Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

nın  dolanması”  əsərinin  67-ci  hissəsində  belə  bir  teorem 

                                                     

 

  



                                                                            

                                                    

254 

vardır.  Bir  çevrəyə  daxili  tərəfdən  toxunmaq  şərtilə  kiçik 



bir çevrə hərəkət edir. Bu çevrənin radiusu birinci çevrənin 

radiusunun  yarısına  bərabərdir.  İkinci  çevrənin  müəyyən 

şəraitdə  hərəkəti  zamanı  onun  radiusu  böyük  çevrənin 

diametrini  cızacaqdır.  Həmin  teorem  ilk  dəfə  Nəsirəddin 

tərəfindən  isbat  olunmuş  və  “Astronomiya  xatirələri” 

kitabında izah edilmişdir”.



1

 

Bu  onu  sübut  edir  ki,  Tusinin  “Tam  dördtərəfli”  və 



“Astronomiya xatirələri” əsərləri həmin dövrə qədər artıq 

latın  dilinə  tərcümə  olunaraq,  alimlər  üçün  lazımlı  bir 

mənbəyə  çevrilmişdir.  Onun  həndəsəyə,  astronomiyaya, 

triqonometriyaya  aid  olan  əsərlərinin  bir  çoxu  hələ  XIV 

əsrdə Qərbi Avropa alimləri tərəfindən latın dilinə əlyazma 

şəklində çevrilmiş, XVI və XVII əsrlərdə isə mətbəə üsulu 

ilə nəşr olunmuşdur. Alman alimi Henrix Zuterin dediyinə 

görə orta əsrlərdə kilsə rəhbərləri Şərq ilə əlaqənin inkişafı 

əleyhinə  çıxdıqları  halda  onlar  “kafir  müsəlman”  alimləri-

nin  elmi  əsərlərini  böyük  bir  həvəslə  latın  dilinə  tərcümə 

edirdilər.  Bir  vəsait  kimi,  Şərqin  elmi  nailiyyətlərini 

mənimsəmək  üçün  astronomiya,  riyaziyyat,  tibb,  fəlsəfə 

üzrə bir çox alimlərin əsərləri ərəbcədən latıncaya tərcümə 

olunurdu”. 

                                                 

           1

  Ф.  Г.  Максудов,  Г.  Дж.  Мамедбейли.  Мухаммед  Насирэддин 

Туси. Баку, «Гянджлик», 1981. стр.28 



                                                     

 

  



                                                                            

                                                    

255 

Tusinin  astronomik  işlərinə  dair  sferik  mexanika  üzrə 



böyük mütəxəssis sayılan sovet astronomu akademik M. F. 

Subbotin belə yazır: “Nəsirəddin çox yaxşı başa düşürdü ki, 

astronomiyanın  əsas  mahiyyəti  təsəvvür  edilən  “dünya 

sistemi”ndən  ibarət  deyil.  Bu  əsasən  bir  tərəfdən  gərgin 

əmək  nəticəsində  müşahidə  materiallarının  toplanmasın-

dan,  digər  tərəfdən  isə  baş  verən  hadisələrin  dəqiq  təyin 

edilməsindən ibarətdir.  Məhz buna görə də imkan yaranan 

kimi  Nəsirəddin  qabaqcıl  bir  rəsədxana  saldırır  və  orada 

Günəşin, Ayın və planetlərin çoxillik sistematik müşahidə-

lərini  təşkil  edir.  Digər  tərəfdən  isə  Nəsirəddin  rəsəd-

xanaya cəlb etdiyi alimlərin köməyi ilə məşhur “Elxanilər 

cədvəli”ni yaradır.  

Həmin  cədvəllər  əbədi  olaraq,  onun  şöhrətinin  ən  yaxşı 

abidəsi  olacaq.  Xüsusi  təyin  olunmuş  müşahidələr  və  Pto-

lemeyin  riyazi  nəzəriyyəsini  kritik  araşdırmaları  əsasında 

bu  cədvəlləri  tərtib  edərkən,  Nəsirəddin,  300  ildən  sonra 

Tixo  Bragenin  həyatıboyu  yerinə  yetirəcəyi  proqramı 

məharətlə  həyata  keçirir.  Artıq  bu  göstərir  ki,  Nəsirəddin 

elmin  təlabatını  və  onun  növbəti  işlərini  dərindən  dərk 

edirdi.  Həmin  ağır  dövrdə  Nəsirəddin  mürəkkəb  və  geniş 

işləri  uğurla  başa  çatdırırdısa,  bu  onun  yalnız  hədsiz 



                                                     

 

  



                                                                            

                                                    

256 

enerjisindən  və  çox  böyük  təşkilatçılıq  istedadından  xəbər 



verir”.

1

 



Tusinin yazdığı əsərlər müəyyən bir sahə ilə məşğul olan 

hər  bir  alim  üçün  gözəl  bir  vəsait  və  böyük  bir  elmi 

nailiyyət sayılırdı.   

Orta  əsrlərin  demək  olar  ki,  bir  çox  tanınmış  alimləri 

Tusinin  elmi  əsərlərindən  bəhrələnmiş  və  həmin  əsərlərin 

sayəsində  dünyada  təşəkkül  tapacaq  elmi  kəşflərin  əldə 

edilməsinə nail olurdular.  

Çoxsaylı  araşdırmalar  göstərir  ki,  Tusinin  1265-ci  ildə 



“Lövhə  və  torpaqla  hesablamanın  məcmuasına  aid 

kitab”  adlı  yazdığı  əsər,  riyaziyyat  tarixçiləri  tərəfindən 

lazımi qədər öyrənilməsə də, lakin elə Şərqin orta əsr alim-

ləri  tərəfindən  kifayət  qədər  istifadə  olunurdu.  “Hesabla-

ma  məcmusunun”  əsasında  XIV  əsrin  əvvəlində  Həsən 

Nişapurinin “Hesabın  Günəşi” və XV əsrin əvvəlində isə 

Qiyasəddin  Kaşinin  “Hesabın  açarı”  əsərində  təsvir  edil-

mişdir. 


Sonuncunun  əsəri  Avropa  tədqiqatçıları  tərəfindən  təd-

qiq edildiyinə görə, son zamanlara qədər elə güman edirdi-

lər  ki,  yüksək  dərəcədə  kökalmanın  ümumi  qaydası 

                                                 

           1

  М.  Ф.  Субботин.  Работы  Мухаммеда  Насирэддина  по  теории 

движения  Солнца  и  планет.  «Известия»  АН  Азерб.  ССР.  №  5,  1951. 

стр. 57 


                                                     

 

  



                                                                            

                                                    

257 

Qiyasəddin  Kaşinin  “Hüsabın  açarı”  əsərində  təsvir 



edilmişdir. 

XX  əsrin  ortalarından  başlayaraq  sovet  riyaziyyat 

tarixçiləri  bu  sahədə  çox  işlər  görmüşdülər.  1963-cü  ildə 

Moskvada “Tarixi riyaziyyat tədqiqatlar” əsərlərinin XV 

buraxılışında  N.  Tusinin  “Hesablamalar  məcmusu”ndan 

XI  bölmənin  tərcüməsi  çap  olunur.  Məhz  ondan  sonra 

məlum  olur  ki,  hələ  Qiyasəddin  Kaşidən  160  il  əvvəl 

kökalma  qaydaları  haqqında  çox  geniş  məlumat  Tusinin 

yuxarıda adı çəkilən əsərində vardı.    

Bütün bunlar ondan xəbər verir ki, Tusinin yazdığı elmi 

əsərləri  dünya  əhəməyyətli  əsərlər  olmuş  və  hər  bir  elmi 

nailiyyət  başqa  alimlər  tərəfindən  ən  azı  100  il  təzələn-

məmiş  şəkildə  qalmışdı.  Mən,  qeyd  etmək  istəyirəm  ki, 

Tusinin ictimaiyyətə bəlli olmayan bir çox əsərləri Tehran, 

Təbriz,  İstanbul,  Bağdad,  Dəməşq  və  Yaxın  Şərqin  qədim 

kitabxanalarında  toxunulmamış  vəziyyətdə  qalıbdır  və  bu 

sahədə  mütəxəssislər  tərəfindən  ciddi  iş  görülməlidir.  İş 

ondadır ki, o, riyaziyyat elminə aid bir çox bölmələrindəki 

kəşflərin  ilkin  müəllifidir.  Sadəcə  olaraq  Tusinin  adından 

ölkənin  hüdudlarından  xeyli  kənarda  yaşayan  başqa-başqa 

alimlər istifadə edirlər.  

Artıq yuxarıda göstərilən bir neçə abzaslardan bəlli olur 

ki,  Tusinin  elmi  işlərinin  əksəriyyəti  Avropa  tədqiqatçıları 


                                                     

 

  



                                                                            

                                                    

258 

tərəfindən  lazımi  şəkildə  öyrənilməmiş  və  nəticədə  alimin 



aktual  sayılan  bir  neçə  elmi  işləri  bəzi  plaqiat  alimlər 

tərəfindən özününküləşdirilibdir. 

Tusi XIII əsr elmlərinin bütün sahələrini – astronomiya-

nı, riyaziyyatı, fizikanı, triqonometriyanı, həndəsəni, tarixi, 

fəlsəfəni,  hüquqşünaslığı,  məntiqi,  ədəbiyyatşünaslığı, 

musiqişünaslığı,  psixologiyanı, tibb  elmini, geologiyanı və 

ən  nəhayət  ilahiyyat  elmini  özündə  cəmləşdirən  nadir 

ensiklopediyaçı alimdir. O, bu elmlərin yalnız bilicisi deyil, 

onların  yaradıcısı  və  tədqiqatçısı  olmuş,  bu  sahələrə  dair 

fundamental  elmi  əsərlər  yaratmışdır.  Bu  əsərlərin  hər  biri 

elm tariximizin parlaq səhifələrindəndir... ... cəmi 101 əsəri 

artıq  750  ildir  ki,  dünyanın  ən  böyük  alimləri  tərəfindən 

öyrənilir,  təhlil  və  tədqiq  olunur;  Avropada,  Şərqdə  geniş 

miqyasda  nəşr  olunur.  Nəsirəddin  Tusi  Fərabi,  ibn  Sina, 

Bəhmənyar,  əl-Kindi  və  həmçinin  qədim  yunan  alimləri 

Platonun,  Aristotelin  elmi  irslərinin  davamçısı  və  təbliğat-

çısı olmuşdur. 

Qüdrətli zəka, təkzibedilməz məntiq, ilahi vergi, fövqəl-

adə  istedad  sahibi  olan  Tusi  “Elm  bəşəriyyəti  xilas  edər” 

düşüncələri ilə yaşayıb  yaratmışdır. Elmlərlə  məşğul oldu-

ğu bütün şüurlu həyat yolunda o, elmdə həqiqət, dürüstlük, 

saxtakarlıqdan  uzaqlaşmaq  istiqamətini  üstün  tutmuş,  elmi 

yaradıcılığın təbiətini açmağa cəhd göstərmişdir. 


                                                     

 

  



                                                                            

                                                    

259 

Zamanın ruhunu duymaq, siyasi, əxlaqi və etik, mədəni, 



dini cərəyanların nəbzini dəqiqliklə tutmaq alimi geniş elmi 

axtarışlara gətirib çıxarmışdır.

1

 

Tusinin  elmin  bir  çox  sahələrində  göstərdiyi  fəaliyyət 



zəmanəsinin  və  ondan  sonrakı  dövrdə  yaşamış  aqil  insan-

ları  heyran  etmişdir.  Marağada  möhtəşəm  elmi  mərkəz 

yaradılandan  sonra  XIII  əsrdə  Suriya  tarixçisi  Əbül  Fərəc 

Bar-Ebrey  (Ebreus)  rəsədxanada  çalışmışdır.  O,  Marağada 

gördükləri  barədə  “Ümumi  tarix”  əsərində  yazır:  “Əl-

verişli  şərait  yarandığından  mən  Suriya,  ərəb  və  fars  dillə-

rində  yazılmış  kitablarla  zəngin  olan  Marağa  kitabxana-

sında  işləmək  imkanı  qazandım.  Kitabxananın  içərisindəki 

toplu  həcminə  görə  Misirdəki  İsgəndəriyyə  kitabxanasın-

dan  geri  qalır,  amma  oradakı  elmi  əsərlərin  çoxluğu 

dünyanın hər bir kitabxanasını geridə qoya bilər”. 

Bu  ondan  xəbər  verir  ki,  Marağadakı  kitabxana  elm  və 

mədəniyyət  sahəsində  necə  əhəmiyyətli  rol  oynamışdır. 

Bar-Ebrey bir tarixçi kimi həqiqətən də həmin ocaqda özü-

nə lazım olan, tarix elmi üçün hədsiz dərəcədə əhəmiyyətli 

sayılan  tarixi  və  sənədli  materiallar  ilə  tanış  olmuşdur. 

Suriya  tarixçisi  Tusi  barəsində  “Ümumi  tarix”  əsərində 

yazır:  “Həmin  ildə  (1264-cü  il  nəzərdə  tutulur)  türk 

                                                 

         1 

A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” 

İslam araşdırmaları mərkəzi, 1996. səh. 99-100.   



                                                     

 

  



                                                                            

                                                    

260 

filosofu,  tanınmış  alim,  elmin  bütün  sahələrində  gözəl 



bilici,  riyaziyyat  xəzinəsi  olan  Nəsir-əd-din  Tusini  mənə 

təqdim etdilər. O, müşahidələr aparmaq üçün (astronomik) 

alətlər  kəşf  etmiş,  (Ptolemeyin  pərgarları  ilə  müqayisədə) 

hədsiz  dərəcə  böyük  olan  və  misdən  hazırlanan  sirkullar 

düzəltmişdi.  O,  planetlərin  hərəkətlərini  müşahidə  edib 

qeydə  almaqdan  ötrü  İsgəndəriyəyə  getmişdi.  Azərbaycan 

şəhəri  olan  Marağada  müxtəlif  ölkələrin  müdirkləri  onun 

başına  toplaşmışdılar.  O  səbəbdən  ki,  Bağdadın  və 

Assuriyanın sayılan ailələrinin və məscidlərinin əksəriyyəti 

onun nəzarəti altında idi (onun nüfuzunu qəbul edirdi).  

Başına  yığışmış  alim  və  tələbələrin  maaş  və  təqaüdünü 

onlar  üçün  özü  alırdı.  Həmin  zaman  Bağdaddakı  işlərini 

yoluna  qoyarkən,  burada  Allahın  rəhmətinə  qovuşdu. 

Camaat  öyrənmişdi  ki,  onu  zəhərləyiblər.  Onun  çoxsaylı 

əsərləri var – “Məntiq”dən tərcümələri, ilahiyyat və təbiət 

elmləri üzrə araşdırmaları... O, həmçinin farsca  “Etika”da 



(“Əxlaqi-Nasiri”  –  R.  D.)  yaradıb.  Burada  o,  Platon  və 

Aristotelin  tətbiqi  fəlsəfəyə  dair  fikirlərini  toplayıb.  O, 

qədim  filosofların  da  əsərləri  ilə  tanış  olub,  ancaq  öz 

yaradıcılığında onlara düşmən münasibət bəsləməyib”. 

Bu  cür  dünya  şöhrətli  alim,  Qərbdə  yaşayan  alim, 

filosof,  mütəfəkkir  və  ziyalıların  diqqətindən  kənarda  qala 

bilməzdi.  Çünki  Tusinin  şanı-şöhrəti,  səsi-sorağı  orta 


                                                     

 

  



                                                                            

                                                    

261 

əsrlərdə dillər əzbəri olmuş və onun dövrü fəaliyyəti, elmi 



irsi  Çindən  tutmuş  Avropaya  qədər  müzakirə  obyektinə 

çevrilmişdir. Hələ orta əsrlərdə Avropanın və Yaxın Şərqin 

iri  kitabxanalarında  onun  haqqında  lazımi  qədər  məlumat-

lar vardı.  

Tusinin  rəhbərliyi  ilə  Marağa  rəsədxanasında  Yerin 

fırlanma  oxunun  illik  presessiyasının  qiyməti  51



// 

tapılmışdır  (müasir  qiyməti  51



// 

2).


 

“Zic  Elxani”  əsərində 

çoxlu  riyazi,  astronomik  və  coğrafi  cədvəllər  verilir.  Ən 

mühümləri  sinus  və  tangensin  60-lıq  say  sistemində  üç 

rəqəmli triqonometriya cədvəlləri və XIII əsrdə tanınan 256 

şəhərin coğrafi koordinatlar cədvəlidir. 

Tusinin optikaya aid zəngin nəzəri fikirləri bugünkü elm 

üçün  də  olduqca  dəyərlidir.  O,  öz  “Təcridül-kəlam”  adlı 

əsərində  işığın  zərrəciklərdən  ibarət  olması  haqqında 

yazmışdı: “Bəzi alimlər anladırlar ki, işıq da bir qaynaqdan 

ayrılan  zərrəcikdən  ibarətdir.  o  qaynaqdan  ayrılıb  başqa 

cismlərə  çatır  və  onları  işıqlandırır”.  Bu  haqda  İ.  Nyuton 

deyir: “İşıq kiçik zərrəciklərdən ibarətdir ki, bir qaynaqdan 

ayrılır  və  başqa  cismə  toxunduqda  onu  da  işıqlandırır”. 

Buradan  çox  asanlıqla  anlamaq  mümkündür  ki,  Nyutonun 

dedikləri  ondan  400  il  öncə  yaşamış  Tusinin  fikrinin 

eynisidir.  Daha  dəqiq  desək  tərcüməsidir.  Fərq  ondan 

ibarətdir  ki,  Tusi  “bəzi  alimlər”  sözünü  işlətməklə,  özün-


                                                     

 

  



                                                                            

                                                    

262 

dən  qabaq  yaşamış  alimlərə  istinad  etmişdir.  O,  həmin 



alimlərin  əsərlərindən  səmərəli  istifadə  etmiş,  onları  yeni 

ideyalarla  zənginləşdirərək  optikaya  dair  dəyərli  əsərlər 

yazmış,  işığın  zərrəcik  və  dalğa  nəzəriyyəsinə  aid  tutarlı 

mülahizələr  irəli  sürmüşdür.  Böyük  alim  bu  məzmunda 

fikirlərini  “Təcridül-kəlam”  adlı  əsərində  verməklə 

yanaşı, “İşığın qayıtması və sınması” adlı müstəqil kitab da 

yazmışdır.

1

 



Bundan  əlavə  alim  “Təcridül-kəlam”  kitabında  səsin 

yayılması  və  dalğa  xassəsi  haqqında  fikirlər  söyləmişdir, 

amma  haqsız  olaraq  fizika  kitablarında  səsin  dalğa 

xassəsinin  əsaslandırılması Huygensə aid edilir.  

Tusi  araşdırıcılarından  biri  olmuş  jurnalist-tədqiqatçı 

Oqtay Eldəgəz alim haqqında yazır: “Nəsirəddin Tusi fizi-

ka  sahəsində  böyük  alim  sayılan  ingilis  İsaak  Nyutondan 

400 il əvvəl Ayın fəsillərini (faza) tapmış, Yerlə peykimizin 

arasındakı məsafəni ilk dəfə olaraq 7 arşin az fərqlə ölçmüş 

(386,781 minar,  yəni, km.), peykimizin Yerə nisbəyən beş 

dərəcə  bucaq  altında  çəpəki  dövr  etdiyini,  Yerin  tam  kürə 

şəklində  deyil,  qütblərdə  batırı  oval  olduğunu  aşkarlamış, 

Ayda  cazibə  qüvvəsinin  Yerə  nisbətən  altı  dəfə  zəifliyini 

                                                 

      

1

  B.  Rzayev  Bəşəri  düha:  Mühəmməd  ibn  Mühəmməd  ibn  Həsən  – 



Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 138-139 

                                                     

 

  



                                                                            

                                                    

263 

meydana  çıxarmışdır.  Bu  hesablamaların  dəqiqliyi  çağdaş 



astronomları da heyrətə gətirmişdir. 

İ.  Nyutonu  və  məşhur  dünya  astronomlarını  400  il 

qabaqlamış  azəritürk  alim  sübut  etmişdir  ki,  dənizlərdə  və 

okeanlarda  baş  verən  qabarmalar  və  çəkilmələr  heç  də 

təbiətin  kor-koranə  şıltaqlığı  olmayıb,  məhz  Ayın  çəpəki 

hərəkətindən və Yerin qütblərdəki batıqlığından irəli gələn 

vaxtaşırı yəni, il ərzində 24 dəfə özünü büruzə verir”.

1

 



XIII əsrə qədər Şərq dünyasında coğrafi koordinatlardan 

ibarət  bir  neçə  astronomik  kataloq  yaradılmışdır.  Lakin 

müasir  qiymətlərlə  ölçüdə  dəqiqliyinə  görə  yalnız 

Marağada yaradılan “Zic Elxani” əsəri başqalarından xeyli 

fərqlənirdi.  Məhz  həmin  kataloqda  Köhnə  Dünyanın 

şərqində  yerləşən  Pekin  və  qərbindəki  Kordova  şəhərləri-

nin  coğrafi  koordinatları  demək  olar  ki,  dəqiq  verilmiş  və 

bunun  sayəsində,  Köhnə  Dünyanın  Şərq  və  Qərb  arasın-

dakı məsafənin uzunluğu Marağadakı alimlərin əksəriyyəti 

üçün  məlum  idi.  Yer  kürəsinin  ekvator  xəttinin  uzunluğu 

demək olar ki, müasir qiymətin ölçüsü ilə uyğun gəlirdi.  

Belə  olduqda  Atlantik  okeanının  eni  Köhnə  Dünyanın 

enindən  böyük  olurdu.  Nəticədən  belə  çıxırdı  ki,  Atlantik 

okeanının  ortasında  iri  bir  torpaq  ərazisi  yerləşir.  Sadəcə 

                                                 

              1

 О. Eldəgəz. 168 saat (qəzet). 31 avqust 2000-ci il. 


                                                     

 

  



                                                                            

                                                    

264 

olaraq  həmin  torpağın  qərb  və  şərq  sahillərinin  koordinat-



larını təyin etmək lazım idi.  

“Zic  Elxani”  kataloqundakı  hesablamalardan  məlum 

olur  ki,  başda  Tusi  olmaqla,  Marağa  rəsədxanasının  elmi 

kollektivi  həmin  işin  öhdəsindən  müvəffəqiyyətlə  gəlmiş-

dilər.  


Ən əsas o idi ki, azərbaycanlı alim bir çox dünya şöhrətli 

alimlərə  nisbətən  insanların  yaşadığı  Yerin  başlanğıc 

meridianını  müstəqil  şəkildə  vermiş  və  bildirmişdi  ki, 

həmin  uzunluq  xətti  Xaldat  və  ya  Səadət  adlandırılan 

adalarından başlayır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


                                                     

 

  



                                                                            

                                                    

265 

 

                                   İnsan öz xəyali və çatmaq istədiyi aləm         



                                    arasında olan böyük məsafəni yalnız öz  

                                    iradə və biliyinin köməyi ilə keçə bilər.  

                                                                       Xəlil Cübran                                          

                                                       

             

Amerika qitəsinin kəşfinə hazırlıq 

 

Amerika  qitəsi  praktik  cəhətcə  Xristofor  Kolumb 

tərəfindən  kəşf  edilsə  də,  artıq  XIII  əsrdə  həmin  qitənin 

varlığı,  Marağa  rəsədxanasında  çalışan  alimlərə  bəlli  idi, 

ona  görə  ki,  nəzəri  cəhətcə  həmin  kəşf  Nəsirəddin  Tusi 

tərəfindən həyata keçirilmişdir. Bu istiqamətdə böyük işlər 

görülmüş  və  oradakı  alimlər  həm  başlanğıc  müridianını 

müəyyən  etmiş,  həm  də  naməlum  qitənin  konturlarını 

yaratmağa nail olmuşdular. 

Alimlərinin əksəriyyəti inkar etsələr də, etiraf olunmalı-

dır ki, Amerika qitəsinin kəşf olunmasına, Tusinin başçılığı 

altında Marağa rəsədxanasında tərtib edilmiş “Zic Elxani” 

astronomik kataloqu və coğrafi koordinatlar cədvəli böyük 

təkan  vermişdi.  Çünki  stimul  rolunu  əsərdəki  başlanğıc 

mridianının  haradan  başlanması  göstərilirdi.  Uzun  axtarış-

lardan sonra, artıq həmin əsərin ən qədim əlyazması, əlbəttə 

ki,  dünya  alimlərinin  vasitəsilə,  tapılmışdır.  1308,  1403, 


                                                     

 

  



                                                                            

                                                    

266 

1600, 1652, 1711-ci illərdə yazılmış əlyazmalar üzə çıxarı-



lıb mütəxəssislərin ixtiyarına verilmişdir. 

Tusi ulduzlara dair geniş və məzmunlu hesabatlar aparıb. 

Həmin hesabatlarda əsasən mühüm ulduzların koordinatları 

göstərilibdir.  Məhz  bunun  nəticəsində  o,  başlanğıc 

meridianını  Əbu  Reyhan  Birunidən  fərqli  olaraq,  məlum 

olan meridiandan 10

0

 qərb istiqamətində müəyyən etmiş və 



bununla bildirmək istəmişdi ki, Yer kürəsinin həmin hissə-

sində  Köhnə  Dünyaya  məlum  olmayan  böyük  bir  torpaq 

ərazisi yerləşir. Bu qənaətə gəlməyin sadəcə izahı var.  

Adəti  üzrə  orta  əsrlərdə  coğrafiyaşünaslar  və  ya  xəritə-

şünaslar  başlanğıc  meridianını  coğrafi  mövqeyinə  əsasən, 

xüsusi  əhəmiyyət  kəsb  edən  coğrafi  məntəqədən  – 

materikin başlanğıcından və ya qurtaracağından, iri adadan 

və ya yarımadadan – keçirirdilər. bu bir növ oriyntir nöqtə-

si sayılırdı. 

Coğrafi enliklərin ekvatordan hesab edilməsi məlumdur. 

Orta  əsrlərdə  başlanğıc  meridianının  haradan  götürülməsi 

bütün  alimlərin  marağında  idi.  “Zic  Elxani”  əsərinin 

müqəddiməsində Tusi  yazır: “Coğrafi uzunluğun başlanğı-

cı cəzair Xaldatdan başlanmışdır və cəzair Xaldat isə Qərb 

dənizinin  sahilindən  10

0

  qərbdədir”.  Coğrafi  əsərlərdə 



Xaldat adasını, çox hallarda “Səadət adaları” kimi göstərir-

dilər.  Bəzi  alimlər  isə  müəyyən  ediblər  ki,  həmin  adalar 



                                                     

 

  



                                                                            

                                                    

267 

Kanar adalarıdır. Mənim araşdırmalarıma görə bu yanlış bir 



fikirdir. 

  

№    Şəhərlərin  



      Adı 

 Tusiyə               

   görə 

Qrinviçə         

   görə 

Dərəcələrin     

    fərqi 

1. 


Kordoba 

38



26

04



47

/



 

33



39

2. 



İsgəndəriyyə  61

54



30



03

31



51



3. 

Qahirə 


63

20



30



03

33



17



4. 

Ədən 


76

00



44



30

31



30



5. 

Mədinə  


75

00



39



54

35



0

 26


6. 


Məkkə 

77



10

39



50



37

20



7. 


Qüds 

66



30

35



14



31

16



8. 


Dəməşq 

70



00

36



18



33

42



9. 


Mosul 

77



10

43



00



34

00



10.  Hoy 

79



40



44



58

34



42



11.  Ürmiyə 

79



45

45



0

 05


34



40

12.  Naxçıvan 



81

0

 15



45

0



 25

35



0

 50


13.  Marağa 

82



00



46

0



 10

35



0

 50


14.  Təbriz 

82



00



46



17

35



43



15.  Tiflis 

83



00

44



49



38

11



16.  Bakı 

84

0

 30



49

0



 52

34



38



17.  Şamaxı 

84



30

48



39



35

0

 51



18.  Dərbənd 

85



00



48



17

36



43



19.  Bağdad 

80



00

44



24



35

0

 56





                                                     

 

  



                                                                            

                                                    

268 

20.  Abadan 



84

30



52



30

32



00



21.  Şiraz  

88



00

52



34



32

00



22.  Qəzvin 

85



00



50



00

35



00



23.  Nişapur 

92



00

58



0

 51


33



09

24.  Səmərqənd 



99

16



66

0



 59

32



17



25.  Buxara 

96



30

64



0

 25/


 

32



05

26.  Xocənd 



(Lninabad) 

100


0

35



69

38



30



57

27.  Səna 



77

00



44



30

32



30



28.  Ürgənc 

94



30

60



0

 45


33



45

 



Orta fərq 

 

 



34

0  


30

 



Cədvəlin  bir  hissəsini  “Mühəmməd  Nəsirəddin  Tusi” 

əsərində  nəşr  etdirən  H.  Məmmədbəyli  altdakı  abzasda 

qeyd edir: “Bu cədvəldən görünür ki, doğrudan da, Marağa 

rəsədxanasında  qəbul  olunmuş  başlanğıc  meridian  indiki 

Qrinviç  meridianından  34-35

qərbdədir.  Bu  meridian 



haradan  keçir?  Bunun  üçün  coğrafiya  xəritəsinə  müraciət 

edək.  Qrinviç  meridianından  34-35

uzaqda  olan  meridian 



Cənubi  Amerikanın  şərq  sahilində  olan  San-Roka 

burnundan  keçir.  Bu  nə  deməkdir?  Məlumdur  ki,  Ameri-

kanın  kəşfi  1492-ci  ilin  12-si  oktyabrdan  başlanmışdır. 

Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərədə tərtib 

edilmişdir.  Bu  necə  ola  bilər?  Ya  Marağa  rəsədxanasında 


                                                     

 

  



                                                                            

                                                    

269 

tərtib  edilmiş  cədvəldə  bir  yanlışlıq  var,  ya  da  hələ 



Kolumbun  Amerikanı  kəşf  etməsindən  əvvəl  həmin 

torpaqlar  haqqında  onun  məlumatı  olmuşdur?  Beləliklə, 

Marağa  rəsədxanasının  bu  cədvəlinin  tədqiqi  çox  maraqlı 

məsələyə toxunur.

 

№  Şəhərlərin  



      Adı 

 Tusiyə       

   görə 

Biruniyə   

    görə 

Ptolemeyə  

     görə 

1.  Ədən 

76



00



70



00

------------- 



2.  Məkkə 

77



10

67



00



67

00



3.  Mədinə 

75



20



67



30

65



20



4.  Səna 

77

0



 00

67



20



63

30



5.  Buxara 

96



30



87



50

87



20



6.  Ürgənc 

94



30

84



01



 ----------- 

7.  Səmərqənd  99

00



89

00



89



30

8.  Xovənd 



100

0

35



90



35

 ----------- 



 

Hər  şeydən  əvvəl  bilmək  lazımdır  ki,  Marağa 

rəsədxanasında  qəbul  olunmuş  başlanğıc  meridian  ilk  dəfə 

olaraq  Marağanın  özündən  götürülmüşdür;  yəni,  bu  başqa 

müəlliflərdən  daha  əvvəl  burada  qəbul  edilmişdir.  Bu 

məqsədlə  Nəsirəddindən  əvvəl  tərtib  olunmuş  bir  neçə 

                                                 

      


1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 

1980. səh. 154-156 


                                                     

 

  



                                                                            

                                                    

270 

cədvəli tədqiq etmək lazımdır. Doğrudan da, əgər bir neçə 



müəllifin  cədvəlindən  eyni  şəhərlər  üçün  verilmiş  coğrafi 

uzunluqlar  müqayisə  edilsə,  aydın  olar  ki,  Nəsirəddinin 

cədvəli ilə bunalrın arasında fərq var. 

Bu  və  başqa  cədvəllərin  müqayisəsindən  aydın  olur  ki, 

Nəsirəddin  özündən  əvvəlki  müəlliflərə  nisbətən  başlanğıc 

meridianını 10

0

  qərbə  çəkmişdir.  Lakin  qeyd  etmək  lazım-



dır  ki,  Nəsirəddin  özü  ondan  əvvəlki  müəlliflərdən  bəzi-

lərinin bu başlanğıc meridianını qəbul etdiklərini göstərir”. 

Elə  bunu  Kolumb  da  qətiyyətlə  göstərmişdir.  Lakin 

başqa  alimlərin  cədəvlinə  nisbətən  Tusinin  cədəvli  daha 

dəqiq  və  daha  geniş  idi.  İş  ondadır  ki,  azərbaycanlı  alim 

nəinki  zəmanəsinin,  hətta  XV  əsr  üçün  də  tanınmış  və 

istedadlı  alim  sayılırdı.  Artıq  onun  elmi  irsi  Avropaya 

yayılmış  və  Paolo  Toskanelli  kimi  böyük  alim  tərəfindən 

hərtərəfli qəbul edilmişdi.  

Qeyd  etməliyəm  ki,  P.  Toskanelli  1474-cü  ildə  xəritə-

sini  tərtib  edərkən,  artıq  Tusinin  “Zic  Elxani”  əsəri  ilə 

tanışlığı  vardı.  Çox  güman  ki,  italyan  alimi  onun  həmin 

əsərindən istifadə etmişdi. 

Lakin XV əsrin sonlarında astronomiya və coğrafiya ilə 

məşğul  olan  mütəxəssisləri  yalnız  bircə  şey  maraqlandırır-

dı;  astronomiya  və  riyaziyyat  elmlərinin  inkişaf  etdirilmə-

sində  əvəzsiz  rol  oynamış  Biruni  və  Xocəndi  kimi  alimlər 


                                                     

 

  



                                                                            

                                                    

271 

sıfırıncı  meridianı  Qrinviçdən  25



0

  qərb  istiqamətində 

göstərdikləri  halda,  nəyə  görə  Tusi  başlanğıc  meridianını 

Xaldat  adasından,  yəni,  Atlantik  okeanının  şərq  sahilindən 

10

0

 qərb istiqamətində göstərir? Axı, məşhur alim müvafiq 



ölçünü əbəs yerə həmin yerdə göstərməmişdi. Doğrudan da, 

onun  Cənubi  Amerikanın  ucqar  şərq  hissəsinin  harada 

yerləşməsindən  xəbəri  var  idi?  Əgər,  Tusi  həmin  ölçünü 

verməklə, o biri alimlərdən fərqlənmək istəyirdisə, onda o, 

başlanğıc meridianını Qrinviçdən 44

0

 qərb istiqamətində də 



götürə  bilərdi.  Bu  ölçü  rəsədxana  işçiləri  üçün  daha 

məqsədəuyğun sayılırıdı. Ona görə ki, Marağanın özündən 

90

0

–lik  meridian  keçərdi.  Deməli,  Tusi  nə  etdiyini  çox 



yaxşı bilirdi. 

İran alimi Məhəmməd Tağı Müdərris Rəzəvi “Əhval və 



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin