Qrup – db20 Tədris ILI – 2021-2022 Kurs


İstehsal və idxala görə subsidiyalar



Yüklə 116,11 Kb.
səhifə8/14
tarix12.05.2022
ölçüsü116,11 Kb.
#57605
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Makroiqtisadiyyat Sərbəst işimı

İstehsal və idxala görə subsidiyalar müəssisələrin cari istehsal fəaliyyəti ilə əlaqədar olaraq dövlət tərəfindən verilən və qaytarılmayan cari ödəmələrdir. Əsas kapitalın yığımını maliyyələşdirmək üçün nəzərdə tutulmuş qaytarılmayan investisiya qoyuluşları buraya daxil edilmir və kapital transferlərə aid edilir. İstehsal və idxala subsidiyalar məhsula görə subsidiyalardan və istehsala görə digər subsidiyalardan ibarətdir.
Məhsula görə subsidiyalar - adətən, rezidentlər tərəfindən istehsal edilən, satılan və ya idxal edilən əmtəə və xidmətlərin miqdarına və ya dəyərinə mütənasib olaraq ödənən subsidiyalardır. Məsələn, müəssisələrin istehsal etdiyi məhsulun satış qiymətinin orta istehsal xərclərindən aşağı təyin edilməsi nəticəsində baş verən daimi zərərlərə görə dövlət büdcəsindən müntəzəm ödəmələr, ixrac və idxal subsidiyaları və s. bunlara aiddir.
İstehsala görə digər subsidiyalara istehsal amillərindən istifadə edilməsi ilə əlaqədar olaraq müəssisənin dövlətdən aldığı subsidiyalar daxildir və onların əsas növləri aşağıdakılardır:
- şəxslərin xüsusi kontingentinin (əlillərin, oxuyanların və s.) əməyindən istifadə ilə əlaqədar olaraq ödənilən subsidiyalar;
- digər istehsal amillərindən istifadə etməklə bağlı olan subsidiyalar (məsələn, müəyyən xammal, enerji və s. növlərindən istifadənin stimullaşdırılması üçün subsidiyalar);
- ətraf mühitin çirkləndirilməsini azaltmaq üçün subsidiyalar (məsələn, istehsal tullantılarının əlavə emalının dəyərinin ödənilməsi üçün subsidiyalar).

Yüklə 116,11 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin