Qrup – db20 Tədris ILI – 2021-2022 Kurs


Mal və xidmətlərin buraxılışı



Yüklə 116,11 Kb.
səhifə2/14
tarix12.05.2022
ölçüsü116,11 Kb.
#57605
1   2   3   4   5   6   7   8   9   ...   14
Makroiqtisadiyyat Sərbəst işimı

Mal və xidmətlərin buraxılışı müəyyən dövrdə iqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin nəticələri hesab edilən istehsal fəaliyyətinin həcmini əks etdirir.
Ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir. İqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini əks etdirir və həmin vahidlər tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. O, özündə sahələrin ümumi əlavə dəyərinin cəmini, üstəgəl ona daxil edilməyən məhsula təmiz vergini əks etdirir.
ÜDM iqtisadi vahidlərin-rezidentlərin əmtəə və xidmətlərin istehsalçıları arasında bölüşdürüldüyü ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin cəmi kimi, yəni gəlirlər üsulu ilə də müəyyənləşdirilə bilir.
ÜDM-in istifadə edilməsi (xərclər üsulu) əmtəə və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) əldə edilməsini və əmtəə və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.

Yüklə 116,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin