R b a y c a n X z r d n z g m


fevral 2017-ci il   № 9-12 (9103)



Yüklə 407,45 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix05.03.2017
ölçüsü407,45 Kb.
#10070
1   2   3   4

10 fevral 2017-ci il   № 9-12 (9103)

6

Ötən il ərzində Ekologiya və 

Təbii Sərvətlər Nazirliyinin Su 

Hövzələrində Bioloji Resursların 

Artırılması və Mühafizəsi Departa-

menti tərəfindən balıqçılıq haqqında 

Azərbaycan Respublikası qanunveri-

ciliyinə müvafiq olaraq 9 hüquqi və 

146 fiziki şəxsə balıq ehiyatlarından 

sənaye məqsədi ilə istifadə etmək 

hüququ verilib.

Departamentdən    verilən  məlumata 

görə,  bu  məqsədlə  317  ton  kilkə,  115,3 

ton siyənək və 364.65 ton axçalı balıqla-

rın ovuna kvotalar ayrılıb. Nərə balıqartır-

ma zavodlarının törədici balıqlarla təmin 

edilməsi  məqsədilə  2.1  ton  nərə  cinsli, 

çəkikimi balıqların artırılması ilə məşğul 

olan zavodlar tərəfindən törədici balıqla-

rın  tədarükü  və  hipofiz  hazırlanması 

(törədici balıqların cinsi yetişkənliyə 

çatmasını  sürətləndirmək)  məqsədilə 

7,7 ton çəkikimilərin ovuna kvotalar 

ayrılıb.


Elmi-tədqiqat məqsədləri üçün 2 

ton nərə cinsli balıq növlərinin ovlan-

masına icazə verilib.

Ötən  il  departament  tərəfindən 

müstəqil  və  su  nəqliyyatında  polis 

idarəsinin  əməkdaşlarının  iştirakı  ilə 

246  qanun  pozuntusu  aşkar  edilib. 

103  nəfər  şəxs  inzibati  və  cinayət 

məsuliyyətinə  cəlb  edilərək  barələ-

rində 92 protokol və 154 akt tərtib 

edilib.  Bioloji  resurslara  vurulmuş 

ziyanla  bağlı  40667  manat  məb-

ləğində  iddia,  5700  manat  məb-

ləğində cərimə tərtib edilib.

Tədbir  görülməsi  üçün  rayon 

məhkəmələrinə  3,  hüquq-mühafizə 

orqanlarına  isə  86  iş  göndərilib.  4 

işə  inzibati  qaydada  departament 

tərəfindən baxılıb.

ABŞ-ın Prinston Universitetinin və Milli 

Okean və Atmosfer Tədqiqatları İdarəsinin alimləri 

iqlim dəyişməsinin planetimizdə mülayim isti 

havanın olduğu günlərin tezliyinə və paylanmasına 

necə təsir göstərdiyini ilk dəfə qlobal şəkildə təhlil 

ediblər.

 “gismeteo.ru” saytı xəbər verir ki, tədqiqatçılar 

aşağıdakı parametrlərin - Selsi ilə 18-30 dərəcə isti-

nin, 1 millimetrdən az yağıntının cəminin və Selsi ilə 

20 dərəcədən aşağı şeh nöqtəsinin qiymətinin məc-

musunu isti hava kimi götürüblər.

İldə 74 günə bərabər olan cari qlobal orta göstə-

rici sonrakı 20 il ərzində 4 gün, əsrin sonu üçün isə 6 

gün azalacaq. Lakin orta enliklərdə - ABŞ-ın şimal və 

dağlıq hissələrində, Britaniya adaları və Şimali Av-

ropada,  Asiyanın  şimal-şərqində,  həmçinin  Cənubi 

Amerika  və  Okeaniyanın  cənubunda  yaşayan  əhali 

xüsusən bahar, yay və payızda isti hava şəraitinin 10-

15 gün çoxaldığını müşahidə edəcəklər.

İsti  günlərin  sayı  tropik  regionlarda  daha  çox 

azalacaq.  Metamorfozlar  Afrika,  Asiya  və  Latın 

Amerikasında daha çox nəzərə çarpacaq. 2100-cü il 

üçün bu regionların bəzilərində isti günlərin sayı 15-

50 gün azalacaq. Soyuq düşməyəcək, əksinə daha isti 

və quraq olacaq.

Mülayim hava ekstremal hava şəraiti ilə müqa-

yisədə  insanların  çoxuna  təsir  göstərdiyi  üçün  

tədqiqat  iqlimin  dəyişməsi  problemini  cəmiyyətə 

başa düşülən şəkildə çatdırır. Turizm, inşaat, nəqliy-

yat və kənd təsərrüfatı sahələri tədqiqatçıların müla-

yim kimi müəyyənləşdirdiyi havanın hakim olduğu 

günlərin tezliyindən asılıdır.

İlk  baxışda  isti  günlərin  sayının  çoxalması  əla 

xəbər  təsiri  bağışlayır. Amma  bu  hal  temperaturun 

artmasının nəticəsi olacaq, quraqlıq və istilik axınları 

gətirəcək.

Yer iqliminin gələcəyi barədə bütün proqnozlar 

1986-cı  ildən  2005-ci  ilə  qədər  müddətdə  mülayim 

hava şəraiti olan günlərin illik sayı ilə bağlı sənədləş-

dirilmiş dəyişikliklərə əsaslanıb.

eLMi-tƏDQiQAt MƏQSƏDLƏRi üçün 2 ton nƏRƏ 

cinSLi BALIQLARIn ovLAnMASInA icAZƏ veRiLiB

içMƏLi SULARIn teXniki MƏQSƏDLƏRLƏ iStifADƏSi YoLveRiLMƏZDiR

DƏniZDƏ inSAn hƏYAtInIn MühAfiZƏSi 

üZRƏ tƏLiM kURSLARI keçiRiLiB

ARAL DƏniZi ZonASInDA ekoLoji 

fƏLAkƏtin ARADAn QALDIRILMASInA 

2,6 MiLYARD DoLLAR AYRILIB

Özbəkistan Hökuməti 

2017-2021-ci illərdə Aral 

dənizi zonasında ekoloji 

fəlakətin aradan qaldırıl-

masına 8,4 trilyon sum (2,6 

milyard dollar) vəsait ayırıb.

Özbəkistan  Prezidenti 

Şavkat Mirziyoyevin imzala-

dığı Fərmanda Aral dənizinin 

quruması ilə əlaqədar səhra-

laşmanın qarşısının alınması, 

su ehtiyatlarının tənzimlənməsi istiqamətində əsaslı işlərin aparılması, re-

gionda 100 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bildirilir ki, proqramın maliyyələşdirilməsi üçün Özbəkistan Maliyyə 

Nazirliyinin nəzdində Aralyanı Regionun İnkişaf Fondu da yaradılacaq.

Xatırladırıq  ki, Aral  dənizi  1960-cı  ildə  dünyada  sahəsinə  görə  dör-

düncü göl sayılırdı. Son 40 ildə gölün sahəsi iki dəfə azalıb, suyun həcmi 

18 metr aşağı düşüb. Duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə 

tükənib. Güclü külək qumu sovurub hətta uzaq yaşayış məntəqələrinə tökür 

və beləcə ekoloji fəlakət zonası yaranır.

Qulu Kəngərli

çAYIn DonMASI Yük gƏMiLƏRinin 

hƏRƏkƏtini ifLic eDiB 

Dunay çayının üzərinin buz 

bağlaması nəticəsində çayın 

Rumıniya tərəfində iki yük gə-

misi hərəkətsiz qalıb. Gəmilərin 

heyəti donun əriməsini gözlə-

yirlər.

Rumıniya  xilasediciləri  heli-

kopterlər vasitəsilə gəmiləri ərzaq 

və əsas əşyalarla təmin edirlər.



cƏnUBi çin DƏniZinDƏ 

MALAYZiYA gƏMiSi BAtIB

Cənubi Çin dənizində Borneo 

adası sahilləri yaxınlığında Malay-

ziya gəmisi batıb. Gəminin göyərtə-

sində 28 çinli turist və 3 heyət üzvü 

olub.

Sinxua  agentliyi  xəbər  verir  ki, 

27  nəfər  xilas  edilib.  Dörd  nəfərin 

axtarışları davam edir.

Qeyd edək ki, Malayziya gəmisi 

Kota Kinabal şəhərindən Menqalum 

adasına hərəkət edirdi.

ARALIQ DƏniZinDƏ MinƏ YAXIn 

MiQRAnt XiLAS eDiLiB

Aralıq dənizində Afrikadan 

Avropa sahillərinə çıxmaq istəyən 

minə yaxın miqrant xilas edilib. 

Bu barədə İtaliyanın sahil müha-

fizəsi xidməti məlumat yayıb.

Axtarış-xilasetmə  əməliyyat-

larında  gəmilər  və  katerlər  iştirak 

edib.  Miqrantlar  arasında  ölən  ol-

mayıb.

okeAnLARDA SUYUn SƏviYYƏSinin 

YükSƏLMƏSi DAşQInLARA SƏBƏB oLAcAQ

ABŞ  və  İrlandiya  alimləri 

okeanlarda  suyun  səviyyəsinin 

yüksələcəyini və daşqınların ola-

cağını proqnozlaşdırırlar.

  “İzvestiya”  qəzetinin  saytı-

nın verdiyi xəbərə görə, mütəxəs-

sislər daşqınların bir neçə yüz il-

dən sonra baş verəcəyini ehtimal 

edirlər. Onların fikrincə, bu, tem-

peraturun dəyişməsi və buzlaqların əriməsi ilə bağlıdır. Təqribən 125 min il 

əvvəl havanın temperaturu indiki dövrlə müqayisədə Selsi ilə 1,5-2 dərəcə, 

suyun səviyyəsi isə 8-10 metr çox olub. Qlobal istiləşmə nəticəsində Yer 

üzü XXI əsrin ortalarında belə bir göstəriciyə çatacaq. Mütəxəssislər hesab 

edirlər ki, təhlükə əsasən sahillərdə yaşayan sakinləri hədələyir.

Alimlər, həmçinin dünyada tufanın baş verəcəyi tarixi də açıqlayıblar. 

Onların fikrincə, bu, bir neçə əsr sonra ola bilər. NASA alimləri əvvəllər 

həmin tufanın bu yüzillikdə olacağını proqnozlaşdırmışdılar.



SUYUn keYfiYYƏti inSAnIn ƏQLi 

QABiLiYYƏtinƏ tƏSiR eDiR

San-Dieqoda elmi- 

tədqiqat laboratoriyasının 

alimləri bildiriblər ki, su 

və onun keyfiyyəti insanın 

intellektinə təsir edir. Yalnız 

təmiz su təfəkkür prosesini 

fəallaşdıra bilər.

  “Aktualnıye  novosti” 

saytı xəbər verir ki, amerikalı 

alimlər kişi cinsindən onlarla könüllünün iştirak etdiyi irimiqyaslı tədqiqat 

aparıblar. Onlar uzun müddət hər gün səhər yeməyindən sonra yarım stəkan 

su içiblər. Bu qrupun və səhər yeməyindən sonra su içməyən könüllülərin 

əqli qabiliyyətinin nəticələri fərqli olub.

Tədqiqat müəlliflərinin fikrincə, su insan beyninin müəyyən reseptorla-

rına təsir etməklə orqanizmin enerji ehtiyatını yüksəldə bilir. Alimlər, həm-

çinin qeyd edirlər ki, effektiv nəticə üçün bir neçə qurtum təmiz suyu müəy-

yən edilmiş vaxtda, məsələn, səhər yeməyindən sonra içmək kifayətdir.

köPƏkBALIğInIn Yeni 

növü AşkAR eDiLiB

Amerikalı zooloqlar Karib dənizində çəkicbaş köpək-

balığının yeni növünü aşkar edib və onun DNT analizini 

aparıblar.

TASS-ın  verdiyi  xəbərə  görə,  məlum  olub  ki,  Karib 

dənizindəki çəkicbaş köpəkbalığı bir neçə milyon il əvvəl 

Şimali Amerika  yaxınlığındakı  sularda  eyni  növdən  olan 

balıqlardan ayrılıb və onlarla cütləşmək əlaqəsini kəsib.

Florida  Universitetinin  mətbuat  xidmətinin  yaydığı 

məlumata görə, DNT testi üçün bioloji material verən balıq 

2016-cı ildə Belizdə (əvvəlki Britaniya Hondurası) köpək-

balıqlarını nişanlamaq ekspedisiyası çərçivəsində tutulub. 

Balıq  ABŞ  sahillərində  Atlantik  sularında  yaşayan  eyni 

növə zahirən oxşasa da genetik cəhətdən ondan fərqlənir.

Florida  Universitetinin  press-relizində  yazılıb:  “İki 

qrup arasında cütləşmənin kəsilməsi bir növün bölünmə-

sini  müəyyənləşdirən  əlamətdir.  Nyu-York  ştatının  Stou-

ni-Bruk  Universitetindən  Endryu  Fildsin  apardığı  DNT 

analizi nəticəsində Belizdə işləyən komanda sübut edib ki, 

bu ərazidəki çəkicbaş köpəkbalığı Meksika, ABŞ və Baham 

adalarında eyni növlə cütləşmə əlaqəsini çoxdan kəsib. Bu 

müddətdə iki qrupu ayıran genetik fərqlər formalaşıb”.

Ekoloji  tədqiqatlarla  paralel  olaraq  yeni  köpəkbalığı-

nın qeydiyyata alınması və ona latınca ad verilməsi işi də 

aparılır.



YAXIn 20 iL üçün ƏLveRişLi 

hAvA XƏRitƏSi tƏRtiB oLUnUB

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


10 fevral 2017-ci il   № 9-12 (9103)

7

YARIZARAfAt, 

YARIgeRçƏk

Yaxşı adamları tanrı qoruyur. Amma tanrı-

nın da bəzən işi o qədər çox olur ki...

elə bir adam yoxdur ki, əlindən heç nə gəlmə-

sin. Məsələn, problem yaratmağı hamı bacarır.

təzə  işçinin  necə  çıxacağını  hətta  uzun  illər 

bazarda qarpız satanlar da bilə bilməz.

Yaşayanlar deyirlər ki, həyat çox gözəldir. Ya-

şayanların hamısı yalan danışmaz ki...

tənha qalmaqdan həmişə qorxmuşam. təkcə 

ona görə yox ki, zibili də mən atacağam.

Bütün maaşa baxanlar üçün ən gözəl ay yəqin 

ki, fevraldır.

Qırx yaşınıza kimi heç nə qazanmamısınızsa, 

buna görə çox da təəssüflənməyin. Deməli, itirə-

cəyiniz bir şey yoxdur.

Əvvəllər hava haqqında proqnozlar düz çıx-

mırdı.  indi  bütün  proqnozlar  içində  ən  düzü, 

deyəsən elə hava proqnozudur axı... 

Bəzi  adamlar  axşamdan  xeyli  keçmiş  zəng 

edəndə  elə  üzr  istəyirlər,  elə  bil  gündüz  zəng 

eləsələr,  çox sevinəcəyəm.

Bir çox xarici dilləri o dillərdə bir kəlmə belə 

danışa bilməyənlərin hamısından yaxşı bilirəm.

işin düzələcəksə, haqqımda daha bir neçə ya-

lan danışmağına dözə bilərəm.

Pul hər şeyi həll edir deyə,  məsələni həll et-

məyə çətinlik çəkən məktəbli nəvəmə bir onluq 

verdim.

fikir vermisiniz, şaxta babanı yaxşı qarşıla-

dıqca, hər il bizdə qış daha sərt keçir.

 Bəzən istəyirsən ki, pis vərdişlərinə birdəfəlik 

tüpürəsən. Sonra fikirləşirsən ki, tüpürmək yaxşı 

deyil.

Bəzilərini necə başa salasan ki, lifti olan köh-

nə binalarda liftə minməmək bir ayıbdır, minib 

çıxa bilməmək iki ayıb.

Artıq çəkidən təbii yolla xilas olmaq üçün in-

dikidən gözəl zaman? 

həyat  yoldaşıma  “şuba”  almadığıma  ondan 

çox,  mən  peşmanam.  indi  o  qiymətə  bazarda 

meyvə satırlar.

Boş söhbətdir ki, indi hər şeyin qiyməti qalxır, 

hər şey bahalaşır. şəxsən məni indi əvvəlki vaxt-

lardan çox ucuz satırlar.

7-ci  mərtəbəyə  təzə  qonşular  köçməmişdən 

əvvəl sən demə, mən 6-cı mərtəbədə əməlli-başlı 

yaşamışammış.

Məndən  xoşu  gəlməyənlər  yanılmayıblar, 

çünki, bəzən heç özümün də özümdən xoşum gəl-

mir.

it  yaxşı  heyvandır  və  insanın  da  dostudur. 

Amma bu, kiməsə adamı it kimi qapmağa əsas 

vermir.

Dünyada şər, böhtan, yalan yarışları keçiril-

mir?  Mən  əminəm  ki,  bu  yarışlarda  ermənilər 

həmişə birinci yeri tutarlar.

hər  dəfə  məkrli  ermənilərin  hərəkətlərini 

görəndə istər-istəməz fikirləşirəm ki, yer üzündə 

kifayət  qədər  dərd-bəla  ola-ola, Allah  bu  adda 

milləti də niyə yaradıb? 

gözəgörünməz təyyarələr və bir də iş görmək 

lazım  gələndə  gözəgörünməzə  çevrilən  işçilər 

olur.

Mən  çiyninə  düşən  yükün  ağırlığı  baxımın-

dan  qadın  olmağın  çətinliyini  başa  düşürəm. 

Amma bəzi kişilərə kişi olmaqda nə mane oldu-

ğunu anlaya bilmirəm.

Mənə elə gəlir ki, ərlərinə  “Sən otur yerində!” 

və ya “işdən sonra düz evə gəl!” deyən  qadınlar 

bəzi müəssisələri kişilərdən yaxşı idarə edərlər.

Bəzi  adamların  yaşı  əllini,  altmışı,  yetmişi... 

keçəndə də yenə nəyinsə keçməyini gözləyirlər.

hamımızı  qadınlar  dünyaya  gətiribsə,  bu  o 

demək deyil ki, bütün bəlaların səbəbkarı  məhz 

qadınlardır.

insanı əmək yaradıbsa, işləyənlərin hamısı ən 

azı adam olmalıdır axı...

turpun  kiloqramı  neçəyə  satılır  ki,  bəzi 

adamların başında da turp əkirlər?

Başları  heç  nədən  çıxmayanlar  adətən  daha 

çox özlərindən çıxırlar. 

Bəzi xidmətlər hətta qışa qışda hazırlaşmağa 

başlasalar, heç olmasa növbəti qışa hazır olmalı-

dırlar axı...

Saçlarım  yanmayıbsa,  bu  o  demək  deyil  ki, 

bəzi  haqsızlıqlardan  təpəmdən  heç  vaxt  tüstü 

çıxmayıb.

indi pisliklə heç kəsi heyrətləndirmək müm-

kün deyil. Amma bircə dəfə yaxşılıq et və adam-

ların üzündəki heyrətə bax.

Bəzi verilişlər göstərir ki, əksər televiziya ka-

nalları göstərməyə bir şey tapmırlar.

Adətən yaxşı adamlar yaxşı işlərlə, pis adam-

lar pis işlərlə məşğul olurlar. Qalanları da tama-

şa  etməyi xoşlayırlar.

Mənasız yerə vaxt itirəni sonralar vaxt özü elə 

“itirir” ki, heç nəyə vaxt tapa bilmir.

həqiqətə  nə  isə  qatanda,  həqiqətdən  daha 

çox, qatılan şeyə oxşayır.

hələ də bəzi adamlara çatmır ki, “oxumaq, 

oxumaq,  yenə  də  oxumaq!”  deyəndə  müğənni 

kimi oxumağı nəzərdə tutmayıblar.

həqiqətin iki ayağı, yalanın isə bəzən qanad-

ları da olur.

Başında bir şey olmayanın cibləri qızılla dolu 

olsa da, başlıların yanında həmişə kasıb görünər. 

Ağıllılar arasında bir gün yaşamaq, axmaqlar 

arasında bir ömür sürməkdən yaxşıdır. 

tələlərdə nədənsə daha çox xarici pendir olur. 

 

Rasif  TAHİROV

Yuxusuzluq və ya yuxunun pozul-

ması, demək olar, hər kəsin qarşılaşdığı 

problemdir. Bu, təkcə yuxu çatışmazlığı 

deyil, həm də yaxşı yatmamaq, yuxuya 

getməyin çətinliyi, yuxudan yarımçıq 

durmaq və səhərədək oyaq qalmaq kimi 

hallarla səciyyələnir.

“Zdorovye” saytının məlumatına görə, 

insanın  əlverişsiz  şəraitdə  (səs-küy,  isti/

soyuq,  həddən  artıq  bərk  və  ya  yumşaq 

çarpayı)  yatması,  həyat  tərzini  dəyişməsi 

(səyahət,  bir  yerdən  başqa  yerə  köçmək), 

evdə və işdə stress vəziyyət, müxtəlif ağ-

rılar  yaradan,  tənəffüsü  çətinləşdirən  və 

digər  xəstəliklər,  narahatlıq  və  depressiya 

yuxusuzluğun səbəblərindəndir.

Yuxusuzluğun  təkrarlanan  epizodları 

və ya insanın yata bilmədiyi vaxtın uzan-

ması, depressiya ilə bağlı yuxusuzluq və ya 

problemin  öhdəsindən  müstəqil  gələ  bil-

məmək hallarında həkimə və ya mütəxəs-

sisə müraciət etmək lazım gəlir.

Yeni  yuxu  və  oyaqqalma  rejimini  ya-

radın.  Aşağıda  qeyd  edilən  məsləhətlərə 

əməl  olunduğu  halda  yaxşılaşma  olmasa, 

həkimə müraciət etmək lazımdır:

- axşamlar alkoqol qəbul etməyin. Al-

koqolun  orqanizmə  qısamüddətli  sakitləş-

dirici təsir etməsinə və spirtli içkidən sonra 

insanın daha tez yuxuya getməsinə baxma-

yaraq, alkoqol dərin yuxu fazasına da təsir 

edir.  Siz  spirtli  içkinin  təsiri  qurtarandan 

sonra dərhal ayılacaqsınız.

-  xüsusilə  yataqda  siqaret  çəkməyin. 

Nikotin stimullaşdırıcı təsirə malikdir. Bu 

sizə yuxuya getməyə və normal yuxu pro-

sesinə mane olur.

- qəhvə içməyin və ya onu daha az iç-

məyə cəhd edin. Kofein orqanizmdə 12-24 

saat ərzində qalır. Yadda saxlayın ki, qəhvə 

ilə yanaşı, şokolad, kola və çayın da tərki-

bində kofein var. Əgər siz yuxusuzluğunu-

zun səbəbini kofeində görürsünüzsə, tərki-

bində  bu  maddənin  olduğu  məhsullardan 

yatmazdan  ən  azı  12  saat  əvvəl  istifadə 

edin.


-  nəzərə  almaq  lazımdır  ki,  bəzi  dər-

manlar yuxunun normal strukturunu pozur. 

Soyuqdəymədə istifadə edilən, bir çox re-

septsiz satılan, habelə tərkibində psevdoe-

fedrin olan dərman vasitələri də orqanizmə 

kofein  kimi  stimullaşdırıcı  təsir  göstərir. 

Ona görə də aptekdə əczaçıdan bu prepara-

tın yuxuya necə təsir göstərməsini, əgər bu 

dərman insanı oyaq saxlayırsa, onu digəri 

ilə əvəz etməyin mümkün olub-olmamasını 

soruşmaq lazımdır.

-  yatmazdan  əvvəl  həddindən  artıq 

yeməyin.  Dolu  mədə  yuxuya  getməyə 

mane olur. Yaxşısı yüngül qəlyanaltı ilə ke-

çinməkdir. Bu, həm yuxunu pozmur, həm 

də aclığı dəf edir. Çoxları isti və ya soyuq 

südün  möcüzəli  gücünə  qeyd-şərtsiz  ina-

nırlar. Südə bir qədər bal, darçın və ya vanil 

əlavə etmək olar. Bəzi adamlara tərkibində 

kofein olmayan bir fincan bitki çayı yaxşı 

təsir göstərir.

-  vannanı  yuxudan  bir-iki  saat  əvvəl 

qəbul  edin.  Bu,  əzələlərdə  gərginliyi  gö-

türəcək  və  sizin  yuxunuz  gələcək.  Lakin 

vannanı  bilavasitə  yatağa  uzanmamışdan 

qabaq qəbul etməyin, bu, sizi yuxuya get-

məyə qoymayacaq.

- müntəzəm olaraq idman edin. Bunun-

la siz gərginliyi aradan qaldıracaq və səhər 

özünüzü gümrah hiss edəcəksiniz. Bundan 

başqa, fiziki hərəkətlər nəticəsində siz yo-

rulacaqsınız ki, bu, yuxuya getməyi asan-

laşdırır.

- yataq otağı sakit və qaranlıq olmalı-

dır. Əgər səs mane olursa, qulağınızı xüsusi 

tıxac və ya “ağ küy” qurğusu ilə bağlayın. 

Bəzi adamlar işləyən fen və ya kondisione-

rin səsi altında yatmağa üstünlük verirlər.

-  yuxu  üçün  optimal  temperatur  15.5-

18.3 dərəcədir. Həmçinin yaxşı yuxu üçün 

döşəyin bərk və rahat olması çox vacibdir.

- qısamüddətli gündüz yuxusundan im-

tina etmək yaxşı olar. Müddəti 20 dəqiqə-

dən az olan bu cür yuxu orqanizmi gümrah 

edə bilər. Lakin gündüz 4 saatdan çox yat-

maq yuxunun normal strukturuna təsir edə 

bilər və yuxusuzluq yaradar.

-  işığı  söndürməzdən  əvvəl  bir  neçə 

dəqiqə kitab oxuyun. Bu, sizi rahat edər və 

tez mürgüləyərsiniz.

-  nəyisə  hesablamaq  tövsiyə  edilmir. 

Hesab  diqqəti  müəyyən  məsələyə  yönəl-

dir. Əksinə, çalışın özünüzü xoşagələn bir 

sahədə  təsəvvür  edin.  Təxəyyülünüzü  işə 

salın ki, yuxuya gedən zaman sakitləşdirici 

səsləri eşidəsiniz.

- çarpayı istirahət yeri olmalıdır. Dəh-

şətlər filminə baxmaq, sabahkı iş gününün 

planını qurmaq stress və narahatlıq yaradır. 

Odur ki, yataqda bu məsələlərlə məşğul ol-

maq lazım deyil.

- yuxusuzluq üçün əla vasitə içində qu-

rudulmuş mayaotu qozaları olan yastıqdır. 

Fındıq ağacı yarpağı və şam ağacı budağı 

da  yuxusuzluğun  öhdəsindən  gəlməkdə 

kömək  edə  bilər.  Həmçinin  qaraqınıq  və 

nanə  yarpaqlarını  da  götürmək  lazımdır. 

Qurudulmuş komponentləri qarışdırırıq və 

yastığa doldururuq.

İnsanların  çoxu  yuxusuzluğa  görə  hə-

kimə müraciət etməyə məcburdur. Bunun-

la  belə  həkimlər  də  əvvəlcə  sizin  proble-

minizi  dərmansız  həll  etməyə  çalışırlar.  

Əlacsız qaldıqda dərmandan istifadə etmək 

lazımdır.  Adi  yuxugətirən  dərmanlar  nor-

mal  yuxunun  yaranmasına  kömək  etmir, 

lakin şüuru kəskin incidir. Reseptsiz satılan 

bir çox yuxu dərmanları “placebo” effekti 

yaradır ki, bu da onu göstərir ki, dərmanın 

təsiri  əslində  pasiyentin  ona  inanması  ilə 

bağlıdır.

Həkim  yuxusuzluğun  səbəbini  müəy-

yən  edə  bilər  və  müalicə,  lazım  gəldikdə 

yuxu dərmanı da təyin edə bilər. Yuxu dər-

manından həkimin məsləhəti olmadan isti-

fadə etmək olmaz. Adətən bu cür vasitələr 

yuxuya getməkdə müvəqqəti çətinliyi yün-

gülləşdirir. Onlardan uzun müddət istifadə 

edilməsi orqanizmin bu dərmanlara öyrəş-

məsinə gətirib çıxarır.



Yüklə 407,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin