Ramiz Dəniz


(“Bütöv  çoxtərəfli  haqda  risalə”),  “Came  ül-hesab”



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

(“Bütöv  çoxtərəfli  haqda  risalə”),  “Came  ül-hesab” 

(“Lövhə və tozun köməyi ilə hesab toplusu”), “Dairənin 

ölçüsü”,  “Təhrir  Öqlidis”  (“Evklid  “Başlanğıc”ının 

təsviri) kimi kitablar xüsusi yer tutur. 

Dörd  hissədən  ibarət  olan “Zic  Elxani”  (“İlxanilər 



astronomik  cədvəlləri”) əsəri  isə  alimin  adını  dünya 

astronomiya  tarixinə  salmışdır.  Adı  sadalanan  elmi  əsərlə-

rin  əksəriyyətini  Tusi  rəsədxana  tikilməyə  başlayandan 

sonra  işləyib  başa  çatdırmışdı.  Bu  ondan  xəbər  verir  ki, 

alimin eyni zamanda bir çox işlərlə məşğul olaraq, vaxtını 

boş  keçirməmişdi.  Özünün  dediyi  kimi  hər  bir  insan  bu 

dünyada  yaşayırsa,  o,  vaxtını  əbəs  yerə  keçirməməlidir. 

Onun  düşüncəsi  ilə  hər  kəs  ki,  bu  dünyada  yaşayırsa, 

ömrünü həyatın inkişafına həsr etməlidir. 


                                                     

 

  



                                                                            

                                                    

111 

Tusinin  üzə  çıxardığı  elmi  nəticələri  geniş  vüsət  almış, 



elmin  bir  çox  sahələrini  təkmilləşdirərək  xeyli  inkişaf 

etmişdir.  Onun  hər  bir  əsəri,  bilavasitə  yanında  işləyən 

alimlərin  gözü  qarşısında  yazılırdı  və  mütəmadi  olaraq 

Hülaku  xana  bu  haqda  məlumat  verilirdi.  Azərbaycanlı 

alim həmin dövrdə o qədər məşhurlaşmışdı ki, Hülaku xan 

vəfat edəndən sonra (1265) Abaqa xan Elxanilər dövlətinin 

taxt-tacına  yiyələnir  və  tərəddüd  etmədən  Tusini  sarayının 

baş vəziri təyin edir. Güclü idrak sahibi olan alim müdaxilə 

edərək,  həmişə  ağıllı  məsləhətləri  ilə  başqa  əyanlardan 

fərqlənmişdi.  Ən  ağır  vəziyyətlərdə  hökmdar  ona  bel 

bağlayaraq, alimdən mənəvi dayaq kimi istifadə etmişdi. 

Çingiz  Qacarın  “Azərbaycanın  görkəmli  şəxsiyyət-



ləri”  əsərində  “Məhəmməd  Nəsirəddin  Tusi”  fəsilində 

ardıcıl  olaraq  iki  abzası  qeyd  etmək  istəyirəm:  “Çağdaş 

tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, 

riyaziyyatçı  hesab  edir.  Onun  əsərləri  yalnız  Şərqdə  deyil, 

həmçinin  Avropada  həndəsənin  və  triqonometriyanın 

inkişafında  mühüm  rol  oynamışdır.  1594-cü  ildə  Romada 

ərəb, sonra isə latın dilində tərcümədə çap olunan “Evklid 

“Başlanğıcının  təsviri”  əsəri  Tusi  ideyalarının  Avropada 

yayılmasında  böyük  iş  görmüşdür.  Alimin  beş  kitabdan 

ibarət  yazdığı  “Bütöv  dördtərəfli  haqqında  risalə”  də 

Avropada  triqonometriyanın  inkişafında  əhəmiyyətli  rol 



                                                     

 

  



                                                                            

                                                    

112 

oynamış əsər kimi məşhurdur. Dünya elm tarixində ilk dəfə 



bu  əsərdə  triqonometriyaya  müstəqil  elm  sahəsi  kimi 

yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə tərcümə 

olunmuşdur. 

Nəsirəddinin  cəbr  sahəsində  araşdırmaları  içərisində 

bütün  dərəcələrdən  kökalma  metodu  və  Binom  düsturu 

daha  çox  tanınır.  Bundan  başqa  alimin  tarixə,  minerologi-

yaya,  fizikaya,  tibbə,  iqtisada,  coğrafiyaya,  musiqiyə  və 

təbii  ki,  astronomiyaya  dair  çoxsaylı  əsərləri  də  diqqəti 

nəzərə  çarpdırır.  Bunların  arsında  “Bağdadın  tarixi”, 

“İşığın  əks  olunması  və  sınması  haqqında  risalə”, 

“Evklid opti-kası”, “Göy qurşağının öyrənilməsinə dair 

risalə”,  “Qiymətli  daşlar  haqqında  kitab”,  “Dövlət 

maliyyəsi  haqqında  risalə”,  “Xoşbəxt  günlərin  seçilmə-

si” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. 

Nəsirəddinin  bir  çox  əsərləri  bu  günə  qədər  öz  araş-

dırıcısını  gözləməkdədir.  Bunlara  Bakı,  Paris,  Florentsiya, 

Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlə-

rinin muzey və kitabxanalarında rast gələk mümkündür.

1

 



Hələ məlum deyil ki, alimin neçə əsəri aşkar edilməmiş 

şəkildə  dünyanın  neçə  dövlət  və  şəxsi  kitabxanalarında  və 

yaxud  da  dövlət  əlyazmalar  fondunda  saxlanılır.  Çox 

                                                 

            1

 Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri. 

Bakı, “Nicat”, 1997. səh. 124 


                                                     

 

  



                                                                            

                                                    

113 

güman  ki,  Marağa  rəsədxanasında  yaradılan  elmi  əsərlərin 



bəziləri  başqa  bir  müəlliflərin  adı  altında  Təbriz,  Tehran, 

Pekin və Nankin şəhərlərinin müxtəlif inzibati obyektlərin-

də saxlanılır. Vaxt gələcək onun bütün işləri üzə çıxacaq və 

bəşəriyyət  tarixi  onun  zəhmətinə  lazımınca  layiqli 

qiymətini verəcəkdir. 

Göründüyü kimi, Tusinin dünya ictimaiyyəti üçün vacib 

sayılan  elmi  əsərləri  yaranandan  sonra  Azərbaycanın 

(Şimali  Azərbaycan  nəzərdə  tutulur  –  R.  D.)  muzey  və 

kitabxanalarında  qalmayıb,  əksər  ölkələrdə  özünəməxsus 

müsbət  yer  tutmuş  və  indiyənə  qədər  bir  çox  alimlərin 

fərəhinə  səbəb  olmuşdur.  Sadəcə  olaraq,  həmin  əsərlər 

geniş oxucu kütləsinə lazımi səviyyədə təqdim olunmayıb-

dır.  Elə  alimələr  olub  ki,  onun  əsərini  oxuyub  təhlil  edib, 

lakin  həmin  əsərin  müəllifinin  gizli  saxlamağı  üstün 

tutubdur.  Onlardan  biri  məşhur  italyan  coğrafiyaşünası 

Paolo  Toskanelli  idi.  O,  alimin  tərtib  etdiyi  “Zic  İlxani” 

əsərini əldə etmiş, həmin materialdan lazımi qədər istifadə 

edəndən  sonra  mənbəni  hər  zaman  öz  həmkarlarından 

gizlətməyə çalışmışdır.  Bu haqda ətraflı məlumatı mən bir 

qədər sonra verəcəyəm. İndi isə Tusi haqqında məlumatları 

qısa şəkildə yekunlaşdırmaq yerinə düşərdi. 

Tusi  hələ  cavan  yaşlarından  Azərbaycanda  astronomiya 

elminə  xidmət  edərək  rəsədxananın  tikilişi  barəsində 


                                                     

 

  



                                                                            

                                                    

114 

fikirləşirmiş.  Sadəcə  olaraq,  həmin  ideyanı  həyata  keçir-



mək üçün qüvvətli, nüfuzlu və varli bir himayədar tapmaq 

lazım  idi.  Yarım  əsr  yaşadıqdan  sonra  alim  belə  bir 

himayədar tapmağa  müvəffəq olmuşdur. Bu  adam qüdrətli 

Hülaku  xan  idi.  Bağdad  alınan  kimi,  Tusinin  Hülaku 

xandan icazə istəyib işə başlaması da bunu  sübut edir. Bir 

ildən  də  az  müddətdə  o,  tikiləcəyi  yeri  müəyyənləşdirir, 

eyni  zamanda,  astronomik  cihazlar  hazırlayır,  müxtəlif 

şəhərlərdən  burada  yaradılacaq  kitabxana  üçün  qiymətli 

kitablar  gətizdirir  və  rəsədxanada  araşdırmalar  aparmaq 

üşün  dünyanın  bir  çox  ölkələrindən  alimlər  dəvət  edir.  O, 

özü  “Zic  İlxani”  əsərində  bu  barədə  belə  yazır:  “Hülaku 

xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən 

alimləri  çağırmağı  tələb  etdi:  Dəməşqdən  Müəyyidəddin 

Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəd-

din İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini”. 

Digər  qaynaqlardan  isə  dövrün  ən  tanınmış  alimləri 

Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi 

Buxari,  Fao  Mun-Çi  və  digərlərinin  də  Marağa 

rəsədxanasında çalışdıqları məlum olur. Adı çəkilən alimlər 

Marağa  rəsədxanasında  işləməklə  yanaşı  Tusinin  yanında 

bir  növ  elmi  praktika  keçərək  öz  biliklərini  artırırdılar. 

Elmi-tədris  ocağını  xatırladan  həmin  rəsədxa-nadan  çıxan 

hər  bir  mütəxəssis  öz  vətənlərinə  qayıdandan  sonra 


                                                     

 

  



                                                                            

                                                    

115 

diyarlarında  ən  bacarıqlı  və  təcrübəli  alim  kimi  müstəqil 



şəraitdə fəaliyyət göstərmişdilər. 

Burada  bir  məsələyə  toxunmaq  vacib  olardı.  Azərbay-

canın  görkəmli  siyasi  xadimi  və  tarixçisi  Rəşidəddinin  öz 

salnamələrində  yazdığına  görə  həmin  dövrdə  Cəmaləddin 

Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin 

o,  bu  tapşırığın  öhdəsindən  gələ  bilməmişdi.  Nəhayət, 

Cəmaləddin  Çin  alimi  Fao  Mun-Çi  ilə  birlikdə  Marağaya 

gəlib,  Tusi  ilə  məsləhətləşmələr  apardıqdan  və  rəsədxana 

tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən 

sonra Pekində də işlər başa çatdırılır. 

Ç.  Qacar  bu  haqda  yazır:  “Azərbaycanın  ən  görkəmli 

dühalarından  biri  Nəsirəddin  Tusi  Hülaku  xana  məsləhətçi 

təyin  edilir.  Hələ  bundan  da  qabaq  böyük  alim  kimi 

Nəsirəddinin şöhrəti Pekinə gəlib çatmış və onu möhtəşəm 

bir  mərkəz  kimi,  düşünülmüş  rəsədxananın  tikintisinə 

kömək  etmək  üçün  paytaxta  dəvət  etmişdilər.  Tusi  isə 

Pekinə getməkdən imtina etmiş və Hülaku xanı rəsadxana-

nın  ilk  növbədə  imperiyanın  deyil,  İlxanilərin  paytaxtında 

Marağada tikilməsinin vacibliyinə inandırmışdı”.

1

 



                                                 

            1

 Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri. 

Bakı, “Nicat”, 1997. səh. 129 



                                                     

 

  



                                                                            

                                                    

116 

Hülaku  xanın  tarixdə  keçdiyi  yol  bir  çox  tədqiqatçılar 



üçün  maraqlı  olduğundan,  onun  dövrü  fəaliyyəti  diqqət 

mərkəzində olub. 

O,  Çingiz  xanın  sevimli  nəvələrindən  biri  olmuşdu. 

Bütün  ömrüboyu  köçəri  həyat  sürmüş  Hülakunun  ən 

sevimli əyləncələri şahin və pusqu ovlarına çıxmaq, böyük 

ziyafətlər  təşkil  etmək  idi.  Gözəl  mallara  olan  həvəs  onun 

istəyinə  çevirilmişdi.  O,  nəinki  Çingiz  xanın  hərbi  məktəb 

sənətinə  yiyələnmiş,  həm  də  həmin  sənəti  düşmən 

əhatəsində öz şəxsi marağı üçün istifadə etməyi bacarırdı. 

Rəşidəddinin  sözlərinə  görə  Hülaku  xan  elmləri  çox 

sevir  və  sarayında  alimləri,  müdrik  adamları  saxlamağı 

xoşlayır və onların biliyindən istifadə edərdi. 

Hülaku xanın xüsusiyyətində mərdlik, zəhmlilik və qəd-

darlıq xeyli  seçilir, lakin ona  yaltaqlanmağı xeyli xoşlayır-

dı...  Dostlarına  qarşı  ürəyiaçıq,  düşmənlərinə  qarşı  isə  çox 

rəzil, mali-mülkə hərisli olan Hülaku xan belə bir rəngarəng 

fiqur idi.

1

 



Hülaku  xan  Çin  dövlətinin  hökmdarı  Xubilay  xanın 

qardaşı  idi  və  həmişə  də  nüfuzlu  və  qüdrətli  hökmdarın 

yanında böyük hörmətə malik idi. Tusi çox yaxşı bilirdi ki, 

Xubilay  xan  öz  qardaşının  sözündən  çıxmayacaq  və  məhz 

                                                 

          1

  Л.  В.  Строева.  Государство  Исмаилитов  в  Иране  в  XI-XIII  вв. 

Москва, «Наука», 1978. стр. 243 



                                                     

 

  



                                                                            

                                                    

117 

buna  görə  də  əmin  idi  ki,  Hülaku  xan  möhtəşəm  rəsad-



xananın  Azərbaycanda  tikilməsi  razılığını  öz  qohumundan 

alacaq. Razılıq almaqdan əlavə bu sahədə işləyən mütəxəs-

sislərin  Çindən  Azərbaycana  gətirilməsi  vacib  idi.  Hülaku 

xan  bu  məsələ  barəsində  qardaşına  müraciət  edir  və 

astronomiya  sahəsində  lazımi  qədər  təcrübəsi  olan  cavan 

alim Fao Mun-Çi Azərbaycana gəlməli olur. 

Tusi bu məsələdə bir növ peşəkar diplomat kimi hərəkət 

etmişdi. Nəhəng imperiyanın (Yuan) hökmdarı Xubilay xan 

möhtəşəm  bir  rəsədxananın  Çində  tikilməsini  istədiyi  bir 

vaxt  məhz  Azərbaycanda  tikilir.  Əlbəttə,  rəsədxananın 

tikintisinə  külli-miqdarda  pul  sərf  olunmalı  və  heç  kim  də 

əvvəlcədən  zəmanət  verə  bilməzdi  ki,  həmin  rəsədxana 

necə fəaliyyət göstərəcək. İmperiyanın hüdudlarında tikilə-

cək elm ocağının astronomiya elminə keyfiyyət baxımından 

müsbət təsir etməsi, bu işə sərmayə buraxan hər bir adamı 

möhkəm  narahat  etməli  idi.  Xubilay  xan  öz  qardaşının 

xahişini  yerinə  yetirəndə  nə  etdiyini  çox  yaxşı  bilirdi. 

Hülaku xanın verdiyi sərmayənin hesabına – 20 min dinar – 

Azərbaycanda  tikiləcək  rəsədxana  keyfiyyət  baxımından 

necə inşa  ediləcək və onun fəaliyyəti hansı  yönümdə qane 

etsə, onda o, da belə bir rəsədxananın Çində tikilməsinə səy 

göstərəcək və bunun üçün ən təcrübəli mütəxəssisləri məhz 

Azərbaycandan gətirəcəkdir.  


                                                     

 

  



                                                                            

                                                    

118 

Xubilay  xan  anlayırdı  ki,  Marağada  rəsədxana  işə 



salınandan sonra həmin elmi ocağın nəzdində astronomiya, 

riyaziyyat, həndəsə, coğrafiya elmini inkişaf etdirmək üçün 

mütəxəssislər  hazırlanacaq.  Belə  olan  halda,  gələcəkdə 

Çində tikiləcək rəsədxananın işlədilməsi üçün Azərbaycan-

dan  gətirdiləcək  mütəxəssislər  əsas  işlərin  öhdəsindən 

gəlməlidirlər.  Əlbəttə,  Tusi  məktəbinin  yetirmələri  nəinki 

Çində  və  Azərbaycanda,  ümumiyyətlə,  dünyanın  hər  bir 

yerində fəaliyyət göstərməli idilər. 

Artıq  həmin  dövrdə,  Azərbaycan  özünün  bütün  Yaxın 

Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyət-

ləri  Mühəmməd  Babakuhi  Bakuvi,  Şihabəddin  Əbuhəfs 

Sührəvərdi,  Qətran  Təbrizi,  Əli  Xatib  Təbrizi,  Əfzələddin 

Xaqani  Şirvani,  Ömər  ibn  Osman  Kafiəddin  Şirvani,  Əcə-

mi  Naxçıvani,  Mahmud  Zəncani,  Şeyx  Nizani  Gəncəvi, 

Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və 

mədəniyyətə  böyük  üstünlük  verən  Hülaku  xan  da  müsbət 

fikirlər  eşitmişdi.  Adları  çəkilən  görkəmli  şəxsiyyətlərdən 

fərqli  olaraq,  Tusi  hərtərəfli  inkişaf  etmiş  adam  idi  və  öz 

biliyi  ilə  nəinki  dostlarını,  hətta  düşmənlərini  də  valeh 

etmişdi.  Hülaku  xan  ən  ağır  vəziyyətlərdə  belə,  başqa 

milliyətdən olan alimə bel bağlamışdı. Tusi həqiqətən də ən 

çətin  məqamlarda  və  çıxılmaz  vəziyyətlərdə  çox  ağıllı 

məsləhətlər  verirdi.  Onun  elə  bir  məsləhəti  olubdur  ki,  bir 


                                                     

 

  



                                                                            

                                                    

119 

neçə  yüz  il  qonşu  regionlara  meydan  oxuyan  böyük  bir 



imperiyanı  yer  üzündən  sildirərək  tarixin  səhifələrində 

dinamik bir dönüş yaratmışdı. 

Bağdad  Xilafəti  süqut  olandan  sonra  onun  yerində  heç 

bir  dövlət  yaranmadı,  sadəcə  olaraq  həmin  ərazi  İlxanilər 

dövlətinin  tərkibinə  daxil  olur.  Bağdadın  elm  və  mədəniy-

yət xəzinəsi başqa regionlardan olan alimlərin üzünə açılır. 

Bu tarixi prosesdə Tusi əvəzsiz rol oynamışdır. 

Dövləti  sülh  şəraitində  idarə  etmək  üçün  hökmdar 

zəkasına  etibar  etdiyi  Tusiyə,  dövlət  quruluşu  və  maliyyə 

sistemi barəsində kitab yazmağa həvalə edir. Həmin kitab-

da  elə  məqamlar  var  ki,  indiki  zamanda  o  öz  aktuallığını 

hələ də itirməyibdir. 

Xacə  Nəsirəddin  Mühəmməd  Tusi  cavanların  işsizliyi-

nin  məsələsinə  toxunaraq  yazmışdır:  “Əkinçilik,  ticarət, 

məhkəmə  və  s.  işlərlə  məşğul  olmayan  sağlam  və  çevik 

cavanları  işsiz  qoymurdular.  Orduya  ləyaqətli  olanlara 

silahdan istifadə etməyi öyrədib orduya cəlb edirlər. Yazıb-

oxumağa həvəsi olanlara yazmaq öyrədirdilər. Ümumiyyət-

lə, kim hansı işə layiq idisə, onu həmin işlə təmin edirdilər 

və işsiz qalmağa qoymurdular”. 

...  Tusi  büdcədə  işləyən  dövlət  qulluqçuları  və  məmur-

ların  da  qayğısına  qalaraq  padşaha,  belə  adamlara  təmin 

ediləcək miqdarda pul və məvacib verməsini tövsiyə etmiş-


                                                     

 

  



                                                                            

                                                    

120 

dir. O, yazır: “Belə olduqda dövlət məmuru padşah malını 



mənimsəməz, üzgörənlik etməz”.

1

 



Bundan  əlavə  onu  da  qeyd  etmək  istəyirəm  ki,  artıq 

Hülaku xan İran, Azərbaycan, Gürcüstan, İraq, Qızıl-İrmək 

çayına  qədər  Kiçik  Asiya,  Türkmənistan  və  Əfqanıstan 

daxil  olmaqla,  böyük  bir  regionu  əhatə  edən  “İlxanilər” 

dövlətini  yaratmışdı.  Regionda  qüdrətli  və  varlı  dövlət 

sayılan  Bağdad  xəlifəsi  birdəfəlik  darmadağın  edilmişdi. 

Səlcuq türklərinin başı isə Bizans imperiyasının torpaqları-

nın mənimsəməsinə qarışmışdı.  

Öz  iqamətgahını  Azərbaycanda  quran  Hülaku  xan 

işğalçılıq siyasətindən əl çəkərək, ömrünün qalan hissəsini 

yaratdığı dövlətinin idarəçiliyinə həsr etmişdi. 

Bağdad  üzərinə  hücum  vaxtı,  məhz  türk  döyüşçüləri 

birinci  olaraq  şəhərə  daxil  olmuşdular.  Onların  ardınca 

monqol döyüşçüləri Yaxın Şərqin ən böyük şəhərinin bütün 

küçələrini  nəzarət  altına  alıb  ən  möhtəşəm  binalarda  qarət 

və  talanlar  yaratdılar.  Neçə  əsr  böyüyən  və  inkişaf  edən 

Bağdad  bir  anlığa  xarabazarlığa  çevrilir.  Həmin  yürüşdə 

Hülaku  xanı  müşayiət  edən  Tusi  bir  çox  qırğınların, 

alimlərin, qocaların, qadınların və uşaqların qətlinin qarşısı-

                                                 

        

1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 



yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor M. N. Seyidovun məruzəsi, səh. 210 



                                                     

 

  



                                                                            

                                                    

121 

nı  almışdı.  Alim  minlərlə  günahsız  adamları  məhvdən 



qurtarmış və bu hadisə bir fakt olaraq tarixə düşübdür. 

Lakin elə siyasətçilər olurdu ki, Bağdadın alınmasını və 

Abbasi  xilafətinin  devrilməsini  ən  qatı  qətl  kimi  qələmə 

almışdı: “Hülaku İrandan, əvvəlcə istədiyi kimi Konstanti-

nopola  deyil,  axırıncı  Bağdad  xəlifəsi  Abbasi  Müstəsimin 

üstünə  getdi,  son  dövrdə  ali  mülki  hökumət  bu  qoçaqların 

əlinə  keçmişdi,  amma  Bağdadda  mübarizə  davam  edirdi, 

tez-tez qanlı toqquşmalar olurdu və s. 

1258-ci  ilin  fevralında  onun,  (Hülaku  xanın  –  R.  D.) 

sərkərdəsi  Baqu  hücum  nəticəsində  Bağdadı  alır.  Kəsib-

doğrama  40  gün  davam  edir:  Bağdad  şəhərinin  istehkam-

ları,  qüllələri,  darvazaları  dağıdıldı,  gözəl  binalar  və  elmi 

kolleksiyalar  odlandı.  ...500  il  müddətində  müsəlman 

dünyası  üzərində  davam  edən  Abbasilər  nəslinin  ruhani 

ağalığının sonu belə oldu”. 

Əlbəttə, K. Marks Bağdadın alınmasını şişirdilmiş şəkil-

də  göstərmək  istəmişdi.  Həqiqətdə  isə  belə  olmamışdı. 

Düzdür,  monqolların  işğalı  zamanı  şəhərdə  böyük  dağın-

tılar  və  qırğınlar  baş  vermişdi.  Lakin  qısa  bir  müddətdən 

sonra  Hülaku  xan  Tusi,  Cüveyni  kimi  müdrik  adamların 

məsləhəti  ilə  şəhərdəki  xaosu  aradan  qaldırmış  və  oradakı 

vəziyyəti tam nəzarət altına almağa müvəffəq olmuşdur. 



                                                     

 

  



                                                                            

                                                    

122 

Əfqan alimi Sərv Quya Etimadi yazırdı: “O, (Nəsirəddin 



Tusi  –  R.  D.)  Bağdad  dağılandan  və  xilafət  süqut  edəndən 

sonra  bacardığı  qədər  adamların,  elmə  və  ədəbi  əsərlərin 

nicatı  uğrunda  çalışmışdır...  ...Əgər  Xacənin  misilsiz  səyi 

olmasaydı,  Bağdadda  baş  vermiş  bu  dəhşətli  tufan  və  qan 

dolu  fəlakətdən  heç  bir  elmi-ədəbi  nümunəni,  misilsiz 

əsərləri xilas etmək olmazdı. Olan-qalanı da bu tufan məhv 

edəcəkdi”. 

Bəzi  tarixçilər  Bağdadın  işğal  olmasını  Tusinin  qisasçı-

lıq  prinsipindən  yarandığını  göstərmək  istəyirlər.  Guya 

onun “Əlamut” qalasında keçirdiyi 20 illik dustaq həyatın-

da  Bağdad  Xəlifəsinin  böyük  günahı  vardı.  Belə  rəvayət 

edirlər  ki,  Tusi  Kuhistanda  qonaq  olarkən  Bağdad  xəlifə-

sinə bir qəsidə ithaf edib ona göndərir. Bu isə xəlifənin baş 

vəziri ibn Əlqəminin tərəfdarlarının əlinə düşür. Qəsidə ilə 

tanış  olan  vəzir  alimin  təhlükəli  rəqib  hesab  edərək,  onun 

həbs edilməsi əmrini göndərir. 

Yuxarıda göstərilən rəvayət Bağdad xəlifəsi Müstəsimin 

şəxsiyyətinə  xələl  gətirməməkdən  ötrü  islam  tarixçiləri 

tərəfindən  düzəldilmişdir.  Lakin  bütün  bunlara  baxmaya-

raq nə Nəsirəddin Möhtəşəm, nə də ki, ibn Əlqəmi Tusinin 

qəzəbinə düçar olmuşdular. Halbuki hamı çox yaxşı bilirdi 

ki,  azərbaycanlı  alim  öz  kamil  zəkası  ilə  Hülaku  xanın 

yanında böyük hüsn-rəğbət qazanmış bir şəxs idi. 


                                                     

 

  



                                                                            

                                                    

123 

Faktiki olaraq döyüşlər gedən zaman vəzir əl-Əlqəmi və 



nəsrani patriarxı xəlifə Müstəsimə xəyanət etmiş və təslim 

olmaq üçün onu razı salmışdılar. Bundan əlavə məhz xəya-

nət  nəticəsində  monqollar  gizlin  saxlanılan  ləl-cəvahiratla, 

daş-qaşla,  qızıl  ilə  dolu  olan  xəzinənin  yerini  öyrənmiş  və 

on gündən sonra xəlifəni Abbasi nəslinə mənsub olan bütün 

kişi xeylaqları ilə birlikdə edam edirlər.  

Birdəfəlik sübut olunub ki, Tusi humanist və rəhmdil bir 

şəxsiyyət  olubdur.  O,  heç  vaxt  qisasçılıq  prinsiplərinə 

söykənməmişdir.  Bunun  üçün  əyani  sübut  aşağıda  göstəri-

lən tarixi hadisədir: 

Monqollar  Bağdadı  işğal  edəndə  təqibdən  gizlənənlər-

dən  biri  Tusinin  yaxşı  tanıdığı  xəlifənin  vəziri  ibn  Hacib 

idi.  Hələ  cavan  yaşlarında  alim  “Əhli  beyt”  haqqında 

yazdığı  əsəri  xəlifəyə  təqdim  etmək  üçün  Bağdada  gəlir. 

Kitabı  nəzərdən  keçirən  vəzir  öz  narazılığını  bildirir  və 

xəlifənin yanında Dəclə çayına atır.  

Tusinin  dost-tanışları  ibn  Hacibi  kitabın  aqibəti  kimi, 

Dəclə  çayına  atmağı  məsləhət  görürlər.  Lakin  alim  öz 

humanistliyini  nümayiş  elətdirərək,  vəzirə  yaxşılıqdan 

başqa bir şey etmir.

1

 

Tusinin  xasiyyəti  təbiətən,  istər  dustaq  həyatı  keçirən 



zaman, istərsə də Hülaku xanın sarayında  yüksək vəzifəyə 

                                                 

     1

 A. Məmmədov. Hökm və hikmət. Bakı, “Qafqaz-LTD”, 2002. səh.158 



                                                     

 

  



                                                                            

                                                    

124 

qalxan zaman, dəyişməz olub. Artıq tarixdən məlumdur ki, 



Bağdad  işğal  olunandan  sonra  o,  yüzlərlə  insanın  həyatını 

ölümün  pəncəsindən  qurtarıb,  onalrın  içərisində  zəmanəsi-

nin tanınmış adamları da az olmamışdır. Siyasi baxışlarına 

görə  repressiyanın  təqiblərinə  məruz  qalan  adamlar  çox 

hallarda  haqq-ədalət  tərəfdarı  sayılan  Tusidən  kömək 

istəyirlərmiş.  O,  isə  öz  növbəsində  bir  başa  Hülaku  xana 

müraciət edərmiş. 

 

 



 

 

 



                             İnsan həyatın dalğa və fırtınalarına sinə    

                                 gərə bilmək üçün dəniz sahilindəki  

                                     qayalar kimi möhkəm olmalıdır. 

                                                    Bencamin Franklin 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin