Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

         

Marağada möhtəşəm rəsədxananın inşası 

 

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  həmin  dövrdə  hər 



hansı bir dövlət başçısı Azərbaycanda rəsədxana tikdirmək 

fikrində  deyildi.  Lakin  Tusinin  şəxsi  təşəbbüsünə  əsasən, 

həmin dövrdə dünyada, zəmanəsinə uyğun olaraq ən böyük 

rəsədxanalardan  biri  tikilir.  Hələ  Bağdadda  olarkən  alim 



                                                     

 

  



                                                                            

                                                    

125 

elm  ocağının  tikdirilməsi  razılığını  hökmdardan  icazə 



almışdır. Tusi Hülaku xanı əmin etmışdi ki, belə bir – elmi 

mərkəzin – yaradılması bir çox elmlərə xeyir verə bilər. 

Rəsədxananın  tikintisi  həddindən  çox  məsrəf  tələb 

edirdi.  Əvvəlcə  bu  işi  həyata  keçirmək  məqsədəuyğun 

sayılmırdı.  Həmin  tikintinin  xeyirli  olduğunu  Tusi  elmi 

əsaslarla hökmdara izah etmişdi.   

Çox  güman  ki,  alim  Hülaku  xana  bunu  çox  sadə  üsulla 

izah  etmişdi.  Göy  guruldaması,  şimşək  çaxması,  ildırım 

qopması, küləyin əsməsi, tufanın qopması, leysan yağışının 

yağması,  sellərin  daşması,  quraqlığın  yaranması,  göy 

cisimlərinin  hərəkəti  və  onların  Yer  ilə  toqquşmasının 

mümkünlüyü  hər  bir  hökmdar  üçün  maraqlı  idi.  Müharibə 

başlayanda  hər  hansı  bir  döyüş  zamanı  və  hərbi  yürüş 

zamanı  bütün  bu  amilləri  biləndə,  qələbənin  sürətlə  əldə 

olunmasına böyük zəmin yaranar. 

Hökmdarın  yanında  böyük  hörməti  olan  alim  başqaları 

kimi yalnız öz mənafeyi haqqında fikirləşmirdi. O, çalışırdı 

ki, yanında olan mütəxəssislər də yüksək məvacib alsınlar.  

Tusi elm və iqtisadiyyatla bağlı olan kitabların yazılma-

sında xüsusi fəallıq göstərirdi. Bağdaddan və “Əlamut”dan 

gətirilmiş saysız-hesabsız qiymətli daş-qaşlar Hülaku xanın 

Urmiya  gölündəki  Şahı  adasında  yerləşən  xəzinədə 

saxlanılırdı.  Həmin  qiymətli  daş-qaşların  hesaba  alınması-


                                                     

 

  



                                                                            

                                                    

126 

nın  böyük  əhəmiyyəti  vardı.  Hökmdar  öz  işini  yüngülləş-



dirməkdən  ötrü  daş-qaşların  xassələrini  müəyyənləşdirən 

bir  əsərin  yazılmasını  Tusiyə  həvalə  etmiş  və  o,  qısa 

müddətə  “Cavahirnamə”nin  ilkin  və  qısa  variantını  yaz-

mışdır. Əsərin bütöv variantı “Tranqusnameyi-İlxani” adı 

ilə  məşhurdur.  Azərbaycan  incəsənəti  tarixində  xüsusi 

əhəmiyyəti  olan  “Cavahirnamə”də  iqtisadi  və  müalicə 

əhəmiyyətli  23  mineral,  2  sümük  və  3  ot  növü  də  təsvir 

edilmişdir.  

Bağdad  işğal  ediləndə  Hülaku  xanın  əlinə  böyük  qəni-

mət  keçmişdi.  Fürsətdən  istifadə  edən  Tusi  rəsədxananın 

tikilməsində  iştirak  edən  və  həmin  elm  ocağının  fəaliyyə-

tində  müsbət  rol  oynayan  alimlərə  həmişəlik  maaş  kəsil-

məsinə də nail olur. Bu məvacib böyük alimin təşəbbüsü ilə 

vergilərdən  yığılan  vəsait  hesabına  ödənilirdi.  Ümumiy-

yətlə,  Tusi  nəinki  özü  və  ya  rəsədxanada  çalışan  işçilər 

üçün,  hətta  Azərbaycanda  yaşayan  bütün  sənətkarların 

maddi rifahınin yaxşılaşmasına böyük səy göstərmişdi. 

Söz yox ki, Tusi Bağdadın tutulmasında hökmdara ağıllı 

məsləhətlər  verdiyi  üçün  rəsədxananın  tikilməsinə  dair 

razılıq  ala  bilmişdi.  Çünki  o,  yaxşı  bilirdi  ki,  Bağdadın 

süqutu  ilə  Abbasilər  sülaləsinin  böyük  bir  sərvəti  Hülaku 

xanın əlinə keçmişdi. 



                                                     

 

  



                                                                            

                                                    

127 

Alim  hökmdarı  inandırmışdı  ki,  rəsədxananın  tikilməsi 



üçün ən əlverişli yer Azərbaycanın qədim şəhərlərindən biri 

Marağa  şəhəridir.  Şəhər  hündürdə  yerləşdiyindən  buradan 

səma cisimlərini müşahidə etmək çox əlverişli idi. 

Hülaku  xanın  Tusiyə  necə  hörmət  bəslədiyini  A.  A. 

Bakıxanov  belə  qeyd  edir:  “Hülaku  xan  bin  Tuluy  bin 

Çingiz xan, öz qardaşı Menqu Qaan zamanında İrana gəldi. 

Hicri 656-cı (1258) ildə xəlifə Müstəssim Billahı öldürərək 

Abbasilər dövlətini dağıtdı. Sonra özü ilə bərabər gətirdiyi 

200  min  türk  ailəsini  müxtəlif  yerlərdə  yerləşdirdi.  İran 

səltənətini öz əlinə alıb möhkəmləndirdi... Hülaku xan çox 

əzəmətli  olub  bir  çox  məziyyətlərə  malik  idi.  Elm  və 

hikmət  sahiblərinin  ehtiramını  saxlar,  ümumun  mənfəətinə 

aid  müəssisə  və  binalar  tikdirməyə  son  dərəcə  səy  edərdi. 

Paytaxtı  Təbriz  şəhərində  ali  bir  imarət  tikdirdi.  Hülaku 

xana  çox  yaxın  olan  Xacə  Nəsirəddin  Mühəmməd  Tusi, 

onun əmei ilə Marağada bir rəsədxna inşa etdirdi”. 

Tusi  hələ  Bağdadda  olarkən  bütün  qiymətli  kitabların 

Marağaya  göndərilməsini  tapşırmışdı.  O,  görkəmli  və 

tanınmış  alimlərin  axtarılıb  tapılması  ilə  ciddi  məşğul 

olmuşdu. 

Marağa  rəsədxanasının  tikintisinə  1259-cu  ildə  şəhərin 

qərbindəki  təpənin  döşündə  başlanır.  Rəsədxana  binaları-

nın  layihələşdirilməsində  və  astronomik  cihazların 


                                                     

 

  



                                                                            

                                                    

128 

quraşdırılmasında  şəxsən  Tusinin  özü  iştirak  etmişdi.  Bu 



tikintiyə  bir  neçə  bacarıqlı  arxitektor  Marağaya  dəvət 

olunur. Bu işdə alim, Dəməşqdən çağırtdırdığı Müəyyidəd-

din Ordiyə möhkəm bel bağlayırdı. Tusi görkəmli astronom 

və  konstruktor  M.  Ordi  ilə  birlikdə  rəsədxanada  beş  yeni, 

bir  o  qədrə  də  köhnə  konstruksiyalı  astronomik  cihaz 

quraşdırırlar.  Yeni  cihazları  alimlərin  özləri  işləyib 

hazırlayırlar. Bundan əlavə Marağa rəsədxanasında bir sıra 

astronomik  məsəllərin  həlli  üçün  zəruri  sayılan,  həmçinin 

tədris məqsədi ilə istifadə olunan Yer və Göy qlobusları da 

hazırlanmışdı. 

Mən  rəsədxananın  arxitekturasına  toxunmaq  istəyirəm. 

Oranın  tikinti  layihələri  Tusinin  rəhbərliyi  və  iştirakı  ilə 

memar  Fəxrəddin  Əhməd  ibn  Osman  əl-Əmin  əl-Maraği 

tərəfindən  hazırlanmışdı.  Tikinti  gedən  zaman  şəxsən 

Hülakü xanın özü 1262-1263-cü illərdə Marağaya gəlmişdi. 

Orada  16  əsas  və  köməkçi  bina  tikilmişdi.  Binaların 

birinci  əsas  qismində  astronomik  müşahidələr  aparmaq 

üçün  lazım  olan  cihazlar  quraşdırılmışdır.  İkinci  köməkçi 

binalarda  mədrəsə,  kitabxana,  emalatxana,  alimlər  üçün  iş 

otaqları  yerləşirdi.  Rəsədxananın  hasara  alınmış  sahəsində 

məscid tikilmişdi. 

Onlardan  yeddisi  dairəvi  formada  idi.  Tikililərin  orta-

sında isə rəsədxananın əsas qülləsi ucalırdı. Dairəvi şəkildə 


                                                     

 

  



                                                                            

                                                    

129 

olan  qüllənin  daxildən  eni  22  metrə  bərabər  idi.  Elə 



astronomların və riyaziyyatçıların da əsas iş otaqları həmin 

qüllədə  yerləşirdi.  Tusi,  Ordi,  Fao  Mun-Çi,  Qütbəddin 

Şirazi  bütün  günlərini,  qüllədən  göydəki  ulduzların  və 

başqa Göy cisimlərin müşahidə etməklə, orada keçirirdilər.  

1965-1966-cı illərdə İran alimləri dağıdılmış rəsədxana-

nın  yerində  qazıntı  işləri  aparmışdılar.  Onlar  bu  haqda 

böyük  hesabat  hazırlayaraq,  rəsədxana  kompleksinin  və 

onun ətrafında olan bütün coğrafi obyeklərin sxemini tərtib 

etmişdilər. 

Qazıntılar  zamanı  eyni  zamanda  beş  sferik  bina  aşkar 

edilmişdir.  

Bu  tikili  həmin  dövr  üçün  ən  möhtəşəm  elm  ocaqların-

dan  biri  sayılırdı.  XIII  əsrin  ortasına  kimi  Şərqin  heç  bir 

bölgəsində  o  irilikdə  rəsədxana  tikilməmişdi.  Xaricdən 

gələn nümayəndələr xüsusən də, Çindən və Orta Asiyadan 

gələn  monqol  nümayəndələri,  rəsədxananın  möhtəşəm 

tikintisinə  baxanda  heyrətlənir  və  öz  vətənlərinə,  Tusi  və 

onun  həmkarları  barəsində  yaranan  xoş  təəssüratlarla 

yollanırdılar. 

Təpənin üstündə uzunluğu 350 metr, eni 150 metr olan bir 

sahədə,  rəsədxananın  cihazları  yerləşdirilmişdir.  Əsas 

binalarda Göy cisimlərini müşahidə etmək üçün lazım olan 

cihazlar  quraşdırılmışdı.  Köməkçi  binalarda   mədrəsə,  


                                                     

 

  



                                                                            

                                                    

130 

   


 

            Akademik M.S. Bulatovın (1907-2004)  

          Marağa rəsədxanasının hazırladığı maket 

                                                     

 

  



                                                                            

                                                    

131 

kitabxana,  cihazqayırma,  metaltökmə  və  başqa  emalat-



xanalar, alimlər üçün iş otaqları yerləşirdi. Rəsədxananın 

sahəsində  məscid  də  tikilmişdi.  Tusinin  layihəsinə  əsasən, 

Marağa  rəsədxanası  nəinki  Azərbaycanda  yaşayan  elm 

adamları  üçün,  hətta  dünyanın  hər  bir  bölgəsində  yaşayan 

aqil insanların yaşayıb-yaratmasına böyük zəmin yaratmalı 

idi.  O,  əvvəlcədən  Hülaku  xana  bildirmişdi  ki,  rəsədxana 

hazır  olub  istismara  veriləndən  sonra  Marağanın  qapıları, 

Azərbaycanın  hüdudlarından  kənarda  yaşayan  hər  bir 

əcnəbi adamın üzünə açılmalıdır.  

Arada  gedən  müharibələrə  və  iğtişaşlara  baxmayaraq 

astronomiya, riyaziyyat, həndəsə, coğrafiya elmləri dünya-

nın  hər  bir  ölkəsində  inkişaf  etdirilib  yüksək  zirvəyə 

qaldırılmalıydı. Alimin fikrincə, iri bir səltənəti idarə edən 

hər  bir  hökmdara  müharibələrdən  çox,  aqil  insanların 

yetişdirilməsi və həmin alimlərin vasitəsilə elmin hər hansı 

bir sahəsinin inkişaf etdirilməsi lazım idi. 

Tarixi  qaynaqlara  əsaslanaraq  artıq  məlum  olub  ki, 

Marağa  rəsədxanasından  əvvəl  Azərbaycanda  daha  başqa 

bir  rəsədxana  olmuşdur.  Tarixi  sənədlərə  istinadən  profes-

sor E. Mehrəliyev yazır: “O, (yəni, Kafiəddin Ömər Osman 

oğlu  Şirvani  –  R.  D.)  Şamaxının  yuxarı  hissələrində 

observatoriya  da  yaratdı.  Oraya  Əbdülkərim  Şirvanini  və 

Fələki  Şirvanini,  onların  tanışlığı  ilə  başqa  bir  yerlərin  də 


                                                     

 

  



                                                                            

                                                    

132 

astronomlarından  cəlb  etdi.  O,  elmdə  geosentrik  sistemin 



tərəfdarı idi. 

46

0



  16

/

  coğrafi  uzunluqda  və  37



0

  23


/

  enlikdə  yerləşən 

Marağa  şəhəri  və  onun  ətrafı  təbii  gözəlliyinə  görə, 

Azərbaycanın dilbər guşələri sırasına daxildir. Oranı əcnəbi 

adamlar  daha  yaxşı  qiymətləndirirdilər.  Onlardan  biri  də 

məşhur səyyah V. Şipçinski idi. O, Marağa şəhəri barəsində 

yazırdı:  “Şəhəri  qərq  edən  Marağa  bağlarına  bir  neçə 

kilometr qalana qədər artıq hava çiçəklənmiş yabanı zeytun 

ağaclarının ətri ilə dolmuşdu.  

Marağa  –  Ürmiya  gölünün  şərq  sahilindən  düz  xətlə 

təqribən 35 kilometr uzaqdı və okean səthindən 1613 metr 

yüksəklikdə  yerləşmişdir.  Bu  çox  qədim  şəhərdir:  o  hələ 

1029-cu ildə səlcuqların hücumuna məruz qalmış və onların 

tərəfindən  bərbad  edilmişdi.  Biz  orada  olanda  (1916-cı  il 

nəzərdə  tutulur)  o,  çiçəklənmiş  bir  mərkəz  və  əhalisinin 

miqdarı  15  min  nəfər  idi.  Şəhər  Səfiçayın  üzərində 

saılnmışdır  və  onun  suyu  şəhərdən  yuxarıda  arxlara  elə 

bölünmüşdür  ki,  gözəl  bağlarını,  üzümlük  və  tarlaları 

suvarılsın.  Bahar  selləri  zamanı  Marağanın  küçələrini  su 

ovduqda  iki  metr  dərinlikdə  yaxşıca  bişmiş  saxsı  su 

boruları görünür ki, vaxtı ilə bunlardan su keçirmiş. İndi bu 

qədim su kəməri sökülmüşdür...” 



                                                     

 

  



                                                                            

                                                    

133 

Şəhərin istehkamları və şəhər divarları Harun ər-Rəşidin 



vaxtında  tikilmişdi.  Yaqut  əl-Həməvi  yazırdı  ki,  “Marağa 

Azərbaycanın  ən  böyük  və  məşhur  şəhəridi.  Burada  çoxlu 

qədim  abidələr,  mədrəsə,  tikintilər  vardır...  Bu  yerlərdə 

yaşayan  azərbaycanlılar  xoşxasiyyət,  qırmızı  yanaq,  sima-

ları ağ, xoş münasibətlidirlər”.  

Marağa  şəhəri  ilə  bağlı  Həmdullah  Qəzvini  yazmışdı: 

“Bu  böyük  şəhərdir,  əvvəllər  Azərbaycanın  paytaxtı  olub, 

şimaldan  Səhəd  dağı  ilə  başlayır...  Şəhərin  türk  əhalisi 

ağsifətlidir. Şəhərdə toxunan tumac və xalçalar məşhur idi. 

Burada mərmər də istehsal olunurdu”. 

Marağanın  ətrafında  Daşkəsən  adlanan  yerdə  mərmər 

yataqları  vardır  və  rəsədxana  tikiləndə  həmin  karxanalar-

dan gətirilən mərmərdən istifadə olunmuşdur. Şəhəri əhatə 

edən  dağların  cənub  və  şərq  ətəklərində  külli  miqdarda 

narzan  tipli  mineral  su  bulaqları  vardır.  Marağanın 

ətrafında yerləşən Rezayya gölünün sayəsinə şəhərin havası 

olduqca saf və şəffafdır. Məhz buna görə də Marağa şəhəri 

astronomiya müşahidələri üçün çox əlverişlidir. Nəsirəddin 

Tusi  rəsədxananın  bünövrəsini  qoymaqdan  ötrü  Azər-

baycanın bir çox bölgələrini qarış-qarış gəzmiş, öz seçimini 

Marağanın üzərində dayandırmışdı. 

Rəsədxana  binalarının  tikintisi  gedən  müddətdə  başqa 

şəhərlərdən,  ölkələrdən  alimlər,  sənətkarlar  dəvət  olunur-


                                                     

 

  



                                                                            

                                                    

134 

du. Burada qızğın iş gedirdi. Yerli tələbələrlə yanaşı, başqa 



ölkələrdən  gəlmiş  tələbələr  də  burada  təhsil  alırdı.  Həyatı-

nın demək olar ki, bütün hissəsini elmə qurban verən Tusi 

çalışırdı  ki,  vaxtı  ilə  necə  Afina,  Roma,  İsgəndəriyyə 

dünyanın  mədəniyyət,  incəsənət  və  elmi-tədris  mərkəzləri 

sayılırdı, özünün yaşadığı və ondan sonrakı dövrdə Marağa 

da həmin funksiyanı yerinə yetirsin. Bunun üçün Azərbay-

canın  paytaxtında  hərtərəfli  böyük  imkanlar  vardı:  birinci-

si, Azərbaycan qüdrətli ölkəyə çevrilmək üzrə idi: ikincisi, 

isə  onun  taxt-tacında  əyləşən  hökmdarlar  zəmanəsinin 

əzəmətli hakimləri sayılırdılar. Belə bir ölkəni işğal etməyə 

heç  bir  hökmdar  cürət  etməzdi.  Bir  sözlə,  Azərbaycanda 

elmin  bütün  sahələrinin  inkişaf  etdirilməsi  üçün  böyük 

perspektivlər vardı. 

Tikinti ilə bağlı çox az sayda sənədlər gəlib bizim günə 

çatıbdır.  Lakin  Tusi  bu  məsələyə  müəyyən  mənada  “Zic 

Elxani”  əsərinin  müqəddəməsində  toxunur.  İlk  növbədə 

alim  Marağadakı  elm  və  tədqiqat  ocağını  həmin  dövrə 

qədər dünyada məşhur olmuş və fəaliyyət göstərmiş başqa 

rəsədxanalarla müqayisə edərək, onların arasındakı fərqləri 

sadalamışdı. O,  yazmışdı: “Rəsədxana 30 ildən az  müddə-

tə,  yəni  yeddi  ulduz  dövrü  ərzində  tikilə  bilməz.  30  ildən 

artıq vaxt lazımdır ki, bu iş təkmilləşdirilsin. Rəsədxananın 


                                                     

 

  



                                                                            

                                                    

135 

əsasını qoyan padşahımız buyurdu ki, 12 ilə qurtarsın. Biz 



ona dedik ki, ruzigar vəfa versə başa çatdırarıq... 

Bizdən  əvvəl  tikilmiş  rəsədlərdən  ən  mötəbəri  Əbərxəs 

rəsədxanası  olmuşdur  və  onun  tikilməsindən  bizim 

dövrümüzədək  1400  ildən  artıq  dövr  keçmişdir.  Əbərxəs 

rəsədxanasından  sonra  Ptolemey  rəsədxanası,  o  dövrdən 

sonra  Bağdadda  Xəlifə  Məmunun  dövründə  müsəlman 

rəsədxanası  tikilmişdir.  Həmin  rəsədxananın  tikilməsi  ilə 

Marağa  rəsədxanasının  tikilməsinin  başlanması  arasında 

430 il fasilə var. 

Sonra o dövrə qədər Şam ətrafında Bəttani rəsədxanası, 

Misirdə  Hakimi  rəsədxanası,  Bağdadda  İbn  Ənəm  rəsəd-

xanası  tikilməyə  başalmış,  lakin  heç  biri  başa  çatdırılma-

mışdı.  Bizim  rəsədxanaya  müvafiq  olanı  Hakimi  və  İbn 

Ənəm  rəsədxanalarıdır.  Hər  iki  rəsədxananı  bizim  rəsəd-

xananın  tarixindən  250  illik  bir  dövr  ayırır.  Bütün  keçmiş 

rəsədxanaların  hamısına  nəzər  saldıq,  məlum  olan  şeyləri 

tikib düzəltdik. Ömür vəfa etsə dünya padşahının dövlətinin 

köməyi  ilə  bundan  sonra  da  bizə  nə  məlum  olsa,  qurub 

yaradacayıq.  Ömür  vəfa  etməzsə,  bu  təqvimdə  yazdıqları-

mız bu elm əhlinin uzun ömürlərinə fayda versin və bizim 

böyük padşahımızın adları bu dünyada yaşasın”. 

Rəsədxana 12 ilə tikilərək 1271-ci ildə istifadəyə verildi.  



                                                     

 

  



                                                                            

                                                    

136 

Marağa  rəsədxanasının  binalarının  daxili  divarlarına 



çəkilmiş təsviri sənət nümunələri olduqca diqqəti cəlb edir. 

bu  divarlarda  planetlərin  şəkilləri,  Ayın  və  onun  12 

bürcünün  mövqeyinin  maketləri,  Yer  kürəsinin  şəkil  və 

təsvirləri,  gecə  və  gündüzün  uzunluğu,  adaların  müxtəlif 

mövqeləri və coğrafi ərazisi, dənizlərin ölçüləri təsvir edil-

mişdi.  Bir  sıra  əsərlərdə  astronomlar  iş  fəaliyyəti  zamanı, 

cihazların fonunda təsvir edilmişdir.

1

 

 

Marağada olan hər bir alim üçün işləməyə böyük zəmin 



yaradıldı.  Rəsədxanada  çoxlu  cihazlar  vardı.  Tusi  rəsəd-

xananın  banisi  kimi  orada  işlədilən  cihazların,  başqa  ölkə-

lərdə  də  istifadə  edilməsinə  şərait  yaradırdı.  Azərbaycan 

taxt-tacında əyləşən Abaqa xan rəsədxanada görülən bütün 

işlərdən  razı  idi  və  hərtərəfli  orada  çalışan  sıravi  əmək-

daşlara  və  mütəxəssislərə  hərtərəfli  yardım  əlini  uzadırdı. 

Hökmdarın  bu  iltifatında  və  xeyirxahlığından  demək  olar 

ki, hamı razı idi. 

“İlxanilər”  dövlətinin  başında  olan  həm  Hülaku  xan, 

həm  də  Abaqa  xan  şübhəsiz  ki,  Tusinin  öyüd-nəsihət 

dərsliyini  xatırladan  “Əxlaqi-Nasiri”  əsəri  ilə  yaxından 

tanış  idilər.  Ona  görə  də  alimin  məsləhəti  və  nəsihətləri 

onlar tərəfindən şəksiz qəbul edilirdi. Çox güman ki, həmin 

                                                 

         1

  B.  Rzayev.  Bəşəri  düha:  Mühəmməd  ibn  Mühəmməd  ibn  Həsən  – 

Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 69-70 


                                                     

 

  



                                                                            

                                                    

137 

əsərin 3-cü  məqaləsinin dördüncü məqaləsindəki maddələr 



onların  şüuruna  çevirilmişdir.  Tusi  dövlət  başçısı  olmaq 

istəyənlər  üçün  bu  şərtlərin  bilməsini  nəmli  sayırdı: 

birincisi  atalıq,  ikincisi  alicənablıq,  üçüncüsü  mətinlik, 

dördüncüsü  əzmkarlıq,  beşincisi  səbrlilik,  altıncısı  maddi 

imkanlılıq,  yeddincisi  əməli  salehlik.  Ağır  vaxtlarda  alim 

bu şərtləri daima hökmdarların yadına salırdı. 

Tusi  rəsədxanada  aparılan  hərtərəfli  elmi  işlərin 

mahiyyətinə  görə  orta  əsr  akademiyası  yaratmağa  müvəf-

fəq olmuşdur. Monqolların adı Avropa ölkələrində vahimə 

yaratmasaydı,  çox  güman  ki,  xristian  dövlətlərində  yaşa-

yan,  elmə  böyük  həvəs  göstərən  tələbələr  və  humanistlər 

təhsil  almaq  üçün  elə  Azərbaycana  gələ  bilərdilər.  Onda 

Marağa  rəsədxanasının  səsi-sorağı  nəinki  Yaxın  Şərqdən, 

hətta  Avropa  ölkələrdən  də  gələrdi.  Alimin  bu  sahədə 

çəkdiyi zəhmətinin qiyməti misilsiz idi. 

Rəsədxananın  Marağada  tikilməsi  heç  də  təsadüf  deyil-

di.  bu  şəhərin  Azərbaycanın  “ipək  yolu”  ağzında,  ticarət 

yollarının  kəsişdiyi,  bir  çox  ölkələrin  strateji  cəhətdən 

maraq  dairəsini  əhatə  etdiyi  bir  yerdə  yerləşdiyindən  Tusi 

hali  idi.  Müvəqqəti  olaraq  bu  ölkə  “İlxanilər”  dövlətinin 

tərkibindəydi  və  100-150  il  sonra  həmin  ölkənin  başqa 

dövlətlər  tərəfindən  zəiflədilməsini  alim  uzaqgörən  bir 

siyasətçi  kimi  əvvəlcədən  görürdü.  Məhz  buna  görə  də  o, 


                                                     

 

  



                                                                            

                                                    

138 

rəsədxananın  tikintisini,  “İlxanilər”  dövlətinin  tərkibində 



olan  Təbriz,  İsfahan,  Bağdad  kimi  iri  şəhərlərdə  deyil, 

yalnız  həmin  şəhərlərdən  xeyli  təcrid  olunmuş  Marağada 

saldırmışdı.  

Alim  çox  yaxşı  bilirdi  ki,  Marağa  müvəqqəti  olaraq 

Azərbaycanın  paytaxtıdır  və  gələcəkdə  baş  verəcək  qanlı, 

viranedici  savaşlar  zamanı  həmin  şəhər,  strateji  əhəmiyyət 

kəsb  edən  başqa  şəhərlərə  nisbətən  böyük  dağıntılardan 

yaxa  qurtara  bilər  və  bununla  da  bəşəriyyət  üçün  salınmış 

həmin  elm  ocağı  gələcək  nəsillərə  miras  qalacaq.  Çünki 

Marağanın  özündə  nə  iri  istehkamlar,  nə  qəsrlər,  nə  də  ki, 

iri  qalalar  vardı.  Həqiqətən  də  elə  onun  sağlığında  Azər-

baycanın paytaxtı Marağadan, ölkənin qədim şəhərlərindən 

biri sayılan Təbrizə köçürülür. 

 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin