Referat elmi RƏHBƏR: TƏLƏBƏ: MİRZƏyev şAMİl baki-2021 İqtisadiyyatda dövlət təsirinin forma və alətləri



Yüklə 0,59 Mb.
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#42770
növüReferat
İqtisadiyyatda dövlət təsirinin forma və alətləri....


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ

Kafedra: İqtisadi nəzəriyyə

Fakültə: İqtisadiyyat və idarəetmə

İxtisas: Maliyyə

Fənn: Mikroiqtisadiyyat-2

Qrup: 620

Kurs: 1


Mövzu: İqtisadiyyatda dövlət təsirinin forma və alətləri

REFERAT


ELMİ RƏHBƏR:

TƏLƏBƏ: MİRZƏYEV ŞAMİL



BAKI-2021

İqtisadiyyatda dövlət təsirinin forma və alətləri

Sənaye - ölkə iqtisadiyyatının inkişaf etmiş sahələrindən biridir. Əsasən yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin əməyi sayəsində ötən əsrin ortalarından başlayaraq inkişaf etmişdir.

Ölkə iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində 1995- 2013-cü illərdə sənaye sahəsində uğurlu nəticələr əldə olunmuşdur. 1994-cü ilin 20 sentyabrında neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Qeyd edək ki, hasilat sənayesi ilə yanaşı emal sənayesi də inkişaf edir. Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qisminin artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarımızın zənginləşməsinə, idxaldan asılılığımızın demək olar ki, aradan qalxmasına imkan yaratmışdır.

Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. Ölkə rəhbərliyi tarafindən həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrinin sayı 3 dəfə artmışdır. Hazırda sənaye səhəsində 63 dövləti təmsil edən 200-ə yaxın xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni iş yerləri açılmışdır. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərə çarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.

Ortamüddətli perspektivdə sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması olacaqdır.

Bu sahədə əsas tədbirlər istehsal avadanlığının yüksək mənəvi və fiziki aşınmasının aradan qaldırılmasından, milli məhsulun rəqabət qabiliyyətliliyinin, sənayedə investisiya və innovasiya fəallığının artırılmasından, qeyri-neft sektorunun daha sürətli inkişafının və emal fəaliyyət növlərinin stimullaşdırılmasından ibarət olacaqdır.

Dünya qloballaşması iqtisadiyyatın yenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunan beynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu o deməkdir ki, bu sahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət və digər sahələrə toxunur. Azərbaycanın irsən keçmiş iqtisadi vəziyyəti ondan ibarət idi ki, o uzun müddət kommunist imperiyası - SSRİ-nin tərkibində olduqdan sonra iqtisadi və siyasi müstəqillik əldə etmişdir. Lakin suverenlik əldə etdikdən sonra Azərbaycan öz iqtisadi və sosial-siyasi problemləri ilə qarşı-qarşıya durmuşdur. Ölkə demək olar ki, sıfırdan başlayaraq öz dövlət quruluşunu yaratmalı, özünün iqtisadi və sosial siyasətini işləyib hazırlamalı olmuşdur.

Burada ondan başlamaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı çoxsahəlidir. Zəngin təbii resurslar və istehsal-texniki potensial hesabına Azərbaycan Respublikası SSRİ tərkibində Rusiya ilə yanaşı iki respublikadan biri idi ki, respublikalararası tədarükdə müsbət saldoya malik idi. Iqtisadiyyatın bu milli xüsusiyyətini respublika hökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır. Iqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazar şəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur.

Müstəqilliyin ilk illərində və mövcud mərhələdə strateji vəzifə kimi dövlət əsas yeri yanacaq-energetika kompleksi, həmçinin kimya, neft-kimya və metallurgiya sənayesi sahələrinin tutduğu iqtisadiyyatın dinamik artımının təmin edilməsi qəbul olunmuşdur. Bugünkü şəraiti nəzərə almaqla, sənaye siyasəti yüksək səmərəli texnologiya və rəqabətqabiliyyətli istehsal əsasında xarici kapitalın cəlb edilməsi ilə milli hissənin iştirakı ilə sənaye kompleksinin yaradılmasından ibarətdir.



Azərbaycan hökuməti hesab edir ki, iri sənaye müəssisələrinin sağlamlaşdırılması fərdi layihələr və bitmiş istehsal tsiklindən ibarət müəssisələrin daxil olduğu səhmdar cəmiyyətlərin təşkili əsasında həyata keçirilə bilər. Bununla əlaqədar olaraq, milli sənayedə struktur dəyişiklərində iştiraka cəlb edilməsi məqsədilə dünyanın xarici şirkətləri ilə intensiv iş aparılır.
Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin