Qrup – db20 Tədris ILI – 2021-2022 Kurs



Yüklə 116,11 Kb.
səhifə6/14
tarix12.05.2022
ölçüsü116,11 Kb.
#57605
1   2   3   4   5   6   7   8   9   ...   14
Makroiqtisadiyyat Sərbəst işimı

Ümumi əlavə dəyər - istehsal olunan əmtəə və xidmətlərin dəyəri ilə (buraxılışla) istehsal prosesində tam istehlak edilən məhsul və xidmətlərin dəyəri (aralıq istehlak) arasındakı fərqlə müəyyənləşdirilir.
Əmək haqqı - işlə təmin edənin hesabat dövründə yerinə yetirilmiş işə görə muzdlu işçiyə pul və ya natura şəklində ödədiyi haqq deməkdir. O, hesablanmış məbləğ əsasında, yəni vergilər və tutulan digər məbləğlər çıxılmadan hesablanır.
Əmək haqqı maliyyələşdirmə mənbəyindən asılı olmayaraq, pul və ya natura şəklində hesablanmış bütün qazanc növlərini (habelə müxtəlif mükafatları, əlavələri və sosial güzəştləri) əhatə edir. O, aşağıdakı mükafat növlərini özündə birləşdirir:
- görülmüş işə (işlənmiş vaxta) görə günəmuzd qiymətlər, tarif məvacibi, vəzifə maaşı və ya gəlirdən faizlər, mənfəətdən hesablanmış əmək haqqı;
- həvəsləndirici ödəmələr (mükafatlar, tarif məvaciblərinə və maaşlarına əlavələr);
- iş rejimi və əmək şəraiti ilə əlaqədar olan kompensasiya xüsusiyyətli ödəmələr (əlverişsiz əmək şəraitinə və əməyin gərginliyinə görə əlavə ödənişlər, səfər xarakterli işə görə əlavələr, sahə təminatı, istirahət və bayram günlərində işləməyə görə ödəmələr və s.);
- qanunvericiliyə uyğun olaraq işlənmiş vaxta görə ödəmə (məsələn, hər il verilən və əlavə məzuniyyətlərə görə ödəmə, istifadə edilməyən məzuniyyətə görə pul kompensasiyası, yeniyetmələrin güzəştli saatlarına görə ödəmə, işçinin günahı üzündən olmayan boşdayanmalara görə ödəmə və s.);
- faizli haqq və ya komisyon haqqı;
- ixtisasartırma və kadrların yenidən hazırlanması sistemində işdən ayrılmaq şərti ilə təhsil alarkən işçilərə verilən əmək haqqı;
- işçinin günahı üzündən olmayan istehsal olunan zay məhsulun (işlərin, xidmətlərin) istehsalına görə haqq;
- müəssisədə istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə verilən əmək haqqı;
- xüsusi müqavilələr əsasında müəsissədə işləməyə cəlb edilmiş, əvəzçilik yolu ilə digər müəssisə və təşkilatlardan işə qəbul olunmuş şəxslərə verilən əmək haqqı;
- yeməkxanalarda, bufetlərdə, profilaktoriyalarda işçilərin yeməyinin dəyərinin artmasına görə kompensasiya, habelə məktəbəqədər uşaq müəssisələrində, sanatoriyalarda və sağlamlıq düşərgələrində yerləşən uşaqlara verilən kompensasiya;
- hökumət qərarları üzrə gəlirlərin indeksləşdirilməsi ölçülərindən artıq istehsala qiymətlərin yüksəlməsi ilə əlaqədar kompensasiya ödəmələri;
- ev qulluqçusunun əmək haqqı;
- çay pulu.

Yüklə 116,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin