Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   35   36   37   38   39   40   41   42   43

İ n t e r n e t d ə
www.azeriart.net
Xeyriyyəçi

293
Musiqi.Opera.Balet
100 
illiyi
AĞASI MƏŞƏDİBƏYOV  
1912- 1984
2012
Ağası  Məşədibəyov  Abutalıb  oğlu 
1912-ci ildə anadan olub. Bir çox görkəmli 
sənətkarlar  kimi,  Məşədibəyov  da  ya-
radıcılığa  musiqimizin  korifeyi  Üzeyir 
Hacıbəylinin xeyir-duası ilə başlamışdır. 
1935-ci ildə təhsilini müvəffəqiyyətlə 
bitirən  Ağası  Üzeyir  bəyin  təklifi  ilə 
məktəbin notlu xalq çalğı alətləri orkest-
rinin  dirijoru  və  xalq  musiqisi  şöbəsinin 
müdiri vəzifələrini daşımışdır.
Tələbə  ikən  o,  Radio  Verilişləri 
Komitəsi  nəzdində  fəaliyyət  göstərən 
xalq çalğı alətləri orkestrində ikinci tarçı-
lar qrupunun konsertmeysteri kimi çalış-
mışdır.  Həm  müəllim,  həm  də  orkestrdə 
konsertmeyster  olan  A.  Məşədibəyovun 
musiqiçi  kadrların  meydana  gəlməsində 
rolu az deyildi. 
Böyük  Vətən  müharibəsi  illərində 
A.Məşədibəyov  konsert  briqadaları  ilə 
cəbhədə tez- tez çıxış etmiş, döyüşçüləri 
qələbələrə  ruhlandırmışdır.  Müharibədən 
sonrakı  illərdə  A.  Məşədibəyov  Gəncə 
Dövlət  Filarmoniyasının  bədii  rəhbəri, 
sonra  Şəki  Musiqili-Dram Teatrının  mu-
siqi  hissə  müdiri  işləmişdir.  Şəki  teat-
rında  çalışdığı  dövrlərdə  Azərbaycan 
bəstəkarlarının bir neçə səhnə əsərini: Z. 
Hacıbəyovun “ Aşıq Qərib” operasını, S. 
Rüstəmovun “ Beş manatlıq gəlin”, “Dur-
na”, F. Əmirovun “Gözün aydın” musiqili 
komediyalarını tamaşaya hazırlamış, eyni 
zamanda  dram  tamaşalarına  musiqi  yaz-
mışdır. 
A.Məşədibəyov  1939-cu  ildə  açılmış 
Azərbaycan  Dövlət  Musiqili  Komediya 
Teatrının  təşkilində  bilavasitə  yaxından 
iştirak  etmiş,  burada  əvvəl  tarzən-solist, 
sonra  isə  ikinci  dirijor  kimi  işləmişdir. 
Səmərəli  fəaliyyətin  nəticəsidir  ki,  o, 
“Toy kimindir? “ adlı musiqili komediya-
sını məhz bu teatr üçün yazmışdır. “Toy 
kimindir?” əsəri dövrünün populyar səhnə 
əsərlərindən  idi.  Görkəmli  dramaturq 
Məhərrəm Əlizadənin librettosu əsasında 
yazılmış  bu  musiqili  əsər  rəngarəng  ob-
razlar qalereyasını özündə təcəssüm etdir-
mişdir.
A.Məşədibəyov  demək  olar  ki,  40- 
cı  illərin  əvvəllərindən  mahnı  janrın-
da  müxtəlif  səpgili  mahnılar  yazmışdır. 
“Azərbaycanı sevdim”, “Üç gül”, “Bakı”, 
“Hardasan?”,  “Doymur  ürək”  mahnıla-
rı  dinləyicilərin  dərin  məhəbbətini  qa-
zanmışdır.  Onun  50-dən  çox  mahnısını 
respublikanın  tanınmış  müğənniləri  ifa 
etmişlər.  Bu  müğənnilər  əksər  hallar-
da  A.  Məşədibəyovun  rəhbərlik  etdiyi 
“Azərbaycan təranələri” xalq çalğı alətləri 
ansamblının müşayiəti ilə səhnəyə və efirə 
çıxmışlar.
Bu ansambl 1953-cü ildə məşhur xanən 
dəmiz Həqiqət Rzayevanın təşəbbüsü ilə 
təşkil olunmuşdur. A. Məşədibəyov da bu 
ansambla 1975-1979- cu illərdə rəhbərlik 
etmişdir. 
Ağası  Məşədibəyov  Abutalıb  oğlu 
yetmiş  üç  il  həyat  sürmüş  sənətkar  öm-
rünün yarım əsrə bərabər dövrünü musi-
qi sənətinə həsr etmişdir. Bu illər ərzində 
o, xalq sənəti ənənələrinə əsaslanan pro-
fessional musiqini (muğam, təsnif, rəng) 
Azərbaycanın  müxtəlif  guşələrində,  keç-
miş müttəfiq respublikaların şəhər və ra-
yonlarında təbliğ etmiş, “ Toy kimindir?” 
musiqili komediyasını, “Bayram” süitası-
nı,  “Şur  ”  və  “Çahargah”  muğamı  möv-
zularında  süitalar  ,  “Rəqs  fantaziyası”nı, 
ürəyəyatan  bir  çox  mahnılar  bəstələmiş, 
eyni  zamanda  müəllim-pedaqoq  kimi 
xanəndə və instrumentalçı-sazəndələr ye-
tişdirmişdir.
Ə d ə b i y y a t
Azərbaycan SSR Ali 
Soveti Rəyasət Heyəti A.A. 
Məşədibəyov yoldaşın 
Azərbaycan SSR Ali Soveti 
Rəyasət heyətinin Fəxri 
Fərmanı ilə təltif edilməsi 
haqqında Azərbaycan 
SSR Ali Soveti Rəyasət 
heyətinin fərmanı [Mətn] 
// Ədəbiyyat və incəsənət, 
1982.- 15 yanvar.- S.2.
Ağası Məşədibəyov [Mətn] 
//Muğam ensiklopediya-
sı /baş red. M.Əliyeva; 
Heydər Əliyev Fondu.- 
Bakı: 2008.- S.215 
Ağası Məşədibəyov [Mətn] 
//Üzeyir Hacıbəyov ensik-
lopediyası.- Bakı: Şərq-
Qərb, 2007.- S. 149.
Tarzən

294
Teatr. Kino.Estrada.Sirk
120 
illiyi
ƏZİZƏ MƏMƏDOVA  
1892-1961
2012
Əzizə Əbdülbaği qızı Məmmədova 
1892-ci  ildə  Tiflisdə  doğulub.  Atası 
Əbdübağı Zülalov dövrünün tanınmış 
xanəndəsi  idi.  Atasından  ilk  musiqi 
təhsili  alan  Əzizə  uşaq  yaşlarından 
yaxşı qarmon çalmağı öyrənib. Həddi-
büluğa çatmamış, atası onu Şəkili Sal-
mana ərə verib. 1908-ci ildə əri vəfat 
edən  Əzizə  Məmmədova  körpə  qızı, 
gələcəyin xalq aktrisası olan Sona Ha-
cıyeva ilə Tiflisə, atası evinə qayıdıb. 
Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabad-
da yaşayıblar və 1919-cu ildə Bakıya 
köçüblər.
Musiqiyə,  incəsənətə  coşğun  ma-
raq  göstərən  Əzizə  xanım  tanışları 
vasitəsilə  əvvəl  Əbilov  adına,  qısa 
müddət  sonra  isə  qadınlardan  ibarət 
Əli  Bayramov  adına  klublarda  fəal 
üzvlərdən biri olub. 1921-ci ilin payı-
zında Bakı Türk Azad Tənqid və Təbliğ 
Teatrı  təşkil  olunanda  onun  yaradıcı-
larından  Mirzağa  Əliyev  və  Hacıağa 
Abbasov  müəyyən  səhnə  təcrübəsi 
toplayan  Əzizə  Məmmədovanı  bura-
ya aktrisa dəvət ediblər. 1923-cü ildə 
Akademik Milli Dram Teatrına dəvət 
alan sənətkar üç ilə qədər hər iki sənət 
ocağında işləyib. 1925-ci ilin axırların-
da isə yalnız Akademik teatrda çalışıb 
və  1930-cu  illərdə  qısa  müddət  yenə 
Türk İşçi Teatrında (əvvəlki Tənqid və 
Təbliğ Teatrı) oynayıb. Bakı Türk İşçi 
Teatrında  Anatoli  Qlebovun  “İncə” 
(Zeynəb  Əkrəmzadə),  Hacıbaba 
Nəzərli və Süleyman Rüstəmin “Yan-
ğın”  (İncə  qarı),  Süleyman  Rüstəmin 
“Qana qan” (Səkinə), Vladimir Kirşo-
nun “Küləklər şəhəri” (Qadın) tamaşa-
larında oynayıb. Akademik Milli Dram 
Teatrında oynadığı əsas rollar bunlar-
dır:  Tükəzban  (“Vaqif”,  Səməd  Vur-
ğun), Sonanın anası, Pəri xanım (“Hacı 
Qara”  və  “Lənkəran  xanının  vəziri”, 
Mirzə Fətəli Axundzadə), Cəfər Cab-
barlının dramlarında Gülsüm (“1905-
ci  ildə”),  Fatmanisə  və  Xanımnaz 
(“Almaz”), Şərəbanı (“Yaşar”), Gülgəz 
(“Oqtay Eloğlu”), Güllü (“Qardaşlar”, 
Rəsul Rza), Sədaqət xala (“Yadigar”, 
İslam Səfərli), Lətifə (“İldırım”, Cab-
bar  Məcnunbəyov),  Atlasın  anası 
(“Həyat”,  Mirzə  İbrahimov),  Luka 
Lukiçin  arvadı  (“Müfəttiş”,  Nikolay 
Qoqol),  Marfa  (“Özgə  uşağı”,  Vasili 
Şkvarkin), Anna İvanovna (“Prokuro-
run qızı”, Yuri Yanovski), Terentyevna 
(“Dubrovski”, Aleksandr Puşkin), To-
karçuk  (“İntervensiya”,  Lev  Slavin), 
Zalxa  (“Toy”,  Sabit  Rəhman).  Əzizə 
Məmmədova 
“Azərbaycanfilm”də 
istehsal  olunan  “Almaz”,  “İsmət”, 
“Hacı  Qara”,  “Görüş”,  “Yeni  hori-
zont”,  “Səhər”  filmlərində  müxtəlif 
epizod  rollara  çəkilib.  Tamaşaçıların 
sevimlisi  olan  aktrisa  teatr  sənətində 
göstərdiyi  xidmətlərə  görə  1  fevral 
1936-cı  ildə Azərbaycan  Respublika-
sının Əməkdar artisti fəxri adı ilə təltif 
olunub. 
Əzizə  Məmmədova  14  avqust 
1961-ci ildə Bakıda vəfat edib.  
Ə d ə b i y y a t
Əzizə Məmmədova [Mətn] //
Azərbaycan qadını ensiklo-
pediyası.- Bakı: Azərbaycan 
Milli Ensiklopediyası poliq-
rafiya birliyi, 2002.- 102 s.
İsmayılova, A. Azərbaycan 
qadınları səhnədə [Mətn] 
/A.İsmayılova.- Bakı : İşıq.- 
1977.- 164 s.
İ n t e r n e t d ə
http://az.wikipedia.org
www.gender-az.org
www.adam.az
Aktrisa

295
Teatr. Kino.Estrada.Sirk
125 
illiyi
CAMO HACINSKİ 
1887-1942
2012
Camo  bəy  Hacınski  1887-ci  ildə 
Qubada anadan olub. O, ictimai-siyasi 
xadim,  publisist,  teatr  tənqidçisi, 
sənətşünas  Mehdi  bəy  Hacınskinin 
qardaşıdır. 
Camo  bəy  Peterburq  Universite-
tinin  hüquq  fakültəsini  bitirib 
(1912),  1907-1915-ci  illərdə  “Kas-
pi”  qəzetinin  müxbiri  və  əməkdaşı 
olub.  1915-1917-ci  illərdə  Batum 
vilayətində və Dənizkarı rayonda Bi-
rinci dünya müharibəsi dövründə zərər 
çəkənlərə yardım edən müsəlman qaç-
qın  komitəsinin  müvəkkili  işləyib. 
“Nicat”  mədəni-maarif  cəmiyyətinin 
işində  iştirak  etmiş,  Müsəlman  dram 
cəmiyyətinin  (1916)  və  Azərbaycan 
arxeoloji cəmiyyətinin (1917) yaradı-
cılarından olub. 1917-ci ilin iyulunda 
Cənubi  Qafqaz  kəndli  deputatları  şu-
rası icraiyyə komitəsi sədrinin müavi-
ni  seçilmiş,  oradan  nümayəndə  kimi 
Rusiya  Müəssislər  Məclisinə  seçkilər 
üzrə Cənubi Qafqaz mərkəzi komissi-
yasının sədri vəzifəsinə təyin edilib. 
Zaqafqaziya  seyminin  Müsəlman 
fraksiyasının,  seym  buraxıldıqdan 
sonra  (1918,  26  may)  isə  yeni  ya-
radılmış  Azərbaycan  Milli  Şurası-
nın  (1918,  27  may)  üzvü  Camo  Ha-
cınski  Milli  Şuranın  Azərbaycan 
İstiqlal  Bəyannaməsini  qəbul  edən 
26  üzvündən  biri  olub.  Camo  bəy 
Azərbaycan  Xalq  Cümhuriyyətinin 
birinci  Hökumət  kabinəsində  dövlət 
nəzarətçisi vəzifəsini icra edib, 4-cü və 
5-ci hökumət kabinələrində (1919 ap-
rel, 1920 mart) Poçt və teleqraf naziri 
vəzifəsində  çalışıb.  Onun  respublika-
da rabitə sahəsinin inkişafında xüsusi 
xidmətləri olub. 
Hacınski    “Türk yurdu” cəmiyyətində 
Azərbaycan incəsənətindən mühazirə-
lər  oxumaqla  bərabər Azərbaycan  və 
rus  mətbuatında  “Qubalı”  imzası  ilə 
də  çıxış  edib.  Üzeyir  Hacıbəylinin 
əsərlərinin tamaşaları, həmçinin Nəcəf 
bəy Vəzirov və b. haqqında məqalə və 
resenziyalar  yazıb,  “Milli  nəğmələr” 
kitabçalarında  (1919-1920)  şeirləri 
dərc olunub. 
Camo bəy aprel işğalından (1920) 
sonra  Xalq  Ədliyyə  Komissarlığında 
İnzibati-Maliyyə şöbəsinin rəisi təyin 
olunub. Eyni zamanda mədəniyyət və 
maarif  sahəsində  fəaliyyətini  davam 
etdirib. 
O, Azərbaycanı Tədqiq və Tətəbbö 
Cəmiyyətinin  işində  iştirak  etməklə, 
qədim 
mədəniyyət 
abidələrinin 
mühafizəsi  məsələləri  ilə  də  məşğul 
olub.  1922-ci  il  aprelin  21-də  həbsə 
alınan Camo Hacınski 3 il məhbəsdə 
saxlanıldıqdan  sonra  Solovki  (Ru-
siya,  Arxangelsk)  həbs  düşərgəsinə 
göndərilir. 1928-ci ilin iyununda azad 
edilərək Bakıya qayıdır. 
1937-ci  ilədək  Kənd  Təsərrüfatı 
Kooperasiyası  İttifaqında,  Azərittifaq 
sistemində, Sənaye Kooperasiyasında 
məsul  işlərdə  çalışan,  ictimai-siyasi 
xadimi,  teatrşünas,  teatr  tənqidçisi, 
Camo  bəy  Hacınski  1938-ci  il  no-
yabrın  24-də  yenidən  həbs  edilərək 
sürgün olunub. O, 1942-ci ildə Kirov 
vilayətinin  Vyatna  həbs  düşərgəsində 
vəfat edib. Ona 1956-cı il iyunun 13-
də SSRİ Ali Məhkəməsinin hərbi kol-
legiyası tərəfindən bəraət verilib. 
 
Ə d ə b i y y a t
Camo bəy Hacınski 
[Mətn] //Azərbaycan Xalq 
Cümhuriyyəti Ensiklopedi-
yası: 2 cilddə.- Bakı : Lider, 
2004.- I cild.- S.410 .
Camo bəy Hacınski [Mətn] 
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə. - Bakı , 
1987.- X cild.- S. 156.
Əliyev, M. Azərbaycan 
Demokratik Respublika-
sı [Mətn]: Azərbaycan 
Hökuməti : (1918-1920) 
/M.Əliyev.- Bakı , 1990.- 
54 s.
Teatrşünas

296
130 
illiyi
MİRMAHMUD KAZIMOVSKİ 
1882-1940
2012
Mirmahmud Mirələkbər oğlu  Ka-
zımovski 1882-ci ildə Bakıda anadan 
olmuşdur.  Atası  Mirələkbər  kişinin 
ən  böyük  arzusu  oğlunu  oxutmaq, 
ona  savad,  təhsil  vermək  idi.  İlk 
təhsil  illərini  Hüseyn  Ərəblinski  ilə 
birlikdə  alan  Mirmahmud  sonralar 
böyük  aktyorla  möhkəm  dost  ol-
muşdur.  Hələ  məktəbdə  oxuyarkən 
onlar  dram  dərnəklərində  fəaliyyət 
göstərmiş,  bir  sıra  epizodik  rollarda 
çıxış etmişlər. Sonralar M.Kazımovski 
peşəkar artist kimi tanınmağa başladı. 
O,  Qoqolun  “Müfəttiş”ində  Filippo-
viç, Nəcəf bəy Vəzirovun “Pəhləvani 
zəmanə”  əsərində  Cahangir  bəy, 
Şəmsəddin  Saminin  “Gavə”  əsərində 
zabit və kəndli rollarında, “Müsibəti-
Fəxrəddin”  əsərində  Əhməd  rolunda 
müvəffəqiyyətlə  çıxış  etmişdir.  Eyni 
zamanda M. Kazımovski bir sıra Qərbi 
Avropa  dramaturqlarının  əsərlərində 
uğurla  çıxış  etmişdir.  Bu  əsərlərin 
içərisində  Uilyam  Şekspirin  “Otello” 
faciəsi xüsusi yer tuturdu.
Azərbaycan      teatr    tarixində   
görkəmli  yer  tutan  səhnə  xadim-
lərimizdən  biri  də  Mirmahmud  Ka-
zımovskidir.  1897-ci  ildə  səhnəyə 
qədəm  qoymuş  M.Kazımovskinin 
Azərbaycan  teatrının  inkişafında  bö-
yük xidməti olmuşdur. M.Kazımovski 
istedadlı  artist  olmaqla  yanaşı,  həm 
də  qayğıkeş  müəllim,  dramaturq,  re-
jissor  olmuşdur.  O,  1906-cı  ildə  ya-
radılmış  Bakı  Müsəlman  teatrının  ilk 
üzvlərindən biri və təşkilatçısı olmuş-
dur. Azərbaycanda qadınlardan ibarət 
aktyor  heyəti  olmadığı  bir  zamanda 
Kazımovski qadın rollarında çıxış et-
mişdir.  O,  həm  də  bir  sıra  birpərdəli 
pyeslərin, vodevillərin və musiqili ko-
mediyaların müəllifi olmuşdur.
M.  Kazımovski  təkcə  aktyor  de-
yildi,  o,  həm  də  ədəbi  yaradıcılıqla 
məşğul olurdu. Müəllimlik edir, xalqın 
maariflənməsi yolunda əlindən gələni 
əsirgəmirdi.  Böyük  maarifpərvər 
Həsən  bəy  Zərdabi  ilə  çiyin-çiyinə 
çalışan  M.  Kazımovski  Həsən  bəy 
Zərdabinin ölümündən sonra da onun 
ideyalarını təbliğ etmişdir.
M.Kazımovskinin  pedoqoji  fəaliy 
yətinə  Həsən  bəy  Zərdabinin  böyük 
təsiri olmuşdur. O, bir müddət rus dili, 
rəsm,  nəğmə,  hesab  dərsləri  deməklə 
yanaşı,  həm  də  məktəblərdə  idman 
dərsi aparmışdır. Onu da qeyd etmək 
lazımdır ki, Azərbaycanda idmana aid 
ilk  dərsliyin  müəllifi  də  Mirmahmud 
Kazımovski  olmuşdur.  Orta  məktəb 
dərsliyi  həcmində  yazılmış  bu  kita-
bın 200-ə yaxın şəkli vardır. Maraqlı 
burasıdır  ki,  müəllif  çapa  hazırladığı 
dərsliyin şəkillərini də özü çəkmişdi.
1938-ci ildə  Azərbaycanın əməkdar 
artisti adı alıb.
Bütün  həyatını  Azərbaycan  teatrı-
nın tərəqqisinə, xalqın mədəniyyət və 
maarifi  uğrunda  mübarizəyə  həsr  et-
miş  M.Kazımovski  1940-cı  il  dekab-
rın 1-də Bakıda vəfat etdi. 
Ə d ə b i y y a t
Molla Cəbi [Mətn] /Mir-
mahmud Kazımovski .- Bakı 
, 1912.
Nə qanır, nə qandırır [Mətn] 
: [məzhəkə, bir pərdədə] /
Mirmahmud Kazımovski.- 
Bakı , 1911.- 40 s.
Vurhavur [Mətn] : [operet-
ta] /Mirmahmud Kazımovs-
ki.- Bakı , 1915.- 66 s.
Mehdixanlı, T. İşıqla qaran-
lıq arasında [Mətn] : [re-
jissor, dramaturq, Əməkdar 
artist Mirmahmud Kazı-
movski haqqında] /Telman 
Mehdixanlı // Azərbaycan.- 
2005.- 4 dekabr.- S.3.
İ n t e r n e t d ə
az.wikipedia.org
Aktyor
Teatr. Kino.Estrada.Sirk

297
100 
illiyi
MÜNƏVVƏR KƏLƏNTƏRLİ 
1912-1962
2012
Münəvvər  Səməd  qızı  Kələntərli 
1912-ci ildə Lənkəran şəhərində ana-
dan  olmuşdur.  Münəvvər  Kələntərli 
Azərbaycan  musiqi  mədəniyyətinin 
görkəmli  nümayəndələrindən  bri  ol-
muş, əvvəllər milli opera tamaşaların-
da, sonralar musiqili komediya janrın-
da çıxış etmişdir.
1933-cü  ildə  M.Maqomayevin 
dəvəti  ilə  teatra  işləməyə  gəlmiş, 
Ü.Hacıbəyovun  opera  və  musiqili 
komediyalarında  Leyli,  Əsli,  Sənəm 
(“Leyli və Məcnun”, “Əsli və Kərəm”, 
“O   olmasın, bu   olsun”) obrazları-
nı  yaratmış,  F.Əmirovun  “Gözün 
aydın”ında  (Gövhər),  S.Əsgərovun 
“Ulduz”unda  (Tamam),  T.Quliyevin 
“Qızılaxtaranlar”ında 
(Xədicə), 
S.Rüstəmovun  “Durna”sında  (Nisə), 
A.Rzayevin  “Hacı  Kərimin  aya 
səyahəti”ndə (Kəblə Fatma) və başqa 
tamaşalarda çıxış etmişdir.
Münəvvər xanım Azərbaycan kino-
sunda “Görüş”, “Qızmar günəş altın-
da”, “O olmasın, bu olsun”, “Bəxtiyar” 
filmlərində  parlaq,  unudulmaz  obraz-
lar yaratmışdır.
1946-cı  ildə  Dövlət  Mükafatı-
na  layiq  görülmüşdür.  1959-cu  ildə 
Azərbaycan Respublikasının Əməkdar 
artisti adını almışdır. 
M.Kələntərli  1962-ci  ildə  Bakı 
şəhərində vəfat etmişdir.
 
Ə d ə b i y y a t
Münəvvər Kələntərli [Mətn] 
//Qadınlar Azərbaycan 
musiqi həyatında.- Bakı: 
Oka-Ofset, 2004.- S.115 
Aktrisa
Teatr. Kino.Estrada.Sirk

298
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
800 
illiyi
ƏCƏMİ NAXÇIVANİ 
XII ƏSR
2012
Böyük memar Əcəmi Əbubəkr oğlu 
Naxçıvani XII əsrin 20-ci illərində Nax-
çıvanda anadan olmuş, orada yaşamış 
və  yaratmışdır.  Orta  əsr  Azərbaycan 
memarlığının  inkişafında  dərin  və 
silinməz  iz  buraxmış  Əcəmi  Naxçı-
vani,  Naxçıvan  memarlıq  məktəbinin 
banisi  olmuşdur.  Əcəmi  Naxçıvani-
nin yaradıcılığında görkəmli yer tutan 
xüsusiyyətlərdən  biri,  onun  memar-
lıq  üslubunda  və  kompozisiyalarında 
xatirə  abidələrinə  xas  olan  cəhətlərin 
üstünlüyüdür.
Əcəminin  məlum  olan  ilk  əsəri 
xalq  arasında  “Atababa  günbəzi”  adı 
ilə məş-hur olan 800 yaşlı Yusif Küse-
yir oğlu türbəsidir. Bu türbə Naxçıvan 
şəhərinin mərkəzi hissəsində yerləşir. 
Abidə  yeraltı  sərdabədən  və  yerüstü 
qülləvari hissədən ibarətdir. Bu abidədə 
bədiiliklə  memarlığın  tektonikası 
ahəngdar  şəkildə  birləşmişdir.  Əcəmi 
Əbubəkr oğlunun ikinci əsəri Möminə 
xatun  türbəsidir. Abidənin  üzərindəki 
kitabədən türbənin 1186-cı ildə Atabəy 
Eldəgizin  oğlu  Məhəmməd  Cahan 
Pəhləvanın  arvadı  Möminə  xatunun 
şərəfinə tikildiyi məlum olur. Möminə 
xatun  türbəsi  monumental  abidədir. 
Möminə  xatun  qülləvari  türbələrin 
ən  görkəmli  bir  nümunəsidir.  Abidə 
yeraltı  hissədən  və  yerüstü  qurğudan 
ibarətdir. Yeraltı sərdabə hissəsi onbu-
caqlıdır. Möminə xatun türbəsinin əsas 
hissəsini təşkil edən yerüstü abidə 10 
guşəli, daxildən isə dairəvidir. Bundan 
başqa o, qoşa minarəli baştağ kompo-
zisiyası şəklində qurğunu (1187), Bö-
yük  Cümə  məscidini  və  mənbələrdə 
“darülmülk”  adlandırılan  Eldəgizlər 
sarayını yaratmışdır.
Əcəmi  yaradıcılığını  Azərbaycan 
və  Yaxın  Şərq  ölkələri  memarlığına 
böyük  təsiri  olmuşdur.  Marağadakı 
Göy Günbəz (1196), Naxçıvan yaxın-
lığındakı  Gülüstan  türbəsi  (XIII  əsr), 
türk memarı Sinanın (XVI əsr) İstan-
bulda  tikdiyi  türbələr  buna  misaldır. 
Əcəmi yaradıcılığı XII əsr Azərbaycan 
mədəniyyəti və ictimai fikrindəki inti-
bahın parlaq təzahürlərindəndir.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 
ölüm tarixi təxminən XII əsrin sonla-
rına təsadüf edir.
 
Ə d ə b i y y a t
Ayxan. Naxçıvan abidələri 
[Mətn] /Ayxan // Express.- 
2006.- 16 avqust.- S.13.
Əliyev, Q. Memar Əcəmi 
Naxçıvani yaradıcılığın-
da ahəngdarlıq [Mətn] 
/Q.Əliyev .- Bakı, 2007.- 
159 s.
Yılmaz, R. Tariximizdə iz 
qoyanlar [Mətn] /Reha 
Yılmaz.- Bakı : Xəzər MMC
2008.- 201 s.
Саламзаде, А. Аджеми 
сын Абубекра Нахичевани 
[Текст] / А.Саламзаде . - 
Баку, 1976.
Memar

299
Folklor
135 
illiyi
AŞIQ TALIB 
1877-1979
2012
Aşıq  Ələsgərin  kiçik  oğlu  Aşıq 
Talıb  1877-ci  ildə  Göyçə  mahalının 
Ağkilsə  kəndində  anadan  olub.  Aşıq 
sənətinə  atasının  yanında  yiyələnən 
Aşıq  Talıb  yazı-pozu  bilməsə  də, 
yaxşı  hafizəsi  sayəsində  Qurbanidən 
başlayaraq  dövrünə  qədərki  məşhur 
aşıqların yaradıcılığını, xalq dastanla-
rını mükəmməl mənimsəyə bilmişdir. 
Gözəl təbə malik olan Aşıq Talıb aşıq 
şeirinin  müxtəlif  şəkillərində  şeirlər 
qoşub. 
Aşığın  “Ayın  qızı”,  “Başına  dön-
düyüm”,  “Gülə-gülə”,  “Xoş  gəlib” 
qoşmaları, “Bu dağlarda”, “Üstündən” 
gəraylısı,  “Sən  də  yan”,  “Ay  ağası-
na”  təcnisləri,  “Durur”,  “Mənim” 
divaniləri,  “Dolanır”,  “Gormüşəm” 
müxəmməsləri daha məşhurdur.
Aşıq  Ələsgərin  ədəbi  irsinin  üzə 
çıxmasında  Aşıq  Talıbın  xidmətləri 
əvəzsizdir. Aşıq 1979-cu il may ayının 
21-də  102  yaşında  vəfat  edib.  Aşığı 
atasının yanında dəfn ediblər.
 
Ə d ə b i y y a t
Sazlı-sözlü Göyçə [Mətn] /topl. və tərt. ed. İslam Ələsgər.- Bakı : Azərnəşr, 1999.- 
288 s.
Əhmədov, T. XX əsr Azərbaycan yazıçıları [Mətn] /T.Əhmədov.- Bakı : Nurlar, 
2004.- 984 s. 
İsmayıl, M. El aşığı [Mətn] : [Aşıq Talıb haqqında] /M.İsmayıl //Ədəbiyyat və 
incəsənət.- 1986.- 29 avqust.- S.8.
Nəbioğlu, M. Ozan-aşıq dünyası [Mətn] : [haqqa qovuşan aşıqlarımız] 
/M.Nəbioğlu.- Bakı: Nurlan, 2010.-144 s.
Aşıq

300
Kitabxana işi. Kitabxanaşünaslıq
65 illiyi
Bakı Dövlət Universitetinin 
Kitabxanaçılıq-informasiya fakültəsi 
1947
2012
Azərbaycan  təhsil  sisteminin,  mil-
li  mədəniyyətimizin  formalaşmasın-
da  müxtəlif  elm  sahələri  üzrə  tədqiqat 
işlərinin aparılmasında, Bakı Dövlət Uni-
versitetinin  müstəsna  xidmətləri  olmuş-
dur.
BDU-nin  fakültələrindən  biri  də 
Kitabxanaçılıq-informasiya  fakültəsidir. 
Azərbaycanda ali kitabxanaçılıq təhsilinin 
əsası 1947-1948-ci tədris illərində BDU- 
nun Filologiya fakültəsinin nəzdində qo-
yulmuşdur. 
Həmin  tədris  ilində  Filologi-
ya        fakültəsinin  yanında  Kitabxana-
çılıq  şöbəsi  təşkil  olunmuşdur.  Birinci 
il  şöbəyə  20  tələbə  qəbul  edilmişdir. 
Şöbənin ilk ixtisas müəllimləri Xalq ya-
zıçısı  S.  Rəhimov,  Ə.  Qəhrəmanov,  H. 
Tağıyev və M. Səmədova olmuşdur. 
1955-ci ildə şöbədə qiyabi Azərbaycan 
bölməsi,  1959-cu  ildə  isə  qiyabi  rus 
bölməsi açılmışdır. 
1958-ci  ildə  Kitabxanaçılıq  şöbəsi 
Şərqşünaslıq fakültəsinin tərkibinə daxil 
edilmişdir. 1962-ci il avqust ayında Bakı 
Dövlət  Universitetində  müstəqil  Kitab-
xanaçılıq  fakültəsinin  təşkil  olunması 
haqqında qərar qəbul edilmişdir.
1962-ci  ildən  bu  günə  kimi  Kitab-
xanaçılıq-  informasiya  fakültəsinə  üç 
dekan  başçılıq  etmişdir:  Əməkdar  elm 
xadimi,  tarix  elmləri  doktoru,  professor 
Abuzər  Alı  oğlu  Xələfov  (1962-1970; 
1979-1993-  cü  illər);  Azərbaycan  Res-
publikasının Əməkdar mədəniyyət işçisi, 
professor  Zöhrab  Hüseyn  oğlu  Əliyev 
(1970-1979-cu illər); Tarix elmləri dok-
toru, professor Xəlil İsmayıl oğlu İsma-
yılov 1993-cü ildən bu günə kimi.
Kitabxanaçılıq-informasiya 
fakül-
təsində  dörd  ixtisas  kafedrası  fəaliyyət 
göstərir:
1.Kitabxanaçılıq  kafedrası  1947-ci 
ilin oktyabr ayında yaradılmışdır. Kafed-
ranın  ilk  müdiri  Ə.  Qəhrəmanov  olmuş-
dur  (1947-1959).  1959-1963-cü  illərdə 
H.Əlizadə  kafedraya  rəhbərlik  etmişdir. 
1963-cü ildən bu günə kimi Əməkdar elm 
xadimi,  professor A.AXələfov  kafedraya 
rəhbərlik edir;
2.Biblioqrafiyaşünaslıq 
kafedrası 
1968-ci  ildə  təşkil  edilmişdir.  Kafed-
ranın  ilk  müdiri  biblioqraf-alim  dos. 
Ə.T.  Xələfov  (1968-1978)  olmuşdur. 
1978- 1983-cü illərdə dosent H. Həsənov 
kafedraya  rəhbərlik  etmiş,  1984-cü 
ildən  bu  günə  kimi  kafedranın  müdiri 
Əməkdar  mədəniyyət  işçisi,  professor 
Z.H.Əliyevdir;
3.Kitabxana resursları və informasiya- 
axtarış sistemləri kafedrası 1991-1992-ci 
tədris  ilində  Kitabxanaşünaslıq  kafed-
rasının  bazasında  təşkil  edilmişdir.  Ka-
fedranın  ilk  müdiri  mərhum  dosent  T.F. 
Quliyev  təyin  edilmişdir.  2007-ci  ildən 
kafedranın  müdiri  tarix  elmləri  doktoru, 
professor X.İ. İsmayılovdur;
4. Kitabşünaslıq və nəşriyyat işi kafed-
rası  1992-ci  ildə  yaradılmışdır.  Kafedra 
yaranandan tarix elmləri doktoru, profes-
sor B.V. Allahverdiyev ona başçılıq edir. 
Kitabxanaçılıq-informasiya 
fakül-
təsi  Azərbaycan  Respublikasında  ki-
tabxanaşünas-biblioqraf,  kitabşünas  və 
nəşriyyat  redaktoru  hazırlayan  yeganə 
ali  təhsilli  kadrlar  yetişdirən  təhsil  oca-
ğıdır.  Fakültənin  maddi-texniki  bazası, 
elmi-  pedaqoji  potensialı  tədrisin  dünya 
standartları  səviyyəsində  təşkilinə  şərait 
yaratmışdır. 
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin