Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

(“Həndəsi kvadrat”) adlı cihazın təkmilləşdirilmiş forma-

sını  düzəldir,  halbuki  hələ  XI  əsrdə  yerölçmədə  həmin 

cihazdan istifadə edilmiş və adı çəkilən cihaz haqda fransız 

alimi Jan Linyerin 1322-ci ildə xüsusi qeyləri var. 

Təxminən həmin ildə Regiomontan Günəşin və ulduzla-

rın ölçüsünü təyin edən “Instrumenten amussis“ („Dəqiq 



alət“) adlı cihaz barəsində əsər yazır. Elə həmin vaxt o, yol 

saatlarının təkmilləşdirilməsi üzərində işləmişdir. 

Onun  1468-ci  ildə  latundan  düzəltdiyi  astrolyabiyası  bu 

vaxta qədər Nürnberqdə saxlanılır. 

Regiomontanın  ölümündən  sonra  onun  nürnberqli 

şagirdi B. Valter armillyar sferası düzəldir və ondan 1488, 

1504-cü  illər  arasında  Göy  cisimlərinin  müşahidəsində 

istifadə  etmişdi.  Armillyarın  köməyi  ilə  Nikolay  Kopernik 

1512-1541-ci  illər  arasında  astronomik  müşahidələr  apar-

mışdı.  Armillyarın  müxtəlif  konstruksiyalarının  təkmilləş-



                                                     

 

  



                                                                            

                                                    

241 

məsini Tixo Brage də həyata keçirmiş və onlardan səmərəli 



istifadə etmişdi.

1

  

Regiomontan  az  ömür  sürməsinə  baxmayaraq  Menela-

yın  “Sferika”,  Teoddosinin  “Kürələr”  və  s.  əsərləri  latın 

dilinə  tərcümə  edir.  Burada  maraqlı  detala  toxunmaq 

istərdim.  İsgəndəriyyəli  Menelayın  “Sferika”  əsəri  bizim 

günlərə kimi gəlib çatmayıbdır. Artıq erkən orta əsrdə Əbu 

Nəsr  ibn  İraqi  həmin  əsəri  yaxşı  vəziyyətdə  ərəb  dilinə 

tərcümə etmişdi. Çox güman ki, Regiomontan əsərin tərcü-

məsini (ərəb variantı nəzərdə tutulur) görmüşdü. Lakin ona 

riyaziyyat  və  astronomiya  elmlərindəki  böyük  şöhrəti 

müstəvi  və  kürəvi  triqonometriyaya  aid  olan  “Joannis 



Reqio Montanus. De triaquius pianis et srhericis lidev v. 

unae cürtabulus sinuum” əsəri gətirmişdir.  

Regiomontan  İtaliyada  bir  çox  əlyazmaların  tərcüməsi 

ilə  məşğul  olarkən,  1464-cü  ildə  bu  əsərini  başa 

çatdırmışdı, lakin həmin əsər 69 ildən sonra yəni, 1533-cü 

ildə  nəşr  edilmişdir.  Qəribəsi  odur  ki,  İtaliyada  alimlərin 

əsərlərinin  əlyazmalarının  surətlərini  çıxararkən  o,  həmin 

əsəri elə İtaliyada yazıb başa çatdırmışdır.  

1464-cü ilin aprel ayında Regiomontan Paduya şəhərinə 

gedir  və  orada  C.  Byankini  ilə  tanış  olur.  O,  Paduya 

                                                 

1

 

Ю. А. Белый. Тихо Браге. М.: Наука, 1982. 229 с.



 

                                                     

 

  



                                                                            

                                                    

242 

universitetində  Əl  Fərqaninin  yaradıcılığına  toxunaraq, 



riyaziyyat tarixində leksiyalar oxumuşdur. 

Orta  əsrlər  Avropa  alimlərinin  triqonometriya  ilə 

tanışlığı  antik  və  orta  əsrlər  Şərqinin  alimlərinin  əsərlərini 

ərəb dilindən latın dilinə tərcümə etməklə başlayır. Batdan 

olan  Adelard  1126-cı  ildə  əl  Xorezminin  əl  Məcrit 

tərəfindən  işlənilmiş  astronomik  cədvəli  tərcümə  etmiş  və 

bununla  da  Avropa  alimlərini  triqonometriyanın  ilkin 

anlayışı ilə tanış etmişdi. 



“Şəklül  qita”nın  riyaziyyat  elminin  inkişafındakı 

rolunun  nədən  ibarət  olduğunu  professor  Ağababa  Rzayev 

bu  cür  açıqlayır.  İlk  növbədə  bu  əsərdə  Tusi:  1.  Nisbətlər 

nəzəriyyəsini  ardıcıl  surətdə  inkişaf  etdirdi;  2.  Tam  dörd-

tərəfli deyilən fiqurun nəzəriyyəsini tamamlayır; 3. Müstə-

vi və sferik üçbucaqların həlli üsullarını müfəssəl şərh edir; 

4.  Birinci  olaraq,  sferik  polyar  üçbucaq  anlayışını  verir  və 

sferik  üçbucağın  üç  bucağına  görə  onun  tərəflərini 

toplamaq məsələsinin həllində bu anlayışı tətbiq edir.  

...  Məşhur  riyaziyyat  tarixçisi  Braunmühl  yazırdı  ki, 

“Nəsirəddinin  əsəri  həqiqətən  triqonometriyanın  sistemi 

adına  layiqdir,  çünki  onun  sələfləri  Əbül  Vəfa,  Əbu  Nəsr, 

əl-Biruni  və  başqaları  özlərinin  astronomiyaya  dair 

əsərlərinin  əvvəlinci  fəslində  triqonometrik  qaydaların 

siyahısını  və  onların  əsaslandırılmasını  göstərsələr  də,  hər 


                                                     

 

  



                                                                            

                                                    

243 

halda onlarda triqonometriya müstəqil əhəmiyyət kəsb edən 



bir elm kimi deyil, astronomiya üçün yardımçı bir elm kimi 

çıxış edirdi”. 

Başqa bir riyaziyyat tarixçisi Keçori yazırdı ki, “... tatar 

hökmdarları  hərbi  işğallarını  müvəqqəti  olaraq  dayandır-

dıqları vaxt Nəsirəddin  uzaq Şərqdə həm  müstəvi, həm də 

sferik  triqonometriyanı  əhəmiyyətli  dərəcədə  işləyib 

hazırlamışdı. Quter vəcdlə soruşur: Əgər XV əsrin Avropa 

alimlərinin  bu  tətqiqatlardan  xəbərləri  olsaydı,  triqono-

metriya sahəsində onların görəcəyi bir şey qalardımı?”

1

 



Tusinin  məhsuldar  tədqiqatçılarından  biri  H.  Məmməd-

bəyli  bildirir  ki,  Regiomontan  “De  trianqulus”  kitabının 

əlyazmasını hazırladığı zaman Tusinin ərəb dilində yazmış 

olduğu “Şəklül qita” əsərindən istifadə etməmişdi ki? Əgər 

bu  belədirsə,  onda  alim  ən  azı  ərəb  dilini  bilməli  idi.  Bir 

çox  Qərb  alimləri  Regiomontanın  ərəb  dilini  bilməsini 

inkar etsələr də, bu heç də həqiqətə uyğun deyil. 

“Dünya  astronomiyası”  ensiklopediyasında  göstərilir 

ki,    1537-ci  ildə  Nürenberqdə  latın  dilində  Əl  Fərqaninin 



“Astronomiyanın  əsasları”  “Alfraqanj  rudimen  ta 

astronomioe”  kitabı  nəşr  olunmuşdur.  Bu  əsərin  əlyaz-

ması  Melanxton  tərəfindən  Regiomontanın  əlyazmaları 

                                                 

     


1

 A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” 

İslam araşdırmaları mərkəzi, 1996. səh. 123-124. 


                                                     

 

  



                                                                            

                                                    

244 

içərisindən aşkar edilmişdi. Əl Fərqani məşhur özbək alimi 



olduğu halda, həmin kitabı yunan dilində deyil, ərəb dilində 

yazmışdı.  Ərəb  dilini  bilməyən  şəxs  həmin  dildən  kitab 

tərcümə edə bilərdimi? 

Elə həmin ildə Regiomontanın əlavələri ilə birlikdə latın 

dilində, Nürnberqdə Əlbəttaninin “Mohametis albeteni de 

Scienta Stellarum” kitabı işıq üzü görür. Bu kitabın vahid 

nüsxəsi vaxtilə Vatikan kitabxanasında olmuşdur. Məhz bu 

səbəbdən  F.  Maqsudovla,  H.  Məmmədbəyli  bildirirlər  ki, 

Regiomontan  ərəb  dilini  bilirdi  və  Nəsirəddinin  triqono-

metriyaya aid olan əsərlərindən hali idi. Artıq həmin dövrə 

qədər  N.  Tusi  Avropada  kifayət  qədər  tanınmışdı.  Bütün 

bunlar  göstərir  ki,  Regiomontan  həqiqətən  də  ərəb  dilini 

bilirmiş. 

Həm  Romada,  həm  Florensiyada,  həm  də  Venetsiyada 

astronomiya  elmləri  ilə  dərindən  məşğul  olan  alimlərin 

yanında  ərəb  dilini  mükəmməl  bilən  ərəbşünaslar  vardı. 

Ona görə ki, Şərq astronomlarının yazdıqları elmi əsərlərin 

əksəriyyəti ərəb dilində yazılmış və Şərqi Avropaya müəy-

yən  yollarla  yayımlanırdı.  Çox  güman  ki,  Regiomontan 

həmin ərəbşünasların vasitəsilə həmin dilə yiyələnmişdi. 

Regiomontan  vəfat  edəndən  57  il  sonra  “De  trianqu-



lus”  əsəri  nəşr  olunur.  Bu  kitabın  nəşri  İohann  Şöner  və 

onun  oğlu  Andre  Şöner  tərəfindən  başa  çatdırılmışdır. 



                                                     

 

  



                                                                            

                                                    

245 

Saleh  Zəki  qeyd  edir  ki,  1533-cü  ildə  nəşr  olunan  kitabı 



Şönerlərin  redaktəsi  altında  çıxdığından  əsər  əvvəlki 

vəziyyətinə  nisbətən  bir  qədər  dəyişdirilmişdir.  İohann 

Şöner  o  vaxt  Nürnberq  universitetinin  riyaziyyat  profes-

soru vəzifəsində işləmişdir. Şönerlər tərəfindən Regiomon-

tanın  triqonometriya  əsərinə  “əl  gəzdirildiyini”  nəzərdə 

tutan fransiz riyaziyyat tarixçisi Montüklo XV əsr müəllif-

lərinin  birinin  qələmindən  belə  bir  mükəmməl  əsərin 

çıxmasına  şübhə  edir.  O,  bu  kitabın  Şönerlərin  vasitəsilə 

təshih olduğunu və dəyişildiyini qeyd edir. 

 

               



 

                   Mühəmməd Əlbəttani (859-929) 

                                                     

 

  



                                                                            

                                                    

246 

 

Regiomontan  vəfat  etdikdən  sonra  onun  əlyazmaları  öz 



varisləri  tərəfindən  lazımınca  qiymətləndirilmir.  Nəhayət 

bu  əsərlər,  Nürnberqdə  olan  lüter  kilsəsinin  başçısı 

Melanxtonun əlinə keçir. O, isə Regiomontanın “De trian-

qulus”  əsərini  redaktə  etməyi  Şönerlərə  tapşırır.  Melanx-

tonun  necə  tərifçi  olmasını  aşkara  çıxarmaq  üçün  belə  bir 

fakt  göstərək:  1539-cu  ildə  Nürnberqdən  Fromborka 

Kopernikin  yanına  gələn  Retik  üç  ildən  sonra  onun  “Göy 



dairələrinin  dolanması”  əsərini  nəşr  elətdirmək  üçün 

əlyazmalarını  götürüb  Nürnberqə  qayıdır.  Həmin  ilin  ya-

yında  Retik  Melanxtonun  göstərişi  ilə  Vittenberq  kafedra-

sındakı  vəzifəsindən  azad  edilir.  Retik  Leypsiq  universite-

tinə  işə  girir.  Kitabın  nəşri  isə  Andre  Ossiandr  adlı  bir 

nəfərə  tapşırılır.  Ossiandr  isə  Melanxtonun  göstərişi  üzrə 

Kopernikin kitabına saxta bir müqəddimə əlavə edir ki, bu 

müqəddimə  ilə  kitabın  mahiyyəti  arasında  tam  bir  ixtilaf 

yaranır.  

Bu müqəddimənin kimin tərəfindən yazıldığını Ossiandr 

göstərmədiyi üçün, uzun müddət onun Kopernik tərəfindən 

yazıldığı güman edilmiş və belə bir məsələ həll olunmamış 

qalmışdı. Axı, Kopernik öz əsərini nə üçün pisləyir? 

Kopernikin  əsərində  yazılmış  müqəddimənin  sonu  belə 

idi: “Heç kəs astronomiya fərziyyələrindən şərtsiz düzgün-


                                                     

 

  



                                                                            

                                                    

247 

lük tələb etməsin. Astronomiya heç də bunu arzu etmir. Bu 



təlim  ilə  tanış  olan  hər  bir  kəs,  başqa  məqsədlə,  haqqında 

mühakimə  aparılanları  həqiqət  hesab  etsə,  o  ancaq  əvvəl-

kindən daha axmaq olar. Hər şey yaxşı olsun, oxucu!”  

 

  



 

      Nikolay Kopernik (1473-1543) praktiki təcrübə apararkən 

 

Bu  müqəddimədən  bəlli  olur  ki,  guya  müəllif  öz 

yazdığını  cəfəngiyyat  hesab  edir.  Təbiətşünaslıqda,  elmi 


                                                     

 

  



                                                                            

                                                    

248 

dünyagörüşdə böyük dönüş yaradan müəllif 36 illik zəhmə-



tini bu cür qiymətləndirə bilməzdi. 

Ancaq  XIX  əsrin  axırında  Polşa  astronomları  bu 

müqəddimənin Kopernik tərəfindən yazılması fikrinin düz-

gün olmadığını və onun Melanxtonun göstərişi ilə Ossiandr 

tərəfindən yazdığını qəti surətdə sübut etmişdilər.

1

 



Melanxton kilsə xadimi olduğundan astronomiya elminə 

dair  bir  çox  dəyişiklərə  səbəb  olan  dünya  əhəmiyyətli 

kəşflərə  dini  meyarlarla  yanaşmışdı.  Buna  əyani  sübut 

Retikin,  astronomiya  elminin  inkişafı  üçün  Kopernik 

tərəfindən  yazılan  kitabı  Nürnberqə  gətirib  nəşr  etdirməsi 

və  həmin  xeyirxah  işə  görə,  Melanxton  tərəfindən  onun 

Vittenberq kafedrasından işdən azad edilməsi idi.  

Dünya astronomiyasında əvəzsiz rolu olmuş Kopernikin 

bir  neçə  əsəri  Vatikan  kilsəsi  tərəfindən  qanundan  kənar 

hesab edildiyindən, həmin dövrün bir çox alimləri, xüsusən 

də,  xristian  kilsəsinə  bağlı  olan  alimlər  hərtərəfli  çalışır-

dılar  ki,  həmin  əsərlər  öz  elmi  mahiyyətini  itirsin  deyə, 

saxta  müqəddimələr  ilə  nəşr  edilirdi.  Buna  əyani  sübut 

Melanxtonun  göstərişi  ilə  Ossiandr  tərəfindən  Kopernikin 



“Göy  dairələrinin  dolanması”  əsərinə  saxta  müqəddimə-

nin yazılmasıdır. Çünki bütün dünyada bəyan edilmişdi ki, 

                                                 

       


1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 

1980. səh. 92-93 


                                                     

 

  



                                                                            

                                                    

249 

həmin  müqəddimə  məhz  həmin  əsərin  müəllifi  tərəfindən 



yazılıbdır.  XIX  əsrin  sonunda  Polşa  alimləri  bu  faktı  üzə 

çıxarmasaydılar,  onsuz  da  həmin  müqəddimənin  Kopernik 

tərəfindən  yazılması  hərtərəfli  olaraq  qeyri-inadırıcı  sayı-

lırdı. 


Regiomontanın  “De  trianqulus”  kitabının  əsli  ilə 

Melanxton  tərəfindən  nəşr  etdirilən  nüsxəsinin  arasındakı 

fərq  meydana  çıxarılmamış,  çap  nüsxəsinin  orijinala  nə 

dərəcədə  uyğun  gəlməsi  məsələsi  aşkar  edilməmişdir. 

Bütün  bunlar  göstərir  ki,  Regiomontanın  orijinal  əsər  yaz-

ması hələ bu vaxta qədər sübut olunmamış kimi qalıbdır. 

Tusinin  “Şəklül  qita”  əsəri  Marağa  rəsədxanasında 

tərtib  olunmuş  triqonometrik  funksiyalar  cədvəli  və  bu 

cədvəlin  işlənib  tərtib  olunması  onu  göstərir  ki,  Avropada 

XV əsrdə doğrudan da Regiomontan və onun kimi bir çox 

riyaziyyat  alimləri  triqonometriya  sahəsində  şərq  alimləri-

nə nisbətən çox az yeniliklər etmişdilər.  

Artıq  qeyd  etmək  lazımdır  ki,  Regiomontan  İtaliyada 

olarkən,  həqiqətən  də  ərəb  dilinə  yiyələnmiş  və  bunun 

nəticəsində Əlbəttaninin “Mohametis albeteni de Scienta 

Stellarum”  (Mühəmməd  Əlbəttaninin  ulduzlar  elmi 

kitabı) əsərini latın dilinə tərcümə etmişdi. 

Bundan  əlavə  alimlər  iddia  edirlər  ki,  həmin  əsər  XII 

əsrin  ortasında  Tivolidən  olan  Platon  tərəfindən  tərcümə 


                                                     

 

  



                                                                            

                                                    

250 

edilmiş  və  Regiomontan  həmin  əsərlə  çox  yaxından  tanış 



olmuşdu.  Lakin  həmin  tərcümənin  orijinal  nüsxəsi  gəlib 

bizim günlərə çatmayıbdır. 

Bir  məlumatı  diqqətə  çatdırmaq  lap  yerinə  düşərdi.  XII 

əsrdə  İoann  Seviliyalı  əl  Fərqaninin  “Ulduzlar  haqqında 



elmin  elementləri  kitabı”  adlı  əsərini  tərcümə  etmiş  və 

Regiomontan bu tərcüməni mükəmməl surətdə öyrənmişdi. 

Onun  elə  Tusinin  “Şəklül  qita”  əsəri  ilə  yaxından  tanış 

olmasını iddia edənlərin də sayı as deyil. 

Bu  ondan  xəbər  verir  ki,  həqiqətən  də  o,  özünün  “De 

trianqulus” əsərini yazdıqda Tusinin “Şəklül qita” əsərin-

dən istifadə etmişdi. Necə olsa da fransız riyaziyyat tarixçi-

si  Montüklo  özü  qətiyyətlə  bildirmişdi  ki,  triqonometriya 

sahəsinə dair güclü əsər XV əsrdə Avropa alimləri tərəfin-

dən  yazıla  bilməzdi.  Bu  ondan  xəbər  verir  ki,  Tusi  həmin 

sahədə Qərb alimlərini bir neçə yüz il qabaqlamış və onun 

bir  neçə  əsəri  lazımi  mənbə  kimi  Bizansda  və  Apennin 

yarımadasında  yerləşən  kitabxanalarda  yoxa  çıxmışdı.  Elə 

Saleh Zəkinin özü də bu problemə toxunaraq bildirmişdi ki, 

Regiomontan  tanınmış  Şərq  alimlərinin  elmi  işlərindən 

istifadə  etdiyindən  onun  əsəri  uğurlu  kompelyasiyanı 

xatırladır.  

Yuxarıda  qeyd  edildiyi  kimi  hələ  1891-ci  ildə  İstanbul 

şəhərində “Şəklül qita” əsərinin  fars dilində  qədim  əlyaz-



                                                     

 

  



                                                                            

                                                    

251 

ması  tapılmışdır.  Məlumdur  ki,  bu  əsərin  əlyazma  nüsxəsi 



Berlin  İmperator  Kitabxanasında,  daha  ikisi  isə  Oksfordda 

və Parisdə saxlanılır.  

Qeyd  etmək  istəyirəm  ki,  erkən  orta  əsrlrdə  Yaxın 

Şərqdəki  alimlər  elmi  əsərlər  yazdıqda,  adətən  bunu  ərəb 

dilində,  əxlaqla  bağlı  olan  əsərləri  isə  fars  dilində  həyata 

keçirirdilər.  Tusi  “Şəklül  qita”nı  iki  -  fars  və  ərəb 

dillərində  yazmışdı.  Lakin  təəssüflər  olsun  ki,  əsərin  ərəb 

dilində yazılan variantı indiyənə kimi tapılmayıbdır. Bəlkə, 

həmin  əsər  Almaniyanın  və  ya  Avstriyanın  hansısa  bir 

kitabxanasında saxlanılır?  

Şübhə  yox ki, orta  əsrlərdə astronomiya elmində böyük 

rezonansa  səbəb  olan  “Zic  Elxani”  əsəri  lazımlı  bir  əsər 

kimi  Qərb  alimləri  tərəfindən  ərəb  dilindən  latın  dilinə 

tərcümə  olunaraq,  astronomiya  və  riyaziyyat  mütəxəs-

sisləri tərəfindən diqqətlə təhlil edilmişdir. Bununla da belə 

qənaətə  gəlmək  olar  ki,  Tusinin  həmin  əsəri,  Avropada 

məşhur  bir  astronom  kimi  tanınan  Paolo  Toskanellinin 

Florensiyada başçılıq etdiyi kitabxanada saxlanılmış və qısa 

müddət ərzində tam olmasa da, lakin bir çox hissələri latın 

dilinə tərcümə olunmuşdur. Regiomontan İtaliyada olarkən 

bir peşəkar tərcüməçi kimi Toskanelli ilə ünsiyyət yaratmış 

və  elə  oradaca  Tusinin  əsərləri  ilə  əyani  surətdə  tanış 

olmuşdu.  


                                                     

 

  



                                                                            

                                                    

252 

Orta əsrlərin əvvəlində elm Avropada təşəkkül tapmağa 



başlayanda,  qərb  alimləri  mənbə  kimi  qədim  yunan 

alimlərinə  istinad  etməyə  çalışmışdılar.  Lakin  bu  sahədə 

demək  olar  ki,  böyük  boşluq  var  idi.  Ona  görə  ki,  antik 

dövrün  məşhur  elm  korifeylərinin  orijinal  əsərləri  yox 

dərəcəsində idi. Fərəhli hal odur ki, həmin boşluğu Müsəl-

man  Şərqin  ulduz  kimi  parlayan  elm  dühaları  doldurmuş-

dular. 

Qərb  alimləri  əllərinə  keçən  qədim  yunan  dilində 



yazılmış əsərləri latın və ya başqa Avropa dillərinə tərcümə 

edəndə  həmin  iş  keyfiyyətli  alınmırdı.  Lakin  müsəlman 

alimlərinin bir çoxları həmin işin öhdəsindən peşəkarcasına 

gələrək,  qərb  alimlərinin  işlərini  xeyli  yüngülləşdirmiş 

olmuşdular.  İş  ondadır  ki,  artıq  həmin  əsərlər  nəinki 

peşəkar  səviyyəsində  tərcümə  edilmiş,  həm  də  əsərlərin 

daha  asan  qavraması  və  mahiyyətinin  gərəkli  olduğunu 

əyan  etmək  üçün  onlara  şərh  də  yazmışdılar.  Bu  bir  növ 

həmn  əsərlərdə  olan  bir  çox  boşluqlarının  üzə  çıxarılması 

idi  və  İslam  alimləri  həmin  işin  öhdəsindən  peşəkar 

mütəxəssis kimi gələ bilmişdilər.  

 

 



 

 


                                                     

 

  



                                                                            

                                                    

253 

                             İnsanlar bərabər doğulmuşlar, onları   

                             bir-birindən yalnız əxlaq və fəzilət  

                                                                      fərqləndirir. 

                                                            Fransua Volter 

 

 



  Elmi işlərinə görə diqqət mərkəzində  

                   olan alim

 

 

  

Tusinin  “Hesablamalar  məcmusu”  əsəri  XV  əsrdə 



Konstantinopolda yunan dilinə tərcümə olunmuş və oradan 

İtaliyaya  aparılmışdı.  Onun  hesab  elmi  sahəsindəki 

nailiyyətlərinin  böyüklüyünü  inkar  etmək  mümkün  deyil. 

H.  Məmmədbəyli  yazır:  “Tusi  özünün  “Tam  dördtərəfli 



haqqında”  əsərinin  başlanğıcında  qeyd  edir  ki,  kəsilməz 

kəmiyyətləri  ancaq  diskret  kəmiyyətlər  vasitəsilə  dərk 

etmək  mümkündür.  Nəsirəddin  bu  sözləri  yazdığı  vaxtdan 

362  il  sonra  məşhur  həndəsəşünas  Kavalyeri  Qalileyə 

yazdığı  məktubunda  qeyd  edirdi:  Mənə  elə  gəlir  ki, 

kəmiyyətlər  prinsipi  öz-özlüyündə  kəsilməz  və  diskret 

kəmiyyətlər üçün ümumidir”. 

Tusinin  riyazi  və  astronomik  əsərlərinin  Avropada  nə 

qədər  çox  inkişaf  tapdığını  göstərmək  üçün  bir  misal  gəti-

rək. “Məşhur polyak  alimi N.  Kopernikin  “Göy sferaları-



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin