Qrup – db20 Tədris ILI – 2021-2022 Kurs


Sosial sığortaya ayırmalar -



Yüklə 116,11 Kb.
səhifə7/14
tarix12.05.2022
ölçüsü116,11 Kb.
#57605
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Makroiqtisadiyyat Sərbəst işimı

Sosial sığortaya ayırmalar - gələcəkdə muzdlu işçilərin sosial sığorta üzrə müavinətlər almalarını təmin etmək üçün müəssisələr (işlə təmin edənlər) tərəfindən dövlət və qeyri-dövlət sosial sığorta fondlarına köçürülən vəsaitdir.
İstehsal və idxala görə vergilər məhsula görə vergilərdən və istehsala görə digər vergilərdən ibarətdir.
Məhsula görə vergilər adətən bir ədəd əmtəəyə və ya xidmətə görə, yəni rezidentlər tərəfindən istehsal edilən, satılan və ya idxal edilən əmtəə və xidmətlərin miqdarına və ya dəyərinə mütənasib olaraq ödənilən vergiləri göstərir. Onlara daha geniş yayılmış aşağıdakı vergilər aid edilir:
- əlavə dəyər vergisi (ƏDV) və ƏDV tipli vergilər;
- aksizlər, satışa və satınalmaya görə vergilər, dövriyyədən vergilər və s.; - ayrı-ayrı xidmət növlərinə görə vergilər (nəqliyyat, rabitə xidmətlərinə görə vergilər, sığorta vergiləri, reklama, əyləncələrə, oyun və lotereyalara, idman tədbirlərinə görə vergilər və s.);
- dövlətin gəlirlərini artırmaq məqsədilə müəyyən növdən olan əmtəə və xidmətlərin istehsalına və yerləşdirilməsinə qanunla inhisar hüququ verilən dövlət müəssisələrinin mənfəəti (fiskal inhisarların mənfəəti);
- idxal və ixrac vergiləri, gömrük rüsumları.
İstehsal və idxala görə xalis vergilər istehsal və idxala subsidiyalar çıxılmaqla müəyyənləşdirilir.

Yüklə 116,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin