Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

Regiomontan” adlı əsərini nəşr elətdirir. Bir çox mütəxəs-

sislərin fikrincə, bu əsər triqonometriya tarixinə dair yazıl-

mış əsərlər arasında mühüm yer tutur. Həmin əsərdə müəl-

lif olduqca, obyektiv  olmağa çalışsa da, o,  bu  obyektivliyi 

axıra qədər saxlaya bilmir. 

İş  ondadır  ki,  həmin  əsərdən  alınan  nəticə  vicdanlı  və 

namuslu  riyaziyyat  tarixçilərinin  ürəyindən  ola  bilməzdi. 

Braunmühl belə bir nəticə əldə edir: həm Nəsirəddin, həm 

də  Regiomontan  triqonometriya  sahəsində  ən  nüfuzlu 

alimlər  olmuşlar  və  Regiomontananın  Nəsirəddin  tərəfin-

dən görülən işlərdən xəbəri olmamışdı və buna görə də, o, 

triqonometriyanın banisi sayılmalıdır. 

H. Məmmədbəyli də fransız riyaziyyat tarixçisi Motüklo 

ilə  həmrəy  olduğunu  bildirərək  öz  əsərində  qeyd  edir: 

“Nəsirəddin  Tusinin  “Şəklül  qita”  əsəri,  Marağa  rəsəd-

xanasında tərtib olunmuş triqonometrik funksiyalar cədvəli 

və  sonralar  bu  cədvəlin  Uluqbəy  rəsədxanası  astronomları 

tərəfindən  yenidən  işlənib  tərtib  olunması  onu  göstərir  ki, 

Avropada  XV  əsrdə,  doğrudan  da,  Regiomontan  və  onun 


                                                     

 

  



                                                                            

                                                    

227 

kimi bir çox riyaziyyat alimləri triqonometriya sahəsində öz 



şərq sələflərinə nisbətən çox az yeniliklər etmişlər”.

1

 



Əlbəttə,  belə  bir  fakt  ilə  razılaşmaq  olmaz.  Yuxarıda 

qeyd edildiyi kimi Marağa rəsədxanasında Tusinin rəhbər-

liyi  altında  hazırlanmış  triqonometrik  funksiyalar  cədvəli 

öz  dövrü  üçün  həddindən  artıq  böyük  bir  yenilik  təşkil 

edirdi. Reallığı nəzərə alaraq, etiraf etməliyik ki, XIII əsrdə 

Azərbaycanda  yaşayıb  fəaliyyət  göstərmiş  alimlər  triqono-

metriya sahəsində dünya əhəmiyyətli işlər görmüşdülər. 

Məhz  Marağadakı  alimlərin  vasitəsilə  Avropaya  yolla-

nan  alimlər  həmin  elmi  Qərbdə  yaymağa  başlamış  və  bu 

sahədə  Avropa  alimlərinin  yetişdirilməsində  mühüm  rol 

oynamışdılar. 

Sonrakı  illərdə  triqonometriyanın  inkişafı  Uluqbəy 

rəsədxanasının və Avropa alimlərinin səyi nəticəsində artsa 

da,  onlar  Marağa  rəsədxanasında  işləyən  alimlər  kimi 

yüksək  səviyyəli  peşəkar  alim  sayıla  bilməzdilər.  Çünki 

Azərbaycanda  fəaliyyət  göstərən  alimlər  elmin  bir  neçə 

sahəsi  ilə  maraqlanmış  və  həmin  sahələr  üzrə  bir  çox 

yeniliklər və kəşflər əldə etmişdilər. 

Braunmühl  bu  barədə  belə  yazırdı:  “Bu  vaxta  qədər  bu 

məsələlərin  qoyuluşu  və  həlli  üsulunun  prioriteti  məhz 

                                                 

           1

  Ф.  Г.  Максудов,  Г.  Дж.  Мамедбейли.  Мухаммед  Насирэддин 

Туси. Баку, «Гянджлик», 1981. стр. 54 



                                                     

 

  



                                                                            

                                                    

228 

Regiomontana  aid  hesab  olunurdu.  Amma  bunların 



Nəsirəddinin  əsərlərində  olması  heç  də  onun  xidmətini 

azaltmır.  Çünki  yuxarıda  təkrarən  qeyd  olunduğu  kimi  bu 

iki şəxsin əsərləri arasında heç bir əlaqə olmamışdır”. 

Braunmühl  iddia  edir  ki,  sferik  triqonometriyaya  aid 

olan bəzi teoremlər Ptolemeyə məlum idi və Regiomontan 

məhz yunan aliminin köməyindən istifadə etmişdi. Halbuki 

alimlər  müəyyən  ediblər  ki,  sferik  triqonometriyaya  aid 

olan heç bir funksiya nəinki Ptolemeyə, hətta qədim yunan 

alimlərinin heç birisinə məlum olmamışdı.

1

 



Göründüyü kimi Qərb alimləri müəyyən səbəblərə görə, 

əsl həqiqətləri üzə çıxarmaqdan boyun qaçırırlar. Hətta iş o 

yerə  gəlib  çatır  ki,  onlar  Regiomontanın  olmazın  “elmi 

nailiyyətlərini” daha da şişirtmək üçün  yanlış  fikirlər orta-

ya atırlar. 

Riyaziyyat  tarixini  dərindən  mənimsəmək  istəməyən 

sovet  alimi  V.  P.  Şeremetyevski,  hətta  tq.  funksiyalarının 

kəşf  edildiyini  Regiomontanın  ünvanına  yazmağa  cəhd 

göstərir. Onun səhv qeydlərini sözsüz ki, ciddi qəbul etmək 

olmaz.  V.  P.  Şeremetyevski  bu  haqda  yazır:  “Avropada 

riyaziyyat  sahəsində  ilk  müvəffəqiyyətlər  triqonometriya-

dır.  Bu  da  aydındır,  çünki  triqonometriya  əvvəlki  kimi 

                                                 

        


1

  H.  C.  Məmmədbəyli,  M.  Haşımzadə.  “Şəklül  qita”nın  riyaziyyat 

tarixində əhəmiyyəti. Az.SSR. EA. Xəbərləri, 1951. №8  


                                                     

 

  



                                                                            

                                                    

229 

astronomiyanın  əsas  hissəsi  hesab  olunurdu.  Astronomiya 



isə  XIV  əsrdə  astrologiyanın  himayəsində  ola-ola,  həyat 

əlamətləri göstərməyə başlamışlar... 

Regiomontan bu metodoloji müvəffəqiyyətlərdən başqa, 

elmin  mahiyyətinə  yeni  triqonometrik  funksiyanı,  yəni, 

sonralar  (XVII  əsrdə)  tanges  adını  alan  funksiyasını  daxil 

edir”. 


Başqa  Avropa  alimi  F.  K.  Keçori  də  obyektiv  fikirdən 

uzaq  olaraq  bildirmişdi  ki,  “Bradvardinə  və  başqa  ingilis 

alimlərinə triqonometriya haqqında ilk dəfə yazan yazıçılar 

kimi  əsaslanırlar.  Onların  əsərlərindəki  triqonometriyaya 

aid olan yazılar ərəb mənbələrindən götürülmüşdür. 1340-cı 

ildə  Oksford  universitetinin  professoru  Con  Modis  (Yahn 

Maudith)  itvça  (tangens)  haqqında,  Bradvardin  isə  itvça 

recta  (kotanges)  və  itvça  Versa  (tangens)  haqqında 

yazmışdı. 

Biz burada yeni funksiya ilə rastlaşırıq. Hinduzlar sinu-

su,  sinus  verzusu,  kosinusu;  ərəblər  tangesi,  ingilislər  isə 

kotangensi tətbiq edirlər.

1

 

Şeremetyevski,  Keçori  və  başqa  alimlər  bu  cür  qərəzli 



fikirlər söyləməklə, onlar bu sahədə, tam olaraq axıra qədər 

tədqiqatlarını  aparmamışdılar.  Onlar  əsassız  olaraq  riyazi 

                                                 

           1

  Ф.  Кечори.  История  элементарной  математики.  Одесса,  1917. 

стр. 147 



                                                     

 

  



                                                                            

                                                    

230 

triqonometriyanı  Avropa  alimlərinin  adı  ilə  bağlayırdılar. 



Halbuki  bu  sahədə  Şərq  alimləri  böyük  işlər  görərək, 

avropalıları bir neçə yüz il qabaqlamışdılar. 

H.  Məmmədbəyli  qətiyyətlə  bildirir  ki,  göstərilən  fakt 

düzgün  deyildir.  O,  yazır:  “Əbül  Vəfa  Buzcani  X  əsrdə 

tangens, kotangens, sekans və kosekans anlayışlarını hazır-

da işlədiyi  mənada vermişdi. Əbül Vəfa tangensi-zill (köl-

gə), kotangensi-zil tamam (kölgə tamamlayıcısı) sekans və 

kosekansı-uyğun  qövslərin  diametri  deyə  adlandırmışdır. 

Nəsirəddin  bu  məsələni  öz  əsərində  o  qədər  aydın 

yazmışdır  ki,  bu  barədə  heç  bir  şübhəyə  yer  qalmır”. 

Nəsirəddin yazır: “Bu şəkli (yəni, tangenslər teoremini – H. 

Məmmədbəyli)  icad  edərək  meydana  atmaqda  birincilik 

Əbül Vəfa Əlbuzcaniyə aiddir.  

Bu  əyani  sübutdur  ki,  Avropa  alimləri  bilərəkdən  40  il 

ömür  sürmüş  Regiomontananın  riyaziyyat  sahəsində 

fəaliyyətini  şişirtmiş  və  onu  triqonometriyanın  banisi  kimi 

qələmə  verməkdən  çəkinməmişdilər.  Mən,  Braunmühlin 

hansı  mövqedən çıxış etdiyini başa düşürəm.  Guya Regio-

montan Tusinin yazdığı, əsəri ilə tanışlığı olmadan, müstə-

qil şəkildə triqonometriyanın əsasını qoymuşdur. Buna əsas 

odur  ki,  o  ərəb,  dilində  oxumağı  bacarmamışdı.  Lakin 

sonrakı tədqiqatlar bunu əksindən xəbər verir. Bununla biz 

bir qədər aşağıda tanış olacayıq.  


                                                     

 

  



                                                                            

                                                    

231 

Şəxsən mən bildirmək istəyirəm ki, istər Avropa, istərsə 



də  Şərq  alimləri  Yaxın  Şərqdə  fəaliyyət  göstərmiş, 

astronomiya  və  riyaziyyat  sahələrində  böyük  elmi 

nailiyyətlərlə  məşhurlaşan  alimlərin  əsərləri  ilə  tanışlığı 

olmadan XIV-XV əsrlərdə triqonometriya sahəsində heç bir 

elmi  əsər  yaza  bilməzdi.  Regiomontanın  az  ömür  sürməsi 

də buna imkan vermirdi. 

 

 

 



 

                                          İnsana ən böyük mükafatı da,  

                                      cəzanı da onun öz vicdanı verir. 

                                                      Mahatma Qandi 

 

             



Nəsirəddin Tusinin kəşfinin  

Regiomontan tərəfindən mənimsənilməsi 

 

Millətlər,  dövlətlər  və  din  arasında  heç  bir  fərq  görmə-

yən  bəzi  Avropa  alimləri  bir  çox  tarixi  proseslərə 

realistcəsinə  yanaşaraq,  həqiqəti  öz  yazılarında  əks 

elətdirməyə  məcbur  olmuşdular.  Şərq  dünyasında  eyni  bir 

zamanda  inqilabi  sıçrayış  edən  Çin,  Hind,  Türk,  Ərəb  və 

Fars  elmi  və  mədəniyyəti  aqil,  kamil  insanların  heyran 


                                                     

 

  



                                                                            

                                                    

232 

etmişdi.  Bəzilərini  isə  türk  sivilizasiyası  həddindən  artıq 



təəccübləndirmişdi. 

Avropaya nisbətən türk sivilizasiyası başqa sahələrdə də 

həddindən artıq inkişaf səviyyəsinə çatmışdı. Türk mühən-

disləri,  varlı  türk  tacirlərinin    maliyyəsi  sayəsində,  XII 

əsrdə  dünyanın  möcüzələrindən  biri  sayılan  yeraltı  xətlər 

akveduku (uyqur dilində “kareze”) layihələşdirərək, sonra-

dan isə inşa ediblər, hansı ki, indiyədək istismardadır.   

Qərbi  Çindəki  Sintezyan  və  Qobi  səhralarından  keçən 

həmin xəttin uzunluğu Böyük Çin səddinin uzunluğu qədə-

rdir  (yalnız  Türfan  vahəsi  istiqamətindəki  xətt  3000  km-

dir). 

Öz  heyrəini  gizlədə  bilməyən  professor  S.  Klatsko-



Rındziun  yazır:  “Bu  gözəl  sivilizasiya  ticarət-maliyyə 

əlaqələrinin  və  mühəndis-tikinti  nailiyyətlərinin  yaranma-

sını  tərənnüm  edirdi.  Bunun  tərkibində  türk  mühəndis 

sənəti  və  türk  dilləri,  çin  və  hind  malları  (məsələn,  həmin 

dövrdə  1  kq.  ipək  parça,  1  kq.  qızıl  qiyməində  idi),  fars 

mədəniyyəti və şəhərsalması, Aristotel daxil olmaqla yunan 

və  ərəblərin  elmi  nailiyyətləri,  beynəlxalq  münasi-bətlərin 

inkişafı,  o  cümlədən,  ərəblərin  xüsusiyyətində  olan  qul 

alveri  və  əlbəttə  ki,  monqolların  hərbi-texniki  avadanlığı 

vahid  şəkildə  bir-biri  ilə  cəmləşmişdi.  Sonuncu  amil... 



                                                     

 

  



                                                                            

                                                    

233 

Marko  Polonun  (o,  öz  səlnamələrində  Azərbaycan-da 



olduğunu qeyd etmişdi) özünü valeh etmişdi.  

Son  400  ildə  baş  verən  sosial  və  siyasi  kataklizmalar 

Avropa  müstəmləkəçiliyi  tərəfindən  sərt  təzyiq,  İndonezi-

yadan  tutmuş  Nigeriyaya  qədər  Afrikadakı  və  Asiyadakı 

bütün  İslam  dövlətlərinin  zəifləməsinə  gətirib  çıxarmışdı. 

Həm də bu prosesə Şərqin orta əsr alimlərinin öz əsərlərini 

ərəb dilində (bəzən isə fars dilində) yazmaları böyük təkan 

vermişdi. Həmin  dillər ticarət, elm və ədəbiyyat sahəsində 

ümummilli  ünsiyyət  forması  kimi  ümumqəbul  edilmiş 

vasitə sayılırdı.  

Hələ əl-Xorezminin və  Avitsennanın (Əbu Əli  İbn-Sina 

–  R.  D.)  əsərləri,  XII-XIII  əsrlərdə  Parisin  Sarbonna 

universitetində,  ətraflarında  qruplaşdıran  Albert  Maqnusun 

və  Müqəddəs  Foma  Akvinskinin  masalarının  üstünə 

düşməmişdən  əvvəl,  ərəb  dilindən  latın  dilinə  tərcümə 

edilmişdi.  Həmin  tərcümələrdən  bəzisi,  1085-ci  ilə  qədər 

Kordovanın  müsəlman  xəlifəsinə  məxsus  olan  Toledodakı 

yəhudi dili Məktəbində olunmuşdu. Məlumdur ki, İspaniya 

8  əsr,  VIII  əsrdən  XV  əsrə  kimi  ərəb  işğalçılarının  əsarəti 

altında olmuş və türk xalqlarının mədəniyyət elementlərini 



                                                     

 

  



                                                                            

                                                    

234 

qəbul  edərək,  Avropada  Şərq  sivilizasiyasının  əldə 



olunmasında bələdçi və körpü rolunu oynamışdı”.

1

 



Avropa  alimləri  elmin  bir  çox  sahələrinə  açar  tapmaq 

üçün  əksər  hallarda  müsəlman  alimlərinin  əsərlərinə 

müraciət  edirdilər.  Sonrakı  əsrlərdə  isə  Tusinin  elmi  irsi 

Qərb alimlərinin müzakirə obyektinə çevrildi. 

Şərq ölkələrində, xüsusən də Azərbaycanda Tusinin fitri-

istedadı  sayəsində,  astronomiya  və  riyaziyyat  elmləri 

həddindən artıq yüksək səviyyədə inkişaf etmiş və Avropa 

alimləri üçün maraqlı olduğundan bir çox alimlərin əsərləri 

latın və  yunan dillərinə tərcümə olunurdu. Lakin bəzən də 

elə olurdu ki, avantüraya qovuşan bir neçə dırnaqarası alim, 

Şərq  alimlərinin  elmi  nailiyyətləri  əks  olunmuş  əsərləri 

mənimsəyərək  onları  tərcümə  etdirir  və  nəşr  zamanı  öz 

adlarına  buraxırdılar.  Tarixdə  nadir  olsa  da  belə  hallara, 

təəssüflər olsun ki, rast gəlinir.  

Məhmət  Sultan  öz  ordusu  ilə  Konstantinopolun  sərhə-

dinə  yaxınlaşanda  uzun  götür-qoydan  sonra  Bizans 

imperiyasının  paytaxtından  qiymətli  mədəniyyət  abidələri 

və  çoxsaylı  əlyazmalar  çıxarılıb  Apennin  yarımadasına 

aparıldı.  Bu  təxliyyədə  əsasən  venetsian  dənizçiləri  iştirak 

etdiyindən, əlyazmaların əksəriyyəti Venetsiyada sığınacaq 

                                                 

     


1

 Журнал Ассоциации искусственного интеллекта. Новости искус-

ственного  интеллекта.  С.  Клацко-Рындзиун.  Москва,  1993.  стр.  137-

138 


                                                     

 

  



                                                                            

                                                    

235 

tapır.  Onu  da  qeyd  etmək  istəyirəm  ki,  Konstantinopolun 



elmi ocaqları başqa iri şəhərlərdəki elmi ocaqları ilə yanaşı, 

həm  də  Marağa  rəsədxanası  ilə  də  müəyyən  əlaqənin 

olması haqqında bəzi tarixi sənədlər və göstərişlər vardı. 

 

        



 

          Regiomontan (İohan Müller) (1436-1476) 

                                                     

 

  



                                                                            

                                                    

236 

Artıq  sübuta  yetirilmişdir  ki,  Yaxın  Şərq  ölkələri  ilə 



yanaşı,  Bizans  imperiyasının  da  alimləri  Marağa  rəsəd-

xanasının  kitabxanasında  araşdırma  işləri  ilə  məşğul 

olmuşdular.  Hələ  XIV  əsrdə  Bizansdan  bir  neçə  alimlərin 

Marağaya  və  Təbrizə  gəlmələri  və  burada  olan  elmi  əsər-

ləri  ərəb  və  fars  dillərindən  yunan  və  latın  dilinə  tərcümə 

etmələri barəsində dəqiq məlumat vardı.  

Mən,  qısa  olsa  da  Avropada,  öz  zəmanəsində  astrono-

miya  və  riyaziyyat  üzrə  böyük  mütəxəssis  sayılan  alman 

tərcüməçi-alim  Regiomontan  (İohan  Müller)  (1436-1476) 

haqqında müəyyən fikirlər söyləməli olacağam. 

O, ilk təhsilini Leypsiq şəhərində almış, astronomiya və 

riyaziyyat elmlərinə olan həvəsinə görə, həmin dövrdə çox 

məşhur  olan  Vyana  universitetinə  yollanmışdır.  Həmin 

dövrdə  astronomiyanı,  bir  vaxtlar,  latınlaşdırılmış  Sakro-

bosko  soyadı  ilə  məşhurlaşan  Paris  universitetində  dərs 

vermiş, ingilis alimi Con Holivudun və ya Qalifaksın (təx. 

1256-cı ildə vəfat edibdir) “Sphaera mundi” (“Dünyanın 

təsviri”)  adlı  traktatı  ilə  öyrənirdilər.  Göy  sferasının 

sutkalıq dövretməsinin sadə fəsadlarından bəhs edən həmin 

traktatın tədrisinə beş həftə (həftədə 4 saat) vaxt ayrılırdı. 

Kitab  çapı  icad  olunandan  sonra  həmin  əsər,  astrono-

moyanın  öyrənilməsi  üçün  mətbəə  üsulu  ilə  çap  edilən 

(1472)  ilk  vəsait  syılırdı.  İki  əsr  ərzində  alimin  traktatı  65 



                                                     

 

  



                                                                            

                                                    

237 

dəfə  çap  edilmişdi.  Tələbələr  Alfonso  cədvəlləri  və  ona 



Sabionettadan  olan  italyan  alimi  Gerardo  tərəfindən  şərh 

yazılmış  “Theoretica  planetarum”-dan  (“Planetlərin 



nəzəriyyəsi”) ilin hər bir günündə planetlərin yerləşməsi və 

hərəkətinin  istiqamətini  müəyyənləşdirilməsi  ilə  məşğul 

olurdular. 

Beləliklə,  hazırlıq  fakültəsini  bitirən  birinci  dərəcəli 

bakalavr,  ilk  öncə  astronomiyanı  Sakroboskonun  traktatı, 

həndəsəni  isə  Evklidin  “Başlanğıc”nın  birinci  kitabı 

səviyyəsində  bilməli  idi.  Sonrakı  dərəcəni  almaq  istəyən 

tələbə  astronomiyanı  mükəmməl,  həndəsəni  isə  “Başlan-



ğıc”ın bütün beş kitabını öyrənməliydi.  

Bu  ondan  xəbər  verirdi  ki,  həmin  dövrdə  Vyana 

universitetindəki astronomiya ilə riyaziyyatın tədrisi, başqa 

universitetlərə nisbətən yüksək səviyyədə keçirdi. 

Orada  Regiomontan,  astronomiya  kursunda  mühazirə 

oxuyan  gənc  müəllim  Georq  Purbax  (1423-1461)  ilə  tanış 

olur  və  qısa  müddət  ərzində  onların  arasında  sıx  dostluq 

əlaqələri yaranır. 

G. Purbax bir neçə il (bəzi mənbələrə görə 1448-ci ildən 

1450-ci  ilə  qədər,  digərlərinə  görə  isə,  hətta  1453-cü  ilə 

qədər)  Almaniyada,  Fransada  və  İtaliyada  olmuşdur.  İtali-

yada  olarkən  o,  həmin  dövrün  görkəmli  alimləri  sayılan 

Nikolay  Kuzanski  və  Covanni  Byankini  yaxın  əlaqələr 


                                                     

 

  



                                                                            

                                                    

238 

yaratmışdı. Əlbəttə ki, Purbax həm astronom və riyaziyyat-



çı, həm də Regiomontanın müəllimi kimi tarixə düşübdür. 

Astronomiya  və  riyaziyyata  olan  həvəsi  bacarıqlı  tələ-

bəsində görən müəllim ona yunan dilini sərbəst öyrədir ki, 

lazım  olan  əsərləri  yunancadan  latın  dilinə  tərcümə  etsin. 

1461-ci  ildə  Purbax  vəfat  edir  və  Regiomontan  həmin  ildə 

Romaya  gedib,  orada  Ptolemeyin  “Almagest”  əsərinin  7 

məqaləsini latın dilinə tərcümə edib başa çatdırır. 

O,  1463-cü  ildə  Venetsiyaya  gedir  və  oradakı  qədim 

əlyazmalarla  tanış  olaraq,  bunlardan  bir  çoxunun  surətini 

çıxarır. 1461-1468-ci illərdə İtaliyanın bir çox kitabxanala-

rında, xüsusən də Vatikanda qədim əlyazmaların surətlərini 

əldə edərək Vyanaya qayıdır.

1

 

XV  əsrin  oratsında  Vyana  nəinki  “Müqəddəs  Roma 

imperiyasının” imperatorunun iqamətgahının mərkəzi, eyni 

zamanda  Mərkəzi  Avropanın  riyaziyyat  paytaxtı  sayılırdı. 

Vyana universiteti almandilli ölkələr arasında birincisi olsa 

da, həmin tədris ocağı 1119-cu ildə təməli qoyulan Bolonya 

universitetindən  250  il  il,  Praqankından  (1348)  17  il  və 

Krakov  (1364)  universitetindən  1  il  cavan  idi.  Amma  100 

ildən  az  bir  vaxtda  həmin  bu  universitet  Avropanın  ən 

böyük  tədris  ocaqlarından  birinə  çevrilmişdi  –  1450-1461-

ci  ci  illər  arasında  ildə  500  tələbə  qəbul  olmuş  və  ildə  isə 

                                                 

        

1

 А. Берри. «Краткая история астрономии». 1946. стр. 84 



                                                     

 

  



                                                                            

                                                    

239 

ümumilikdə  3000  tələbə  təhsil  (Vyana  əhalisinin  onda  bir 



sayı qədər) almışdı.  

Vyana sarayında Roma papasının səlahiyyətli nümayən-

dəsi  olan  italyan  humanisti  və  diplomatı  Enea  Silviyo 

Pikkolominin  (1458-ci  ildən  II  Piy  adı  altında  pontifik 

olmuşdur)  əzmkar  fəaliyyəti  sayəsində  sayəsində  Vyana 

universiteti  humanist  ideyalarının  təşəkkül  tapan  bir 

mərkəzə çevrilmişdi. 

Qeyd etmək lazımdır ki, burada ilk dəfə astronomiya və 

riyaziyyat  fənnindən  Qmundendən  olan  İohann  (anadan 

olub  təx.  1380-1385  - 1442)  tədris  keçmişdir.  Onu  alman-

dilli  ölkələrində  riyaziyyat  fənninin  ilk  peşəkar  pedaqoqu 

adlandırırlar. 

Regiomontan  Vyanada  macar  kralı  Matvey  Korvindən 

(Matias  Korvin)  orada  rəsədxana  və  mətbəə  tikdirməyə 

razılıq  alır  və  qısa  müddətdə  öz  istədiyinə  nail  olur.  O, 

1471-ci  ildə  Nürenberq  şəhərinə  gedərək,  orada  da  rəsəd-

xana  və  mətbəə  binalarının  əsasını  qoyur.  Məlumdur  ki, 

gənc  alim  rəsədxanaların  tikilişində  şərqdə  fəaliyyət 

göstərmiş  arxitektorlarının,  mühəndislərin  çertyojlarından 

və üslublarından istifadə etmişdi.   

1475-ci  ildə  Roma  papası  IV  Siqestin  dəvəti  ilə  Regio-

montan  təqvim  işini  həyata  keçirməkdən  ötrü  Romaya  ge-



                                                     

 

  



                                                                            

                                                    

240 

dir və bir ildən sonra orada vəfat edir. Rəvayətə görə o, ya 



öldürülür, ya da ki, vəba xəstəliyindən dünyasını dəyişir. 

Xüsusilə  qeyd  etmək  istəyirəm  ki,  Regiomontanın 

dövründə  astronomlar  ərəblərdən  götürülmüş  alətlərdən  – 

astrolyabiya,  trikvetr  (parallakt  xətkeş),  armill,  kvadrant, 

qradştoklardan, vaxtı ölçülməsinə görə Günəş,ulduz və Ay 

saatlarından istifadə etmişdilər.  

Regiomontan 1457-ci ildə „Quadratum geometricum” 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin