Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

dürləri) adlı ensiklopediya mahiyyətli bir kitab da tamam-

lamışdır. 



                                                     

 

  



                                                                            

                                                    

153 

Marağa  rəsədxanasında  çalışan  alimlərdən  biri  də 



xristianlığı  qəbul  etmiş  və  yəhudi  millətinə  mənsub  olan 

Yuhanna  Qriqori  Əbül  Fərəc  Bar  Ebrey  (1226-1286) 

Anadolu yarımadasının şərq hissəsində anadan olmuşdur. 

Melatiyada  yepiskop,  sonradan  isə  Hələbdə  baş  kilsə 

xadimi  olmuş  Əbül  Fərəc  XIII  əsrin  60-cı  illərində 

Marağaya  gəlir  və  burada  Nəsirəddinin  rəhbərliyi  altında 

çalışır. O, Suriya dilində astronomiya və coğrafiya elminin 

əsasları haqqında qısaca məlumatlar verilmiş  qiymətli əsər 

yaratmışdı. Əbül Fərəci orta əsrlərdə Avropada çox məşhur 

edən  “Sülalələr  tarixi”,  yaxud  “Dövlətlərin  müxtəsər 



tarixi”  adlı  ərəb  dilində  yazdığı  kitabdır.  Bu  əsər  Marağa 

rəsədxanasında  çalışan  və  yaşayan  çox  millətli  kollektivin 

həyat tərzini geniş şəkildə əks etdirmişdir. 

Marağa  rəsədxanasının  baş  mühəndisi  və  qurucusu 

tanınmış  alim  Müəyyidəddin  Ordidir.  Ordi  haqqında  bio-

qrafik  məlumatlar,  demək  olar  ki,  yoxdur.  Tarixdə  sənəd 

kimi  yalnız  onun  ərəb  dilində  qələmə  aldığı  “Marağa 

rəsədxanasının  astronomik  alətləri  haqqında  risalə”si-

nin  iki  əlyazma  nüsxəsi  qalmışdır.  Bunlardan  biri  Parisin, 

digəri  isə  Tehranın  milli  kitabxanalarında  saxlanılır.  Birin-

ci  nüsxə  XIX  əsrin  əvvəllərində  Parisdəki  xüsusi  şərq 

dilləri  məktəbinin  müəllimi  A.  Jurden  tərəfindən  tapılıb 

fransız  dilində  tərcümə  olunur.  Kitab  Parisdə  ilk  dəfə  - 



                                                     

 

  



                                                                            

                                                    

154 

1809  və  1810-cu  illərdə  nəşr  olunur.  1811-ci  ildə  alman 



dilinə  tərcümə  edilir.  Bu  əsərdə  Tusinin  rəhbərliyi  altında 

Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri 

də var. 

Ordinin  traktatında  verilən  məlumatların  təhlili  bir  çox 

tədqiqatçıları  belə  bir  fikrə  gətirmişdir  ki,  Marağa 

rəsədxanasındakı  alətlər  təkmilliyi  ilə  o  dövrün  bütün 

rəsədxanalarındakı  alətlərdən  seçilirmiş.  Bu  da  məlumdur 

ki,  Ordinin  öz  ixtirası  olan  bəzi  alətlər  sonradan  dünyanın 

bir  çox  rəsədxanalarında  istifadə  olunub.  Ondan  sonrakı 

dövrdə  isə  hazırlanan  astronomik  cihazların  əksəriyyəti, 

Ordinin ixtira etdiyi cihazlara əsasən təkmilləşdirlmişdir. 

Mühəmməd ben Müəyyidəddin Ordi rəsədxanada astro-

nomik  cihazların  quruluşu  ilə  məşğul  olaraq,  dünyada  ən 

qədim  ulduz  qlobusu  (1279)  düzəltmişdi.  Həmin  qlobusun 

üzərində  ulduzların  vəziyyəti  çox  böyük  dəqiqliklə 

düzəldilmişdi. 

XVI  əsrdə  Almaniyanın  Drezden  şəhərində  bir  dövlətli 

şəxs “Rəsm Qalereyası” adlı bir muzey yaradır və bürünc-

dən,  gümüşdən  və  qızıldan  hazırlanmış  həmin  qlobus  bu 

muzeydə saxlanılır. 

Sədrəddin  Əli  Tusi  atasının  vəfatından  sonra  uzun 

müddət  rəsədxanaya  rəhbərlik  etmişdir.  Onun  qardaşı 



                                                     

 

  



                                                                            

                                                    

155 

Əsiləddin,  Parisdə  milli  kitabxanada  saxlanılan  “Zic 



Elxani” əsərinin bir əlyazma nüsxəsinin müəllifidir. 

 

    



 

   Marağada düzəldilən Göy qlobusu (1279). Drezden muzeyi 

  

Marağa  rəsədxanasında  çalışan  Məhiəddin  Məğribi 



İspaniya ərəblərindən idi. O, hələ rəsədxana tikilməmişdən 

əvvəl  Hələbə  gəlmiş,  orada  astronomiya  ilə  məşğul 



                                                     

 

  



                                                                            

                                                    

156 

olmuşdu. Hülaku xanın qoşunları Hələbə daxil olduqda heç 



cür  xilas  yolu  tapmayan  Məhiəddin  qışqırır  ki,  o, 

astronomdur.  Nəsirəddinin,  harada  astronomlara  təsadüf 

olunsa,  onları  Marağaya  göndərmək  xahişini  bilən  Hülaku 

xan Məhiəddini xilas edib oraya göndərir. 

Məşhur  alimlər  Fao  Mun-Çi  Çindən,  İsa  Monqolustan-

dan, Fəxrəddin İxlati isə Tiflisdən idi. 

Marağa  rəsədxanasında  çalışan  alimlərin  milliyəti  din 

etibarilə  müxtəlif  idi.  Müsəlmanlarla  yanaşı  xristianlar, 

nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş 

və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan 

məlum  olur  ki,  orada  azərbaycanlılarla  yanaşı  farslar, 

ərəblər,  yəhudilər,  özbəklər,  çinlilər,  türklər,  monqollar  və 

başqaları  da  çalışmışlar.  Buradan  aydın  olur  ki,  Marağa 

rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət 

ocağı,  yaşayış  məntəqəsi  olmuş  və  orada  alimlər  arasında 

əsl  emansipasiya  yaranmışdı.  Bu  isə  rəsədxananın  ən 

mütərəqqi cəhətlərindən biri idi. 

XIII əsrin 80-ci illərində Xanbalıq (Pekin) şəhərində, Qo 

Şu-çinq  adlı  bir  astronom  rəsədxana  qurur.  Çin  dilində 

yazılmış “Yuan sülaləsinin tarixi” adlı əsərindəki mənbə-

dən  və  Azərbaycan  tarixçisi  Rəşidəddinin  göstərdiklərin-

dən  aydın  olmuşdur  ki,  hələ  Xubilay  xandan  əvvəl  Menqu 

xan  Hülaku  xandan  xahiş  etmişdi  ki,  həşşaşilərin  qalaları 


                                                     

 

  



                                                                            

                                                    

157 

alınanda  və  Nəsirəddin  azad  olduqdan  sonra  rəsədxana 



tikmək  üçün  onu  Çinə  göndərsin.  Lakin  alim  Azərbaycan-

da rəsədxana tikmək istədiyi üçün o, Çinə getmir. Bununla 

belə Pekində rəsədxananın tikintisinə başlamaqdan ötrü Fao 

Mun-Çi  adlı  bir  astronom  Nəsirəddinin  yanına  göndərilir. 

Marağa  rəsədxanasında  xeyli  təcrübə  topladıqdan  sonra 

1265-ci ildə Fao Mun-Çi Cəmaləddin adlı bir astronom ilə 

Çinə yola düşür və iki ildən sonra Pekin şəhərinə çatırlar. 

Elmə və mədəniyyətə diqqətlə nəzər yetirən Xubilay xan 

nəhəng  “Yuan” imperiyasının hökmdarı idi  və  ümid edirdi 

ki,  azərbaycanlıların  köməyi  ilə  çin  ustaları  Marağa  rəsəd-

xanansına  oxşar  tikinti  kompleksini  Pekin  şəhərində  inşa 

edə  biləcəklər.  Pekin  rəsədxanası  istismara  veriləndən 

sonra,  Göy  cisimlərinin  müşahidəsi  bilavasitə  Marağa 

rəsədxanasından  gətirilən  astronomik  cihazlarla  (Fırlanan 

kvadrant  və  Armilyar  cihaz)  aparılırdı.  Ümumiyyətlə, 

Tusinin başçılığı altında ixtira edilmiş astronomik cihazlar, 

öz  dövrünə  görə  ən  azı  200  illik  bir  dövr  ərzində, 

rəsədxanalarda  işlədilən  astronomik  cihazların  ən  dəqiqi 

sayılırdı.  Həmin  cihazlar  dövrümüzə  qədər  Çində  (Pekin 

rəsədxanasında) salamat qalmışdır. 

İş  ondadır  ki,  Marağa  rəsədxanası  fəaliyyət  göstərənə 

qədər,  astronomik  müşahidələr  aparmaq  üçün  artıq  dünya-

da  bir  neçə  rəsədxana  və  elm  ocağı  məlum  idi.  Şirvanda 


                                                     

 

  



                                                                            

                                                    

158 

“Darül-Ülum”    “Darül-Adab”  akademiyasında  Fəxrəd-

din  Şirvaninin  düzəltdiyi  “Fəridəddin-cədvəlləri”  məşhur 

idi.  Orta  Asiyadakı  “Məmuun  akademiyası”,  Misirdəki 

İsgəndəriyyə,  İraqdakı  Bağdad,  İrandakı  Rey  və  İsfahan 

rəsədxanaları  astronomiya  elminə  lazımi  səviyyədə  xidmət 

etmişdilər.  Sonrakı  tarixi  proseslər  nəticəsində  həmin  elm 

ocaqları öz fəaliyyətlərini dayandırmalı olmuşdular. 

Mən bir  məsələyə toxunmaq istəyirəm.  Deməli, Marağa 

rəsədxanasında  elmi  təcrübələr  və  müşahidələr  aparmaq-

dan  ötrü  10  dənə  cihaz  və  alətlərdən  istifadə  olunmuşdur. 

Maraqlı  cəhət  odur  ki,  həmin  cihaz  və  alətlərin  beşi  XIII 

əsrin  ortasına  qədər  məlum  idi,  lakin  o  biri  beş  dənə  isə 

Tusinin başçılığı altında elə Marağa rəsədxanasının özündə 

ixtira  olunmuşdu.  Sonrakı  dövrdə  Çindəki  Pekin,  Səmər-

qənddəki  Uluqbəy,  Danimarkadakı  Tixo  Brage  və  Hindis-

tandakı  Caypur  rəsədxanaları  istismara  verilərkən, 

bilavasitə  Marağa  rəsədxanasında  ixtira  edilmiş  cihaz  və 

alətərindən  istifadə  edilmiş  və  onların  təkmilləşdirilməsi 

üzrə böyük işlər aparılmışdır. Həmin rəsədxanalar barəsin-

də  müəyyən  anlayış  olsun  deyə,  bir  neçə  məlumatı  açıqla-

maq məcburiyyətindəyəm. 

 

 



 

                                                     

 

  



                                                                            

                                                    

159 

 

                                      

Həqiqət üzə çıxanda şübhələr silinir. 

                                                           Corc Vaşinqton 

 

      



“Zic Elxani” əsərindən başqa astronomik   

      kataloqlarda istifadə olunması 

 

Tusinin  tikdirdiyi  rəsədxana  quruluşuna,  həcminə  və 

orada görülən elmi araşdırmalara görə Şərqin bütün məşhur 

rəsədxanalarını  geridə  qoymuşdur.  Orada  bir  növ  bütün 

dünya  üçün  astronomiya,  coğrafiya  və  riyaziyyat  elmləri 

üzrə  kadrlar  yetişdirilməsinin  institutu,  akademiyası 

sayılırdı.  

Bir  neçə  məsələnin  həll  edilməsi  üçün,  bir  çox  əsas 

astronomiya  kəmiyyətlərinin  təyin  olunması  üçün  vahid 

proqramlı, intensiv müşahidə aparan, nisbətən daha yüksək 

dəqiqliyə  malik  olan  astronomik  tədqiqat  obyetktinin 

tikilməsi vacib idi.  

Bu,  əsas  sabitlərdən  biri  illik  presessiyanın  miqdarı  idi. 

Məlum  olduğu  üçün  Ayın  və  Yerin  cazibəsinin  Yerin 

ekvatorial  hissəsinə  olan  təsiri  nəticəsində  Yer  kürəsinin 

fırlanma  oxu  çox  kiçik  miqdarda  olsa  da,  öz  istiqamətini 

dəyişir.  Ayın  və  Günəşin  cazibəsindən  başqa  planetlərin 

cazibəsi  nəticəsində  ulduzların  koordinatlarında  müəyyən 



                                                     

 

  



                                                                            

                                                    

160 

dəyişikliklər əmələ gəlir. Bundan başqa Ay və Günəş tutul-



malarını əvvəlcədən xəbər verməkdən ötrü Ay və Günəşin 

hərəkət  cədvəllərini  tərtib  etmək  üçün  onların  hərəkətləri-

nin və tutulmalarının ünsürlərini bilmək lazım idi. 

Onun rəhbərliyi ilə elmin müxtəlif sahələrinə aid bir sıra 

qiymətli  əsərlər  yaradılmışdır.  “Zic  İlxani”  əsərində 

planetlərin  geosentrik  orbitinin  əsas  elementləri  verilmiş, 

onların sutkalıq  orta hərəkəti öz dövrünə və hətta bir neçə 

əsr  astronomik  müşahidələrinə  nisbətən  dəqiq  təyin 

edilmişdi.  “Zic  İlxani”  bir  neçə  əsrdə  astronomiya  elminə 

dair  yaradılan  unikal  əsər  sayılırdı.  Təəssüflər  olsun  ki, 

həmin əsər vaxtında tərcümə olunaraq dünya ictimaiyyətinə 

çatdırılmamışdı.  Lakin  kitab  ilə  maraqlanan  bəzi  alimlər 

tərcüməçilərin vasitəsilə həmin elmi iş ilə tanış olurdular. 

Tusi “Zic İlxani” əsərinin müqəddiməsində yazır: “Bizə 

qədər,  Hipparxın  müşahidələri  ən  məhsuldar  iş  sayılır, 

həmin tarixdən bizim apardığımız müşahidələrə qədər 1400 

və bir neçə il keçibdir. Hipparxdan 285 il sonra Ptolemeyin 

müşahidələri  gəlir.  Daha  sonra  həmin  müşahidələr  Xəlifə 

Məmunun dövründə Bağdadda baş verir və həmin vaxtdan 

bizim  günlərə  qədər  430  ildən  bir  az  çox  vaxt  keçmişdir. 

Bütün  bunlardan  ən  çox  bizim  müşahidələrə  oxşar  işlər 

Hakaminin  və  İbn  Əl  Əalamənin  250  il  bundan  əvvəl 

apardıqları müşahidələrdi”. 


                                                     

 

  



                                                                            

                                                    

161 

Elmə,  mədəniyyətə  və  incəsənətə  böyük  üstünlük  verən 



Teymur-Ləngin  nəvəsi  Mühəmməd  Tarağay  Uluqbəy  (22-

III/1394  –  27X/1449)  Səmərqəndin  hökmdarı  olandan 

Səmərqənddə  möhtəşəm  bir  astronomik  rəsədxana  tikdirir. 

Orada astronomiya və riyaziyyat elmlərini inkişaf etdirmək 

üçün Uluqbəy səltənətində yaşayan, zəmanəsinin ən məşhur 

alimlərini  –  Qiyasəddin  Kaşini,  Qazızadə  Rumini  və  Əli 

Quşçunu başçılıq etdiyi rəsədxanaya dəvət edir. Qiyasəddin 

Kaşi  “Zic  Elxani”nin  mükəmməl  forması  əsasında  “Zic 



Xaqan” adlı bir astronomik kataloqunu işləyib hazırlayır. 

 

                



 

                       Əli Quşçu (1402 –1474) 

                                                     

 

  



                                                                            

                                                    

162 

Marağa  rəsədxanasının  astronomik  cihazlarını  dərindən 



öyrənmiş  Qiyasəddin  astronomik  cihazlar  haqqında  bir 

risalə  (traktat)  və  riyaziyyatın  inkişafında  mühüm  rol 

oynayan “Hesabın açarı”, “Çevrənin mühiti haqqında”, 

“Vətər və sinus” və s. əsərlər yazmışdı. 

Qazızadə  Rumi  Uluqbəyin  müəllimi  olmuş,  Qiyasəddin 

vəfat  edəndən  sonra  elmi  kollektivin  rəhbəri  vəzifəsinə 

keçmişdi.  Əli  Quşçu  isə  Qazızadə  Ruminin  vəfatından 

sonra  demək  olar  ki,  bütün  elmi  işləri  başa  çatdırmış  və 

Uluqbəy  rəsədxanasının  əsas  elmi  işlərini  özündə  əks 

elətdirən “Zic Uluqbəy”, yaxud “Zic Gürgani” kataloqla-

rını tərtib etmişdi. 

Az  bir  vaxtda  fəaliyyət  göstərmiş  Uluqbəy  rəsədxanası 

elm  dünyasında  iki  şeylə  məşhurlaşmışdı:  biri  radiusu 

40,04  metr  olan  Divar  sektantı,  o  biri  isə  “Zic  Uluqbəy” 

adlı  astronomik  kataloqdur.  Divar  sektantı  Marağa  rəsəd-

xanasında  olduğu  kimi  dairənin  dörddə  bir  hissəsindən 

ibarətdir. Bunun üzərində 0

0

-dən 90


0

-yə kimi bölgülü şkala 

vardır. 

Bu  cihazın  yarısı  yerin  altında,  qalan  hissəsi  isə  yerin 

səthindədir.  Divar  sektantının  yuxarı  yarısı  üçün  xüsusi 

bina tikilmışdir. Bu, 21 metr yüksəliyində üçmərtəbəli bina 

idi və cihazın özü  meridian müstəvisində  yerləşdirilmişdir. 


                                                     

 

  



                                                                            

                                                    

163 

Həmin  binanın  yuxarı  hissəsində  Günəşi  və  planetləri 



müşahidə etmək üçün bir qübbə var idi. 

 

  



 

         Mühəmməd Tarağay Uluqbəy (1394-1449) 

 

Uluqbəy  rəsədxanasını  məşhurlaşdıran  “Zic  Uluqbəy” 



əsərinə  gəlincə,  XX  əsr  özbək  astronomlarından  biri 

Cəlalov  bu  kataloq  ilə  “Zic  Elxani”ni  müqayisə  etmiş  və 

belə qərara gəlmişdir ki, bunlarda oxşar yerlər çoxdur. “Zic 

Elxani”də  nəzərdə  tutulmuş  müşahidə  proqramı  bir  yerdə 

“Zic  Ulqbəy”in  müşahidə  proqramından  fərqli  olmuşdur. 

Bunun  fərqi  isə  bundan  ibarətdir:  Uluqbəy  rəsədxanasın-

dakı müşahidələr zamanı 1018 ulduzun koordinatları veril-


                                                     

 

  



                                                                            

                                                    

164 

mişdir. Amerika astronomu E. B. Knobelin həmin ulduzla-



rın koordinatlarının tədqiqatı nətisində məlum olmuşdur ki, 

bu  ulduzlardan  900-un  uzunluq  koordinatı  və  878  ulduzun 

isə  enlik  koordinatları  tamamilə  yenidən  Uluqbəy  rəsəd-

xanasında tərtib edilmişdi. Əlbəttə, astronomiya elmində bu 

yüksək  nəticə  sayılırdı.  Bundan  sonra  bu  məsələyə  dair  E. 

B. Knobel yazır: “Özünün xüsusi müşahidələrinin əsasında 

tərtib  olunmuş  ulduz  kataloqu  çox  nadir  bir  əhəmiyyətə 

malikdir”. 

Uluqbəy  rəsədxanasının  tədqiqi  ilə  məşğul  olmuş  məş-

hur  fransız  riyaziyyatçısı  və  astronomu  Pyer  Laplas  əsl 

reallıqdan  uzaq  olaraq  bu  haqda  belə  yazmışdı:  “Öz 

məmləkətinin paytaxtında, Səmərqənddə o, (yəni, Uluqbəy 

–  R.  D.),  ulduz  kataloqu  və  astronomik  cədvəllər  tərtib 

etmişdi  ki,  bunlar  Tixo  Brageyə  qədər  onların  hamısından 

yaxşı idi”. 

 “Zic Uluqbəy” ulduzlar kataloqu, onların koordinatları 

astronomiyanın inkişafında, xüsusən astronomik müşahidə-

lərin  aparılmasında,  fəza  cisimlərinin  qeyri-adi  hərəkətin-

dən,  ulduzların  xüsusi  hərəkətini,  onların  quruluşunu 

öyrənmək  işində  ətraflı  və  lazımlı  bir  əsər  sayılırdı.  Lakin 

bildirməliyəm  ki,  Marağa  rəsədxanası  XIII  əsrin  ikinci 

yarısından,  Uluqbəy  rəsədxanası  işə  XV  əsrin  birinci 

yarısından  fəaliyət  göstərməyə  başlamışdır.  Həmin  rəsəd-



                                                     

 

  



                                                                            

                                                    

165 

xanaların  fəaliyyət  göstərmələrində,  böyük  bir  müddət 



fərqi, yəni, ən azı 150 il fərq var idi. Elmi ocaqlarda həmin 

il fərqli elmi nəticələrin əldə olunması üçün həddindən artıq 

böyük müddət sayılır. Marağa rəsədxanasında aparılan elmi 

təcrübələr,  astronomik  müşahidələr  və  əldə  olunan  elmi 

nailiyyətlər  miqyasına  görə,  Tixo  Brage  rəsədxanasına 

qədər,  tikilən  bütün  rəsədxanalarda  əldə  olunan  elmi 

nailiyyətlərdən  çox  üstün  idi.  Etiraf  etməliyik  ki,  Səmər-

qənd  astronomları  bir  çox  fəaliyyətlərində  Marağa  rəsəd-

xanasındakı işlərin nəticələrindən istifadə etmişdilər. Azər-

baycanın  tanınmış  alimləri  H.  Məmmədbəyli,  Z.  Xəlilov, 

Fərəcov bu faktı qətiyyətlə təsdiqləmişdilər. 

İllik  pressesiyaların  qiymətini  göstərməklə,  bir  çox 

şeylər aydınlaşar: 

 

Ptolemey – 36



//

,0 


Əlbəttani – 54

//

,4 



Əl-Sufi – 55

//

,0 



Nəsirəddin – 51

//

,4 



Uluqbəy – 51

//

,4 



 

Professor  H.  Məmmədbəyli  bu  barədə  yazır:  “Marağa 

rəsədxanasında  256  şəhərin  coğrafi  koordinatları  cədvəli 

tərtib  olunmuşdu  və  bu  cədvəl  “Zic  Elxani”yə  daxil  edil-



                                                     

 

  



                                                                            

                                                    

166 

mişdir.  Belə  bir  cədvəl  “Zic  Uluqbəy”də  də  vardır. 



Aparılan tədqiqat nəticəsində aşkar edilmişdir ki, bu cədvəl 

“Zic  Elxani”dən  mexaniki  sürətdə  “Zic  Uluqbəy”ə 

köçürülmüşdür.  Yalnız  burada  Səmərqənd  şəhərinin  koor-

dinatları  yenidən  tərtib  edilmişdir.  “Zic  Uluqbəy”də  də 

triqonometrik  funksiyalardan  sinus  və  tangensdən  hər 

dəqiqədən  bir  qiymətini  verən  cədvəllər  vardır.  Lakin  bu 

cədvəllər  Marağa  cədvəllərinə  nisbətən  daha  dəqiq  tərtib 

olunmuşdur. 

Həmin  funksiyaların  qiyməti  dördüncü  altmışlıq  rəqə-

minə  qədər  dəqiqliklə  verilmişdir.  Uluqbəy  rəsədxanası  ilə 

Marağa  rəsədxanasını  bir-birilə  müqayisə  etdikdə  göstər-

məliyik  ki,  Marağada  aparılan  elmi  işlər  həm  nəzəri,  həm 

də  təcrübi  cəhətdən  Səmərqənd  rəsədxanasına  böyük  təsir 

göstərmişdir. Bununla belə hər bir rəsədxananın öz müstə-

qil elmi fəaliyyəti olmuşdur”.

1

 

Bununla  belə  bildirmək  olar  ki,  görkəmli  Azərbaycan 



alimi  Tusinin  və  onun  rəhbərlik  etdiyi  elmi  işlər  Uluqbəy 

rəsədxanasının astronomları üçün bir çox işlərdə istiqamət-

verici,  Marağa  rəsədxanası  isə  oriyentir  məntəqəsi  rolunu 

oynayırdı. 

                                                 

          1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 

1980. səh.148 



                                                     

 

  



                                                                            

                                                    

167 

Ümumiyyətlə,  Orta  əsrlərdə  hər  hansı  bir  rəsədxana 



yaradılanda  astronomik  müşahidələrin  aparılması  üçün, 

Tusinin  yaratdığı  rəsədxanada  aparılan  elmi-praktik  işlər 

stimulyator  rolunu  oynamış  və  hər  bir  xırda  elmi 

təcrübələrdən  zərurət  kimi  istifadə  edilmişdir.  Məhz  bu 

səbəbdən  Marağada  hazırlanmış  və  ixtira  edilmiş  astrono-

mik  cihazların  quruluşu  Avropa  astronomlarına  məlum 

olmuşdur.  Tixo  Brage  Kopenhagendə  yaratdığı  rəsədxana-

da Marağada ilk dəfə icad olunmuş fırlanan kvadrantın bir 

neçəsi  (burada  onlara  azimutal  kvadrant  da  deyirdilər)  və 

Divar  kvadrantının  da  bir  nümunəsi  orada  tapılmışdır. 

Onun,  semisirkuli  öz  inkişafı  nəticəsində  müasir  astrono-

miyada  işlənən  “Universal”  cihazına  çevrilmişdir.  Bu  on-

dan xəbər verir ki, Tixo Brage hələ, Kopenhagendə məşhur 

elm  ocağını  yaratmamışdan  əvvəl,  tabeliyindəki  alimləri, 

Marağa  rəsədxanasının  dövri  fəaliyyətini  dərindən  öyrən-

məkdən  ötrü,  Azərbaycana  yollamış  və  şəxsi  işlərin  görül-

məsi  üçün  qiymətli  məlumatlarla  yanaşı,  həm  də  lazımlı 

materiallar əldə etmişdir. Marağada icad olunan və istifadə 

edilən  bütün  avadanlıqlar  və  cihazlar  dünyada  fəaliyyət 

göstərən  bütün  astronomların,  riyaziyyatçıların,  xəritə-

şünasların və coğrafiyaşünasların diqqət mərkəzində idi. 

Marağada aparılan müşahidələrin dəqiqliyi, bir çox Av-

ropa  və  Asiya  rəsədxanaları  üçün  ideal  olmuş,  yalnız  XVI 


                                                     

 

  



                                                                            

                                                    

168 

əsrin  axırında  Tixo  Brage  tərəfindən  aparılan  müşahidələ-



rin dəqiqliyi onları arxada qoymuşdur. 

Hindistanın  Caypur  rəsədxanası  nəinki  öz  ölkəsində, 

həm  də  Asiyanın  cənubunda  məşhur  astronomik  müşahi-

dələr  ocağı  sayılmışdır.  Həmin  rəsədxanada  Şah  Cahanın 

(1628-1659)  və  Məhəmməd  Şahın  (1719-1748)  dövrlərin-

də  iki  dənə  astronomik  kataloqlar  “Zic  Şah  Cahanı”  və 



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin