Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   17   18   19   20   21   22   23   24   25

Ven”  -  “Astronomiya”  adlı  bölümündə  o,  qeydə  alınan 

cihazların  xüsusiyyətindən  və  işlətmə  üslubuna  geniş  yer 

veribdir.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Marağadan  gələn 

alimlər  Çində  triqonometriyanın  inkişaf  etdirilməsində 

mühüm  rol  oynamışdılar.  Şəxsən  Cəmaləddinin  özü  bir 

neçə riyaziyyatçını yetişdirmiş və həmin alimlər gələcəkdə 

inşa edilən rəsədxanada aparıcı mütəxəssislər kimi fəaliyyət 

göstərmişdilər. 

Marağadan  gələn  alimlərin  xidmətlərini  nəzərə  alan 

imperator,  hörmət  əlaməti  olaraq  1271-ci  ildə  müsəlman 

astronomlarının  İnstitutunu  təsis  edir.  Xanbalıkın  şərq 

divarları  yaxınlığında  Azərbaycan  astronomları  tərəfindən 

rəsədxana tikilir. 

Böyük hazırlıq işlərindən sonra XIII əsrin 80-ci illərində 

Xanbalıq şəhərində, Çinin həmin dövrdə tanınmış astrono-



                                                     

 

  



                                                                            

                                                    

302 

mu  Qo  Şu-Çinqin  başçılığı  altında  və  Fao  Mun-Çinin 



iştirakı  ilə  rəsədxana  inşa  edilir.  Orada  istifadə  olunan 

bütün  cihazlar,  demək  olar  ki,  Marağadakı  mütəxəssislər 

tərəfindən  ixtira  olunmuşdur.  Bu  cihazlardan  Armilyar 

dairəsi, Fırlanan kvadrantı, Göy qlobusunu və s. göstərmək 

olar. 

Bu  fakt  tarixi  mənbələrdə  öz  əksini  tapmışdır.  Çinin 



tarixi  mənbələrində  qeyd  olunub  ki,  Cəmaləddin  az-Zeydi 

Buxari  Çinə  gələrkən,  özü  ilə  Marağa  rəsədxanasının 

cihazlarının  kiçik  modellərini  və  onların  çertyojlarını 

gətirmişdi.  

Marağa  rəsədxanasında  “Zic  Elxani”  astronomik  kata-

loqu  yardılanda,  Çinin  27  yaşayış  məntəqəsinin  coğrafi 

koordinatları  da  orada  verilmişdir.  Çində  triqonometriya-

nın  və  astronomiyanın  inkişafında  Marağadan  gələn  astro-

nomların da böyük rolu olmuşdur. 

Fao Mun-Çinin ölümündən sonra onun bütün ləvazimat-

ları  və  sənədləri  ölkənin  böyük  kitabxanalarında  eksponat 

kimi  nümayişə  çıxarılır.  Bir  neçə  ildən  sonra  həmin 

materiallar  tədricən  qoyulduğu  yerdən  yoxa  çıxmağa 

başlamışdı. 

 

 

 



                                                     

 

  



                                                                            

                                                    

303 

 

                                             Ədalətsizliyi görüb susmaq bu   



                                  ədalətsizlikdə iştirak etmək deməkdir. 

                                                                  Jan Jak Russo 

 

            Marko Polo və Marağa xəritəsinin  



                    Avropaya çatdırılması 

 

1272-ci  ildə  Çinə  gələn  məşhur  italyan  səyyahı  Marko 



Polo,  imperatorun  sarayında  astroloq  işləyən,  italyan 

millətli Aysenin təklifi və təqdimatı ilə Xubilay xanın səfiri 

işləmişdir.  Başqalarına  nisbətən  Venetsiyadan  gələn  tacir 

üçün  Çinin  bir  çox  əyalətlərinə  sərbəst  gediş-gəlişi  vardı. 

Hər  bir  əşyaya  diqqət  yetirən  Marko  Polo  Nankində 

olarkən,  orada  Azərbaycandan  gətirilmiş  qəribə  konturlu 

xəritəni  görə  bilərdi.  Əlbəttə,  həmin  xəritə  İtaliyada  çıxan 

adi  xəritələr  kimi  deyildi.  O  zaman  Venetsiyada  yayılan 

xəritələrin əksəriyyəti Apennin, Pireney yarımadalarının və 

Aralıq  dənizinin  şimal  sahilinin  xəritələri  idi.  Burada 

naməlum torpaq zolağının konturları göstərilirdi.  

Çox güman ki, Marko Polo orada olarkən, bir tacir kimi, 

Avropa  bazarlarında,  xüsusən  də  Apennin  yarımadasının 

inkişişaf  edən  şəhərlərində  ən  baha  qiymətə  satılan  mallar 

əldə  etmək  üçün  ölkənin  bir  çox  şəhərlərini  gəzməli 


                                                     

 

  



                                                                            

                                                    

304 

olmuşdu. Elə Nankində o, Marağa xəritəsini görüb onu əldə 



edir. Lakin dəqiq bilinmirdi həmin xəritə orijinaldır, yoxsa 

dublikat? Bütün bunlara baxmayaraq mənə elə gəlir, məhz 

Fao  Mun-Çidə  olan  orijinal  nüsxə  Çində  yoxa  çıxmış  və 

həmin  xəritə  əvvəl  Venetsiyada,  sonra  Genuyada,  daha 

sonra  isə  Florentsiyada  peyda  olaraq,  xəritəşünasların, 

coğrafiyaşünasların  və  ya  sərgüzəşt  axtaranların  əlinə 

keçmişdir. 

Əlbəttə, mənim söylədiyim hepotiza ciddi xarakter daşı-

yır.  Tusinin  xəritəsi  Florensiyanın  kitabxanasında  olduğu 

bir zaman, onun “Zic Elxani” əsəri həmin kitabxanada ola 

bilərdi.  İşdir,  Kolumb  həmin  əsərlə  tanış  olubdursa,  bəs 

onda  həmin  əsər  onun  əlinə  necə  keçə  bilərdi?  Bu  sual 

həddindən artıq mürəkkəb olduğu üçün onun cavabı da bir 

o  qədər  mürəkkəbdir.  Lakin  bu  sualın  mürəkkəbliyinə 

baxmayaraq, mən cavab verməyə cəhd göstərəcəyəm. 

Həmin ərəfədə Kolumb Yaxın Şərqə, İrana, Azərbayca-

na gedən tacirlərin oradan gətirdikləri təəssüratlarla, ən əsas 

isə həmin regiondan gətirilən elm adamlarının gördükləri əl 

işləri ilə maraqlanmamış olmazdı.  

Bu haqda başqa bir hepoteza da söyləmək olar. Tusinin 

xəritəsi Kolumbun əlinə keçəndən sonra o, bilavasitə həmin 

alimin  dövrü  fəaliyyəti  və  astronomiya,  coğrafiya  elmləri 

sahəsində gördüyü əl işləri ilə maraqlanmaq üçün, yuxarıda 


                                                     

 

  



                                                                            

                                                    

305 

adı  çəkilən  bölgələrə  yollanan  tacirlərə  və  səfirlərə  müəy-



yən sifarişlər edə bilərdi və bunun əsasında çox güman ki, 

“Zic Elxani” əsəri ilə tanışlığı yaranardı. Bundan əlavə o, 

Tusinin  fəaliyyəti  ilə  təkcə  Florensiyada  və  ya  İtaliyanın 

başqa şəhərlərində maraqlanmamışdır.  

Bu  fəaliyyətini  Kolumb  Portuqaliyada  və  İspaniyada 

olarkən  davam  etdirə  bilərdi.  Sirr  deyil  ki,  həm  Portuqali-

yanın,  həm  də  İspaniyanın  iri  şəhərlərində  böyük  kitab-

xanalar və arxiv sənədləri saxlanılan inzibati binalar vardı. 

Lakin  həmin  dövrdə  Tusinin  əsərlərinin  həmin  ölkələrin 

şəhərlərində olub-olmadığı məlum deyil. 

İngiltərə,  İrlandiya,  İslandiya,  Afrikanın  Qvineya  sahil-

lərində və Madeyra adalarında üzən Kolumb üçün Tusinin 

xəritəsi və “Zic Elxani” coğrafi koordinatlar cədvəli xüsusi 

əhəmiyyət  kəsb  edirdi.  Ona  görə  ki,  orada  çəkilən  sahil 

zolağı  onun  üçün  böyük  bir  yenilik  sayılırdı  və  səyahət 

həvəsində  olan  bir  dənizçiyə  ekspedisiyaya  yollanmağa 

böyük bir stimul yaradırdı. Kolumb nəyin bahasına olursa-

olsun,  həmin  sahili  axtarıb  aşkarlamaq  əzmində  idi.  Əgər 

həmin  sahil  ekspedisiya  zamanı  həqiqətən  də  Atlantik 

okeanının  həmin  hissəsində  aşkarlansa,  onda  Tusi  bütün 

dünyanın  fenomenal  bir  alim  kimi  tanınar.  Sonrakı  illərdə 

həmin  sahil  zolağı  həqiqətən  də  kəşf  edilir,  lakin  Kolumb 


                                                     

 

  



                                                                            

                                                    

306 

şəxsi  ambisiyasına  görə  bəşəriyyət  üçün  lazımlı  olan 



həqiqəti gizlətməli olur. 

Mənim  fikrimcə  Kolumb  Tusinin  “Zic  Elxani”  koordi-

natlar  cədvəlini  və  tərtib  etdiyi  xəritəni  ələ  keçirəndən 

sonra Azərbaycan aliminin fikirləri ilə tam şəkildə razılaşa-

raq, əmin olmuşdu ki, Atlantik okeanının qərb hissəisndəki 

torpaq  Avropadan  təxminən  4500-5000  km.  aralıda  yerlə-

şir. Həmin məsafəni də ki, 30-35 gün müddətinə qət etmək 

olar.  


Lakin bu yerdə  mən,  M. Polonun fəaliyyətinə qayıtmaq 

məcburiyyətindəyəm. 

M. Polo düşüncəli bir adam kimi yaxşı bilirdi ki, həmin 

xəritəni  Çinə  Fao  Mun-Çi  gətiribdir.  Şübhəsiz  ki,  venetsi-

yalı səyyahın Fao Mun-Çi ilə də tanışlığı olubdur və alim-

dən  Marağada  görülən  dünya  əhəmiyyətli  elmi-tədqiqat 

işlərindən müəyyən məlumatlar toplamışdı. Əgər Çin alimi 

Marağa  rəsədxanasında  işləyibdirsə,  deməli  həmin  xəritə, 

bilavasitə Tusinin iştirakı ilə tərtib edilmişdir.  

Hülaku  xan  Elxanilər  dövlətini  yaradandan  sonra 

Azərbaycan  ilə  Çin  arasındakı  gediş-gəlişi  xeyli  yüngül-

ləşmiş və getdikcə həmin əlaqə müntəzəm xaraker daşıma-

ğa  başlamışdı.  İki  xalq  arasındakı  münasibətlər  dostluq 

prinsipləri  ilə  möhkəmlənmişdi.  Marağada  tərtib  edilmiş 



“Zic  Elxani”  əsərindəki  başlanğıc  meridianı,  Çin  astro-

                                                     

 

  



                                                                            

                                                    

307 

nomları  tərəfindən  qeyd  edilmişdi.  Çünki  həmin  əsər 



onlarda  ən  dəqiq  astronomik  kataloq  sayılır  və  əsərin 

təkmilləşdirilməsi  üçün,  Marağa  rəsədxanasındakı  kimi 

intellektual  potensiallı  təcrübəli  elmi  kollektiv,  dünyanın 

heç bir rəsədxanasında və elmi ocağında yox idi.  

Alimlər  əldə  olunan  bütün  qədim  elmi  materialların 

araşdırılması  ilə  məşğul  olaraq,  mühüm  əhəmiyyət  kəsb 

edən, xüsusən də bəşər elminə xidmət edəcək, elmi işlərin 

surətlərini  çoxaldaraq,  Azərbaycanın  hüdudlarından  kənar-

da  fəaliyyət  göstərən  elm  və  tədris  ocaqlarında  yaymağa 

çalışmışdılar.  

Tusi vəfat edəndən sonra onun şan-şöhrəti bütün dünya-

ya  yayılmağa  başlayırdı  və  alimin  elmi  qüdrəti,  müdrük-

lüyü  haqqında  hər  bir  tərəqqipərvər  adam  məlumatlar 

toplamağa səy göstərirdi.  

Azərbaycanda  bir  çox  alimlər  iddia  edirlər  ki,  Tusi 

tərəfindən  Marağa  rəsədxanasında  tərtib  olunan  xəritə 

Marko  Polo  tərəfindən  Çində  alınandan  sonra  İtaliyaya 

aparılır.  Ümumiyyətlə,  professorlar  Həbibulla  Məmməd-

bəyli,  Elbrus  Alizadə,  Eybali  Mehrəliyev,  Nizaməddin 

Allahverdiyev  və  başqaları  Kolumb  Amerikanı  kəşf  edər-

kən,  Tusinin  xəritəsindən  istifadə  etdiyini  dəfələrlə  bəyan 

ediblər və əlbəttə ki, həmin nəzəriyyəni elmi əsaslarla sübut 

etməyə çalışıblar. 


                                                     

 

  



                                                                            

                                                    

308 

Mən  belə  bir  qənaətə  gəldim  ki,  həmin  xəritə,  İtalyan 



humanisti  Nikolo  Nikkolinin  şəhər  icimaiyyətinin  geniş 

istifadəsi  üçün  Florensiyada  yaratdığı  kitabxanaya  düşə 

bilərdi.  Pololar  nəslinin  şəxsi  əmlakı  sayılan  həmin  xəritə 

istifadəsiz  qalmasın  deyə,  şəhər  kitabxanasına  verilməsi 

mümkün idi.  

M.  Polo  Genuya  həbsxanasından  çıxandan  8  il  sonra, 

1307-ci  ildə  kitabının  nüsxəsini,  Venetsiyada  səfir  işləyən 

fransız  cəngavəri  Tibo  de  Sepuaya  bağışlayır.  Fransız 

cəngavəri  öz  işini  Venetsiyada  başa  çatdırandan  sonra 

vətəninə qayıdır. Həmin kitabı Fransada köçürüb yaymağa 

başlayırlar  və  “Səyyahın  qeydləri”  əsəri  yenidən  müzaki-

rə obyektinə çevrilir. Lakin sonradan məlum olur ki, kitabın 

içərisindəkilər  səhvlərlə  doludur.  Buna  baxmayaraq  M. 

Polonun  yazdığı  kitabın  materialları  başqa  müəlliflər 

tərəfindən  yazılan  kitablarda  istifadə  olunurdu.  Məsələn, 

Boduenin  romanında  həmin  əsərdən  birbaşa  parçalar 

verilibdir. 

Yalnız  bir  qədər  keçəndən  sonra  səyyahın  kitabı 

coğrafiyaşünasların  əlinə  keçir.  Onun  ölümündən  200  il 

keçəndən  sonra  səyahətçinin  tərcümeyi-halı,  Venetsiyada 

“Onluq şurasının” katibi, coğrafiyaşünas Ramuzino tərəfin-

dən  yazılır.  O,  Marko  Polonun  əsərini  fransız  dilindən 

italyan  dilinə  tərcümə  edir  və  həmin  əsəri  “Quruda  və 


                                                     

 

  



                                                                            

                                                    

309 

dənizdə  olan  səyahətlər”  adlı  toplusunun  ikinci  cildinə 

daxil edir. 

1320-ci ildə Marino Böyük – Sanudonun yazdığı “Xaça 

sitayiş  edənlərin  kitabı”  əsərində  yəni,  səlib  yürüşünün 

başlanması üçün xəritə verilmişdir. Həmin xəritənin Avro-

panın, Suriyanın, Kiçik Asiyanın, Ərəbistanın təsvirləri real 

şəkildə  verilmişdi.  Çox  güman  ki,  o,  M.  Polonun  tərtib 

etdiyi  xəritədən  istifadə  etmişdir.  Venetsiyalı  səyyah 

Gürcüstanın,  Dərbəndin,  Çinin  ərazilərini  xəritədə  düzgün 

vermişdir. 

Viktor Şklovski “Torpağın kəşfiyyatçısı” tarixi poves-

tində  yazır:  “Xristofor  Kolumb  birinci  səyahət  zamanı 

İspaniyanın  sahillərini  tərk  edəndə,  onun  kapitan  kayutun-

da Marko Polonun “Səyyahın qeydləri” kitabı da vardı və 

həmin  kitab  məşhur  dəniz  səyyahı  üçün  kompas  və  xəritə 

rolunu oynayırdı”.

1

 



Göründüyü kimi Kolumb venetsiyalı səyyahın kitabı ilə 

dərindən  maraqlanmışdı.  Çox  güman  ki,  o,  M.  Polonun 

Çindən gətirdiyi bütün sənədli materiallarla tanış olmuşdu. 

Təsadüf nəticəsində Kolumb venetsiyalı  səyyahın gətirdiyi 

materialların arasında Tusinin Marağada tərtib etdiyi xəritə 

ilə üzləşmişdi.  

                                                 

             1

  В.  Шкловский.  Земли  разведчик.  Москва,  «Молодая  гвардия», 

1966. стр. 194 



                                                     

 

  



                                                                            

                                                    

310 

V.  Şklovskinin  verdiyi  ifadənin  əksi  olaraq  mənim 



fərziyyəm  belədir:  Kolumb  Yeni  Dünya  sahillərinə  yola 

düşərkən,  onun  kayutunda  başqa  materiallarla  yanaşı, 

Amerika  qitəsinin  konturları  çəkilmiş  xəritə  əsas  yer 

tutmuşdu  və  həmin  xəritə  səyahət  zamanı  məşhur  dəniz 

səyyahı  üçün  kompas  rolunu  oynamışdı.  Köhnə  Dünyanın 

başlanğıc meridianı naməlum torpağın ucqar şərq hissəsin-

dən  keçdiyindən,  bu  Kolumbun  işini  xeyli  yüngülləşdir-

mişdi.  Məhz  həmin  xəritə  Marağada  Tusinin  rəhbərliyi 

altında  hazırlana  bilərdi.  Xəritədə  təxmini  olsa  da  göstər-

mişdir ki, Atlantik okeanının o tayındakı qitə hansı tərəfdə 

yerləşir.  

Keçmiş  alimlər  Antiliyanın  yalnız  Asiyanın  şərqində 

yerləşdiyini  göstərmişdilər.  Həqiqətən  də,  Antiliya  adaları 

göstərilən xəritələr Avropada geniş şəkildə yayımlanmışdı. 

İtalyan xəritəşünası Fransisik Pitsiano 1367-ci ildə Anti-

liya  adalarını  göstərməklə  xəritə  tərtib  etmişdi.  Hazırda 

həmin  xəritə  Parma  İtaliya  kitabxanasında  saxlanılır. 

Naməlum bir xəritəşünas 1424-cü ildə xəritə tərtib etmişdi 

və  həmin  xəritə  Almaniyanın  Veymar  şəhərindəki  kitab-

xanada  saxlanılır.  Xəritəni  alman  alimi  Humboldt  tədqiq 

etmişdi.  Fransız  xəritəşünası  Battista  Bekkariya  1435-ci 

ildə  xəritə  hazırlamışdı.  Həmin  xəritədə  Antiliya  adı  ilə 

bərabər  onun  sinonimi  Stanaxiya  sözü  də  qeyd  olunmuş-


                                                     

 

  



                                                                            

                                                    

311 

dur.  İtalyan  xəritəşünası  Andrea  Biankini  1436-cı  ildə  tər-



tib  etdiyi  xəritədə  Antiliyanı  Atlantik  okeanının  mərkəzin-

də göstərmişdir. 

Bəs,  nəyə  görə  alimlər  həmin    adaları  məhz  Antiliya 

adlandırırdılar?  Hələ  qədimdə  Eratosfen  bildirirdi  ki, 

İspaniyadan  eyni  paralel  ilə  qərb  istiqamətində  üzməklə, 

gedib  Hindistana  çıxmaq  olar.  Elə  həmin  dövrdən 

başlayaraq,  alimlər  elə  bilirdilər  ki,  Avropa  ilə  Afrikanın 

qərb  sahillərini  Asiyanın  şərq  sahilləri  ilə  yalnız  Qərb 

dənizi (Atlantik okeanı) ayırır. Amerika qitəsi kəşf edilənə 

qədər  hamı  Yer  kürəsinin  quruluşunu  bu  cür  təsvir 

edirdilər.  Antik  dövrdə  Afrikanı  Liviya  adlandırırdılar. 

Onun əks tərəfində, Qərb dənizinin qərb sahilində yerləşən 

adaları  isə,  Antiliviya  adlandırmağa  çalışıblar.  Sonrakı 

illərdə həmin adaları uzun-uzadı çağırmamaqdan ötrü, asan 

tələffüzlə Antiliya adlandırırdılar. 

 

 



 

 

 



 

 

 



                                                     

 

  



                                                                            

                                                    

312 

 

                                    Bir çox elmi həqiqətlər əvvəllər küfr   



                                    sayılırdı və insanları onlara görə  

                                tonqalda yandırır, boğazdan asırdılar. 

                                                                    Bernard Şou 

 

        Paolo Toskanellinin xəritəsi və onun  



  Yer kürəsinin ölçüsünə dair gəldiyi qənaət 

 

Paolo del Pottso Toskanelli humanist Nikkolo Nikkolini 



tərəfindən  vətəndaşların  ümumi  istifadəsi  üçün  yaratdığı 

kitabxananın  qoruyucusu  və  rəhbəri  olmuşdur.  O,  Yer 

planetinin  kürə  şəklində  olmasının  tərəfdarı  idi  və  Hindis-

tana  qərb  yolu  ilə  gedib  çatmaq  ideyasını  irəli  sürmüşdü. 

Alim  astronomik  “Alfonso  cədvəli”ni  (XIII  əsr)  astrolo-

giya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdi. 

Yuxarıda qeyd etdiyim kimi bir neçə alim iddia edir ki, 

Paolo  Toskanelli  1474-cü  ildə  tərtib  etdiyi  məşhur 

xəritəsini yaradanda bilavasitə Tusinin coğrafi koordinatlar 

cədvəlindən  və  kollektiv  şəkildə  tərtib  olunan  xəritədən 

istifadə etmişdi. Florensiyalı kosmoqraf xəritəsində ilk dəfə 

olaraq göstərir ki, Atlantik okeanını qərb istiqamətində qət 

etməklə, Avropadan Hindistana qərb yolu ilə gedib çıxmaq 

olar.  Bu  onu  bir  daha  sübut  edir  ki,  o  vaxtki  mütərəqqi 



                                                     

 

  



                                                                            

                                                    

313 

fikirli insanlar Yer planetinin kürə şəklində olmasına inanır 



və  onu  öz  materiallarında,  xəritələrində  və  apardıqları 

tədqiqat  işlərində  əks  etdirirdilər.  Baxmayaraq  ki,  bu  işdə 

onlara  maneəçilik  göstərənlərin  sayı  həddindən  artıq  çox 

idi. 


 

              

 

            Paolo del Pottso Toskanelli (1397-1482) 

 

P.  Toskanellinin  azərbaycanlı  alim  tərəfindən  işləmiş 

hesabatlardan  və  tərtib  etdiyi  xəritəsindən  istifadə  etməsi 

sübuta  yetirildiyi  bir  zaman,  şəxsən  mən  özüm  belə  bir 

qənaətə gəlmişəm ki, Kolumb da Tusinin “Zic İlxani” əsəri 


                                                     

 

  



                                                                            

                                                    

314 

və xəritəsi ilə tanış idi, lakin bunu şəxsi məqsədlərinə görə 



bütün ictimaiyyətdən gizlətməli olmuşdu. 

Toskanelli  bir  alim  kimi  Tusinin  bir  çox  fikirləri  ilə 

razılaşa  bilməzdi.  Azərbaycanlı  alimin  xəritəsinə  əsasən, 

nəhəng  torpaq  ərazisi  Avropadan  təxminən  5000  km.  qərb 

istiqamətində  göstərildiyi  halda,  Toskanelli  qəti  qərara 

gəlmişdi  ki,  həmin  torpaq  Asiya  qitəsinin  şərq  hissəsində-

dir  və  Köhnə  Dünya  sahillərindən  10000-12000  km.  qərb-

də yerləşir. 

Ehtimala  görə  Toskanelli  Tusinin  coğrafi  koordinatlar 

hesablamalarını  nəzərdən  keçirən  zaman  elə  başa  düşmüş-

dü  ki,  Atlantik  okeanının  qərb  hissəsindəki  torpaq  yalnız 

Asiya qitəsinin bir hissəsi ola bilər. 

Toskanelli  bir  çox  alimlərin  gördükləri  elmi  işləri  ilə 

tanış  olsa  da  o,  kobud  səhv  nəticəsində  Yer  kürəsinin 

ölçüsünü xeyli kiçiltmişdi. 

Günəş  saatının  bir  hissəsi  kimi  adətən  məbədlərin 

gümbəzindən  istifadə  olunurdu.  Ən  bariz  nümunə 

Toskanellinin  Florentsiyada  yerləşən  Santa-Mariya-del-

Fyore  məbədinin  gümbəzindən  istifadə  etmişdir.  O,  1474-

cü  ildə  məbəddə  özünün  məşhur  qnomonunu  (həmin  üsul 

ilə  günorta  vaxtının  yarım  saniyə  dəqiqliyi  ilə  müəyyən 

etmək  mümkün  idi)  yerləşdirir.  90  m.  hündürlükdə  cənub 

pəncərəsinin  ağzında  o,  ortasında  deşik  olan  bürünc  disk 


                                                     

 

  



                                                                            

                                                    

315 

birləşdirir.  Altardan  sol  tərəfdə  Santa-Kroçe  kapellasının 



döşəməsində  bölümlərlə  olan  xətkeş  düzəldir.  Günəşin 

şüası ilin iki ayında – mayın sonundan iyulun sonuna kimi, 

diskin  deşiyindən  keçib  döşəməsinə  çatırdı.  Həmin  cihaz 

XIX  əsrin  sonuna  qədər  fəaliyyətdə  olmuşdur.  Məbəddə 

bərpa  işləri  ilə  məşğul  olan  ustaların  cihazdan  başları 

çıxmadığından sıradan çıxmışdı.  

Dəqiq  olmayan  hesablamalar  nəticəsində  Toskanelli 

Yerin  ölçüsünü  kiçiltmiş  və  belə  nəticəyə  gəlmişdi  ki, 

okean vasitəsilə İspaniyadan Hindistana qədər 6 min mildir 

(həqiqi məsafədən üç dəfə az). 

Bu  cür  kobud  səhvə  görə  heç  bir  mütəxəssis  Toskanel-

liyə  bəraət  qazandıra  bilməz.  Ona  görə  ki,  o,  1474-cü  ildə 

öz xəritəsini tərtib edəndə elementar səhvlərə yol vermişdi. 

Bir  çox  əsaslar  vardı  ki,  Toskanelli  həmin  səhvlərə  yol 

verməsin.  Yunan  alimi  Eratosfen  İsgəndəriyyə  şəhərində 

yaşayıb yaratmışdı. Onun hesablamalarına görə Yer kürəsi 

çevrəsinin uzunluğu 43625 km-dir, Yerin radiusu isə 6943 

km-dir. Söz yox ki, Kolumb bu məlumat ilə yaxından tanış 

idi. O, özü astronomiya elmi ilə maraqlandığı üçün əlbəttə, 

Eratosfenin,  Posidoninin,  əl  Xorezminin,  əl-Biruninin, 

Tusinin  və  Toskanellinin  hesablamalarını  nəzərə  alaraq, 

ümumi  məxrəcə  gəlmiş  və  hər  bir  şeyi  götür-qoy  edəndən 

sonra uzaq səyahətə yola düşmüşdü. 


                                                     

 

  



                                                                            

                                                    

316 

         



 

                      Eratosfen (təx. b.e.ə. 276-194) 

 

Fransız  həkimi,  astronomiya  ilə  dərindən  maraqlanan 

Jan  Fernel  (1497-1558)  Yer  kürəsi  çevrəsinin  uzunluğunu 

39816  km.,  Yerin  radiusunu  isə  6337  km.  göstərmişdi.

1

 

Belə  başa  düşmək  olar  ki,  Toskanelli  bir  astronom  kimi 



böyük  bir  səhvə  yol  vermişdi.  Çünki  onun  hesablamasına 

                                                 

         

1

  О.  Коротцев.  Глобус,  как  измеряли  землю.  Ленинград,  «Д.Л», 



1980. стр. 312  

                                                     

 

  



                                                                            

                                                    

317 

görə  Yer  kürəsinin  uzunluğunun  ölçüsü  təxminən  29000 



km-dir.  

Məhz  bu  səbəbdən  Kolumb  florensiyalı  alimin  hesabatı 

ilə razılaşmayaraq, yunan alimi Eratosfenin verdiyi ölçünü 

və Tusinin Yer səthi ilə bağlı olan coğrafi koordinatları əsas 

götürür. 

P.  Toskanelli  apardığı  səhv  hesablamalar  ucbatından  o, 

Marağa  rəsədxanasında  tərtib  edilmiş  hesabatlarla 

razılaşmayaraq, belə qərara gəlmişdi ki,  Yer kürə şəklində 

olduğu  üçün  Avropanı  şərq  istiqamətində  qoyub  qərb 

istiqamətində  yola  düşəndə,  okeanda  iri  bir  torpaq  ərazisi 

peyda olsa, onda həmin torpağın Asiya qitəsinin bir parçası 

olduğunu  başa  düşmək  çətin  olmayacaq.  Çünki  Toskanelli 

XV  əsrin  sonuna  qədər  yaşamış  bir  çox  alimlərin  iddia 

etdikləri kimi bildirirdi ki, Yer kürəsində üç qitədən başqa 

heç bir qitə mövcud ola bilməz.  

Əgər,  dördüncü  qitə  mövcud  olsaydı,  onda  onu  çətinlik 

çəkmədən,  florensiyalı  kosmoqrafın  yaşadığı  dövrə  qədər 

kəşf edib dünya ictimaiyyəti üçün aşkarlayardılar. Deməli, 

Avropa  qitəsindən  qərb  istiqamətində,  Atlantik  okeanında 

yalnız  Asiya  qitəsinin  şərq  hissəsi  yerləşə  bilərdi.  Bütün 

bunlardan  sonra  florensiyalı  kosmoqraf  qətiyyətlə  bildir-

mişdi  ki,  iri  bir  torpaq  ərazisi,  səyahətə  yollanan  dənizçi-



                                                     

 

  



                                                                            

                                                    

318 

lərin  qarşısına,  təxminən  10000-12000  km-lik  məsafə  qət 



ediləndən sonra qarşılarına çıxacaq.

1

 



Bütün bunları nəzərə alan Kolumb Marağadakı hesabat-

lara  əsasən,  belə  qərara  gəlmişdi  ki,  Atlantikadakı  torpağı 

4500  km-dən  başlamış,  5000  km-ə  qədər  məsafəni  qət 

edəndən  sonra  kəşf  etmək  olar.  Lakin  Kolumb  heç  kimə, 

okeanda yerləşən torpağın Köhnə Dünyaya məlum olmayan 

bir  ərazi  olmasını  bildirmir.  Elə  buna  görə  də  o,  əvvəldən 

axıra qədər süni şəkildə Toskanellinin ideyasını  – Atlantik 

okeanının  qərb  hissəsində  Asiya  qitəsinin  şərq  hissəsi 

olması ideyası – müdafiə etmişdi. 

İstər  İtaliyada,  Portuqaliyada,  istərsə  də  İspaniyada 

olsun,  Kolumb  boş  vaxtında  həddindən  artıq  çox  kitablar 

oxumuşdu.  Düzdür,  o,  elmi  nəzəriyyələrə  əsaslanan  Stra-

bonun,  Plutarxın,  Böyük  Plininin,  Aristotelin  (Ərəstunun), 

Platonun  (Əflatunun),  Sofoklun,  Tusinin,  ibn-Sinanın, 

Biruninin  və  başqa  alimlərin  əsərlərini  nəzərdən  keçirmiş-

dir.  Eratosfenin  verdiyi  ölçülərini,  Tusinin  verdiyi  Yer 

kürəsinin  quruluşunu  əsas  götürərək,  Kolumb  Yeni  Dünya 

sahillərinə yola düşmüşdü. O, həmin əsərləri oxumaqla bir 

çox  elmi  sirlərə  yiyələnmiş,  lakin  həmin  sirlər  barəsində 

heç kimə məlumat verməmişdi. Təəssüflər olsun ki, məşhur  

                                                 

       1


 R. Qasımov. Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin 

həqiqi kəşfi. Bakı, “Çaşıoğlu”, 2002. səh. 130-131  



                                                     

 

  



                                                                            

                                                    

319 

    


 

    

Paolo Toskanellinin 1474-cü ildə tərtib etdiyi xəritə  

                      (Kremerin rekonstruksiyası) 

                                                     

 

  



                                                                            

                                                    

320 

dəniz səyyahı həmin sirləri özü ilə birlikdə haqq dünyasına 



aparıb. 

Rəsmi  xronikalarda  göstərilir  ki,  Kolumb  birinci 

səyahətdən  sonra  o,  Avropadan  qərb  tərəfdə  “Hindistan”ı 

kəşf  etdiyini  və  oradan  yerli  əhali  olan  hindulardan  bir 

neçəsini gətirdiyini xəbər verir. 

Bununla  yanaşı  artıq  tarixşünaslıqda  (görünür,  XVI 

əsrdən)  başqa  bir  “skeptik”  (şübhəli)  konsepsiya  mövcud-

dur.  Onun  əsasını  belə  bir  fikir  təşkil  edir  –  Kolumb  3 

avqust  1492-cü  ildə  yola  düşəndə,  artıq  Asiyaya  aid  olma-

yan,  Atlantikanın  o  biri  tayında  torpaqlar  barəsində  dəqiq 

məlumatlar  əldə  etmişdi.  XX  əsrin  xarici  kolumbistikasın-

da amerikalı A. Vinyo, argentinalı Romulo Karbia, fransız 

M. Andre, son zamanlar isə ispan R. Balyester Eskalas bu, 

konsepsiyanın tərəfdarı kimi çıxış edirdilər.

1

  

Həmin illərdə Barselonada yaşamış, kral sarayına yaxın 



olan  italyan  humanisti  Pyetro  Martire  (Əzablı  Pyotr),  öz 

yerliləri ilə yazışmalar aparırdı. 1493-cü ilin noyabrın 1-də 

yazdığı  məktubda  belə  bir  ifadələr  var:  “Kolon  (Kolumb) 

adlı birisi özünün bildirdiyi kimi, Hindistan sahilinə qədər, 

qərb  antipodlarının  yanına  gedib  çıxıbdır.  O,  kosmoqraf-

ların  fikirləşdikləri  kimi...  Şərq  okeanının  o  tayında 

                                                 

   1

  В.  Л.  Афанасьев.  Текст  воспроизведен  по  изданию:  Бартоломе 



де Лас Касас. История Индии. Ленинград, «Наука», 1968. стр. 18 

                                                     

 

  



                                                                            

                                                    

321 

Hindistana  yaxın  bir  yerdə  yerləşən  çoxsaylı  adalar  kəşf 

edibdir.  Mən  bu  haqda  iddia  aparmaq  istəmirəm.  Halbuki 

Yer Kürsəninin ölçüsü başqa qənaətə gətirir çıxarır”. 

Deməli,  Kolumb  səyahətə  yola  düşməmişdən  əvvəl  və 

Toskanellinin  Yer  kürəsinin  ölçüsü  barəsində  verdiyi 

hesabatlarının  əksinə  olaraq,  Pyetro  Martire  tamam  başqa 

fikirdə idi. 

Mən,  belə  qənaətə  gəlmişəm  ki,  Kolumb  çətin  ki, 

florentsiyalı  kosmoqrafın  dedikləri  ilə  razılaşsın.  Məşhur 

dəniz  səyyahı  bu  barədə,  ilk  növbədə  Yer  kürəsinin  çevrə 

uzunluğunun  ölçüsü  ilə  razılaşa  bilmirdi.  Deməli,  Asiya 

qitəsi bilavasitə, P. Toskanellinin fikirləşdiyi kimi Atlantik 

okeanında,  Kanar  adalarından  qərb  istiqamətində  10000-

12000 km. məsafədə yerləşirdi. Lakin Kolumb fərdi şəkildə 

hesablamalar  aparmışdı  ki,  Atlantik  okeanının  qərb 

hissəsində  yerləşən  quru  ərazi  Avropadan  təxminən  4000-

4500 km. aralıdadır. Bu ondan xəbər verir ki, həmin torpaq 

Köhnə  Dünyaya  bəlli  olmayan,  tamamilə  başqa  bir 

torpaqdır.  

Mənim  fərziyyəmə  görə  Marağadakı  titanik  zəhmət 

nəticəsində  Amerika  qitəsinin  coğrafi  cizgiləri  əvvəlcədən 

aşkarlanmışdır.  Rəsədxanadakı  alimlər  tapmışdılar  ki, 

okean  və  dənizdə  baş  verən  fırtınalar,  qasırğalar  və 

sunamilər  heç  də  küləklərin,  tufanların  sayəsində  baş 



                                                     

 

  



                                                                            

                                                    

322 

vermir,  tam  əksər  hallarda  Ay  dövriyyəsinin  fəsadlarıdır. 



Elə  bu  kəşfin  özü  uzaq  səyahətlərə  çıxan  dənizçilər  üçün 

gözəl vəsait sayılırdı.   

Mən  belə  qənaətə  gəldim  ki,  Kolumb  kəşf  etdiyi 

torpaqların  Asiya  qitəsi  yox,  naməlum  torpaq  olduğunu 

əvvəlcədən bilirdi. 

Bəzi  tarixi  mənbələrdən  məlumdur  ki,  Kolumb  birinci 

səyahətinə  (1492-1493)  başlayanda  Toskanellinin  tərtib 

etdiyi  xəritəni  köçürərək,  Yeni  Dünya  sahillərinə  yollan-

mışdır.  Lakin  əsrimizin  bir  neçə  alimləri  iddia  edirlər  ki, 

onda  başqa  xəritə  də  olubdur.  Mənim  fikrim  belədir, 

Kolumb  şəxsən  özü  fərdi  üsulda,  bütün  dost-tanışlarından 

ciddi-cəhdlə gizlətdiyi, bir xəritə əldə etmişdi. 

Bilindiyi  kimi  Kolumb  müəyyən  bir  dövr  müvəqqəti 

olaraq Portuqaliyada, sonra isə həmin krallığa məxsus olan 

müstəmləkədə  məskunlaşmış  və  naviqasiya  işi  ilə  ciddi 

maraqlanmışdı.  Onun  qardaşı  Bartolomeo  hansı  ölkədə 

olursa-olsun, həmişə xəritəşünaslıq ilə məşğul olmuş və hər 

bir  yeni  xəritə  əldə  etmək  üçün  bütün  mümkün  olar 

vasitələrdən  istifadə  etmişdi.  Ticarət  ilə  məşğul  olan 

adamların  ən  savadlı  təbəqəsi  demək  olar  ki,  Apennin 

yarımadasında populyarlaşan həmin sənətə yiyələnirdilər. 

Həmin  dövrdə  xəritəşünaslıq  və  xəritə  ilə  alver  etmək, 

Avropa  ölkələrində  gəlirli  sənət  sayılırdı.  Bartolomeo 


                                                     

 

  



                                                                            

                                                    

323 

Kolumb müasir xəritələrlə yanaşı, keçmişdə tərtib olunmuş 



ən  nadir  nüsxələrin  də  xəritələrini  alıb  satırdı.  Çox  güman 

ki,  onun  əlinə  Makidoniyalı  İsgəndərin  dövründə  və  erkən 

əsrlərdə  fəaliyyət  göstərmiş  müsəlman  alimlərinin 

yaratdıqları xəritələrin surətləri keçmişdir. 

Aralıq  dənizində  üzmək  üçün  naviqasiyanı  və  ya  sahil 

zolağlarının  konturunu  bilmək  dənizçilərin  əsas  vəzifəsi 

sayılırdı. Xəritəşünaslıq sahəsi üzrə əsasən, katalon və ital-

yan  mütəxəssisləri  güclü  rəqabət  aparırdılar.  Bartolomeo 

xəritələrin axtarışı ilə İtaliyanın bir çox şəhərlərinə üz tuta-

raq,  bir  çox  xəritəşünaslarla,  coğrafiyaşünaslarla,  arxiva-

riuslarla  və  kitabxana  müdirləri  ilə  ünsiyyət  yaradırdı. 

Beləliklə,  o,  Florensiya  şəhərinə  gəlib  çıxır  və  orada  Tos-

kanelli ilə tanış olur. Yuxarıda qeyd edildiyi kimi tanınmış 

alim öz işi ilə məşğul olmaqla yanaşı, həm də humanist N. 

Nikkolininin yaratdığı kitabxanaya sahiblik edirdi. Əlbəttə, 

həmin kitabxanada coğrafiya və astronomiya elmlərinə dair 

çox qiymətli sənədli materiallar çox idi. 

Ümumiyyətlə,  Toskanellinin  adı  coğrafiya  elmi  ilə 

dərindən maraqlanan  mütəxəssislərin arasında  dillər əzbəri 

olmuşdu və hər bir adam çalışırdı ki, onunla bir müddət sıx 

dostluq  əlaqələri  yaratsın.  Necə  ki,  Xristofor,  eləcə  də 

Bartolomeo  Kolumb  Florensiyada  olarkən,  qədim  xəritələr 

ilə maraqlanan bir adam kimi Toskanellinin başçılıq etdiyi 


                                                     

 

  



                                                                            

                                                    

324 

kitabxanaya  baş  çəkir  və  oradakı  lazım  olan  materialları 



nəzərdən  keçirirdi.  Söz  yox  ki,  kitab  rəflərində  olan  və 

eksponat kimi saxlanılan qəribə bir xəritələr onun diqqətin-

dən  yan  keçə  bilməzdi.  Çünki  Bartolomeo  xəritəşünaslıq 

sahəsində  püxtələşmiş  bir  mütəxəssis  kimi,  Atlantik 

okeanının  qərb  hissəsində,  heç  kimə  bəlli  olmayan  bir 

torpağın  sahillərinin  konturları  çəkilmiş  xəritə  ilə  xüsusi 

olaraq  maraqlanır  və  çox  güman  ki,  Marağa  rəsədxanasın-

da  tərtib  edilmiş  xəritəni  əldə  etmək  üçün  florensiyalı 

kosmoqrafa müraciət edir. Əlbəttə, kitabxananın müdiri M. 

Polonun  yadigarı  sayılan  həmin  eksponatı  Bartolomeoya 

sata bilməzdi. 

Mənə  elə  gəlir,  Bartolomeo  həmin  xəritəni  kitabxanada 

görərək  Xristofora  xəbər  verir,  o,  da  öz  növbəsində 

xəritənin  üzünü  çıxardır  və  həmin  minvanla  həyatında 

dönüş  yaradan  materialı  əldə  edir.  Tarixdən  məlumdur  ki, 

Xristofor  ilə  florensiyalı  kosmoqraf  arasında  sıx  dostluq 

əlaqəsi olmuşdur. O, alimi özü üçün müəllim hesab edirdi. 

Toskanelli  bir  alim  kimi  artıq  azərbaycanlı  alimin  xəritəsi 

üzərində  işləmiş  və  öz  səyi,  bacarığı,  təcrübəsi  ilə 

naviqasiya və coğrafiya elmi ilə  maraqlanan Xristofora bu 

haqda bəzi məlumatlar vermişdi. 

Kolumbun bacarağına, dərrakəsinə şübhə etməmək olar. 

Uzun  səyahətə  yola  düşməmişdən  əvvəl  o,  1245-1247-ci 


                                                     

 

  



                                                                            

                                                    

325 

illərdə  fransiskan  ordeninin  üzvləri  Covanni  del  Plano 



Karpininin  və  Benedikt  Polşalının  (Vrostlavdan),  1249-cu 

ildə  dominikan  monax  Andre  Lanjümonun,  1252-1255-ci 

illərdə  fransiskan  ordeninin  üzvi  fləməngli  Gilyom  (Vil-

lem)  Rubrukun,  1260-1269-cu  illərdə  Venetsiyalı  tacirlər 

Nikkolo  və  Maffeo  Poloların,  1271-1295-ci  illərdə  Marko 

Polonun  və  1325-1349-cu  illərdə  Əbu  Abdallah  Mühəm-

məd  ibn  Bətutinin  Şərqi  Asiyaya  təşkil  etdikləri  səyahət-

lərindən və həmin səyahətlərə dair yazılan əsərlərlə, topla-

nan  materiallarla  qismən  olsa  da  tanış  idi.  Toskanellinin 

xəritəsindən  əlavə,  məşhur  səyyah  qardaşı  Bartolomeonun 

sayəsində əldə edilən Ptolemeyin, M. Polonun, Portuolono 

Mediçinin,  Əbu  Abdallah  ibn  Bətutinin,  Z.  Pitsiqanonun, 

Q.  Beninkazanın,  Martin  Behaymın  və  Tusinin  tərtib 

etdikləri  xəritələri  diqqətlə  nəzərdən  keçirmişdi.

1

  Onu  da 



qeyd  etmək  istəyirəm  ki,  Kolumb  hamıdan  çox  Marağada 

tərtib edilmiş xəritəyə bel bağlamışdı. Çünki həmin kontur-

larda yalnız yeniliklər və dəqiq koordinatlar göstərilirdi. 

Bütün bu abzaslardan sonra belə bir sual verilə bilər ki, 

işdir,  Marağa  rəsədxanasında  Amerika  qitəsinin  konturları 

göstərilmiş  xəritə  tərtib  edilibsə,  bəs  həmin  xəritənin 

aqibəti  necə  olubdur?  Bir  çox  mütəxəssislər  bildirirlər  ki, 

                                                 

       1 

R. Qasımov. Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin 

həqiqi kəşfi. Bakı, “Çaşıoğlu”, 2002. səh. 130-131 


                                                     

 

  



                                                                            

                                                    

326 

həmin  xəritə  indiki  zamanda  mövcud  olmadığından,  onlar 



Marağada  belə  bir  əməyin  baş  verdiyinə  şübhə  ilə 

yanaşırlar.  Belə  bir  qənaətlə  razılaşmaq  mümkün  deyil.  İş 

ondadır  ki,  bəzi  tarixi  qaynaqlarda  Kolumbun  birinci 

səyahət  zamanı  Toskanellinin  1474-cü  ildə  təritb  etdiyi 

xəritədən istifadə etdiyi bildirilir. Həmin xəritəyə də bir çox 

ədəbiyyatlarda  rast  gəlinir.  Lakin  sənəddəki  konturlar 

tamamilə yenidən rekonstruksiya olunubdur. Bir faktdır ki, 

həmin xəritənin ana bətnində olduğu kimi əsl surəti yoxdur. 



  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                     

 

  



                                                                            

                                                    

327 

                        İnsan zəkası acgözdür, o yerində sakit   

                         dura bilmir, daim irəliyə - ona məlum  

                         olmayan ənginliklərə can atır və onu  

                      bu yürüşdən heç bir şey saxlaya bilməz. 

                                                             Frensis Bekon 

 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin