlandırırdı:  «Təqribən 13 metr 
d
ərinlikdə  yaşamış  akvanavt,  əgər  hər  hansı  bir  ekstremal  vəziyyətin nəticəsi 
olaraq t
ələb olunan an təcili suyun səthinə (dekompressiya müddəti gözlənilmədən) 
qalxa bil
ərmi və əgər qalxa bilərsə, sağlamlığı üçün təhlükəli olmayan müddətdə nə 
q
ədər qala bilər?»  Aparılan  təcrübələr  və  hesablamalar  nəticəsində  fizioloqlar 

əyyənləşdirdilər ki, dekompressiya edilmədən qalxmaq mümkündür və 
sağlamlıq  üçün  təhlükə  yaradan amillər (kesson xəstəliyinin  əlamətləri), təqribən, 
15  d
əqiqədən sonra müşahidə olunmağa başlayır. Bu müddət rezində akvanavt ya 
qalxdığı  dərinliyə  enməli, ya dərinliyə  uyğun  təzyiq  altında  olan  «sualtı  ev»ə 
qayıtmalı,  ya  da  təzyiqi həmin dərinliyə  uyğunlaşdırılmış  su  səthindəki (gəmidə, 
özüld
ə və s.) barokameraya keçirilməlidir. Bütün bunların    hamısı isə xidmət edən 
hey
ətin sayıqlığı və peşəkarlığı sayəsində mümkündür. 
Bu  t
əcrübi  nəticələrin dalğıc  işlərinin  yerinə  yetirilməsində mühüm əhəmiyyəti 
vardır və demək olar ki, «Tektite-1» proqramı böyük müvəffəqiyyətlə başa çataraq, 
parlaq n
əticələrə malik oldu. Bunun nəticəsi olaraq, proqram başa çatan kimi 1970-ci 
ild
ə  «Tektite-11»  proqramının  həyata keçirilməsi  qərara  alındı.  Proqramın  yerinə 

Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin