DÖVLƏt departamentiNİN İnsan alveriNƏ qarşi mübariZƏ VƏ monitorinq idarəSİ



Yüklə 37 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü37 Kb.
#15610

DÖVLƏT DEPARTAMENTİNİN İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ VƏ 

MONİTORİNQ İDARƏSİ  

İnsan Alveri Haqqında 2015-ci il üzrə hesabat  

  

Hesabat  



AZƏRBAYCAN: SIRA 2 

 

Azərbaycan məcburi əməyə cəlb edilmiş və cinsi istismara məruz qalmış kişi, qadın və uşaqlar 



üçün mənşə, tranzit və təyinat ölkəsi rolunu oynayır. Azərbaycanlı kişi və gənc oğlanlar Türkiyə, 

Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və  Azərbaycanda məcburi əməyə cəlb edilmişlər. 

Azərbaycandan olan qadın və uşaqlar ölkə daxilində və Türkiyə, Rusiya və BƏƏ ərazisində cinsi 

istismara məruz qalmışlar. Azərbaycan, Çin, Rusiya, Türkiyə və Özbəkistandan olan cinsi 

istismar və məcburi əmək qurbanları üçün təyinat ölkəsi rolunu oynayır. Türkiyə və Avropanın, 

eləcə də Cənubi və Mərkəzi Asiyanın digər ölkələrindən olan bəzi əmək miqrantları 

Azərbaycanda məcburi əməyə cəlb edilirlər. Əvvəlki illərdə Mərkəzi Asiyadan BƏƏ-nə, Türkiyə 

və İran ərazisinə cinsi istismar və məcburi əmək qurbanlarının daşınmasında Azərbaycan tranzit 

ölkə rolunu oynamışdır. Ölkə daxilində bəzi uşaqlar, xüsusilə də Roman (qaraçı) mənşəli uşaqlar 

zorla dilənçiliyə məcbur edilir və yol kənarında ticarət fəaliyyətinə, çay evlərində və şadlıq 

saraylarında məcburi əməyə cəlb edilirlər. Filippinli qadınlardan məişət zəminində kölə kimi 

istifadə olunması Azərbaycanda yeni yaranan bir problemdir. 2014-cü ildə bir polis əməkdaşının 

insan alveri işində rolu olduğu aşkar edilmişdir.         

 

 



Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması ilə bağlı olan minimum standartların 

tələblərinə tam cavab vermir, lakin buna baxmayaraq bu istiqamətdə əhəmiyyətli səylər həyata 

keçirilir. Hesabat dövründə hökumət, insan alverinin istintaqı və hökm oxunması hallarının 

sayını artırmış, yeni milli fəaliyyət planını qəbul etmiş, əhalinin müdafiəsiz qruplarının, xüsusilə 

də, islah müəssisələrindən azadlığa buraxılmış, yetimxanalardan və dövlətə məxsus olan internat 

məktəblərindən buraxılmış uşaqların reinteqrasiyasını təmin etmək məqsədilə qanunvericiliyə 

dəyişikliklər etmişdir. Hesabat dövründə hökumət tərəfindən məcburi əməyə cəlb edilmiş üç 

nəfər xarici vətəndaş qurban kimi müəyyən edilmişdir, lakin ölkə daxilində insan alverinə cəlb 

edilmiş hər hansı azərbaycanlı müəyyən edilməmişdir. Qurbanlara reabilitasiya və reinteqrasiya 

xidmətləri göstərən QHT tərəfdaşlara hökumət tərəfindən adekvat və davamlı maliyyə dəstəyi 

göstərilməmişdir. Geniş yayılmış korrupsiya insan alverinə qarşı mübarizə üzrə təlimatların və 

mexanizmlərin effektivliyini məhdudlaşdırmışdır.           

  

AZƏRBAYCAN ÜÇÜN TÖVSİYƏLƏR: 



 

İnsan alverində əlbir olduğu güman edilən hökumət rəsmiləri barəsində ciddi araşdırma həyata 

keçirmək və onları məhkəmə qarşısına çıxarmaq və məhkumları onları bu yoldan döndərəcək 

şəkildə cəzalandırmaq; standart əməliyyat prosedurları yaratmaqla hüquq mühafizə orqanları 

tərəfindən ölkə daxilində xarici və yerli məcburi əmək qurbanlarının müəyyən olunması səylərini 

gücləndirmək; insan alveri fəaliyyəti ilə məşğul olanlara, o cümlədən əmək miqrantlarını 

məcburi əməyə cəlb edən fərdlərə və yaxud şirkətlərə qarşı hüquq mühafizə orqanlarının 

səylərini gücləndirmək və mühakimə olunaraq barəsində müddətli həbs cəzası çıxarılanların 

sayını artırmaq; hökumət orqanları arasında ünsiyyəti, o cümlədən qurbanların yönləndirilməsi 

və potensial hallarla bağlı məlumat mübadiləsi fəaliyyətini daha da təkmilləşdirmək; Milli 

Yönləndirmə Mexanizmində QHT-lərin və digər maraqlı tərəflərin rolunu rəsmiləşdirmək; 

qurbanlara xidmət göstərənlərə maliyyə yardımını artırmaq və xidmət göstərənlər şəbəkəsini 

Bakı şəhərindən kənarda genişləndirmək; hüquq mühafizə orqanları ilə əməkdaşlıq etmək 

istəməyən qurbanları təhlükəsiz sığınacaqlarda yerləşdirmək; h

üquq mühafizə orqanlarının 

əməkdaşları, müstəntiqlər və məhkəmə işçiləri üçün qurbanlarla həssas rəftar etmə üzrə, o 

cümlədən psixoloji travma keçirmiş insan alveri qurbanları ilə işləməyin yolları üzrə təlimlər 


keçmək; Dövlət Miqrasiya Xidmətinin insan alverinin xarici vətəndaş olan qurbanlarının 

müəyyən olunması və yönləndirilməsi sahəsindəki fəaliyyətini gücləndirmək; və xarici əmək 

miqrantlarına yönəlik maarifləndirmə kampaniyaları həyata keçirmək, onlara insan alverinin 

əlamətlərini təsvir etmək və yardım almağın yollarını göstərmək.    

              

 

HÜQUQİ TƏQİB 



 

Hökumət tərəfindən hüquq mühafizə orqanlarının səyləri artırılmışdır. 

2005-ci ildə qəbul edilmiş 

İnsan Alverinə Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunu və Cinayət 

Məcəlləsinin 144-cü Maddəsi zorla fahişəliyə cəlb etməni, məcburi əməyi qadağan edir və bu 

cür cinayətlərə görə 5 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur ki, bu da zorlama kimi digər 

ağır cinayətlərə görə nəzərdə tutulan cəzalara uyğundur və kifayət qədər sərtdir. Hökumət 

tərəfindən verilmiş məlumata əsasən 2014-cü ildə cinsi və yaxud məcburi əməyə cəlb etmə 

əməlinə görə 23 hal üzrə istintaq aparılmışdır ki, bu da 2013-cü ildə məcburi əməyə cəlb etmə 

əməlinə görə araşdırılmış dörd hal və cinsi istismar üzrə araşdırılmış 17 hal ilə müqayisədə bir 

qədər çoxdur. Həyata keçirilmiş məhkəmə araşdırmasının ümumi sayı barədə məlumat 

verilməmişdir. Hökumət tərəfindən 2014-cü ildə insan alveri ilə məşğul olan 26 nəfər məhkum 

edilmişdir ki, 2013-cü ildə bu beş nəfər təşkil etmişdir; hesabat dövrünün sonunda üç hal üzrə 

məhkəmə araşdırması davam etmişdir. İnsan alveri ilə məşğul olan iyirmi bir nəfər barəsində 

azadlıqdan məhrum etmə cəzası çıxarılmışdır: yeddi nəfər üç ildən altı ilədək azadlıqdan 

məhrum edilmişdir və 14 nəfər barəsində səkkiz ildən doqquz ilədək həbs cəzası çıxarılmışdır. 

Ziddiyyətli bürokratik səlahiyyətlər və dövlət orqanları arasında effektiv əməkdaşlıq 

mexanizmlərinin olmamağı səbəbindən uşaq əməyindən istifadənin pozulması hallarının 

araşdırılmasında və məhkəməyə cəlb olunmasında çətinliklərin olduğu hökumət tərəfindən qəbul 

edilmişdir.           

 

Azərbaycanda geniş yayılmış korrupsiya insan alverinə qarşı mübarizə səylərinə mane olmuşdur. 



Vətəndaş cəmiyyəti qruplarının verdikləri məlumata əsasən hüquq mühafizə orqanları tikinti 

sektoruna nəzarət edən nüfuzlu şəxslərin, o cümlədən hökumət rəsmilərinin onları ittiham 

etməsindən çəkinərək, bu sektorda məcburi əməyə cəlb etmə ittihamlarını adekvat şəkildə 

araşdırmamağa davam etmişlər. Hesabat dövründə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən 

müəyyən edilmiş bir halda keçmiş polis əməkdaşı öz səlahiyyətlərini aşaraq bir nəfər xarici 

vətəndaşın şəxsiyyətini müəyyən edən sənədləri müsadirə etmiş, onun azadlığını 

məhdudlaşdırmış və məcburi əməyə cəlb etmişdir. Polis əməkdaşı hüquq mühafizə orqanında 

tutduğu vəzifədən azad edilmiş və barəsində cinayət işi açılmışdır. Əvvəlki hesabat dövründə 

yerli polis, bəzilərində seksual istismar qurbanlarının olduğu əxlaqsızlıq yuvalarından rüşvət 

alaraq onların qeyri-qanuni fəaliyyətlərinə göz yummaqda ittiham edilmişdir. 2013-cü ildə 

hökumət tərəfindən bir nəfər filippinli qadının siyasi əlaqələrə sahib olan, qadın iş adamının 

evində məişət zəminində məcburi əməyə cəlb olunması halı araşdırılmış, 2014-cü ilin may 

ayında iş adamı olan xanımın insan alveri və məcburi əməyə cəlb etmə fəaliyyətində günahı 

sübuta yetirilmiş və barəsində səkkiz il yarım azadlıqdan məhrum etmə cəzası çıxarılmışdır. 

Buna baxmayaraq məhkəmə tərəfindən həbs müddəti bir il şərti cəza ilə əvəz edilmişdir. 

Vətəndaş cəmiyyəti mənbələrinin iddialarına əsasən insan alverinin qurbanı 2015-ci ilin yanvar 

ayında Azərbaycandan deportasiya edilmişdir.                

 

 



 

MÜDAFİƏ 


  

QHT-lərin maliyyələşdirilməsi yetərincə olmasa da, hökumət qurbanların müdafiəsi və onlara 

kömək göstərilməsi sahəsində müəyyən tərəqqi əldə etmişdir. DİN İnsan Alverinə Qarşı 

Mübarizə İdarəsi (İAQMİ) tərəfindən Bakı şəhərində yerləşən və DİN-in tabeçiliyində olan bir 

sığınacaq əsaslı təmir edilmiş, 50 nəfərin yerləşdirilməsinə imkan verən sığınacaqdakı şərait 

yaxşılaşdırılmışdır, buna baxmayaraq sığınacaq ciddi mühafizə edilmiş və qurbanlar bütün vaxt 



ərzində sığınacaqda saxlanılmışlar. Mütəxəssislərin verdikləri məlumata əsasən sığınacaqlarda 

qurbanlar üçün ixtisaslaşmış yardımların göstərilməsində çatışmazlıqlar olmuşdur. 2013-cü ildə 

müəyyən edilmiş 40 nəfər seksual istismar qurbanı və 16 nəfər insan alveri qurbanı ilə 

müqayisədə 2014-cü ildə hökumət tərəfindən seksual istismara məruz qalmış 50 qadın və bir qız 

müəyyən edilmiş və üç nəfər kişi isə məcburi əmək qurbanı kimi müəyyən edilmişdir. Müəyyən 

edilmiş 54 qurbandan 35 qadın və üç kişi DİN-in tabeçiliyində olan sığınacağa yönləndirilmişlər, 

burada onlara hüquqi, tibbi və psixoloji yardım göstərilmişdir. Hökumət tərəfindən 53 qurbana 

400 manat (380 ABŞ dolları) məbləğində bir dəfəlik müavinət verilmiş, 24 qurban işlə təmin 

edilmiş və 35 qurban peşə təliminə cəlb edilmişdir. 54 qurbandan 36 nəfəri QHT-lərə və 51 nəfər 

isə əlavə sosial xidmətlərdən istifadə etmək üçün dövlətin Qurbanlara Yardım Mərkəzinə (QYM) 

yönləndirilmişlər. Hökumətin maliyyə dəstəyi olmadan iki QHT tərəfindən 48 nəfər potensial və 

müəyyən edilmiş qurban sığınacaqla təmin edilmiş və onlara yardım göstərilmişdir. Dövlət 

orqanlarının verdikləri məlumata əsasən bu cür xidmətlərin göstərilməsi hər hansı bir qurbanın 

hüquq mühafizə orqanı tərəfindən aparılan araşdırmada iştirak etməsi ilə bağlı olmamışdır. 

İAQMİ tərəfindən verilən məlumata əsasən 2014-cü ildə qurbanlara köməklik göstərilməsi 

fəaliyyətinə 314,330 manat (298,500 ABŞ dolları) məbləğində vəsait ayrılmışdır, lakin buna 

baxmayaraq qurbanlara sığınacaq və digər xidmətlər təmin edən QHT tərəfdaşlara hökumət 

tərəfindən hər hansı maliyyə vəsaiti ayrılmamışdır. Qurbanlara sığınacaq, tibbi, məşğulluq və 

hüquqi yardımla bağlı köməklik göstərmək müraciətlərinin tezliyini nəzərə alsaq bu təşkilatlar 

əhəmiyyətli dərəcədə maliyyə çatışmazlığı ilə üzləşməyə davam etmişlər,                           

 

Hökumət tərəfindən insan alverinin qurbanı olan üç nəfər xarici vətəndaş müəyyən edilmişdir. 



Hər üç xarici vətəndaşa İAQMİ tərəfindən xidmət göstərilmişdir. Qurbanların müəyyən olunması 

üçün İAQMİ göstəricilər siyahısına malik olsa da, bu siyahının necə paylaşdırıldığı və yaxud 

yoxlama zamanı hansı halda bu siyahıya istinad edildiyi bəlli deyil. Mütəxəssislərin verdikləri 

məlumata əsasən müəyyən etmə prosedurları qənaətbəxş olmamışdır və onlar, hökumətin 

məcburi əməyə cəlb etmə halını yalnız zorakılıq və pasportların müsadirə olunması əməlinin baş 

verməsindən sonra qeydə alması ilə bağlı narahatlıqlarını bildirmişlər. Mütəxəssislər 

yönləndirmə prosesində səhvlərin olduğunu geniş şəkildə bildirmişlər, o cümlədən hökumətin 

QHT-lər tərəfindən müəyyən olunan qurbanları rəsmən tanımadığını və yaxud onlara yardım 

göstərmədiyini qeyd etmişlər. Standart prosedurlardakı təlimatlara əsasən dövlət orqanları 

xarici qurbanları Dövlət Miqrasiya Xidmətinə yönləndirməlidirlər, məişət zəminində aşkar 

olunan  qurbanlar isə əksinə DİN-nə yönləndirilməlidirlər. Mütəxəssislər, Dövlət Miqrasiya 

Xidmətinin xarici vətəndaş olan qurbanları davamlı şəkildə müəyyən etmədiyini qeyd etmişlər.      

 

PREVENTİV TƏDBİRLƏR 



  

Hökumət, insan alverinin qarşısının alınması istiqamətindəki tərəqqini davam etdirmişdir. 

İAQMİ 2014-cü ilin iyul ayında qəbul edilmiş Milli Fəaliyyət Planının (2014-2018) beynəlxalq 

təşkilatlar, QHT-lər, ictimaiyyət və digərləri ilə məsləhətləşmələr əsasında tərtib olunmasında 

aparıcı rol oynamışdır. Fəaliyyət planında islah müəssisələrindən yenicə azadlığa buraxılmış 

gənclər – insan alverinə qarşı həssas olan əhali qrupu – üçün sığınacaqların yaradılması və 

müəyyən olunmuş nazirliklərin və digər dövlət orqanlarının nümayəndələrinin insan alverinə 

qarşı mübarizə üzrə təlimlərdə iştirak etməsi nəzərdə tutulmuşdur. Burada eyni zamanda 

şahidlərin müdafiəsinin daha da artırılması və Bakı şəhərindən kənarda sığınacaqların və 

qurbanlara yardım müəssisələrinin genişləndirilməsi üzrə planlar da öz əksini tapmışdır. 

Vətəndaş cəmiyyətinin bir sıra nümayəndələri fəaliyyət planında dəqiq icra müddətinin qeyd 

olunmasını alqışlamış və özlərinin fəaliyyət planlarını milli fəaliyyət planı ilə uzlaşdırmışlar, 

lakin bəziləri isə qiymətləndirmə ölçülərinin olmadığına görə fəaliyyət planını tənqid etmişlər. 

GRETA-ın [Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupu] təkliflərinə 

baxmayaraq fəaliyyət planında insan alverinə qarşı mübarizə səylərinin müstəqil 

qiymətləndirilməsi nəzərdə tutulmamışdır.        



 

Hökumətin dəstəyi ilə həyata keçirilən əksər maarifləndirmə kampaniyalarında insan alverinin 

potensial qurbanları kimi Azərbaycan vətəndaşları hədəf götürülmüş və burada xaricə səfər və 

miqrasiya fəaliyyətlərinə xüsusi yer ayrılmışdır. Bu yanaşma, hökumətin daxildəki insan alveri 

probleminə və Azərbaycanın təyinat və yaxud potensial tranzit ölkə rolunda çıxış etməsinə  

qeyri-adekvat şəkildə diqqət ayırması tendensiyasını qoruyub saxlamışdır. İAQMİ tərəfindən 60 

şəhər və rayonda 65 maarifləndirmə kampaniyası həyata keçirilmiş, insan alverinə qarşı 

mübarizəyə həsr olunmuş plakatlar və video çarxlar paylanılmış və qaynar xəttin fəaliyyəti 

davam etdirilmişdir. Kommersiya məqsədli seks fəaliyyəti və yaxud məcburi əmək fəaliyyətinə 

tələbatın azaldılması istiqamətində hökumət tərəfindən həyata keçirilən yeni tədbirlər barədə 

məlumat verilməmişdir. Yeni Milli Fəaliyyət Planında xaricdə qurban kimi aşkar olunan 

Azərbaycan vətəndaşlarının hüquqlarının və maraqlarının qorunması üçün diplomatlara 

təlimlərin keçirilməsi tələb olunur, lakin bu təlimlərdə diplomatların özlərinin insan alverində 

iştirakının qarşısının alınmasına diqqət yetirilmir. Hökumət tərəfindən diplomatik işçilər üçün 

insan alverinə qarşı mübarizə üzrə təlim keçirilməmiş və yaxud təlimatlar verilməmişdir.       

 

  



 

Yüklə 37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin