R b a y c a n X z r d n z g m



Yüklə 407,45 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix05.03.2017
ölçüsü407,45 Kb.
#10070
  1   2   3   4

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

10 fevral 2017-ci il    № 9-12 (9103) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

"Müalicə-profilaktik yeməklərə, süd və ona 

bərabər tutulan digər məhsullara və vasitələrə sərf 

olunan xərclərin, həmçinin dəniz nəqliyyatında 

üzücü heyətə verilən yemək xərclərinin normaları-

nın müəyyən edilməsi barədə" Azərbaycan Respub-

likası Nazirlər Kabinetinin 2007-ci il 4 iyun tarixli 

89 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan  Respublikası  Konstitusiyasının 

119-cu  maddəsinin  səkkizinci  abzasını  rəhbər  tuta-

raq  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  



QƏRARA ALIR:

1. "Müalicə-profilaktik yeməklərə, süd və ona bə-

rabər tutulan digər məhsullara və vasitələrə sərf olu-

nan  xərclərin,  həmçinin  dəniz  nəqliyyatında  üzücü 

heyətə verilən yemək xərclərinin normalarının müəy-

yən edilməsi barədə" Azərbaycan Respublikası Nazir-

lər Kabinetinin 2007-ci il 4 iyun tarixli 89 nömrəli qə-

rarının  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2007, № 6, maddə 694) 2-ci hissəsi aşağıdakı 

redaksiyada verilsin:

"2.  Dəniz  nəqliyyatında  üzücü  heyətə  verilən 

yemək  xərclərinin  gündəlik  norması  Xəzər  dənizin-

də üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, 

Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyə-

ti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edil-

sin.".


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri 

A

zərbaycan çox böyük müsbət 

beynəlxalq imicə malik-

dir. Beynəlxalq təşkilatlarda bizim 

sözümüz keçir və təsirimiz artır. Biz 

beynəlxalq əlaqələrimizi bu il də 

genişləndirəcəyik. Keçən il ölkəmizə 

20-yə yaxın dövlət və hökumət başçısı 

rəsmi və işgüzar səfərlər etmişdir. Bu 

da bir göstəricidir. Biz beynəlxalq 

təşkilatlar çərçivəsində fəal işləmişik. 

İslam Əməkdaşlıq Təşkilatı Zirvə 

görüşündə Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi və aprel 

ayında Azərbaycana Ermənistan 

tərəfindən edilən təcavüzlə bağlı 

kontakt qrupu yaratdı. Bu qrup artıq 

fəaliyyətə başlayır. Bu, bizim böyük 

uğurumuzdur. Son illər ərzində bizim 

fəaliyyətimiz nəticəsində Qoşulmama 

Hərəkatı Dağlıq Qarabağ münaqişə-

sinin Azərbaycanın ərazi bütövlüyü 

çərçivəsində həll olunması ilə bağlı 

qətnamələr qəbul etmişdir.

Dağlıq Qarabağ münaqişəsinin həl-

li  yolları  bəllidir.  Bizim  mövqeyimiz 

dəyişməz  olaraq  qalır.  Bizim  ölkəmi-

zin  ərazi  bütövlüyü  bərpa  edilməlidir. 

Bütün işğalçı qüvvələr bizim torpaqla-

rımızdan çıxarılmalıdır. BMT Təhlükə-

sizlik  Şurasının  dörd  qətnaməsi  icra 

edilməlidir.  Status-kvo  qəbuledilməz-

dir,  dəyişdirilməlidir.  Keçən  il  ATƏT 

də bu məsələ ilə bağlı öz ciddi sözünü 

demişdir - status-kvo qəbuledilməzdir. 

Bu, aksiomdur və bu, dəyişdirilməlidir. 

Status-kvonun  dəyişdirilməsi  işğalçı 

qüvvələrin  torpaqlarımızdan  çıxarıl-

ması  deməkdir.  Budur,  münaqişənin 

həlli  yolları.  Bunun  başqa  yolu  ola 

bilməz.  Azərbaycan  heç  vaxt  öz  tor-

pağında  ikinci  qondarma  erməni  döv-

lətinin yaranmasına icazə verməyəcək. 

Azərbaycan heç vaxt bu vəziyyətlə ba-

rışmayacaq.  İşğalçı  rejim,  Ermənistan 

rəhbərliyi bunu nə qədər tez dərk etsə, 

bu, onlar üçün o qədər də yaxşı olacaq.

2016-cı ilin aprel ayında Azərbay-

can dövləti və Azərbaycan Ordusu iş-

ğalçılara çox ciddi zərbələr vurmuşdur. 

Növbəti erməni hərbi təxribatına cavab 

olaraq, Azərbaycan Ordusu əks-hücum 

əməliyyatı keçirmiş və minlərlə hektar 

torpağı işğaldan azad etmişdir. Bu, bi-

zim  şanlı  tarixi  qələbəmizdir.  Bu,  bir 

daha  dövlətimizin,  xalqımızın,  ordu-

muzun  gücünü  göstərir.  Bir  daha  onu 

göstərir ki, biz istənilən vaxtda məsələ-

ni hərbi yolla həll edə bilərik. Minlərlə 

hektar  torpaq  işğalçılardan  boşaldıldı. 

İndi  orada  təmizlik  işləri,  bütün  mə-

nalarda  təmizlik  işləri  aparılır.  Azər-

baycan Ordusu indi on minlərlə hektar 

torpağa  nəzarət  edir.  İndi  o  ərazilərdə 

işğalçıların  izi-tozu  qalmayıb.  Biz  o 

bölgələrdə  lazımi  tədbirləri  görəcəyik 

ki, vətəndaşlarımız oraya qayıtsınlar və 

artıq bu proses başlayır.

Aprel  döyüşləri  bizim  şanlı  ta-

riximizdir,  böyük  qələbəmizdir.  Biz  

hərbçilərimizlə fəxr edirik. Bu döyüş-

lər  zamanı Azərbaycan  xalqı  bir  daha 

öz birliyini nümayiş etdirmişdir. Belə-

liklə, hesab edirəm ki, 2016-cı il mü-

naqişənin həlli ilə bağlı çox önəmli il 

olmuşdur. Çünki qarşı tərəf – Ermənis-

tan təşviş içində idi, vasitəçilərdən xa-

hiş edirdi ki, tezliklə bu döyüşlər başa 

çatsın  və  onlar  danışıqlar  prosesinə 

qayıtmağa hazır olduqlarını bildirmiş-

lər. Azərbaycan ictimaiyyəti yaxşı bilir 

ki, onlar müxtəlif beynəlxalq təşkilat-

lara,  o  cümlədən  Kollektiv  Təhlükə-

sizlik Müqaviləsi Təşkilatına müraciət 

etmişlər.  Baxmayaraq  ki,  Kollektiv 

Təhlükəsizlik  Müqaviləsi  Təşkilatının 

bu  məsələ  ilə  heç  bir  əlaqəsi  yoxdur. 

Kollektiv  Təhlükəsizlik  Müqaviləsi 

Təşkilatına bu vaxta qədər rəhbərlik et-

miş şəxslər sadəcə olaraq, böyük siyasi 

səhv  buraxaraq  ermənipərəst  mövqe 

və  qəbuledilməz  fikirlər  ifadə  etmiş-

lər. İndi biz hamımız onların aqibətinin 

necə olduğunu yaxşı bilirik. Yəni, aprel 

döyüşləri həm bizim parlaq qələbəmiz-

dir, həm bir daha Azərbaycan dövləti-

nin gücünü göstərdi, həm də bir daha 

göstərdi ki, biz heç vaxt bu vəziyyətlə 

barışmayacağıq. Biz bütün təxribatlara 

layiqli  cavab  verəcəyik.  Eyni  zaman-

da,  illər  boyu  Ermənistan  tərəfindən 

yaradılmış  mif  tamamilə  darmadağın 

edildi.  Xaricdən  silahlar,  pullar,  digər 

yardımlar  olmasa,  onlar  bir  həftə  ər-

zində  bizim  qabağımızda  duruş  gətirə 

bilməzlər. Bunu özləri də etiraf edirlər. 

Biz bunu çoxdan bilirdik.

Biz həmişə olduğu kimi, konstruk-

tiv  mövqe  tuturuq,  haqq-ədalət  bizim 

tərəfimizdədir,  beynəlxalq  hüquq  nor-

maları da həmçinin. Tarixi həqiqət də 

bizim  mövqeyimizi  möhkəmləndirir. 

Hərbi güc də, iqtisadi potensial da, siya-

si nüfuz da bizdədir. Yəni, biz məsələni 

istədiyimiz  kimi  həll  edəcəyik.  Bizim 

istəyimiz ölkəmizin ərazi bütövlüyünü 

bərpa  etmək,  işğal  altında  olan  bütün 

torpaqlarda Azərbaycan bayrağını qal-

dırmaqdır.  Budur,  bizim  məqsədimiz 

və  biz  bu  məqsədə  doğru  irəliləyirik. 

Aprel  döyüşləri  bu  istiqamətdə  çox 



önəmli tarixi addım olmuşdur.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının 

Prezidenti 

(Yanvarın  10-da  Azərbaycan 

Respublikası  Prezidentinin  sədrliyi 

ilə  keçirilən  Nazirlər  Kabinetinin 

2016-cı  ilin  sosial-iqtisadi  inkişafının 

yekunlarına və qarşıda duran vəzifələrə 

həsr olunan iclasındakı nitqindən)

BU SAYIMIZDA

XocALI SoYQIRIMInI töRƏDƏnLƏR 

teZLikLƏ ƏDALƏt MƏhkƏMƏSi QARşISInDA 

cAvAB veRMƏLi vƏ cƏZALAnDIRILMALIDIR

RAUf vƏLiYev: “BiZiM çoX 

ZƏkALI, BAcARIQLI vƏ iSteDADLI 

gƏncLƏRiMiZ vAR.”

Fevralın 1-də Gənclər Günü münasibətilə Yaxt-klubda  Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyində çalışan və Dövlət Dəniz Aka-

demiyasında təhsil alan gənclərlə görüş keçirildi. Görüşdə Bakı 

Gəmiqayırma Zavodunun rəhbərliyi və  

fəal gəncləri də iştirak edirdilər.

Səh. 2

“tRAnZit DAşIMALARDAn ƏLDƏ oLUnAn 

gƏLiRLƏR 5,5 DƏfƏ  ARtIRILMALIDIR”

Gəmiçilikdə çalışan 

və  Ümummilli Lideri-

miz  Heydər Əliyevin 

ideyaları ilə silahlanmış 

Yeni Azərbaycan Par-

tiyasının üzvü olması 

ilə qanuni iftixar hissi 

keçirən 8 işçimiz on iki 

il əvvəl Yeni Azərbaycan 

Partiyası Səbail rayon 

təşkilatına “Xəzər dəniz-

çiləri” ərazi ilk təşkilatının yaradılması 

xahişi ilə müraciət edir və az sonra 

onların bu arzuları qarşısında “yaşıl 

işıq” yandırılır.

DƏniZDƏ inSAn hƏYAtInIn MühAfiZƏSi 

üZRƏ tƏLiM kURSLARI keçiRiLiB

13 MeDAL QAZAnIBLAR

Azərbaycan 

Respublikasının 

insan hüquqları üzrə 

müvəkkili (Ombuds-

man) Xocalı soyqırı-

mının 25-ci ildönümü 

ilə əlaqədar bəyanat 

yayıb. 

Azərbaycan cüdoçu-

ları İtaliyanın Liqnano 

şəhərində ənənəvi “Alpe 

Adrea” beynəlxalq turni-

rində 5 qızıl, 4 gümüş və 4 

bürünc medal qazanıblar.

SOCAR-ın Təlim, Tədris 

və Sertifikatlaşdırma İdarəsinin 

Dənizdə insan həyatının mü-

hafizəsi üzrə təlim mərkəzində 

“Dəniz Neft-Qaz Sənayesi üzrə 

Təlim Təşkilatı”nın (OPITO) 

standartlarının tələblərinə uy-

ğun olaraq, şirkətin əməkdaşla-

rı üçün “Dənizdə təhlükəsizlik 

texnikasının əsasları və  

fövqəladə hallar şəraitində hazırlıq”  

(BOSIET) üzrə təlim kursu keçirilib.

Transxəzər dəh-

lizi ilə daşımaların 

həcminin artırılması 

ilə əlaqədar Kurık 

limanının tikintisinin 

ikinci fazasının icrası-

na başlanmalıdır.

Səh. 5

Səh. 6

AZƏRBAYcAn XƏZƏR DƏniZ 

gƏMiçiLiYinin nAiLiYYƏtLƏRinDƏ 

YAP üZvLƏRinin  XiDMƏti AZ DeYiL

Səh. 8

AZƏRBAYcAn ReSPUBLikASI nAZiRLƏR kABinetinin 

Q Ə R A R I

№ 21                                                                                                                                    Bakı şəhəri, 30 yanvar 2017-ci il

Səh. 3

Səh. 4

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC Türkiyədə iki 

yeni şirkət təsis edib. “Caspdry” 

və “Casptankers” adları ilə fəa-

liyyət göstərəcək şirkətlər Xəzər-

dənkənar hövzələrdə Azərbaycan 

bayrağı altında üzən gəmilərin 

daha səmərəli istismarına nail 

olmağa çalışacaq.

“Caspdry”  quru,  “Casptan-

kers”  isə  maye  yüklər  daşıyan 

gəmilərin    istismarını  həyata  ke-

çirəcək.

Fevralın  3-də  İstanbulda  ke-

çirilən  mərasimdə  dünyanın  ta-

nınmış  təsnifat  cəmiyyətlərindən 

olan  Amerika  Gəmiçilik  Bürosu 

( ABS) “Caspdry” şirkətinə İSM-

in  tələblərinə  cavab  verdiyini 

təsdiqləyən  uyğunluq  sertifikatı-

nı  təqdim  edib.  Yaxın  vaxtlarda 

“Casptankers”ə də belə sertifikatın təq-

dim olunacağı gözlənilir. Bu sertifikatlar 

isə  hər  iki  şirkətə  Xəzərdənkənar  höv-

zələrdə iri həcmli gəmilərin istismarına 

imkan verəcək.

ABS-in  rəsmi  nümayəndələri  və 

auditorlarının  iştirak  etdiyi  mərasim-

də  “Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi”  QSC-nin  sədri  Rauf  Vəliyev 

bildirib  ki,  “Caspdry”  və  “Casptan-

kers” bütün standartlara, o cümlədən 

yüksək  təhlükəsizlik  tələblərinə  ca-

vab  verərək  beynəlxalq  sularda  quru 

yük və neft məhsulları daşımalarında 

lider  şirkətlərin  birinə  çevriləcəkdir. 

Eyni  zamanda,  şirkətlərin  fəaliyyəti 

azərbaycanlı  dənizçilərin  beynəlxalq 

sularda üzmə imkanlarını da xeyli ge-

nişləndirəcək.

Donanmasının  yenilənməsinə  xü-

susi  diqqət  yetirən  “Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-nin əsas hədəf-

lərindən  biri  də  xarici  sularda  davamlı 

fəaliyyət  göstərməkdir.  Hazırda  Gəmi-

çiliyin  Qara  və Aralıq  dənizlərində  10 

quru yük gəmisi üzür.

gƏMiçiLiYin tƏSiS etDiYi Yeni şiRkƏtLƏR gƏMiLƏRiMiZin 

XARici SULARDA DAhA SƏMƏRƏLi iStiSMARInA nAiL oLAcAQ


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


10 fevral 2017-ci il   № 9-12 (9103)

2

F

evralın 1-də Gənclər Günü mü-

nasibətilə Yaxt-klubda  Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyində çalışan və 

Dövlət Dəniz Akademiyasında təhsil alan 

gənclərlə görüş keçirildi. Görüşdə Bakı 

Gəmiqayırma Zavodunun rəhbərliyi və  

fəal gəncləri də iştirak edirdilər.

Tədbir iştirakçılarını əlamətdar gün 

münasibəti ilə təbrik edən “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-

dar  Cəmiyyətinin  sədri  Rauf  Vəliyev 

artıq iyirminci dəfə qeyd edilən  bu bay-

ramın  tarixindən,    gənclərə  göstərilən 

diqqət və qayğıdan, Azərbaycan gəncli-

yinin ölkənin ictimai-siyasi həyatındakı 

mühüm  rolundan,  taleyini  Gəmiçiliklə 

bağlayanların dəniz nəqliyyatının inki-

şafına töhfələrindən danışdı.

Gəmiçiliyin  rəhbəri  bildirdi  ki, 

ölkəmizdə gənclər siyasətinin bünövrə-

si  Ulu Öndər Heydər Əliyev tərəfindən 

qoyulub.  Gənclərin  himayədarı  kimi 

çıxış  edən  Ümummilli  Lider  ölkəmizə 

rəhbərlik  etdiyi  illərdə  yeniyetmələrin 

kamil şəxsiyyət kimi formalaşmalarına, 

yüksək  təhsil  almalarına,  dövlətin  və 

cəmiyyətin sosial-iqtisadi, ictimai-siya-

si  və  mədəni  həyatında  fəal  iştirakına, 

asudə vaxtlarının səmərəli təşkilinə hə-

mişə böyük önəm verirdi.

Hər bir xalqın gələcəyinin gənclər-

dən  birbaşa  asılı  olduğunu  vurğulayan 

Rauf  Vəliyev  müstəqil  Azərbaycanın 

gələcəyi  ilə  bağlı    narahatçılığa  əsas 

olmadığını  diqqətə  çatdırdı:  “Əksinə, 

daha xoşbəxt günlərimizin qabaqda ol-

duğuna böyük bir inam var. Çünki əsa-

sı  Ulu  Öndər  tərəfindən  qoyulmuş  və 

möhtərəm  Prezidentimiz  İlham  Əliye-

vin rəhbərliyi ilə uğurla davam etdirilən 

və mahiyyətcə yeni mərhələyə yüksələn 

gənclər  siyasəti  nəticəsində  bu  gün 

ölkəmizdə  bilikli,  müasir  dünyagörüşə 

malik, azərbaycançılıq ideyalarına  də-

rindən yiyələnən vətənpərvər, fiziki və 

mənəvi cəhətdən yenilməz gənclər yeti-

şib. Gənclərlə bağlı dövlət proqramları-

nın qəbul edilməsi, İnkişaf Strategiyası-

nın təsdiq olunması, Gənclər Fondunun 

yaradılması və s. gənclərin potensialını 

üzə çıxarmağa, onların bilik və bacarı-

ğından səmərəli istifadə etməyə xidmət 

edir.”

Sədr bildirdi ki, Azərbaycan Xəzər 



Dəniz  Gəmiçiliyində  də  gənclərlə  işə 

xüsusi  önəm  verilir.  Gənclərin  yaxşı 

təhsil  almaları,  bilik  və  bacarıqlarını 

artırmaları,    müasir  dövrün  tələblərinə 

uyğun fəaliyyət göstərə bilmələri üçün 

burada  hər  cür  şərait  yaradılıb.  Gəmi-

çilikdə aparılan islahatlardan, onun in-

kişaf  perspektivlərindən,  müasir,  bey-

nəlxalq standartlara tam cavab verən bir 

şirkətə çevrilməsi üçün həyata keçirilən 

mühüm  tədbirlərdən  geniş  bəhs  edən 

Rauf Vəliyev bu işlərdə gənclərə daha 

çox  güvəndiyini  vurğuladı.  Qeyd  etdi 

ki,  yüksəkixtisaslı  kadrların  hazırlan-

masına  qoyulan  vəsait  sonralar  bütün 

sahələrdə  üstünlüyü  təmin  edən  həlle-

dici  amilə  çevrilir.  Gəmiçiliyin  inkişaf 

dinamikası  və  rəqabətqabiliyyətliyini 

də  xeyli dərəcədə burada çalışan gənc-

lərin təşəbbüskarlığı, onların öz poten-

siallarını  necə  reallaşdırdıqları  müəy-

yən  edəcək.  İndiki  nəslin  müstəqillik 

illərində  formalaşdığını  onların  böyük 

xoşbəxtliyi  hesab  edən  sədr  qeyd  etdi 

ki,  gənclərin  ölkənin  inkişafına  xid-

mət göstərə bilmələri üçün ilk növbədə 

bilikli,  savadlı  olmaları  vacibdir.  Bu 

baxımdan,  xüsusilə  Azərbaycan  Döv-

lət  Dəniz  Akademiyasında  təhsil  alan 

gənclər  çiyinlərinə  düşən  məsuliyyəti 

unutmamalıdırlar.

Gəmiçiliyin  rəhbəri  üzünü  görüş 

iştirakçılarına  tutaraq  dedi:  “Bu  gün 

Gəmiçilikdə  rəhbər  vəzifələrdə  çalı-

şan  gənclər  az  deyil.  Onlar  sizin  üçün 

nümunə olmalıdırlar. Yaxşı təhsil alan, 

yaxşı  mütəxəssis  olan  gənclər  bundan 

sonra  da  Gəmiçilikdə  layiq  olduqları 

vəzifələrdə çalışa biləcəklər”. Gəncləri 

daim  öz  üzərində  işləməyə  və  təşəb-

büskar  olmağa  çağıran  sədr  çıxışının 

sonunda onları açıq dialoqa dəvət etdi.

Strateji  inkişaf  və  investisiya  la-

yihələri  departamentinin    rəisi  Tariyel 

Mirzəyev  çıxışında  Gəmiçiliyin  gənc-

lərlə bağlı siyasətindən danışdı. Bildir-

di ki, güclü yerli dənizçi kadr potensi-

alının  hazırlanması  və  ölkədə  dənizçi 

peşəsinin  təbliği,  akademiyadan  tələbə 

buraxılışında keyfiyyətin daha da artırıl-

ması, personalın peşəkarlığının davamlı 

inkişaf etdirilməsi və rifahının yaxşılaş-

dırılması,  potensiallı  gənclərin  aparıcı 

vəzifələrə daha çox irəli çəkilməsi kimi 

məsələlər əsas priotetlərdəndir.

Bakı Gəmiqayırma Zavodunun baş 

direktor  müavini  İmamverdi  Həsənov 

müəssisənin yaranma tarixi, iş prinsip-

ləri, istehsal prosesləri haqqında  görüş 

iştirakçılarına məlumat verdi. Xüsusilə 

vurğuladı ki, Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyində  olduğu  kimi,  regionun 

ən  böyük  gəmiqayırma  müəssisəsində 

də  hazırda yüksək vəzifələrdə çalışıan-

ların əksəriyyəti məhz gənclərdir.

  “Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi”  Qapalı  Səhmdar  Cəmiyyətinin 

sədri  Rauf  Vəliyevin  açıq  və  səmimi 

söhbətə  üstünlük  verməsi  və  tədbirin 

əvvəlindən gəncləri açıq dialoqa dəvət 

etməsilə  ilk  dəqiqələrdən  yaradılan 

gözəl  ab-hava  görüşün  sonuna  kimi 

qorunub saxlanıldı. Elə buna görə, təd-

bir    iştirakçıları  arzu  və  istəklərindən, 

onları düşündürən məsələlərdən ürəklə 

söz  açdılar.  Gəncləri  narahat  edən  bü-

tün  məsələlərə  aydınlıq  gətirən  Rauf 

Vəliyev onların heç bir sualını cavabsız 

qoymadı.

Görüşün  sonunda  əməkdə  və  təh-

sildə fərqlənən gənclərə qiymətli hədiy-

yələr təqdim olundu. 



"DƏNİZ"

“Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi” Qapalı Səhmdar  Cəmiy-

yətinin sədri Rauf Vəliyev fevralın 

1-də Gəmiçilikdə çalışan gəncləri 

Gənclər Günü münasibətilə təbrik 

edib. Təbrikdə deyilir:

Əziz gənclər!

2  fevral  Gənclər  Günüdür.  

İyirmi  il  əvvəl  imzaladığı  müvafiq 

Sərəncamla təsis edilən bu bayramı 

Ümummilli  Liderimiz  Heydər  Əli-

yevin  cəmiyyətdə gedən proseslərin 

önündə görmək istədiyi Azərbaycan 

gəncliyinə töhfəsi də saymaq olar.   

Ulu  Öndərin  əsasını  qoyduğu 

gənclər  siyasətinin  möhtərəm  Pre-

zidentimiz İlham Əliyevin rəhbərli-

yi ilə müasir dövrün tələblərinə uy-

ğun  davam etdirilməsi gənc nəslin 

hərtərəfli inkişafı və səmərəli fəaliy-

yəti  üçün  geniş  imkanlar  yaradıb. 

Bu imkanlardan bəhrələnən gənclər 

də borclu qalmır, onlara bəslənilən 

ümidləri  layiqincə  doğrultmağa 

çalışırlar.  Dövlət  başçısının  söz-

ləri  ilə  desək:  ”Gənclər  cəmiyyə-

timizin  fəal  üzvləri  kimi  ölkəmizin 

güclənməsində əsas rol oynayırlar. 

Mən  gənclərin  fəaliyyətini  yüksək 

qiymətləndirirəm.  Həm  beynəlxalq 

müstəvidə, həm ölkə daxilində mən 

görürəm ki, bu gün böyüyən gənclər 

xalqa,  dövlətə  bağlıdırlar.  Bu,  çox 

önəmlidir.”

Bütün  ölkələr  kimi,  müstəqil 

Azərbaycan  Respublikasının  da 

gələcəyi    gənclərdən  asılı  olcaq. 

Bu  baxımdan  bu  gün  ölkəmizdə 

gənclik  adına  görülən  bütün  işlər 

– gənclərin intellektual yüksəlişinə 

sərmayə qoyulması, fərdi keyfiyyət 

və  qabiliyyətlərinin  inkişaf  etdiril-

məsi, milli ruhda  tərbiyə olunma-

sı... Azərbaycanın mənafeyinə xid-

mət edir. 

“Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyi” Qapalı Səhmdar  Cəmiy-

yətinin  çoxminli  kollektivinin  də  

böyük  bir  hissəsini    yüksək  vətən-

daşlıq  hisslərinə  malik  yeniyetmə 

və  gənclər  təşkil  edir.  Gəmiçiliyin 

rəhbərliyi  də  qarşıda  duran  çətin 

və şərəfli vəzifələrin həllində onla-

rın istedad və bacarığına, təşəbbüs-

karlığına  arxalanır.  Gənclərimizin  

ümidləri doğrultduqlarını müşahidə 

etmək isə çox sevindiricidir.

Əziz gənclər! Sizi Gənclər Günü 

münasibəti ilə səmimi-qəlbdən təb-

rik  edir,  sizə  möhkəm  cansağlığı, 

xoşbəxtlik,  təhsildə  və  əməkdə  ye-

ni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək! 

Rauf  vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri

RAUf vƏLiYev: “BiZiM çoX ZƏkALI, BAcARIQLI 

vƏ iSteDADLI gƏncLƏRiMiZ vAR.”

“hər bir Azərbaycan vətəndaşı, hər bir 

Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi 

haqqında düşünməlidir.”

Heydər ƏLİYEV, 

Ümummilli lider

“gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. ölkəmizin necə inkişaf edəcəyi onlardan 

asılıdır. Qoyduğumuz yol və seçdiyimiz strateji xətt öz uğurunu təsdiqləyib. gələcəkdə gənclərdən 

asılı olacaqdır ki, ölkəmiz necə inkişaf edəcək və hansı yollarla gedəcək.”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

gƏMiçiLikDƏ çALIşAn gƏncLƏRin  

üMiDLƏRi DoğRULtDUQLARInI 

MüşAhiDƏ etMƏk  çoX SevinDiRiciDiR

Xəzər dənizi hövzəsi ölkələri ara-

sında ticari-iqtisadi əməkdaşlığa dair 

sazişin layihəsi Aşqabadda Xəzəryanı 

dövlətlərin nümayəndələri tərəfindən 

müzakirə olunub.

Tədbir Türkmənistan Xarici İşlər 

Nazirliyi, İqtisadiyyat və İnkişaf Na-

zirliyi,  habelə  Türkmənistan  Prezi-

denti yanında Xəzər dənizi məsələlə-

ri  üzrə  dövlət  müəssisəsi  tərəfindən 

təşkil edilib.  Türkmənistan KİV-ləri 

xəbər verir ki, Xəzər regionu ölkələ-

rinin müvafiq nazirlik və idarələrinin 

rəhbərləri  və  aparıcı  mütəxəssisləri-

nin  iştirak  etdiyi  görüşdə  Xəzərya-

nı  dövlətlər  arasında  ticari-iqtisadi 

əməkdaşlığa dair Türkmənistan tərə-

findən  hazırlanmış  sazişin  layihəsi 

müzakirə edilib.

Belə bir saziş bağlamaq təşəbbü-

sü  2014-cü  ilin  sentyabr  ayında  Həş-

tərxanda  Xəzəryanı  ölkələrin  dövlət 

başçılarının  IV  sammitində  Türkmə-

nistan  Prezidenti  Qurbanqulu  Ber-

diməhəmmədov tərəfindən səslənib.

Türkmənistan tərəfinin fikrincə, bu 

sənəd Xəzəryanı dövlətlər arasında ti-

cari-iqtisadi  əlaqələri  şaxələndirməyə 

və  Xəzər  regionunun  mühüm  enerji, 

sənaye və nəqliyyat-tranzit potensialını 

reallaşdırmağa imkan verəcək.

Danışıqların  gedişində  daimi  fəa-

liyyətdə  olan  Xəzər  İqtisadi  Forumu-

nun yaradılması məsələsi də müzakirə 

edilib.  Bu  forum  region  ölkələrinin 

hakimiyyət və işgüzar dairələrinin nü-

mayəndələri  üçün  səmərəli  danışıqlar 

məkanına çevrilə, habelə regionun in-

vestisiya  cəlbediciliyinə  müsbət  təsir 

göstərə bilər.



Azərbaycan Respublikasının insan 

hüquqları üzrə müvəkkili (Ombuds-

man) Xocalı soyqırımının 25-ci ildönü-

mü ilə əlaqədar bəyanat yayıb. 

Bəyanatda  deyilir  ki,  Ermənistanın 

Azərbaycana  qarşı  işğalçılıq  və  soyqı-

rımı siyasətinin tərkib hissəsi olan, bey-

nəlxalq hüququn norma və prinsiplərinin, 

insan  hüquq  və  azadlıqlarının  kütləvi 

şəkildə,  kobudcasına  pozulması  ilə  nəti-

cələnən, bəşər tarixinə böyük qanlı faciə 

kimi daxil olan Xocalı soyqırımından 25 

il ötür. Bu faciə erməni millətçilərinin və 

onların havadarlarının Azərbaycan xalqı-

na qarşı uzun müddət davam edən etnik 

təmizləmə və soyqırımı siyasətinin daha 

bir dəhşətli nümunəsidir.

1992-ci  il  fevralın  25-dən  26-na 

keçən gecə Azərbaycanın Xocalı şəhərin-

də  erməni  silahlı  birləşmələrinin  keçmiş 

sovet  ordusunun  Xankəndidəki  366-cı 

motoatıcı alayı ilə birgə törətdiyi cinayət 

beynəlxalq  hüquq  baxımından  məhz 

soyqırımı kimi qiymətləndirilməlidir. Bu 

alayın çoxsaylı ağır texnikası şəhərə ye-

ridilib,  cinayətkarlar  vahimə  içərisində 

şəhəri tərk etmək məcburiyyətində qalan 

dinc  insanları  amansızcasına  qətlə  yeti-

riblər,  şəhər  yerlə-yeksan edilib, yaşayış 

evləri və sosial infrastruktur tamamilə da-

ğıdılıb və yandırılıb.

Xocalı  soyqırımı  zamanı  613  nəfər 

insanın, o cümlədən 106 qadın, 63 uşaq, 

70 qocanın həyatına son qoyulub, yüzlər-

lə  dinc  sakin  ağır  yaralanıb,  1275  nəfər 

girov götürülüb. Həmin kütləvi qırğın hə-

yata keçirilərkən 8 ailə bütünlüklə məhv 

edilib, 25 uşaq hər iki valideynindən, 130 

uşaq isə valideynlərinin birindən məhrum 

edilib, əsir və girov götürülənlərə aman-

sız işgəncələr verilib. Bu zaman soydaşla-

rımızın əsas insan hüquqları, ən başlıcası 

isə  təməl  hüquq  olan  yaşamaq  hüququ 

kütləvi şəkildə pozulub.

Bu  faciəni  törətməklə  Azərbaycana 

qarşı hərbi təcavüzün miqyasını daha da 

genişləndirən və ölkəmizin ayrılmaz tər-

kib hissəsi olan Dağlıq Qarabağın hüdud-

larından kənara çıxaraq, Laçın, Kəlbəcər, 

Ağdam,  Cəbrayıl,  Füzuli,  Qubadlı,  Zən-

gilan rayonlarını işğal edən Ermənistanın 

apardığı etnik təmizləmə siyasəti nəticə-

sində 20 min soydaşımızın həyatına son 

qoyulub,  torpaqlarımızın  20  faizi  işğala 

məruz qalıb.

Xocalıda  erməni  qəsbkarları  tərə-

findən  törədilən  bu  kütləvi  insan  qırğını 

ağlasığmaz  qəddarlığı  və  işgəncələri  ilə 

birmənalı  olaraq,  genosid  faktıdır.  Belə 

ki,  beynəlxalq  hüquqa  əsasən  genosid 

ən ağır cinayətlərdəndir. BMT Baş Məc-

lisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) 

saylı qətnaməsində qeyd olunur ki, geno-

sid insan qruplarının yaşamaq hüququnu 

pozmaqla  insan  mənliyini  təhqir  edir, 

bəşəriyyəti  insanlar  tərəfindən  yaradılan 

maddi  və  mənəvi  dəyərlərdən  məhrum 

edir,  BMT-nin  məqsəd  və  vəzifələrinə, 

ümumbəşəri dəyərlərə tamamilə ziddir və 

dünya birliyi tərəfindən pislənir.

Genosid cinayətinin əlamətləri BMT 

Baş  Məclisinin  1948-ci  il  9  dekabr  ta-

rixli  260  (III)  saylı  qətnaməsi  ilə  qəbul 

olunmuş “Genosid cinayətinin qarşısının 

alınması  və  cəzalandırılması  haqqında” 

Konvensiyada  müəyyən  edilib.  Xoca-

lı  soyqırımı  zamanı  baş  vermiş  cinayət 

əməllərinin  qabaqcadan  düşünülmüş 

qaydada, milli əlamətinə görə insanların 

kütləvi şəkildə məhv edilməsi niyyəti ilə 

törədilməsi  onun  genosid  aktı  olduğunu 

sübut  edir.  Azərbaycana  qarşı  təcavüz 

zamanı  adıçəkilən  Konvensiyada  təsbit 

olunmuş  genosid  cinayətini  təşkil  edən 

bütün əməllər tətbiq olunub. Lakin təəs-

süf  ki,  Azərbaycanda  dinc  əhaliyə  qar-

şı  belə  dəhşətli  soyqırımı  aktları  həyata 

keçirilməsinə  baxmayaraq,  bu  faktlar,  o 

cümlədən  Xocalı  soyqırımı  beynəlxalq 

aləmdə  hələ  də  öz  hüquqi-siyasi  qiymə-

tini almayıb, bu hadisəni planlaşdıranlar, 

təşkil  edənlər  və  törədənlər  məsuliyyətə 

cəlb edilməyib, layiqli cəzalarını almayıb 

və bu istiqamətdə hər hansı bir tədbir gö-

rülməyib.

İşğal edilmiş Dağlıq Qarabağ və yed-

di ətraf rayon Azərbaycan ərazisinin ay-

rılmaz tərkib hissəsidir. Bunu beynəlxalq 

hüquq,  o  cümlədən  BMT  Təhlükəsizlik 

Şurasının  1993-cü  il  tarixli  məlum  822, 

853, 874 və 884 saylı qətnamələri, BMT 

Baş Məclisinin “Azərbaycanın işğal olun-

muş  ərazilərində  vəziyyət”  adlı  2008-ci 

il  14  mart  tarixli  qətnaməsi,  AŞPA-nın 

Azərbaycan  ərazilərinin  erməni  hərbi  

qüvvələri  tərəfindən  işğal  edildiyini  və 

Dağlıq  Qarabağ  regionunun  separatçı 

rejimi tərəfindən idarə olunmasını təsdiq 

edən  2005-ci  il  tarixli  1416  saylı  qət-

naməsi  və  1690  saylı  tövsiyəsi  bir  daha 

sübut  edir.  İşğal  nəticəsində  bir  milyon-

dan artıq azərbaycanlı qaçqın və məcburi 

köçkün vəziyyətinə düşərək əsas hüquq-

ları kobudcasına pozulub.

Ermənistan Avropa Şurasına üzv qə-

bul  olunarkən  Parlament  Assambleyası-

nın 221 saylı Rəyi əsasında öz üzərinə bir 

sıra  öhdəliklər  götürüb,  Dağlıq  Qarabağ 

münaqişəsinin  yalnız  dinc  yollarla  ni-

zamlamaq üçün səyləri davam etdirmək, 

beynəlxalq və yerli mübahisələri, qonşu-

lara qarşı hər hansı güc tətbiqinə və hə-

dələməyə yol vermədən, dinc vasitələrlə 

və beynəlxalq hüququn prinsipləri əsasın-

da  həll  etmək  öhdəliyini  götürüb.  Lakin 

erməni  tərəfi  qeyri-konstruktiv  mövqe 

nümayiş  etdirərək,  bu  öhdəliklərə  əməl 

etmir, regionda sülhün bərqərar olmasına 

maneçilik törədir, atəşkəs rejimini mütə-

madi olaraq pozur.

Belə ki, 2016-cı il aprelin 2-də işğal 

olunmuş  Azərbaycan  ərazilərindən  və 

Ermənistan  Respublikası  ərazilərindən 

erməni  silahlı  qüvvələri  tərəfindən  qəf-

lətən  iri  miqyasda  Azərbaycan  Respub-

likasının  əraziləri,  cəbhəyanı  bölgələrdə 

məskunlaşan  mülki  əhalimizin  yaşadığı 

çoxsaylı  yaşayış  məntəqələri,  məktəblər 

və  digər  sosial  obyektlər,  habelə  Azər-

baycan Silahlı Qüvvələrinin qoşunlarının 

təmas  xətti  boyunca  mövqeləri  ağır  ar-

tilleriyadan,  iriçaplı  silahlardan  intensiv 

atəşə  məruz  qalıb.  Nəticədə  dinc  əhali, 

o  cümlədən  uşaqlar,  qadınlar  və  ahıllar 

həlak  olub  və  ağır  yaralanıb.  Bu  təxri-

batlar nəticəsində beynəlxalq sənədlərin, 

o  cümlədən  Cenevrə  konvensiyalarının 

müddəaları  kobud  şəkildə  pozulub,  bu 

da ölkəmizə səfər edən xarici jurnalistlər 

tərəfindən də müşahidə edilib.

Avropa  Parlamentinin  Dağlıq  Qara-

bağla bağlı 2013-cü il 23 oktyabr tarixli 

qətnaməsi də beynəlxalq birliyin ölkəmi-

zin haqlı mövqeyini dəstəkləməsini və iş-

ğal faktının tanımasını təsdiqləyir. Həmin 

sənəddə  bir  daha  Dağlıq  Qarabağ  mü-

naqişəsinin BMT Təhlükəsizlik Şurasının 

məlum qətnamələri əsasında həllinin va-

cibliyi qeyd olunub və işğalçı qüvvələrin 

zəbt  olunmuş  Azərbaycan  ərazilərindən 

dərhal,  qeyd-şərtsiz  və  tam  çıxarılması 

tələb edilib. Təəssüf ki, bununla bağlı da 

heç bir tədbir görülməyib və Azərbayca-

nın zəbt olunmuş əzəli torpaqları hələ də 

işğal altındadır.

Bu günlərdə Avropa Şurası Parlament 

Assambleyasının  plenar  iclasında  Uk-

rayna nümayəndə heyətinin başçısı, elm, 

mədəniyyət, təhsil və media komitəsinin 

sədri Vladimir Aryevin “Avropada jurna-

listlərə və mətbuat azadlığına hücumlar” 

mövzusunda məruzəsi üzrə qəbul edilmiş 

qətnamənin 9-cu bəndində Dağlıq Qara-

bağın Azərbaycana  məxsus  olması  növ-

bəti dəfə təsdiq edilib. Sənəddə bu kimi 

əraziləri nəzarətdə saxlayan rejimlərin se-

paratçı mahiyyəti vurğulanıb, bu ərazilər 

“qanunsuzluğun hökm sürdüyü tamamilə 

qeyri-şəffaf zonalar” adlandırılıb.

Bəyanatda deyilir ki, ümummilli lide-

rimiz Heydər Əliyev Xocalı soyqırımının 

əsl  mahiyyətini  açıqlayıb,  hələ  1994-cü 

ilin  fevralında  Azərbaycan  Respublika-

sının  Milli  Məclisi  Xocalı  soyqırımına 

hüquqi-siyasi qiymət verib.

Azərbaycan  Respublikasının  Pre-

zidenti  İlham  Əliyev  hər  zaman  bu  mü-

naqişənin  yalnız  ölkəmizin  ərazi  bütöv-

lüyü çərçivəsində həll olunmasının, zəbt 

edilmiş Azərbaycan torpaqlarından işğal-

çı  qüvvələrin  çıxarılmasının  zəruriliyini 

daim  qətiyyətlə  vurğulayır,  soyqırımı 

cinayətini törətmiş şəxslərin məsuliyyətə 

cəlb olunmasının vacibliyini bəyan edir.

Eyni  zamanda,  Xocalı  soyqırımının 

iyirmi  beşinci  ildönümü  haqqında Azər-

baycan Respublikası Prezidentinin Sərən-

camına  əsasən,  müvafiq  tədbirlər  planı 

təsdiq  edilib  və  bu  istiqamətdə  mühüm 

tədbirlər həyata keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezi-

denti Leyla Əliyevanın təşəbbüsü ilə hə-

yata keçirilən və geniş vüsət almış “Xoca-

lıya ədalət!” beynəlxalq təbliğat-təşviqat 

kampaniyası  Xocalı  soyqırımı  haqqında 

həqiqətlərin  dünyada  təbliğ  olunmasın-

da, bu faciənin Azərbaycan xalqına qarşı 

soyqırımı aktı kimi tanınmasında mühüm 

rol oynayır, bunun nəticəsi olaraq dünya-

nın  bir  sıra  ölkələrində  bu  soyqırımı  ilə 

bağlı müvafiq qərarlar qəbul edilir.

Son dövrlər bütün dünyada ermənilə-

rin azərbaycanlılara qarşı törətdiyi soyqı-

rımı  siyasəti  pislənilir,  Xocalıda  törə-

dilmiş  qanlı  qətliam  beynəlxalq  hüquq 

normalarına uyğun olaraq qiymətləndiri-

lir.


Artıq Meksika, Kolumbiya, Peru, Pa-

kistan, Bosniya və Herseqovina, Rumıni-

ya, Çexiya, Sudan, İordaniya, Honduras, 

Qvatemala, Panama, Sloveniya və Cibuti 

parlamentləri də Xocalı soyqırımını bey-

nəlxalq  hüquq  normaları  müstəvisindən 

tanıyıblar.

Habelə  ABŞ-ın  21  ştatı  -  Massaçu-

sets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Mek-

sika, Arkanzas, Corciya, Oklahoma, Ten-

nesi, Pensilvaniya, Konnektikut, Florida, 

Missisipi,  Vest  Virciniya,  İndiana,  Yuta, 

Nebraska,  Havay,  Montana,  Arizona  və 

Aydaho  ştatlarının  qanunverici  orqanla-

rında  da  müvafiq  qətnamələr  qəbul  olu-

nub.


İslam  Əməkdaşlıq  Təşkilatı  Ermə-

nistanı  təcavüzkar,  Xocalı  faciəsini  isə 

soyqırımı  kimi  tanıyan  ilk  beynəlxalq 

təşkilatdır. Bu təşkilatın Gənclər Forumu-

nun dünyanın çoxsaylı ölkələrində həyata 

keçirdiyi “Xocalıya ədalət!” kampaniya-

sının məramı da beynəlxalq ictimaiyyəti 

bu qanlı hadisə ilə bağlı ətraflı məlumat-

landırmaqdır.

Lakin  Xocalı  soyqırımına  hələ  də 

beynəlxalq  miqyasda  hüquqi-siyasi  qiy-

mət verilməməsi, bu cinayəti törədənlərin 

cəzalandırılmaması təəssüf və hiddət his-

si doğurur.

Eyni  zamanda,  qeyd  olunmalıdır  ki, 

Azərbaycanın  və  Ermənistanın  vətən-

daş  cəmiyyətlərinin  fəalları  bir  araya 

gələrək  Sülh  Platformasının  yaradılma-

sına  qərar  veriblər  və  həmin  Platforma 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin  sülh  yolu  ilə,  beynəlxalq 

hüququn  prinsipləri  çərçivəsində  həllini 

məqsəd kimi qarşıya qoyublar.

“Xocalı  faciəsinin  25-ci  ildönümü 

günlərində  şəhidlərin  xatirəsini  dərin 

hüznlə yad edərək bildirirəm ki, ikili stan-

dartlara yol vermədən, beynəlxalq hüquq 

norma  və  prinsiplərinə  uyğun  olaraq, 

bu  hadisə  xüsusi  beynəlxalq  komissiya 

tərəfindən araşdırılmalı, səlahiyyətli bey-

nəlxalq qurumlar tərəfindən genosid aktı 

kimi tanınmalı, cinayət törədənlərə qarşı 

sanksiyalar  tətbiq  edilməlidir.  Nüfuzlu 

beynəlxalq  qurumları  birmənalı  mövqe 

nümayiş  etdirərək,  bir  daha  bu  soyqırı-

mını pisləməyə, onu törədənlərin tezliklə 

ədalətli cəzalarını alması üçün səyləri ar-

tırmağa çağırıram.

Bir  daha  bəyan  edirik  ki,  Ermənis-

tan  münaqişə  ilə  bağlı  qəbul  edilmiş 

beynəlxalq  sənədlərin  qərarlarını  yerinə 

yetirməli, Azərbaycanın  ərazi  bütövlüyü 

bərpa  olunmalı,  azərbaycanlı  əsir  və  gi-

rovlar  azad  edilməli,  qaçqın  və  məcburi 

köçkünlərin  pozulmuş  hüquqları  bərpa 

olunmalı, onlar öz doğma yurdlarına qa-

yıtmalı,  habelə  günahsız,  dinc  insanları 

məhv  edən  cinayətkarlar  tezliklə  ədalət 

məhkəməsi  qarşısında  cavab  verməli  və 

cəzalandırılmalıdır”,  -  deyə  ombudsman 

bəyanatda qeyd edir.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



10 fevral 2017-ci il   № 9-12 (9103)

3

XocALI SoYQIRIMInIn 25-ci 

iLDönüMünün keçiRiLMƏSinƏ DAiR 

tƏDBiRLƏR PLAnI tƏSDiQ eDiLiB

Azərbaycan Res-

publikasının Prezidenti 

Administrasiyası rəhbəri-

nin sərəncamı ilə “Xocalı 

soyqırımının iyirmi beşinci 

ildönümünün keçirilməsinə 

dair tədbirlər planı” təsdiq 

edilib.

Tədbirlər  planı  Azər-

baycan  Respublikası  Prezi-

dentinin  “Xocalı  soyqırımı-

nın iyirmi beşinci ildönümü 

haqqında”  2017-ci  il  24 

yanvar  tarixli  Sərəncamının 

icrasını təmin etmək məqsə-

dilə hazırlanıb.

Tədbirlər  planında  Ba-

kının  Xətai  rayonunda,  Go-

ranboy  rayon  mərkəzində 

və  Ağcakənd  qəsəbəsində 

Xocalı  soyqırımı  qurban-

larının  xatirəsinə  ucaldıl-

mış  abidələrin  önünə  əklil 

qoyulması  mərasimlərinin 

keçirilməsi,  ictimaiyyət  nü-

mayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Xocalı 

köçkünlərinin beynəlxalq ictimaiyyətə müraciəti, Azərbaycan Res-

publikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində 

və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat 

konfranslarının,  anım  mərasimlərinin  və  s.)  təşkili,  xarici  və  yerli 

kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, in-

ternet şəbəkəsində qanlı qırğını əks etdirən materialların yayılması 

və mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Sənədə  əsasən,  ölkədə  fəaliyyət  göstərən  dini  konfessiya  və 

qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr 

olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, te-

atr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblər-

də xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, 

milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii film-

lər nümayiş etdiriləcək.

Xocalıların  müvəqqəti  məskunlaşdıqları  şəhər  və  rayonlarda 

(Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabi-

rabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbər-

lərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə 

görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqı-

rımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisin-

də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad 

ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 

Azərbaycanın dövlət bayraqları endiriləcək.

keçƏn AY ceYhAn LiMAnInDAn 

2 MiLYon ton AZƏRBAYcAn nefti 

DünYA BAZARInA çIXARILIB

2017-ci ilin yanvar ayı ərzində 2 milyon 48 min 786 ton Azər-

baycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, bu həcmin 1 mil-

yon 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fon-

dunun nefti təşkil edib.

Ümumiyyətlə,  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri 

(BTC) istismara verilən gündən 2017-ci il fevral ayının 1-dək Cey-

han limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya 

bazarlarına yola salınıb.



Btc kƏMƏRi iLƏ 2,4 MiLYon 

tonDAn çoX AZƏRBAYcAn 

nefti nƏQL oLUnUB

2017-ci ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac 

boru kəməri (BTC) vasitəsilə 2 milyon 412 min 263 ton Azərbay-

can nefti nəql edilib.

SOCAR-ın  mətbuat  xidmətindən    bildirilib  ki,  ümumiyyətlə, 

kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-dək BTC-

yə 323 milyon 950 min 325 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 

min 880 ton Türkmənistan nefti nəql olunub.



XƏZƏRDƏ iQtiSADi ƏMƏkDAşLIQ hAQQInDA 

SAZişin LAYihƏSi MüZAkiRƏ oLUnUB

XocALI SoYQIRIMInI töRƏDƏnLƏR teZLikLƏ 

ƏDALƏt MƏhkƏMƏSi QARşISInDA 

cAvAB veRMƏLi vƏ cƏZALAnDIRILMALIDIR

Vladimir Kazimirovun “Nezavisi-

maya qazeta”da dərc edilmiş, ölkəmizə 

münasibətdə qərəzli mövqedən yazılmış 

və Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin mahiyyətini 

təhrif edən məqalələrinə (sonuncu belə 

məqalə yanvarın 26-da çap olunub) 

cavab olaraq həmin qəzetin 2017-ci il 

6 fevral tarixli nömrəsində Azərbay-

can Xarici İşlər Nazirliyinin mətbuat 

xidmətinin rəhbəri Hikmət Hacıyevin 

“Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsi Vladimir Kazimi-

rovun əyri güzgüsündə” adlı məqaləsi 

dərc edilib.  Məqaləni təqdim edirik.

Rusiya mətbuatında vaxtaşırı özünü 

yada  salan  keçmiş  səfir Vladimir  Kazi-

mirov yenə dözməyib və özündən müş-

təbeh tərzdə ümumi xarakterli öyüd-nə-

sihət  verməyi,  eləcə  də  konkret  olaraq 

Azərbaycanı  “haqq  yoluna  dəvət  etmə-

yi” qərara alıb. Həm də o bunu Azərbay-

cana və bu ölkənin diplomatik xidmətinə 

münasibətdə  elementar  etikadan  kənar 

tərzdə edib. İstər-istəməz buna reaksiya 

verilməli idi, lakin mən oxşar yolla get-

məyi yersiz hesab etdim və əsas məqam-

ların  icmalını  daha  münasib  formada 

təqdim etməyə üstünlük verdim.

Cənab  Kazimirovun  inadkarlıqla 

son on ildə eyni, lakin məzmunca artıq 

xeyli köhnəlmiş tezislərinin növbəti por-

siyasını  şərh  etməzdən  əvvəl  Vladimir 

Nikolayeviçə  bir  sualım  var:  əgər  siz 

özünüzü bu qədər yüksək səriştəli hesab 

edirsinizsə,  müvafiq  mandatınız  olduğu 

vaxtda  –  1996-cı  ilə  qədər  nə  üçün  bu 

münaqişənin qəti həllinə nail ola bilmə-

diniz? Axı nə siz, nə də ATƏT-in Minsk 

qrupunda sizin varisləriniz hələ bunu edə 

bilməyib.

Əslində siz özünüz də bu faktı inkar 

etmirsiniz. Üstəlik, bu il yanvarın 26-da 

“Nezavisimaya qazeta”da dərc olunmuş 

sonuncu məqalənizin əvvəlində də qeyd 

edirsiniz  ki,  münaqişəni  dinc  yolla  həll 

etmək cəhdləri 20 ildən artıq vaxt alıb. 

Bunun  təqsirkarı  kimi,  guya  vasitəçilə-

rin  təşəbbüslərini  pozan  Azərbaycanı 

göstərməyə çalışırsınız, sizin fikrinizcə, 

“hər  iki  erməni  tərəfi”  isə  Minsk  qru-

punun  təklifləri  üzərində  işləməyə  ha-

zır  olduqlarını  göstərir.  Siz Azərbaycan 

tərəfin  bütün  mümkün  yollardan,  hətta 

hərbi yoldan da istifadə etməklə öz ərazi 

bütövlüyünü müdafiə etmək kimi ayrıl-

maz hüququ barədə bəyanatları-

na görə ah-zar edərək, pərdələn-

məyə çalışırsınız.

Lakin  insanları  çaşdırmağa 

çalışmaq  yersizdir.  Siz,  cənab 

Kazimirov,  çox  yaxşı  bilirsiniz 

ki,  “erməni  tərəfləri”  anlayışı 

yoxdur,  münaqişənin  tərəfləri 

olan Ermənistan və Azərbaycan, 

bir  də  bu  münaqişənin  həllində 

maraqlı tərəflər kimi Dağlıq Qa-

rabağın  erməni  və  Azərbaycan 

icmaları  var.  Bütün  beynəlxalq 

vasitəçilər  məhz  bu  formatda 

işləyiblər  və  yenə  bu  formatda 

işləyirlər.

Bundan  əlavə,  yaxşı  olardı  ki,  siz 

–  hazırda  istefada  olan  keçmiş  yüksək-

vəzifəli  diplomat  BMT  Nizamnaməsini 

götürüb  bu  sənədin  dövlətlərin  özünü-

müdafiə hüququ və təcavüzü dəf etmək 

hüququndan bəhs edilən 51-ci maddəsini 

nəzərdən  keçirəsiniz.  Bütün  beynəlxalq 

münasibətlər  sisteminin  bazası  olan  bu 

mühüm  sənədi  yaddaşınızda  təzələmək 

təhrifləri  aradan  qaldırmağa  kömək  et-

məlidir. Bu təhriflər sizi o dərəcəyə çat-

dırır ki, deməyinizə görə, təcavüzün qur-

banı  özü  təqsirkardır,  təcavüzkar  isə  az 

qala “sülh göyərçini”dir.

Sizin  sonuncu  məqalənizdən  belə 

təsəvvür yarana bilər (hər halda müəllif 

çox səylə belə təsəvvür yaratmağa çalı-

şır)  ki,  vasitəçilərin  Ermənistan-Azər-

baycan  münaqişəsinin  tənzimlənməsinə 

dair  bütün  fəaliyyəti  müddətində  cəmi 

iki sanballı sənəd yaranıb və hər iki sənə-

din “atası” Kazimirovdur. 1994-1995-ci 

illərdə yaradılmış bütün sənədlər komp-

leksindən yalnız faks aparatının düymə-

sini basmaqla iştirak etdiyiniz sənədləri 

qabartmaq, bütün başqa sənədləri unut-

maq,  onların  barəsində  susmaq  sizin 

peşəkar eqoizminizin və ya peşəkar am-

neziyanızın növbəti təzahürüdür.

Xatırladırıq. Münaqişə tərəfləri ara-

sında atəşkəs haqqında 1994-cü il 5 may 

tarixli Bişkek protokolunda “ən intensiv 

iş  apararaq  ən  qısa  müddətdə  etibarlı, 

hüquqi  öhdəliklər  irəli  sürülən,  hərbi 

əməliyyatların  və  düşmənçilik  hərəkət-

lərinin  bərpa  olunmamasını,  qoşunların 

işğal  edilmiş  ərazilərdən  çıxarılmasını, 

kommunikasiyaların fəaliyyətinin bərpa 

olunmasını,  qaçqınların  qaytarılmasını, 

danışıqlar prosesinin davam etdirilməsi-

ni təmin edən mexanizm nəzərdə tutulan 

sazişlər  imzalanması  yolu  ilə  bu  proto-

kolun  təsbit  edilməsi”  barədə  çağırışlar 

var. Məlum olduğu kimi, bu razılaşmalar 

əsasında 1994-cü il mayın 12-də atəşkəs 

rejimi  qüvvəyə  minib.  1994-1995-ci  il-

lərdə  tərəflərin  müzakirə  etdiyi  bütün 

başqa sənədlərin məqsədi bu razılaşma-

ları implementasiya etmək olub. Konkret 

tədbirlər arasında atəşkəs rejiminin qoru-

nub saxlanması (tənzimləmə üçün şəra-

it yaradan texniki məqamlar) və işğalçı  

qüvvələrin çıxarılması (nizamlamanı tə-

min edən məzmun aspektləri) də var.

Belə ki, işğal edilmiş ayrı-ayrı əra-

zilərdə vəziyyətin tənzimlənməsinə dair 

Tədbirlər  Təqvimi  haqqında  1995-ci  il 

5  noyabr  tarixli  II  Əlavədə  işğal  olun-

muş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, 

Cəbrayıl,  Zəngilan,  Qubadlı,  Kəlbəcər 

və Laçın rayonlarının işğaldan azad edil-

məsinin  və  minalardan  təmizlənməyə 

başlanmasının zaman çərçivələri birbaşa 

müəyyən edilib.

İşğal  edilmiş  ərazilərin  dərhal  və 

qeyd-şərtsiz  azad  edilməsi  barədə  bu 

tələblər  BMT  Təhlükəsizlik  Şurasının 

1993-cü ildə qəbul edilmiş və yaxşı mə-

lum olduğu kimi, icrası üçün iddia müd-

dəti  olmayan  dörd  qətnaməsinin  (822, 

853,  874  və  884  nömrəli)  müddəala-

rından  irəli  gəlirdi.  Həmin  qətnamələrə 

görə,  BMT  Təhlükəsizlik  Şurası  Azər-

baycana  qarşı  güc  tətbiq  edilməsini  və 

onun  ərazilərinin  işğal  olunmasını  pis-

lədi və eyni zamanda, Azərbaycanın su-

verenliyini  və  ərazi  bütövlüyünü,  onun 

beynəlxalq səviyyədə qəbul edilmiş sər-

hədlərinin toxunulmazlığını bir daha təs-

diqlədi. Təhlükəsizlik Şurası həmin qət-

namələrdə bir daha təsdiq etdi ki, Dağlıq 

Qarabağ  Azərbaycanın  ayrılmaz  tərkib 

hissəsidir.

Bu tələblərin Ermənistan tərəfindən 

yerinə  yetirilməməsini,  ehtimal  ki,  onu 

beynəlxalq hüquq qaydalarına və dövlət-

lərin  dinc  yanaşı  yaşaması  normalarına 

hörmət etməyin zəruri olmasına inandıra 

bilməmiş  beynəlxalq  vasitəçilərin  nöq-

sanı  hesab  etmək  olar.  Nəticədə  Azər-

baycan  torpaqlarının  işğalı  davam  edir 

və bu, yeganə faktdır ki, siz haqlı olaraq 

onu  təsdiqləyirsiniz.  Bu  halda  təcavüz-

kara  qarşı  təsirli  beynəlxalq  qınaq  və 

onu sülhə məcbur etmək tədbirləri görül-

mür. Lakin bunun səbəbi təcavüzə məruz 

qalmış Azərbaycanın “qeyri-konstruktiv 

mövqeyi”  deyil,  işğalçı  tərəfin  bütün 

beynəlxalq  qərarları,  o  cümlədən  BMT 

Təhlükəsizlik Şurasının imperativ xarak-

terli qətnamələrini də sabotaj etməsidir.

Sizin  sənədli  ekvilibristikadan  isti-

fadə  etməklə  təcavüzkara  hər  vasitə  ilə 

himayəçilik etmək cəhdləriniz vəziyyəti 

daha da gərginləşdirir, qoşunların təmas 

xəttində nəzarət tədbirlərindən dəm vur-

maqla  status-kvonu  uzatmağa  çalışan 

Ermənistanın mövqeyini bir növ dəstək-

ləmək illüziyası yaradır. Hərçənd, tama-

milə  aşkardır  ki,  hər  hansı  insidentlərə 

yol verməməyin yeganə təsirli və etibarlı 

üsulu  işğalçı  Ermənistan  qüvvələrinin 

Azərbaycan  ərazilərindən  çıxarılmasını 

təmin etməkdir. Yalnız bu halda hazırda 

aparılan  danışıqlar  prosesi  çərçivəsində 

münaqişənin  qəti  siyasi  tənzimlənmə-

sinə doğru irəliləmək mümkün olar.

Siz isə, Vladimir Nikolayeviç, yaxşı 

olar ki, artıq 20 ildən çox müddətdə heç 

bir aidiyyətiniz olmayan proses ətrafında 

informasiya feykləri yaratmayasınız.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



10 fevral 2017-ci il   № 9-12 (9103)

4

Gəmiçilikdə  çalışan  və    Ümum-

milli  Liderimiz    Heydər  Əliyevin  ide-

yaları ilə silahlanmış Yeni Azərbaycan 


Yüklə 407,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin