R b a y c a n X z r d n z g m



Yüklə 407,45 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix05.03.2017
ölçüsü407,45 Kb.
#10070
1   2   3   4

YUXUnUZ şiRin DeYiLSƏ...

Hər bir adamın dostları 

var, lakin onlardan bir neçəsi 

ailənin həqiqi üzvünə çevrilir. 

Alimlərin fikrincə, sözün hərfi 

mənasında bizim “qohum-

larımız” məhz ona görə bu 

dərəcədə yaxındırlar ki, həqiqi 

dostların DNT-si kifayət qədər 

bir-birinə oxşardır.

 “svopi.ru” saytı xəbər verir 

ki, Kaliforniyada Ceyms Faule-

rin başçılığı altında mütəxəssis-

lər  tərəfindən  adamlar  arasında 

yaxın  dostluğun  əsas  səbəbləri 

tədqiq olunub. Eksperiment za-

manı  ABŞ-ın  kiçik  şəhərlərin-

dən birində yaşayan iki mindən çox ada-

mın genetik kod məlumatlarından istifadə 

edilib.

Alimlər  könüllülərin  genlərində  500 



min  birhərfli  markerləri  tədqiq  ediblər. 

Aşkar edilib ki, ən yaxın dostlarda DNT 

0,1 faiz eynidir. Buradan belə çıxır ki, biz 

öz dostlarımızla 0,1 faiz eyniyik. Bu cür 

oxşarlıq olduqca kiçik görünə bilər. Lakin 

yaxın qohumların DNT oxşarlığını müqa-

yisə  etməklə  görmək  olar  ki,  onlarda  da 

DNT 0,1 faiz oxşardır.

Ceymsin fikrincə, bu cür göstəricilərə 

görə adamda belə fikir yaranır ki, tədqiqa-

ta cəlb edilənlərin ulu nənə və babaları ey-

nidir. Daha bir maraqlı fakt ondan ibarət-

dir ki, yaxın dostların çox vaxt eyni iydən 

xoşları  gəlir.  Onların  yemək,  rəng  və  s. 

seçimində də ümumi cəhətləri çoxdur.

DoSt BiR oLAR, YA iki...

Bioloqlar müəyyən ediblər ki, bəzi 

heyvanlar həqiqətən də insanları müalicə 

etməyə qadirdir.

 “mir24.tv” saytı xəbər verir ki, şəfa verən 

beş  heyvan  sırasına  at,  pişik,  it,  ilan  və  arı 

daxildir. Tədqiqatçılar heyvanat aləminin bu 

nümayəndələrinin hansı sahədə daha bacarıqlı 

olduğunu aydınlaşdıra biliblər.

Məsələn,  atlar  da-

yaq-hərəkət aparatı xəstəlik-

lərini  müalicə  edir,  travma 

və yaralanmadan sonra bər-

pa  prosesinə  yardımçı  olur. 

Atlar  alkoqol  və  narkotik 

asılılığına  qarşı  mübarizə 

aparanlar  üçün  də  ideal  se-

çimdir.

İtlər ürək-damar sistemi-



ni gücləndirir, qısa müddət-

də  depressiyadan  çıxmağa 

kömək edir. Bu heyvanlar öz 

sahiblərində xərçəng şişləri-

ni erkən mərhələdə üzə çıxa-

rır.  Pişiklər  isə  sahiblərini 

nevroz və depressiyadan müalicə edir.

Arılar insana çıxıqlar və radikulit zamanı 

kömək edir. Müalicəni bu həşəratların istehsal 

etdiyi bal və propolis təmin edir. İlan zəhəri 

də  çox  xeyirlidir.  Onu  damar  və  oynaqların 

müalicəsində  istifadə  olunan  bəzi  gellərə  və 

losyonlara əlavə edirlər.

Göygöl Milli Parkında mühafizə 

tədbirlərinin gücləndirilməsi, təbiətə yad 

təsirlərin aradan qaldırılması ərazidə 

qida bolluğu yaradıb ki, bu da müxtəlif 

heyvan və quş növlərinin sayında artıma 

səbəb olub.

Bu barədə AZƏRTAC-a müsahibəsin-

də Göygöl Milli Parkının elmi işçisi Fuad 

Quliyev məlumat verib.

Ərazidə Azərbaycan təbiətinin ən nadir 

fauna və flora növlərinin yayıldığını deyən 

elmi  işçi  bildirib  ki,  hazırda  Göygöl  Milli 

Parkında 80-i nadir ağac və kol bitkisi ol-

maqla 423 adda flora növü qorunur. Həm-

çinin Milli Parkda tibbi əhəmiyyətli zəli və 

100 adda dərman bitkisi də mühafizə edilir.

Fuad  Quliyev  qeyd  edib  ki,  1925-ci 

ildə  ölkəmizdə  ilk  dəfə  təbiəti  mühafizə 

zonası olan Göygöl Dövlət Təbiət Qoruğu 

yaradılıb. 2008-ci ildən isə Prezident İlham 

Əliyevin  müvafiq  Sərəncamı  ilə  Göygöl 

Milli Parkı təşkil edilib. Bununla da dövlət 

tərəfindən xüsusi mühafizə olunan Göygöl 

Milli Parkının ərazisi 6 min 739 hektardan 

12 min 755 hektara qədər genişləndirilib.

F.Quliyev  vurğulayıb  ki,  yüksək-

lik  fərqi  dəniz  səviyyəsindən  1100-3724 

metr  arasında  dəyişən  milli  park  ərazi-

sində yalnız ölkəmizin təbiətinə xas bitki 

nümunələri deyil, həm də fauna növləri - 

Qafqaz maralı, ceyran, cüyür, dağ keçisi, 

qonur ayı, canavar, tülkü, vaşaq, meşə pi-

şiyi, porsuq, samur, dovşan, dələ, göllərdə 

qırmızı  xallı  balıq,  eləcə  də  Xəzər  uları, 

tetra, qara kərkəs, kəklik kimi quşlar mü-

hafizə olunur.

göYgöLƏ gƏL, göYgöLƏ...

BƏZi heYvAnLAR inSAnLARI 

MüALicƏ etMƏYƏ QADiRDiR


Azərbaycan Gimnastika Federa-

siyası bu il yarışlar mövsümünə batut 

gimnastikası və tamblinq üzrə dünya 

kuboku yarışları ilə start verəcək.

Yeni  Olimpiya  dövrünün  batut  gim-

nastikası üzrə ilk dünya kuboku yarışı fev-

ralın 18-19-da Milli Gimnastika Arenasın-

da keçiriləcək. On beş ölkədən 85 batutçu 

və tamblinqçi iki gün ərzində 2017-ci ildə 

qüvvəyə  minən  yeni  qaydalar  əsasında 

gərgin  mübarizə  aparacaq.  Yarışların  bi-

rinci  günündə  təsnifat,  növbəti  günündə 

isə final mərhələləri olacaq.

Azərbaycanı  bu  yarışlarda  fərdi  və 

sinxron proqramda İlya Qrişunin, Oleq Pi-

unov, Ruslan Ağamirov, Svetlana Makşta-

rova,  Veronika  Zemlyanaya  və  tamblinq 

cığırında Mixail Malkin təmsil edəcəklər.

Ölkəmizdə 2013-cü ilin sonundan in-

kişaf etməyə başlayan batut gimnastikası 

üzrə mötəbər tədbir - dünya kuboku artıq 

ikinci dəfədir təşkil olunur. Tamblinq üzrə 

dünya kuboku isə Azərbaycanda ilk dəfə 

təşkil  olunacaq.  Gimnastika  yarışlarının 

daim yüksək səviyyədə təşkil olunması bu 

mötəbər turnirlərin də bir çox yeniliklərlə 

yadda qalacağını deməyə əsas verir.

Tamaşaçılar  havada  pərvazlanan  ul-

duz  batutçu  və  tamblinqçilərin  təqdima-

tında maraqlı mübarizənin şahidi olmaqla 

yanaşı,  əyləncəli  müsabiqələrdə  və  fləş-

moblarda da iştirak edə biləcəklər.

Azərbaycan cüdoçuları İtaliya-

nın Liqnano şəhərində ənənəvi “Alpe 

Adrea” beynəlxalq turnirində 5 qızıl, 4 

gümüş və 4 bürünc medal qazanıblar.

Cüdo  Federasiyasından    bildiriblər 

ki, 22-ci dəfə baş tutan festivalda Avro-

panın  müxtəlif  ölkələrindən  1046  gənc 

cüdoçu mübarizə aparıb.

Azərbaycan  komandasının  heyətin-

də  Hacı  Musayev  (55kq),  Kəramət  Hü-

seynov (60 kq), İsmayıl İbrahimov (66 kq), Hasil Cəfərov 

(73 kq) və Aslan Mirzəyev (90 kq) bütün rəqiblərinə qa-

lib gələrək qızıl medal qazanıblar. Natiq Qurbanlı (60 kq), 

Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq) və Ayxan 

Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Mu-

rad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir 

Ağayev (81 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, 13 medal əldə edən gənclərdən ibarət milli 

komandamız ümumi hesabda 1-ci yeri tutub.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


10 fevral 2017-ci il   № 9-12 (9103)

BAş ReDAktoR

Rasif iman oğlu

tAhiRov

ünvanımız:

AZ1003, Bakı şəhəri,

Xanlar küçəsi, 22

teLefonLARIMIZ:

Baş redaktor

(050) 670-33-76

Redaktor

(070) 252-39-02

Qəzetin təsisçisi:

“Azərbaycan Xəzər Dəniz

gəmiçiliyi”

Qapalı Səhmdar 

cəmiyyəti

Qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

Sifariş: 405

8

nAMiZƏDLiYini 

iRƏLi SüRüB

Azərbaycan Futbol Federasiyaları Assosiasi-

yası (AFFA) 2019-cu ildə keçiriləcək UEFA Çem-

pionlar Liqası və UEFA Avropa Liqası turnirləri-

nin final oyununun təşkili ilə bağlı namizədliyini 

irəli sürüb.

AZƏRTAC xəbər verir ki, AFFA UEFA-ya müra-

ciətində qeyd olunan turnirlərin həlledici qarşılaşması-

nın keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif 

edib.

Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli 



sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdı-

rırıq:


UEFA Çempionlar Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu

İspaniya – Madrid – Estadio Metropolitano

UEFA Avropa Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu

Gürcüstan – Tbilisi – Dinamo Arena

Almaniya – Frankfurt – Frankfurt Stadion

Almaniya – Ştutqart – Arena Stuttgart

Şotlandiya – Qlazqo – Hampden Park

İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan

Türkiyə - İstanbul – Beşiktaş Arena

UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final 

oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin 

sentyabrında qəbul edəcək.



AZƏRTAC xəbər verir 

ki, planetin 10 ən güclü 

komandasının mövqeyi 

dəyişməz qalıb. Azərbaycan 

millisinin xal ehtiyatı dəyiş-

məyib. Aktivində 1435 xal 

olan komandamız mövqeyini 

də qoruyub. Yığmamız yenə 

də planetin 10-cusudur.

Millimizin  Avropa  çem-

pionatının seçmə mərhələsin-

dəki  rəqiblərimizin  mövqe-

yinə gəlincə, Macarıstan 1192 

xalla 30-cu, Bosniya və Her-

seqovina 1129 xalla 38-ci yerdə qərarla-

şıb. Təsnifat mərhələsini adlayan Albani-

ya 843 xalla 77-ci yerdə qərarlaşıb.

Reytinq cədvəlinə 1916 xalla Brazili-

ya millisi liderlik edir. İspaniya 1893 xalla 

ikinci, Rusiya isə 1766 xalla üçüncü pillə-

də yer alıb.

Rusiyanın Ryazan şəhərində Sovet 

İttifaqı qəhrəmanı İ.Zaytsevin xatirəsinə 

həsr olunmuş 44-cü ənənəvi turnirə yekun 

vurulub.

Turnirdə  21  komandanın  tərkibində 

168 idmançı gücünü sınayıb.

“Neftçi  İdman  Klubu”nun  yığma-

mızın  heyətində  yer  almış  yunan-Roma 

güləşçisi Kamran Mirzəliyev (60 kq) bö-

yük əzmkarlıq nümayiş etdirərək turnirin 

qalibi adını qazanıb.

Gənc  pəhləvanımız  yarımfinalda  Ru-

siyadan olan erməni əsilli idmançı Vladis-

lav Beqyanı məğlub edərək finala vəsiqəni 

təmin edib. Həlledici görüşdə rusiyalı And-

rey İvanov üzərində inamlı qələbə qazanan 

K.Mirzəliyev  turnirin  qızıl  medalına  sahib 

olub.

2020-ci ildə kişi idman gimnastikası 

üzrə Avropa çempionatı Bakıda təşkil 

olunacaq. Bu barədə qərar Avropa 

Gimnastika İttifaqının Lozannadakı 

baş qərargahında qurumun İcraiyyə 

Komitəsinin iclasında qəbul olunub.

İclasda  Azərbaycan  Gimnastika  Fe-

derasiyasının 2020-ci ildə idman gimnas-

tikası  üzrə  Avropa  çempionatının  ölkə-

mizdə  keçirilməsi  ilə  bağlı  namizədliyi 

məsələsinə baxılıb. Müzakirələrdən sonra 

kişi idman gimnastikası üzrə 34-cü Avro-

pa çempionatının 2020-ci il mayın 6-10-

da Bakıda keçirilməsi qərara alınıb. Qadın 

idman  gimnastikası  üzrə  33-cü  Avropa 

çempionatının  təşkili  isə  Parisə  həvalə 

olunub.


Beynəlxalq  Gimnastika  Federasiya-

sının 2017-2020-ci illərdə Olimpiya döv-

rü  üzrə  yeni  qaydalarına  əsasən, Avropa 

çempionatlarında  da  “Tokio-2020”yə  li-

senziya qazanmaq imkanı olacaq.

Bundan  əlavə,  Azərbaycan  Gimnas-

tika  Federasiyası  növbəti  Olimpiadaya 

qədər  gimnastikanın  üç  növü  (idman 

gimnastikası,  batut  gimnastikası,  bədii 

gimnastika)  üzrə  məhz  lisenziya  xarak-

teri daşıyan dünya kuboku mərhələlərini, 

həmçinin  bədii  gimnastika  üzrə  dünya 

çempionatını təşkil edəcək.

“Neftçi” Peşəkar Futbol 

Klubu qış transfer dönəmində so-

nuncu transferini həyata keçirib.

Klubdan    bildiriblər  ki,  ispa-

niyalı  hücumçu  Daniel  Seqoviya 

ilə  bir  il  yarım  müddətinə  müqa-

vilə  bağlanıb.  Sonuncu  klubu 

“Sankt-Pyolten”də  (Avstriya)  66 

oyunda  meydana  çıxmış  futbol-

çu 29 qola imza atıb. 31 yaşlı hü-

cumçu  indiyədək  isə  İspaniyanın 

“Rayo  Valekano”,  “Fuenlabrada”, 

“Alxesiras”, “Real Saraqosa” B, “Atletiko 

Pinto”, “Konkense”, “Atletiko Baleares”, 

Fransanın  “Olimpik  Marsel”  B,  Avstri-

yanın “Admira Vakker” və “Volfsberger” 

klublarında çıxış edib.

Daniel Seqoviya “Neftçi”də 12 nöm-

rəli formanı geyinəcək.  

Hövsan Olimpiya İdman Komp-

leksində pankration, qraplinq və MMA 

idman növləri üzrə açıq Bakı çempionatı 

və birinciliyi keçirilib.

Gərgin  idman  mübarizəsi  şəraitində 

keçən yarışa 300-dən çox atlet qatılıb.

“Neftçi İdman Klubu”nun təmsilçiləri 

çempionatda aşkar üstünlükləri ilə seçilib-

lər və ümumilikdə yarışın 29 medalına (8 

qızıl, 6 gümüş, 15 bürünc) sahib olublar.

Qraplinq yarışlarında İmran Abbasqu-

liyev (16-17 yaş, 58 kq), Coşqun Dəlişov 

(20 yaşdan yuxarı, 62 kq), Teymurşah Cə-

maləddinov (20 yaşdan yuxarı, 71 kq) və 

Həzi Həsənov (20 yaşdan yuxarı, 92 kq) 

əzmlə mübarizə apararaq qalib adını qaza-

nıblar.


MMA idman növündə iyirmi yaşdan 

yuxarı  idmançılar  arasında  Coşqun  Də-

rişov (71 kq), Nemət Məmmədov (77 kq) 

və Əli Əlizadə (100 kq) rəqib tanımayaraq 

liderliyə yüksəliblər.

Pankrationçuların  mübarizəsində  isə 

Rasim Abdulrəhmanov (14-15 yaş, 73 kq) 

bütün döyüşlərdən qalib ayrılıb və paytaxt 

birinciliyinin qızıl medalına yiyələnib.

“Neftçi İdman Klubu” ümumi koman-



da hesabında birinci yeri tutub.

iSPAniYALI hücUMçU “neftçi”DƏ

YARIşA 300-DƏn çoX AtLet QAtILIB

fUtZAL üZRƏ AvRoPA çeMPionAtInIn tƏSnifAt 

MƏRhƏLƏSi BAşA çAtDIQDAn SonRA MiLLi 

koMAnDALARIn Yeni ReYtinQ SiYAhISI AçIQLAnIB

kişi iDMAn giMnAStikASI üZRƏ AvRoPA 

çeMPionAtI BAkIDA tƏşkiL oLUnAcAQ

Yeni QAYDALAR ƏSASInDA MüBARiZƏ APARAcAQLAR

13 MeDAL QAZAnIBLAR

168 iDMAnçI gücünü SInAYIB

Yüklə 407,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin